Röyal, gənclər kitabdan uzaqlaşır Röyal. Yardım edin. Gənclər elmdən uzaqlaşır, gənclər dərinlikdən uzaqlaşır, gənclər dayazlıqda boğulur Röyal. Qayıdın...
Lyrics: Elə yorğunam, Ürəyim daş olmuşdu, İndi mən dağ olmuşam Həyatda mənə qalan, Cəmi iki ağaç, Nə xeyri? Mən yenə çöl olmuşam Bu nə qaranlıqdı belə?! Bu nə uzun gecədir?! Yaşamağa bir səhərim də yox İlham da küsüb gedib məndən, Gəlmir daha, Yazıb, oxuyub, ağlamağa bir şeirim də yox Kaş inanardım yenə, İndi namazıma qibləm də yox Bu nə boşluğdur?! Bu nə göy üzüdür?! Bu nə hüzndür?! İlahi! İnanmağa bir Allahım da yox Yıxılıb ölərəm elə burda Elə burda soyunaram bədənimi, Gəl gör ki, Ölüb girməyə bir məzarım da yox Küçələrim yenə boş Küçələrimdə yanımda Anarım yox Ən dərin üsyanlarımda Orxanım yox Dərinlikdə qalmışam, səssiz və tənha Elxanım yox Çöl olsam, Üstümə bir damcı su tökməyə Röyalım yox Boylanıb baxa bilmirəm içimə, qorxuram İlahi! Bu nə bəladır?! Bu nə haldır belə?! Tükənmişəm qələm kimi Yazılıb, dolmuş kağız kimi Gedilmiş yol kimi İnanmaq kimi Göydəkilər kimi "O"nun kimi Hə, "o"nun kimi! Bəlkə də, bu hal onun ahıdır! Tükənmişlik ölməyin ikinci adıdır! Dost tapan yaşım keçib mənim Fikir vermə başım qaçıb məni Qaçıb, adını da bilmədiyim yerlərə Gəlmir daha, Görsən de ki: Tək ürəklə yaşamaq olmur daha. Bu şeir, bu qədəh, bu içki, bu siqaret Və bir də sarışan hallar nevrozu Yenə atıram addımlarımı, Ancaq ağ səkilərə Yenə, yenə, yenə Saata baxıram dört dəfə. Hara getsəm, dəyişmir sanki otağım Sıxışıb qalıram bu çirkli içki burulğanında Hamıda qan axsa, mənim çaxır axır qanımda. Bir də, gərək Səması ola yanında Uzaqlarda anası, atası Bir də, bir də, bir balaca, lap az, belə çox az ha, xeyir-duası Ya da gərək boş verəsən buraları Məsələn Bakını, məsələn İçərişəhəri, məsələn parkları Hə, gərək boş verəsən, itir bu zəhərə qalmış xatirələri Gərək tüpürəsən bütün uşaqlıq yaddaşlarına Çıxıb gedəsən, rədd olub gedəsən bir yolluq Hey Allah, düzünü de, Biz də "Simulyativ Oyunuq"?! Dad gəlir, bu dünyadan gəlir axmaqlıq dadı Bilirəm, yoxsa bu saxtalığın başqa nə adı?! Bilirəm, bilirəm hardansa baxıb gülürsən Sən, sən, mən bilirəm bu sənsən Amma mən yenə kefsizəm, yenə halsız Yenə yarıda saxladılmış şeir Yenə cəmi iki saat yatıb gözlərim İşdir, yenə qalıb eləsən bu zibil gecələrin elində, Bilim ki, bir-iki adama xatirə qaldı sözlərim. #simulyativoyun
Bu şeiri başa düşənlə, heçnə başa düşməyənin arasında bir səd var, onlar sadəcə o tarixi görmədilər. Dərin bir boşluq hiss etdirir bu şeir, içimdəki soyuq qanlı bir insanı parçaladı bu şeir.
neçə ürəy atag nə yazag nə deyək ki az da olsa təşəkkürümüzü, hislərimizi çatdıra bilək.Biz yaza bilmirik şair, yazmağ sənin işindi,ama sən anlayarsan.anlayarsan ki burdayigsa,biz də sənlərdənik.Var ol Şair!
