FİSİNCAN PLOV- Qədim Bakı mətbəxi. Фисинджан плов рецепт- АЗЕРБАЙДЖАНСКАЯ КУХНЯ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2018
  • Fisincan plovun resepti:
    Aş qarası üçün
    500qr ət (yarı qoyun yarı dana əti)
    250qr qoz
    3 ədəd ortaboy soğan
    3-4 xörək qaşığı ərinmiş kərə yağı
    1 dolu xörək qaşığı nar turşusu
    1 xörək qaşığı alça turşusu
    1 stəkan nar şirəsi.
    duz
    qara istiot
    sarıkök.
    Plov üçün
    250qr stəkanla 2 stəkan düyü
    Qazmaq üçün
    1 stəkanun
    1 dolu xörək qaşığı qatıq
    2 xörək qaşığı duru yağ
    1 çimdik duz
    1 çimdik
    soda
    Nuş olsun.
    İnstagram səhifəmiz-- / plovlar(aŞlar )
    PLOVLAR(AŞLAR)-- • PLOVLAR(AŞLAR)
    Sarı alçadan palçıq turşu. Туршу из алычи-- • Sarı alçadan palçıq tu...
    NAR NEKTARININ QIŞ ÜÇÜN BAĞLANMASI . .100% təbii NAR ŞİRƏSİ.-- • NAR NEKTARININ QIŞ ÜÇÜ...
    Nar turşusu.-- • Nar turşusu.

ความคิดเห็น • 897

  • @eganahesenova4383
    @eganahesenova4383 2 ปีที่แล้ว +37

    Allah sizi qorusun,inşallah,cox insan fisincani bişirmeyi oyredib,rehmetlik nenemin bişirdiyinin yanindan bele keçmeyib,o abqora ve naldan istifade edirdi,nali ne vaxt atdigini bilmirdim,sag olun ki,dediniz,caniniza ve ellerinize sagliq,bişirdim o dadi verdi,agzimiz dada geldi,omrunuz uzun olsum,❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾

    • @sabinas9348
      @sabinas9348 2 ปีที่แล้ว +2

      Bəli, biz də dəmir parçası atırdıq.

    • @ayxanmemmedzade6128
      @ayxanmemmedzade6128 2 ปีที่แล้ว

      @@sabinas9348 üzüm şirəsi hazrlaması

    • @fezilesultan4268
      @fezilesultan4268 2 ปีที่แล้ว

      Bəyəndik əllərinizə sağlıq mən də bişirirəm ancaq abqora ilə

    • @minasultanalizade2653
      @minasultanalizade2653 2 ปีที่แล้ว +4

      Nalı lap axirda atirig,bew deyqe zad qalir sonra cxaririg.bibim 😀 et mawinin setkasini atordi iki deyqe saxliyib cxardardi

    • @elixansttrzad1655
      @elixansttrzad1655 4 หลายเดือนก่อน

      Beli cox düz

  • @AzebakuBaku
    @AzebakuBaku 3 ปีที่แล้ว +98

    Hər bir yeməyi düzgün bişirən,qədim Bakılılar, ən-ənələrimizi yaşadanlar var olun,😘♥️🌷

  • @oa494
    @oa494 หลายเดือนก่อน +1

    Я могу слушать этот голос, смотреть на этот плов вечно.Так вкусно!!!!!!

  • @martanefrit9942
    @martanefrit9942 3 ปีที่แล้ว +24

    Bu yeməyi Novruz bayramında bişirmişdim ilk dəfə. Dadına, möhtəşəmliyinə söz ola bilməz. Qonağlarımız çox bəyənmişdi. Sizim kanalınızdan çox yemək bişirməyi öyrəndim. Ən əsasda milli qədim yeməklərimizi, başqa kanalda tapmazdım. Hələ 19 yaşım var, amma siz mənə çox şey öyrətdiniz. Əlləriniz var olsun

  • @zerifeismayilqizi
    @zerifeismayilqizi 5 ปีที่แล้ว +144

    "RAHMAN VE RAHIM OLAN ALLAHA TE'RIFLER YARASIR!"
    Bismillahir Rahmanir Rahim!
    -"Alemlerin Rebbi olan Allah pakdir,muqeddesdir!"
    -"Mene tekce Allah yeter.Ondan basqa hec bir tanri yoxdur.Ona tevekkul etdim men.O,boyuk ersin sahibidir!"
    -"Serq de,Qerb de Allahindir-hansi terefe yonelseniz Allah oradadir."
    -"Duzgun yol yalniz Allahin gosterdiyi yoldur."
    -"Allah her seyi esidendir,bilendir!"
    -"Allah tedbir tokenlerin en yaxsisidir."
    -"Allah en gozel havadar,en yaxsi imdada catandir."
    -"Allah yolunda ne xerclerseniz,onun evezi artiqlamasi ile odeniler ve size hec bir haksizliq edilmez!"
    -"Allah ureklerde olani bilendir!"
    -"Allahin hec bir seye ehtiyaci yoxdur.O her cur sukre,te'rife layiqdir!"
    Mubarek Qurani-Kerim kelamlarindan

