“Onu televiziyadan rədd edin” dedilər, 4 dəfə evləndi, oğlunu vəhşicəsinə qətlə yetirdilər

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2021
  • Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşada anadan olub.
    Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilməyib.
    Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər işləmək üçün yer axtarmağa başlayır. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu bildirir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı işinə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
    Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycanca səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
    Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
    Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
    Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müə həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
    Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyir:
    "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".
    İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar.
    Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Qatil onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb qətlə yetirir, meyitin qalıqlarını isə çamadana yığır. Çətinliklə də olsa, bu cinayətin üstü açılır, qatil yaxalanır və ona güllələnmə hökmü kəsilir. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.
    Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyir. "Oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq".
    Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
    Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
    1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.
    Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

ความคิดเห็น • 578

  • @valiyevaceyran7690
    @valiyevaceyran7690 3 ปีที่แล้ว +207

    Belə diktor yoxdu olmayacaqda Allah rəhmət eləsin Səsi mədəniyyəti görnüşü necə gözəl idi

  • @kamaceferli5877
    @kamaceferli5877 3 ปีที่แล้ว +15

    Səsi ürəkləri riqqətə gətirən korifey diktorumuz məkanın cənnət olsun 😔

  • @user-ey7xr7gq8x
    @user-ey7xr7gq8x 3 ปีที่แล้ว +49

    Рафик сэнэ рэхмэт спи дорогой пусть земля будет тебе пухом жалею очень
    Амин

  • @sevincelekberova3047
    @sevincelekberova3047 3 ปีที่แล้ว +30

    Ürəyim ağrıdı. Allah rəhmət eləsin.Ağır həyatı olub rəhmətliyin. Gözəl diksiyası var idi. Məkanı cənnət olsun. Amin.

  • @xuramankerimli6921
    @xuramankerimli6921 3 ปีที่แล้ว +26

    Uşaqlığımın və gəncliyimin şirin xatirəsi,gözəl səsi təmiz danışığı ilə yaddaşımda iz qoyub.Allah rəhmət eləsin.Amin.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว +1

      Salam Xuraman xanim

    • @user-kz7ng2yw6z
      @user-kz7ng2yw6z 3 ปีที่แล้ว +1

      Şerhinizin birinci cumlesi ureyimce oldu

    • @xuramankerimli6921
      @xuramankerimli6921 3 ปีที่แล้ว +1

      @@BurçlarVideos333 salam xanım.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว +1

      Salam hər vaxtınız xeyir sizə evdən çıxmadan sərmayəsiz risksiz rəsmi iş imkanı təklif edirəm kamandamiza ancaq xanımlarla işləyirik .nə deyirsiz

    • @xuramankerimli6921
      @xuramankerimli6921 3 ปีที่แล้ว

      @@BurçlarVideos333 Xanım mənim qızlarım da bu işdə işləyirlər.Mənidə bu işə cəlb ediblər.Amma vallah səbrim yoxdu .Sizə işinizdə uğurlar.

  • @nargizmaxmudova8526
    @nargizmaxmudova8526 3 ปีที่แล้ว +18

    Çox gözəl diktor və insan.Allah ona rəhmət eləsin

  • @t.a.a.q.7587
    @t.a.a.q.7587 3 ปีที่แล้ว +21

    Çox heyif bu insandan
    Allah rehmet elesin

    • @liqulizade4468
      @liqulizade4468 3 ปีที่แล้ว

      Allah rehmet elesin bukur insanlar azdı indikile evlənir cezir gizli bu insan kişi adamdı Allah o dünyasını versin

  • @aliyevsirvan3042
    @aliyevsirvan3042 3 ปีที่แล้ว +47

    Allah rəhmət eləsin!

  • @zaurnasrullah6019
    @zaurnasrullah6019 3 ปีที่แล้ว +49

    ALLAH rəhmət eləsin

  • @bikdmirov31
    @bikdmirov31 ปีที่แล้ว +2

    Allah rəhmət etsin gözəl sənətkar idi unudulmaz indi beləsi yoxdu.

  • @lalmmmdova1185
    @lalmmmdova1185 3 ปีที่แล้ว +145

    İnsan taleyindən yarımayanda yarımır Allah heç bir ana ataya evlad acısı göstərməsin amin

  • @kamomilikamomili8795
    @kamomilikamomili8795 3 ปีที่แล้ว +30

    Fani dunya!Hec kim bilmir ki basina ne qelecek.!!Allah cemi elenlere rehmet elesin.

