Bunları yesəniz Böyrəkləriniz Heç Vaxt Xəstələnməyəcək!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2024
  • #BirBax #xalqtəbabəti #böyrək
    #böbrek #почка
    Böyrəklər üçün faydalı qidalar
    Bu gün sizə böyrəklər üçün faydalı qidalardan danışacağım. Bu qidalar böyrəklərdə hər hansı problemin əmələ gəlməsinə mane olur. Həmçinin, kiçik xəsarətlərin aradan qalxmasına da kömək edir. Tutaq ki, xroniki böyrək xəstəsi olan insan var. O, necə qidalanmalıdır? Videomuzda bu barədə ətraflı danışmışam. Diqqətiniz məndə olsun.
    Əvvəlcə, nefronların fəaliyyətindən danışaq. Böyrək nefron adlanan kiçik cisimlərdən ibarətdir. Nefronların işi bunlardır:
    -qanı filtrləyir;
    -qanın tərkibini nizamlayır;
    -bir çox elektroliti, hormonu, mineralı, vitamini, proteini təkrar istifadəyə hazırlayır;
    Nefronlar zərər çəkəndə qidalanma vərdişi kökündən dəyişməlidir. Çünki fosfor, kalium, natrium kimi maddələrlə yanaşı, bəzi qidaların da çatışmazlığı yaranır. Dolayısı ilə, əvvəlki kimi qidalana bilməyəcəksiniz. Böyrəklərin sağlamlığını qorumaq üçün ayaq üstü yeməklərdən yeməyin. Yəni emala məruz qalmış, ədviyyatlı, yağlı fast-foodlardan uzaq durun. Yaxşı olar ki, yeməklərinizi özünüz hazırlayasınız. Rafinə edilmiş qidaları isə birmənalı olaraq, rasiondan çıxarmalısınız.
    Böyrək xəsarətinin ən birinci səbəbi qanda şəkərin səviyyəsinin yüksəlməsi ilə əlaqədar olan diabetdir. Böyrək problemi varsa, şəkər qəbulunu dayandırın. Eyni zamanda, şəkər kimi hərəkət edən qidaları da rasiondan çıxarmalısınız: nişasta, ağ un və s. Konservlər, hazır qidalar, duzlu, şəkərli atışdırmalıqlar da uzaq durulmalı qidalardandır. Narkotik maddələr, alkoqol, siqaret, soya yağı, pambıq yağı, dərmanlar, xüsusilə, ağrıkəsicilər də böyrəklərə zərər vurur.
    İndi də keçək Böyrəklər üçün super qidalar
    Proteinlər. Qeyd edim ki, həddən artıq protein qəbul etmək olmaz. Bəzən normadan az protein qəbulu daha uyğundur. Proteinlərin əksəriyyətinin tərkibində fosfor var. Böyrəkləri həddən artıq fosforla yükləmək olmaz. Həmçinin balıq faydalı olduğu üçün onu çox yemək olaz. Bəzi balıq növlərində selen maddəsi, hətta civə var. Qısası, həftədə 2-3 dəfədən çox balıq yeməyin. Hind quşu ciyəri, inək içalatı fosforla zəngindir. Onları rasionunuza ayda 1, uzağı, 2 dəfə daxil etsəniz, yetərlidir. Yumurta sarısı və quru meyvələr də protein mənbəyidir. Lakin onlardakı fosfat böyrəyə zərər vurduğundan, rasionda miqdarı önəmli dərəcədə azaldılmalıdır. Fosfat böyrəyin ehtiyac duyduğu sink və digər mineralların fəaliyyətinə də mane olur;
    Oksalatsız qidalar. Bəli, böyrək narahatlığı yaşayanlar çalışmalıdırlar ki, böyrək mümkün olduğu qədər az toksinə məruz qalsın. Geni dəyişdirilmiş qidalar qətiyyən olmaz. Kimyəvi maddələrlə zənginləşdirilmiş qidalardan da uzaq durun. Bir də, unutmayın: oksalat böyrəyə toksin kimi təsir edir. Badam, ispanaq, şokolad oksalatla zənginliyə görə siyahının başındadırlar. Bu cür qidaları çox qəbul etsəniz, böyrəkdə iltihablanma çoxala bilər;
    Böyrəkləri yormayan qidalar. Bəzi qidalarda, məsələn, qara çayda tanninlər var. Böyrək narahatlığı yaşayanlar qaraçay içməməlidirlər. Yaşıl çayda tannin səviyyəsi çox aşağıdır. Onu içmək problemi böyütməyəcək. Böyrəkdə problem varsa, lektin tərkibli qidalar da qəbul edilməməlidir. Lektinlər, daha çox, tərəvəzlərdə olur. Elə tərəvəz var ki, oksalatla yanaşı, kalium və maqneziumla da zəngindir. Bu tərəvəzləri də ehtiyatla, minimal miqdarda istifadə etməlisiniz. Məsələn; badımcan, kartof, lobya, taxılkimilər və s.
    Böyrək xəstəliyi olanların yeməli olduğu tərəvəz, meyvə və göyərtilər bunlardır:
    Qulançar-böyrəyin filtrləyib çıxardığı maddələrin miqdarını azaldır. Nəticədə, böyrək çox gücə düşmür;
    Kərəviz-sidik turşusunu azaldır;
    Kahı-yüksək oksalata malik pazı növlərini kahı ilə əvəz edə bilərsiniz;
    Avokado-böyrəyi təmizləyir;
    Xiyar-toksinlərin atılmasını sürətləndirir;
    Sarımsaq-antioksidantdır;
    Kələm növləri-qanda şəkərin səviyyəsini azaldır, bu da böyrəyi artıq yükdən xilas edir;
    Göbələk-qidalandırıcıdır;
    Təbii, sızma zeytun yağı. İltihab əleyhinə xüsusiyyəti ilə zeytun yağı böyrəklərin daim təmiz, sağlam qalmasına çalışır;
    Tövsiyə edilməyən üsullardan biri də, böyrəklərin kompüter tomoqrafiyasından keçirilməsidir. Proses böyrəkləri radiasiyaya məruz qoyur, hətta böyrəklərə zərər vurmaq ehtimalı da var. Yaxşı olar ki, zəruri ehtiyac olmadıqda adi ultrasəs müayinəsi ilə yetinəsiniz.
    Orqanizmin ehtiyacı olan hər şeyi təbii qidalardan almalıyıq. D vitaminindən başqa, qida əlavəsi qəbul etməmək sağlamlıqdır. D vitamini böyrəklərçün önəmlidir. Eləcə də, böyrəklər D vitaminin aktiv mənimsənilməsində qaraciyərdən sonra ikinci önəmli rolu olan orqanlardır. Böyrəklər xəsarət alıbsa, D vitamini səviyyəsi aşağı düşəcək.
    Dəniz duzunun 98%-i natriumdur. Buna görə də, böyrək problemi olanlar bacardıqca dəniz duzundan deyil, 70%-li natrium xloriddən istifadə etməlidirlər. Özü də, az miqdarda.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 42

