Başını qırxıb dəlixanaya saldılar, sevdiyini unutdurdular - Həbsxanada Dilbərə nə ediblər?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #1000production #trend #birivaridi
    Videoda Sabiroglu yutub kanalındakı videomaterillardan ( • Dilbər Axundzadə Mikay... ) istifadə edilmişdir.
    Videoda Babayev Emin yutub kanalındakı videomateriallardan ( • Emil Rehmanov - Qurban... ) istifadə edilmişdir.
    O, 1933-cü ildə bir qara dağlı ilə evlənəndə yəqin ki, onunla pıçıldaşan gənc şairin bir zamanlar Azərbaycan ədəbiyyat tarixinə düşəcək şair olduğunu bilmirdi. Ancaq o könlünü Müşfiqə vermişdi. Bu gün Müşfiqin “o saçı leyla”sından danışırıq. Biri var idi, ərinə görə həbsxana, dəlixana divarları arasında olmazın zülmlər çkən, gözəlliyi başına bəl olan Dilbər Axundzadə...
    Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.
    Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Onlar ikinci dəfə "Kommunist" küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Müşfiq məktubda Dilbərin hörüklərinə şeir yazaraq sevgi etirafı edir.
    Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.
    1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.
    Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...
    1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.
    Dilbərə də həbs olunandan sonra olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.
    Mühacir Lətif Elsevərin “Ağrılı bir qarşılaşma” adlı yazısında yazır. Bir gün universitetdən çıxıb dərin bir kədərin verdiyi dalğınıqlıqla yol gedirdim. Küçədəkilərin ani bir həyəcanı ilə daxili aləmimdən ayrıldım. Baxdım. Faciəli bir mənzərə ilə qarşı-qarşıya idim. Pəjmürdə geyimli bir qadın önümdə dayanmışdı. Saçları “maşinka” ilə dibdən kəsilmişdi. Paltarları bədəninin bir çox yerlərini göstərəcək qədər yırtıq və köhnə idi. Bənizi solmuş, gözləri hədəqəsindən çıxmış kimi idi. Nə edəcəyini, hara gedəcəyini bilmir, vurnuxub dururdu. Qadını tanımışdım. O, gözəlliyi və zəkası ilə bir zamanlar Bakıya ün salan Dilbər xanım idi... Bir neçə ay öncə NKVD cəlladlarının gecə evindən apardığı şair Müşfiqin xanımı Dilbər! Onun da əri ilə birgə həbs edildiyini, edilən işgəncə və təhdidlərə təhəmmül edə bilməyərək ağlını itirdiyini eşitmişdim. Qarşımda ağlını itirmiş Dilbər durmuşdu.
    Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olub, Mikayıl Müşfiqə həsr olunan kitab yazıb. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 1990-cı ildə Müşfiqin təbiri ilə desək, “təbiətin ən şux şaqraq zamanı”nda, Bakıda gözlərini dünyaya əbədi yumur...” .

ความคิดเห็น • 237

  • @qarabagl1865
    @qarabagl1865 2 ปีที่แล้ว +67

    O qədər gözəl anlatırsızki ,sanki insan o anları yaşayır.Təşəkkürlər sizə👏

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 2 ปีที่แล้ว +78

    Dilbər xanımın Müşfiqi günlərim kitabını oxumuşam coxdan cıxıb bu kitab orda Müşfiqlə olan bütün xatirələri yazılıb Dilbər xanımln cix maraqlı kitabdır deyəsən 1969 cu ildə cıxıb göz yaşları icində oxudum bu kitabı axırda da Dilbər xanım yazmışdı indidə qəlbimə təsəlli sənsən ölüncə dilimun əzbəri sənsənay Müşfiq Allah iksinədə rəhmət eləsin 😪😪🤲🤲

    • @tomirisbayil2784
      @tomirisbayil2784 2 ปีที่แล้ว +6

      Bəraət qazanandan sonra verilən təqaüdü almaq üçün yazdırdı. Axı evli 3 uşaq anası idi 2 ci ərindən. Ona düşmürdü təqaüd.

  • @sekeriskenderli2769
    @sekeriskenderli2769 2 ปีที่แล้ว +126

    Çox ağır dönəmlərdən keçiblər.Hər dəfə Müşfiq haqqında nəsə eşidəndə zamana və məkana nifrət edirəm. İndi də eyni haqsızlığa düçar olub millətimiz. Məkanları cənnət olsun.

    • @teranehacizade9580
      @teranehacizade9580 ปีที่แล้ว +5

      Hörmətli Jurnalist ! Görkəmli və unudulmaz Şairimiz Mikayıl Müşfiq və onun həyat yoldaşı Dilbər Xanım haqqında verdiyiniz məlumata görə çox Sağ olun ! Bəli ! Dilbər Xanım , 2- ci dəfə ailə həyatı quranda , axı onun bir yox , 2 övladı olmuşdur , 1 Qız , 1 Oğlan ! Leyla və Fikrət . Mənim üçün çox müəmmalı oldu ! Niyə Fikrətin adını çəkmədimiz ? Bəyəm Fikrət onun doğma oğlu deyildi mi ? Təranə Hacızadə ❤😂🎉❤😂🎉❤😂🎉

    • @semaseferova912
      @semaseferova912 ปีที่แล้ว

      Butun ezablarimizin altinda kahbe ruslarin imzasi var

    • @mehinaz9881
      @mehinaz9881 ปีที่แล้ว +4

      ​@@teranehacizade9580düzgün məlumat deyil. Müşviq və Dilbər xanımın Yalçın adinda oğlu olub. O da körpə yaşında rəhmətə gedib. Dəqiq məlumat budur.

    • @zrif4459
      @zrif4459 ปีที่แล้ว +1

      Hər ikisini çox sevmişəm və sevirəm."Əfşan" poemasındakı Əfşan adını qızıma qoymuşam.

    • @teranehacizade9580
      @teranehacizade9580 ปีที่แล้ว +1

      @@mehinaz9881 Xanım və yaxud bəy , bilmirəm kimsiniz ? Siz mənim şərhimi düzgün anlamamısınız ! Mən yazmıram ki, Müşfiqlə evli olanda 2 uşağı olub . Müşfiqdən çox sonra , məcburiyyət qarşısında qalıb, ailə həyatı qurub , uşaqlar isə 2 - cı Ailə həyatında , doğulublar! Dilbər Xanımla yaxın olmuşam amma bu barədə qətiyyən sual verməmişdim ! Uşaqların da , görmüşdüm! Leyla , Fikrət . Fikrətin adını çəkmədiyinə görə yazmışdım ! .Siz bildiyiniz kimi , məndə bilirəm ki, Müşfiq llə evli olan zaman Yalçın adlı oğlu olub , çox yaşamayıb , ölüb. Allah hamısına qəni - qəni rəhhmət elədin ! Amin !!! Təranə Hacızadə .

