Qalsın elə burda bu tənhalığım, Elə yanında saxla. İtər birdən, düşər başqalarının əllərinə bu tənhalıq. Bir də kədər olmalıdı yanında, Yoxla, yoxla, gör ordayam? Yaydan çıxdım, qışa düşdüm, Nazənin əllərində bir sərçə ürək kimi Döyündüm, döyündüm, Allah kimi Ən son anda yenə yada düşdüm... Yenə küləksizəm, Yenə Günəşsiz, havasız mən Beşinci fəsiləm, Anlamaz kimsələr məni. Nə adım var, nə təqvimim, Nə də izim. Elə bil vuqaram, elə ziyansız, Və səssiz... Dedin, qaranlıqdı, Şam əvəzi özümü yandırdım. Dedin, dəniz ver, İki göz axar suyam. Dedin, gəlmə, Yollar oğurlamışam. Dedin, kitab ol, Şeir yazıram. Bir də pəncərələr açıram səhər əzanına, Bəlkə, Allah da eşidər, çağırırlar, Gəlib görər yaratdıqlarının halını. Yetim qalmış türkmən Fatiməmi, Acından ölmüş iraqlı Leylamı, Ürəyi min orduya dəyən qəzzəli İrfanımı, Kərküklü Həsənimi... Bəlkə, eşidər o da əzanı Çıxıb gələr səhər, Deyər, ey bəşər, ey bəşər, Allah, mənim halım bu bəşərdən də betər. Mən gecədən qalmışam, Özüm də, şeirlərim də bayatdı. Atam da hər dəfə içəndə deyirdi ki, Oğlum, bu həyat oğraş həyatdı... Düz deyirdi, Bir qara, bir ağ olmurdu insanlar. Düz deyirdi, Zəifləri elə də sevmirdi Yaradan. Düz deyirdi, Kafirlik düşmürdü yaxadan. Amma mən çox sənsizəm, Yolların daha gözəl olsun deyə Yağır göydən payız yarpaqları. Üstəlik, rənglənsin deyə küçə Sərçələrə bildiyim bütün nəğmələri öyrədirəm... Alov alır şəhər ayaqlarımın altında Və qorxuram yıxılmaqdan, Tükənirəm... Tükənmişlik ölməyin ikinci adıdı, Gəl sənə öyrədim. Bu şeirlər kədər dadır, Bu əqrəbləri də qırardım birdəfəlik, Qənimdi elə bil. Ayaqlarımız harda sağlamdısa, Evimdi elə bil. Ey insanlar, harda azadıqsa, Harda uşaqlarımız ölmürsə, Harda sağdırsa atalar həkim əllərindən, Harda gülürsə körpə uşaqlar, Harda analar ölmürsə küçə süpürəndə, Harda 13 yaşlı güllər zorla qopardılıb satılmırsa Ataları tərəfindən, Harda güllələnmirsə 2 yaşlı Alxanlı kəndindən Zəhralar, Üzünə öz anasının qanı bulaşmıyıbsa Məhəmmədin, Harda əlləri hələ kəsilməyibsə qarabaş küçə itinin, Hələ dənizə atmayıbsa özünü zorlanan qız, Bax ora Vətəndi elə bil. Məni də həmvətənin bil, Məni də həmvətənin bil, Məni həmvətənin bil, Həmqəfəs...
ilk defe dinleyende nece aglamisdim, nece tesirlenmisdimse, her defe dinleyende yene hemin hissleri kecirirem. menasindan tutmus musiqiye qeder, umumiyyetle her detali o qeder gozel, o qeder tesirli ve o qeder dogrudur ki. Cox sag olun, Əli.
Amma, mən çox sənsizəm. Yolların daha gözəl olsun deyə yağır göydən payız yarpaqları. Üstəlik, rənglənsin deyə küçə, sərçələrə bildiyim bütün nəğmələri öyrədirəm. 🍁 🍂
Möhtəşəm insan, Şair, var ol. Şeirlərin kədər dadır. Dadıram kədərindən. Ruhumun damarlarında kədər axır. Sətirlər qarışır öz kədərimə. Hər sətir, tutunmağa bir əl, bir ümid kimi uzanır bizə doğru. Tutunub sətirlərinə gəlirik arxanca. Var ol Şair!