    • @settsghvbsyjffhdgdfx9048
      @settsghvbsyjffhdgdfx9048 5 ปีที่แล้ว +1

      Kiev kotlet

    • @yeganajafarova9666
      @yeganajafarova9666 5 ปีที่แล้ว

      Salam men yeni metbex istifadecisiyem,mende avropdayam.Bilmek isteyirem 20nefer ucun ne qeder et lazimdi

    • @rustemahmedov342
      @rustemahmedov342 5 ปีที่แล้ว +1

      Başa düşmedim bu sözlerin fisincana ne aidiyyati?

    • @yeganajafarova9666
      @yeganajafarova9666 5 ปีที่แล้ว

      K Ahmedova hansi sozlerin anlamadim

    • @elyanara3978
      @elyanara3978 4 ปีที่แล้ว

      Coox saq olunki BAKİ MITBƏXİNİ belə gözəl təqdim edirsiz Allah qorusun sizi 👍👍👍🙏🙏🙏🙏😘😘😘🌹🌹

  • @fidanshukur7427
    @fidanshukur7427 5 ปีที่แล้ว +11

    Əslində aş-qara kəliməsində qara sözlərinə o mismar və nal atandan sonra dəyişən rəngə görə deyilib. Siz bir dəfə elə hazırlamısınız bəzi izləyicilər narahat olub onların fikrinə hörmət edərək bu dəfə eləmədiniz. Bu hərəkətiniz belə sizin nə qədər gözəl insan olduğunuzu göstərir. Əliniz qolunuz var olsun. Bayramda bunu hazırlayacam. Bəyənməyən 10 nəfərə isə insaf arzu edirəm. Daimi izləyiciniz Fidan xanım. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Mika20146
      @Mika20146 4 ปีที่แล้ว +1

      Salam bacim esl Baki fisincani abqora ve esas onun oz xususi tavasi var ele biwirilirabqora ile qoz reaksiyaya girir qaralir

  • @svrsvr7458
    @svrsvr7458 4 ปีที่แล้ว +12

    Can Bakili bacim ellerin var olsun 👍🏻👍🏻👍🏻👍🏻

  • @alikbakinskiy5129
    @alikbakinskiy5129 4 ปีที่แล้ว +3

    can ay BAKI gör nə gözəl kalorili yeməklərin var . cansız mənə cismimdə olan can BAKILIMDIR .CƏNNƏT BAKIDIR HÜRREYİ QILMAN BAKILIMDIR . XANƏNDƏ ÇALIR ŞUR iylə TAR iylə KAMANI - KİM SEVSƏ BU ALƏTLƏRİ MÜTLƏQ BAKILIMDUR. bu yemeyi ölü yesə dirilər vallah.

    • @kamazeynalova116
      @kamazeynalova116 3 ปีที่แล้ว

      Beli. Buda Bakililarin sözüdür,- ölü yese diriler

  • @pikexanimeliyeva9507
    @pikexanimeliyeva9507 2 ปีที่แล้ว +3

    Canlm bakllim sen mene nenenin yemeklerini xatirlatdln Allah sene can sagligl versin eynen nenenin yemekleri bütün bisirdiyin yemekler coox sağ ol

  • @malikbagrov629
    @malikbagrov629 3 ปีที่แล้ว +15

    Salam.Mən özüm bakılıyam.Sənin bişirdiyin fisincan plovu çox bəyəndim.Hala olsun.Məsməxanım

  • @RavanaAbbassoy
    @RavanaAbbassoy 4 ปีที่แล้ว +22

    Men bir defe Bakılıların yas məclisində bu aşdan yedim cox beyendim. Cox dadli idi hercend men Qarabagliyam bizde bu aş hec vaxt bisirilmez.ferqli yemekleri sevirem butun zonalarimiz dogmadi bize. bir defe etmeye calisacam

    • @thisispari6015
      @thisispari6015 4 ปีที่แล้ว +4

      Men de Qarabagliyam Lenkeran zonasinin ve bizim zonanin asindan olmaz superdi 😊😋

    • @RavanaAbbassoy
      @RavanaAbbassoy 4 ปีที่แล้ว

      @@thisispari6015 👍😊

    • @durnasrifova6386
      @durnasrifova6386 3 ปีที่แล้ว

      @@RavanaAbbassoy fisincanın bişirilməsi

  • @taghihajizada5030
    @taghihajizada5030 2 ปีที่แล้ว +10

    Çox sağolun, Ağababa xanım. Siz böyük həriflə XANIMSINIZ. ALLAH Sizdən razı olsun.

