Böyrəkləri Təmizləyən 12 Qida

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #BirBax #Azerbaycan #birbax
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Hər gün orqanizmdə 3-5 litr qan dövr edir. Onun filtrlənməsinə böyrəklər cavabdehdir. Qanın təmizlənməsi və zərərli maddələrin qandan atılması böyrəklərin işidir. Buna görə də, rasionumuza elə qidalar daxil etməliyik ki, vacib orqanımızı dəstəkləyə bilək. Həmçinin, böyrəklərin sağlamlığını qoruyan, onun işinə kömək edən qidalar da rasionumuzun bir hissəsi olmalıdır.
    Hansı qidalar böyrəklər üçün faydalıdır?
    Siyahının “lider”ləri göyərtilər, meyvə və tərəvəzlərdir. Onların mineral və vitaminlərlə zəngin olmasını bildiyimizə görə, bu hal təəccüb doğurmur. Üstəlik, əksəriyyəti sidikqovucu xüsusiyyətə malikdir və sidik yollarını təmizləməyə qadirdir. Böyrək üçün ən faydalı göyərti cəfəri və kərəvizdir. Onlar böyrəkdə və sidik yollarında yaranmış daşı əridən efir yağı ilə zəngindir.
    Tərəvəzlərdən isə ən faydalıları yerkökü, bolqar bibəridir ki, bu xüsusiliyi onlar malik olduqları bol A vitamini sayəsində qazanıblar. Ayaqlardakı şişkinlikdən yaxa qurtarmaq və artıq mayenin orqanizmdən sürətlə xaric edilməsinə nail olmaq istəyənlər isə bacardıqca çox balqabaq və qarpız yeməlidir.
    Alma da “böyrək dostu” sayılır. Çünki alma böyrək hüceyrələrinin məhvinin qarşısını alan antioksidantlarla zəngindir. Böyrəyə dəstək olmaq üçün meyvələri təzə-təzə, yaxud püre halında yemək olar. İtburnu da böyrəyə faydalıdır. C vitamini ilə zəngin olan itburnu infeksiyalarla mübarizə aparmaqda böyrəyə və sidik yollarına kömək edir.
    Zülalla zəngin yeməklər böyrəyi gücə salır. Ona görə də, çalışın ki, bu cür qidaları ölçülü şəkildə qəbul edəsiniz. Zülallı qidalardan tamamilə imtina etməyi isə ağlınıza da gətirməyin. Çünki zülal orqanizmdə, bir növ, “tikinti materialı” rolunu oynayır. Məsələn; balığı qızartma yox, buğda, yaxud sobada bişirin və bu zaman ona acılı, duzlu ədviyyatlar vurmaqdan çəkinin.
    Böyrəklərin sağlamlığını dəstəkləmək üçün orqanizmin maye balansının da qeydinə qalmaq lazımdır. Konkret olaraq, “filan qədər su içilməlidir” demirəm, çünki hər orqanizmin özünəməxsus maye balansı var. Orta ölçüdə desəm, orqanizmin hər 1 kilosu gün ərzində 30 ml su tələb edir.
    Böyrəyin bərpasına kömək edən qidalar.
    Böyrəklər dayanmadan işləyir: qanımızı təmizləyir, sidik ifraz edir və s. Amma bir məsələni etiraf etməliyik ki, narahatlıqlar başlamasa, kimsə böyrəyin sağlamlığı haqda düşünmür. Ən sadə 3 məqamı qeyd etmək istəyirəm ki, böyrəyin sağlamlığına faydalıdır.
    1. Alkoqol qəbulundan imtina etmək;
    2. Lazımi qədər su içmək;
    3. Faydalı qidaları rasiona əlavə etmək;
    Bu 3 sadə addımla böyrəyin uzun müddət sağlam fəaliyyət göstərməsinə nail olmaq mümkündür. Bir məsələ də var ki, heç kim böyrəkdə hər hansı problemin baş qaldırmayacağına zəmanət verə bilməz. Xalq təbabəti bu zaman yada düşür.
    “Böyrək çayı”nın qəbulu. Bu çay böyrəyə faydalı olan bitkilərin qarışımından ibarətdir. Bura tozağacı, ayıqulağı, gicitkən daxildir. Bu bitkilər böyrəyin təmizlənməsinə və işinin asanlaşmasına xidmət edir.
    İtburnu çayı C vitamini ilə zəngindir və sidik yollarındakı istənilən infeksiyaya qarşı savaşa bilir. Yumurta, süd və bal ilə hazırlanan “yumurtalı qarışım” da böyrəklər üçün faydalıdır. Düzdür, indi heç kim qayğanağı bu cür yemir, amma “dərman acı olur” sözünü unutmamalıyıq. Böyrəkləri zərərli maddələrdən təmizləmək üçün “may atpıtrağı” şirəsi də köməyə çatır.
    Bayaq da qeyd etdiyim kimi, alkoqol qəbulu böyrəklərin sağlamlığı üçün təhlükəlidir. Etil spirti orqanı zədələyir və funksiyasına mənfi təsir edir. Bu da böyrəkdə iltihablanmaya səbəb olur. Nəticədə isə, xroniki böyrək çatışmazlığı yaranır. Xəstəlik böyrəyin iş qabiliyyətinin aşağı düşməsi, qanda toksin miqdarının artması ilə xarakterizə olunur. Amma vəziyyət kəskinləşmədən böyrəyi bərpa etmək mümkündür. Bunun üçün rasiona soğan, yerkökü, balqabaq, alma, qarpız və balıq daxil etmək lazımdır.
    Böyrəyi təmizləyən qidalar.
    Bir çox qidaların qəbulu böyrəkləri toksinlərdən təmizləyir və daş əmələ gəlməsinin qarşısını alır. Həmin qidaların köməyilə 1 sm həcmində olan daşlar və qumlar asanca orqanizmdən xaric olunur. Əvvəlcə, ultrasəs müayinəsindən keçərək böyrəyin vəziyyəti ilə tanış olmaq lazımdır. Daşın həcminə görə qərar verilməlidir ki, evdə bu daşı salmaq olar, yoxsa mütəxəssis müdaxiləsi mütləqdir? Xırda daşların salınması üçün “isti vanna” üsulu da köməyə çatır.