Hayqırışların sanki mənim hayqırışlarımdır Əli. Elxanım, Orxanım nə də Röyalım var yanımda. Heç mən onları tapmamışam da bəlkə də heç vaxt olmayacaqlar. Yaxından tanımıram heç birini amma onların bizə verdiyi mahnıları, şəkillər bir də mətnlər var düzdür çox oxuyuram/baxıram/dinləyirəm deyə darıxdırıcı olur bəzən. Həmən insanları bir yerdə görmək istəyi, bir masada toplaşmaq saatlarca dinləmək istəyərəm. Həmin masanı heç nəyə dəyişməzdim yəqin ki . Həmən dövrdəki İdealogiyaları o qədər çox beynimin içinə qarışıbdır ki düşünmək xəstəsi olmuşam. Özümdən daha çox cəmiyyət üçün narahat oluram edə bilmədiyim şeylər üçün, göz görə görə bəzi şeyləri dəyişə bilmədiyim üçün. Əminəm, onlar da buna görə yoxdurlar artıq. dəyişmədi bu cəmiyyət, kiməsə "dəyişək" deyəndə "sən-mən dəyişməklə düzəlməyəcək axı özünü yomra" dedilər dəyişmədilər. Dəyişənlər də elə Elxanlar, Orxanlar,Röyallar oldu. Sonra da onlar ilə birgə biz tükəndik. Cəmiyyəti deyil də bəlkə özümüzü dəyişməliydik biz də . Bilmirəm amma mən hər dəfə "Sənsiz intiharlar'ı dinləyəndə həmən Şüşələr boşalana qədər ağlınızdan bütün keçənləri bilmək istəyəcəm, "40- cı paralel"i dinləyəndə gözlərim dolacaq, hər dəfə "Salam Allah"ı dinləyəndə ruhumda bir yerlərə toxunacaq, Röyal hər dəfə eyni duruş ilə şəkil paylaşanda üzümdə təbəssüm olacaq, bir də sən Əli, hər yeni bildiriş gələndə necəsə yenə ruhuma toxunacağından əmin olacam... Məqsəd fərqli olsa da, bir gün gec olsa belə yenidən bir arada sizi görmək diləyi ilə . Sevgilərlə
Küçələrim yenə boş Küçələrim də yanımda Anarım yox Ən dərin üsyanlarımda Orxanım yox Dərinlikdə qalmışam sənsiz və tənha Elxanım yox Çöl olsam üstümə bir damcı su tökməyə Röyalım yox. Ali Khayyam 😔
Şeiri dinləməmişdən bir neçə ay əvvəl çox ağır şeylər yaşamışdım normalda emosional olan özümün bu hissizliyinə məəttəl qalmışdım gözümdən bir damla yaş axmamışdı bu şeiri dinlədiyim gün sanki ayların illərin acısını atdım göz yaşlarımla hönkürə hönkürə ağladım üstündə 1ildən də çox müddət keçib bu dəfə ki ağrılar həmin ağrıların 10qat artığıdı yenə ağlamağa gəlmişəm)
Çox dərin sözlər . Ölkəmdə bu tip şeirlər sual doğuracaq şeirlər çox azdı .çoxu sevgi ,ilahi qüvə nəbilim ölkəmdə olmayan xoşbəxtliklər dən yazır yada dəm vurur .amma belə şeirlər eşidəndə cavabını tapmadığım sualar yaradır. Düşündürür
Tükənmişlik ölməyin ikinci adıdır!... "Sevmirəm" mən bu şairi. Nədən "sevmirəm", çünki hər dəfə dinlədikdən sonra ən azı bir həftə ruhum bədənimdən ayrı dolanır. Bu dünyanı başqa cür qəbul etməyə başlayıram və bu, ruhuma çox əziyyət verir. Şairin hər yazdığı misranı, məkanı öz üzərimdə hiss edirəm, emosiyalarını içimdən keçirib yaşayıram. Bax ona görə "sevmirəm" Əli Xəyyamı. Hər dəfə Spotify'ı açıb onun kataloquna daxil olduqda anlayıram ki, bir neçə gün yenə də özümdə olmayacam. Şair sanki əlinə bıçağı alıb, bilərəkdən yavaş-yavaş ürəyi parçalamağa qadirdir. Bu cür insanı nə anlamaq olur, nə də sevmək. Bu insanın söyləyi dərdlərə adamın sadəcə şərik olmağı gəlir. Sağ ol, Şair. Bizlərə bir hədiyyəsən!