  • @sabirsharifbekli7641
    @sabirsharifbekli7641 2 ปีที่แล้ว +35

    Merhum Mikail Müşfigi ve hayat yoldaşını ALLAH Gani Gani Rahmet Eylesin, Makamları ÇenEt olsun, Ruhları Şad olsun.ALLAH Halkımızı-Milletimizi içimizdeki hainlerden korusun,dışta olanlarla hesap çekeriz İnşaALLAH 🐺🇹🇷🇦🇿

  • @ilahhmdova1131
    @ilahhmdova1131 2 ปีที่แล้ว +110

    Həmişə bu acl takeyə ağlamışam.1937 ci il Azərbaycanda neçə minlərlə savadlı və ziyalı insankarının aradan ğötürülməsi ili olub.Allah bəlasın versin bu insanların öldürülməsində əli olanların.

    • @sevaagayeva8306
      @sevaagayeva8306 2 ปีที่แล้ว

      P

    • @mahbubaaliyeva3693
      @mahbubaaliyeva3693 ปีที่แล้ว +8

      Aradan götürülmə prosesi elə bu günə qədər hələ də indi də davam edir.

    • @Ризван-е8х
      @Ризван-е8х 5 หลายเดือนก่อน +1

      Аллаh онлара ленет елесин онларын догмаларынада.

  • @sadaahmadova116
    @sadaahmadova116 2 ปีที่แล้ว +16

    Allah size komek olsun,oglum.Cooox deyerli ,heqiqete uygun, real melumat verdiniz.Dilberin,Balacaxanimin,Boyukxanimin,evezsiz Musfiqin heyat hekayesini oyrendikce adam heyatin haqsizliqlarina , alcaq ,paxil insanlarin kefle, deyerli insanlarin zulmle yasamasina soz tapa bilmir.Dunya hemise bele olub,bele olacaq.

  • @sefevi.6219
    @sefevi.6219 2 ปีที่แล้ว +64

    Allah rəhmət eləsin. Qansız cəlladlara lənət olsun.

  • @10suz71
    @10suz71 2 ปีที่แล้ว +39

    Allah rəhmət eləsin. Çox sağ olun ki, belə şəxsiyyətlərimizi bizə tanıdirsiniz

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 2 ปีที่แล้ว +28

    ALLAH Rehmet elesin! Mekanlari Cennet olsun! Ruhlari shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

  • @genceli503
    @genceli503 2 ปีที่แล้ว +20

    Allah Rusiyaya lənət eləsin...Amma bu xalq öz qatilinə həmişə sevgi bəsləyib. Hətta hazırda belə rus sektorunda övladlarını oxutmaq üçün can yandırırlar.

    • @zrif4459
      @zrif4459 ปีที่แล้ว +1

      Düzdü.

    • @Ризван-е8х
      @Ризван-е8х 5 หลายเดือนก่อน +1

      Чох Чох дуз дейирсиз миллетимиз hеледе айылмайыб hеледе душманыны танымыр рус бизим бир номрели ганлы душменимиздир.

    • @elvinguliev3287
      @elvinguliev3287 3 หลายเดือนก่อน

      Qardas rusun buna aidiyyati yoxdu ne savadsiz insanlarsiz siz? Onlarin eyagin qazanlar ele ozmuzunkuler olub.Xanim gozuyle gorub beledeki guye sovetin basindaki rusidi???tesadufe bax biride sinif yoldasi olub aparan.

  • @rehim9765
    @rehim9765 ปีที่แล้ว +4

    Çox üzülürəm hər dəfə Müşviqin həyatına qulaq asanda cooxx təssüf nakam həyat nakam məhəbbət Allah hər ikisinə rəhmət eləsin

  • @ПериМамедова-м1э
    @ПериМамедова-м1э 2 ปีที่แล้ว +41

    Дилер ханымын,, Мушвигли гунлерим,, китабыны охумушам. Азербайджан эдебиййатынын инчиси, мирвариси Микайыл Мушвиг. Онун яныглы, янгылы, хесрет долу шеирлери охуянда коврелмемек олмур.

  • @zin_qach
    @zin_qach ปีที่แล้ว +16

    Hər dəfə sizin videolarınıza baxanda ürəyim sıxılır.Sanki o illərə gedib gəlirəm. Çox gözəl məlumatlar verirsiz,çox sağolun. Xalqımızın başına nə pis oyunlar açıblar lənətə gəlmişlər.Nə qədər ziyalılarımızı,gözəl insanlarınızı məhv ediblər.

  • @АйдынИбрагимов-у9ь
    @АйдынИбрагимов-у9ь 2 ปีที่แล้ว +25

    Аллах рахмат еласин МИКАИЛ МУШВИГА ва Дилбар ханыма.

  • @seriyyeheyderova7105
    @seriyyeheyderova7105 2 ปีที่แล้ว +17

    Salam diyəsən düz deyirlər gözəllərin bəxti niyə belə olur cünki gözəl insan hər kəsi özünə cəlb edir

  • @ПериМамедова-м1э
    @ПериМамедова-м1э 2 ปีที่แล้ว +32

    Чох созлер язмаг олар онлар баресинде. Эээх хеят... Аллах онлара рехмет елесин яреббим, йерлери ченнет олсун

  • @leylelekberzadeh9777
    @leylelekberzadeh9777 2 ปีที่แล้ว +43

    Əhməd Cavadın xanımı rus əsgərlər ona yaxınlaşmasınlar deyə sidikli paltarla gəzərmiş həbsxanada😓bu qadınlara bunları rəva görənlərin Allah cəzasını versin

    • @zualv7661
      @zualv7661 2 ปีที่แล้ว +8

      Nənəm deyərdi ki, özünə nəcis çəkirmiş ki, ona yaxın gəlməsinlər
      Necə vəfalı insanlar olub

    • @smsinurullayeva2887
      @smsinurullayeva2887 2 ปีที่แล้ว +4

      Amiiiiiiiiiiiin 🤲🤲🤲

    • @ferideveliyeva7799
      @ferideveliyeva7799 2 ปีที่แล้ว +4

      Gözəl cütlük idi. Dilbər xanım ahıl çağında da gözəlliyini itirməmişdi. Hər ikisinə Allah rəhmət eləsin!