Qardaş mən sənin adını dəyişmişəm özlüyümdə sən Əli Xəyyam yox dəli xeyyamsan bizlərdə ağıllı insanlar bu sözləri deyə bilmir ən ağıllılar dəli sayılır çox sağol şer lerikə görə
Unudulmusan bundan əmin ol. Yaşatdığın tək bir xoş günü nə qədər zorlasam da özümü ağlıma gətirə bilmirəm. Hansı ki, yer üzündə cənnəti yaşatdın demişdim sənə. O cənnətdən tək bir fraqment belə qalmayıb məndə. Ali Khayyamı səninlə tanımışdım. Məni incidən odur sadəcə. Mövzusunun nə olduğundan asılı olmayaraq bütün şeirlərində qəhər boğur məni, səbəbsiz... Hələ də qulaq asdlğından əmin olduğum üçün yazıram bura. Çünki oxuyacağını ümid edirəm. Və burdan sənə demək istəyirəm ki, yaxşı ki getdin. Xoşbəxtəm... (Fikoya💛)
Yenə kədər, yenə mükəmməl əsər.. Var ol Şair. Daim yaz, yarat. Ali Khayyam paylaşımları mənimçün yeganə paylaşımdır ki, sonraya saxlamıram. Yaddaşda saxlamadan o dəqiqə izləyirəm, oxuyuram, dinləyirəm. 💛🍁 Həmişəki kimi yenə yaratmısan Şair.
doyundum doyun ALLAH kimi en sonda yada duwdum eh wair dedin gelme yollari ogurlamiwam .birde pencereleri aciram seher azanina ..sozler bir bawqadi ustad her zaman ki kimi mohtewem
Mohtesem idi her zaman oldugu kimi, sesine ve qelemine quvvet sair! Ruhumuz qidalanir bu cumlelerle. "Men san ki, besinci fesil" "Atamda her icende deyirdi. Bu heyat cox ogras heyatdi." "Tukenmisliy olmeyin ikinci adidir" "Bax ora vetendi ele bil , meni de hem vetenin bil" #AliKhayyam #HemQefes
USTAD ŞAİRİMİZ.DOVRUMUZUN GOZEL ŞAİRİ.ADAMİN RUHU DİNCELİR YAZDİGİN HƏQİQƏTLƏRLƏ.COX SEVİNİREMKİ AZ DA OLSA HƏQİQƏTİ YAZAN İNSANLAR VAR BU MƏMLƏKƏTDƏ .BY (ROMANO)
Qalsın elə burda bu tənhalığım,
Elə yanında saxla.
İtər birdən, düşər başqalarının əllərinə bu tənhalıq.
Bir də kədər olmalıdı yanında,
Yoxla, yoxla, gör ordayam?
Yaydan çıxdım, qışa düşdüm,
Nazənin əllərində bir sərçə ürək kimi
Döyündüm, döyündüm, Allah kimi
Ən son anda yenə yada düşdüm...
Yenə küləksizəm,
Yenə Günəşsiz, havasız mən
Beşinci fəsiləm,
Anlamaz kimsələr məni.
Nə adım var, nə təqvimim,
Nə də izim.
Elə bil vuqaram, elə ziyansız,
Və səssiz...
Dedin, qaranlıqdı,
Şam əvəzi özümü yandırdım.
Dedin, dəniz ver,
İki göz axar suyam.
Dedin, gəlmə,
Yollar oğurlamışam.
Dedin, kitab ol,
Şeir yazıram.
Bir də pəncərələr açıram səhər əzanına,
Bəlkə, Allah da eşidər, çağırırlar,
Gəlib görər yaratdıqlarının halını.
Yetim qalmış türkmən Fatiməmi,
Acından ölmüş iraqlı Leylamı,
Ürəyi min orduya dəyən qəzzəli İrfanımı,
Kərküklü Həsənimi...
Bəlkə, eşidər o da əzanı
Çıxıb gələr səhər,
Deyər, ey bəşər, ey bəşər,
Allah, mənim halım bu bəşərdən də betər.
Mən gecədən qalmışam,
Özüm də, şeirlərim də bayatdı.
Atam da hər dəfə içəndə deyirdi ki,
Oğlum, bu həyat oğraş həyatdı...
