AYAQLARA DİQQƏT! Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2024
  • #demədidemə #azerbaycan #qaraciyər
    Qaraciyərdəki problemlər haqqında xəbər tutmaq istəyirsiniz? Ayaqlarınıza baxın!
    Bəli, bu gün qaraciyərimiz haqqında məlumatlı olmaq üçün ayaqlarımızı müşahidə edəcəyik. Bir şeyi vurğulayım ki, hazırladığım video ultrasəs müayinəsi edən aparat və ya mütəxəssis deyil, sadəcə, məlumat xarakterlidir. Dəqiq müayinələr üçün tibb müəssisəsinə getməlisiniz.
    Keçək videomuza.
    Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər. Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər. Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində özünü biruzə verir. Çünki qan dövranı pozulur.
    Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır.
    Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları sirrozun ilkin əlamətlərindəndir.
    Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir. A və E vitaminləri yağda həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür. D vitamini çatışmazlığı isə qaraciyərin işinə mane olan əsas faktordur. B3 vitamininin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına da gətirib çıxarır. Bu dəri xəstəliyinə əllərdə və ayaqlarda daha çox rast gəlinir.
    Ayağın altında qaşıntı. Bu simptom qaraciyərdə maye yığıldığının göstəricisidir. Yəni qaraciyərdə tıxanma var, nəticədə, öd suyu normal şəkildə öd kisəsinə ötürülə bilmir. Səbəb öd kisəsindəki daş da ola bilər. Ayaqlardakı qaşıntını və iltihablanmanı plantar-fassit ilə əlaqələndirənlər də tapılır. Məlumat üçün deyim ki, plantar-fassit dərin daban fassiyasının, digər adıyla plantar aponevrozun zədələnməsi, iltihablanması, yaxud deformasiyaya uğraması səbəbiylə yaranır. Dərin daban fassiyası uzununa lifləri olan və dəriyə birləşən qalın, ağ toxumadır. Qaraciyərdə maye yığılması səbəbiylə qaşınan ayaq altlarını plantar-fassitlə qarışdırmaq olmaz. Çünki plantar-fassit daha çox ağrı ilə özünü biruzə verir, qaraciyər problemi isə qaşıntı ilə.
    Ayaqlarda istilik. “Yanan ayaqlar” qaraciyərdə problem olduğuna işarədir. Bu ayaqlar, həm də, iylənməsi ilə diqqət çəkir. Üfunətli ayaq qoxusu o deməkdir ki, qaraciyər normal şəkildə detoks həyata keçirə bilmir. Yəni onun işində ləngimələr və ya pozulmalar var. Qaraciyər detoks edə bilməyəndə toksinlər dəri vasitəsilə xaric edilir. Qaraciyərdə vəziyyət pisdirsə, ən birinci rasiona diqqət edilməlidir; demək, qidalanma vərdişi də pisdir. Orqanizm “zibillənib”, xüsusilə də, qalın bağırsaq və böyrəklər toksinlərin istilasına məruz qalıb. Bu halda, inanın, barmaqlarınızın ucunda belə, sağlamlıq axtarmaq mümkün deyil. Bununla demək istəyirəm ki, qaraciyər xəstədirsə, demək, orqanizm başdan-başa xəstədir…
    Ayaqlarda ödəmlər. Əlinizlə ayağınıza basdınız və sizə elə gəldi ki, əlinizin altında maye ilə dolu kiçik bir torba var… Bunu yaşamısınızmı heç? Yaşamısınızsa, rəylərdə yaza bilərsiniz. Bu kiçik torbalar ödəmlərdir. Yaranma səbəbi qaraciyərdə maye yığılmasıdır.
    Göbələklər. Məsələn; ayaq dırnaqlarında göbələk peyda olubsa, demək, orqanizm göbələk sporları tərəfindən işğal olunub. Bu da onu göstərir ki, bağırsaqdakı mikroorqanizmlərin balansı pozulub. Çünki qaraciyər düzgün işləmir. Əgər son dönəmlərdə qəfildən baş qaldıran dırnaq göbələyi, pullu dəmrov, kəpək kimi problemlərlə qarşı-qarşıyasınızsa, bilin ki, qaraciyərin iş prinsipi pozulub və ən ucdakı sinirlərdə qan dövranı həddən artıq zəifləyib.
    Qaraciyər problemlərinin səbəbləri nələrdir?
    Dərman preparatlarının əks təsirləri;
    Yüksək miqdarda şəkər qəbulu;
    Pasterizə edilmiş, konservləşdirilmiş qidaların qəbulu;
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 47