*_Əli Xəyyam_*_ ın şeir adlarından uydurulmuş mətn_ Salam, yenə niyə gəldin? Kimsən sən, xatırlaya bilmədim. *Gecələr* *yuxu* lu olanda daha rahat danışa bilirəm, sən isə *bir sabahın səssizliyi* ndə, çox yersiz vaxtda gəlmisən. Çox yorulmuşam, illərdi burdayam, amma hələ də sağalmamışam. Bədənimdə bir dənə də ağrı yoxdur, amma *bədənsizlik* arzusu daxili aləmimi alt-üst edir. Məsələn, mənim sizin dərdlərinizə *gülməyim gəlir* . Məsələn, siz heç bilmirsiz, yaşayarkən *yoxluq* nədir, *heçlik* dalğalarında üzmək, *head of the river-də üşümək* nədir. Bilirsən, necə söyüşlər yağdırmaq istəyirəm sizlərə? İllərdi deyə bilmədiyim, yığılıb qalan nə qədər sözüm var, bilirsən? Sizə yaraşdırdığım ən gözəl kəlimələri üzünüzə bağırım, ondan sonra söz verirəm, bir də danışmayacam, həmişəlik *susacam* . Məsələn? *Məsələn, heç nə.* Niyə susursan? Ehh, sən də həkimlər kimisən, elə tibb bacıları da sizin tayınızdı. Hamınız sanki _bulanıq_ *kar gözlər* lə izləyirsiz ətrafı. Sanki bir tək bu binada qurulur *kədər yığıncağı* . Hə, bilirsən, yəqin ki, mən özüm də *kədər maqniti* yəm. Mənə yaraşan tək yerin bura olduğuna əminəm və sanki bu *kafirin pəncərəsi* ndən çöldə hər yer gül-çiçək, hər yerdə *hurilər* gəzirlər. Və sanki, hər kəs gizlədir sevgisini, deyirlər, boş ver, *burax, bilməsin* . Sən dinləmə ey məni, boşuna yorma beynini, biz şairlər, hamımız *yalançı* məxluqlar dünyanın rəzilliyinə *yorğun şeir* lər yazırıq. Düzdür, bacara bilmədim yaşamağı, həyata normal gözlərlə baxmağı. Ona görə buranı seçmişəm, insanlar dəlixana adlandırıb aşağılaya bilər məni, ancaq mən tək sığınacaq məkan kimi bir tək buranı görmüşəm. Sizin dünya kimi deyil bura, insanın duyğularını alan *oğru* lar yoxdu, bura *doktor və xəstə* lərdən ibarət olsa da, hər yerində səmimilik saxlayır. Hərdən çıxıram eyvana, izləyirəm _Bulud Bağçaları_ nı. Ancaq həm *İyirmi beşinci payız* da, həm də *Otuzuncu payız* da anlayırsan ki, insan özü-özündən qaça bilmir. Ya barışmalı, ya da ruhunu azad buraxmalısan. *Qorxuram* , ona görə də, çox qorxuram *həmqəfəs* lərim üzüləcək deyə, *itirilmiş ev* i tapa bilməyəcəm deyə. Ancaq bir şeydən əminəm ki, bədənim indi bütöv olmazdı, _Səma_ olmasaydı əgər. Mən də gedərdim, əvvəlkilər kimi. Arxa fonda bir _ruh musiqisi_ . Mən də tərk edərdim buraları həmişəlik, sizin edəcəyiniz kimi. Qatılardım mən də *Tez unudulan adamlar siyahısı* na, sığdırardılar yaşamımı 24 saatlıq whatsapp statuslarına. *Yox eee, yox* , belə olmaz, yaşamalıyam. Son misramı yaza bilənə, son şeirimi unudana qədər. Ona görə də, xilas elə məni burdan, *sındır qıfıllarımı* , *ulduzlara uzanmaq* istəyirəm. Sınmırsa qıfıllar, yalvarıram, *kəsil qollarım* . Mən, *tərcümeyi-hal* dan insan tanıyanların, *nur* lu *yol* la gedərkən, heç bir səbəb olmadan, *edam* olunanların dünyasındanam. Bəs sən *hardansan?* Mən gecəyarısından sonra qələmi əlimə aldığımdan bəri bir *intiharam* . Asıram özümü öz misralarımdan, kipriklərindən asdığım kimi. Yazıram, cızma-qara edirəm boş-boş, işdi, bəyənməsən, mavi rənglə yazılanları cır-at, amma bircə *sarılarımı silmə* . Yazdığım bütün şeirləri unut, eybi yoxdu, ancaq misraların xətrinə *əllərimi unutma* . Və bil ki, bu dünyada *iki növ insan* var. Sən ayağının altını dinlə, əsas başa düşmək _deyil_ , məni *ürəyə düş* . Hərdən götürüb telefonu zəng edirəm göydəkilərə: *Alo* , var orda bəyəm kimsə? *Salam, Allah* , mənim var bir neçə duam, bir neçə arzu, ümid, bir neçə istək, bir neçə sözüm. Qayıdıb deyirlər ki, "deyəsən, səhv düşmüsüz?". Hə, biz səhv düşmüşük, alo, orda kimsə varmı? Göydə bulud var, buludların üzərində Tanrı varmı? Bəs ölənlər, məsələn, *atalar ordamı?* Son bir *tövbə* haqqım var idi, onu da intihardan sonra istifadə edə bilərəm? Hə? Nə olar cavab verin də! Tanrı, nə vaxt qonaq gələcəksən qəlbimə? İnan ki, anlamı belə yoxdu *sənsiz intihar* ların. *Yavaş-yavaş* ölürəm, bəs mənim xoşbəxtlikdən *payım hanı?* Tanrı, bezdim buralardan, *başqa cəhənnəm* ə göndər məni. Məhrum et bu dünyadan yaşaya bilməyənləri, *günəşdə üşüyənlər* i. Əzablarıma son ver, bədənimdən xilas edib özünə, *Tanrıya bitişdir məni* .