  • @user-jp1ye5re4h
    @user-jp1ye5re4h 7 หลายเดือนก่อน +2

    Əllərin var olsun gözəlim Bakımızın yeməkləri əvəzsizdir cox sag ol

  • @sabinas9348
    @sabinas9348 2 ปีที่แล้ว +6

    Özüm bakılıyam və bu gözəl yeməyi çox bəyənirəm. Təşəkkürlər sizə.

  • @elmirabedelova3153
    @elmirabedelova3153 3 ปีที่แล้ว +55

    Золотые ручки наших Бакинок. Гордость наша. Браво.

  • @Rosh79
    @Rosh79 4 ปีที่แล้ว +67

    Can Bakı "anon ölsün ay Bakı" bez razmer Bakı qaragün Bakı ❤️❤️❤️❤️

    • @anoukaimee9457
      @anoukaimee9457 4 ปีที่แล้ว +1

      Niye göre bele yazmisiz ? Yani Вы к чему?

    • @menzerbehbudova1979
      @menzerbehbudova1979 4 ปีที่แล้ว +1

      Bizdə Qarabagda dosəmə plov bisirilir.Bunu hec kəs bilmir və bisirmir.Amma ,yaxsi oyrətdiniz.və bisirdiniz.Əllərinizə saglig.Bizdə duyuyə ma$da qatirlar.Cox dadli olur.Cox sag olun.

    • @Rosh79
      @Rosh79 4 ปีที่แล้ว +2

      Piano is My Life doğan yimemisense içün niye göyniyir????

    • @Rosh79
      @Rosh79 4 ปีที่แล้ว

      Piano is My Life terbiyesizliy etme ağıllı ol ay uşağ!!!

    • @ulviyyesirinli6621
      @ulviyyesirinli6621 18 วันที่ผ่านมา

      Maş nediki?​@@menzerbehbudova1979

  • @oyasenturk77
    @oyasenturk77 3 ปีที่แล้ว +17

    Bacıma İzmir'den gönül dolusu sevgiler yaptıkların harika eline sağlık♥️♥️♥️🇹🇷🇹🇷🇹🇷🥀

    •  3 ปีที่แล้ว +1

      Təşəkkürlər 😍

  • @zuleyxacebrayilova
    @zuleyxacebrayilova 3 หลายเดือนก่อน +1

    mən bu fisincani çoox bəyəndim əllərinizə saqliq Çox adam kiftəni Yaqda qovurmur O zaman dadli olmur❤❤

  • @cavidmmmdli9064
    @cavidmmmdli9064 4 ปีที่แล้ว +7

    Minnətdaram. Qonağım olacaq, sizin paştetdən və bu möhtəşəm fisincan plovu hazırlayacam. 100% əminəm ki, hamı bəyənəcək.

  • @ilahahuseynova1476
    @ilahahuseynova1476 4 ปีที่แล้ว +40

    Fisinçan əsl bakılılarin yeməyidir. Sizin gözəl xanım yemək bişirmənizi daim izləyirəm. Cox gözəl əl qabliyyətiniz. Səsiniz də adamı yormur. Əllərnizə sağlıq.

    • @user-bk8og4gp9x
      @user-bk8og4gp9x 4 ปีที่แล้ว +12

      Esil talis yemeyi
      Bakililasdirilib!

    • @user-ff9jb9px8g
      @user-ff9jb9px8g 3 ปีที่แล้ว +10

      Lenkeran zonasinda da biwirilir.Her zona ozunemexsus biwirir.Taliw,Lenkeran,Baki..ne fergi var Biyuk Azerbaycan.Yerlere bolmeyin .Onsuz daa torpaglarimiz gedir,nadanlarin eliyle.