    • @Ризван-е8х
      @Ризван-е8х 5 หลายเดือนก่อน +1

      Амин Амин Амин яреббим.

  • @nahidismayilov9910
    @nahidismayilov9910 2 ปีที่แล้ว +28

    Əhsən size qardaş,necədə məntiqli və mənalı verlişlər hazirlayirsiz.

  • @validkuskun9064
    @validkuskun9064 2 ปีที่แล้ว +17

    Eşq olsun sənə agili apraci oglum var ol belə verlişlər çok lazimdi dəyərli

  • @qonc7916
    @qonc7916 2 ปีที่แล้ว +22

    Allah sizdən razı olsun!Bu,bizim tariximizdir, ədəbiyyatımızdir Çox sağ olun ki, bu cür şəxsiyyətləri gələcək nəsillərə yaxından tanıdırsiniz Onların həyatı haqqında məlumatlar toplayıb bizə çatdırırsınız ❣️

  • @ПериМамедова-м1э
    @ПериМамедова-м1э 2 ปีที่แล้ว +15

    Охуюн Микайыл Мушвигин китабларыны, Дилбер ханымын китабларыны, ордада Мушвиг вар.

  • @Nixie-c2p
    @Nixie-c2p 2 ปีที่แล้ว +49

    Belə gözəl veriliş hazırladığınız üçün Sizə təşəkkür edirəm.Unudulmaz,nakam şairimizin acı taleyi məni bir daha sarsıtdı.....Poeziyasına məftun olduğumuz əbədiyaşar Mikayıl Müşfiq.....

    • @Nixie-c2p
      @Nixie-c2p 2 ปีที่แล้ว +5

      Onsuz da Dilbər deyəndə elə Müşfiq yada düşür,çünki bu məşəqqətli həyatı birgə yaşayıblar.....

    • @shurarustamova478
      @shurarustamova478 2 ปีที่แล้ว +5

      Deyirəm görəsən nədən Azərbaycan xalqının başında daima bu müsibətlər çəkilib???

    • @shurarustamova478
      @shurarustamova478 2 ปีที่แล้ว +3

      Deyirəm görəsən nədən Azərbaycan xalqının başında daima bu müsibətlər çəkilib???

  • @mercanqehramanova5013
    @mercanqehramanova5013 2 ปีที่แล้ว +5

    Dilbər Axundzadənin ,,Müşviqli günlərim" kitabını oxumuşam.Müşviqlə necə tanış olmaqları çox maraqlı idi.Allah hər ikisinə də rəhmət eləsin.

  • @aydinaydin8923
    @aydinaydin8923 2 ปีที่แล้ว +11

    🇦🇿Mikayıl Müşfiq⚘Adı Gələndə,Az Yaşıyla Acılar Çəkmiş,Dağ Vüqarlı Bir Düha Gəlir Gözümün Önünə😔Ruhu Şad Olsun⚘Onu Qəlblərdən Silmək Mümkünmü?!Əsla Yox♥️Yaradıcılığına Hər Zaman Müraciət Edilir və Bu da Müşfiqin Ölməzliyindən Xəbər Verir⚘

  • @mehemmednecefov3252
    @mehemmednecefov3252 2 ปีที่แล้ว +38

    Seirlerini çox beyendiyim dahi Mikayil Musfiq, Allah ona rehmet etsin.heyat hekayesini mektebli olarken çox oxumusam,hemisede kövrelmisem.

    • @sevincmusayeva3265
      @sevincmusayeva3265 ปีที่แล้ว

      Say eli. nevelereven başina ay delenci metleb Lacinin Ehmedle kendenden Ağcebedeye oradan da Merdekana delenceliye celmeşden Elinin yanina ay eyaş ar olsun Öl yere cir

  • @tortlar7065
    @tortlar7065 2 ปีที่แล้ว +30

    Çox acı heyati olmasina baxmayaraq ,heyata tutunub ,yawayib ,ama indiki gencler bir wey olmamiw canlarina qesd edirler.Allah qeni qeni rehmet elesin her iki wexsiyyete.Gozlerim dola dola baxdim.Represiya qurbanlarimizin her birine Allah rehmet elesin

  • @sevdamemmedova1833
    @sevdamemmedova1833 2 ปีที่แล้ว +15

    Allah her ikisine rehmet elesin.Bize basqa düşmen lazim deyil.Sapi bizden olanlar kifayet edir.Ne qeder vetensever layiqli insanlarimizi mehv elediler.

  • @shsosohsgsosg434
    @shsosohsgsosg434 2 ปีที่แล้ว +4

    MIKAYIL MUSFIG,ALLAH SENE REHMET ELESIN.HER DEFE KOVRELIREM, ŞAIRIMIZIN HEYATI-FACIƏ ILLERINE NEZER SALANDA.

  • @HAbdullayeva-nh2mf
    @HAbdullayeva-nh2mf ปีที่แล้ว +3

    Bir àzəri qadını haqqında bu sözləri eşitmək necə ağırdır.zalımlara lənət olsun.Allah gözəl şairi və Dilbər xanımı rəhmət etsin.

  • @adsoyad3069
    @adsoyad3069 2 ปีที่แล้ว +16

    Necə sevib ki, ikinci dəfə ailə qurub .Sevən kəs ailə qurmazdı. Boş söbətlər

    • @xaribulbul2037
      @xaribulbul2037 2 ปีที่แล้ว +5

      Duz deyirsiz

    • @lalmmmdova9473
      @lalmmmdova9473 2 ปีที่แล้ว +4

      Heçnə əbədi deyil Müşviq Dilbərdən əvvəl bir şair qonşusunun bacısı sevirmiş yenə o bag olaydı şeyrini ona həsr edibmiş Dilbər xanım ölməzdən əvvəl özü etiraf edibmiş

    • @ЗульфияДамирова-м3х
      @ЗульфияДамирова-м3х 2 ปีที่แล้ว +5

      Guya Dilbər ölsəydi,Müşviq ailə qurmazdı ,mentalitet..kişiyə olar,qadına yox🤦🏻‍♀️

    • @Mustafayevaa_313
      @Mustafayevaa_313 ปีที่แล้ว

      Məncə də. Haqlısınız.. elə qadında kişidə həqiqətən sevsə ikinci bir adamla evlənməz.

    • @AydanAgazade-z5e
      @AydanAgazade-z5e 5 หลายเดือนก่อน

      Nə danışırsane sən

  • @NazliKayagill
    @NazliKayagill 2 ปีที่แล้ว +10

    Yenə O Bağ Olaydı Şerinin Və Başqa Gözəl Şerlərin Müəllifi Mikayıl Müşviqə Və Dilbər Axundzadəyə Allah Rəhmət Eləsin 🤲

  • @mehi9147
    @mehi9147 2 ปีที่แล้ว +5

    Allah rehmet elesin
    Size derin teşekkürler!

