90% İnsan Xurmanın Bu Möcüzəsini Bilmir
ฝัง
- เผยแพร่เมื่อ 3 ต.ค. 2024
- #demədidemə #sağlamlıq #xurma
"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Video içi reklamları üçün əlaqə - 0553624969
Bahaduratv@mail.ru
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)
Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.
Xurma qədim zamanlardan qidalanmanın bir hissəsi sayılıb. Uzun müddət Yaxın Şərq əhalisinin və Şimali Afrika əhalisinin qidasının əsasını məhz xurma təşkil edib. Onlar bu qənaətdə olub ki, xurmanın tərkibində insan orqanizminə lazımlı bütün maddələr var. Xurma ağacı o qədər asan yetişdirilir ki, hazırda, demək olar, planetin hər yerində bu ağaclara rast gəlmək mümkündür. “Bibliya”da və “Quran”da haqqında danışıldığı üçün xurma bəzi inanclarda “müqəddəs meyvə” sayılır.
Xurmanın faydaları.
Meyvənin faydalılıq dərəcəsi zəngin kimyəvi tərkibinə əsaslanır. Onun tərkibində bunlar var:
• A, C, K, PP, B qrupu vitaminləri;
• Dəmir, maqnium, kalsium, sink, fosfor və s.;
• Niasin (nikotin turşusu);
• Riboflavin;
• Pantoten turşusu;
• 23 növ amin turşuları;
• Protein;
• Taninlər;
• Qida lifi;
• Sellüloza;
• Fruktoza;
• Zülal;
• Yağ;
Xurmanın qida dəyəri 100 qramda 275 kkal-dir. Xurma qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır, karbohidratların mənimsənilməsini və emalını asanlaşdırır. Tərkibindəki minerallar sayəsində orqanizmin sutkalıq kükürd, maqnium, mis ehtiyacını ödəyir. Yetər ki, sutka ərzində, cəmi, 10 xurma yeyilsin.
Qida lifləri və pektin bir çox onkoloji xəstəliklərə tutulma riskini aşağı salır, həzm sisteminin işini dəstəkləyir. Sellüloza qidaların həzm olunmasını stimullaşdırır, qəbizliyi aradan qaldırır. Qeyd etmək vacibdir ki, xurmanın tərkibində xolesterin yoxdur.
Xurmadakı antioksidantlar sərbəst radikalların orqanizmdəki fəaliyyətinin qarşısını alır. Karotenoidlər ürəyin işini normallaşdırır, gözlərdə yaranacaq hər hansı problemin önünə keçir. Xurma iltihabi prosesin irəliləməsinə mane olur, diabetin və alzeymerin kəskinləşməsinə imkan vermir. Tərkibində yüksək miqdarda karbohidrat olmağına baxmayaraq, meyvə bol kalorili sayılmır. Pəhriz proqramlarında şirniyyatların xurma ilə əvəzlənməsinin səbəbi budur.
Qədim insanlar inanırdılar ki, xurma həyat enerjisi verir, gücü artırır, gümrahlıq verir, orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir, aclıq hissini gecikdirir. Soyuqdəymə və hər hansı mövsümi xəstəlikdən sonrakı günlərdə xurma yemək orqanizmin özünübərpasını sürətləndirir.
Doyurucu olan meyvə orqanizmi bir çox komponentlərlə təmin edir, aclığı sürətlə yox edir. Gərgin iş prosesində, uzun yol gedərkən yeyilən xurma orqanizmə yenidən güc qazandırır, beynin fəaliyyətini yaxşılaşdırır. Meyvənin tərkibində bol miqdarda maqnium və kalium var. Məhz buna görə də, ürək-damar sistemində problem olanlara xurma yemək tövsiyə edilir.
Xurma qurusu da təzəsi qədər faydalıdır. Elmi cəhətdən sübut olunub ki, xurma qurusu baş beyinin və mərkəzi sinir sisteminin işinə müsbət təsir edir. Bundan əlavə, xurma qocalığı ləngidir, əhval-ruhiyyəni yüksəldir, yuxu rejimini nizama salır.