ความคิดเห็น • 96

  • @remziye4617
    @remziye4617 ปีที่แล้ว +3

    Çox gözəl, qısa,aydın,sürətli danışığınız insanı yormur.Çox sağ olun. Faydalı məsləhətlər, gözəl səs😋

  • @zizseyidova8103
    @zizseyidova8103 ปีที่แล้ว +6

    Maraqlı məlumatdır çox sağ olun

  • @rsmiyyrzayeva5066
    @rsmiyyrzayeva5066 ปีที่แล้ว +21

    Çox sagolun belə məsləhətlərə çox ehtiyacımız var allah razı olsun sizdən

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว +2

      Sizdən də. Sağ olun🙏

    • @fatmazeynalova7906
      @fatmazeynalova7906 ปีที่แล้ว

      ​@@birbaxkanal ❤❤

    • @jsoeoeo8e8r5
      @jsoeoeo8e8r5 13 วันที่ผ่านมา

      cccccccccccccccccscccccccccccccccccccscccccccccsccccccccsccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccxxasxxasxxxxxaxxaxxxasxxxxsxaxxxxxaxxxxxcxcccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffccccffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffŕ​@@fatmazeynalova7906

  • @vusaleeliyeva5797
    @vusaleeliyeva5797 ปีที่แล้ว +9

    Salam, çox sağolun belə faydalı, gözəl məsləhətlərinizə görə. Nə yaxşıki varsınız ❤️

  • @asifesgerov3284
    @asifesgerov3284 ปีที่แล้ว +7

    Gõzəl məsləhət ucun coxlu -coxlu sag olun .