  • @user-vr7tx9fe6v
    @user-vr7tx9fe6v 4 หลายเดือนก่อน +5

    cox gözəl verilisdi izləyirem əladı

    • @birbaxkanal
      @birbaxkanal  3 หลายเดือนก่อน

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @romanqamza9258
    @romanqamza9258 4 หลายเดือนก่อน +4

    GÖZAL BACI GÖZAL XANIM COX SAG OLUN

    • @birbaxkanal
      @birbaxkanal  3 หลายเดือนก่อน

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @kovakadini88
    @kovakadini88 4 หลายเดือนก่อน +10

    Çox Təşəkkür Edirəm ❤️! 🌹🥰🫂🙏🙋✌️

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน +1

      Mən də🙏🏻

  • @rehimmustafayev330
    @rehimmustafayev330 4 หลายเดือนก่อน +6

    Məsləhətiniz üçün var olun.

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Çox sağ olun

  • @asifesgerov3284
    @asifesgerov3284 4 หลายเดือนก่อน +10

    Coxlu - coxlu sag olun.

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน +1

      Siz də🙏🏻

  • @Smart_User59
    @Smart_User59 4 หลายเดือนก่อน +4

    Sağ olun,Xəyalə xanım.Minnətdaram sizə gözəl məsləhətlərinizə görə.❤

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน +1

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 4 หลายเดือนก่อน +6

    Allah size kömek olsun ❤Xeyale xanım❤

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Təşəkkür edirəm 😊

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 หลายเดือนก่อน +5

    ALLAH KÖMƏYNİZ OLSUN

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Təşəkkür edirəm 😊

  • @rzahuseyinov4176
    @rzahuseyinov4176 4 หลายเดือนก่อน +3

    Təşəkkürlər..həkimin dediklərindəndə artıq dediz. Minnətdaram

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Təşəkkür edirəm 😊

  • @user-mo4nh9km2r
    @user-mo4nh9km2r 4 หลายเดือนก่อน +3

    Çox sağ olun. Allah köməyiniz olsun

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Çox sağ olun

  • @huseynagaseferov7890
    @huseynagaseferov7890 4 หลายเดือนก่อน +3

    Melumatlariniz ucun cox sagolun

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Çox sağ olun

  • @leylahasaova8675
    @leylahasaova8675 4 หลายเดือนก่อน +3

    Təşəkkür edirəm 😊

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Çox sağ olun

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 4 หลายเดือนก่อน +3

    bir bax ❤❤❤❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      ❤ Təşəkkür edirik

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 หลายเดือนก่อน +3

    Çox gözəl

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน +1

      Təşəkkür edirəm 😊

  • @amilhuseynov2842
    @amilhuseynov2842 4 หลายเดือนก่อน +4

    Ela

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Sağ olun

  • @telmanwabanov9792
    @telmanwabanov9792 4 หลายเดือนก่อน +2

    Xeyale xanim iqqq seviyesi den vidio hazirlayardiz zehmet olmasa

  • @AyselEliyeva-mo5eb
    @AyselEliyeva-mo5eb 3 หลายเดือนก่อน +2

    Hami deyir lobya boyreye xeyirdi siz deyirsiz ziyandi

  • @arizismayilov407
    @arizismayilov407 9 วันที่ผ่านมา

    🙏🙏🙏👍

  • @talehsirinov9547
    @talehsirinov9547 4 หลายเดือนก่อน +1

    Min defe sag olun.

    • @birbaxkanal
      @birbaxkanal  3 หลายเดือนก่อน

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @İmran-suleymanov
    @İmran-suleymanov 4 หลายเดือนก่อน +1

    Men sizle nece eleqe saxliya bikerem mende boyrekden ezyet cekirem

  • @efqanallahverdi1729
    @efqanallahverdi1729 4 หลายเดือนก่อน +1

    Çox saqolun

  • @muradisrafilov6607
    @muradisrafilov6607 4 หลายเดือนก่อน +1

    O olmaz bu olmaz bes nə yeyek

  • @nergizsultanova4767
    @nergizsultanova4767 4 หลายเดือนก่อน +1

    Bəs xörək kimi nə yeyək?

  • @kovakadini88
    @kovakadini88 4 หลายเดือนก่อน +8

    İzləyək ...👣🙄😒🫣🤔🤩✌️

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน +1

      Çox sağ olun🌹