*Uşaq kimi* Bu gün yenə pisəm, elə həmişəki kimi Hisslərim balaca bir uşaq kimidir Sizin qəddar tənələrinizdən qorxur Anlamadığım bir şey var, bəlkə sən biləsən? Mənim həyatdan heç bir gözləntim yoxdur Elə onun də məndən olmadığına əminəm. Mən niyə belə çarəsiz oldum? Bircə qutu siqaretim qalıb Gecə qurtarmayacağına inanmaq istəyirəm. Qədəhim yenə də boşdur, Eybi yox, özüm süzərəm, dolduranım yox Çox yox, amma hərdən düşünürəm Mənim həyatda nəyim qaldı ki? Cibimdə yarımçıq siqaretim, İçimdə çarəsiz ümid... Bir də mədəmdə narahatlıq hiss edirəm. Kim bilir, səndən qalan son qırıntılardır, bəlkə?! Anlamadığım bir şey var, bəlkə sən biləsən? İnsan nə vaxtdan bəri belə çarəsizdir? Yəni ona bir tək kömək edən 20 dənəlik qutu, kiçik qədəhlərdir? Yoxsa daha başqa var biriləri? Məsələn, varmı unudulmağa fürsət axtaran bir xatirəsi? Ya da buludların üzərində ölüb getmiş kimsəsi? Xoş gəlmisən, buyur keç, amma bağışla tanımadım Üzünü əvvəlcə görməmişəm, Deyəsən, buralarda yenisən?! Qorxma, zərər vermərəm sənə Hə, ola bilər, tanış olub söhbət etmişik əvvəlcə Sən Allah, keç günahımdan, Hərdən güzgüdəki kəsə də mən yad kimiyəm. Görürsən də, nə gündəyəm? Mən özümü boş həqiqətlərindən başqa heç nə bilməyən filozof kimi hiss edirəm. Mən bu qədər böyük boşluq içərisində bir heçəm Doğurdan ey, bəs sən kimsən?
Hamımız yanındayıq, şair.
Həmişə olduğu kimi.
🤍
@Kamal Jafarov Biz də burdayıq.Həmişə olduğu kimi🖤
Can!
Röyal, gənclər kitabdan uzaqlaşır Röyal. Yardım edin. Gənclər elmdən uzaqlaşır, gənclər dərinlikdən uzaqlaşır, gənclər dayazlıqda boğulur Röyal. Qayıdın...
❤️
Lyrics:
Elə yorğunam,
Ürəyim daş olmuşdu,
İndi mən dağ olmuşam
Həyatda mənə qalan,
Cəmi iki ağaç,
Nə xeyri?
Mən yenə çöl olmuşam
Bu nə qaranlıqdı belə?!
Bu nə uzun gecədir?!
Yaşamağa bir səhərim də yox
İlham da küsüb gedib məndən,
Gəlmir daha,
Yazıb, oxuyub, ağlamağa bir şeirim də yox
Kaş inanardım yenə,
İndi namazıma qibləm də yox
Bu nə boşluğdur?!
Bu nə göy üzüdür?!
Bu nə hüzndür?!
İlahi!
İnanmağa bir Allahım da yox
Yıxılıb ölərəm elə burda
Elə burda soyunaram bədənimi,
Gəl gör ki,
Ölüb girməyə bir məzarım da yox
Küçələrim yenə boş
Küçələrimdə yanımda Anarım yox
Ən dərin üsyanlarımda Orxanım yox
Dərinlikdə qalmışam, səssiz və tənha
Elxanım yox
Çöl olsam,
Üstümə bir damcı su tökməyə Röyalım yox
Boylanıb baxa bilmirəm içimə, qorxuram
İlahi!
Bu nə bəladır?!
Bu nə haldır belə?!
Tükənmişəm qələm kimi
Yazılıb, dolmuş kağız kimi
Gedilmiş yol kimi
İnanmaq kimi
Göydəkilər kimi
"O"nun kimi
Hə, "o"nun kimi!
Bəlkə də, bu hal onun ahıdır!
Tükənmişlik ölməyin ikinci adıdır!
Dost tapan yaşım keçib mənim
Fikir vermə başım qaçıb məni
Qaçıb, adını da bilmədiyim yerlərə
Gəlmir daha,
Görsən de ki:
Tək ürəklə yaşamaq olmur daha.
Bu şeir, bu qədəh, bu içki, bu siqaret
Və bir də sarışan hallar nevrozu
Yenə atıram addımlarımı,
Ancaq ağ səkilərə
Yenə, yenə, yenə
Saata baxıram dört dəfə.
Hara getsəm, dəyişmir sanki otağım
Sıxışıb qalıram bu çirkli içki burulğanında
Hamıda qan axsa, mənim çaxır axır qanımda.
Bir də, gərək Səması ola yanında
Uzaqlarda anası, atası
Bir də, bir də, bir balaca, lap az, belə çox az ha, xeyir-duası
Ya da gərək boş verəsən buraları
Məsələn Bakını, məsələn İçərişəhəri, məsələn parkları
Hə, gərək boş verəsən, itir bu zəhərə qalmış xatirələri
Gərək tüpürəsən bütün uşaqlıq yaddaşlarına
Çıxıb gedəsən, rədd olub gedəsən bir yolluq
Hey Allah, düzünü de,
Biz də "Simulyativ Oyunuq"?!
Dad gəlir, bu dünyadan gəlir axmaqlıq dadı
Bilirəm, yoxsa bu saxtalığın başqa nə adı?!
Bilirəm, bilirəm hardansa baxıb gülürsən
Sən, sən, mən bilirəm bu sənsən
Amma mən yenə kefsizəm, yenə halsız
Yenə yarıda saxladılmış şeir
Yenə cəmi iki saat yatıb gözlərim
İşdir, yenə qalıb eləsən bu zibil gecələrin elində,
Bilim ki, bir-iki adama xatirə qaldı sözlərim.