  • @ibrahimismaylov27
    @ibrahimismaylov27 ปีที่แล้ว +1

    Çox sağ olun ki məlumatlandırırsız

  • @seymurtehmezov012
    @seymurtehmezov012 ปีที่แล้ว +1

    Gözəl məsləhət ücün cox saqolun

  • @cingizhaciyev9621
    @cingizhaciyev9621 ปีที่แล้ว +3

    Çoooox sağolun allah razi olsun sizdən sayənizdə nə qədər məlumat öyrənirik

  • @QurbetNuriyev-jq4yv
    @QurbetNuriyev-jq4yv 6 หลายเดือนก่อน +1

    Cox sağolun bucür məlmatlara görə .

    • @birbaxkanal
      @birbaxkanal  6 หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @nigarmikaylsoy5582
    @nigarmikaylsoy5582 10 หลายเดือนก่อน +4

    çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      İzlədiyiniz üçün təşəkkür edirik ❤

  • @СабирЗейналов-ю6ь
    @СабирЗейналов-ю6ь ปีที่แล้ว +1

    çox gözel minnətdaruq size

  • @abbasova.n
    @abbasova.n ปีที่แล้ว +1

    Sizi çox maraqla izləyirəm.Bizi məlumatladırdığınız üçün çox sağ olun ❤

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Biz təşəkkür edirik

  • @Lamiyhsnova3334
    @Lamiyhsnova3334 4 หลายเดือนก่อน +1

    Allah razı olsun

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Təşəkkür edirəm

  • @IpknisCfrova-zr5ki
    @IpknisCfrova-zr5ki 11 หลายเดือนก่อน +1

    Məsləhətinizə görə cox saq olun

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Çox sağ olun ❤

  • @LamiySirinova-ih8rx
    @LamiySirinova-ih8rx 7 หลายเดือนก่อน +1

    Allah razi olsun

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK🌹

  • @iradeismayilova8224
    @iradeismayilova8224 ปีที่แล้ว +2

    Salam boyrekdeki vasbaleniyani neter mualice elemek olar

  • @АлилиГабил
    @АлилиГабил ปีที่แล้ว +2

    Cox sag olun gerekli meslehetlere gore .

  • @agababahacibalayev3418
    @agababahacibalayev3418 8 หลายเดือนก่อน +1

    Allah razı olsun!

    • @birbaxkanal
      @birbaxkanal  8 หลายเดือนก่อน

      İzlədiyiniz və şərh yazdığınız üçün təşəkkür edirik

  • @SusnDemirova
    @SusnDemirova ปีที่แล้ว +5

    Saqlamliq gozellikdir👍👍👍

  • @seideseide3214
    @seideseide3214 ปีที่แล้ว +3

    Çox sağolun var olun. 👍

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @nurlanamemmedova9448
    @nurlanamemmedova9448 ปีที่แล้ว +1

    Sslam Elde padaqra olurmu ovcun ici 2 ci barmagin aşagi hissesinde yumru berk 1 şey var agri verir gören bu duz olarmi

  • @heqiqetmusayeva-yn7jt
    @heqiqetmusayeva-yn7jt ปีที่แล้ว +1

    Cox sag olun

  • @rhman5509
    @rhman5509 5 หลายเดือนก่อน +1

    Bu xeyirli məhsulların əks göstərişləri haqqındada məlumat versəydiniz daha yaxşı olardı

  • @StrayKids52811
    @StrayKids52811 ปีที่แล้ว +2

    Mənimdə böyrəyimin biri işləmir tam fəaliyətdən qalıb çoxsağolun yerinə düşdü dediyiniz zərərli qidalardan uzaq duram gərək

  • @KontaktPlus-n2s
    @KontaktPlus-n2s 7 หลายเดือนก่อน +1

    İspanagi aydin demediz boyreye xeyirlidi yoxsa ziyanlidi

  • @yeganmecidova199
    @yeganmecidova199 ปีที่แล้ว +2

    Böyrəklərimdə ağrı olur .bitki caylarından istifadə edirəm.sizin məsləhtinizdən yararlanıram.çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว +1

      Siz sağ olun. Həkimə getmisiniz? ağrının səbəbi nədir?

