Köhnə Həkimlərin SİRRİ - Beyin Gücünü 10 Dəfə Artırır

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2022
  • #sağlamlıq #demedideme #beyin
    Beyini gücləndirən 7 super qida
    Təhsil və iş həyatımızdakı uğurlarımız, sosial bacarıqlarımız, ümumi sağlamlığımız, əhval-ruhiyyəmiz birbaşa beynimizlə əlaqəlidir. Son illərdə buna Mind-Body connection, yəni, zehin-bədən əlaqəsi də deyilməkdədir.
    Beynimizi gücləndirməyin yolları və beynimizi qidalandıran 7 super qida haqqında danışacağam.
    1. Balıq. Beynimizin 60%-i yağlardan ibarətdir. Bu yağların 50%-ini Omega-3 yağları təşkil edir. Omega-3 yağlarının qida ilə qəbulu uşaqlıqdan ta qocalanadək eyni önəmə sahibdir. Uşaqlarda beyinin inkişafına kömək edən Omega-3 yağları yaşlılarda alzeymer xəstəliyi riskini azaldır. Həftədə 2 gün balıq yemək beynimizin sağlamlığının sığortasıdır. Bunu edə bilməyənlərin “balıq yağı” qida əlavəsini qəbul etməsi faydalıdır. Qeyd edim ki, qoz ləpəsi, kətan toxumu, pərpətöyün bitki mənşəli Omega-3 yağları qaynağıdırlar.
    2. Çərəzlər. Beynimizə bənzəyən qoz ləpəsi başda olmaqla, çərəzlər sahib olduqları doymamış yağlarla beynimizin sağlamlığını dəstəkləyirlər. Çərəz kimi yeyilən ləpələrin tərkibində vitaminlər, minerallar, antioksidantlar var ki, bunlar da beyini qidalandırırlar. Gün ərzində 50-60 qr ləpə yemək mütəxəssis tövsiyəsidir.
    3. Giləmeyvələr. Böyürtkən, qarağat kimi giləmeyvələrlə yanaşı, qara tut da beynimizə faydalıdır. Diqqət etdinizsə, rəngi tünd giləmeyvə və meyvədən danışıram. Bu rənglər antioksidant zənginliyindən xəbər verir. Bəs, antioksidantlar nə edir?
    a) beynimizin funksiyasını artırır;
    b) iltihab əmələ gəlməsinin qarşısını alır;
    c) qocalmanı ləngidir;
    ç) beyin xəstəlikləri riskini azaldır;
    Mövsümündə bu giləmeyvə və meyvələrdən bol-bol yeməyə çalışın.
    4. Sarıkök. Soyuqdəymə əleyhinə vasitə və antioksidant kimi sarıkök çox qiymətlidir. Beynimizin gənc qalmasını dəstəkləyir, yaddaşı gücləndirir, alzeymer və parkinson kimi xəstəliklərin əmələ gəlməsinə mane olur. Bu dəyərli ədviyyatı gücünüz yetdiyi qədər yeməklərə əlavə etməyi unutmayın.
    5. Brokoli. Antioksidantla zəngin olması ilə yanaşı, brokoli K vitamini qaynağıdır. K vitamini yağda həll olur. Beyin hüceyrələrinin yenilənməsində önəmli yeri olan sfingolipid maddəsinin əmələ gəlməsi K vitamininin yağda həll olma qabiliyyətinə bağlıdır. Məhz buna görə də, brokoli yemək beyinin gənc qalmasına, yaşlılıq səbəbiylə meydana çıxan neyrodegenerativ xəstəliklərin qarşısının alınmasına kömək edir.
