Ali Khayyam - Alo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @AliKhayyam
    @AliKhayyam  5 ปีที่แล้ว +618

    Alo?
    Saçlarım güləşir küləklə
    Mən yersiz, yurdsuz avarə
    Nə işim var burda, heç özüm də bilmirəm.
    Hardan gəldim bilmədim,
    Görəsən, hara gedirəm?
    Yaşım da güləşir zamanla
    Mən də qocalıram, elə yazıq anam da.
    Qalır insan iki əqrəbin ortasında
    Neçə keçdi illər, bilmədim
    Görəsən, necə keçir, bilmirəm.
    Yaxadan da sallanır xatirələr
    Unudub keçirəm növbəti şəhərə
    Görəsən, harda iti azıb gözəl günlərin?
    Heç gəlib eləmir biz tərəflərə.
    Zaman elə bərbad bir təxəyyül ki,
    Nə tutmaq olur, nə də yarışmaq.
    Bircə çönüb baxanda görürsən ki,
    Keçib gedənin adını qoymuşuq yaşamaq.
    Yaşamaq da ki, nə yaşamaq e?
    Nə yaşıllıq qalıb, nə də hasarsız dəniz.
    Xəzər də yazıqdı, vallah
    Biri “göl” deyir, biri “dəniz”.
    Bizim kimidi o da, nə gedib çıxa bilir okeana
    Nə də bölünə bilir ətrafındakılar arasında.
    Bakı da yazıqdı vallah,
    Bakı da kimsəsizdi
    Qovub ərəbi Babək,
    İndi ərəbimizdi, əzizdi.
    Götürüb telefonu, zəng edəsən göydəkilərə
    Deyəsən - “Alo? Var orda bəyəm kimsə?”
    Deyəsən, “salam, mənim var bir neçə duam
    Bir neçə arzu, ümid, bir neçə istək, bir neçə sözüm”.
    Qayıdıb deyə ki, “deyəsən, səhv düşmüsüz”.
    Hə, biz səhv düşmüşük.
    Alo? Orda kimsə varmı?
    Göydə bulud var,
    Buludun göyüzündə Tanrı varmı?
    Biz onun ruhundan yaranmışıqsa,
    Görəsən, o da bizim kimi üzülüb, ağlarmı?
    Məsələn, ağlarmı bir payız günü atası üçün?
    Hə, onun yoxdur atası.
    Bəs bizə bu ədalətsizlikləri qoyubdur nə üçün?
    Nə üçün məsələn, zəlzələ alır 6 aylıq günahsız canı?
    Ya da niyə öldürmür ki uşaq zorlayıb öldürən day-dayları?
    Niyə fırladır bizi qaranlıq aləm adlı səfehlikdə?
    Əminəm, baxıb gülür bizə.
    Biz bəşər təlxəyik də.
    Məsələn, bütün sevdikləri əzab çəkib ömür billah
    Ya çarmığa çəkilib, ya da qalıb gözdən ıraq
    Ya soyulub dərisi, ya da susuz qalıb körpəsi
    Qurban olaram, oyunun şərti budursa, məni sevmə, Allah!
    Allah ağac, mən üzüm
    Şeirlərim çaxır-mey.
    Səndən gələnə şükür,
    Sən həm solum, həm sağım
    Alo, göydəkilər, gələndə nə alım?
    Nə?
    Bağışlayın, deyəsən, səhv düşmüşəm.

    • @pubgazerbaijan7948
      @pubgazerbaijan7948 5 ปีที่แล้ว +12

      Ali Khayyam İçkili vaxtımda bulvarda skameykada küləkli havada bu nə idi qulag asdım mən...
      Var ol şair! sümüylərimə işlədin..

    • @kananahmadov5157
      @kananahmadov5157 5 ปีที่แล้ว +1

      18 iyun🖤😎

    • @sahmarrecebov8407
      @sahmarrecebov8407 5 ปีที่แล้ว +1

      Var Ol Bey

    • @kh.m.1961
      @kh.m.1961 5 ปีที่แล้ว

      Sheri nece kopyalayim?

    • @iqbalEliyevhhh
      @iqbalEliyevhhh 5 ปีที่แล้ว

      .

  • @valehyagubzadeh948
    @valehyagubzadeh948 5 ปีที่แล้ว +108

    Qovub ərəbi Babək.
    İndi ərəbimizdi, əzizdi ! Sağol şair 👏👏

  • @rmzimrah1330
    @rmzimrah1330 5 ปีที่แล้ว +213

    O gün səni küçədə gödüm, yaxınlaşıb təşəkkür etmək istədim, bacarmadım. Bir dahiyə necə salam verilər bilmədim. Necə təşəkkür edilər. Ayıb olmadan necə bir çaya dəvət etmək olar bilmədim. Vaxtını almaq istəmədim bəlkə də. O zaman kəsiyində bir şer yazarsan məsələn. Bəşəri dərdlərimizə tərcüməçi olarsan deyə yaxınlaşmadım şair.
    Bizi şerlərində daha çox aydınladacağın ümidilə...

