Hər Gün 20 Badam Yesəniz, Sizə Nələr Olar?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #BirBax #Azerbaycan #badam
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Hər gün 20 badam yesəniz nə olar?
    Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.
    Sağlam qidalanmağa üstünlük verənlər üçün badam düzgün seçimdir. Araşdırmalar zamanı məlum olub ki, badam ləpəsi, sadəcə, qanda lipid səviyyəsini normallaşdırmaqla qalmır, eyni zamanda, diabet xəstələrinin kardiovaskulyar xəstəliklərə tutulma riskini də aşağı salır. Orqanizmdə yağ səviyyəsini azaldan badam arıqlamağa da kömək edir. Heyvan mənşəli yağlara alternativ sayılan badam toxluq hissi yaradır ki, bu da çox yeməyimizə mane olur. Orqanizmə olan möhtəşəm faydalarını nəzərə alan mütəxəssislər gündə 20 badam yeməyin üstünlüyü barədə danışmaqdan doymurlar. Yaxşı olar ki, badamları birdəfəyə yox, öynə aralarında atışdırasınız. Bir şeyi də unutmayın ki, “Roma bir günə tikilməyib”. Yəni, arzuolunan nəticə həmən əldə edilmir. Səbirli olun, qısa zamanda badamın vücudunuza olan faydalarını hiss edəcək və görəcəksiniz.
    Mövzu sağlamlığı qorumaqla yanaşı, həm də, gözəl görünməkdirsə, tək çarəsi badamdırmı? Təbii ki, yox! Bütün quru meyvələr və ləpələr də badam qədər orqanizmə faydalıdır. Orqanizmin nəyə ehtiyacı olduğuna bağlı olaraq, bəzilərini yedikdə faydasını daha tez görürük. Bəs, digər sağlam çərəzlər hansılardır?
    1. Kətan toxumu. Beynəlxalq Süd Məhsulları Araşdırma İnstitutunun əməkdaşları kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər. Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır. Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır. 1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır.
    2. Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə, küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir. Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız.
    3. Balqabaq tumu. Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və hipertansiyonun qarşısını alır. Tum bütün bunlara tərkibindəki bol arginin (L-arginin) sayəsində nail olur. Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir. Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir.
    4. Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin əmələgəlmə riskini azaltdığını açıqlayıblar. Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır. Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır. Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır. Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın.
    5. Günəbaxan tumu. Əzələ və sümük toxumaları üçün vacib olan kükürdlə zəngindir. Son illərdə botaniklərin dediyinə görə, günəbaxan tumları antioksidant, iltihab əleyhinə, antimikrob xüsusiyyətləri sayəsində, bronxlardakı və ağciyərlərdəki iltihablanmanın qarşısını alır. Hər gün 30 qr günəbaxan tumu çırtlamaq sağlam adətdir.
    6. Püstə, yaxud Antep fıstığı. Başqa çərəzlərlə müqayisə edildikdə, püstə daha az yağ və kaloriyə malikdir. Bununla belə, həmcinslərinə nəzərən, püstə doymamış yağ turşuları, kalium və karotenoidlə daha zəngindir. Bu kimyəvi maddələr orqanizmdə antioksidant kimi və iltihab əleyhinə fəaliyyət göstərir. Nutrition Science Solutions`dakı mütəxəssislər əmindir ki, püstə yemək uzunmüddətli toxluq hissi yaradır, beləcə, insan artıq çəkidən xilas olma yolunda sağlam irəliləyir. Elmi araşdırmalar onu da aşkarlayıb ki, faydalarından maksimum dərəcədə yararlanmaq üçün gün ərzində 1-2 ovuc püstə yemək yetərlidir.

ความคิดเห็น • 159

  • @asifesgerov3284
    @asifesgerov3284 ปีที่แล้ว +20

    Gozel səs gozəl məsləhət .Coxlu -coxlu sag olun .Qoz meyvəsini.