    • @prvanmusayeva4762
      @prvanmusayeva4762 3 ปีที่แล้ว

      Əvəzolunmaz diktorumuz -Allah rəhmət eləsin Rafiq Hüseynova

    • @leylaqasimova7986
      @leylaqasimova7986 ปีที่แล้ว

      @@prvanmusayeva4762 menimde Cox xowladigim diktor idi bes neye gore ayrilirlar ikiside eyni acini yawayir anlamadim

  • @user-ti6gj3em5c
    @user-ti6gj3em5c 3 ปีที่แล้ว +13

    аллахым бела инсанлар аздыр. габри нурлу еласин амин.

  • @validmuradova2286
    @validmuradova2286 3 ปีที่แล้ว +8

    Rəhmətlik RAFİQ HÜSEYNOV 1966-cı ilin fevralında - AZƏRBAVCAN TV - nın 10 İlliyində ilk dəfə efirə çıxır. 1966 cı ildə mənimlə bir sinifdə oxuyan qız dedi ki, TV- nin yubileyində bizim qohumumuz efirə çıxacaq. O rəhmətlik RAFİQ HÜSEYNOV idi.

  • @baxasultan1497
    @baxasultan1497 3 ปีที่แล้ว +12

    O vaxtlar diktorlar GeleCEM,Gedecem yox Geleceyem,GedeCEYEM deyirdiler.

  • @teraneliyeva5919
    @teraneliyeva5919 3 ปีที่แล้ว +16

    ALLAH REHMET ELASİN

  • @eliqurbanov4133
    @eliqurbanov4133 3 ปีที่แล้ว +5

    Allah rehmet eylesin yerinide cennet eylesin ne gozel sesiyle yakisikliqiylada Azerbaycan telvizyasini isiklandirmisdi her zaman.🇦🇿🇹🇷

  • @akifamehdiyeva4605
    @akifamehdiyeva4605 3 ปีที่แล้ว +77

    Çox çətin oldu təkrar eşitmek
    Menim gençlik illərinə təsadüf etdi
    Mən o dövr üçün darixdim

  • @RomaNagiev
    @RomaNagiev 3 ปีที่แล้ว +47

    Bele qabiliyetli, mentiqli savadli insanlar aradan gedir yerlerine pula satilanlar sou yaradanlar gelir .

  • @mehebbetrzayeva9871
    @mehebbetrzayeva9871 3 ปีที่แล้ว +5

    Allah,gani -gani rahmat elasin,Rafig Huseyinova.Gozal insan,gozal aparici,gozal sasli diktor.O,ilardaki TV.aparicilarinin yeri, demak olar ki,indiya gadar bosdur.O ilardakilar avazolunmazdir.

  • @User_elbrus227
    @User_elbrus227 3 ปีที่แล้ว +8

    Sevmək günah deyil Allah rəhmət eləsin rüşvət almayıb ki kiminsə cibinə girməyib

  • @samsungj1175
    @samsungj1175 3 ปีที่แล้ว +28

    Televiziyalar senzura isteyirem agzina geleni danisirlar 👎aparici diktor bunlar idi👏

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 3 ปีที่แล้ว +4

    Allah tehmet etsin. Cokk gözel danışık diksiyası varddı. Mekanı cenet olsun.

  • @maralalcan5792
    @maralalcan5792 3 ปีที่แล้ว +33

    BELƏ DİKTORLAR BİRDƏ BU DÜNYAYA GƏLMƏYƏCƏK . ALLAH RƏHMƏT ETSİN . SİZİ NƏ BİZ TAMAŞAÇILAR NƏ DƏ ZAMAN UNUTMAYACAQ.

  • @Panda-gz1yw
    @Panda-gz1yw 3 ปีที่แล้ว +5

    ALLAH RƏHMƏT ELƏSİN🙌

  • @qenireaxundova5290
    @qenireaxundova5290 3 ปีที่แล้ว +13

    Rafik və Roza həm bir-birlərinə, həm də səhnəyə çox yaraşırdılar.Bunu danmaq olmaz ki. Tamaşaçılara isə onların ailə sirləri deyil,səhnə fəaliyyətləri maraqlı olmalıdır,məncə.

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 ปีที่แล้ว +2

    ALLAH RƏHMƏT ELƏSİN. RUHUN ŞAD OLSUN RAFİK BƏY.