    • @validcavid3805
      @validcavid3805 2 ปีที่แล้ว +2

      Ne gözəl ifadə etdin hisslərini

    • @sahilalimoglu3522
      @sahilalimoglu3522 ปีที่แล้ว +5

      Qardaşım bax 3 ildiki bu yorumunu girib oxuyuram indi yazmağa cürət elədim sen çox dərin birisən tek sen yox Əli ye qulağ asan dinləyən hər kəs derindi çünki o bir kitabdır bizde onu oxuyan bir xoşbəxt insanlar

  • @abdullaabdullayev3673
    @abdullaabdullayev3673 4 ปีที่แล้ว +3

    Ali Kahyyam , Qaraqan , Aid , Okaber yalnız siz bizə yaxınsız .

  • @farizmahmud0v
    @farizmahmud0v 5 ปีที่แล้ว +140

    *_Əli Xəyyam_*_ ın şeir adlarından uydurulmuş mətn_
    Salam, yenə niyə gəldin? Kimsən sən, xatırlaya bilmədim. *Gecələr* *yuxu* lu olanda daha rahat danışa bilirəm, sən isə *bir sabahın səssizliyi* ndə, çox yersiz vaxtda gəlmisən. Çox yorulmuşam, illərdi burdayam, amma hələ də sağalmamışam. Bədənimdə bir dənə də ağrı yoxdur, amma *bədənsizlik* arzusu daxili aləmimi alt-üst edir. Məsələn, mənim sizin dərdlərinizə *gülməyim gəlir* . Məsələn, siz heç bilmirsiz, yaşayarkən *yoxluq* nədir, *heçlik* dalğalarında üzmək, *head of the river-də üşümək* nədir. Bilirsən, necə söyüşlər yağdırmaq istəyirəm sizlərə? İllərdi deyə bilmədiyim, yığılıb qalan nə qədər sözüm var, bilirsən? Sizə yaraşdırdığım ən gözəl kəlimələri üzünüzə bağırım, ondan sonra söz verirəm, bir də danışmayacam, həmişəlik *susacam* . Məsələn? *Məsələn, heç nə.*
    Niyə susursan? Ehh, sən də həkimlər kimisən, elə tibb bacıları da sizin tayınızdı. Hamınız sanki _bulanıq_ *kar gözlər* lə izləyirsiz ətrafı. Sanki bir tək bu binada qurulur *kədər yığıncağı* . Hə, bilirsən, yəqin ki, mən özüm də *kədər maqniti* yəm. Mənə yaraşan tək yerin bura olduğuna əminəm və sanki bu *kafirin pəncərəsi* ndən çöldə hər yer gül-çiçək, hər yerdə *hurilər* gəzirlər. Və sanki, hər kəs gizlədir sevgisini, deyirlər, boş ver, *burax, bilməsin* . Sən dinləmə ey məni, boşuna yorma beynini, biz şairlər, hamımız *yalançı* məxluqlar dünyanın rəzilliyinə *yorğun şeir* lər yazırıq. Düzdür, bacara bilmədim yaşamağı, həyata normal gözlərlə baxmağı. Ona görə buranı seçmişəm, insanlar dəlixana adlandırıb aşağılaya bilər məni, ancaq mən tək sığınacaq məkan kimi bir tək buranı görmüşəm. Sizin dünya kimi deyil bura, insanın duyğularını alan *oğru* lar yoxdu, bura *doktor və xəstə* lərdən ibarət olsa da, hər yerində səmimilik saxlayır. Hərdən çıxıram eyvana, izləyirəm _Bulud Bağçaları_ nı. Ancaq həm *İyirmi beşinci payız* da, həm də *Otuzuncu payız* da anlayırsan ki, insan özü-özündən qaça bilmir. Ya barışmalı, ya da ruhunu azad buraxmalısan. *Qorxuram* , ona görə də, çox qorxuram *həmqəfəs* lərim üzüləcək deyə, *itirilmiş ev* i tapa bilməyəcəm deyə. Ancaq bir şeydən əminəm ki, bədənim indi bütöv olmazdı, _Səma_ olmasaydı əgər. Mən də gedərdim, əvvəlkilər kimi. Arxa fonda bir _ruh musiqisi_ . Mən də tərk edərdim buraları həmişəlik, sizin edəcəyiniz kimi. Qatılardım mən də *Tez unudulan adamlar siyahısı* na, sığdırardılar yaşamımı 24 saatlıq whatsapp statuslarına. *Yox eee, yox* , belə olmaz, yaşamalıyam. Son misramı yaza bilənə, son şeirimi unudana qədər. Ona görə də, xilas elə məni burdan, *sındır qıfıllarımı* , *ulduzlara uzanmaq* istəyirəm. Sınmırsa qıfıllar, yalvarıram, *kəsil qollarım* .
    Mən, *tərcümeyi-hal* dan insan tanıyanların, *nur* lu *yol* la gedərkən, heç bir səbəb olmadan, *edam* olunanların dünyasındanam. Bəs sən *hardansan?* Mən gecəyarısından sonra qələmi əlimə aldığımdan bəri bir *intiharam* . Asıram özümü öz misralarımdan, kipriklərindən asdığım kimi. Yazıram, cızma-qara edirəm boş-boş, işdi, bəyənməsən, mavi rənglə yazılanları cır-at, amma bircə *sarılarımı silmə* . Yazdığım bütün şeirləri unut, eybi yoxdu, ancaq misraların xətrinə *əllərimi unutma* . Və bil ki, bu dünyada *iki növ insan* var. Sən ayağının altını dinlə, əsas başa düşmək _deyil_ , məni *ürəyə düş* .
    Hərdən götürüb telefonu zəng edirəm göydəkilərə: *Alo* , var orda bəyəm kimsə? *Salam, Allah* , mənim var bir neçə duam, bir neçə arzu, ümid, bir neçə istək, bir neçə sözüm. Qayıdıb deyirlər ki, "deyəsən, səhv düşmüsüz?". Hə, biz səhv düşmüşük, alo, orda kimsə varmı? Göydə bulud var, buludların üzərində Tanrı varmı? Bəs ölənlər, məsələn, *atalar ordamı?*
    Son bir *tövbə* haqqım var idi, onu da intihardan sonra istifadə edə bilərəm? Hə? Nə olar cavab verin də! Tanrı, nə vaxt qonaq gələcəksən qəlbimə? İnan ki, anlamı belə yoxdu *sənsiz intihar* ların. *Yavaş-yavaş* ölürəm, bəs mənim xoşbəxtlikdən *payım hanı?*
    Tanrı, bezdim buralardan, *başqa cəhənnəm* ə göndər məni. Məhrum et bu dünyadan yaşaya bilməyənləri, *günəşdə üşüyənlər* i. Əzablarıma son ver, bədənimdən xilas edib özünə, *Tanrıya bitişdir məni* .

