2003 cü ilin dekabrı tanışlıq vaxtları, Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Biraz cəsarətsizlik, yəqin biraz uşaqlıq, İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdiyim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indiki tək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçirirlər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramlar, gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı.. Yadımda dünənki tək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminki tək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi... Yenə sən getdin... Yenə tək qaldım... Sənə olan sevgimdən bu gün son mahnını yazdım Yenə sən getdin... Yenə tək qaldım... Sənə olan sevgimdən bu gün son mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr 2006, ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə cıxmağın “Bir HOSTçunun həyatında bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış... Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış.. Yenə sən getdin... Yenə tək qaldım... Sənə olan sevgimdən bu gün son mahnını yazdım. Yenə sən getdin... Yenə tək qaldım... Sənə olan sevgimdən bu gün son mahnını yazdım Çoxu bilmir treklərimin hansı sənə aiddi Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddi Hərdən bağışlamıram sənə o addımıvı Tulladığın məktublar uşaqlığımıza aiddi Vaxt keçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki, Mənalı şeyləri mənasızdan ayırırdın 2010 a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğuvu gizlətdi mərhəmətin Düşündüm ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdı, ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözüvün yaşını sil, istəmirəm kefivi pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədi sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri.....
2003 cü ilin dekabrı tanışlıq vaxtları,
Gözlərimiz bir-birimizdə tanışlıq axtarır
Biraz cəsarətsizlik, yəqin biraz uşaqlıq,
İlk gündə sadəcə baxışlarla özümü saxladım
Göndərdiyim məktub, cavab gələrmi görəsən?
Düşünürdüm necə yazım ki, dərhal sevəsən
Amma o vaxt indiki tək dolğun yazmırdım heç
Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec
Uşaqlıq, şirin günlər, beləcə keçirirlər
Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər
Bayramlar, gözləmək və hədiyyələr toplusu
Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu
İlk sevgi etirafı.. Yadımda dünənki tək
Cavabı gec verdin, yəqin dözər deyirdin
Bilsəydim necə sənlə dayanardım həminki tək
Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi...
Yenə sən getdin... Yenə tək qaldım...
Sənə olan sevgimdən bu gün son mahnını yazdım
Yenə sən getdin... Yenə tək qaldım...
Sənə olan sevgimdən bu gün son mahnını yazdım
Səni sevərdim əbədi ölüm olmasaydı
Amma əbədilik xoşbəxtliyə vermir zəmanət
Dünyanı tanımazdım doğum günüm olmasaydı
Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət
Noyabr 2006, ömürlük yadda qaldı
Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv
Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək
Sonra barışanda ayrılmamağa verirdi vəd
İçimdə o dövrdə yaradıcılıq yarandı
Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı
Problem yaranırdı, səbəb buna pis baxmağın
Yadımda YUG-da əlimdən tutub səhnəyə cıxmağın
“Bir HOSTçunun həyatında bəzi sözlər sənə tanış
2009, fevral, 21-i, soyuq qış...
Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə
Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış..
Yenə sən getdin... Yenə tək qaldım...
Sənə olan sevgimdən bu gün son mahnını yazdım.
Yenə sən getdin... Yenə tək qaldım...
Sənə olan sevgimdən bu gün son mahnını yazdım
Çoxu bilmir treklərimin hansı sənə aiddi
Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddi
Hərdən bağışlamıram sənə o addımıvı
Tulladığın məktublar uşaqlığımıza aiddi
Vaxt keçdikcə münasibətlər ciddiləşdi
Mentalitet araya girdi, hər şey sadələşdi
Amma səni həm də buna görə çox sevirdim ki,
Mənalı şeyləri mənasızdan ayırırdın
2010 a birgə girdik, o sevgi dolu səhərlə
Yadıma düşdükcə içim dolur qəhərlə
Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür
Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?!
Layiqli soyuqluğuvu gizlətdi mərhəmətin
Düşündüm ayrı qalsaq artar məhəbbətin
Amma ki, səni uzağa aparan o təyyarə
Yəqin ki, əsas səbəbkarı indiki söhbətin
Bəlkə bu ritualdı, ayrılıqdan yazmaq
Axı çox insan bu cür mahnılarla nəfəs alır
Gözüvün yaşını sil, istəmirəm kefivi pozmaq
Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır
Sevgi okeanında artıq sən adlı gəmim yox
Bil ki, sevgim olar xatirə, qəmim yox
Çətin yox, çox sadədi sonu bu əsərin
Sadəcə bir qız atdı bir əsgəri.....
Orxanın ən sevdiyim treki