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 ปีที่แล้ว +2

    Allah rehmet etsin cox gözel ses tembiri vardı. Mekanı cenet olsun amin....

  • @akifamehdiyeva4605
    @akifamehdiyeva4605 3 ปีที่แล้ว +62

    Bu rəhmətlik açıq deyir
    4 dəfə evləndim sevgi yaşadım
    Kişi kimi coox düz deyir
    İndiki kişilər 4 yox 104 dəfə gəzib evlənib gizli

    • @turalagasiyev9935
      @turalagasiyev9935 3 ปีที่แล้ว +3

      Halal olsun size düz dediz bu kişi əsil kişidir.Erebe olar bu kişiyə yox.Esil mömün kişidir.

    • @esmirasamedova8021
      @esmirasamedova8021 3 ปีที่แล้ว +1

      Аллах Рэхмэт елэсин Мэкэны Чэннэт олсун 🙏🙏🙏 Чох яахшы Диктор иди 🤲

    • @nazillkbrova4771
      @nazillkbrova4771 3 ปีที่แล้ว +4

      QATİL ROZANIN BİRİNCİ ƏRİNDƏN OLAN OĞLU İDİ ROZA HAMIDAN GİZLƏDİRDİ MƏHKƏMƏ ZALINDAN ÇIXANDA ÖZÜ DEYİB Kİ ÇOX BƏDBƏXT OLDUN BİRİNİ MƏZARA BİRİNİ MƏHBƏSƏ YOLA SALDIM

    • @sevilisgenderova623
      @sevilisgenderova623 3 ปีที่แล้ว +4

      @@nazillkbrova4771 ona görədə bilməliyik ki ,övlada verilən sevgi onların arasında bərabər olmalıdır ,Fərq qoyulanda belə bədbəxtçiliklər baş verir .Sonrakı peşmançılıq isə fayda vermir .Bu bəzi valideynlərə dərs olmalıdır.

    • @zerifeibrahimova3472
      @zerifeibrahimova3472 3 ปีที่แล้ว +8

      Indi qadin 4 defe evlenseydi topa tutmusduz. Esil kisidir he? Zina edib momin kisidir? Sen Allah yaxsi. Bele mundar kisilerdide qadinlari bedbext eden.

  • @NizamNizam-db6wl
    @NizamNizam-db6wl 3 ปีที่แล้ว +16

    Men bele heyat sureni basa dusmurimem

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 3 ปีที่แล้ว +36

    Roza xanımı sevənlər çox olub. Evlənmıyib. Anadı axı.... kişilər dərdi unutmaga vasitə tapırlar..

    • @Shah_49
      @Shah_49 3 ปีที่แล้ว +3

      Evlənməsə də gəzib..Hamlet Xanızadə daim onun evində olardı rəhmətlik. Deyilənə görə münasibətləri var imiş..
      O oglanı öldürüb,dograıb,çamodana yıgıb aparıb rayonda gizli yer qazıb basdıran oglan da elə Rozanın 1-ci ərindən olan oglu olub..Roza Fransaya gəzməyə gedibmiş o vaxtı..Xəbəri eşidib gəlmişdi..Bu Rafiqdən olan 4-cü kurs tələbəsi oglunu çooxx əzizlədiyi üçün o biri böyük oglu qısqanırmış..O üzdən anası xaricə gedən kimi siçan zəhəri tapıb ətə qataraq kotlet bişirib qardaşına yedizdirib zəhərləyir..və tələbə ogul ölür..Bu hadisəni 1984-cü ildə bütün Bakı eşidib danışırdı..Rozanın evi Bayıldakı kruqun yanında 16- mərtəbəli binada idi...Qonşuluqda...Rəhmətlik anam da başsaglıgı vermək üçün Roza xanımgilə getmişdi...Faciə idi...Allah rəhmət eləsin!

    • @ismayilaliyev7018
      @ismayilaliyev7018 2 ปีที่แล้ว

      @@Shah_49 həqiqətə uyğundur..

  • @vusal960
    @vusal960 3 ปีที่แล้ว

    Allah rəhmət eləsin.Gözəl insan və gözəl diktor idi.

  • @AmineAzerbaycan
    @AmineAzerbaycan 3 ปีที่แล้ว +4

    Çoox üzüldüm mən bu insana ideal bir insan kimi baxırdım elə də xatirimdə qalıb çox çətin həyatı olubmuş...