    • @ssabdul4961
      @ssabdul4961 3 ปีที่แล้ว +4

      irandan lənkarana gəlmiş əsil bakı mətbəxi )) sənin bişirdiyi fisincan deyir , bibicandı ))

    • @cookwithnazlimu5329
      @cookwithnazlimu5329 3 ปีที่แล้ว +4

      @@user-bk8og4gp9x xeyir umumiyyetle xezer denizi etrafi olan rayonlarin hamsinda yemekler oxsardi.Hec talishda deyil Lenkeran yemeyidi.

    • @cookwithnazlimu5329
      @cookwithnazlimu5329 3 ปีที่แล้ว +4

      @@ssabdul4961 Iran ozu bizim metbexin coxunu ele kecirib.Iranlilar bir qebile kimi idiler.Iranda hec iranli varki hamsi bashqa milletlerdi
      Rusa inglise sagol desinler olke eledi onlari.

  • @iraabba6922
    @iraabba6922 4 ปีที่แล้ว +18

    Əllərinizə sağlıq, çox gözəl rəngi və görünüşü var. Siz möcüzələr yaradırsınız... 👍👍👍👌👌👌

  • @aiderehimova4182
    @aiderehimova4182 2 ปีที่แล้ว +5

    Çox sağ olun, xanım.Əlləriniz var olsun.Siz əsl Azərbaycan xanımısınız.Allah Sizə can sağlığı versin.Amiin.

  • @leylamahmudova1463
    @leylamahmudova1463 4 ปีที่แล้ว +11

    Vallah Bakililardan yoxdudaaa, elleriniz var olsun 🙏👍👏👏💋❤😍

  • @dilaraferzeliyeva3957
    @dilaraferzeliyeva3957 4 ปีที่แล้ว +50

    Bu xanim Bakilidi yuz faiz ! Allarine sagliq !

  • @Meyouweonthetable
    @Meyouweonthetable 7 หลายเดือนก่อน +1

    Cox sag olun.Bakiliyam.Bu yeməyi tez tez bişirirəm.Siz də gözəl hazirladiniz.Əllərinizə saglig.

  • @lalaveliyeva7555
    @lalaveliyeva7555 ปีที่แล้ว +2

    Sizin əlinizdən çıxan bütün təamlar həm səliqəli,ləzzətli olar.Əllərinizə sağlıq.

  • @elshanaskarov4956
    @elshanaskarov4956 4 ปีที่แล้ว +4

    Salam. Men amerikada yadhayiram, sizin kanalinizi izleyirem, necede darixiram yemeklerimiz ucun! cox saqolun ki eziyyet cekib bizlerede orgedirsiniz milli yemeklerimizi. gelen hefte Fisincan plov hazirlamaqa calishacam. Ama mende alcha palchiq turshusu var nar yoxdur, umud edirem tek alcha turshusu ilede yaxshi alinar. Allaha emanet olun! Teshekkurler!!!

    • @minasultanalizade2653
      @minasultanalizade2653 2 ปีที่แล้ว +1

      Yemeklerimizcun now darixirsan? Biwirde bizimkilerde los ancelsdedi her wey biwirirler

  • @user-oc3je1mm9p
    @user-oc3je1mm9p 5 ปีที่แล้ว +34

    Прекрасная, хозяюшка. восхищаюсь вашими рецептами!

  • @faziTeymurova7
    @faziTeymurova7 4 ปีที่แล้ว +5

    Ellerniz derd görmesin .en gözel metbex bizim betbexdi.heleki onu sizin kimi xanim hazirlayirsa.😗😗😗😗.qedim metbex yemeylerimizi hemişe hazirlayin.

  • @ulkermemmedova6325
    @ulkermemmedova6325 5 ปีที่แล้ว +15

    Ellerinize saglıq,her xanımın işi deyil a bele qazmaq çıxarmaq🥰Beyenmemek mümkünmü😇

  • @samsunq607
    @samsunq607 4 ปีที่แล้ว +11

    Gözəl xanım Bakılı deyiləm amma Bakılılarla dostluq edirəm həmişə.Çünki onlarda xəbislik görmədim.Mərd oldular hər zaman dostluqda möhkəm oldular.Ana bacı oldular mənə.Mətbəxinizi də xüsusilə sevirəm əla ləzzətli xörəklərinizə bayılıram.Əlləriniz var olsun

    • @cookwithnazlimu5329
      @cookwithnazlimu5329 3 ปีที่แล้ว

      Ele yazmisiz ele bil baki bashqa olkedi oz milletimizdide hamsi

    • @elyanara3978
      @elyanara3978 2 หลายเดือนก่อน

      Allah o temiz qelbine gore versin coxlar Bakililari gozu goturmez amma siz cesaretle bizi beydiyinizi dediyiniz ucun saq olun

