Kimlərə Çiyələk OLMAZ? - Baxmadan Yeməyin!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • #BirBax #Çiyələk #Sağlamlıq
    BU VİDEOMUZU DA İZLƏYİN:
    Bağırsaq Qurdlarını Tam Tökür - Hər Gün 1 QAŞIQ İÇİN
    • Bağırsaq Qurdlarını Ta...
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Çiyələyi mövsümü ikən hər kəs bol-bol yeməyə çalışır. Amma faydalı xüsusiyyətlərinə baxmayaraq, çiyələk kifayət qədər təhlükəli məhsuldur
    Hər şeyin çox zərər verdiyi kimi, çiyələkdən də çox yemək bəzi ciddi sağlamlıq problemləri yarada bilir. Qaşınma, bədəndə qırmızı səpkilər, hətta zəhərlənmə… Maraqlıdır, biz bu çiyələyi yeyək yoxsa yox? Diqqət ekrana
    Dəyərli izləyicilər, bu kimi videoların davamı üçün kanalımıza abunə olub, videomuzu bəyənib, şərh yazmağı unutmayın.
    Öz təbii mövsümündən tez yetişdirilmiş çiyələk çox ziyanlıdır. Çiyələyi mümkün qədər tez yetişdirmək üçün istehsalçılar müxtəlif ziyanlı maddələrdən - nitrat, və hormonlar istifadə edir ki, bu maddələr sağlamlığımıza ciddi ziyan vurur.
    Məsələn, xaricdə çiyələyin yetişdirilməsi zamanı çiyələyin tərkibinə digər bitkilərin, hətta heyvanların genləri daxil edilir. Bu səbəbdən xaricdən gətirilən və aylarla xarab olmayan çiyələyi istehlak etmək xüsusilə təhlükəlidir.
    Çiyələk çox tez xarab olur. Xarab olmağa başlayan çiyələyi dərhal atmaq lazımdır ki, belə çiyələyin istehlakı ağır zəhərlənməyə səbəb ola bilər. Çiyələyi seçərkən ənənəvi sortlara üstünlük verin, yerli mal alın.
    Çiyələk 3 yaşına kimi uşaqlarda - mədə-bağırsaq pozulması, zəhərlənmə, allergiya yaradır. Buna görə azyaşlı uşaqlara verməzdən əvvəl 2 dəfə fikirləşin.
    Böyrək xəstəliyi olanlar çiyələkdən uzaq dursalar yaxşıdır. Çiyələyin tərkibində oksalat turşusu çox olduğundan böyrək və öd daşları olanlar ehtiyatla istifadə etməlidir. Çünki çiyələkdən çox yemək böyrəklərdə daş yaradır. Böyrəyində daş, qum. iltihab olanlarda vəziyyəti ağırlaşdıra bilir
    Qastrit və xorası olanlar çiyələkdən mümkün qədər uzaq olsalar yaxşıdır. Çünki çiyələkdə salisil spiriti var. O, mədənin selikli qişasını zədələyir. Ona görə qastriti və xoranı daha da aça bilər. Çiyələkdə olan çoxlu qara toxumlar mədənin qişasına ilişib qalaraq, onu aşılaya bilər.
    Yüksək təzyiq dərmanları qəbul edənlərə bu buitkidən yemək tövsiyə olunmur. Çünki təzyiq salan dərmanlarlarla eyni gündə çiyələk yemək böyrəyin işini ağırlaşdırır, süzməni pozur.
    Hamilə və südverən qadınlar çox çiyələk yeməsələr yaxşıdır. Çiyələk hamilə qadınlar üçün qısa müddətdə çox faydalıdır, çünki giləmeyvələrin tərkibində çox miqdarda fol turşusu körpənin sinir sisteminin inkişafına faydalı təsir göstərir. Çiyələk allergen olduğu, xüsusən indi satışda olan əksər çiyələklər istixana və dərmanlı məhsul olduğu üçün həm ana, həm uşaq üçün təhlükəlidir. Bir çiyələklə 2 can təhlükə altına düşə bilər.
    Dişlərində kariyes olanlar - Dişi çürük, oyuq və zədəli olanlarda çiyələk və qara toxumları ikiqat çürümə verəcək.
    Həmçinin çiyələyi acqarına yemək olmaz. Çiyələk yedikdən sonra ağız ilıq su ilə yaxalanmalıdır. Yaxşı olar ki, çiyələk süd və ya qaymaqla birgə yeyilsin.
    Yaxşı, zərərlərindən danışdıq, bu bitkinin faydaları nələrdir?
    Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir.
    Kalium və maqnezimla zəngin olduğuna görə, çiyələk ürək-damar sistemi üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir, "pis" xolesterolun səviyyəsini aşağı salır.
    Çiyələk C vitamini ilə də olduqca zəngindir. C vitamini orqanzmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir. Həmçinin C vitamini güclü antioksidantdır ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
    Çiyələyin üstünlükləri haqqında uzun müddət danışa bilərik. Çiyələkdən bol-bol yeyənlərin qocalanda yaddaşı zəifləmir və onlar Alsheymer xəstəliyinə tutulmurlar. Tərkibindəki A vitamini hesabına gözün görmə qabiliyyətini yaxşılaşdırır.
    Qəbizlikdən əziyyət çəkənlər üçün də çiyələk yemək faydalıdır. Çiyələk yüksəlmiş qan təzyiqini aşağı salır, zəngin antioksidant mənbəyi olduğundan xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə aşağı salır, dərini hamar və parlaq edir.
    Uşaqlarınıza bu meyvəni sevdirin, çünki çiyələkdə böyüməkdə olan orqanizm üçün lazım olan çoxlu minerallar və vitaminlər varr. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, 3 yaşına kimi uşaqlara olmaz.
    Çiyələk yeyəndə biz adətən çiyələyin saplaqlarını atırıq.Lakin xalq təbabətində çiyələk saplaqları çox faydalı müalicəvi vasitə sayılır.
    Kimyəvi tərkibə görə çiyələk saplaqları heç də giləməyvələrdən geri qalmır. Onların tərkibində vitaminlər (xüsusilə C vitamini), minerallar, antioksidantlar və s. faydalı maddələr var.