  • @zemaisayeva9777
    @zemaisayeva9777 3 ปีที่แล้ว +3

    ALLAH REHMET EYLESIN AMIN ILAHI AMIN 🙏🙏🙏

  • @knanmirzeyev5302
    @knanmirzeyev5302 3 ปีที่แล้ว +4

    Allah rehmet eylesin mekanı cennet olsun oğluna qovuşdu😢🙌🙌

  • @sahlatsahlarl6910
    @sahlatsahlarl6910 3 ปีที่แล้ว +6

    Yerin cennet olsun gozel insan

  • @Edmeri-uk4jk
    @Edmeri-uk4jk 3 ปีที่แล้ว +2

    Aman Allahım. Ne facie. Dehşet. Azerbaycanda nece dehşet şeyler olmuş, olur.

  • @zahirasalamova6691
    @zahirasalamova6691 3 ปีที่แล้ว +34

    Oğlunu tanıyırdım.Eyni ildə imtahan vermişdik universitetə.Sakit,yaraşıqlı bir uşaq idi.Roza xanımla,Rafiq müəllimlə gəlirdi.Dekanla gprüşürdülır.Biz də həsədlə baxırdıq.bilirdik ki,mütləq qıbul olunacaq Gələcəyi parlaqdır.Oğulluğa götürdüklıri başqa bir oğlan öldürmüşdü bu uşağı.Yazıq uşaq heç gün gprmədi.

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 ปีที่แล้ว +3

      Neden öldürmüşdülər oğlunu ve kim öldürdürub

    • @zahirasalamova6691
      @zahirasalamova6691 3 ปีที่แล้ว +11

      @@sevincsheydayeva3133 İ zaman şayiə gəzurdi ki,Rozanln qeyri-qanuni oğlu öldürüb.Yalan və ya doğru olduğunu deyə bilmərəm.Rəsmi şəkildə övladlığa götürdükləri oğlanın öldürdüyü deyildi. .Qatil demişdi ki,hər şeyi ona edirlər.paxıllıqdan öldürmüşdü yazıq uşağı.

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 ปีที่แล้ว +5

      Onlar Bayılda galırdılar mən orda böyümüşəm ,evleri bilirdim hardadır O zamanlar küçük idim , amma belə bir səy hatırlayıram

    • @assa7325
      @assa7325 3 ปีที่แล้ว +1

      @@sevincsheydayeva3133 oğlanın neçə yaşı var idi ? Ölən oglanın

    • @sevincsheydayeva3133
      @sevincsheydayeva3133 3 ปีที่แล้ว +1

      @@assa7325 dedim,küçük idim ona görə də hiç fikir vermedim o şayilere

  • @vusalerehimli8257
    @vusalerehimli8257 3 ปีที่แล้ว +5

    Puhun şad olsun.🤲 Sənətkar.😔Sizdən bir daha gəlməyəcək...indiki diktorların hamısını apar tilla..heyif sizdən...Məkanız cənnət olsun..🤲🤲🥀🥀

  • @shemsmeherremova1442
    @shemsmeherremova1442 3 ปีที่แล้ว +50

    Aqir insan idi qozel Diktor idi allah rehmet elesin bizim ureyimizde olazaqsiz hemiwe

  • @mehmanb.1242
    @mehmanb.1242 3 ปีที่แล้ว +3

    ALLAH RƏHMƏT ETSİN 🤲

  • @yeganeesedova8699
    @yeganeesedova8699 ปีที่แล้ว +3

    Diktorlarin icinde en gozeli her terefli cox sevdiyimiz insan idi Allah rehmet elesin

  • @yeganlsgrova9259
    @yeganlsgrova9259 3 ปีที่แล้ว +7

    ALLAH rehmet elesin. ALLAH evladina gözel bext tale yazsin. Cox hörməy etdiyim diktorlardan idi🥺🥺🥀

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว

      Yeganə xanım salam

    • @yeganlsgrova9259
      @yeganlsgrova9259 3 ปีที่แล้ว

      @@BurçlarVideos333 Eleykümə salam

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว

      Sabahınız xeyir sizə sərmayəsiz risksiz evdə oturaraq onların iş təklifim var.rəsmi
      İşdir maaş karta köçürülür 400_500azn
      artan gəlir .təcrübə önəmli deyil iş öyrədilir

