The patient suffering from diabetes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 8 yaşlı oğlan ailəsi ilə müalicə üçün Küveytdən Azərbaycana uçub, klinikamızın həkim-endokrinoloq Hacıyeva Lalə yanına yaxınlaşıblar.
    1 il əvvəl,keçirilmiş COVİD-19 infeksiyasından sonra 7 yaşlı uşaqda ilk dəfə şəkərli diabet Tip 1 aşkarlanmışdı.
    Bu il ərzində,öz vətənində insulinoterapiya başlanmasına baxmayaraq, şəkər səviyyəsi qeyri-stabil olub,və davamlı yüksək idi(22-27mmol/L arası).
    Həkim Lalə Hacıyeva müalicə sxemində,insulinin dozalarında və uşağın gündəlik qida rasionunda dəyişiklik edərək,qısa bir zamanda şəkər səviyyəsinin azalmasına nail olub.
    Bundan əlavə,həkim valideynlərə və uşağa diabetik təlim keçirdib,ÇV(çörək vahidlərinin) hesablanması və qidalanması barədə ətraflı məlumatlar verib.
    Hal hazırda,aldığımız rəylərə görə,uşağın şəkər səviyyəsi 6.5-7mmol/l arasıdır.
    Uşaq və ailəsi həkimdən çox razıdır,və bu möhtəşəm nəticəyə görə minnətdardır.
    Bildiyiniz kimi,şəkərli diabet Tip 1 xroniki xəstəlikdir,daha tez cavan yaşlarda aşkarlanır,mədəaltı vəzin tam insulin çatışmamazlığı nəticəsində ömürlük insulinoterapiya deməkdir,və gündəlik insulinoterapiya üçün hər qida qəbulunda çörək vahidlərinin hesablanmasını tələb edir.
    Bundan əlavə,psixoloji olaraq valideyin və uşaq tərəfindən ömür boyu xəstəlik olduğu üçün çox ağır qəbul olunur.
    Lakin idarə etməsində həm valideynlər, həm də balaca pasientimiz bu məhdudiyyətlərin əhəmiyyətini başa düşdükdə,dozaları düzgün hesablamağını bacardıqca, bu xəstəlik heç bir narahatlıq gətirmir və normal dolğun həyata mane olmur!👌
    #azərbaycan #bakı #həkim #tibbiturizn #endokrinoloq #dietoloq #diabetoloqiya #müalicə #müayinə #kuwait #boy #child #diabet #diabetestype1 #şəkərlidiabet #insulinoterapiya #çörəkvahidi #diabetesmellitus #diabetesmellitustype1 #covid19 #diabetology #endokrinology #endocrinologist #dietician #medicaltourism #insulinunits #insulin #insulintherapy #diet #bloodsugar

ความคิดเห็น •