    6. Yumurta. B12 və fol turşusu qaynağı olan yumurta, həmçinin, kolin adlı bir amin turşusuna da sahibdir. Vitaminlər beyin toxumalarının inkişafında önəmlidir. Kolin isə beyin kimyasında vacib bir vəzifəni yerinə yetirən asetilkolin adlı maddə üçün xammaldır. Bu maddələr birlikdə hərəkət edərək beyini gümrahlaşdırır, xroniki xəstəliklərə tutulma riskini minimuma endirir.
    7. Kakao və kofe. Kakao və kofe, belə demək mümkündürsə, çox yaxın qohumdurlar. Hər iki maddə bol miqdarda mineral və antioksidantla zəngindir. Kofenin orqanizmə faydaları haqqında daha öncə də danışmışdıq. Kakao isə flavonoid cinsli antioksidantlara sahib olduğuna görə, beyinə kofe kimi müsbət təsir göstərir. Şokolad alarkən kakao səviyyəsi yüksək, məsələn, 70% kakaoya malik şokolad seçməklə beyninizə daha çox fayda vermiş olarsınız. Qeyd edim ki, şokolad yeyərkən beyində “xoşbəxtlik hormonları” sayılan serotonin`in və dopomin`in ifraz edilməsi sürətlənir. Bu da xoş əhval-ruhiyyədə olmağımızı, stressin yox olmasını təmin edir. İstər kofenin, istərsə də şokoladın parkinson və alzeymer kimi xəstəliklərdən qoruduğu elmi cəhətdən sübut edilib. Təbii ki, hər ikisinin də nizamlı şəkildə qəbuluna diqqət edilməlidir.
    Beyin sağlamlığı üçün bu qidalar qədər önəmli daha 3 faktor vardır. Bunları sıralayaq.
    1. İdman. Böyük Türkün-Atatürkün dediyi kəlamı xatırlayaq: “Sağlam baş sağlam vücuddadır”. Atatürk bu sözləri söylərkən hələ dünya Mind-Body connection ilə tanış olmamışdı. Uzun illər boyunca aparılan yüzlərlə elmi araşdırma nizamlı hərəkətlərin və idmanın beyin sağlamlığına fövqəladə faydalarını sübut etmişdir. Nizamlı hərəkət etmək əzələ sisteminə, metabolizmaya, ürək-damar sisteminə müsbət təsir göstərməklə yanaşı, beyin sağlamlığı üçün də vacibdir.
    A) xoşbəxtlik hormonlarının ifrazının artmasına səbəb olur;
    B) depressiyadan qoruyur;
    C) beyindəki soyuqdəyməni azaldaraq zehni aydınladır;
    Ç) diqqəti və yaddaşı gücləndirir;
    E) yaradıcılıq qabiliyyətini artırır;
    D) neyrodegenerativ xəstəliklərin qarşısını alır;
    2. Fasiləli aclıq. Aclığın səbəb olduğu avtofaqiya (autophagy) başda beynimiz olmaqla, bütün orqanlarımızda və hüceyrələrimizdə yenilənmə, gəncləşmə effekti yaradır. Fasiləli aclığın beyinə təsirində maraqlı nüanslar var. Belə ki, fasiləli aclıq beyin hüceyrələrində “təmizləmə” aparır, eyni zamanda, Brain Derived Neurotrophic Factor (BDNF) deyilən olduqca önəmli bir hormonun ifrazına səbəb olur. Brain Derived Neurotrophic Factor neyronlarımızın, yəni, beyin hüceyrələrinin özlərini “təmir etmələri”, hətta çoxalmaları üçün lazımdır.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 94