  • @kmmkmm8660
    @kmmkmm8660 2 ปีที่แล้ว +7

    Çox sevdiyim Mikayıl Müşfiq .Allah hər ikisinə rəhmət eləsin.Mikayık Müşfiqin həyatı həmişə məni kədərləndirib.

  • @zumrudagayeva8834
    @zumrudagayeva8834 ปีที่แล้ว +5

    Sapi ozumuzden olan baltalar😢Bizim millet kimi paxil millet yoxdu

  • @zualv7661
    @zualv7661 2 ปีที่แล้ว +5

    1-1 lərinə çox yaraşan bu cütlük 1 gün görmədilər😢💔
    Yarımçıq qalan saf sevgi

  • @avazorucov5643
    @avazorucov5643 2 ปีที่แล้ว +37

    8ci sinifdə oxuyanda Musfiqli günlərim kitabını oxuyurdum!Dilbər Axundzadənin!Sinif rəhbərimiz kitabı alıb pəncərədən yerə atdı!Aradan45il ötüb!Bu hadisə heç vaxt yadımdan çıxmır!

    • @RR6478
      @RR6478 2 ปีที่แล้ว +2

      Maraqlıdır...niyə???

    • @avazorucov5643
      @avazorucov5643 2 ปีที่แล้ว

      @@RR6478 Rəna xanım salam !Axsamınız xeyir!Sinif rəhbərim fizika müəllimi idi!Məndə onun dərsində kitabı təbliğ edirdim uşaqlara !Yəqin ona görə!Amma yenədə gərək belə etməzdi!Yazan xanımdı!Çox saq olun!

    • @RR6478
      @RR6478 2 ปีที่แล้ว +4

      @@avazorucov5643 Sizdə dinc uşaq olmamısız😂😂😂
      Amma ən azından M.Müşfiqin ruhuna hörmət etməliydi...
      Yazıqlar olsun elə insanlara...
      Ps...O "müəllim"ə o qədər əsəbləşdim ki,Salam yazmağı unutdum....bağışlayın

    • @seviljabrayilov3905
      @seviljabrayilov3905 2 ปีที่แล้ว +6

      Vallah məni bağışlayın ama Mikayıl Müşviqə və Dilbər xanıma görə mən o (müəllimə) demək olarsa əgər o adamaın özünü pəncərədən atardım Vallah əsəbləşdim. Adını müəllim qoyub kitaba və dahi insanlara etdiyi hörmətsizliyə bax(iki eşşəyin arpasını bölə bilməyənlər)nə bilsinlər Mikayıl Müşfiq kimdi Dilbər Xanım kimdi. İnanınki oxudum çox əsəbləşdimeee😠

    • @tomirisbayil2784
      @tomirisbayil2784 2 ปีที่แล้ว +1

      @@seviljabrayilov3905 müəllim həqiqəti bilirdi. Dilbər Müşfiqin üzünə durdu. 45 il qabaq bütün Bakı və Sovetski xalqı blirdi. Mən də Dilbər mahnısını oxuyanda müəllim qulaqların tutdu öz başına döydü. Danışdı... və üzünə durduqdan sonra azad olunub bacısı isə 25 il alıb. Üzünə durma qorxudan olub. Başa düşmək olar qadını.

  • @TheKickOffCraze
    @TheKickOffCraze 2 ปีที่แล้ว +15

    Allah Vuqar Bileceriye rehmet elesin,Şair haqda daha genis ve ya qisametrajli film ceksez ela olar🖤

    • @1000production
      @1000production  2 ปีที่แล้ว +3

      Kanalda Vüqar Biləcəri haqqında veriliş var, baxa bilərsiniz

  • @arzuagayeva4134
    @arzuagayeva4134 2 ปีที่แล้ว +6

    Mikayll Misfiq...menim usaqllq illerimin heqiqet sairi.men duzgunluyu , vetenperverliyi , heyatda gozel ne varsa onnan oyrendim.heyata onun gozleri ile baxdlm .heyatlnl , yaradlcllglnl ezber bilirem.hemise onun kimi vetenimi , xalqlml seveceyime soz verdim.kas Dilber xanlml bir anllkda olsa goreydim , duyaydlm.orta mekteb illerinde edebiyyat dersinde muellimimiz kim dersine hazlrdlr deyende haml elini qaldlrdl.muellim mene teeccuble baxdl.men elimi qaldlrmamlsdlm.axl men hemise edebiyyat dersini cox sevdiyimden hamldan 1 ci elimi qaldlrlrdlm.muellim niye hazlr deyilsen deyende.ayaqa qalxlb dedim ki , muellim men Suleyman Rustemi sevmirem.cunki M.Musfiqin olumunde onun eli olub.muellim men sus dedi ve rengi deyisdi.o zamanlar hec kes 37 ci illerden danlslmlrdl.mende hec ne bilmirdim.37 ci iller menim ucun qaranllk idi.Musfiqin heyatl kimi.cox az bilirdim onun olumu ile elaqedar.az cox bezi serlerinden hiss etmisdim.sonralar 37 ci iller aclqlandl.37 ci illeri oyrendikce heyata nifret etdim.haqslz dunya.zallm dunya.nece qlydlnlz vetenimin qehreman ogullarlna.nece elleriniz qalxdl onlarl oldrmeye.esl qehreman.cesur .duzgun.savadll ogullarlmlz 37 ci illerde olduruldu.kas ele o zamanlar dunya dagllaydl...Mikayll Musfiq.Huseyn Cavid .Ayna Sultanova ve saire kimi ogullarlmlz .qlzlarlmlz ...37 ci illeri oxuduqca sanki omrumden bir qara xett kecdi.37 ci illerin qara xetti...

    • @sahibzeynalov1639
      @sahibzeynalov1639 2 ปีที่แล้ว +2

      Ne qeder ki, bu lenetlenmiş ermeniler var olduqca bu haqsizliq var olacaq

    • @meqaay
      @meqaay 2 ปีที่แล้ว +2

      Indi de 37 il kimidir!!! Savadli vetenperver gencler ya vetenden qacib qaca bilmeyenler de turmededirler!!! Erarvad hakimiyyeti millete zulm eleyir!!!