  • @pubgazerbaijan7948
    @pubgazerbaijan7948 5 ปีที่แล้ว +46

    İçkili vaxtımda bulvarda skameykada küləkli havada bu nə idi qulag asdım mən...
    Var ol şair! sümüylərimə işlədin..

  • @_hasanov1377
    @_hasanov1377 5 ปีที่แล้ว +222

    Şeirin adı 3 hərfdi,
    dinləyirsən, görürsən
    şeir deyil, 300 səhifə kitabdı..

  • @savalanbayramov4391
    @savalanbayramov4391 5 ปีที่แล้ว +49

    Çox dərinsən şair, çoox. Təşəkkürlər bu hissləri bölüşdüyün üçün.

  • @royaaliyeva429
    @royaaliyeva429 5 ปีที่แล้ว +7

    Dediklərin o qədər dərindir ki..təkrar təkrar dinləyirəm. Doymuram bu şerə. Yaşa. Bu beyin yaşayıb yaratmalıdır!

  • @nigarquliyeva8897
    @nigarquliyeva8897 3 ปีที่แล้ว +3

    Cümlələr insanın içindən bu qədərmi süzülər? İçimdən süzülənləri qələmə almısan.. Var ol...

  • @maqasadikhov
    @maqasadikhov 5 ปีที่แล้ว +13

    Uzeyr, Damla, Wabnem, gic gic vaynerler bir gune milyon baxiwlar yigir. Amma bu kelmeler qalib qiraqda. Ne vaxtda kimi sev meni sevim seni, ragiti cikiti gic gic weylere qulaq asaciyiq???. Niye axi niye bu qeder seviyyesizlewdik biz? 6 min baxiw olub cemi sevinirem ki hec olmasa bu 6 minle eyni ruhdawlariq. Coxluq poxluqdu qoy ele biz az olaq. Budu menim tesellim😢😢😢.