#simulyativoyun
Təşəkkür edirəm sözlərə görə
@@merahimhuseyn Dəyməz :)
Bu şeiri başa düşənlə, heçnə başa düşməyənin arasında bir səd var, onlar sadəcə o tarixi görmədilər. Dərin bir boşluq hiss etdirir bu şeir, içimdəki soyuq qanlı bir insanı parçaladı bu şeir.
Spx. Elnur Qasımov və sən gözəl anlamlı repleriniz olurdu indi oda yox
Bu şeirdən sonra bir şeir gecəsi keçirməmək günah olar , şair
Uzaq düşdüyümüz bütün dostlarımıza salam olsun.
Dostlarsız insan bir heçdir... Çox sağ olun Əli.
neçə ürəy atag nə yazag nə deyək ki az da olsa təşəkkürümüzü, hislərimizi çatdıra bilək.Biz yaza bilmirik şair, yazmağ sənin işindi,ama sən anlayarsan.anlayarsan ki burdayigsa,biz də sənlərdənik.Var ol Şair!
Boylanıb baxammıram içimə, qorxuram...🥀
Hayqırışların sanki mənim hayqırışlarımdır Əli.
Elxanım, Orxanım nə də Röyalım var yanımda. Heç mən onları tapmamışam da bəlkə də heç vaxt olmayacaqlar. Yaxından tanımıram heç birini amma onların bizə verdiyi mahnıları, şəkillər bir də mətnlər var düzdür çox oxuyuram/baxıram/dinləyirəm deyə darıxdırıcı olur bəzən. Həmən insanları bir yerdə görmək istəyi, bir masada toplaşmaq saatlarca dinləmək istəyərəm. Həmin masanı heç nəyə dəyişməzdim yəqin ki . Həmən dövrdəki İdealogiyaları o qədər çox beynimin içinə qarışıbdır ki düşünmək xəstəsi olmuşam. Özümdən daha çox cəmiyyət üçün narahat oluram edə bilmədiyim şeylər üçün, göz görə görə bəzi şeyləri dəyişə bilmədiyim üçün. Əminəm, onlar da buna görə yoxdurlar artıq. dəyişmədi bu cəmiyyət, kiməsə "dəyişək" deyəndə "sən-mən dəyişməklə düzəlməyəcək axı özünü yomra" dedilər dəyişmədilər. Dəyişənlər də elə Elxanlar, Orxanlar,Röyallar oldu. Sonra da onlar ilə birgə biz tükəndik. Cəmiyyəti deyil də bəlkə özümüzü dəyişməliydik biz də . Bilmirəm amma mən hər dəfə "Sənsiz intiharlar'ı dinləyəndə həmən Şüşələr boşalana qədər ağlınızdan bütün keçənləri bilmək istəyəcəm, "40- cı paralel"i dinləyəndə gözlərim dolacaq, hər dəfə "Salam Allah"ı dinləyəndə ruhumda bir yerlərə toxunacaq, Röyal hər dəfə eyni duruş ilə şəkil paylaşanda üzümdə təbəssüm olacaq, bir də sən Əli, hər yeni bildiriş gələndə necəsə yenə ruhuma toxunacağından əmin olacam...
Məqsəd fərqli olsa da, bir gün gec olsa belə yenidən bir arada sizi görmək diləyi ilə . Sevgilərlə
Yox saydıqlarının bir gün var olması diləyiylə Şair, var ol.
Biz sənə illərdi qulaq asırıq, bu şeirdə bizdə ən dərin yerlərdə öz yerini tapdı. Biz dostuq Əli, şeir dostu.
Şairin ruhu mənəvi üsyandadır...Bir gün tapacaq, mənəvi hüzuru...
Şair sənin kimi insanların dövründə yaşadığıma görə xoşbəxtəm.
Küçələrim yenə boş
Küçələrim də yanımda Anarım yox
Ən dərin üsyanlarımda Orxanım yox
Dərinlikdə qalmışam sənsiz və tənha
Elxanım yox
Çöl olsam üstümə bir damcı su tökməyə Röyalım yox.
Ali Khayyam 😔
Anar və Röyal kimdir?
@@TrendBusinessOne RG və Azya
@@TrendBusinessOne Anar-RG , Röyal-Azya
Təşəkkürlər
Kədər sanki, ruhumuza hopub. Var ol, Şair. 🌌
Gərək boş verəsən bütün bu zibilə qalmış xatirələri🥀
Şeiri dinləməmişdən bir neçə ay əvvəl çox ağır şeylər yaşamışdım normalda emosional olan özümün bu hissizliyinə məəttəl qalmışdım gözümdən bir damla yaş axmamışdı bu şeiri dinlədiyim gün sanki ayların illərin acısını atdım göz yaşlarımla hönkürə hönkürə ağladım üstündə 1ildən də çox müddət keçib bu dəfə ki ağrılar həmin ağrıların 10qat artığıdı yenə ağlamağa gəlmişəm)
Tək ürəylə yaşamaq olmur daha...
Madhousenin uzvlerinin adi cekilende gelen hiss...
Eynen
Üzüldüm
Tüklərim biz biz oldu
O hiss izah edilmir,yaşanır...
Daim qəlbimiz də, ruhumuzda qalacaq sözlərin, xatirələrimizdə yox.