    • @yeganmecidova199
      @yeganmecidova199 ปีที่แล้ว

      @@birbaxkanal ağrı birdən başladı .dözülməz ağrı olurdu.daş vardı düşüb kanalda qalmışd.müalicədən sonra düşdü.həkimin dediyinə görə təmizlənib.ancaq hərdən olur yenə ağrı hisi

    • @Eli_huseynov
      @Eli_huseynov ปีที่แล้ว

      @@yeganmecidova199 içdiyiniz daşı salan hansı çay idi xanım? adı nədi? neçyədi? neçə günə düşdü daş?

    • @yeganmecidova199
      @yeganmecidova199 ปีที่แล้ว +1

      @@Eli_huseynov həkimdən müalicə aldım o zaman.icdiyim çaylar itbrnu dəmləməsi ,fındıq qabığı, gıctikən cayı ,qarğıdalı saçağı çayı istifadə edirəm

  • @SamirIbrahi
    @SamirIbrahi ปีที่แล้ว +1

    Cox gozel meslehetler aldim❤

  • @RayaMikayilova-mk9ww
    @RayaMikayilova-mk9ww 7 หลายเดือนก่อน +1

    Teşekkür ediriik.

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      Təşəkkür edirəm ❤

  • @violetline1460
    @violetline1460 ปีที่แล้ว +1

    Teşekkürler

  • @RamilKazimov-p2x
    @RamilKazimov-p2x หลายเดือนก่อน

    Sagolun

  • @habilzeynalov7145
    @habilzeynalov7145 3 หลายเดือนก่อน

    Salam,məndə gizli şəkər aşkarlandı 164-dür təzə başlayıb, gündəlik şəkər normaldı nə ilə qarşısı nı almaq olar təşəkkürlər

  • @qurbetolke9002
    @qurbetolke9002 ปีที่แล้ว +1

    Abune oldum halaliniz olsun .

  • @mahirqeniyev2845
    @mahirqeniyev2845 6 หลายเดือนก่อน +1

    Cox saqol

    • @birbaxkanal
      @birbaxkanal  6 หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @TaksiNeftcala
    @TaksiNeftcala 9 หลายเดือนก่อน +1

    Super

    • @birbaxkanal
      @birbaxkanal  9 หลายเดือนก่อน

      Sağ olun

  • @cicekibrahimli5271
    @cicekibrahimli5271 ปีที่แล้ว +1

    Ispanaq olmaz ??

  • @НурмамедОсманов
    @НурмамедОсманов ปีที่แล้ว +1

    Çox sağ olun bu gün yoxladım bütün orqanlarimi böyrəklərində xırda daşlar başlayır gül kələmi avokado alma arbuz çox xoşuma gəlir sidik turşusu bir balaca çoxdur elə indi sodalı su içdim ...

  • @userdi666
    @userdi666 6 หลายเดือนก่อน +1

    Nə yaxşi hər şeyi deyirsiz təsəgur edirəm

  • @НурмамедОсманов
    @НурмамедОсманов ปีที่แล้ว +3

    Çox doğru həqiqətən kömək edir mən. 20 ildən çox bunlara riayət edirəm qiqətlə qinləmək çox yaxrşı olar mən bunları çox qinləyirəm Rusiya proqlarimda çünki çox xəstəlikləri yola salmışam saymaqla qurtarmaz

  • @maliktalibov6806
    @maliktalibov6806 ปีที่แล้ว

    Çox sağ olun.Mənim üçün çox faydalı məsləhət oldu.Mənimdə börəyimdə düz var.Həftədə.3.Dəfə səhərlər yumurta yeyirəm.Amma çox narahatam börəymə ziyan eliyər😔

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Siz sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Həkimə getmisiniz?