    • @turalturan5598
      @turalturan5598 3 ปีที่แล้ว

      Səviyyə başqa şeydi , səviyyə həmişə seçilir

  • @shefiqeoruc9506
    @shefiqeoruc9506 5 ปีที่แล้ว +27

    Bircə çönüb baxanda görürsən ki, keçib gedənin adını qoymuşuq yaşamaq..🍃🕊

  • @nurlanaumarova8537
    @nurlanaumarova8537 4 ปีที่แล้ว +28

    Verse.
    Hello!
    My hair wrestles with wind.
    I am idle without home, country.
    What am I doing here? Even I dunno
    I didn't know from where I came
    I wonder, where I am going.
    My age also wrestles with time.
    I am growing , my poor mom too.
    People stay between two hands
    I didn't know, how to pass years.
    I wonder how to pass, I dunno.
    The memories hang from neckband
    I am passing to next city with forgeting
    I wonder, at where the good days stray
    Never comes near to our side
    The time is so terrific guess
    Neither catch nor compete
    When just turn back , you see that
    We called living to passing days
    Living ...what kind of living ?
    There is neither greenness nor sea without defence.
    I swear The Caspian is poor too.
    One says lake , another says sea.
    It looks like us , neither go to ocean nor can part among near to it.
    Baku is poor too
    Baku is orphan
    Babak has sacked arabian
    Now it is our Arabian, dear
    I'd take phone, and ring to them that in heaven
    'd say " hello ? Is there Anyone ?"
    's say " I have several desires,hopeness, requests, words"
    It'd say perhaps you have been in fault line
    Yes we have been in fault line
    Hello? Are there anybody?
    There is cloud over sky
    Is there god over cloud
    If we had been created by its soul
    I wonder, It can cry or be sad like us
    For example does it cry for its daddy in autumn
    Yes . It doesn't have daddy
    Then for what have left it to us
    For what earthquake take soul for six months without fault
    Or why don't die men dying and violating to children
    Why spin us in this selfisness that named hell
    I am sure ,it looks at to us and laughs
    We humans are clown
    For example all of the people that love have dyed with suffering
    Either have crucified or out of sight
    Either have peeled skin or dehydrated baby
    İf this is the condition of the game then don't love me god!
    My poetry is wine, God is tree, I am grapes Thanks for coming from you
    You are my right at the same time left
    Hello? People that in heaven what do I buy in coming time
    What?
    Sorry perhaps I am in fault line

  • @elminmehdili6188
    @elminmehdili6188 5 ปีที่แล้ว +7

    Nə yazsam əksik qalır. O qədər gözəl tamamlayır ki, şairin səsi də, sözləri də insanın içindəki üsyanlarını, kədərlərini, ağrayan yanlarını...

  • @alidaaliyeva9338
    @alidaaliyeva9338 5 ปีที่แล้ว +17

    Çox möhtəşəmdi, çoox. 🖤

  • @mamedov1330
    @mamedov1330 5 ปีที่แล้ว +58

    - Atasın itirən insanların 1.52 ci dəqiqədə yaşadığı hüzn 😔

    • @gulbalasaqavatov8407
      @gulbalasaqavatov8407 ปีที่แล้ว +1

      Ölümündən 44 gün keçdi, hələdə inanmaq istəmirəm 🤦🏻‍♂️, Ali Khayyam demişkən " ötüb keçən günlərin adın qoymuşuq yaşamaq".

    • @elsenhuseynli4185
      @elsenhuseynli4185 ปีที่แล้ว +1

      Ehh həyat məni elə yorub ki, nəfəs belə almaq haramdır mənə😔

  • @aygunalieva8354
    @aygunalieva8354 5 ปีที่แล้ว +11

    Ne qeder dolmuşdu içim sanki bu şeiri gözleyirdi❣️

  • @stellarstorieson
    @stellarstorieson 5 ปีที่แล้ว +3

    Hər əsəri dinlədikdə beynimdə canlanır həmin sətirlər. Yazıb yaratdığıncün minnətdaram Ruhdaş

  • @tamerlanqara
    @tamerlanqara 2 ปีที่แล้ว +2

    Əla

  • @mhmmdnamazov3522
    @mhmmdnamazov3522 4 ปีที่แล้ว +3

    Sənin kimi bir insanla eyni ölkədə yaşamağıma sevinirəm

  • @ZulfuqarKarabin
    @ZulfuqarKarabin 5 หลายเดือนก่อน

    Zaman elə bərbad bir təxəyyül ki, Nə tutmaq olur, nə də yaşamaq. 🖤

  • @Fuad_isabeyli
    @Fuad_isabeyli 9 หลายเดือนก่อน +1

    Məsələn, bütün sevdikləri əzab çəkib ömür billah
    Ya çarmıxa çəkilib, ya qalıb gözdən iraq
    ya soyulub dərisi, ya da susuz qalıb körpəsi
    Qurban olaram oyunun şərti budursa məni sevmə, Allah!