  • @ruhangizguliyeva6712
    @ruhangizguliyeva6712 2 ปีที่แล้ว +3

    menim rehmetlik nenem hemiwe chox dadlí esil baki yemekleri biwirirdi, hemchinin fisincan plovu da chox lezzetli esil baki usulu ile hazirlayirdi, indi Sizin bu video baxdim, chox beyendim, chaliwacam yaxin gunlerde bu fisincan plovdan biwirim, bizim Azerbaycan qadinlarindan ve onlarin biwirdikleri leziz milli yemeklerimizden dunyanin hech bir yerinde tapmaq olmaz, men ozum 20 ildir avropada yawayan bir xanim olaraq, deyirem ki, bizden dunyanin hech yerinde yoxdur, ister yemeklerde, ister wirniyyat hazirlamaq da 1-ci yerdeyik, ALLAH zehmetkew qadinlarimizi qorusun 🙏🌹❤️

  • @camileallahverdiyeva9154
    @camileallahverdiyeva9154 2 ปีที่แล้ว +7

    Əllərinizə sağlıq, maşallah çox səliqəli və qabiliyyətli. Halal olsun. Xoşum gəlir evdar qadınlardan

  • @elcinelekber3250
    @elcinelekber3250 4 ปีที่แล้ว +10

    Əlləriniz var olsun👏Çox gözlə bərəkətli səliqəli😋Allah razı qalsın gözəl bacımız🙏Allah hamıya bol ruzi bərəkət yetirsin hamının süfrəsində belə gözəl təamlar olsun süfrələrimizi bəzəsin🙏🙏🙏Allah səsinizə,əllərinizə,gözəl nitqinizə bərəkətli süfrənizə bərəkət qatsın🙏🙏🙏👏👏👏

  • @xatirepashayeva2050
    @xatirepashayeva2050 2 ปีที่แล้ว +3

    Esil bakili yemeyi ela.Bakili xanimlar bisirdiyimiz teamlarimiz bereketli olsun

  • @iradamammadova5972
    @iradamammadova5972 ปีที่แล้ว +2

    Əllərinizə sağlıq superdi

  • @anaragamliyev6289
    @anaragamliyev6289 2 ปีที่แล้ว +2

    Qurban olaram Bakilllara və Baki mətbəxnə

  • @aylindeniz3677
    @aylindeniz3677 4 ปีที่แล้ว +14

    Dünən ilk dəfə hazırladım. Hamı çooox bəyəndi. Təşəkkürlər

    • @moromoro8083
      @moromoro8083 2 ปีที่แล้ว

      Nar suyu sigsag mar wiresinin evezine nece olar ? Bir meslahat edinde ne olar

  • @madinahuseynova9692
    @madinahuseynova9692 5 ปีที่แล้ว +11

    Canim qurban bacima.MASALLAH.Cox xosum gelir bu yemekden.Xususu ilede duyu ile .Elleri var olsun gozel bacimin

  • @aynurmamedova42
    @aynurmamedova42 3 ปีที่แล้ว +3

    Var olsun Bakı və bakılılar

  • @arzuyasinova5189
    @arzuyasinova5189 5 ปีที่แล้ว +15

    Cox bəyəndim lap ləzzət verdi. Gözəl hazırladınız plovuda fisincanıda. Əlləriniz yorulmasın gözəl azərbaycan xanımları😍

  • @esmirabakhshaliyeva3978
    @esmirabakhshaliyeva3978 4 ปีที่แล้ว +17

    Var olun, sizi cox bəyənirəm. Amma bir bakılı kimi deyirəm fisincan abqora ilə hazırlanır.

    • @natavandadasova8123
      @natavandadasova8123 3 ปีที่แล้ว

      Düz deyirsiz amaki indi hani o abqora.Qaldi nenelerimizin dovrunde

    • @user-pz8vd2qs1i
      @user-pz8vd2qs1i 3 ปีที่แล้ว

      Mende var abqora))

    • @user-pz8vd2qs1i
      @user-pz8vd2qs1i 3 ปีที่แล้ว

      @@natavandadasova8123 abqorani nar suyunun evezine vururlar?

    • @natavandadasova8123
      @natavandadasova8123 3 ปีที่แล้ว

      @@user-pz8vd2qs1i olar

    • @renamelikova8032
      @renamelikova8032 3 ปีที่แล้ว

      @@natavandadasova8123 Sizinlə tam razıyam.Amma belə də dadı pis olmaz məncə..