Düz deyirdi,
Bir qara, bir ağ olmurdu insanlar.
Düz deyirdi,
Zəifləri elə də sevmirdi Yaradan.
Düz deyirdi,
Kafirlik düşmürdü yaxadan.
Amma mən çox sənsizəm,
Yolların daha gözəl olsun deyə
Yağır göydən payız yarpaqları.
Üstəlik, rənglənsin deyə küçə
Sərçələrə bildiyim bütün nəğmələri öyrədirəm...
Alov alır şəhər ayaqlarımın altında
Və qorxuram yıxılmaqdan,
Tükənirəm...
Tükənmişlik ölməyin ikinci adıdı,
Gəl sənə öyrədim.
Bu şeirlər kədər dadır,
Bu əqrəbləri də qırardım birdəfəlik,
Qənimdi elə bil.
Ayaqlarımız harda sağlamdısa,
Evimdi elə bil.
Ey insanlar, harda azadıqsa,
Harda uşaqlarımız ölmürsə,
Harda sağdırsa atalar həkim əllərindən,
Harda gülürsə körpə uşaqlar,
Harda analar ölmürsə küçə süpürəndə,
Harda 13 yaşlı güllər zorla qopardılıb satılmırsa
Ataları tərəfindən,
Harda güllələnmirsə 2 yaşlı Alxanlı kəndindən Zəhralar,
Üzünə öz anasının qanı bulaşmıyıbsa Məhəmmədin,
Harda əlləri hələ kəsilməyibsə qarabaş küçə itinin,
Hələ dənizə atmayıbsa özünü zorlanan qız,
Bax ora Vətəndi elə bil.
Məni də həmvətənin bil,
Məni də həmvətənin bil,
Məni həmvətənin bil,
Həmqəfəs...
Çox sağ olun.
💕💕💕
Çox sağolun əməyinizə görə. (p.s. ürəyi min (1000))
101693 A. Sizə də təşəkkürlər düzəlişə görə.
Cox sagol
Mən daha bu qəfəsə yerləşə bilmirəm. Nə yaşaya bildik, nə ölə.
Möhteşemsen şairr...
2024 Şairi Xatırlıyanlara Salam Olsun
"Tükənmişlik ölməyin ikinci adıdır"
Sağol şair, həmişəki kimi möhtəşəm!
Bu qədər anlamsızlıq içərisində bu adamın şeiri dünyamı bəzəyir sanki.♥️
Sadəcə möhtəşəm.. Hörmətlər..
8 aydan sonra bu səsi, bu gecə vaxtı dinləməy ayrı həzz verir.Var ol Ustad
Siz ikniz bir yerdə möhtəşəmsiz ikiniz ruh adamısız biriniz Ali Xəyyam biriniz də ürəyimin bir parası Eybullam (Ebişim)
Avqustun 26-sı şeir gecəsində, həmin gecəyə özəl olaraq ilk defə ifa olunmuşdu, çox təsirlənmişdim.
Bu şeirlər kədər dadır, şair.
Möhtəşəm!!!
“Mən gecədən qalmışam, özüm də, şeirlərim də bayatdı
Atam da hər dəfə içəndə deyirdi ki,
-Oğlum, bu həyat, oğraş həyatdı”
Möhtəşəm
Sən nə möhtəşəm adamsan., 🌸🌸
həqiqətən
👍☺️
və o yaş gəldi gözdən☹
Sevdim seni sair..icin cox derin..
Yenə küləksizəm,
Yenə günəşsiz,havasız
Mən beşinci fəsiləm,
Anlamaz kimsələr məni
Telefonu masanin uzerine qoyub qalxib alqislamaga deyer...Bir insanin ruhunu danisdira bilecek bir efsane yaratmisan.
Tüklerim biz-biz oldu 😮😮
Bu şair candi urekdi
Bir vaxtlar O'nu anlamaq üçün dinlədiyim şeir indi məndən bir parça daşıyır...
29/08/22 0:38
"Bir də kədər olmalıdır yanında,
Yoxla, yoxla gör ordayam?"
var ol şair ...
Zeifleri sevir Allah.
Dedin dəniz ver, iki göz axar suyam.❤️
Çox dərin, çox. ..
