Şeir Mənim Üçün - Arif Buzovnalı Həftəsi 17.06.2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Aparıcılar: Xəzər Süleymanlı
    Kamal Yaşar
    Qonaq: Hacı Arif Buzovnalı
    Şeir Mənim Üçün...
    Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
    Bizi İzləyin:
    Kanala Abunə Olmaq Üçün: / space104fm
    Space 104 FM Facebook: / space104fm
    Space 104 FM İnstagram: / space104fm
    Space 104 FM Telegram: t.me/radiospace104fm
    Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) - şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri
    Həyat və fəaliyyəti
    Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
    Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.
    2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən isə həmin festivalın türkdilli şeir üzrə münsifidir.
    Azərbaycan,Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında cap olunub.
    Altı kitabı işıq üzü görüb və müxtəlif almanaxlarda əsərləri yer alıb. Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.
    2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin sədridir.
    2017-ci ildə XYB-nin tərkibində yaradılmış “Poeziya klubunun” sədridir.
    Ailəsi
    Ailəlidir, iki övladı var.
    #SpaceRadio #SheirMenimUchun #ArifBuzovnalıHeftesi

ความคิดเห็น • 12

  • @samiralili6113
    @samiralili6113 10 หลายเดือนก่อน +1

    Ilk defe baxdım proqramınıza.cox gözel.dinceldim.siz de var olun şairimiz Arif qardaşımızda

  • @NurlanQuliyev-m9m
    @NurlanQuliyev-m9m 8 หลายเดือนก่อน +1

    deyerli isinize gore her ucunuze minnetdariq

  • @zulfiyyemuxtarova2930
    @zulfiyyemuxtarova2930 ปีที่แล้ว

    Hörmətli şairimiz sizin qəzəlləriniz ruhumun qidasidir.Allah sizi vaaarr eləsin

  • @vuqarferzullayev6081
    @vuqarferzullayev6081 10 หลายเดือนก่อน

    Maşallah

  • @ilhameabdulayeva7802
    @ilhameabdulayeva7802 2 ปีที่แล้ว +3

    Temiz ve gozel sohbet . Tesekkurler!

  • @SSSSSS-ks9qc
    @SSSSSS-ks9qc 2 ปีที่แล้ว +2

    USTAD ARİF BUZOVNALI --- KAMİL BİR ŞAİRDİR. KAMİL İNSANLAR ÖZ ALIN YAZILARINI BELƏ, OXUYURLAR. UĞURLAR ARİF BƏYƏ,XƏZƏR BƏYƏ VƏ KAMAL YAŞARA.

  • @allahbendesi7426
    @allahbendesi7426 2 ปีที่แล้ว

    Maşallah. Çox gözəl verliş aparırsız. 24 saat insanların beyinini lazımsız şeylərlə doldururlar. Nə olar gənclər bu kimi verilişlərə üstünlük versinlər.

  • @faridyahyayev3767
    @faridyahyayev3767 2 ปีที่แล้ว +1

    Çox sağ bakılı balası

  • @bulfzdadasov2358
    @bulfzdadasov2358 2 ปีที่แล้ว +1

    Yalvarmaram qəzəlini zəhmət olmasa

  • @cavidquliyev175
    @cavidquliyev175 ปีที่แล้ว

    HACI ARİF BUZOVNALINI SÖZÜN HƏGİGİ MƏNASINDA USTAD ADLANDIRMAG OLAR. O 21 Cİ ƏSR AZƏRBAYCAN GƏZƏL JANRININ ƏN İSTEDADLI NÜMAYƏNDƏSİDİR BÖYÜK ÖLÇÜDƏ ARİF BUXOVNALI ZƏMANƏSİNİN ŞAİRİDİR.BİR ŞER XİRİDARI KİMİ ƏMİNLİKLƏ DEYƏ BİLƏRƏM Kİ , ARİF BUZOVNALI BÖYÜK ALGIŞA LAYİG BİR ŞAİRDİR.

  • @ЭльдарСийфуллаев
    @ЭльдарСийфуллаев ปีที่แล้ว

    Ариф буховналы меним кетчимдир ехсен ❤