  • @seymurkerimov7355
    @seymurkerimov7355 ปีที่แล้ว +8

    Qardaşım vaxtım olduqca izləyirəm və baxmadan bəyənir edirəm 👍

  • @cvahirliyeva8436
    @cvahirliyeva8436 ปีที่แล้ว +15

    Çox gözəl izah verdiniz,təşəkkürlər

  • @metanetmirzoyeva7135
    @metanetmirzoyeva7135 ปีที่แล้ว +5

    Gözəl məlumatlara görə təşəkkürlər.👍👍👍👍👍👍🤝🤝🤝👄👄👄💅💅💅💅💖💖💖💖💞💞💞💞💞💞💞❣❣❣👏👏👏👏👏👏🙂🙂🙂❤❤❤

  • @aydnhacbalayev2224
    @aydnhacbalayev2224 ปีที่แล้ว +15

    və ən əsası stresdən,boş və mənası olmayan şeyləri,camahat nə deyər fikirlərindən uzaq olsan...
    bəli bunların hamısı xeyrli 😉

  • @user-ro4zp2yd5x
    @user-ro4zp2yd5x ปีที่แล้ว +9

    Teşekkur edirik.Faydali videodu

  • @ulviyymmmdova4107
    @ulviyymmmdova4107 ปีที่แล้ว +9

    Çox sağ olun. Allah köməyiniz olsun🤲

  • @sastelekom3921
    @sastelekom3921 2 หลายเดือนก่อน +3

    Sag olun verdiyiniz bilgilərə görə
    Reklamda bir qaşıq nəsə göstərib amma haqqında bir çey demədiz
    Yoxsa mən başa duşmədim
    Muəllim şagirdlərə dərsi danışır sonda soruşur başa duşdunuz kimin sualı var . Hamı deyir başa duşduk sualımızda yoxdu. Halbuki hec kim hecnə anlamayıb ki sual da versin

  • @taranaqadirova8916
    @taranaqadirova8916 4 หลายเดือนก่อน +3

    TƏŞƏKKÜRLƏR SİZƏ ÇOX GÖZƏL VİDEODUR

  • @user-sf7wl9zq1x
    @user-sf7wl9zq1x 2 หลายเดือนก่อน

    Gözəl insan sizin verilişlərin hər biri özünə görə çox məsləhətlidir və bəyənirəm, o ki, qaldı baxıb özünə məsləhət kimi qəbul edir onlara da Allah qəlblərinə mürvət versin bəlkəm sizin zəhmətə qiymət verdilər

  • @prensesler6935
    @prensesler6935 3 หลายเดือนก่อน +2

    Təşəkkürlər Allah razı olsun Var olasınız

  • @cingizrehimov9609
    @cingizrehimov9609 4 หลายเดือนก่อน +3

    Belə faydalı videoların davamı gəlsin. 😍

  • @ragibaisbiyeva4534
    @ragibaisbiyeva4534 ปีที่แล้ว +4

    Təşəkkürlər!!

  • @nabilisfndiyarzad3725
    @nabilisfndiyarzad3725 8 วันที่ผ่านมา

    fenamenol məcunu 4 yaşdan yuxarı uşaqlar üçün yararlıdır günde yarım çay qaşığı super effektlidir .reklam deyil .həkimin mənə yazdığı resepti pAylasdim sizinle

  • @tamamtagyeva2895
    @tamamtagyeva2895 3 หลายเดือนก่อน +1

    Salam sağ olun minnətdaram həmişə olduğu kimi gözəl tövsiyələr verirsiz

  • @ilkinmuradov8879
    @ilkinmuradov8879 8 หลายเดือนก่อน +2

    Alıah izdən razı olsun

  • @susannaabdullayeva5864
    @susannaabdullayeva5864 ปีที่แล้ว +3

    Cox maraqlidir.👍👍

  • @banovshamehdiyeva1990
    @banovshamehdiyeva1990 3 หลายเดือนก่อน +1

    Çox gözəl izah verdiniz,çox sagolun❤

  • @tamamtagyeva2895
    @tamamtagyeva2895 3 หลายเดือนก่อน +1

    Təşəkkürlər gözəl videolara görə

  • @sultanmusayev5212
    @sultanmusayev5212 3 หลายเดือนก่อน +1

    Təşəkkürlər.

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 ปีที่แล้ว +11

    Maraqlı vidyodur çox sağolun.

  • @hearlife4850
    @hearlife4850 ปีที่แล้ว +2

    Təşəkkürlər

  • @user-nr7hy8pb2v
    @user-nr7hy8pb2v 3 หลายเดือนก่อน +1

    Çox saĝ olun

  • @orxanmusayev4775
    @orxanmusayev4775 3 หลายเดือนก่อน +1

    Çox sağ olun

  • @metanetmirzoyeva7135
    @metanetmirzoyeva7135 ปีที่แล้ว +6

    Allah köməyiniz olsun.....👏👏👏👏👏👏👏👏💝💝👏👏💞💞💞💞💕💕💕💝💝💝❤❤❤

  • @ayibasahad3048
    @ayibasahad3048 4 หลายเดือนก่อน +1

    Təşəkkür edirəm 💚

  • @zizseyidova8103
    @zizseyidova8103 ปีที่แล้ว +7

    Faydalı məlumatdır çox sağ olun .

