Qaraciyəri Təmizləyən 7 QİDA - Mütləq Yeyin!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #BirBax #Azerbaycan #qaraciyər
    Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir. Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən tədbirlər görə bilərsiniz. Məsələn, qaraciyərinizə faydalı olan, onu özünü bərpa prosesinə tətikləyən qidalar yeyərək. Bəli, bu gün sizə qaraciyərinizə şəfa olacaq qidalar barədə danışacam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək. Diqqətiniz məndə olsun.
    Qaraciyərin sağlamlığının vəziyyəti bütün orqanizmin işində əks olunur. Qaraciyər öd suyu istehsal edərək, qidanın normal mənimsənilməsinə, toksinlərin, xarici birləşmələrin, mikrobların zərərsizləşdirilməsinə və orqanizmdən çıxarılmasına kömək edir. Bir sözlə, orqanizmi detoks edir. Zülalların, yağların, qlükozanın, xolesterinin və hormonların mübadiləsində böyük rol oynayır. Qaraciyərin xroniki xəstəlikləri onun normal iş prinsipini pozur və fəaliyyətinə ciddi zərbə vurur. Nəticədə, zamanla:
    -həzm sisteminin, ürək-damar sisteminin işi pisləşir;
    -cinsi funksiya zəifləyir;
    -çəki artır;
    -görmə problemləri yarana bilir;
    - tiroid xəstəliyi və diabet riski artır;
    -sinir sistemində ciddi pozğunluqlar inkişaf edir;
    Xalq təbabətində qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını almaq, onun sağalmağını sürətləndirmək üçün bir çox üsullar mövcuddur. Məsələn; bir çox qida məhsulları bu istiqamətdə olduqca faydalıdır. İndi məhz onlardan danışacam.
    Sarımsaq. Qaraciyərin ferment ifrazetmə qabiliyyətini artıran sarımsaq orqanizmin toksinlərdən təmizlənməsinə də xidmət edir. Malik olduğu allicin, kükürd və selen sarımsağa imkan verir ki, qaraciyəri təmizləsin. Allicin antioksidant, antibiotik və göbələk əleyhinə fəaliyyət göstərir. Mütəxəssislər tövsiyə edir ki, gün ərzində, ən azı, 2 diş sarımsaq yemək faydalıdır. Bununla belə, həddən artıq sarımsaq yemək faydalı yox, zərərli ola bilər; qaraciyər yüklənməməlidir. Mədə problemi yaşayanlar gün ərzində yarım diş sarımsaq yesələr, bəsdir. Hepatitdən əziyyət çəkənlər isə sarımsaqdan uzaq durmalıdırlar.
    Balqabaq. Narıncı və qırmızı meyvə-tərəvəzlər qaraciyərin dostudur. Balqabaq T vitamini ilə zəngindir. Buna görə də, qırmızı və ağ ətlə birgə yeyilsə, orqanizmə faydalılığı artır. T vitamini imkan vermir ki, yağlar qaraciyəri yükləsin. Maddələr mübadiləsi zamanı qaraciyərin xəsarət alan hüceyrələrinin bərpasında da T vitamininin xüsusi əhəmiyyəti var.
    Brokoli. Sağlamlığımızın keşiyində duran brokoli antioksidantlarla zəngindir. Müntəzəm qəbulu xərçəng riskinin azalmasına səbəb olur. Qaraciyəri, ümumiyyətlə, daxili orqanları zərərli birləşmələrdən effektiv şəkildə təmizləyən, onların fəaliyyətini normallaşdıran brokoli həzm prosesini nizamlayır. Qanda xolesterinin səviyyəsini azaltmağa isə tərkibindəki lif sayəsində nail olur. Brokoli qaraciyərin qocalmasını gecikdirən E vitamini ilə zəngindir. Tərkibindəki qlükozidlər və xardal yağı kimi qida maddələri isə qaraciyərin fəaliyyətini mükəmməl şəkildə stimullaşdırır.
    Kişmiş. Kişmiş qaraciyərdən və bütövlükdə bədəndən zərərli maddələri çıxaran ən təsirli, eyni zamanda, təhlükəsiz məhsullardan biri hesab olunur. Bu çərəz faydalı vitaminlərlə, minerallarla zəngindir. Kişmişin tərkibində qan dövranını yaxşılaşdırmağa və damarları zərərli xolesteroldan təmizləməyə kömək edən maddələr var. Məhz bu sayədə kişmiş ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilir.

ความคิดเห็น • 41