Xurmanın faydalarını, qısaca olaraq, belə sistemləşdirmək olar:
-immuniteti möhkəmlədir və orqanizmin özünüqoruma gücünü artırır;
-arterial təzyiqi normaya salır, ürək-damar sisteminin fəaliyyətinə dəstək olur;
-qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır;
-eritrositlərin konsentrasiyasını yüksəldir;
-həzm sisteminin işini normallaşdırır;
-mədə yanmasını aradan qaldırır;
-sümükləri, dişləri və dırnaqları möhkəmləndirir;
-iş qabiliyyətini, dözümlülüyü artırır, enerjini yüksəldir;
-infarkt və insult riskini aşağı salır;
-zehni qabiliyyəti yüksəldir;
-görmə qabiliyyətini yaxşılaşdırır, göz yorğunluğunun dərəcəsini azaldır;
-antibakterial kimi çıxış edir;
Müxtəlif xəstəliklər zamanı xurmanın qəbul edilməsi.
Hərtərəfli faydalı olan xurma xalq təbabətində geniş istifadə olunur.
1. Hipertoniya zamanı. Əgər qanda şəkərin səviyyəsi normadadırsa, hər gün səhər yeməkdən 30 dəq qabaq 50-100 qr xurma yemək məsləhətdir. Müalicə kursu 3 həftədir. Sonra 10 gün fasilə verin, ardınca kursu təkrarlayın.
2. Qəbizlik zamanı. 5 xurma qurusunu yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda kompot kimi qaynadın. Məhlulu soyudun, hər səhər acqarına 1 stəkan için. Zövqə görə, məhlula yulaf əzməsi qataraq 25-30 dəq gözləmək, səhər yeməyi əvəzinə yemək də olar.
3. Quru öskürək və sinədə xışıltı zamanı. 10 xurmanı yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda 1 saata qədər qaynadın. Məhlulu isti halda qəbul etmək lazımdır. Bundan əlavə, 5-6 xurmanı 1 stəkan təzə südə qataraq içməklə də adı çəkilən narahatlıqlardan yaxa qurtarmaq olar.
4. Miqren zamanı. Miqrenin ən asan müalicə üsulu boyunu və kürəyi masaj eləməkdir. Hər gün yaşıl çin çayı içmək, 50 -100 qr xurma yemək də miqren ağrılarından yaxa qurtarmağın əlçatan üsullarındandır.
Allah razi olsun oglum
Rədd olsun medisina, həkimlər, hər şeyi xurma həll edəcək!
🤩
salam elöküm qardaş siz çox gözel logmansiniz xurma cenet mevesidi allah bize bexş edib allah bütün veveleri insan üçün bexş edib
Şükür Allahin verdiyi nemətlərə min şükür
xurmanin da birneçə növləri dadlarida ayri
ən daddisi tunis mədinə irak🍯
iranin biraz çoxda dadi yox yaği çoxdu nəsə qatirlar nədi
Allah razi olsun sizlərdən güzəl məumat
Oruc ayida yada salirsiz yaddan çixanlarin)
Bəli, məlumata görə sağ olun
Ən dadlısı Misir (Египет) xurmasıdır. İranın xurmasınin şəkəri çoxdur, amma üz qabığı bərkdir.
Xurma Azərbaycanda çox bahadır, hər kəs istifadə edə bilmir.
Düz deyirsiz
Mən suqari xurmasnı Azərbaycanda kilaqramnı 20 manata aldım. Ancaq həmin suqari xurmasnı Gedib Səudiyada Mədinədə 10 riyala aldım. Yəni 4 M 50 Qəpiyə aldım. Yəni kılaqramda 15 m 50 qəpiy fərqlə
😂😂😂cəmi 1.8 manat
Nə qeder bahadırkı
Çox sağ olun BAHADUR bəy.
Nə gözəl vitamin mənbəyidir
Faydalı məlumatınıza görə çoxsağolun
Çox sağ. Olun. Minataram
Bu necə vidyo oldu əvvlcə deyirsiniz şəkər xəstəkiyinə xeyirdi sonda deyirsiz ziyandı
ALLAH BƏRƏKƏT VERSİN İNŞALLAH ALLAH SƏFA VERSİN İNŞALLAH HƏR DƏRDƏ DƏRMANDIR İNŞAALLAH MÜSƏLMANLARIN YAŞAMAQ ÇARƏSİ XURMA ƏHLİ SÜNNƏ Zöhrab Məmmədov XURMA SÜNNƏDƏNDİ
MARAĞLIDI
Başdan deyir şəkərə xeyirdir, sona çatanda da dryir şəkərli diabetə olmaz yemək, səydi bu
Salam elekim zehmet olmasa deyerdiz seher yemeyi evezine xurma yemek olar ?
