Ləzzətli , ələ aldıqda yüngül duxovka çörəyi qoxusu adamı iştaha gətirir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • "Əgər çörəyin yaxşı alınmasını istəyiriksə, o zaman mayanı duzla qarışdırmamalıyıq. Əvvəlcə una duz qatılır və qarışdırılır. Maya isə ayrı qabda isladılır və 3-4 dəqiqə gözlədilir. Bundan sonra mayanı da un və duzun qarışığına qatırıq. Bütün bunları qarışdırandan sonra su əlavə olunaraq, ən azı 10 dəqiqə yoğurulur. Xəmir yoğurulduqca artıq mayalanmağa başlayır. Yoğurulduqdan sonra barmaqla xəmirə basaraq onu yoxlamaq lazımdır. Əgər basdığımız hissə tez bir zamanda şişərək əvvəlki yerini alırsa, deməli artıq mayalanmağa hazırdır. Böyük kündə şəklində olan xəmiri bir qaba qoyub üstünü bağlayırıq. Yaxşı olardı ki, üstünü hava keçirməyən bir şeylə bağlayaq. Çox zaman xəmirin üstünü tənzif, ya da dəsmalla bağlayırlar. Bu adətən, ikinci mayalanmaya qoyulan zaman edilməlidir. Xəmirin üstünü bağladıqdan sonra onu isti sobanın yanına qoymaq düzgün deyil. Əslində, xəmir ev temperaturunda mayalanmağa qoyulmalıdır. Birinci mayalanma evin temperaturundan asılı olaraq 1,5-2 saat müddətində baş tutur. Daha sonra mayalanmış xəmiri götürüb yenidən yoğururuq. Burada xəmiri yoğurarkən əli una vurmaq daha yaxşı olardı ki, xəmir ələ yapışmasın. Beləliklə, xəmiri kündələrə ayırıb, üstünə dəsmal ataraq ikinci mayalanmaya qoyuruq. Buna 1 saat vaxt lazım olur. Mayalanma müddətində xəmir şişdiyinə görə, kündələri bir-birindən aralı qoymaq lazımdır. Çörək 25-30 dəqiqə olmaqla, 200 dərəcədə bişirilməlidir".
    "Çörəyi buğda və çovdar unundan hazırlamaq olar. Bu unları qarışdırıb çörək bişirmək daha faydalıdır. Dadından da doymaq olmaz. Xəmirə süd, yaxud yağın vurulması Bakı mətbəxinə aiddir. Bakılılar, adətən şadlıqlar, yaxud da yas mərasimləri üçün belə külçələr hazırlayırlar. Buna "süd çörək" də deyilir.
    Xəmirə qatılan mayanı evdə hazırlamaq mümkündürmü?
    "İndi hazır mayalar satıldığına görə, evdə maya hazırlamağa ehtiyac qalmır. Mayanın hazırlanma prosesində ona xüsusi qulluq lazım olduğuna görə də, demək olar ki, heç kim bunu etmir. Amma onu da deyim ki, evdə hazırlanan mayalar sənaye mayalarından qat-qat üstündür. "Acıtma xəmir" deyilən evdə hazırlanan maya var. Bu köhnə (turşumuş) qatığa unu qatmaqla əldə edilir. Bunu ayrı qabda saxlayırlar və hər dəfə çörək üçün xəmir hazırlananda əlavə olunur. Bundan əlavə, dediyim acıtma xəmirə əncir yarpağı qatmaqla da maya əldə etmək olur. Bu üsul adətən, cənub-şərq bölgələrimizdə daha məşhurdur. Məsləhət görərdim ki, mayanı evdə bu üsulla hazırlasınlar. Bu həm qatqısız, həm də keyfiyyətlidir".
    Çörəyin üzərinə yumurta, qaraçörəkotu, küncütün vurulması onun təqdimatı üçün vacibdir. Çörəyin gözəl görünüşlü və daha da dadlı olması üçün üzərinə bu ərzaqlardan vurmaq olar. Bu eyni zamanda, olduqca faydalıdır.
    Son olaraq sizə ev şəraitində hazırlanacaq çörək xəmiri üçün lazım olan ərzaqları qeyd edirik:
    Ölçüsü 200 ml olan 3 stəkan su
    1 yemək qaşığı şəkər tozu
    2 çay qaşığı duz
    3 yemək qaşığı bitki yağı
    1 yemək qaşığı maya
    9 -10 stəkan un
    Nuş olsun.

ความคิดเห็น • 1