  • @kamilemusayeva8809
    @kamilemusayeva8809 2 ปีที่แล้ว +15

    Çıxalım Buzovnada sərt qayalıqlara.
    Seyr edəlim bir ara.
    Gecələr sayrışarkən ulduzlar lalə kimi
    İşıqlar jalə kimi
    Çilənib dağılarkən ətrafa damla damla
    Ən yaxın bir adamla
    Nı gözəldir dinləmək
    Təbiətin səsini
    Suların nəğməsini.

    • @ulkaraliyeva5546
      @ulkaraliyeva5546 2 ปีที่แล้ว +1

      Bunu Dilbere yazmayıbki

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      ​@@ulkaraliyeva5546bəli, yazıcı Ənvər Məmmədxsnlının bacısı Arifə Məmmədxsnlıya yazıbmış. Yazıq Dilbər ona yazdıgını deyirdi. Həbs edilməsəymiş bəlkə də yeni bir eşqə yelkən acacaqmış rəhmətlik Müşviq. Jurnalist Rəfail Hüseynov bu barədə geniş yazıb.

  • @resadmemmedov2567
    @resadmemmedov2567 2 ปีที่แล้ว +7

    Gözəllukləri və cəsarətləri olan bəxtsiz qurbanları.Məkanınız cənnət olsun

  • @movlansarxanov6432
    @movlansarxanov6432 ปีที่แล้ว +1

    Çox acı və təsirli heyət tərzidir bugündə var sadəcə üzə çıxmaqa qoymullar

  • @ulviyysuleymanova1940
    @ulviyysuleymanova1940 2 ปีที่แล้ว +7

    Ay Allah .Necə dözülməz faciə.
    Allah rəhmət etsin hamısına.

  • @ШахриярАлекперов
    @ШахриярАлекперов 2 ปีที่แล้ว +7

    Ğüya indi Azəbaydjanda vəziyyət yaxşıdır. Mən deyə bilərəm ki , indi ondan da betərdi . Sapı özümüzdən olan baltalar dayanmadan öz millətinin başını kəsir.

    • @sekeriskenderli2769
      @sekeriskenderli2769 2 ปีที่แล้ว +2

      Doğru. O qədər ona oxşar hadisələr eşitmişik ki. Yəqin ki, gün üzü görməmiş əsərlər var.

  • @Afaqilyas-o3k
    @Afaqilyas-o3k 2 ปีที่แล้ว +10

    Gözəllər yarımır

  • @Zara-go9vu
    @Zara-go9vu 2 ปีที่แล้ว +2

    Allah RƏHMƏT EYLESİN MEKAN CENET OLSUn MİKAİL MUŞVİQ 😥😥😥

  • @lalmmmdova9473
    @lalmmmdova9473 2 ปีที่แล้ว +15

    Ədalət var dediyimiz dünyada nədənsə öz həmkarları tərəfindən necə deyərlər torbası tikilən Müşviqin ahı yerdə qaldı Satqınların özləri də övladları da çox gözəl yaşıyıb dövran sürdülər cəzasız qaldılar bütün günahlar qaldı mircəfər alçagın üstündə halbuki mircəfərə onu nişan verənlər elə öz ətrafındakı həmkarları idi

    • @sahibzeynalov1639
      @sahibzeynalov1639 2 ปีที่แล้ว

      Katibi ermeni olub mircefer bagirovun, onu aldadiblar guye bunlar veten xainidi hamisin tek tek siradan çixariblar

  • @xalidaalekberova2167
    @xalidaalekberova2167 ปีที่แล้ว +3

    😭😭😭😔Bəs ikknci ailəlikdən olan qızı haqda kim bilir?

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 2 ปีที่แล้ว +17

    Ruhları şad olsun

  • @ilhamqocazad5707
    @ilhamqocazad5707 2 ปีที่แล้ว +7

    Bu dilbər müşfiqi necə sevib ki hələ ərədə gedib Müşfiq ömrünü ona həsr etdi bu hələ ondan sonra nə qədər yaşayıb

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      Müşviq yaşasaydı bəlkə də boşanmışdı Dilbərdən. Cünki artıq başqasıyla himcim edirmiş rəhmətlik. "Yenə o bag olaydı"nı da o qıza yazıbmış, Dilbərə yox.

  • @aynurbabayeva4620
    @aynurbabayeva4620 ปีที่แล้ว +1

    Dəhşətli bir həyat hekayəsi........heyif....o sevgidən....o cütlükdən....

  • @sevdaxasiyeva7223
    @sevdaxasiyeva7223 2 ปีที่แล้ว +9

    Müşviqli günlərim -stolustu kitabım olub gənclik illərində.

  • @kazmov8336
    @kazmov8336 2 ปีที่แล้ว +6

    Bağırov qan qusdurub.

  • @pacific9054
    @pacific9054 2 ปีที่แล้ว +5

    isinizde ugurlarr,cox gozel layihedi,Musviqin heyatin esidende gozlerim dolub ,bosalir.Allah represiyani bu millete yasadanlara nehlet elesin

    • @Ризван-е8х
      @Ризван-е8х 5 หลายเดือนก่อน +1

      Ленет ленет ленет йенеде ленет !!!!!

  • @gulerxanmemmedova7980
    @gulerxanmemmedova7980 2 ปีที่แล้ว +4

    Çox sevdiyim şairlerden biri. MÜŞFİQLİ GÜNLERİM kitabını əldə etmek isteyirem.

  • @xanmxanm4316
    @xanmxanm4316 2 ปีที่แล้ว +1

    bu acı hekayeye cox ağlamışam😪😪😔

  • @taranaeynalova5871
    @taranaeynalova5871 2 ปีที่แล้ว +8

    Dilber xanim Musfiqi sevmir,,, Musfiqin sevgisi qarsiliqsiz olub,,, hetta Musfiqin yegane oglunun olmune sebeb olan Dilber xanim Mikayilin ólmune de sebeb olur,,, Men o qadinin semimiyyetine inanmiram,, Musfiqin oglu xestelikden olmub,. Dilber xanim onu cimizdirende elinden salir, ussaqin basi demir tasa deyir usaq vefat edir...Nedendir ki Musfiqin bacisi Dilber xanima bir dene de yadigar ucun biresya da vermirler,,, Musfiq bagda istirahet edirmis,,, ondan sorusurlar ki, bes Dilber xanim niye gelmib...cavab verir..Cehenneme gelsin....Dilber xanim haqqinda cox seyler yaza bilerem...." Yene o bag olaydi" meshur eserinin Dilber xanim ucun deyil, Arife xanim ucun yazdigi da dediklerime subutdur...Evli bir kisinin yazdigi seir oz heyat yoldasina deyil, basqasina yazilir.....niye Musfiq ureyinin sevgisini basqasinda axtarir

    • @menzerakbarova135
      @menzerakbarova135 2 ปีที่แล้ว +3

      Yazıq Dilbər...Müşfiq ən gözəl əsərlərini ona həsr edib.