  • @pervinibisov8815
    @pervinibisov8815 5 ปีที่แล้ว +11

    Yaratmısan yenə şair 👍#respect

  • @gulerhumbetova9714
    @gulerhumbetova9714 5 ปีที่แล้ว +3

    Yenə ruhumuzun dincəlmə vaxtıdır! Minnətdarıq şair!

  • @orkhanrahim281
    @orkhanrahim281 5 ปีที่แล้ว +2

    Tüklərim biz-biz oldu Şair.Əhsən.Heç bezmədən dinləyirəm,bezmərəm də.Misralarında özümü tapdığım yeganə insansan sən Əli.Yazan əllərin dərt görməsin,səsivə qüvvət Şair.Qədrini bilmək lazımdır sənin.
    Cabir Novruz demişkən.
    "Sağlığında qiymət verin insanlara".

  • @turalturan5598
    @turalturan5598 3 ปีที่แล้ว +11

    Alo ? Göydəkilər , gələndə nə alım ?
    - Bir parça həqiqət al , aldadıblar yerdəkiləri ..

  • @leyliabbasova642
    @leyliabbasova642 5 ปีที่แล้ว +2

    Yene yaratmisan shair!Ureyine sagliqq

  • @aygunalieva8354
    @aygunalieva8354 5 ปีที่แล้ว +5

    Yene möhteşem bir şeir yaxşı ki varsan şair❤️

  • @MyMorricone
    @MyMorricone 4 ปีที่แล้ว +1

    Ramiz Rovsenin Ay Isigi seirinden sonra menim gozumden yas getiren yerli shaire mexsus sheir!

  • @aytaje
    @aytaje 5 ปีที่แล้ว +4

    Niyə axı bu qədər möhtəşəm😍💙

  • @jack007class3
    @jack007class3 5 ปีที่แล้ว +4

    Sözlərin bizə mayakdır şair. 🙏🏻

  • @kamranibayev2918
    @kamranibayev2918 5 ปีที่แล้ว +4

    Men bilmirem ne yazım, çox sözü az qalır, çox gözelin, çox elanın, çox entiqenin, çox möhteşemin yanında.

  • @ibrahimibrahimov13
    @ibrahimibrahimov13 5 ปีที่แล้ว +4

    Darıxmışdıq Şair

  • @tina.aliyeva_13
    @tina.aliyeva_13 5 ปีที่แล้ว +2

    Görəsən harda iti azıb gözəl günlərin, heç gəlib eləmir biz tərəflərə...
    Sağ ol,Şair! Sənin də bu şeirlərin olmasa lap betər günə qalardıq.🖤

  • @tahirbadalov3926
    @tahirbadalov3926 5 ปีที่แล้ว +1

    bu cur gozel bir seir ucun cox az baxis sayidi

  • @nematceferov
    @nematceferov 5 ปีที่แล้ว +3

    Sənətkara hörmətlər və sevgilər. Yenə video sadə, fərqli və maraqlı!
    Ürəyinə və qələminə qüvvət, şair! Yaşa!

  • @thekhagan2811
    @thekhagan2811 5 ปีที่แล้ว +2

    Var ol, Ruhdaş💛💫

  • @sabinahuseynova1360
    @sabinahuseynova1360 5 ปีที่แล้ว

    Neynedin şair sen...cox derin oldu bu...hormetler!!

  • @sebnemaxmedova3445
    @sebnemaxmedova3445 5 ปีที่แล้ว +4

    ❤Qurban olaram, oyunun şərti budursa, məni sevmə, Allah!

  • @rashadbabayevofficial
    @rashadbabayevofficial ปีที่แล้ว +1

    Səhər səhər doldurdun gözlərimi şair..

  • @faridimamali
    @faridimamali 5 ปีที่แล้ว +7

    Eşq! 💙

  • @teletaliyev
    @teletaliyev 5 ปีที่แล้ว +1

    Var ol, Şair!

  • @shahinhasanov8544
    @shahinhasanov8544 5 ปีที่แล้ว +9

    Kaş Tanri olaydi bu suallara cavab vererdi amma olsada indi gecdi artiq gelmeye cesareti çatmaz!

  • @hemidehemidova1289
    @hemidehemidova1289 5 ปีที่แล้ว +4

    Mükəmməlsən Şair!🖤

  • @sarkhanbakhshiyev1729
    @sarkhanbakhshiyev1729 3 ปีที่แล้ว +2

    Möhtəşəm.düşünəndə ki, sizi və yazdıqlarınızı anlayan insan say olaraq çox azdı dünyanın başına özü boy daş düşsün

  • @nicat133
    @nicat133 5 ปีที่แล้ว +1

    *Sağol Şair. Sağol ruhdaş!*

  • @c.mmmdova1343
    @c.mmmdova1343 4 ปีที่แล้ว +2

    Göresen harda iti azıb gözel günlerin?...

