Xalq artistini öldürən zərbə - ƏLƏSGƏR ƏLƏKBƏROVUN ACI HƏYATI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2021
  • Qısqanclıqdan Hökümə Qurbanovanı boşadı, "Kirpi" jurnalında ondan nalayiq məqalə yazdılar,
    Xalq artisti Ələsgər Ələkbərovla bağlı maraqlı faktları təqdim edirik.
    APA TV Kulis.az-a istinadən xəbər verir ki, Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar.
    Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.
    Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.
    Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir.
    Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.
    Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.
    Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. “Otello” tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.
    1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.
    Sənət dostlarının sözlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış. Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qadam, mən ondan başqa Vaqif görmürəm - deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş.
    Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib....
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: th-cam.com/users/APAGROUPOffic...
    apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
    #apatv #apaxeber #apacanli

ความคิดเห็น • 20

  • @tunzalqurbanova2637
    @tunzalqurbanova2637 ปีที่แล้ว +14

    Uşaqlıqdan ən sevdiyim kişi aktyor Sözün əsl mənasında Dəyərli sənətkar Ələsgər Ələkbərov

  • @user-mz1uq5og5j
    @user-mz1uq5og5j 3 ปีที่แล้ว +23

    Таких артистов , у нас больше никогда не будет. Никогда😪❤

  • @El-Deniz
    @El-Deniz 3 ปีที่แล้ว +17

    O zərbə nətəri dəyir,necə olur belə bir səhf? mən cox pis oluram 😔

  • @sevilrustamova2574
    @sevilrustamova2574 2 ปีที่แล้ว +14

    Nəhəng aktyor,onu çox sevirəm.Uşaglıgda tamaşalarını çox izləmişəm.Kinoda yaratdıgı obrazlar,şedevr,möhtəşəm.Biz xoşbəxt insanlarıg ki,bizim belə sönməyən ulduzumuz olub.

  • @pervizbdlov9923
    @pervizbdlov9923 2 ปีที่แล้ว +8

    Nəcibə Məlikova da,;Ögey ana"-da kı aktrisa da,Bakının Buzovna kəndin də doğulub!!!

  • @qahirequseynova8847
    @qahirequseynova8847 2 ปีที่แล้ว +8

    Allah rehmet elesin 😢

  • @shlailyasova6452
    @shlailyasova6452 ปีที่แล้ว +3

    Çox böyük sənətkar idi.allah rəhmət eləsin qəbri nurla dolsun

  • @yegane3840
    @yegane3840 ปีที่แล้ว +7

    Bu filme baxdıkca doymuram

  • @gulnarshirinova7806
    @gulnarshirinova7806 2 ปีที่แล้ว +12

    Hokume Qurbanova hec yaxsi qadin olmayib

  • @axa6352
    @axa6352 ปีที่แล้ว +5

    Su teknesi su yolunda sinar...Allah rehmet elesin...Böyük senetkar olublar..indi bele senetkarlar yoxdu.

  • @turanordusu195
    @turanordusu195 ปีที่แล้ว +6

    Hərşeyi danışdız əla bəs dəfn olunan yeridə deyində

    • @necefeliyev477
      @necefeliyev477 3 หลายเดือนก่อน

      Allah rəhmət eləsin Fəxri xiyabanda dəfn olunub

  • @zeynebhesenova2242
    @zeynebhesenova2242 ปีที่แล้ว +2

    ALLAH RƏHMƏT ETSİN NUR İÇİNDƏ YATSIN AMİN

  • @zminquliyeva226
    @zminquliyeva226 ปีที่แล้ว +2

    Mən ilk dəfədirki,bu videoyu izləyirəm

  • @DlareElekberova-ji6gx
    @DlareElekberova-ji6gx หลายเดือนก่อน

    Evladmn en xowladgı aktyor ruhu wad olsun💔💗🌺🌺🌺🌹🌹🌹♠

  • @qahirequseynova8847
    @qahirequseynova8847 ปีที่แล้ว +1

    Allah rehmet elesin. Janna xanim Cox xanimxatin qadin idi. Ramiz Cox Yarashigli idi. Bilmirem yasayir yoxsa....Yoldashi Inna Cox gozel idi. Bir qizi var idi Tatyana

  • @sadmoeoov75
    @sadmoeoov75 10 หลายเดือนก่อน +1

    Aktyoru doğurdan vurub o da kontuziyalı olub əsəbiləşib dəmiri vurub başına

  • @jafarheydarov4332
    @jafarheydarov4332 8 หลายเดือนก่อน +1

    Səhv deyirsən. Ələsgər Ələkbərov Otello tamaşasinda başı səhnəninin sərt tininə dəyib zərbə alıb.

  • @user-ut5ub4ud4d
    @user-ut5ub4ud4d ปีที่แล้ว +1

    Даhа дейин шоргоз олубда буну алыб ону бошайыб !