Ay bajı bə bayaqdan deyirdin şəkərə xeyirdi axırda deyirsən şəkərə ziyandı. İndi bunun hansına inanaq 😕
Gah deyirsiniz təzyiqi normada saxlayır,axırda da deyirsiniz ki,təzyiqi artırır.Mən bu məntiqi başa düşmürəm
Çox sağ olun bu kanalı yaratdığınız üçün
Sene abune olmMaq aqilsizdixdi en azindan coooxx saqol
Ən yaxşisi medine xurmasidi,şekeri de qaldirmir
Xurma çox faydalıdər
Məlumat üçün aparıcı Xanıma təşəkkür edirəm.
Bəli xurma yüksək kolorili meyvə qurusu olan bir qida məhsuldur və 15 yaxın növü var.
👍👍👍👍👍👏👏👏👏
Elə xurma da ət qiymətinədi
Assalamun Aleykum Rahamatu Barakatu
İndicə orucumu açdim bu nemət bərəkıylə Allah qabul etsin cəmi oruc olani..
Ramazana çatdirsin nasib etsin🕌
Qaqa o Rahmatu Barakatu kimdi? Ayətullahın qohumlarındandı?
Olmazdı öz ana dilimizdəki kimi Salam yazaydınız?
@@Yashar707a Verdiyim salam həm rəhmət həm bərəkət demək
Allahin adlarindan biridi
esil musalmançün 🕌
Qaldi ;Ayətullahda Allaşükür paşazadedə hami musalmandi ,kimi tatar kimi türkmən kimi pakistan özbəkistan tackistan və sayr
Hami bir olaraq
MUSALMANDi!DİNİSLAMDİ!yeqinki aydin oldu
Allahin bəndəsi
@@ОдинокаяЛуна-т7ъ Təmkinli cavabınız görə təşəkkür edirəm. Amma Allaşükürün müsəlmanlığına nə sə şübhəm var. ))
@@ОдинокаяЛуна-т7ъ va Aleykum Assalam ☝🇦🇿
@@Yashar707a тр
Salam Azerbaycanda heqiqi qeten ucuz olsa ele qend ve zererli kanfetlerdendise menim fikirimce her bir canının qedirn bilen her kes xurmadan istifade eder.
Xurma bir qida maddəsi kimi çox keyfiyyətli bir məhsuldur.Hətta şirin olmasına şəkər xəstələrinə ziyan vermir
Bu heç də düzgün fikir deyil.
Eləcə deyin ki, başqa hç nə yox, eləcə xurma ilə qidalanıb 100 il yaşayaq qurtarsın getsin. Heç bir xəstəlik qalmadı, bərəkallah!
Bəs deyirlər xurma əksinə şəkəri qaldırır
Teşekkür edirik.Çox sağ olun.
Daha qənd pesok sokalad almayim xurma alım
Təşəkkür edirəm.Sizə çox inanıram
Biz təşəkkür edirik
Məlahət xanım, aparıcı xanım sadəcə məsləhət verir, internetdə hər eşitdiyinizə inanmayin. Ola bilsin bəziləri bu məsləhətdən sonra bir qab xurma yeyəcəklər. Çox güman ki, bu heç də faydalı olmasın.
👍👍👍🇦🇿🇦🇿🇦🇿🙏🙏🙏🙏
Abunä olmuşam .De gälsin.
Meslehetinize gore çox sag olun tewekur edirem
Xurmanın kilosu 25-30 manatadək yüksəlib
Distillə nə deməkdi?
Yəni mıxlanmış😁😁😁
@@benediktspinoza8395gülməli nə var ki soruşmaq qəbahətdir
Tesekur edirem
Biz təşəkkür edirik
İnsanın orqanizmi sağlam deyilsə, xurma yoxee isdəyirsən divara dırmaş, faydası yoxdur o elə ağrı acı çəkəcək.
Et bahadi ele xurmaya güc verək
Allah Razı olsun
Tərkibində estrogen var?
❤❤❤
МЕН БАША ДУШМЕДИМ.
ИНДИ ХУРМА ЙЕМЕК ОЛАР Я ЙОХ.
КАХ ДЕЙИРСИЗ ХЕЙИРДИ КАХ ДЕЙИРСИЗ ОЛМАЗ 😅😅😅😅😅😅
XURMANIN BAŞINAN YAZIRAM YORUMU😅😅😅😅😅😅
DEMƏSƏN ABUNƏ OKUN OLARIQ