    • @aygunidayatova3639
      @aygunidayatova3639 2 ปีที่แล้ว +5

      Dediklerinizi subut ede bilersiz? O illerde yasamisiz? Insanlarda menfi rey yaratmaga calismayin eger subutuvuz yoxsa.Gunaha girmeyin.

    • @taranaeynalova5871
      @taranaeynalova5871 2 ปีที่แล้ว +1

      Men faktlara soykenib danisiram..ve menbelerden oxuduqlarimla , hetta faktlarla..gorunur ,sizin Musfiq heyatindan hec xeberiniz yoxdu..bunla tarixdi, tekce men yox, coxlari bilur...Bikirsiz Arife xanim kimdir, o Arife xanim ki Musfiqle bag qonsusu okublar...Arife xanim Enver Memmedxanlinin bacisi olub...Men Musfiq heyat hekayesinin en xirda meqamlarini bele bilirem.....sizin de bilmeyiniz meslehetdir,. Gorunur, Axundov kitabxanasina bir defe de olsun ayaq basmamisiniz,, Ayaq bassaydiniz bir az arxivlere bas vurub sairlerimizin gizli qalmis heyatlarindan xeberiniz olardi

    • @rafaelqafarov6915
      @rafaelqafarov6915 ปีที่แล้ว

      Bu ne iddialardir xanim

    • @sefevi.6219
      @sefevi.6219 ปีที่แล้ว

      Sizlərin bu kin küdurətiniz bitmədi. Hansı ana öz uşagının tələf olmasını istər?Bir anaya atılan ən böyük iftiradı bu.
      Müşviqin Dilbərə xəyanıtinə də don geyindirirsiniz. Arifəylə himcim edirmiş artıq. Odur ki, arvadını o baga gələndə gətirmirmiş. Rəsul Rzagilin bagına.Bir sözlə, Dilbərə xəyanət edirmiş artıq.Həqiqət budu, Dilbəri günahlandırmayn, pantürkistləri tuturdular. C.Cabbarlı sag qalsaydı o da gedəcəkdi. Müşviq də Cəfərin ətrafında dolanırmış. Hətta bibisi ona deyirmiş ki, Cəfərdən uzaq ol. Halbuki Cəfər 1934 də öldü.Represiya başlamamışdı hələ. Odur ki, gedin itiyinizi dogru yerlərdə axtarın. Müşviqə görə o qadın nə zülümlər cəkib.Müşviq adı üstündən götürülmək ücün evlənməyə məcbur edilib Dilbər.

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 ปีที่แล้ว +15

    Allah hər iksin də rəhmət etsin məkanı cənnət olsun Amin

  • @sevincaghayeva6146
    @sevincaghayeva6146 2 ปีที่แล้ว +5

    Allah razı olsun🙏🙏🙏sözün bitdiyi yerdəyik

  • @vahidceferov8539
    @vahidceferov8539 2 ปีที่แล้ว +9

    Yenə.obag.olaydı.
    Yenə.o.qumlu.sahil.
    Sular.olaydı.çil..şçil.
    Əndamını.həvəslə.qucaqlarkən.dalgalar.
    Qəlbimdə.fırtınalar.qasırgalar.qopaydı.....qısqanclıgım.dogaydı...məni.hirsim.bogaydı...cumub.alaydım.səni..
    Dalgaların.əlindən..
    Yapışaydım.belindən..
    Tumarlayıb.telini.öpəuydim.yanagından.həmdə.şirin.dilindən...
    Axırıncı.sətirlər.Müşviqin.deyil.senzura.vardı.olmasaydı.mütləq.sevən.Müşviq.bu.sətri.yazardı...Allah.onu.rəhmət.eləsin....

  • @ИнгилабЮжный
    @ИнгилабЮжный 2 ปีที่แล้ว +10

    1976 - cı ildə Universitetdə Müşfiq Ğecəsi keçirirdik. Dilbər xanımı da dəvət etmişdik. Tədbir çox möhtəşəm keçirildi. Tədbirdə Dilbər xanım da ğeniş şəkildə çıxış etdi...

    • @menzerakbarova135
      @menzerakbarova135 2 ปีที่แล้ว +2

      Çox sağ ol oğlum belə verlişlər hazırladığın üçün.Müşfiqin və Dilbər xanımın həyat hekayəsin dinləyəndə ürəyim parçalanır.

    • @ИнгилабЮжный
      @ИнгилабЮжный 2 ปีที่แล้ว +2

      @@menzerakbarova135, mənim 70 yaşım var...

    • @mehemmedeli_22
      @mehemmedeli_22 ปีที่แล้ว

      ​@@ИнгилабЮжныйAllah ömür versin baba

  • @haqqmuhavizesi626
    @haqqmuhavizesi626 2 ปีที่แล้ว +4

    Allah gozel wairimiz Mikayil Muwviqe rehmet elesin..evezolunmaz insan

  • @xaliq2926
    @xaliq2926 2 ปีที่แล้ว +5

    Müşviq Allah ona rəhmət eləsin Müşviq mənim qanimdir canimdirvuqarimdir qururumdur bir söz deyim heç kəs inciməsin bu qadında gözəllik əsəri yoxdur özü də nə olur olsun ikinci dəfə ərə gedib bu heç Müşviq adına yaraşmayan bir wey heç xoşum gəlmir bu qadından musviqim sevdiyi bir başqası olmuşdur sanki amma budeyil çünki bu qadının üzündə Müşviq sevgisindən əsər əlamət yoxdur mən hiss etmedim

    • @n.6258
      @n.6258 2 ปีที่แล้ว +1

      Qocalıb siz onda nə gözəllik vəfa axtarırsınız axı. Gəncliklə qocalığı bir tutursunuzmu? Onlar haqqında yaxşı yaxşı oxuyun. Dilbər xanım NKV dən canını qurtarıb.

    • @miribesirli7105
      @miribesirli7105 2 ปีที่แล้ว +2

      Məncə heç kimi qınamağa haqqımız yoxdur. O çox gənc olub, təbiiki ailə quracaqdı. Gözəlliyi isə üzündə yenədə qalıb. Çox acı tale...