  • @naulaguliyeva4473
    @naulaguliyeva4473 3 ปีที่แล้ว +7

    Allah Rəhmət eləsin.🙏Roza xanum cox gözəl, yaxşı insandı.o vaxt biz gənc idik. Bir yerdə calışmışıq. Oqlunun ölüm xəbəri gələndə, Roza xanım nə vəziyyətə düşür, böyük dərdir ana ücün. RAFİQ 4 DƏFƏ EVLƏNİB, HƏLƏ NECƏ SEVGİLİSİ OLUB. QIZI YAŞINDA OLAN XANIMLA DA EVLƏNİB. QADINLAR DƏRDİ CƏKİRLƏR. KİŞİNİN VECİNƏ DƏ DEYİL. ROZA XANIM HEC KƏSLƏ AİLƏ QURMADI. ALLAH ROZA XANIMA CAN SAQLIQI VERSİN.🙏 AMİN. 🙏🙏

    • @akifenesibova3935
      @akifenesibova3935 3 ปีที่แล้ว

      Oglunu niye ne ücün öldürmusdi o alacaq vicdansiz genc usaqi neden ???

  • @dilqendhumbetova165
    @dilqendhumbetova165 3 ปีที่แล้ว +3

    Allah sənə rəhmət eləsin məkanin cənnət olsun unudulmaz insan gözəl səsə mədəniyətə insanliğa sahib olan bu adam xatirələrdə yaşayacaq indi onun kimi aparici əli çiraqli gəzsələr tapa bilməzlər Allah sınə rəhmət eləsin gözəl insan 😰😰

  • @katykaty8447
    @katykaty8447 3 ปีที่แล้ว +16

    Bütün görkəmli insanlar bu vəziyyıtlədirlər. Artıq alışmışıq. Ancaq bu qədər evlənib, boşanmaqı, başa düşmürəm. İnsan bir dəfə faciyə yaşayanda, sonralar özündə qüc axtarıb, tapa bilmir,ki həmin abu havaya qayıtsın. Nə isə...... Allah rəhmət eləsin.

    • @hecermustafayeva9686
      @hecermustafayeva9686 3 ปีที่แล้ว +1

      Qadını rəhmətə gedən yaşlı kişilər evlənməyiblər,bəyəm?

  • @NizamNizam-db6wl
    @NizamNizam-db6wl 3 ปีที่แล้ว +27

    Bu ne heyatdi ne sevgi tufeyli heyatdi

    • @eminhuseynov4340
      @eminhuseynov4340 3 ปีที่แล้ว

      Rafiq seni alah rehmet elesin

    • @Agayeva555
      @Agayeva555 3 ปีที่แล้ว +1

      Rafiq her yawadigi qadina sevgi deyirmiw.Bedbext sevgi gor ne gune qalib?))))(((. Demek Rafiq cox bedbext insan imiw .

    • @eminhuseynov4340
      @eminhuseynov4340 3 ปีที่แล้ว

      @@Agayeva555 bizim qadinlar deyingen pul gir ne deyim🤣😂

    • @sevinc2140
      @sevinc2140 3 ปีที่แล้ว

      Tufeyli heyat onun bunun hesabina yaşayanlara ve işlemeyenlere deyilir.Amma Rafiq Huseynov işleyirdi.Halal pulunu alirdi.

  • @rayaraya369
    @rayaraya369 3 ปีที่แล้ว +10

    Gozel insan nur icinde yat

  • @hecermustafayeva9686
    @hecermustafayeva9686 3 ปีที่แล้ว +1

    Allah rəhmət etsin!Tamaşaçıların idealı idi!Hamımız onu yaraşığına,görkəminə görə qardaşımıza,atamıza,oğlumuza bənzədirdikMəkanı cənnət olsun!Amin!!!

  • @babagence9993
    @babagence9993 3 ปีที่แล้ว +3

    Allah rehmet elesin isdedadli diktorumuza cox tesirlendim

  • @sevdamemmedova1833
    @sevdamemmedova1833 3 ปีที่แล้ว +4

    Allah rehmet elesin.

  • @gunes7253
    @gunes7253 3 ปีที่แล้ว

    Ən gözəl diksiyası və səsi olan diktor idi Rafiq Huseynöv.