  • @user-rk8or9uq7g
    @user-rk8or9uq7g 2 ปีที่แล้ว

    Cox sevdiyim ve xesretinde oldugum yemekti.
    Ox tesuf onu 1 defe 12 yashim olanda Novruzun cershenbesinde yemishem,baxmayarag bakiliyam ve iceri shexerde gozumu acib bogumushem. Nendm her cerbede ash pishirerdi. Bayram axsha i ise mutlek sebzili ash .Ellerine saglig. Xem oyrendim,xemde uzag kecmishime seir eledim. Var olun. Gurban olum bakillilara ve o shirin lekcemize.♥️🌺🌷🌹🌷

  • @renamelikova8032
    @renamelikova8032 3 ปีที่แล้ว +5

    Görünüşündən bilinir ki çox dadlı,ləzzətlidirTəşəkkürlər...

  • @pakizapakiza555
    @pakizapakiza555 2 ปีที่แล้ว +7

    Все очень понятно,аппетитно.Как всегда супер!

  • @elnareyaqubova1043
    @elnareyaqubova1043 4 ปีที่แล้ว

    Əllərinə sağlıg cox istiyirdim fisincan plovun reseptini sayəndə öyrəndim cox cox sağ olun

  • @mehrialiyeva7465
    @mehrialiyeva7465 5 ปีที่แล้ว +3

    Əllərinizə sağlıq👍çoxdandı öyrənmək istəyirdim bişirilmə üsulunu👍

  • @immiseferli7200
    @immiseferli7200 5 หลายเดือนก่อน

    Coxsagolunki qedim Azerbaycan ( BAKI)metbexine aid yemekleri bishirib gosterirsiniz inanin bu xoreyin dadinnan doymaq olmur, qoy yashasin bizim gozel yemeklerimiz gelecek nesillere oturulsun, cox sagolun elleriniz qizildi❤

  • @memiagalarov1574
    @memiagalarov1574 3 ปีที่แล้ว

    beh beh...en sevdiyim yemekdi.Ellerinize sagliq mohtewem goruntudur

  • @ulkermemmedyarova7076
    @ulkermemmedyarova7076 3 ปีที่แล้ว +4

    Cox sağ olun bu reseptə görə!Cox maraqlı idi👍

  • @amatullah3943
    @amatullah3943 2 ปีที่แล้ว +4

    Heqiqeten, çox gözel yemekdi
    Esl iftar süfresine yaraşan)
    Elinize sağlıq🌹

  • @elnurkerimov4667
    @elnurkerimov4667 5 ปีที่แล้ว +1

    Vallah olsaydi bu deq oturub beh behle yeyerdim.Fisincan plovu sevirem amma bele turwulu yememiwem.Ellerinize sagliq

  • @khm3452
    @khm3452 2 ปีที่แล้ว +2

    Bölüşdüyünüz üçün çox sağ olun. Nənəm fisincanı yağlı quş ətindən (ördək, çingir və s) hazırlayardı. O qədər yağlı olardı ki, yeyə bilməzdim.

  • @aslibabayeva8739
    @aslibabayeva8739 5 ปีที่แล้ว +1

    Rengler ve görünüş iştah açıcıdır. Ellerinize saglıq.

  • @elmirakerimova9739
    @elmirakerimova9739 2 ปีที่แล้ว

    Əllərinizə sağliq.Cox ğözəl izah rtdiniz.Təşəkkür edirəm.

  • @sabinaaliyefa108
    @sabinaaliyefa108 3 ปีที่แล้ว +1

    agzim lap sulandiii , cox dadli gorunur , tewekkur edirem bele dadli lezzetli yemek hazirladiginiz ucun

  • @gulanurdegirmenci9828
    @gulanurdegirmenci9828 2 ปีที่แล้ว +4

    . Möhtəşəmdir Ellerinize sagliq Men yalnız sizdən bişirirəm bütün yeməkləri sirniyatlari maşallah sizə Allah can sağlığı versin 🙏❤️🌹

  • @agabacisultanova917
    @agabacisultanova917 5 ปีที่แล้ว +5

    Salam əla pulovdır çox saģolunki bizim qədim yeməklərimizi arasıra cavanlarımıza öyrədirsiz Allah sizdən razı olsun Amin çox səliqəlisiz gözəldə şərh eliyirsiz 😍

  • @turalaydemirov7968
    @turalaydemirov7968 2 ปีที่แล้ว +1

    Azərbaycanın yeməkləri və şirniyatları resepləri superdi gözəldi əladı əllərin var olsun

  • @samireliyev8715
    @samireliyev8715 5 ปีที่แล้ว

    Cox beyendik. Ela. Bu reseptle hazirladim heqiqeten coox gozel alindi. Var olun .