  • @mehinaz9881
    @mehinaz9881 2 ปีที่แล้ว +24

    Dilbər xanımın ikinci evliliyinə bəzi adamlar müəmmalı yanaşırlar. Dilbər xanım mənim anamla birlikdə pedaqoji məktəbdə oxuyub. Onların sevgisinin şahidi olub. İkinci dəfə ailə qurmasına səbəb isə NKVD işçiləri tərəfindən təzyiqlərə məruz qalması olub. Canını onlardan qurtarmaq üçün onu müalicə edən həkimlə ailə həyatı qurub.

    • @taranaeynalova5871
      @taranaeynalova5871 2 ปีที่แล้ว +5

      Musfiq
      I Dilberin uzunden qetle yetiribler,, bu, birmenalidir,,, ozun delliye qoyub, sonra da hekime ere gedib,. Cox maraqlidir, Musfiqin bacisi Musfiqin olmunden sonra Dilber xanimi niye qapidan qovub, Musfiqden ona yadigar qalsin deye bir cóp bele vermib...Dilber Musfiqin ailesin yerle yeksan edib....Musfiqin gullelenmesinden sonra onun iki bacisindan biri ozunu yandirib....Musfiqin ovladin bele qoruya bilmedi Dilber.indi ele rahat danisir ki,,,

    • @nazirakerimova8255
      @nazirakerimova8255 2 ปีที่แล้ว

      ​@@taranaeynalova5871 RC

    • @feridereshidli1265
      @feridereshidli1265 ปีที่แล้ว +2

      ​@@taranaeynalova5871 siz neler danisirsz ocurne xanim haqda eger siz dediyiniz kimi olsaydi Sair ona vurulmaz, ele seirler hesr etmezdi, birdeki usaq xestelikden rehmete gedb, nece yeni usaqini qoruya bilmedi.

    • @mehinaz9881
      @mehinaz9881 ปีที่แล้ว

      ​@@feridereshidli1265Sizin məlumatınız doğrudur. Ağzına gələni yazanlar bir dəqiqəlik özünü onun yerində hiss etsəydilər, bəlkə də canlarını qurtarmaq ondan imtina edərdilər

    • @bfgceferova6281
      @bfgceferova6281 6 หลายเดือนก่อน

      Uşağını qoruya bilməyib nədir? Müşfiqlə Dilbərin Yalçın adlı oğlu doğulur və 2-3aylığında xəstəlikdən vəfat edir

  • @meleyimisova196
    @meleyimisova196 2 ปีที่แล้ว +3

    Aman Allahım niyə izin verirsən bu qədər haqsızlıqlara? Bağışla cürətimi Allahım 🤲🏼. Dünyamız şeytanlaşıb. Əstəfrüllah olsun.🤲🏼

  • @tamellaceferova324
    @tamellaceferova324 2 ปีที่แล้ว +1

    Can ! Necə zülümlər varmış ! Bəziləri adı şeyi zülüm sayır ! Baxın , öyrənin !

  • @arifslimova9766
    @arifslimova9766 2 ปีที่แล้ว +5

    HAL HAZIRDA DA 37 DAVAM EDİR.

  • @seva7017
    @seva7017 2 ปีที่แล้ว +2

    Allsh Staline lenet elesin. Mirceferle birlikde birbir qaymaqlari denleyibler. Axi bu yaziq Azerbaycanli turklerinden ne isteyibler tarixboyu qetlliyamlar edibler

  • @sfvi2924
    @sfvi2924 2 ปีที่แล้ว +4

    Rusların yeri cəhənnəmdi,həmişə zülm ediblər

  • @khuramanarabzade3652
    @khuramanarabzade3652 ปีที่แล้ว +3

    Это очень интересно.Все и Вы показываете красивую историю любви.Но ,то это за любовь которую эта женщина так быстро забыла или....что и вышла замуж....Ах бедняжка!!Как же вдруг ее тоже арестовали бы....И в любви и в горести....
    Я не злой человек.Просто хватит придумывать и рассказывать басни про любовь.Мои обе бабушки 20 летние девочки остались без мужей,которых арестовали во времена репрессий.Мой дедушка подвергался нечеловеческим пыткам,сидел в одной камере с М.,Мушвигом.Мои родители были детьми врагрв народа,мои бабушки тоже женами.....но они посвятили себя детям их спасению.....Вообщем...

  • @СеймурСеймур-е1л
    @СеймурСеймур-е1л ปีที่แล้ว +3

    İstər o vaxtlar istərsədə indi azərbaycan oğul və qızlarına divan tutanlar bu dünya sizə dar o dünya cəhənnəm olsun!Soyunuz qurusun!

    • @Ризван-е8х
      @Ризван-е8х 5 หลายเดือนก่อน

      Амин Амин Амин яреббим.

  • @Həqiqət-c1u
    @Həqiqət-c1u 7 หลายเดือนก่อน +1

    Mən illər öncə Dilbər xanımın həyat və yaradıcılıqı haqqında oxumuşam Dilbər xanım Müşviqin azadlığı ücün döymədiyi qapılar olmur yüksək vəzifədə olan məmurlar onu aldadır güya Müsviqi azad edəcəklər ………ona təcavüzlər edillər onnan sonra Dilbər xanım hörüklərini kəsir gözə gəlimli libaslarını dəyişir deyilənə görə Dilbər xanımın gözəlliyinə görə Müşvüqü tuturlar Dilbər xanım Müşviqi hədsiz sevirmiş onu ypldan cıxara bilmillər Mircəfər Bağırovunda adı adlanır Dilbər xanıma görə cox işkəncələr verilir….,

  • @gulnazmemmedova2625
    @gulnazmemmedova2625 2 ปีที่แล้ว +4

    Ətraflı məlumata görə təşəkkür edirəm..🙏

  • @UserUser-mf2nd
    @UserUser-mf2nd 4 หลายเดือนก่อน +1

    Mən onu bilirəm ki,Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım heç kimlə evlənməmişdi amma Dilbər xanım evləndi indi siz qiymət verin kim sevgisinə sadiq qaldı ?😢

  • @zahramammadova6487
    @zahramammadova6487 2 ปีที่แล้ว +6

    Təşəkkürlər!

  • @gencelibalasi6337
    @gencelibalasi6337 2 ปีที่แล้ว +3

    Саг олун хазырладыгыныз верлише горе бизим миллетин пахыллыгы олуб олачагда бизе ермени ёх озумуз озумузе душманыг Багыров русун туласы олуб дахилеримизин хамысыны мефф едиб ленет олсун она

  • @ayyildiz3787
    @ayyildiz3787 ปีที่แล้ว +1

    Hal hazirkı dövr də Müşviqin zamanını xatırladır...nə qədər istedadlı ogullarımız repressiyanın qurbanı olurlar ..Heyf Müşfviqdən ...