  • @leylarehimova7798
    @leylarehimova7798 7 หลายเดือนก่อน +1

    Sizi var olun

  • @novrestehuseynova372
    @novrestehuseynova372 ปีที่แล้ว +1

    Əladi

  • @sheku6589
    @sheku6589 3 หลายเดือนก่อน

    Təşəgürlərrrrrr sonsuz sayqılar

  • @nurH47
    @nurH47 3 หลายเดือนก่อน +1

    Faydali melumatlar ucun tewekkurler.😊

  • @arzunesirova1732
    @arzunesirova1732 ปีที่แล้ว +3

    Mən şokoladı çox sevirəm.amma ziyanlı maddələr olduğu üçün istifadə edə bilmirəm.indiki şokoladlar yeyiləsi deyil.Amma təmiz şokolad insanda xoşbəxtlik hormonu yaradır.

  • @fantaziyalardunyasi9222
    @fantaziyalardunyasi9222 ปีที่แล้ว +62

    Bəli İslam dininin qaydalarına əməl etmək özü elə dağlamlıqdır. Fasiləli aclıq: Orucluq, idman: namaz, bütün zərərli şeylərdən uzaq olmaq: şərab içməmək, qumar oynamamaq, zina etməmək , haram yeməmək və sairə. Sağlam, xoşbəxt yaşamağın əsas yolu budur. Hər kim bu düzgün yolu seçərsə xoş o kəsin halına. Hər 2 dünyada xoşbəxt olar

    • @fffr7116
      @fffr7116 ปีที่แล้ว +8

      Düzdü düz yoldu əlhəmdülilah

    • @eldarrzayev6892
      @eldarrzayev6892 ปีที่แล้ว +6

      Beli tamamile dogrudur.

    • @fantaziyalardunyasi9222
      @fantaziyalardunyasi9222 ปีที่แล้ว +4

      @@sevinjmammadaova5444 Bütün bu saydıqlarınızın islam dininə dəxli yoxdur. O dediuiniz şəxs xəstədir. ALLAH şəfa versin🤲

    • @k_s_yellow9340
      @k_s_yellow9340 ปีที่แล้ว

      @@sevinjmammadaova5444 😂😂😂 yoldaşınız vəhabilik təkfirçilik xəstəliyinə tutulub. Allah sizə dözüm səbr hidayət versin.
      O da sizə yəqin hidayət arzu edir. Mən deyən hidayət başqa hidayətdir. Nəisə. Siz yalnız uşaqlarınızın muğayat olun ki elə təkfirçi xəstəliyinə tutulmasın. Belə xəstələr özlərindən başqa hər kəsi mundar azğın hesab edir. Onlar deyir ki yəhudinin kəsdiyi heyvan pakdır amma şiənin kəsdiyi heyvan nəcisdir.

    • @sevinjmammadaova5444
      @sevinjmammadaova5444 ปีที่แล้ว +2

      @@k_s_yellow9340 😔

  • @ehedhasilov438
    @ehedhasilov438 ปีที่แล้ว

    Beyendim

  • @aquliyeva7144
    @aquliyeva7144 9 หลายเดือนก่อน +3

    Kaş bunları vaxtında biləydik,çox sağolun,gecikib xəstə olanlar necə başlasa yaxşıdır?🤲

  • @Kamran11200
    @Kamran11200 2 หลายเดือนก่อน

    Abune olmusam her baxanda beyenib Rey yaziram

  • @ramintagizade8796
    @ramintagizade8796 2 หลายเดือนก่อน +1

    Sizdə deyirsiz fiilan otu için filan yerə xeyirdi, daha demirsiki bu başqa yerə zərərdi