  • @nicatquliyev7141
    @nicatquliyev7141 3 ปีที่แล้ว +20

    Ola bilsin savadlı olub
    Alim olmaq olar ancaq hər kəs insan kimi yaxşı insan ola bilmir

  • @rufanquluzade6878
    @rufanquluzade6878 3 ปีที่แล้ว +1

    Cox sevdiyim natiq idi 🌹🌹🌹

  • @user-rl6gl8nk6h
    @user-rl6gl8nk6h 3 ปีที่แล้ว +2

    Cox yarawiqliydi.Allah rehmet elesin

    • @lalezeynalli2133
      @lalezeynalli2133 3 ปีที่แล้ว +1

      Azərbaycan ziyalısına.Allahdan rəhmət diləyirəm

  • @kemalehesenova5676
    @kemalehesenova5676 3 ปีที่แล้ว +3

    Çox çox sevdiyimiz uşaqlıq illərimin diktoru Allah rəhmət eləsin 🤲

  • @validkuskun9064
    @validkuskun9064 3 ปีที่แล้ว +1

    Allah rəhmət eyləsin çox yaxşı insan olub məndə onu televiziyada çox sevirdim

    • @validkuskun9064
      @validkuskun9064 3 ปีที่แล้ว

      İlahidən ona gözəl səs mədəniyyət gəlmişdi yoxdu daha ondan

  • @abbasovaezize6982
    @abbasovaezize6982 3 ปีที่แล้ว +3

    Necə yaraşıqlı olub Alĺah rəhmət etsin

  • @mamedhasanov3562
    @mamedhasanov3562 3 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin Məkanı çənnət olsun

  • @novrestezekeriyyayev2658
    @novrestezekeriyyayev2658 3 ปีที่แล้ว +4

    Allah rehmet elesin.....

  • @lamiyeeliyeva7661
    @lamiyeeliyeva7661 3 ปีที่แล้ว +2

    Cox yaraşıqqlı kişi olub...

  • @user-je6ng7gp3r
    @user-je6ng7gp3r 3 ปีที่แล้ว +1

    Жаль .Хороший был диктор.Пережил с Розой Тагиевой ужасную трагедию.Пусть земля пухом стелется.

  • @kemalemammadova6661
    @kemalemammadova6661 3 ปีที่แล้ว +5

    Caan, Allah oğluva qovuşdursun inşallah

  • @user-sq1ye1nt6h
    @user-sq1ye1nt6h 3 ปีที่แล้ว +3

    Allah rehmet elasin qunahlarin baqislasin

  • @v.e7936
    @v.e7936 3 ปีที่แล้ว +2

    Allah rehmet elesin

  • @poladelemdar6218
    @poladelemdar6218 3 ปีที่แล้ว +2

    Allah rehmet elesin.gozel diktor idi heyif o illere en gozel iller o iller idi😔😔

  • @djamilaarabova9523
    @djamilaarabova9523 3 ปีที่แล้ว +3

    Heyf,mən təmiz başqa cür təəssüratda idim.Yenə də allah rəhmət eləsin

    • @lalaseidova8837
      @lalaseidova8837 3 ปีที่แล้ว

      Neynıyib ki, başanıb da, büdcənin pullarını xaricə hesablarına keçirtməyibki? Ayıb yetjmin pulunu yeməkdi, millətinə zülm etməkdi

  • @huseynnovruzov3970
    @huseynnovruzov3970 3 ปีที่แล้ว +4

    allah tela rafig mellime geni geni rahmet elesin .mekani cennet olsun .

  • @yeganenurdanshefeqimanova
    @yeganenurdanshefeqimanova 2 ปีที่แล้ว

    Mən Rafiq bəyi ilk dəfə Şuşada görmüşəm.
    Yay aylarını bizim ailə Şuşalı olduğumuz üçün Şuşada keçiridi. O buzum qonşuluqda yaşayırdı bacısı ilə birlikdə. Bacısıda çox gözəl idi.
    Tanışlığım yox idi, amma bacısı ilə tanış idim.
    Elə üşaqlığındada çox ciddi görkəmi var idi. Mən onda 6 - cı sinifdə oxuyurdum.
    İllər keçdi, zaman onu diktor kimi yetişdirdi.
    Həyat qəribədir, özümüzü uşaq sandığımız illər, gələcəkdə hansı sürprizləri bizə hazırladığından xəbərimiz olmur.İllər sonra mən onu diktor kimi televiziya ekranlarında gördüm.
    Peşəsini layiqincə yerinə yetirən insan, çox təəsüfki, həyatda özünə layiq həyat qura bilmədi. Görünür bu onun üzündən yağan təkkəbürlə əlaqədar idi.
    Hələ bilmək olmazdı 4 cü evliliyində nə baş verərdi, bəlkə sağ qalsaydı 5 ci evlilikdə baş verərdi .
    Hər nə isə, Allah rəhmət eləsin.

