Verse 1: Sabahın xeyir Nil, bu gün hava 10 dәrәcә Sәmadan 12 damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlar tәk parıltılar içindә, işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidi yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nәqarət[Tomris] Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni. O günahsız barmaqların, Gecәlәr toxunur, oyadır mәni.(2) Verse 2: Sabahın xeyir Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir iki barmaq biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәr tәk, ikiyә bölünmәdik Axşamın xeyir, Nil yәqin ki tanıdın mәni tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nәqarət[Tomris]: Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni. O günahsız barmaqların, Gecәlәr toxunur, oyadır mәni.(2)
Verse 1:
Sabahın xeyir Nil, bu gün hava 10 dәrәcә
Sәmadan 12 damcı sevgi vә yağış yağır
Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә
Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq
Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlar tәk
parıltılar içindә, işıq saçan incә biri
İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk
Od vurub gözlәdilәr, amma biz alışmadıq
Sabahın xeyir Nil, Bakıda sәrt külәklәr әsir
Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik
Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını
Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik
Yatağın istidi yәqin, üstünü sevgiylә örtüb
Qorudum yadlardan, әtrafında sevgilәr hördüm
Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da
Sәn mәni anlayırsan, mәn sәni anlamasam da
Nәqarət[Tomris]
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni.
O günahsız barmaqların,
Gecәlәr toxunur, oyadır mәni.(2)
Verse 2: Sabahın xeyir Nil, bütün Bakı duyur әtrini
İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs
Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini
Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs
Mәsafәlәr heçdir, xәritәdә bir iki barmaq
biz dünya boyda olsaq da heç vaxt öyünmәdik
Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq
Biz tәnha rәqәmlәr tәk, ikiyә bölünmәdik
Axşamın xeyir, Nil yәqin ki tanıdın mәni
tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq
Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni
Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın
İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr
Deyәsәn qanadını әzdin sәmalardan düşәndә
Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan
Mәn sәni anlamasam da, sәn mәni anlayırsan
Nәqarət[Tomris]:
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni.
O günahsız barmaqların,
Gecәlәr toxunur, oyadır mәni.(2)
12 damcıye özdə
Ülvi Kazımi 😂