  • @lamiyamehraliyeva4836
    @lamiyamehraliyeva4836 ปีที่แล้ว +2

    Cox sag olun

    • @zembiltv
      @zembiltv ปีที่แล้ว

      Salam gozel baci xahis edirem bizimde kanala destek ol🥰

  • @museyibmemmedov1635
    @museyibmemmedov1635 4 หลายเดือนก่อน

    Xeyir sarikokde gosderibler siz gormemisiz😊

  • @ahmedefendiyev6541
    @ahmedefendiyev6541 ปีที่แล้ว +1

    Mən Abunəyəm

  • @xadicasadixova7378
    @xadicasadixova7378 ปีที่แล้ว +1

    Mətni üzündən oxuya bilməyənə verməyin.Faydalı məsləhətlər üçün sağ oıun

  • @kolgten5727
    @kolgten5727 ปีที่แล้ว +24

    Şakaladlara Palma yagı qatılır Palma yagı Xərçəng xəstəliyinə yol açır. Elə yaxşısı Orug tutmaqdı Fasiləli aclıq filan deyirsiz.

    • @hemidhesenov9836
      @hemidhesenov9836 ปีที่แล้ว

      Tamamilə.doqrudur.ona.görədə.son.aylar.şokalad.yiyə.bilmirəm.

    • @yaqubova48
      @yaqubova48 ปีที่แล้ว

      Beli

    • @gulzarbeybutova4768
      @gulzarbeybutova4768 ปีที่แล้ว

      @hatsapp8411 ²²22222222222222

    • @user-xn8cd1xb5l
      @user-xn8cd1xb5l 13 วันที่ผ่านมา

      0000⁰😂​@@hemidhesenov9836

  • @FlavorfulDance
    @FlavorfulDance 2 หลายเดือนก่อน

    ❤👍

  • @ahmedefendiyev6541
    @ahmedefendiyev6541 ปีที่แล้ว

    Yaşa

  • @dkfkdkdfjfjdjd7659
    @dkfkdkdfjfjdjd7659 ปีที่แล้ว

    👍 👍 👍

  • @sevilbayramova598
    @sevilbayramova598 2 หลายเดือนก่อน +1

    SalamDemedi deme praqraminin butun uzvulerine coxxx tesekur edirem bu verilis ucun.emeyinize saglik❤❤❤👍👍👍🙏🏻🙏🏻🙏

  • @s.e5112
    @s.e5112 ปีที่แล้ว +7

    Sarıkök deyib zəncəfil göstərirsiz

    • @billurekerimova1680
      @billurekerimova1680 ปีที่แล้ว +2

      O boyda vidioda bir onu gore bildiniz?😄

    • @s.e5112
      @s.e5112 ปีที่แล้ว +1

      @@billurekerimova1680 nə göstərildi onu da gördüm)

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 ปีที่แล้ว

      Sarıkökdür, zəncəfilin içi də üstü rəngdə olur

  • @sghjjhggghjjh7160
    @sghjjhggghjjh7160 ปีที่แล้ว +5

    Men bunun danlwlglnl bawa duwmedim ele bil agzlnda nese var kim bilir desin neyi ayda bir defe yemek olar xahiw edirem.p

  • @nhatazadli6142
    @nhatazadli6142 ปีที่แล้ว

    Fasileli acliq nece olur

  • @aydankamilova7099
    @aydankamilova7099 ปีที่แล้ว +2

    ♥️♥️

    • @zembiltv
      @zembiltv ปีที่แล้ว

      Salam gozel baci xahis edirem bizimde kanala destek ol🥰

  • @iradaatalieva9532
    @iradaatalieva9532 ปีที่แล้ว +1

    Məsləhətlər yaxşıdır sag olun amma danışan qızın dilində üüsur var aydın danışan adam olsaydı lap yaxşı başa düşərdik

  • @Sevinc-se1im
    @Sevinc-se1im 2 หลายเดือนก่อน

    Bbacardigca cox baxmag lazimdi

  • @ordubadnaxcivan5925
    @ordubadnaxcivan5925 ปีที่แล้ว +2

    🤲🤲🤲

  • @almazsuleymanova7122
    @almazsuleymanova7122 ปีที่แล้ว +1

    Ballq imka.llar ucundur

  • @agaceferli4552
    @agaceferli4552 ปีที่แล้ว +2

    ləpə yiməydən ləpələyirəm

  • @almramr
    @almramr ปีที่แล้ว

    Indi tamiz sokalat var ?