  • @user-kz9mf9bm6b
    @user-kz9mf9bm6b 4 หลายเดือนก่อน +10

    Аллах бизи хеч киме мохтаж етмесин, оз елимизде, оз аягымызда олдурсун иншаллах💓💓💓💓🤲🤲🤲🤲

  • @semengulibrahimova7561
    @semengulibrahimova7561 4 หลายเดือนก่อน +2

    Allah sizdən razi olsun çox ətrafli anlatmisiniz Var olun.Allah hamimiza kömək olsun bizi hər türlü xəstəliklərdən qorusun inşəAllah

  • @isahasanov8127
    @isahasanov8127 4 หลายเดือนก่อน +6

    Faydalı məsləhətlər üçün təşəkkür edirəm. 👍

  • @trlandasdyeva8162
    @trlandasdyeva8162 4 หลายเดือนก่อน +3

    Var olun həmişə belə səviyyəli verilişlərə ehtiyac var davamlı olsun Kron xesteliyi mədə bağırsaq problemlərindən danişin uğurlar

  • @user-zv6mf2fl4w
    @user-zv6mf2fl4w หลายเดือนก่อน +1

    Çox sağ olun məlumat verdiyiniz üçün

  • @orxannabiyev8829
    @orxannabiyev8829 5 หลายเดือนก่อน +8

    Çox sağolun;Faydali kanal.

  • @tofiqbagirov7070
    @tofiqbagirov7070 5 หลายเดือนก่อน +22

    Allah haminin köməyi olsun Amin.

    • @namiqasgerov5856
      @namiqasgerov5856 5 หลายเดือนก่อน +1

      Allah köməyiniz olsun

    • @ZeynebzehraAliyeva
      @ZeynebzehraAliyeva 4 หลายเดือนก่อน +1

      Gozel aydinlawdirirsiz coxsaqolun❤

  • @gulgezeliyeva1300
    @gulgezeliyeva1300 4 หลายเดือนก่อน +3

    Allah komeyiniz oisun biz tesekkur edirik

  • @user-xf8fm8qi8z
    @user-xf8fm8qi8z 5 หลายเดือนก่อน +2

    Çox saq olun! Faydalı məsləhətinizə görə təşəkkürlər!

  • @qiyaseliyev323
    @qiyaseliyev323 5 หลายเดือนก่อน +8

    Ay qardaş dediyin yeməkləri kasıb camaat tapa bilir ki yesin də? Elə harda pis yağ və ərzaqlar var bizim ölkə gətirib insanlara yedirdir. Bu qədər özümüzün iqlim və təbiətimizin imkanları var ikən gedib ximikat gətirib yedirdirlər bizə.

  • @errorexe1313
    @errorexe1313 4 หลายเดือนก่อน +3

    Аллах разы олсн ❤

  • @BextiyarMirzeyev-uo2mv
    @BextiyarMirzeyev-uo2mv 5 หลายเดือนก่อน +4

    Allah bizə köməy olsun.Faydalı nə yeyirikki xəstələnmiyək.Keyfiyətli heçnə yoxdu

  • @sultanmusayev5212
    @sultanmusayev5212 4 หลายเดือนก่อน +2

    TƏŞƏKKÜRLƏR.

  • @vidadizalov820
    @vidadizalov820 4 หลายเดือนก่อน +1

    🤲🤲🤲Allah həmişə köməyiniz olsun inşallah

  • @elmiracabbarova2342
    @elmiracabbarova2342 5 หลายเดือนก่อน +1

    Çoox sağ olun.Məlumatlar faydalıdır.