  • @Btsroblox99
    @Btsroblox99 ปีที่แล้ว +10

    Yaxsi tovsiyyedir.Gelin dua edek ki arzu isteklerimizle imkanlarimiz ust uste dussun.Amin🙏

  • @etyrfefdfhh8907
    @etyrfefdfhh8907 ปีที่แล้ว +16

    hamsı bahaldı yazığ kasıb neynen alısın

    • @coolcool7654
      @coolcool7654 ปีที่แล้ว +1

      Badam ağacı əkin, əgər həyətiniz varsa. Hər il gətirir.İldən - ilə böyüyür.Bizimki 10 illikdir.Nərdivanla çıxırıq üstünə😂

    • @xanxan3165
      @xanxan3165 ปีที่แล้ว

      Gedib marketdə 20 badama baxaq besbedər🤣

  • @yasarxudiyev648
    @yasarxudiyev648 ปีที่แล้ว +39

    PÜSTƏNİN BİR KİLOQRAMI 34 MANATDIR.ONU ANCAQ YUXUDA YEMƏK OLAR.

    • @aze138
      @aze138 ปีที่แล้ว +1

      Mən Yaşayıram Russiyada yaponiyaya yaxın Burada Püsdənin qiyməti 1Kq 750 Rubuldu bizim puldan 18 Manat edir. Özüdə bura Çox bahalı şəhərərdən biridi Azərbaycanla 8 saat fərqimiz var bura 8 saat qabağadı

    • @ЕйнулахАкбар
      @ЕйнулахАкбар ปีที่แล้ว +1

    • @Madfut142
      @Madfut142 ปีที่แล้ว +1

      Isvecde 1 kg badami 15 manata aliram.

    • @ezraselefi2094
      @ezraselefi2094 5 หลายเดือนก่อน

      23 m.aldım

  • @zaminashukur
    @zaminashukur ปีที่แล้ว +5

    Çox sağolun belə faydalı məlumata görə hamısını xoşlayırıq fəqət bu çərəzlərin hamısını yesək insan həddən artıq kökələr axı necə yemək məsləhət görürsüz? zəhmət olmasa deyerdiz

  • @almazismayilova684
    @almazismayilova684 ปีที่แล้ว +4

    Bütün çerezler yemelidir,xeyirlidir. Hansını ala bilsek onu yeyirik.

  • @nigarismayilova6772
    @nigarismayilova6772 ปีที่แล้ว +8

    Təşəkkürlər,bir də bu çərəzlərin bişirib ya bişirmədikdə faydasını desəniz yaxşı olar.Bir də mən bildiyimə görə ,bu çərəzləri məsələn,qoz-fındığı və sarə qabığını qırıb yemək lazımdır,hazır ləpə şəklində olanda onlar havada oksidləşir və s.ona görə qabıqlı alıb sındırıb yemək məsləhətlidir

    • @amin9071
      @amin9071 8 หลายเดือนก่อน

      Düzdü mende ele eşitmişem

  • @EsmerNesirova
    @EsmerNesirova 11 หลายเดือนก่อน +2

    Beyendiyim en cox badam ve qoz

  • @EsmerNesirova
    @EsmerNesirova 11 หลายเดือนก่อน +4

    Men qulaq asdım. BEHRELENDIM. ALLAH SİZDEN RAZİ OLSUN İNŞALLAH.

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Mən təşəkkür edirəm gözəl sözlər yazan hər kəsə

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 ปีที่แล้ว +3

    Qoz,fındıq özümüzdə var.İstifadə edirəm.Badamı imkan olanda,yeyirəm.Ffaydalı məsləhətə görə sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Biz təşəkkür edirik

  • @GülnazHacıyeva-o8r
    @GülnazHacıyeva-o8r ปีที่แล้ว +3

    Mənə ğórə hər biri dadlìdìr, faydalıdır, Allahın verdiyi gözəl nemətlərdir. Həmd olsun Aləmlərin Rəbbinə

  • @karabulut_0
    @karabulut_0 ปีที่แล้ว +12

    Bu meslehetler üçün sizlere teşekkürlerimiz sonsuzdur.Var olun Sağ olun.