  • @minaazizli3237
    @minaazizli3237 3 ปีที่แล้ว +26

    Mən bilən Roza xanimin birinci yoldadindan deyil,bacisinin oqlu olub.Mənim də o illərdəki o faciə yadimdadir...Duzdu Rafiq Huseynov istedadli diktor idi,onun səs temberi yek idi... Amma bu o demək deyil ki o yaxsi "ər" olub həmən qadinlara...bu nə demək 30 yas fərq olar?hansi dovrdə yasayiriq?! Roza xanim əsil Azərbaycan xanimidir.Allah ona səbir versin.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว

      Salam Mina xanim

    • @N-Mustafa
      @N-Mustafa 3 ปีที่แล้ว

      Rafiqin gunahi nedir yaraşıqlı kişidi qızın da xoşu gelib ondan evlenibler daha gezmek saxlamaq teklif elemeyibki. Bu yaş söhbetini yığışdırmırlarda ele kişi var ve ya qadın min cavana deyer...

  • @aqilabbas2188
    @aqilabbas2188 3 ปีที่แล้ว +4

    Allahn rəhmət etsin mən gənc olmuşam o dövrdə ancaq Rafiq müəllimin televiziyada hər cıxışı bəlkə indiki diktorlar ücün nümunə olmalıdl.efir məkanında əvəzi yoxdur.şəxsi həyatı ona aiddir.hər kəs kimi .düşünürəm ki,ölünü mühakimə etmək ancaq allaha məxsusdur.allah dünyadan köcənlərimizə rəhmət etsin.amin.

    • @hokmelimusayev3319
      @hokmelimusayev3319 3 ปีที่แล้ว +1

      Beli cox gozel mende sizin fikirnen razlyam cooox gozel insan danlwlgl duruwu edabl erkanl biz hec kimin ic dunyaslna baw vura bilmerik her weyin yaxwlslnl uca yaradan biler cox sag olun

    • @aqilabbas2188
      @aqilabbas2188 3 ปีที่แล้ว +1

      @@hokmelimusayev3319 təşəkkür edirəm.

  • @firengizcavadova7696
    @firengizcavadova7696 3 ปีที่แล้ว +3

    Allah cənnət məkan eləsin Amin inşallah.

  • @iasagaraev7030
    @iasagaraev7030 3 ปีที่แล้ว +2

    Allah rehmet elesin!

  • @nurlaneliyev2835
    @nurlaneliyev2835 3 ปีที่แล้ว

    Allah rəhmət etsin gözəl və yaddaqalan aparıcı idi, xalqın sevimlisi idi

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 3 ปีที่แล้ว

    Амин

  • @ilqarkadirov5254
    @ilqarkadirov5254 ปีที่แล้ว +1

    Ruhu shad olsun gozel insanin,atamla yashid idi rehmetlik...Peshekar,TVye cox yarashan,esil kishi gametli,kishi sesli gozel diktorumuz...

  • @milamilamila5
    @milamilamila5 3 ปีที่แล้ว +7

    ALLAH rehmet elesin Rafik muellim size

  • @narminababayeva3676
    @narminababayeva3676 3 ปีที่แล้ว

    ALLAH rəhmət eləsin, məkanı cənnət olsun AMİN🥀🥀🥀🥀

  • @fatimaabisheva7218
    @fatimaabisheva7218 3 ปีที่แล้ว +15

    Rafiqlə Roza oğlanları öldürüləndən sonra deyil, uşaq çox kiçik olanda ayrılmışdılar.

    • @lalmmmdova9473
      @lalmmmdova9473 3 ปีที่แล้ว +3

      Onların oglanları faciəli şəkildə öldürüləndə çoxdan boşanmışdılar Rafik evliydi Roza evlənməmişdi Böyük dərddi Allah heç bəndəyə qismət etməsin

    • @hecermustafayeva9686
      @hecermustafayeva9686 3 ปีที่แล้ว

      Düzdür.Yazan səhv edib.

    • @BurçlarVideos333
      @BurçlarVideos333 3 ปีที่แล้ว

      Fatimə xanım salam

  • @user-ko8jy1sk5z
    @user-ko8jy1sk5z 3 ปีที่แล้ว +1

    Allah rehmat elasin.

