Arif Buzovnalı - Az Olmayıb Səndə Ötrü Darıxdığım

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Bizi İzləyin:
    Kanala Abunə Olmaq Üçün: / space104fm
    Space 104 FM Facebook: / space104fm
    Space 104 FM İnstagram: / space104fm
    Space 104 FM Telegram: t.me/radiospace104fm
    Az olmayıb səndən ötrü darıxdığım...
    Son təsəllim o olub ki,bəxtiyarsan...
    Sağsan.. varsan...
    Mənim kimi durmamısan illərin yol ayrıcında.
    Ayrılığı dadmamısan...
    Həsrət zülmü qarşısında qəzəbini udmamısan..
    Dərd qəm səndən uzaq olub,
    Hamı mənə qonaq olub...
    Az olmayıb səndən ötrü darıxdığım...
    Mən hər gecə,
    Səssizliyin zülmət dolu nəğməsini dinlədikcə
    Sənə bir vaxt demədiyim kəlmələri,
    Xəyalına söyləmişəm...cavabını gözləmişəm..
    Dilsiz xəyal,cansız xəyal!!!Bütün gecə lal olub,lal...
    Az olmayıb səndən ötrü darıxdığım...
    Sən mənə bəxş eyləmisən təkiyimi.
    Bəlkə qanın qaralardı,
    Bəlkə bir az xoşbəxtliyin azalardı
    Bilsə idin bu illərdə sənsiz nələr çəkdiyimi...
    Nə yaxşı ki,bilməmisən.
    Taleyinə ALLAH yazan səadəti
    Bir miskinin xətri üçün bölməmisən....
    Fələk tale bölgüsünü aparmayıb edaletle,
    Ayrı düşüb mizrabından könül simi...
    10 il qabaq salamıma cavab olan təbəssümü ...
    Bu günədək işlədirəm qənaətlə...
    Bu şeirimi sən oxuma,
    Burda həsrət,burda nisgil...
    Oxunduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi
    Ah,dumana qərq eyləyər aram-aram...
    Mənə vaxt ver,qoy bir azda fikirləşim..
    Mən səninçün səadətdən,xoşbəxtlikdən yazacağam...!
    #SpaceRadio #SheirMenimUchun #ArifBuzovnalıHeftesi

ความคิดเห็น • 1

  • @yalcapkn9791
    @yalcapkn9791 2 ปีที่แล้ว +1

    Radioda qulaq asdiq.indi mutleq goruntulu de baxiriq.sade gozel insan.zovq aldiq