Bayraq (verse: Qaraqan) Salam, üç rəngli bayraq, mən yalançıyam Mən ancaq bayram günlərində sevirəm səni Əzbər bilirəm yüz fahişənin nömrəsini Amma çoxdan unutmuşam himnimizin sözlərini Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm Mən utanıram Azərbaycan sözünü işlətməkdən Erməni diasporası soyqırımlar uydurduqca Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla Ya da ki, çayxana, qeybət dalıyca qeybət Sevmək əvəzinə millətimə eləyirəm nifrət Rüşvətxor müəllimlərin savadsız tələbəsi Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi Mən baxıram ancaq səviyyəsiz verlişlərə Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə Mən indi yaşayıram sms və mms'lə Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət Salam, bayraq, mən sənin nankör övladın Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün Sən mənə verdin həyat, mənə verdin azadlıq Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün Mənə lazımdı toppuş bacılar və toyxanalar Amma toz altında məhv olur böyük kitabxanalar Mənə lazımdı falçılar, bir də ki, fahişələr Bir də lazımdı, isti, duzlu paçka dollar Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq Mənim çoxdan vecimə deyil Qarabağ Beynimdə ancaq pul yığmaq yastıq altına Birinci telefonu dəyişmək, ikinci maşın almaq Mən vergi verməməkçün evə naqil çəkdirirəm 20 Yanvar'da baxıram MTV'yə internetdən Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq Amma sənin nankor oğlun bu gün pisdir ermənidən (Nəqarət: Qaraqan) Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın Bağışla, yağır yağışlar, qanlı yağışlar Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın Bağışla, yağır yağışlar, qanlı yağışlar (verse: Qaraqan) Bağışla məni bayraq, bağışla məni torpaq Mənim ən böyük arzum köçmək burdan, Green Card Bağışla məni millət, bağışla məni xalq Mən unutmuşam nədir vətəndaş olmaq Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm Sən mənim gələcəyimi tamam başqa cür görürdün Bağışla məni ata, kişilik dəbdə deyil O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün Bağışla məni Allah, mənim dinim Vercace Məscidim bar, peyğəmbərlərim ulduzlar Bağışla məni Tanrı, mən günahkar insan Qaranlıq səmamda parlamır ulduzlar Bağışla məni həyat Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün Bağışla məni bayraq Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün
Bayraq
(verse: Qaraqan)
Salam, üç rəngli bayraq, mən yalançıyam
Mən ancaq bayram günlərində sevirəm səni
Əzbər bilirəm yüz fahişənin nömrəsini
Amma çoxdan unutmuşam himnimizin sözlərini
Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm
Mən utanıram Azərbaycan sözünü işlətməkdən
Erməni diasporası soyqırımlar uydurduqca
Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla
Ya da ki, çayxana, qeybət dalıyca qeybət
Sevmək əvəzinə millətimə eləyirəm nifrət
Rüşvətxor müəllimlərin savadsız tələbəsi
Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi
Mən baxıram ancaq səviyyəsiz verlişlərə
Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə
Mən indi yaşayıram sms və mms'lə
Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət
Salam, bayraq, mən sənin nankör övladın
Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün
Sən mənə verdin həyat, mənə verdin azadlıq
Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün
Mənə lazımdı toppuş bacılar və toyxanalar
Amma toz altında məhv olur böyük kitabxanalar
Mənə lazımdı falçılar, bir də ki, fahişələr
Bir də lazımdı, isti, duzlu paçka dollar
Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq
Mənim çoxdan vecimə deyil Qarabağ
Beynimdə ancaq pul yığmaq yastıq altına
Birinci telefonu dəyişmək, ikinci maşın almaq
Mən vergi verməməkçün evə naqil çəkdirirəm
20 Yanvar'da baxıram MTV'yə internetdən
Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq
Amma sənin nankor oğlun bu gün pisdir ermənidən
(Nəqarət: Qaraqan)
Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar
Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın
Bağışla, yağır yağışlar, qanlı yağışlar
(verse: Qaraqan)
Bağışla məni bayraq, bağışla məni torpaq
Mənim ən böyük arzum köçmək burdan, Green Card
Bağışla məni millət, bağışla məni xalq
Mən unutmuşam nədir vətəndaş olmaq
Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm
Sən mənim gələcəyimi tamam başqa cür görürdün
Bağışla məni ata, kişilik dəbdə deyil
O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün
Bağışla məni Allah, mənim dinim Vercace
Məscidim bar, peyğəmbərlərim ulduzlar
Bağışla məni Tanrı, mən günahkar insan
Qaranlıq səmamda parlamır ulduzlar
Bağışla məni həyat
Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün
Bağışla məni bayraq
Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün
👍
👍
i like this beat!! reall liked and subbed!
Yeah man, This is a Hard but also emotional song...