  • @kamalhuseynov4250
    @kamalhuseynov4250 5 ปีที่แล้ว

    Ruhuva sagliq ... Darixmisdiq bu misralar ucun

  • @ebu_zerr
    @ebu_zerr 2 ปีที่แล้ว

    Hər şeyə səthi yanaşmısan şair, çox təəssüf..

  • @gunelkhalilova1100
    @gunelkhalilova1100 5 ปีที่แล้ว +1

    Möhtəşəm. ..

  • @rgunhuseynli5514
    @rgunhuseynli5514 5 ปีที่แล้ว +1

    Keçib gedənin adını qoymuşuq yaşamaq👌

  • @yaqubteymurov6112
    @yaqubteymurov6112 5 ปีที่แล้ว +1

    Sən neylədin şair, qəlbimi parçaladın, əhsən 👍👍👍

  • @nicath13
    @nicath13 5 ปีที่แล้ว +1

    Bu adam qeder mene eziz mene dogma mene yaxin adam yoxdu.Ali yaxsi ki varsan..

  • @zaursalahov3747
    @zaursalahov3747 5 ปีที่แล้ว

    Ali Khayyam dinləyəndə uşaqlığımdan indiyə cəkdiklərim gözümün önünə gəlir😔

  • @ilaheahmadova1661
    @ilaheahmadova1661 4 ปีที่แล้ว +1

    Sadəcə möhtəşəm👌

  • @emrahmehreliyev1788
    @emrahmehreliyev1788 5 ปีที่แล้ว +1

    Əjdahasan şair :)

  • @knaneyvazov8302
    @knaneyvazov8302 5 ปีที่แล้ว

    Bir sözlə MÖHTƏŞƏM - dir

  • @scorpdrago3238
    @scorpdrago3238 5 ปีที่แล้ว +1

    1 il öncəki ruh halım bu cür idi təxminən... sağol ,Şair, nostalgiya yaşatdın ,kövrəltdin...🖤🥀 Şeirin içindəki emosiyaların isə öz yeri var🚬

  • @aytac3462
    @aytac3462 5 ปีที่แล้ว +1

    Necə mümkün olur belə şeirlər.Çox dərin..Susuram.

  • @tamh.0302
    @tamh.0302 5 ปีที่แล้ว

    Səndən gələnə şükür,Allah🤲

  • @mrdhsnzd3001
    @mrdhsnzd3001 5 ปีที่แล้ว +12

    Yaşım da güləşir zamanla
    Mən də qocalıram, elə yazıq anam da

  • @esmeraldahamidova4519
    @esmeraldahamidova4519 5 ปีที่แล้ว +2

    Möhtəşəm💛!

  • @ramoaga2677
    @ramoaga2677 5 ปีที่แล้ว +1

    Ürəyim yandı yaxıldı, sanki məhv oldum bu şeirlə 😣

  • @azargarayev8106
    @azargarayev8106 5 ปีที่แล้ว

    Hər dəfə bildirim gələndə hiss etdiyim o sevinci dilə gətirə bilmirəm. Möhtəşəm🖤

  • @fidiamirkhanly7556
    @fidiamirkhanly7556 5 ปีที่แล้ว +3

    Sonunda💛

  • @nermindastiyeva7628
    @nermindastiyeva7628 2 ปีที่แล้ว +1

    Çox dərinsən…

  • @cavadcfrov6171
    @cavadcfrov6171 5 ปีที่แล้ว +1

    Sənən gələnədə şükür

  • @umidbgr
    @umidbgr 5 ปีที่แล้ว +4

    Tez tez şeirlər paylaş ki qulaqlarımız sanballı misralar eşitsin.

  • @ZulfuqarKarabin
    @ZulfuqarKarabin 5 หลายเดือนก่อน

    Qurban olaram, oyunun şərti budursa, məni sevmə Allah...