  • @shafaazizova2176
    @shafaazizova2176 5 ปีที่แล้ว +16

    Biz bu yeməyi quş əti ilə hazırlayırıq 😍əla yeməkdir əllərinizə sağlıq

    • @aygunbabayeva8673
      @aygunbabayeva8673 2 ปีที่แล้ว +3

      Əsil fisincanı cənublular bişirir !

    • @gulsanenovruzova8938
      @gulsanenovruzova8938 3 หลายเดือนก่อน

      "Fisincan " Bakı və Lənkəran bölgəsinin mətbəxində var. Həm oxşar həm də bir birindən fərqlidir.

  • @salamaleykum7159
    @salamaleykum7159 4 ปีที่แล้ว

    Super coox ela ve dadli.Ellerinize sagliq.

  • @teranenurinagllar6842
    @teranenurinagllar6842 5 ปีที่แล้ว +6

    ellerinize ve ince ruhunuza saglıq.Var olun gözel xanım.Çox gözel el qabiliyyetiniz var.Sizi her zaman izleyirem❤❤❤

  • @dina_rblx4796
    @dina_rblx4796 ปีที่แล้ว

    Əllərinizə saglıq. Çox sevirəm fisincanı. Yaxın rəfiqəm əsl Qubalıdı. Super bişirir . Şadlıqlarda bişirək plovu.

  • @hsjsjdnfhjsjsjdhfhgyyuj1217
    @hsjsjdnfhjsjsjdhfhgyyuj1217 4 ปีที่แล้ว

    düzgün və gözəl işləyirsiz . maşaallah

  • @gencebaki801
    @gencebaki801 5 ปีที่แล้ว +1

    Ələriniz var olsun sözün desək ilk dəfədir gördüm bu super

  • @janbulatgarayev9756
    @janbulatgarayev9756 4 ปีที่แล้ว

    Cox yuksek seviyede hazirlanib.Super!

  • @xanimsoltanli740
    @xanimsoltanli740 4 ปีที่แล้ว +2

    Əllərinizə sağlıq super oldu❤👏👏

  • @saidanasirova3609
    @saidanasirova3609 2 ปีที่แล้ว +1

    Əllərinizə sağlıq, çox gözəl alınıb, təşəkkürlər 🥰

  • @gulyaxamdova591
    @gulyaxamdova591 5 ปีที่แล้ว +1

    Əla.Çox sevdiyim bir plovdur. Siz də çox gözəl hazırladınız.👍👍👍👍👍

  • @user-gp6jl1nw1t
    @user-gp6jl1nw1t 5 ปีที่แล้ว +2

    Gozel gorunur cox .Ellerinize saglig.👍👏🌹

  • @nusabenuri2063
    @nusabenuri2063 4 ปีที่แล้ว +1

    Çox sag olun gözel xanim.Ellerinize sagliq.

  • @adeletlihayat3417
    @adeletlihayat3417 4 ปีที่แล้ว

    Ellerinize saqliq qeseng bisirdiniz.Menim qaynanam bisirerdi fisincan plovu eynen onun kimi bisirdiniz.

  • @mesudhesenzade7631
    @mesudhesenzade7631 4 ปีที่แล้ว +4

    Cox beyendim xanimin seliqesini,evdarligini,elleriniz var olsun

  • @firaallam7574
    @firaallam7574 2 ปีที่แล้ว

    MaşAllah olsun Allah bərəkət versin

  • @elladadegrmenc4687
    @elladadegrmenc4687 2 ปีที่แล้ว +3

    Elleri qizil xanim Allah can sagligi versin 🙏🥰🧿

  • @rsidhuseynzade3732
    @rsidhuseynzade3732 4 ปีที่แล้ว +1

    Şizin bütün yeməglər əladır👍👍

  • @mamedovaresmiyye9162
    @mamedovaresmiyye9162 5 ปีที่แล้ว +2

    Ellerinize sagliq,Allah bereket versin, cox gözel hazirlayirsiniz

  • @seferquliyev4200
    @seferquliyev4200 5 ปีที่แล้ว +7

    Əllərinizə sağlıq xanım çox ləzzətli görünür.💖

  • @zuriyyetemirova6634
    @zuriyyetemirova6634 4 ปีที่แล้ว

    Super. Əlinizə saglıq.

