Səhərlər Acqarına 2 DƏNƏ Yemək QARIN YAĞLARINI ƏRİDİR!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #BirBax #Ərik #Qaysı
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Səhərlər acqarına yeyəcəyiniz 2 ədəd ərik qurusunun bədəninizə təsirini eşidəndə çox təəccüblənəcəksiniz.
    Qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. Hərəkətsizlik və yediyimiz ağır, yağlı qidalar qarın piylərinin böyüməsinə səbəb olur ki, bu halda bizim köməyimizə ərik qurusu gəlir.
    Bizi vitamin və minerallarla təmin edən və bədənimizdəki lazımsız yağların əriməsinə kömək olan bir qidadan, ərik qurusundan danışacağıq bu gün. Bu videodan sonra qarın piylərinizə əlavida deyə bilərsiniz.
    Səhərlər acqarına 2-3 ədəd ərik yeməyi vərdiş halına gətirsək, bədənimizdə nə baş verər?
    Həzm sistemimiz güclənər. Ərik liflə zəngin bir qida olduğundan, qəbzlik problem olanlar ondan daha çox istifadə etməlidir. Qəbizlikdən əziyyət çəkirsinizsə, özünüzə belə müalicəvi dəmləmə hazırlayın. Axşamdan 4-5 ərik qurusunu termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər acqarına bu suyu ilıq halda için və meyvələri yeyin. 1 saatdan sonra səhər yeməyinizi yeyə bilərsiniz.
    Bu müalicəvi resepti sağlam, qəbizlikdən əziyyət çəkməyən insanlar da istifadə edə bilərlər. Bu sadə üsulla siz orqanizminizi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyə bilərsiniz, orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı sala bilərsiniz. Belə müalicəni 1 ay ərzində davam etmək olar.
    Tərkibində A vitamini yağlarda həll olan vitaminlərdəndir. Anti-oksidant sayılır. A vitamini görmə qabiliyyətini yaxşılaşdırar, hüceyrələrin fəaliyətini tənzim edər, sümükləri bərkidər və immun sistemini gücləndirər.
    Ərik qurusu ürək üçün xüsusilə faydalıdır. Onun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral - kalium və maqnezium - var. Kardioloqlar pasiyentlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər.
    Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir.
    Sidikqovucu preparatları qəbul edən insanlar mütləq ərik qurusu yeməlidir. Əksər sidikqovucu preparatlar orqanizmdən kaliumu yuyub aparır. Bu isə ilk növbədə ürəyin sağlamlığına mənfi təsir edir.
    Ərik bədəndəki duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır. Sümükləri bərkidir
    Beyin və sinirlər üçün də ərik qurusu faydalıdır. Əriyik tərkibində olan fosfor beyini aktivləşdirir, yaddaşı yaxşılaşır, sinir uclarının keçiriciliyini zəiflədir. Yəni sizi əsəbiləşməyə qoymur.
    Meyvənin tərkibində olan C vitamini ən faydalı anti-oksidantlardan hesab olunur. C vitamini dişlərin, sümüklərin, dərinin sağlamlığı üçün zəruridir və dəmirin cəzb olmasına yardım edər.
    Ağciyərləri təmizləyir
    Ərik iltihab əleyhinə, bronxgenişləndirici xassəsi ilə bronxitin və astmanın müalicəsində istifadə olunur.
    Qaysı qurusu vitaminlərlə yanaşı həm də güclü anti-oksidantlarla zəngindir. Bu meyvə qurusu xərçəng xəstəliyi ilə mübarizə aparar və ürəyi sağlam edər.
    Bəs ərik qurusu kimlərə olmaz?
    -Mədə şirəsi turşuluğu, yanması və qastriti olanlara
    -İnsulindən asılı diabetlərə az miqdar olar
    -Hamiləlikdə əgər dölün ürəyi normal deyilsə
    -İshalı olanlara
    Ərik qurusu seçərkən daha tutqun, narıncı-boz rəngdə olan meyvələrə üstünlük verin. Çox parlaq narıncı rəngdə olan ərik qurusunu almayın, bu meyvələrin kimyəvi vasitələrlə işlənməsindən xəbər verir.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 12

  • @zizseyidova8103
    @zizseyidova8103 2 ปีที่แล้ว +7

    Əladır 👍🏼

  • @ehedhasilov438
    @ehedhasilov438 2 ปีที่แล้ว +3

    Beyndim

  • @ramilhamidov5808
    @ramilhamidov5808 ปีที่แล้ว +1

    Yoxlayan var 1 ay ərzində nəticəsin yazsın. görək kömək eliyir?

  • @an_na4506
    @an_na4506 2 ปีที่แล้ว +3

    Kimyasalla qurudulmuş erik qurusunun ne xeyri

    • @kifaytabdullayeva3019
      @kifaytabdullayeva3019 2 ปีที่แล้ว +1

      Orqanik alın qaralmış ərik qurusu Ya da vaxtında sərin qurudun 🤷‍♀️

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 2 ปีที่แล้ว +2

    bir bax ❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️❤️❤️👍👍

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 2 ปีที่แล้ว

    vidyonun fonundakl musiqinin adl nədi nətər tapa bilərəm bu musiqini

  • @sukufeeliyeva6380
    @sukufeeliyeva6380 2 ปีที่แล้ว

    Bəs mədə turşusunun çox olduğu halda nə yemək lazımdır ?

  • @ilonabagirovna7015
    @ilonabagirovna7015 ปีที่แล้ว

    🌺

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 2 ปีที่แล้ว +1

    Cox saq olun var olun...