Ela. Bu yaşa, bu yaşayışa, bu yaşama uyğun reallığı əks etdirən bir şeir
Gecə indi işdən gəldim və indi dinlədim. İçimdən sanki bir şey qopdu. Bütün sevgimlə və hörmətimlə
Səssiz və tənha Elxanım yox💔
-
🥰
İşdir qalıb eləsən bir - iki şeirlik bizimlə, Əli
Vallah toxunarsan ruhumuza səmazənlərdə olsa belə...
Günlərlə, aylarla, illərlə beynimdən keçənlər...
Yaşadıqlarım, düşündüklərim ...
Qaraqan'ımız gəldi, sevinin ama dəyişdi deyərək daşlayacaqsızsa bir gün elə indidən sakitcə uzaqlaşın
Çox dərin sözlər .
Ölkəmdə bu tip şeirlər sual doğuracaq şeirlər çox azdı .çoxu sevgi ,ilahi qüvə nəbilim ölkəmdə olmayan xoşbəxtliklər dən yazır yada dəm vurur .amma belə şeirlər eşidəndə cavabını tapmadığım sualar yaradır. Düşündürür
Mahnının səsi çoxdur, narahat edir.
Ruhen bizimle etdiyin bu gözel yoldaşliga gore cox saqol şair...
Bu şeir içimi danışır. Bu ruhdaş həmişə sizinlədi Əli.
Tükənmişlik ölməyin ikinci adıdır !... Var ol şair🖤
Gözəl əsər, şair ❤️
*Möhtəşəmsiz Ustad*
Möhtəşəm 💙
Qələminə qüvvət,şair.
Şərhlərdə Elxanı görmək istəyirəm "anidən gəlsə necə qar qışda"
Sağ ol Ali.
Tükənmişlik ölməyin ikinci adıdır!...
"Sevmirəm" mən bu şairi. Nədən "sevmirəm", çünki hər dəfə dinlədikdən sonra ən azı bir həftə ruhum bədənimdən ayrı dolanır. Bu dünyanı başqa cür qəbul etməyə başlayıram və bu, ruhuma çox əziyyət verir.
Şairin hər yazdığı misranı, məkanı öz üzərimdə hiss edirəm, emosiyalarını içimdən keçirib yaşayıram. Bax ona görə "sevmirəm" Əli Xəyyamı.
Hər dəfə Spotify'ı açıb onun kataloquna daxil olduqda anlayıram ki, bir neçə gün yenə də özümdə olmayacam.
Şair sanki əlinə bıçağı alıb, bilərəkdən yavaş-yavaş ürəyi parçalamağa qadirdir.
Bu cür insanı nə anlamaq olur, nə də sevmək. Bu insanın söyləyi dərdlərə adamın sadəcə şərik olmağı gəlir.
Sağ ol, Şair. Bizlərə bir hədiyyəsən!
artıq hamısı var🩷
Dərinlikdə qalmışam, səssiz və tənha
Elxanım yox...🖤
Elxanın qayıtdı, şair, tənhalığın azalar
Şeirin ortalarına çatanda adam düşünür ki tez bitsin bir də başdan qoşum
inanmağa bir allahım da..sən ol,
Gərək tüpürəsən, bütün uşaqlıq yaddaşlarına. Çıxıb gedəsən. 🚬
Bircə bunu edə bilsəm.
Səni tanıdığıma o qədər şadamki❤️Daim Yazıb yarat Söhbətgah ilə dahada necə insan olduğunu anlayıram yavaş yavaş
Sanki "Kədər yığıncağı" qoxusu gəlir. .
Qələminə qüvvət... Sanki mənim üçün yazmısan bu şeir'i. Təşəkkür edirəm belə bir şeir'i bizlərə bəxş etdiyin üçün şair.