  • @qocaqartal880
    @qocaqartal880 ปีที่แล้ว +4

    PUL OLSA BU ÇƏRKƏZLƏRİN HAMISI GÖZƏLDİR

  • @Ayla-wn4nw
    @Ayla-wn4nw ปีที่แล้ว +7

    Çox faydalıdı 👍

  • @Floweryy_09
    @Floweryy_09 ปีที่แล้ว +3

    Çoox təşəkkürlər,mən də fındıgı çox sevirəm

  • @kenanyolchuyev8745
    @kenanyolchuyev8745 ปีที่แล้ว +4

    Salam bütün millətimi bu tip maarifləndirici videolara dəstək olmağa çağırıram.

  • @AfetMamedova-l9v
    @AfetMamedova-l9v 11 หลายเดือนก่อน +1

    Badamı sevrem

  • @ElmiraIsmayilova-i5h
    @ElmiraIsmayilova-i5h 9 วันที่ผ่านมา

    Hamiləlik vaxtı çox yeyirdim badam Maşallah qızımın yaddasi gucludu

  • @vusalememmedova6579
    @vusalememmedova6579 4 หลายเดือนก่อน +1

    Badam

  • @seabetyaqubova3511
    @seabetyaqubova3511 2 หลายเดือนก่อน +1

    Badam

  • @kbrliyev3531
    @kbrliyev3531 ปีที่แล้ว +2

    Qoz badam yerfindigi

  • @pervaneqasimova3661
    @pervaneqasimova3661 ปีที่แล้ว

    He püste çox bahadı...bu kasıbların malı deyil...

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 ปีที่แล้ว +1

    Qo,badam,fındıq,yeyirəm

  • @İzafeBayramova
    @İzafeBayramova 7 หลายเดือนก่อน +1

    Badam,fındıq ençox sevdiyim

  • @tunartunar7938
    @tunartunar7938 8 หลายเดือนก่อน +1

    12 badamın kalorisi ne qedərdi

    • @vusalememmedova6579
      @vusalememmedova6579 4 หลายเดือนก่อน

      Gun erzinde 20 eded yemek normaldi dedi

  • @elcineyvazov4572
    @elcineyvazov4572 ปีที่แล้ว +1

    Salam xanım siz cox gözəlsiz (çərzə deyə yer fındığı və qabıq fındığı)

  • @madinaasad4505
    @madinaasad4505 ปีที่แล้ว +1

    Qoz ve fistiga gundelik rasionumda daha cox ustunluk verirdim.Yavaw yavaw hamisinan elave edecem o siyahiya

  • @uzeyirseferov5094
    @uzeyirseferov5094 ปีที่แล้ว +1

    Hamı əla ancaq hamı i ancaq Novruz bayramında görürük çox sevdiyim qızdır bayramdan bayrama buna da şükür

  • @ehedhasilov438
    @ehedhasilov438 ปีที่แล้ว +3

    Beyendim

  • @BirlikdəÖyrənəkShorts
    @BirlikdəÖyrənəkShorts ปีที่แล้ว +3

    Məlumata görə təşəkkür edirəm

  • @raufisayev9789
    @raufisayev9789 ปีที่แล้ว +2

    Gözel başa salırsız Allah razı olsun

  • @vaqifseyidov4354
    @vaqifseyidov4354 ปีที่แล้ว +1

    Maarifləndirmə vidoları üçün sizə minnətdarıq. Hər biri insanların sağlamlığı üçün faydalı məsləhətlərdi. Təəssüf ki, çərəzlərin qiymətlərı 🔥🔥🔥🔥🔥🚀🚀🚀

  • @zahraseven701
    @zahraseven701 ปีที่แล้ว +1

    Təşəkkür edirəm 💚Hamısını sevirəm. Çianı bilmirəm. 🌹

  • @ZeynəbHüseynova-r7f
    @ZeynəbHüseynova-r7f 7 หลายเดือนก่อน

    Salam bu çərkəzlər təzyiq qaldırmır ki?