    • @maliktalibov6806
      @maliktalibov6806 ปีที่แล้ว

      Bəli getmişəm yumurtanı soruşmamışam amma yadımnan çıxıb.

    • @maliktalibov6806
      @maliktalibov6806 ปีที่แล้ว

      Sizin dediylərinizi nə olar nə olmaz həkimdə oları dedi

  • @vitalihuseynzadeh7436
    @vitalihuseynzadeh7436 ปีที่แล้ว +3

    12 stəkan suyu kişilər necə içsin onu da deyin. Mən 4-5 st ancaq içə bilırəm. 1-2 st səhər tezdən, obeddən əvvəl 2 st və axşam 1-2 st.

    • @Eli_huseynov
      @Eli_huseynov ปีที่แล้ว +1

      vallah mən odəfə klinikada 10 stəkan içdm,üsdündəndə 2 litr aldim su içdm , uziyə grirdm ona görə

  • @Futbooll-24
    @Futbooll-24 ปีที่แล้ว +2

    👍👍👍

  • @Yashar707a
    @Yashar707a ปีที่แล้ว +2

    Sağlamlığının qaydına qalan hər bir şəxs bilməlidir ki, qidalanma vaxtı onun iki düşməni var, hansı ki, o düşmənlərlə biz hər gün üz üzə gəlirik. Bu düşmənlərdən biri DUZ, o biri isə ŞƏKƏRDİR!
    BUNU HEÇ VAXT UNUTMAYIN!

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว +1

      Bəli, ona görə ikisinə də ağ ölüm deyilir

    • @rashadsattarov1729
      @rashadsattarov1729 ปีที่แล้ว

      @@birbaxkanal Unu da siyahiya elave etmek lazimdir?

  • @nzaktaskerova2359
    @nzaktaskerova2359 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😍😍

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK🌹

  • @arazcebiyev7760
    @arazcebiyev7760 5 หลายเดือนก่อน

    Исбанаг дейин зехмет олмаса бейрейе хейирдирми?????
    Язын ХАИШ ЕДИРЕМ

    • @birbaxkanal
      @birbaxkanal  5 หลายเดือนก่อน

      mədəaltı vəzə daha çox faydalıdır

  • @АлибабаДжумаев
    @АлибабаДжумаев 4 หลายเดือนก่อน

    🙋‍♂️🙏

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      İzlədiyiniz üçün siz sağ olun

  • @natvanqribova
    @natvanqribova 5 หลายเดือนก่อน

    Salam men de 9 mı das dusub kanala bilmirem ne edim dərman icirem eriden😢❤

    • @vefasefer3562
      @vefasefer3562 4 หลายเดือนก่อน

      9mm daş düşmür,çünki kanal ondan kiçikdir.o daşı lazerlə parçalatmag lazımdı.tibbi sugorta ilə də elətdirə bilərsiz

  • @HabibaNurmammadova
    @HabibaNurmammadova 4 หลายเดือนก่อน

    Məndə kista var qarnımın icindən əziyyət cəkirən

  • @HabibaNurmammadova
    @HabibaNurmammadova 4 หลายเดือนก่อน

    Qarpız yeyəndə böyrəylərim dahada çox agrayır

  • @РашадРашад-я2о
    @РашадРашад-я2о ปีที่แล้ว

    Чох гозал из-за едирсиз

  • @turkanhuseynova4989
    @turkanhuseynova4989 ปีที่แล้ว

    Itburnu medede qastriti olana olmaz qeti

  • @iskra999a3
    @iskra999a3 5 หลายเดือนก่อน

    Uzun danişma mətləbə kec

  • @FES721
    @FES721 หลายเดือนก่อน

    Stress yıxır adamı

  • @elsadadamov1821
    @elsadadamov1821 7 หลายเดือนก่อน +1

    Allah razı olsun

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      Sizdən də