  • @bhicmustafazad1043
    @bhicmustafazad1043 5 ปีที่แล้ว +3

    Gəldik., 🌸 🌸

  • @mrs_518
    @mrs_518 5 ปีที่แล้ว

    Hormetler...Var ol hemiwe

  • @rustmmiraslanov4490
    @rustmmiraslanov4490 5 ปีที่แล้ว +2

    Sən çhox yaxşu birisən Ali...😔

  • @paradiseflower5015
    @paradiseflower5015 4 ปีที่แล้ว

    Super ♥️ möhtəşəm

  • @ademmmedov4218
    @ademmmedov4218 5 ปีที่แล้ว +6

    #thesaintfour qrupunun her biri evez olunmazdi #respect

  • @alioruclu2456
    @alioruclu2456 5 ปีที่แล้ว

    Gözlərim doldu şair , öldürmə bizi .
    Alo göydəkilər , gələndə nə alım ? ❤

  • @karabin1396
    @karabin1396 3 ปีที่แล้ว +3

    Saçlarım güləşir küləklə.Mən yersiz yurdsuz avarə nə işim var burda heç özümdə bilmirəm.Hardan gəldim heç bilmədim görəsən hara gedirəm?
    Yaşımda da güləşir zamanla, məndə qocalıram elə yazıq Anamda.Qalır insan iki əqrəbin ortasında.Necə keçdi illər bimədim görəsən necə keçir bilmirəm!
    Yaxadan da sallnır xatirələrər unudub keçirəm növbəti şəhərə.Görəsən harad iti azıb gözəl günlərin? heç gəlib eləmir biz tərəflərə.
    Zaman elə bil bərbad təxəyyül ki nə tutmaq olur nədə yaşmaq bircə çönüb baxanda görürsen ki, keçib gedənin adını qoymuşuq yaşamaq. Yaşamaqda ki, nə yaşamaq eee.
    Nə yaşıllıq qalıb nə hasarsız dəniz Xəzərdə yazıqdı Vallah biri göl deyir biri Deniz.
    Bizim kimidir oda nə çıxıb gedə bilir Okena nədə bölünə bilir ətrafındakılar arasında.
    Bakıda yazığdı Vallah Bakıda kimsəsizdir qovub ərəbi Babək indi ərəbimizdi əzizdi.
    Götürüb telefonu zəng edesen göydəkilərə deyesən, Alooo var orda bəyəm kimsə???Deyəsən salam var mənim bir neçə duam,bir neçə arzum,bir neçə ümid, bir neçə isdək,bir neçə sözüm.
    Qayıdıb deyə ki deyəsən səhf düşmüzüz?!
    Hə...Hə biz səhf düşmüşük Alo orda kimsə varmı???
    Göydə bulud var.
    Buludarın göy üzündə Tanrı var mı?
    Biz onun ruhundan yaranmışıqsa, görəsən oda bizim kimi üzülüb ağlarmı?
    Məsələn ağlarmı bir payız günü Atası üçün?
    Hmm yoxdu axı atası! Bəs bizə bu ədalətsizlikləri qoyubdu nə üçün?
    Nə üçün məsələn zəlzələ alır 6 aylıq günahsız canı? Yada niyə öldürmür ki, uşaq zorluyub öldürən day-dayları?
    Niyə firladır bizi qarnlıq aləm adlı səfehlikdə?
    Əminəm baxıb gülür bizlərə biz bəşər təlxəklərinə.
    Məsələn bütün sevdikləri əzab çəkib ömür billah ya çarmıxa çəkilib, yada qalıbdır gözdən iraq, ya soyolub dərizi ya susuz qalıb körpəsi.
    Qurban oluram oyunun şərti budursa məni sevmə Allah!!!
    Allah ağac mən üzüm.Şeirlərim çaxır mey səndən gələnədə şükür.
    Sən həm solum həm sağım, Alo Göydəkilər gələndə nə alım??? Hə bağışlayın deyəsən səhf düşmüşəm.... Alı Xhayyam.👍👍👍

  • @xeyalismayilov173
    @xeyalismayilov173 5 ปีที่แล้ว +6

    Görəsən, harda iti azıb gözəl günlərin?
    Heç gəlib eləmir biz tərəflərə...

  • @elhemsukurlu
    @elhemsukurlu 4 ปีที่แล้ว +2

    Problemin Allahın ədalət sifətindədir. Bil ki, bizim üçün faciyəvi olan bir hadisənin qarşisini Allah almirsa, demək ki, bizim orda xeyrimiz olacaq. Meselen 6 ayliq uşaq öldürülür bu faciədi, bəkədə o uşaq boyuyub bir gunahkar olacaqdi amma 6 ayliq ölmü ilə Allah ona cənnəti bəxş edir.

    • @HzAhmak-nx5jm
      @HzAhmak-nx5jm 4 ปีที่แล้ว

      Allah, bu qeder harınlamışlar qala qala gedip 6 yaşlı uşağın canın alırsa.... Neyse ......

    • @elhemsukurlu
      @elhemsukurlu 4 ปีที่แล้ว

      @@HzAhmak-nx5jm Belke o uşaqin tez ölməsi məsləhətdir ve buna gore zaten qiyametde ona cennetinide verir. Allah buyurur ki: Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz. 📘Bəqərə surəsi / 216 🌹

    • @HzAhmak-nx5jm
      @HzAhmak-nx5jm 4 ปีที่แล้ว

      @@elhemsukurlu Biri meni zorlayıb öldürse, men cenneti qazanacam ?