"Bu şeirlər kədər dadır.."
ilk defe dinleyende nece aglamisdim, nece tesirlenmisdimse, her defe dinleyende yene hemin hissleri kecirirem. menasindan tutmus musiqiye qeder, umumiyyetle her detali o qeder gozel, o qeder tesirli ve o qeder dogrudur ki. Cox sag olun, Əli.
mohtesem!!!
5. Fəsil
Amma, mən çox sənsizəm.
Yolların daha gözəl olsun deyə yağır göydən payız yarpaqları.
Üstəlik, rənglənsin deyə küçə,
sərçələrə bildiyim bütün nəğmələri öyrədirəm. 🍁 🍂
Atam her defe içende deyirdi oğlum bu heyat “OĞRAŞ” heyatdı.... yene hemişeki kimi şair👍 Allah razı olsun
#respect
Tuklerimiz urperdi...
Çox heyifim gəlir səninkimi insana.Rəsula,Xanaya gələn bağış sayısan bir bax, birdə sənə.Utanıram Azərbaycanın əvəzinə.🥀
Möhtəşəm insan, Şair, var ol. Şeirlərin kədər dadır. Dadıram kədərindən. Ruhumun damarlarında kədər axır. Sətirlər qarışır öz kədərimə. Hər sətir, tutunmağa bir əl, bir ümid kimi uzanır bizə doğru. Tutunub sətirlərinə gəlirik arxanca. Var ol Şair!
Tükənmişlik ölməyin ikinci adıdı...
Ali Khayyamı dinlədikcə yaşama marağım itir. Dinləmədəndə dura bilmirəm. Var ol şair
Bir Əli Xəyyam var bir də başqaları.
Bəlkə eşidər O da əzanı, çıxıb gələr səhər.
Deyər: Ey bəşər! Ey bəşər!
Qardaş mən sənin adını dəyişmişəm özlüyümdə sən Əli Xəyyam yox dəli xeyyamsan bizlərdə ağıllı insanlar bu sözləri deyə bilmir ən ağıllılar dəli sayılır çox sağol şer lerikə görə
7-ci ildir dinləyirəm. Şair öz dünyasından cümlələr yazır.
Beat 😍efsane
- Dedin qaranlıqdı şam əvəzi özümü yandırdım
Sadece ALI KHAYYAM ferqi.Mohtewem VAR OL BEY...
🔥🔥🔥
Möhtəşəmsən,Əli.Kəlimələr də möhtəşəmdir.Hər şey mükəmməl.Bir fincan kofe,Əli Xəyyam,Gecə,yenə bulud bağçaları...
Şairin hər sətiri, hərkəlamı kitablara, yaddaşlara düşəcəklərdəndi. Var ol, ustad. Sən olmasan, bilmirəm neylərdik.
"Masiva"nı gözləyirəm!
HƏMVƏTƏNİM sındır bu HƏMQƏFƏSI misralarınla.
Unudulmusan bundan əmin ol. Yaşatdığın tək bir xoş günü nə qədər zorlasam da özümü ağlıma gətirə bilmirəm. Hansı ki, yer üzündə cənnəti yaşatdın demişdim sənə. O cənnətdən tək bir fraqment belə qalmayıb məndə. Ali Khayyamı səninlə tanımışdım. Məni incidən odur sadəcə. Mövzusunun nə olduğundan asılı olmayaraq bütün şeirlərində qəhər boğur məni, səbəbsiz... Hələ də qulaq asdlğından əmin olduğum üçün yazıram bura. Çünki oxuyacağını ümid edirəm. Və burdan sənə demək istəyirəm ki, yaxşı ki getdin. Xoşbəxtəm... (Fikoya💛)
Yenə kədər, yenə mükəmməl əsər..
Var ol Şair. Daim yaz, yarat.
Ali Khayyam paylaşımları mənimçün yeganə paylaşımdır ki, sonraya saxlamıram. Yaddaşda saxlamadan o dəqiqə izləyirəm, oxuyuram, dinləyirəm. 💛🍁
Həmişəki kimi yenə yaratmısan Şair.
Meni de hemVetenin bil, menide hemVetenin bil... Jesus (Isa) qeder guc aliram senden seni dinleyende Şair... Mohteşemsen
Kasıbları sevir Allah
Bu seirler keder dadir sair,
Tanri bize yar olsun ....