*_Əli Xəyyam_*_ ın şeir adlarından uydurulmuş mətn_
Salam, yenə niyə gəldin? Kimsən sən, xatırlaya bilmədim. *Gecələr* *yuxu* lu olanda daha rahat danışa bilirəm, sən isə *bir sabahın səssizliyi* ndə, çox yersiz vaxtda gəlmisən. Çox yorulmuşam, illərdi burdayam, amma hələ də sağalmamışam. Bədənimdə bir dənə də ağrı yoxdur, amma *bədənsizlik* arzusu daxili aləmimi alt-üst edir. Məsələn, mənim sizin dərdlərinizə *gülməyim gəlir* . Məsələn, siz heç bilmirsiz, yaşayarkən *yoxluq* nədir, *heçlik* dalğalarında üzmək, *head of the river-də üşümək* nədir. Bilirsən, necə söyüşlər yağdırmaq istəyirəm sizlərə? İllərdi deyə bilmədiyim, yığılıb qalan nə qədər sözüm var, bilirsən? Sizə yaraşdırdığım ən gözəl kəlimələri üzünüzə bağırım, ondan sonra söz verirəm, bir də danışmayacam, həmişəlik *susacam* . Məsələn? *Məsələn, heç nə.*
Niyə susursan? Ehh, sən də həkimlər kimisən, elə tibb bacıları da sizin tayınızdı. Hamınız sanki _bulanıq_ *kar gözlər* lə izləyirsiz ətrafı. Sanki bir tək bu binada qurulur *kədər yığıncağı* . Hə, bilirsən, yəqin ki, mən özüm də *kədər maqniti* yəm. Mənə yaraşan tək yerin bura olduğuna əminəm və sanki bu *kafirin pəncərəsi* ndən çöldə hər yer gül-çiçək, hər yerdə *hurilər* gəzirlər. Və sanki, hər kəs gizlədir sevgisini, deyirlər, boş ver, *burax, bilməsin* . Sən dinləmə ey məni, boşuna yorma beynini, biz şairlər, hamımız *yalançı* məxluqlar dünyanın rəzilliyinə *yorğun şeir* lər yazırıq. Düzdür, bacara bilmədim yaşamağı, həyata normal gözlərlə baxmağı. Ona görə buranı seçmişəm, insanlar dəlixana adlandırıb aşağılaya bilər məni, ancaq mən tək sığınacaq məkan kimi bir tək buranı görmüşəm. Sizin dünya kimi deyil bura, insanın duyğularını alan *oğru* lar yoxdu, bura *doktor və xəstə* lərdən ibarət olsa da, hər yerində səmimilik saxlayır. Hərdən çıxıram eyvana, izləyirəm _Bulud Bağçaları_ nı. Ancaq həm *İyirmi beşinci payız* da, həm də *Otuzuncu payız* da anlayırsan ki, insan özü-özündən qaça bilmir. Ya barışmalı, ya da ruhunu azad buraxmalısan. *Qorxuram* , ona görə də, çox qorxuram *həmqəfəs* lərim üzüləcək deyə, *itirilmiş ev* i tapa bilməyəcəm deyə. Ancaq bir şeydən əminəm ki, bədənim indi bütöv olmazdı, _Səma_ olmasaydı əgər. Mən də gedərdim, əvvəlkilər kimi. Arxa fonda bir _ruh musiqisi_ . Mən də tərk edərdim buraları həmişəlik, sizin edəcəyiniz kimi. Qatılardım mən də *Tez unudulan adamlar siyahısı* na, sığdırardılar yaşamımı 24 saatlıq whatsapp statuslarına. *Yox eee, yox* , belə olmaz, yaşamalıyam. Son misramı yaza bilənə, son şeirimi unudana qədər. Ona görə də, xilas elə məni burdan, *sındır qıfıllarımı* , *ulduzlara uzanmaq* istəyirəm. Sınmırsa qıfıllar, yalvarıram, *kəsil qollarım* .
Mən, *tərcümeyi-hal* dan insan tanıyanların, *nur* lu *yol* la gedərkən, heç bir səbəb olmadan, *edam* olunanların dünyasındanam. Bəs sən *hardansan?* Mən gecəyarısından sonra qələmi əlimə aldığımdan bəri bir *intiharam* . Asıram özümü öz misralarımdan, kipriklərindən asdığım kimi. Yazıram, cızma-qara edirəm boş-boş, işdi, bəyənməsən, mavi rənglə yazılanları cır-at, amma bircə *sarılarımı silmə* . Yazdığım bütün şeirləri unut, eybi yoxdu, ancaq misraların xətrinə *əllərimi unutma* . Və bil ki, bu dünyada *iki növ insan* var. Sən ayağının altını dinlə, əsas başa düşmək _deyil_ , məni *ürəyə düş* .
Hərdən götürüb telefonu zəng edirəm göydəkilərə: *Alo* , var orda bəyəm kimsə? *Salam, Allah* , mənim var bir neçə duam, bir neçə arzu, ümid, bir neçə istək, bir neçə sözüm. Qayıdıb deyirlər ki, "deyəsən, səhv düşmüsüz?". Hə, biz səhv düşmüşük, alo, orda kimsə varmı? Göydə bulud var, buludların üzərində Tanrı varmı? Bəs ölənlər, məsələn, *atalar ordamı?*
Son bir *tövbə* haqqım var idi, onu da intihardan sonra istifadə edə bilərəm? Hə? Nə olar cavab verin də! Tanrı, nə vaxt qonaq gələcəksən qəlbimə? İnan ki, anlamı belə yoxdu *sənsiz intihar* ların. *Yavaş-yavaş* ölürəm, bəs mənim xoşbəxtlikdən *payım hanı?*
Tanrı, bezdim buralardan, *başqa cəhənnəm* ə göndər məni. Məhrum et bu dünyadan yaşaya bilməyənləri, *günəşdə üşüyənlər* i. Əzablarıma son ver, bədənimdən xilas edib özünə, *Tanrıya bitişdir məni* .
Sen hemiwe var ol Şair
Hə onun kimi. Bəlkədə bu ah, onun ahıdı..
Tək ürəklə yaşamaq olmur daha.. #Respect
Hər şeirində özümü tapa bilirəm şair hər sətrin doğmadı həmişə səninləyik, həmişə bizimlə qal 🖤
Sona qədər dinləmək bu qədər çətin olmamalı idi
Senin şeirlerin ayri dunyadadi şair👏
Sonlarda göz yaşlarım öz azadlıqlarını elan etdi.
Var ol Şair❤️❤️
Tək ürəklə yaşamaq olmur daha💛
Hər cür hissi yaşadıq şeirdə lakin verilən ada baxıb yenidən hissizləşməmək əldə deyil...