  • @ZeynəbHüseynova-r7f
    @ZeynəbHüseynova-r7f 7 หลายเดือนก่อน

    Salam bu çərəzlər təzyiqi qaldırmır ki?

  • @ZeynəbHüseynova-r7f
    @ZeynəbHüseynova-r7f 7 หลายเดือนก่อน

    Salam bu çərəzlər təzyiqi qaldırmır ki?

  • @azadeseferova3052
    @azadeseferova3052 ปีที่แล้ว +1

    Badam, fındıq ,yer fındığı və qoz

  • @govharatakishiyeva9902
    @govharatakishiyeva9902 ปีที่แล้ว +1

    Badam

  • @mehmanelimerdanov5932
    @mehmanelimerdanov5932 ปีที่แล้ว +1

    Her biri gözəldir badami çox sevirəm

  • @sevincagayeva6170
    @sevincagayeva6170 2 วันที่ผ่านมา

    Təşəkkür edirik. Var olun.

  • @ZeynəbHüseynova-r7f
    @ZeynəbHüseynova-r7f 7 หลายเดือนก่อน

    Dedikləriniz təzyiqi qaldırmır ki

  • @bestishirinova9018
    @bestishirinova9018 ปีที่แล้ว +1

    Çox sağolun çən badamı şoxx sevirəm və xəsdəsiyəm

  • @ehtibarmirzyev8536
    @ehtibarmirzyev8536 4 หลายเดือนก่อน

    Acı badam 1kg 28 man aldim dunen

  • @nuruisbndiyarov4084
    @nuruisbndiyarov4084 ปีที่แล้ว +2

    Qarabağ Azeri.

  • @hemideverdiyeva7679
    @hemideverdiyeva7679 ปีที่แล้ว +1

    Hamısını sevirem..en çox badam

  • @yusifmmmdov7295
    @yusifmmmdov7295 ปีที่แล้ว +1

    Salam ən çox sevdiyimiz qoz ləpəsidir

  • @fidanmemmedzade8343
    @fidanmemmedzade8343 ปีที่แล้ว +1

    Super👍.
    Davamı gəlsin.

  • @florarustemova469
    @florarustemova469 ปีที่แล้ว +1

    Ən cox fındıq yeyirem badam

  • @HuseynMecidov4703
    @HuseynMecidov4703 5 หลายเดือนก่อน

    hamsin sevirem ama bahadi

  • @rufatgasimov1257
    @rufatgasimov1257 หลายเดือนก่อน

    Kimyəvi maddə var püstədə ?

  • @GulnareOrucova-o7h
    @GulnareOrucova-o7h 7 หลายเดือนก่อน

    Hamslnl çox sevirik ancaq çox bahadl gözəl xanlm necə alaq hamslda insan orqanizminə xeyirlidi 230 m cərəzmi alaq qaza isqa suya yoxsa yeməyə məsləhətlərinə görə çox saq olun

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @turalbayramov9753
    @turalbayramov9753 6 หลายเดือนก่อน

    Axşam çorekle qoz yemek kokeldir yeni çorekle qoz yesem ziyani yoxdur ki 8 10 eded xaiş edirem sualmi cavablandirardiniz zehmet olmasa

  • @nuraneabdullayeva9901
    @nuraneabdullayeva9901 ปีที่แล้ว +1

    Badam fındıq

  • @rovshanaliyev1606
    @rovshanaliyev1606 9 วันที่ผ่านมา

    Pul olsa hamisini 😅😅😅

  • @GunelMemmedova-i2h
    @GunelMemmedova-i2h 6 หลายเดือนก่อน

    Hamisini olsa yiyrem

  • @royalqasimov4329
    @royalqasimov4329 7 หลายเดือนก่อน

    10 dənə də bəs olar 😂

  • @reyhansgrova3554
    @reyhansgrova3554 6 หลายเดือนก่อน

    Salam badam qovuranda birde duzlu olanda xeyirlidi yoxsa qovurulmamiw

  • @sevanaismayilova5517
    @sevanaismayilova5517 10 หลายเดือนก่อน

    İndidən təşəkkür edirəm.Bu quru meyvələrin bir necəsindən bir ğündə otuz qram yemək olarmi