  • @user-dt7lx5cc6n
    @user-dt7lx5cc6n 2 หลายเดือนก่อน

    .❤❤❤❤❤

  • @ilhamagakisiyev6563
    @ilhamagakisiyev6563 ปีที่แล้ว

    Qune 3 sarimsaq yemekde beyne xeyirdir

  • @shahriyarmahmudov5347
    @shahriyarmahmudov5347 3 หลายเดือนก่อน

    Zəncəfil

  • @user-dt7lx5cc6n
    @user-dt7lx5cc6n 2 หลายเดือนก่อน

    ......❤❤❤❤❤

  • @VipVip-fc5zs
    @VipVip-fc5zs ปีที่แล้ว +3

    4-cü sarıkök dediyi zəncəfil deyildimi ki ?

    • @user-hr8ik9cx7p
      @user-hr8ik9cx7p ปีที่แล้ว

      Хейр зенчефил башга, сарыкок башгадыр. Сарыкок рус дилинде куркумадыр,зенчефил имбирдир.

  • @gulnazatayeva7617
    @gulnazatayeva7617 ปีที่แล้ว

    Men il boyunca sari icdim hec bir xeyrini gormedim

  • @yasharmirsalah2109
    @yasharmirsalah2109 ปีที่แล้ว +2

    Məsləhət ücün cox sag olun.Amma ,bunlari almaq üçün pulu hardan alaq?

  • @amilaliyev32
    @amilaliyev32 3 หลายเดือนก่อน

    Fol turşusu olmaz falat olar.fol tuşusu sintetik b 9 vitaminidi

  • @user-gx9qx4um7b
    @user-gx9qx4um7b ปีที่แล้ว +1

    Salam niye 50, 60 qramdan artiq yemek olmaz?

    • @aybnizsadqova3306
      @aybnizsadqova3306 ปีที่แล้ว

      Faydalı məsləhətlər
      verdiyiniz ücün təşəkkür
      edirəm

    • @VipVip-fc5zs
      @VipVip-fc5zs ปีที่แล้ว +4

      Ümumiyyət ilə belə videolarda verilən bu cür ölçülər qramlar hamısı səhvdir, yanlışdır. Nəinki bu videoda, bu tip bu cür verilən ölçülərin hamısında. Çünki əvvala hər şeyin xeyri var və hər şeyin də ziyanı var. Baxır kimə nə xeyir, kimə nə ziyandır. Yəni kimdə nə az, nə çoxdur. Kimin nəyə ehtiyacı var, kimin nəyə ehtiyacı yox. İkincisi hətta 2 insanın ikisinin də eyni şeyə ehtiyacı olsa belə onların ehtiyacı olan ölçülər eyni ola bilməz. Çünki eyni effekti ala bilməz. Boya, çəkiyə, yaşa və sair göstəricilərə görə dəyişir. Və hətta göstəricilər də eyni olsa yenə də ölçülər eyni olmaq məcburiyyətində deyil. Çünki burda insanın hədəfləri , məqsədləri də fərqli ola bilər və sair.

  • @hsjsjsjxjxjxkxixixjsjsjsjd2552
    @hsjsjsjxjxjxkxixixjsjsjsjd2552 3 หลายเดือนก่อน

    🇦🇿🇦🇿🇦🇿👍🇦🇿🇦🇿🇹🇷🇹🇷🤲

  • @user-tg7sk2py1f
    @user-tg7sk2py1f 3 หลายเดือนก่อน

    Brukpli yox brokli

  • @user-nb5wf1ed8x
    @user-nb5wf1ed8x 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @cansiyetselimova7641
    @cansiyetselimova7641 3 หลายเดือนก่อน +1

    AYDA BİR DEFE yox,ne vaxt tapsaniz yeyin

  • @alimemmedov3669
    @alimemmedov3669 ปีที่แล้ว +1

    Ee qardaş zeytin bağları yağı nedi zeytin yağı de daa.bağların yağı deyilki zeytinin yağıdı.esebleşirem sen heyle deyende

    • @alimemmedov3669
      @alimemmedov3669 8 หลายเดือนก่อน

      O adı qoyanın da ele ağlı senin ağlın qeder işleyir.o bir söz var ee deyir ,sene ad qoyanın .. anladın sen onu