ความคิดเห็น • 65

  • @birbaxkanal
    @birbaxkanal  2 ปีที่แล้ว +9

    BU VİDEOMUZU DA İZLƏYİN:
    Bağırsaq Qurdlarını Tam Tökür - Hər Gün 1 QAŞIQ İÇİN
    th-cam.com/video/ihCQy15Se3Q/w-d-xo.html

  • @akifmisiroglu2959
    @akifmisiroglu2959 2 ปีที่แล้ว +11

    ALLAH'IN bizlerle yetirdiyi her bir nemätinä,bereketine şükürler olsun.

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      Düz buyurdunuz🙏

  • @adalatalishov6163
    @adalatalishov6163 2 ปีที่แล้ว +1

    Salam Xeyale xanim , deyerli ve faydali melumatlariniza gore cox sag olun, Allah razi olsun sizden !!!

  • @XXICenturion
    @XXICenturion ปีที่แล้ว +1

    çox sağolun faydalı bilgilər verirsiz Allah köməyiniz olsun

  • @clilovarubab4780
    @clilovarubab4780 2 ปีที่แล้ว +4

    ÇOX SAĞ OLUN. FAYDALI BİLGİLƏR ÜÇUN SİZƏ TƏŞƏKKÜR EDİRİK 🙏♥️

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      mən təşəkkür edirəm

  • @ugurquluzade1202
    @ugurquluzade1202 2 ปีที่แล้ว +2

    Dəyərli məlumatlara görə çox sağolun. Allah sizdən razı olsun😗😗😘😘😟😟💗💗

  • @zizseyidova8103
    @zizseyidova8103 2 ปีที่แล้ว +5

    Doğru məlumatdır çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +3

      Siz sağ olun Əzizə xanım

  • @bhramgur3276
    @bhramgur3276 2 ปีที่แล้ว +5

    Təşəkkür edirəm faydalı məlumatlara görə

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      İzlədiyiniz üçün mən təşəkkür edirəm

  • @userusser6666
    @userusser6666 2 ปีที่แล้ว +4

    Sehrli səsiniz vardır,Xanım.

  • @sefiqebaleliyeva7960
    @sefiqebaleliyeva7960 2 ปีที่แล้ว +6

    DƏYƏRLİ MƏLUMATA GÖRƏ, ÇOX TƏŞƏKKÜR EDİRƏM, ALLAH KÖMƏYIN OLSUN 🤲

  • @RosenIsmiyev
    @RosenIsmiyev 5 หลายเดือนก่อน

    Dəyərli məlumata görə çox sağ olun

  • @Murad_EditS.
    @Murad_EditS. 2 ปีที่แล้ว +1

    Təşəkkür edirəm. Çox məlumat öyrəndim

  • @EşqinRüstəmov_f7mg
    @EşqinRüstəmov_f7mg 6 หลายเดือนก่อน

    Çox sağ olun məlumat üçün

    • @birbaxkanal
      @birbaxkanal  5 หลายเดือนก่อน

      Çox sağolun, canınız sağlam, işiniz avand olsun

  • @necefeliyev477
    @necefeliyev477 ปีที่แล้ว

    Allah sizi salamat eləsin

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 2 ปีที่แล้ว +5

    bir bax ❤️👍👍👍❤️❤️👍👍👍❤️❤️👍👍

  • @behremabdullayev1011
    @behremabdullayev1011 2 ปีที่แล้ว +3

    Düz deyirsiniz ciyeleyin esl mövsumu avqust sentyabr aylardi indi tezdi hec olmasabiraz gozleyek tewekurler

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      Bəli, mən allergiya olmuşdum 3 il əvvəl. O gündən yemirəm vaxtından əvvəl.

    • @mlksima3300
      @mlksima3300 2 ปีที่แล้ว +2

      Rayonda, bizim var, May, iyun ayında yetişir.