  • @raminismaylov9899
    @raminismaylov9899 4 หลายเดือนก่อน

    Salam fındiq❤

  • @ElmiraIsmayilova-i5h
    @ElmiraIsmayilova-i5h 7 หลายเดือนก่อน

    Hamilə vaxtı 4kq badam yemişdim Həqiqi de uşağın zehnine çox təsir eləyir

  • @rahilememmedova1447
    @rahilememmedova1447 ปีที่แล้ว +1

    Ciya toxumu nedir?
    Meslehetleriniz ucun saq olun

    • @Teymurrrrr
      @Teymurrrrr ปีที่แล้ว

      Bizdə var kofe rəngində olur.

  • @dizi_kolik772
    @dizi_kolik772 ปีที่แล้ว

    Mən qoz fndx badam birdə qara gavalnı günə baxan rumnu xoşlayıram ama təsf ki ayda 3dəfə günə baxan tmu bəlkə 1 aya bir 3 ədəddə qoz ləpsi yeyə bilirəm

  • @yusifrzayev8839
    @yusifrzayev8839 4 หลายเดือนก่อน

    Həmişə istifadə edirdim .Ancaq faydalarini bu qədər bilmirdim . Təşəkkür

  • @elzahaciyeva3707
    @elzahaciyeva3707 ปีที่แล้ว +1

    Xeyirlu məsləhətlər üçün sağ olun .ama çiyə toxumu bilmədim bazar və marketlərdə varmı?

    • @denizveliyeva6238
      @denizveliyeva6238 ปีที่แล้ว

      Salam ciya toxumunu hardan almaq olar bazardanmi ya magazadanmi? Gözel meslehetler ucun tewekkurler

    • @AdSoyad-br9dj
      @AdSoyad-br9dj ปีที่แล้ว

      Böyük marketlərdən

  • @Anar.Hasanov
    @Anar.Hasanov ปีที่แล้ว +1

    Badamı adam oxudum☺️

  • @pervaneqasimova3661
    @pervaneqasimova3661 ปีที่แล้ว

    MEN HAMISINI SEVİREM VE YEYİREM....BADAMI PÜSTENİ KÜNCÜTÜ QOZU DAHA ÇOX YEYİREM...

  • @Fatma-vq8nc
    @Fatma-vq8nc 10 หลายเดือนก่อน

    Məncə indidən çərəz alıb yemək daha yazşıdı, düzdü bahadı amma dərmanlardan daha keyfiyyətli və ucuzdu

  • @senuberqayibova7191
    @senuberqayibova7191 5 หลายเดือนก่อน

    Hamisini.

  • @gulareorucova7911
    @gulareorucova7911 ปีที่แล้ว

    Bütün çərəzlərin sevirəm ancaq çox bahadl necə alaq gözəl qlzlm

  • @mehemmedcelilov8037
    @mehemmedcelilov8037 ปีที่แล้ว +1

    Möhtəşəmsiz. Badam əvəzolunmazdı.

  • @asenat025
    @asenat025 ปีที่แล้ว +2

    FAYDALİ MELUMAT UCUN TESEKKUR EDİRİK

  • @aze138
    @aze138 ปีที่แล้ว

    Russiyada Özüm buların hamsınan satıram hər gün hamsınan bir ovuc yiyirəm

  • @anarmamedov5372
    @anarmamedov5372 ปีที่แล้ว +1

    Sağ ol məsləhətin üçün

  • @anarmamedov5372
    @anarmamedov5372 ปีที่แล้ว +1

    Ən çox fındıq

  • @LemanOrkhankz-sk2du
    @LemanOrkhankz-sk2du ปีที่แล้ว

    Qoz,fındıq,püstəni daha çox istəyirəm

  • @RaminEliyev-v7e
    @RaminEliyev-v7e ปีที่แล้ว

    Salam findiq birde qovrulmuş yer fıstığı əladır

  • @АнарМаммадов-ю8ю
    @АнарМаммадов-ю8ю ปีที่แล้ว

    Saydığınız çə
    Əzizlərim hamısını eyni gündə yemək olar

  • @afethesenova3411
    @afethesenova3411 ปีที่แล้ว

    Mən badamı bütün yeyə bilmirəm.(diş ətlərim xəstə oldugu üçün) üyüdüb yesəm olarmı ?