  • @SevincBasirova-xm3yn
    @SevincBasirova-xm3yn ปีที่แล้ว +1

    Qınamaq asandır. Niyə ərə qetdi gör nələrə dözüb birdə ondan əl cəkmir lər iş. Coxu ona görə ərə qedib Ən cox ono qınayan ərinin üzünə duran S Rüstəm olor

  • @xaliq2926
    @xaliq2926 2 ปีที่แล้ว +5

    Müşviq heckese bənzəməyən biri weriyat gözəllik xəyallar mübarizlik əbədi birgunewdir ki daima yaşayacaq mən nədənsə muwviqitenhaliq içində dilbersiz təsəvvür edirəm dilbər muwviqe vurulan yamaqdir

  • @nuraymustafayeva3762
    @nuraymustafayeva3762 ปีที่แล้ว +1

    Özümü dərk edəndən ən ağır hisslər keçirmişəm.Musviq adını eşidəndə

  • @elmarehmedov7615
    @elmarehmedov7615 3 หลายเดือนก่อน

    Allah Sovet hökumətinə lənət eləsin⛔️⛔️😡😡

  • @nushabenecefova4848
    @nushabenecefova4848 2 ปีที่แล้ว +4

    Derd derd getirir

  • @tahirmmmdli5365
    @tahirmmmdli5365 ปีที่แล้ว +2

    Heyif ki...ikiinci dəfə ərə gedib...Ar olsun!

  • @nicatorucov3280
    @nicatorucov3280 2 ปีที่แล้ว +3

    Allah her ikisinede rehmet elesin.

  • @ирадаЮсифова
    @ирадаЮсифова 2 ปีที่แล้ว +7

    Men 1973-1974 tedris ilinde Mikail Müşfik adına 18 sayli orta mektebi bitirmişim. Mektebde Dilber xanimi görüşmek bize nesib olduğu üçün çox xöşbextem. Allah ikisinide rəhmət etsin

    • @girasolesslover
      @girasolesslover 6 หลายเดือนก่อน

      Kaş məndə görə bilsəydim

  • @elirbaster8792
    @elirbaster8792 2 ปีที่แล้ว +3

    Bu necə bir həyat aman allah...Gözlər yaşarmasın neyləsin...

  • @MedineSefiyeva-wf3fp
    @MedineSefiyeva-wf3fp ปีที่แล้ว +2

    HƏQİQƏTDİR
    GÖZƏLİK SAHİBSİZ.
    BAŞA BƏLA OLUR .

  • @MadadAlizada-xd8vv
    @MadadAlizada-xd8vv ปีที่แล้ว +2

    Ürəyim ağrıyır ,bunlar haqqında danışılanda💔💔

  • @bozqurdturk1377
    @bozqurdturk1377 ปีที่แล้ว +2

    COX GOZEL LAYIHELERIN MUELLIFLERI OLDUGUNUZA VE TARIXI MENEVI XEYIRXAH. ISLERINIZE GORE TESEKKUR EDIREM

  • @simiwmirzoyeva4973
    @simiwmirzoyeva4973 2 ปีที่แล้ว +3

    Gözəl gözəlliyi ilə Bakıya unsalan Dilbər 2 dəfə niyə ərə getdi

  • @gulare.gul.
    @gulare.gul. 2 ปีที่แล้ว +3

    Mən oların həyatını eşidəndə göz yaşlarımı tuta bilmirəm

  • @huriosmanl9314
    @huriosmanl9314 2 ปีที่แล้ว +3

    Mikayıl Müşviqi çox sevirəm!❤

    • @zuleyxammmdov4059
      @zuleyxammmdov4059 2 ปีที่แล้ว +1

      Mən de çox sevirəm nedendir bilmirem adam ondan danışanda kövrəlir Birde Muşfiqin elli illiyində menim qardaşım dünyaya gəlir menim anam adını Muşfiq qoyur

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 2 ปีที่แล้ว +9

    Allah Sizdən Razı Olsun Allah Rəhmət Eləsin

  • @RenaMmdva-di5xx
    @RenaMmdva-di5xx ปีที่แล้ว +1

    Salaməleykum cox tə'sirli olaylar Rəhmətlik M. Müşfiq cox gözəl savadlı bir şair idi Cox gənc ikən hec bir səbəbdən qətlə yetirildi Dilbər xanım cox gözəl olduğuna görə onların paxıllığını cəkənlərcox oldu Qəddarlaronların həyatını cəhənnəmə döndərirlər Yazıx gözəl cütlük tez ayrıldı Ancaq bir birilərini cox sevirdilər Heyf qismət olmadı Yəqin günahkarlar öz cəzalarını UCA ALLAHIN TƏRƏFİNDƏN aldılar Allah rəhmət eləsin AMİN....

  • @sevdaaliyeva575
    @sevdaaliyeva575 ปีที่แล้ว +1

    Həmişə Dilbəri qınamışam ki, belə sevgidən sonra, onrcə ikinci dəfə ərə gedib

  • @zumrudrustemova1645
    @zumrudrustemova1645 2 ปีที่แล้ว +1

    Dilbər Axundzadə "Musfiqli günlərim" kitabını oxumuşam çox təsirlidi

  • @aytenmammadova1331
    @aytenmammadova1331 5 หลายเดือนก่อน

    Yazıq Dilbər xanımın əvvəldən bəxti qara yazılıb. Kaşki övladları qalardı.Allah ikisinədə rəhmət eləsin.

  • @azeriturksoy5440
    @azeriturksoy5440 2 ปีที่แล้ว +1

    Ümidlərin gorunda it yatsln menim ssriye nifrətim .əvvəldən var idi ancaq o özümüzden olan iheyderleri ,ruhullarl hamidleri qezenfrr ve s it kimin gebertdikleri üçün o quruluşa sağ alqls deyirdim

  • @orxanabbasov2938
    @orxanabbasov2938 2 ปีที่แล้ว +2

    Çooxx gözel verilişe sponsurluq edirler.

  • @sadanuriyeva7484
    @sadanuriyeva7484 2 ปีที่แล้ว +1

    Tam olaraq “Muashfiqli gunlerim” kitabini oxudunuz bizim ucun.Teshekkur edirem.Tessuf ki,ele o qeder de melumat var.

  • @baharquliyeva4884
    @baharquliyeva4884 2 ปีที่แล้ว +1

    Budur Sovet Rusiyası , hər zaman milli insanlarımızı mıhv ediblər