Tək sözlə Möhtəşəm🥂💙
Küçələrim yenə boş..🍃
Tək ürəklə yaşamaq olmur daha !
Ağlatdın,Şair..
Darıxmışdıq, çox sağ ol şair🤍
Var olun elaa......
Hər dinləyəndə boğuluram şair.
Gunu gunden derinlesen sair.
Dost tapan yasim kecib menim…
Tükənmişəm qələm kimi...
Yenə cəmi 2 saat yatıb bu gözlərim 🖤
Var ol Ruhdaş ! 🖤
Sozle ifade olunmuyacag qeder Mukemmel !!!
Var ol
Şedevr💫
Hər gün xatirələrlə ölməyə, səhər olmadan günə başlamağa və bütün bu kədərlərlə boğularaq göz yaşlarını saxlaya bilməməyə davam
Orxan,Elxan,Röyal :)
Orxan (Okaber) Anar (RG) Röyal (AzYa)
Mənim fikrimcə Orxan Okaberi deyir
Möhtəşəmsən şair 👍 səninlə oturub bir fincan qəhvə içib söhbət etmək istəyərdim😐
Bu dünya bizim kimilər ücün cox çirkabdı.Dözə bilərimki görən sona kimi.
Musiqi platformalarında olsa lap yaxşı olar.
Şair, bizə bir şeir gecəsi borclusan.
Tükənmislik ölməyin ikinci adıdır.
Tükənmişlik ölməyin ikinci adıdır...!
Dərinlikdə qalmışam, səssiz və tənha
Möhtəşəm..
Elə bil ürəyimin üstündə fil oturdu 🥺
Cox sagol ……
Dərinlikdə qalmışam səssiz və tənha...
Tükənmişlik ölməyin, ikinci halıdı..
Musiqi səsdən kəskin seçilir və qulaq deşir. Ha istədim dinləyim alınmadı. Axırda məcbur səssizə alıb rəydə yazılan lyrics oxumaqla yetindim
Mən söz tapmıram deməyə...
Möhtəşəm.
Özün 4 nəfərin yoxluğunu çəkirsən amma bizi Xəyyamsiz buraxma
Bir iki adama xatirə qaldı bu sözlərim
*Uşaq kimi*
Bu gün yenə pisəm, elə həmişəki kimi
Hisslərim balaca bir uşaq kimidir
Sizin qəddar tənələrinizdən qorxur
Anlamadığım bir şey var, bəlkə sən biləsən?
Mənim həyatdan heç bir gözləntim yoxdur
Elə onun də məndən olmadığına əminəm.
Mən niyə belə çarəsiz oldum?
Bircə qutu siqaretim qalıb
Gecə qurtarmayacağına inanmaq istəyirəm.
Qədəhim yenə də boşdur,
Eybi yox, özüm süzərəm, dolduranım yox
Çox yox, amma hərdən düşünürəm
Mənim həyatda nəyim qaldı ki?
Cibimdə yarımçıq siqaretim,
İçimdə çarəsiz ümid...
Bir də mədəmdə narahatlıq hiss edirəm.
Kim bilir, səndən qalan son qırıntılardır, bəlkə?!
Anlamadığım bir şey var, bəlkə sən biləsən?
İnsan nə vaxtdan bəri belə çarəsizdir?
Yəni ona bir tək kömək edən
20 dənəlik qutu, kiçik qədəhlərdir?
Yoxsa daha başqa var biriləri?
Məsələn, varmı unudulmağa fürsət axtaran bir xatirəsi?
Ya da buludların üzərində ölüb getmiş kimsəsi?
Xoş gəlmisən, buyur keç, amma bağışla tanımadım
Üzünü əvvəlcə görməmişəm,
Deyəsən, buralarda yenisən?!
Qorxma, zərər vermərəm sənə
Hə, ola bilər, tanış olub söhbət etmişik əvvəlcə
Sən Allah, keç günahımdan,
Hərdən güzgüdəki kəsə də mən yad kimiyəm.
Görürsən də, nə gündəyəm?
Mən özümü boş həqiqətlərindən başqa heç nə bilməyən filozof kimi hiss edirəm.
Mən bu qədər böyük boşluq içərisində bir heçəm
Doğurdan ey, bəs sən kimsən?
Qəribədir hə? Hər bir insan başqaları ilə bağlıdır. O gedirsə, yerində böyük dəlik qalır.
It's a Wonderful Life Frank Capra (1946)
Lüğətimdə bu əsərin qarşılığı qədər gözəl söz yoxdu yazmağa (
Tükənmişlik ölməyin ikinci adıdır.!
Namiqim yox Elmirim yox Tofiqim yox Şēhliyarim yox Elcinim yox Muxtarim can Şəhidlerim😣😣😣😣😣
Ey tanrı düzünü de,biz'də simulyativ oyunuq !
Ürək ağrısı ilə dinlədim.
Təkrar dinləmək istəyirsən. Amma ürək eləmirsən...
Burdayıq hamımız..
Şeir gecəsi gələr bu təbdən sora
Bu nə şeirdi tanrımmm🖤 yaz şair yazzz ..