    • @elhemsukurlu
      @elhemsukurlu 4 ปีที่แล้ว

      @@HzAhmak-nx5jm Başqa dinlerin bilmirem islamda eger bir şexs xestelikeden, yoxsulluqdan, ve.e cetinlikler gorurse ve o yaxşi insandirsa onun gunahlarinin yo cox qismi, yada her biri ef ediler. Bu hemin insanin başqa emellerinede bagldir. Ve o insan cox boyuk ehtimal cenete duşurler. Şehidler kimi...

    • @HzAhmak-nx5jm
      @HzAhmak-nx5jm 4 ปีที่แล้ว

      @@elhemsukurlu Biri meni zorlayıb öldürse, men cennete gedecem? He - yox (qısa bir cavap verseniz sevinerem)

  • @zamiq95
    @zamiq95 4 ปีที่แล้ว

    Ehsen şair

  • @nasrinkhara5516
    @nasrinkhara5516 5 ปีที่แล้ว +1

    senin sesine qurban 🖤

  • @webhitvevo8311
    @webhitvevo8311 5 ปีที่แล้ว +1

    #Antalya dan salamlar esq olsun sairmize !!!#respect

  • @gulabatino
    @gulabatino 5 ปีที่แล้ว +2

    Möhtəşəm

  • @pasayev5954
    @pasayev5954 5 ปีที่แล้ว +1

    mükəmməl 👌

  • @ibrahimibrahimov13
    @ibrahimibrahimov13 5 ปีที่แล้ว +1

    Bakı da yazığdı vallah , bakı da kimsəsizdi ,
    Qovub ərəbi Babək indi ,ərəbimizdi ,əzizdi

  • @natiqzeynalov6215
    @natiqzeynalov6215 5 ปีที่แล้ว +1

    Axır ki🖤#alogöydekiler

  • @xaotik
    @xaotik 5 ปีที่แล้ว +18

    *saçlarım güləşir külək ilə....*

  • @QurbanEsedov1
    @QurbanEsedov1 7 หลายเดือนก่อน +1

    🚬

  • @calalmusayev1922
    @calalmusayev1922 5 ปีที่แล้ว

    Vay vay vay ❤

  • @bunyaminbehmenzade5458
    @bunyaminbehmenzade5458 5 ปีที่แล้ว

    Var ol şair

  • @real7G
    @real7G 4 ปีที่แล้ว +4

    Sonsuz qaranlıq arasında kiçik parıltı

  • @ramalrza
    @ramalrza 5 ปีที่แล้ว

    Möhtəşəm!

  • @jalomrova8168
    @jalomrova8168 5 ปีที่แล้ว +1

    Necə möthəşəmsən! ❤🖤❤

  • @seymurhuseynn
    @seymurhuseynn 5 ปีที่แล้ว +1

    Eşq!🍂

  • @gunaym2473
    @gunaym2473 5 ปีที่แล้ว

    Coox gozel ser

  • @hekimmusic
    @hekimmusic 5 ปีที่แล้ว +16

    Biz onun ruhunnan yaranmışığsa,görəsən oda bizim kimi üzülüb ağlarmı?

    • @febedahre7315
      @febedahre7315 5 ปีที่แล้ว

      Yo qaqaş o yaratdıqlarından heç biri ilə eyni deyil,ağlamır

    • @hekimmusic
      @hekimmusic 5 ปีที่แล้ว +1

      @@febedahre7315 Əvvəl tracka tam qulağ as ki,biləsən trackdan bir parçadı yazdığım.

    • @febedahre7315
      @febedahre7315 5 ปีที่แล้ว

      @@hekimmusic hə yəni diyirsən elçiyə zaval yoxdu?

  • @huseynnesibli6006
    @huseynnesibli6006 5 ปีที่แล้ว +45

    *Sənin yoxluğunda mənə şair deyirlər, sevgili..*

  • @aysunhacizad5749
    @aysunhacizad5749 5 ปีที่แล้ว

    Gözlerimiz buludlarda qalmışdı.....

  • @gunelrzayeva4291
    @gunelrzayeva4291 5 ปีที่แล้ว

    Möhtəşəm💙

  • @rasimabdurehman8868
    @rasimabdurehman8868 5 ปีที่แล้ว

    Möhtəşəmsən şair. Var ol daim

  • @fazilmehdiyev7803
    @fazilmehdiyev7803 5 ปีที่แล้ว +4

    35:5. Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.

    • @fatihercan8991
      @fatihercan8991 5 ปีที่แล้ว +1

      Axtardığım rəy.Allah razi olsun 🤲🏻