Lenin haqqında bilmədiklərimiz - Qan donduran faktlar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • "Gizli tarix" kanalına abunə olaraq yeni videoları izləyə bilərsiz
    Abunə olun bit.ly/3IWfX5R
    …O, bəşəriyyətin siyasi simaları arasında barələrində söy­lənənlər və yazılanların bir-birilə həddən artıq zid­diy­yət təşkil eləyənlərin ön sırasındadır. Bu adam “dünya pro­le­tariatının və inqilabının rəhbəri”, “böyük humanist” və “ideal insan” kimi dürlü pozitiv titullarla yanaşı, “Al­ma­ni­yanın casusu”, “inqilabın zəqqum dadından yan ötən fırıl­daqçı”, “qaniçən diktator” və ideallığın tam əksinə ola­raq, “homoseksual” kimi neqativ ittihamlardan da canını və adını qurtara bilməyən Vladimir İliç Ulyanov - qısaca ola­raq Lenindir!
    Mən onu bəxtsiz Azərbaycan rəssamı Muradlının “Le­nin anası ilə” adlı əsərindən daha çox tanımış və sev­miş­dim: bəstəboy, sarışın gənc, gözünün yaşını tökə-tökə ov­cun­da digər oğlunun asılacağı haqqında çar məktubunu tut­muş anasına təsəlli verir. Ana ağlayır, gəncin iradəli, qə­tiy­yətli baxışları isə harasa uzaqlara, lap uzaqlara zil­lə­nib. Elə bil zalım oğlu yarım qərinədən sonra dünyanı məh­və­rindən qoparacaq inqilabı görür və yaşayır.
    İs­t­isnasız olaraq Leninin bütün bioqrafları, həcmi nəzərə alın­ma­dan onun haqqında nəsə yazanların hamısı çara sui-qəsd üstündə asılmış zavallı Aleksandrı xatırlamadan mət­lə­bə keçmirlər. Guya böyük qardaş Aleksandrın adaşı çara qar­şı düzənlədiyi sui-qəsdlə kiçik qardaş Vladimirin hə­ya­ta keçirdiyi inqilab arasında böyük əlaqə var. Xeyirxahlar bu­nu İlya kişinin ailəsinin hələ bineyi-qədimdən in­qi­lab­çı­lar yuvası olduğunu, bədxahlar isə “Lenin inqilab etməklə, ça­rın var-yoxunu güllələtdirməklə qardaşının qisasını aldı” ki­mi yuvarlaqlaşdırırlar. Mən xeyirxahların tərəfindəyəm. Çün­ki həqiqətən, dövlət məmuru olan İlya kişinin ailə­sin­də özündən başqa demək olar, hamı inqilabçı idi ki, bu­ra­da da günahın yekəsi evin arvadındaydı. Bəli, məhz o qa­dın - bir tərəfi kalmık olan Mariya Aleksandrovna Ul­ya­no­va uşaqlarının hamısının beynini dövrün ədalətpərvər şüar­ları ilə zəhərləmişdi. Bu ailədəkilərin hamısı dikbaş in­qi­labçı ruhlu insanlar idilər, hətta evin qız uşağı Annaya qə­dər. Hələ onu demirəm ki, tarixi faktlara görə, gənc Vla­di­mir Ulyanov qardaşının asılacağı haqda xəbəri eşidəndə ev­də­ki vay-şivəni vecinə də almadan bircə kəlmə deyib: “On­lar (təbii ki, qardaşının dostlarını nəzərdə tuturdu) düz­gün eləmirlər”.
    Qısası, belə baxanda sinəsində “inqilabçı ilan balaları” gəzd­ir­ən çarsevən İlya Vasilyeviç elə nə yaxşı ki, böyük oğ­l­u Aleksandrla qızı Annanın başına gələnləri görmədi, yox­sa, yüz faiz ürəyi partlayacaqdı.
    Bütün bunlara baxmayaraq, mən “Lenin” adıyla “ata”, “ana”, “bacı”, “qardaş”, qısası, ailəylə bağlı hansısa kəl­mə­­ni bir yerdə görəndə əsəbiləşirəm. Çünki yoldaş İliçə bun­la­rın heç biri yaraşmır, yoldaş İliçə bunların hamısı yad­dır. Bu baxımdan, “Lenin çar ailəsindən qardaşının qisa­sını aldı” sayaq sərsəmləmələrə sadəcə, acı bir zarafat ki­mi baxmaq lazımdır. Doğmaca dayısı uşaqları olan Ar­da­şev­ləri güllələtdirən, inqilabdan sonra qətiyyən xoş­la­ma­dığı kiçik qardaşı Dmitri Ulyanovun vəzifəyə qo­yul­ma­sı­nı eşidib istehzayla bolşevik dostlarının ünvanına “elə bi­lir­lər, bu axmağı vəzifəyə qoymaqla mənə xidmət gös­tə­rir­lər” deyən Lenin kimi adamlar üçün qardaş-bacı, ata-ana dünyanın gərdişində fırlanan milyonlarla bəşər öv­lad­la­rı­nın sırasından seçilməyən subyektlərdir. Lenin inqilab elə­mək­lə heç kimin qisasını-zadını almadı. “Dünya in­qi­la­bı­nın rəhbəri” sadəcə, özünü, xarakterini, istəklərini və ar­zu­la­rını reallaşdırdı, vəssalam. Leninин bütün həyatı, var­lı­ğı, yaşamı məhz bu inqilaba bağlı idi.
    Biz Vladimir İliçi heç vaxt yaxından tanıya bilmədik. Mənə elə gəlir, sovet dövrü Azərbaycan proletariatının, Azər­baycan kəndlisinin təsəvvüründəki Leninlə Azər­bay­can ziyalısının düşüncəsindəki Lenin arasında heç bir fərq yo­xuydu. Bizlər - azərbaycanlılar Lenini hamımız bir cür ta­nı­yırdıq: fincanı sındırıb sonra da boynuna alan vun­der­kind uşaq, böyüyəndə də Qubadan xurcunla gələn almanı uşaq evinə göndərən əliaçıq baba… Bizim Leninlə bağlı bü­tün təsəvvürlərimiz bu iki obraz arasında variasiya edir. An­caq bütün variasiyalar mühüm bir mətləbə söy­kən­mə­liy­di: Lenin baba inqilabçılıqdan daha çox İnsandır!..
    …Latınlar deyərdilər “O tempora, o mores!” Bizim dildə ko­bud tərcüməsi təxminən belə çıxır: “Ey çərxi-gərdun!”
    Onun barəsində çox şeylər yazdılar, yenə yazırlar. Ar­xiv­lər açılır və məlum olur ki, yoldaş Leninin “Əsərlərinin tam külliyyatı” deyəndə heç də yazdıqlarının hamısı nə­zər­də tutulmayıbmış. Onun yazdıqları içərisində elə şeylər var ki, bunu sadə ziyalıya, yaxud beyniqanlı gəncə oxut­maq olmaz. Çünki dahi rəhbər burada inqilab eləməyin yol­la­rını az qala dalanlarına kimi göstərib...
    Məqalənin davmı ilə bu linkdən tanış olmaq olar.
    atv.az/news/soc...

ความคิดเห็น • 388