“Amma mən çox sənsizəm..” deyişindəki səs tonu.. #
Eynən 😔
💙❤💚 VAR OL!!! VAR OL!!!
SƏN İNSAN DEYİLSƏN🖤
uzun zamandır gözləyirdik bunu...
Düzdü sən inancsız birisən. Çünki Tanrini axtarmadin şair... Heçnə dəyişilməyəcək Ali..
Axtarmadığ deyil,
Ədalətsizliklər hər dəfəsində onu sübut edirki varsa belə bizimlə deyil (
@@pervizveliyev2610 bali sizin fikrinizdə məntiqə uyğundur mübahisə etmiyəcəm əfsuslar ki bu belədir və Realliqdır...
@@Jardin13 təşəkkürlər )
✨✨✨💎
Ruhumu müjdələdilər ki, intihar üçün yeni bir şeir gəlib...
Son siqaret "ama men cox sensizem" deyende sesini tonuna dözmədi...var ol şair, ruhuma derman oldu bu eserin...
Möhtəşəm 👍👏
doyundum doyun ALLAH kimi en sonda yada duwdum eh wair dedin gelme yollari ogurlamiwam .birde pencereleri aciram seher azanina ..sozler bir bawqadi ustad her zaman ki kimi mohtewem
❣️
Siz de olmasaydız seviyyenin ne olduğun bilmezdiy , var ol.
ne gözel şeirdir,çoxdandır belə eserlerle rastlaşmırdım.
Kederliyem şair ... şeirler derman kimi gelir ...
Gözlərim doldu, bədənimdən soyuq tər süzüldü, şair..
Olmaz ola idi bu sözlər, həmvətən ola bilsəydik kaş..
Doyundum doyundum Allah kimi en sonda yene yadda dusdum..❤️
👑👑
Bu Qədər Möhtəşəm Olmaq Məcburiyyətindəsən ?. Sən Bizim Susan Səsimizsən Danış Ey Şair
sonuncu absazda göz yaşlarını saxlamaq qeyri mümkündü.
Əhsən sənə qardaşım👍
Döyündüm, döyündüm!
Çox möhtəşəmdir həqiqətən.
Hər dəfə möhtəşəm yazmaq bəs etmir.
Ey bəşər.. ey bəşər...
Mohtesem idi her zaman oldugu kimi, sesine ve qelemine quvvet sair! Ruhumuz qidalanir bu cumlelerle. "Men san ki, besinci fesil" "Atamda her icende deyirdi. Bu heyat cox ogras heyatdi." "Tukenmisliy olmeyin ikinci adidir" "Bax ora vetendi ele bil , meni de hem vetenin bil" #AliKhayyam #HemQefes
Ehsen size 👏
Əlaadı. Var ol şair
😏❤️ Var ol şair
Uğur Olsun!
Var ol şair
Respect sətirlərivə .
nəhayət❤
Gozlemeye deydi ! 🙌🍀🌹
Bu adama heykel qoymaq lazımdı
Siz bir ayrı şeiriyyat 🌹♡
Anlamaz kimsələr məni. :) Əli Xəyyam
Sadəcə möhtəşəm. 👍
Bu gün bir anlıq susuzluq hiss etdim, ruhumda geldim bura.❤️
Can ay şair😢♥
ard arda 5 dəfə dinlədim. möhtəşəm
Mükəmməlsən Şair
Çox! ❤
Möhtəşəm sözün bitdiyi yer Allah sizi qorusun 👍🤗🌹🌹🌹
Var ol Əli ! 🖤
USTAD ŞAİRİMİZ.DOVRUMUZUN GOZEL ŞAİRİ.ADAMİN RUHU DİNCELİR YAZDİGİN HƏQİQƏTLƏRLƏ.COX SEVİNİREMKİ AZ DA OLSA HƏQİQƏTİ YAZAN İNSANLAR VAR BU MƏMLƏKƏTDƏ .BY (ROMANO)
Allah kimi ən son anda yada düşdüm.🚬
Masivada ən sevdiyim şeir idi.Möhtəşəmsiniz Şair🖤
Axı bu qədər acıya necə dözürük?...
hər zamankı kimi..🖤