  • @xezayilmemmedov4543
    @xezayilmemmedov4543 2 ปีที่แล้ว +3

    МИННЕТДАРАМ ВАХТЫНДА МЕЛУМАТ ВЕРДИНИЗ 💖💖💖💗💗💞💞💕💕💟💟❣💔❤❤❤🧡💚💙💜🖐🖐🖐👍👍👍

  • @jaleebilova6504
    @jaleebilova6504 2 ปีที่แล้ว

    çox sağoıun bizi mariflənirik

  • @elnarimisli590
    @elnarimisli590 2 ปีที่แล้ว +1

    Salam Necəsiz ətrafla məlumata görə çox sağ ol

  • @zahraseven3771
    @zahraseven3771 2 ปีที่แล้ว +5

    Daha yeyəai olmadım. İnanıram ki, təmiz çiyələk olsun.

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      Mövsümi deyil indi.

  • @sohrtliadam9719
    @sohrtliadam9719 2 ปีที่แล้ว +2

    Cox düz deyir qızım yedi təyziqi düşmürdu

  • @ehedhasilov438
    @ehedhasilov438 2 ปีที่แล้ว +3

    Beyendim

  • @kasbtbq.8596
    @kasbtbq.8596 2 ปีที่แล้ว +4

    Bes biz hansı meyveler Yeyek?

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +2

      çiyələyi mövsümündə yeyin

  • @Serxan_Hesenli_Offcial
    @Serxan_Hesenli_Offcial 2 ปีที่แล้ว +3

    Alınma Çiyələk Yemirem Öz Həyətimizdə Yetişdirib İstifadə Ediriy

  • @teranearizanova77
    @teranearizanova77 2 ปีที่แล้ว +4

    Çiyələk xırda olmalıdı kartof boyda çiyələk olmaz

  • @seriyyeheyderova7105
    @seriyyeheyderova7105 2 ปีที่แล้ว +3

    ciyələk mövsümü tez satilirsa bəs niyə satişna Bakida qadaqa qoymursuz ?

  • @bhramgur3276
    @bhramgur3276 2 ปีที่แล้ว +3

    Ən sevdiyim meyvələrdən biri

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 2 ปีที่แล้ว

    MARAQLİ MƏLUMATLARİNİZA GÖRƏ COX SAQ OLUN.

  • @Бахрам-ъ3ы
    @Бахрам-ъ3ы 2 ปีที่แล้ว +1

    Təmiz, nitrat siz çiyələk insana ziyanliq kətirməz. Ancaq az yemək lazımdır.

  • @sohrtliadam9719
    @sohrtliadam9719 2 ปีที่แล้ว +1

    Yəni belə başa düşdüm ki çiyələyi ancaq saglam adam yeməlidir

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      qeyd olunan xəstəlikləri olmayanlar

  • @hacibabaeliyev6214
    @hacibabaeliyev6214 2 ปีที่แล้ว +2

    Nə oldu eyyy deyin daha əkməsinlərdə Çiyələyi.

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      Vaxtında yeyin. Məsələ budur

    • @hacibabaeliyev6214
      @hacibabaeliyev6214 2 ปีที่แล้ว

      @@birbaxkanal Bəli düz fikirdi ..Amma biz.... yəni Millət.... garişgadan Fil düzəldə bilirik.

  • @a.b.c.8769
    @a.b.c.8769 2 ปีที่แล้ว +4

    Nə biliblər ki nəyə xeyirdi nəyə ziyan.bayaqdan deyrsen olmaz

  • @fafo1257
    @fafo1257 2 ปีที่แล้ว +2

    Düz deyir ciyelek börekimde kisda var yedim axrdım

  • @kasbtbq.8596
    @kasbtbq.8596 2 ปีที่แล้ว +1

    A xanım men şaftalı yeyirem

  • @taranaveiyeva6557
    @taranaveiyeva6557 2 ปีที่แล้ว +2

    Yerli mal görmürsüz nə boydadı? Sortlar dəyuşib.

  • @baronnurakisa
    @baronnurakisa ปีที่แล้ว

    Alergiyası olAnlarA ÇİYƏLƏK OLAR ??

  • @ilhamagakisiyev6563
    @ilhamagakisiyev6563 2 ปีที่แล้ว

    Rehmetlik Mamed demiwken bilirsenki yaxcidi diyirsen yaxcidi bilirsen yaxcidi amma dimirsen yaxcidi budaki mawallah bizim xelqde moddaduda bilirki yaxcidi dimir yaxcidi

  • @tehmineeliyeva1543
    @tehmineeliyeva1543 2 ปีที่แล้ว

    салам бизи кими анколожи хасталара олар

  • @huseynbayramov6599
    @huseynbayramov6599 5 หลายเดือนก่อน

    1kq yedim indi

  • @АбульфатГаибов
    @АбульфатГаибов 2 ปีที่แล้ว

    Pul qazanmaq ucun ciyelek yetisfirenler ne desen vurur .bele cixirki hec kim ciyelek yemesin.birinin boyreyi yaxsidi medesi xarabdi birininin qarasiyari yaxsidi ag ciyeri xarabdi.kim yesin ciyeleyi bes?