  • @nadirli8027
    @nadirli8027 ปีที่แล้ว

    Bunlarin hamisini alib yemek ucun gerek ayda 1000man maas alaq da 300 manat yoxx

  • @sarasalmanova1972
    @sarasalmanova1972 11 หลายเดือนก่อน

    Quru meyvələri sevirəm.almağa pul yoxdu.

  • @NazminCabbar
    @NazminCabbar 7 หลายเดือนก่อน

    Hamısını sevirəm, kişmişi lap çox.

  • @gulareorucova7911
    @gulareorucova7911 ปีที่แล้ว

    Yaxsl məsləhətləriniz üçün sizlərə minnətdarlqallah sizləri var eləsin gözəl qlz

  • @ХаганиМехтиев-д8з
    @ХаганиМехтиев-д8з ปีที่แล้ว +1

    COX SAGOLUN gözel meslehet ücün

  • @s.e5112
    @s.e5112 ปีที่แล้ว

    Atışdırmaq necə olur ki?

  • @orucovaflora8530
    @orucovaflora8530 ปีที่แล้ว

    Salam Allah razı olsun məslətə görə hansı yaxşıdi

  • @bagld5360
    @bagld5360 ปีที่แล้ว

    Olsa hamısınnan istifadə etmək olar.

  • @raufisayev9789
    @raufisayev9789 ปีที่แล้ว

    Her biri yaxşıdır amma araxis sevirəm quru ve duzlu

  • @axest3775
    @axest3775 ปีที่แล้ว

    Eve 20 kilodan coxdu yeyirem kefnen.

  • @edwineddy4040
    @edwineddy4040 ปีที่แล้ว

    Чаным учун бу ен меслехетли бразильский орех
    Орех пекан и орех макадамия реклам етмеди ки бунларда ен файдалыды

  • @KonulNamazov-ib9ff
    @KonulNamazov-ib9ff 8 หลายเดือนก่อน

    Mən hamisini sevirəm❤

    • @birbaxkanal
      @birbaxkanal  8 หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @anarmamedov5372
    @anarmamedov5372 ปีที่แล้ว

    Sizin məsləhətiniz mənim sağlam üçün əsasdı sağol

  • @SevilEhmedov-cs9xw
    @SevilEhmedov-cs9xw 5 หลายเดือนก่อน

    Musiqinin səsini alın da

  • @nadirli8027
    @nadirli8027 ปีที่แล้ว

    Hamisini sevirik ancaq alib yeye bilmirikk

  • @entiqehaciyeva2928
    @entiqehaciyeva2928 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @XəyyamAllahverdiyev-d2f
    @XəyyamAllahverdiyev-d2f 8 หลายเดือนก่อน

    Çərəzlərin hamısını bəyənirəm

  • @yk3337
    @yk3337 ปีที่แล้ว +1

    Men her axşam bir ovic badem yeyirem

  • @MuradPasayev-lr9lf
    @MuradPasayev-lr9lf 6 หลายเดือนก่อน

    HAMSINI ÇOX SEVİREM

  • @ofelyarsidqz4449
    @ofelyarsidqz4449 ปีที่แล้ว

    Təzə qoz , badam , püstə ...

  • @ruqiyyequliyeva76
    @ruqiyyequliyeva76 ปีที่แล้ว

    Men finding qoz ve yer fistigi yeyirem cox sag olun gòzel xanim ❤❤

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว

      Biz təşəkkür edirik

  • @SamireBabayeva-pe6yp
    @SamireBabayeva-pe6yp 11 หลายเดือนก่อน

    HAMSINI SEVİRƏM