  • @zehramehdizade3869
    @zehramehdizade3869 3 ปีที่แล้ว +2

    ALLAH rehmet eləsin çox mədəni diksiyası çox təmiz aydın əsil diktır idi hal hazırda tv.məkanlarında elə diktrkar yixdu Rafiq Hüseynovun simasında Sabir.Davud müəllim ALLAH rıhmət eləsin belə diktrlar bir daha olmayacaq.

  • @user-pb1vy6np9w
    @user-pb1vy6np9w 3 ปีที่แล้ว +5

    Allah rehmet eylesin

  • @sadayamehtiyeva2538
    @sadayamehtiyeva2538 3 ปีที่แล้ว +13

    Allah rehmet elesin 70 illerin efsanevi diktoru

  • @user-nr1ty4ps2w
    @user-nr1ty4ps2w 3 ปีที่แล้ว +2

    Nur icinde yat

  • @gulyasirinova8942
    @gulyasirinova8942 3 ปีที่แล้ว +1

    Allah rehmet elesin.Amin

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 3 ปีที่แล้ว +4

    Allah Rəhmət Eləsin

  • @taxirkerimov2283
    @taxirkerimov2283 ปีที่แล้ว +1

    Yoldasi AXIR VAXTLAR BAXMIRDI ONA..

  • @user-ok5po8mr4q
    @user-ok5po8mr4q 3 ปีที่แล้ว +1

    Аллах рехмет елесин.

  • @samira2377
    @samira2377 3 ปีที่แล้ว

    Allah rehmet eylesin mekanı cennet olsun bele doktor olmayacak👍👍

  • @elviraqaracayeva3514
    @elviraqaracayeva3514 3 ปีที่แล้ว

    ALLAH REHMET ELESIN

  • @dilberbabayeva7466
    @dilberbabayeva7466 ปีที่แล้ว

    АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН😢😢

  • @selalerahimova5005
    @selalerahimova5005 3 ปีที่แล้ว +10

    Mən bunu əxlaqlı tərbiyəli bilirdim🙄 şok oldum 😲 Yazıklar olsun 🔥

    • @alinaakberova5239
      @alinaakberova5239 3 ปีที่แล้ว +1

      məndə

    • @Agayeva555
      @Agayeva555 3 ปีที่แล้ว +1

      😂😅hele bawqa weyler ewitseniz nece olarsiniz?)))) Wok olmayin deymez .Xaraktersiz birisi , yaxwi diktor olsa da

  • @tamellapashayeva1425
    @tamellapashayeva1425 3 ปีที่แล้ว

    Allah rəhmət eləsin ğozəl insan

  • @ceyranrozahaciyevada7986
    @ceyranrozahaciyevada7986 3 ปีที่แล้ว +5

    OLAR OLUNCE BIZIM XATIRALARDA OLUR.KECMIS QUNLERCUN COX DARIXIRAM.RAFIK KIMI DIKTORLAR YOX DAHA.DEMEKKI TELEVIDINIYA YOX.COX QUZEL INSAN IDI.ALLAH QENI QENI REHMET ELESIN.O DUNYA VERSIN.

  • @rukuruku3427
    @rukuruku3427 3 ปีที่แล้ว +12

    Bu Rafik məlllmində nə geniş üreyi var imiş. Nəqədər arvad sığdırıb yumruq boyda üreyə.Bu kişinin işi gücü yox imiş deyesen. Allah belə kişilərdən qorusun qadınları

    • @rauf9007
      @rauf9007 2 ปีที่แล้ว +1

      Qadinlarinda agli yoxuymuw oncun

  • @yegan4947
    @yegan4947 3 ปีที่แล้ว +2

    Allah rəhmət etsin!!

  • @nilufrmehdiyeva8942
    @nilufrmehdiyeva8942 3 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin.

  • @amiteymurova5124
    @amiteymurova5124 3 ปีที่แล้ว +1

    Allah rehmet elrsln qebrl nurnan dolsun

  • @gulisultan5658
    @gulisultan5658 3 หลายเดือนก่อน

    Allah c.c. rəhmət eləsin.
    Ölünün dalıyca danışmazlat.
    Eyibsiz, qüsursiz insan yoxdur.
    Allahın c.c. sözləri:
    Sən başqasının eybini ört ki,
    Mən də sənin eybini örtüm.

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k ปีที่แล้ว

    Чох истедадлы,ярашыглы диктор иди.Аллах рахмат еласин!🙏