  • @user-gi9yu1bi7l
    @user-gi9yu1bi7l 4 หลายเดือนก่อน +2

    Cox sagolun

  • @NicatMahmudov768
    @NicatMahmudov768 4 หลายเดือนก่อน +1

    ALLAH SIZI QORUSUN DUZ DANŞRSZ

  • @resmiyyememmedova6328
    @resmiyyememmedova6328 4 หลายเดือนก่อน

    Təşəkkürlər🙏🙏🙏

  • @vusalmabudov3908
    @vusalmabudov3908 4 หลายเดือนก่อน

    Vermisiniz çox gozeldi

  • @user-hz8ne5yo1l
    @user-hz8ne5yo1l 4 หลายเดือนก่อน +1

    Super🙏👍👏💯

  • @ceyhunaliyev1402
    @ceyhunaliyev1402 4 หลายเดือนก่อน +1

    ❤cox sağol

  • @entiqeallahverdiyeva3239
    @entiqeallahverdiyeva3239 4 หลายเดือนก่อน

    Sağ olun🤲

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 5 หลายเดือนก่อน

    Çox sağolun

  • @savasozturk8618
    @savasozturk8618 4 หลายเดือนก่อน +1

    Çok güzel bilgiler

  • @user-ce2rk5sf1z
    @user-ce2rk5sf1z 2 หลายเดือนก่อน

    Allajkömeyin olsun

  • @user-iu6mj7zs2l
    @user-iu6mj7zs2l 4 หลายเดือนก่อน +1

    👍👍👍❤

  • @samirrehimov9687
    @samirrehimov9687 4 หลายเดือนก่อน +1

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 5 หลายเดือนก่อน +3

    Allah bütün xəstələrə şəfa versin

  • @user-di7oi3wv4p
    @user-di7oi3wv4p 5 หลายเดือนก่อน

    Allah razi olsun men weker xestesiyem icdiyim dermanlar qaraciyerimi mwhv edir ne edim qanqal toxumuda icirem

  • @elnurpirverdiyev9910
    @elnurpirverdiyev9910 2 หลายเดือนก่อน

    Salam axsaminiz xeyir Mende bir prablem var ayag altinda qasinma var qasinan hisse sulug kimi olur Sebebi nedir nece mualice ede bilerem

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 5 หลายเดือนก่อน +5

    ALLAH. KOMƏYNİZ OLSUN

  • @yasarsayadov9781
    @yasarsayadov9781 5 หลายเดือนก่อน +1

    Menim dabanim çat verir.ve qarnimda şişkinlik var,Bu qaraciyerden ola biler??

    • @user-fe7ov7sb6s
      @user-fe7ov7sb6s 5 หลายเดือนก่อน

      Ola biler heç olmasa uzi den keçin

  • @user-ft9iz6ht5j
    @user-ft9iz6ht5j 5 หลายเดือนก่อน

    42 yaşım var ayaqimda ele maye kimi şiş olur ne edim?

  • @haticeyusuf6607
    @haticeyusuf6607 4 หลายเดือนก่อน +2

    QIRMIZI TURP XOLESTERINI DUSURUR.
    SIZDEKI MELUMAT YALNISDIR.
    11:27

  • @SadiqYusifov-jm5um
    @SadiqYusifov-jm5um 4 หลายเดือนก่อน +1

    Bes ne yeyek?

  • @azeri.1001
    @azeri.1001 22 วันที่ผ่านมา

    Onu yeme bunu yeme,day deynen acinnan ol de.

  • @gunugunu9070
    @gunugunu9070 5 หลายเดือนก่อน

    Pendir ziyandi?

    • @user-qj2tk3vt4t
      @user-qj2tk3vt4t 28 วันที่ผ่านมา

      Дузлудуса зийанды

  • @KUKLA113
    @KUKLA113 5 หลายเดือนก่อน +2

    Aa😩😭😱mənim ayağımın altı da saralıb.Neynim?

    • @aidaabbasova487
      @aidaabbasova487 5 หลายเดือนก่อน +1

      Mütləq həkimə müraciət edin.2ay bundan qabaq yoldaşım bu əlamətlərdən sonra qaraciyərin serrozu diaqnozu ilə rəhmətə getdi.Ayaqlarının altı sarı qabar qatı ilə örtülmüşdü.Yeriyəndə çox incidirdi.Demə onda qaraciyərin xroniki dəyişməsi gedirmiş.Qarnına su yığılmışdı.Çarəsi olmadı.

  • @TERTER-lb3mg
    @TERTER-lb3mg 5 หลายเดือนก่อน +2

    Videonu izlemirler/ videoya baxirlar. Ana diline hormet edin.