  • @melimeli2601
    @melimeli2601 3 ปีที่แล้ว

    Beh beh ele indi bawlayiram biwirmeye in sa Allah dadmaq isteyen her kes biwirer ve yeyer cox lezzetli gorunur,ellerinize sagliq

  • @xedicetahirova8146
    @xedicetahirova8146 2 ปีที่แล้ว

    Çox göZəl görünür hazırlayıb baxarıq əllərinizə sağlıq

  • @ferideqeribova378
    @ferideqeribova378 3 ปีที่แล้ว +3

    Elleriniz var olsun,her bir yemeyi çox dadli bişirirsiniz.Beli fisincan qara rengde olmalidir.

  • @senuberelesgerova1868
    @senuberelesgerova1868 4 ปีที่แล้ว

    Cox xoş oldu.Maraqla izlədim.Həzz aldım.

  • @sevdaaliyeva1525
    @sevdaaliyeva1525 2 ปีที่แล้ว

    Allah sizdən razı olsun çox xoşuma gəldi

  • @xanimyeraz4371
    @xanimyeraz4371 5 ปีที่แล้ว

    Ela.sozun bitdiyi yerdeyik superr

  • @gulsanfarza2619
    @gulsanfarza2619 2 หลายเดือนก่อน

    Salam. Canınıza salıq. Eynən nənəm kimi bişirdiniz. Nənəm nal atırdı. Bizim mətbəx cox möhtəşəmdir. Siz sağ olun ki, sevə sevə hər kəsə öyrədorsiniz💋

  • @raufqasimov2865
    @raufqasimov2865 4 ปีที่แล้ว +3

    Əlləriniz var olsun nə gözəl hazırladınız👍

  • @elzaagatsarskaya8215
    @elzaagatsarskaya8215 2 ปีที่แล้ว

    Super,çox lezzetli gorunur Hazirliyaram mutleq

  • @mtantrhimova9015
    @mtantrhimova9015 2 ปีที่แล้ว

    Bəh bəh əllərinizə sağliq.Bakili xanimlara eşq olsun.Əla yadima saldiniz.Bayramda fisincan bişirim məndə.👍👍👍

  • @arifeceferova1350
    @arifeceferova1350 3 ปีที่แล้ว +1

    Çox gözel əllərinizə əməyinizə saqlıq nuş olsun🌹❤☺️

  • @elgunkerimov1924
    @elgunkerimov1924 4 ปีที่แล้ว +2

    Ellerinze sağlıq çox gözel görnşü var dadıda yeqin özkimi gözel olar

  • @meryemhuseynova24
    @meryemhuseynova24 8 หลายเดือนก่อน

    Əllərinə sağlıq. Möhtəşəm görünür

  • @hacxamm1668
    @hacxamm1668 4 ปีที่แล้ว

    Super bir əl işi əllərinə saglig

  • @oktaytagiyevKebirli
    @oktaytagiyevKebirli 2 ปีที่แล้ว

    Əllərinizə sağlıq çox ləzzətli alınır...sağ olun..

  • @elmarhuseyn4150
    @elmarhuseyn4150 5 ปีที่แล้ว +3

    Çox gözel, sizin bişirdiyiniz her yemek bize çox şey öyredir....men fisincani qaz etini cekib ondan hazirlayiram. Evvel qazin etini yonub , etçekenden keçirdirem. Qalan her şeyi siz etdiyiniz qaydada edirem.... Ellerinize sağliq.... heqiqeten size heyranliqla baxiram....

  • @ferideabdullayeva3782
    @ferideabdullayeva3782 2 ปีที่แล้ว +1

    Əllərinizə saqlıq.çox gözəl yeməkdir,qüvvəli,faydalı.Əslində mis parç salırdılar qazana bir 2,3 dəquqə rəngi qaralırdı,Qədim bakılıların evində o mis parç hamıda var idi

  • @chinaraalisoy7803
    @chinaraalisoy7803 4 ปีที่แล้ว +1

    Coox gozel ellerinize sagliq

  • @zaurelizade7806
    @zaurelizade7806 5 ปีที่แล้ว +3

    Salam Aleykum Baki metbexi eladi Bele plov hazirlamamisam amma yemisem Insallah ozum de ederem nar şiresi beh beeeehhh Eladi 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @oktayaqayev3486
    @oktayaqayev3486 5 ปีที่แล้ว +7

    Fisincanin içine demir atıldığını ilk defe esidirdim ama maraqli ve dadli olar mence çünkü mis qazanda demlenen plovun dadı da ferqli olur