İqbal Ağazadə:"Neft Allah vergisidir, hakimiyyətin uğuru deyil!"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 29 may 2009-cu il
    İ.Ağazadə: “Mən hörmətli məruzəçilərin çıxışlarına diqqətlə qulaq asdım. İstər İqtisadi siyasət komitə sədrinin, istərsə də hörmətli maliyyə nazirinin çıxışına və rəqəmlərə baxanda məntiq belə alınır ki, Azərbaycanda, doğrudan da, 2007-ci ildə dövlət büdcəsinin gəlir hissəsi 6 milyard, 2008-ci ildə 10 milyard olub və kifayət qədər böyük fərqlər var. Təbii ki, rəqəmlərin dili ilə baxanda bu çox böyük inkişaf deməkdir. Amma gəlin məsələnin mahiyyətinə varaq. Təxminən 4 milyardlıq bu artım, doğrudanmı, hökumətin fəaliyyətinin nəticəsi olaraq ortaya çıxıb və doğrudanmı, bu fəaliyyət büdcənin formalaşmasında ciddi nəticə verib?
    İlk növbədə Dövlət Neft Fondundan daxilolmaların rəqəmləri məni düşündürdü. İstərdim ki, hörmətli hökumət nümayəndələri bu rəqəmə ciddi diqqət etsinlər. 2007-ci ildə Dövlət Neft Fondundan daxilolmaların miqdarı 585 milyon manat, 2008-ci ildə 3 milyard 800 milyon manat olub və faktiki olaraq, 2007-ci ilin dövlət büdcəsi ilə 2008-ci il dövlət büdcəsinin gəlir hissəsində yaranan 4 milyarddan bir qədər artıq fərq faktiki olaraq Dövlət Neft Fondundan daxilolmaların hesabına formalaşıb. Əgər bunu faizlə ifadə eləsəm, 2007-ci ilə nəzərən 2008-ci ildə Dövlət Neft Fondundan daxilolma 649,6 faiz artıq olub. Bu, inkişaf deyil. Bu, sadəcə olaraq, Allahın Azərbaycana verdiyi neftin satılmasından Dövlət Neft Fonduna daxil olan vəsaiti bu hökumətin xərcləməsidir. Sual olunur, neftin qiymətini Azərbaycan hökumətimi müəyyən edir, beynəlxalq bazarda neftin qiymətini Azərbaycan hökumətimi tənzimləyir? Yox, 2008-ci ildə satılan neft məhsullarının qiymətini, təbii ki, bu gün beynəlxalq bazarda Azərbaycan hökuməti heç nə ilə tənzim edə bilməz.
    Maraqlı hallardan biri də budur ki, dövlət büdcəsinə Dövlət Neft Fondundan daxilolmaların miqdarı azalmaq əvəzinə getdikcə artır. 2009-cu ildə Dövlət Neft Fondundan büdcəyə daxilolmaların miqdarı 5 milyarda yaxın, təxminən 4 milyard 900 milyondur. Əgər 2007-ci ildə Dövlət Neft Fondundan daxilolmaların faizlə göstəricisi 9 faiz və 2008-ci ildə 24 faiz olubsa, 2009-cu ildə 42 faizdir. Mən qorxuram ki, gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan daxilolmalar artıq 60 faiz təşkil edə. Əgər bu artım bu şəkildə davam edəcəksə, Azərbaycan tək sektorlu iqtisadi strukturların üzərində oturub, nəticə etibarilə mayadan yeyən ölkəyə çevriləcək və çox qısa bir zamanda onu iqtisadi iflasa sürükləyən bir siyasətin qurbanı olacaq. Bu, inkişaf deyil.
    Burada regionların inkişafından ciddi şəkildə danışıldı. Diqqət edin, görün 2007-ci ildə dövlət büdcəsindən regionların saxlanılması üçün büdcədən ayrılan dotasiyanın miqdarı 2008-ci ildə nə qədər, 2009-cu ildə nə qədər artırılıb. Əgər regionlarda bu qədər inkişaf varsa və yerlərdə iqtisadi strukturlar bu qədər inkişaf etdirilir, iş yerləri açılırsa, nədən ötrü mərkəzdən ayrılan dotasiyaların miqdarı bu qədər artır? Çox təəssüflər olsun ki, hökumət bu sualların heç birinə cavab vermir.
    Deyirsiniz, Dövlət Neft Fondundan ayrılan rəqəmlər hesabına filan sahəyə filan qədər pul ayırdıq, filan sahədə filan qədər tikinti işləri getdi, filan oldu. Bəs sonra, 3 ildən sonra həmin tikinti strukturları yenidən dövlət büdcəsindən dotasiya istəməyəcəkmi? Yoxsa, Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq birjalarla, neft sektorları ilə bizim bir müqaviləmiz var ki, Azərbaycanın xatirinə neft elə bu şəkildə qiymətini qaldıra-qaldıra gedəcək? Diqqət edin, 2009-cu ilin büdcəsində neftin qiymətini 70 dollar müəyyən etmişik. Hələ indi-indi 60 dollara qalxmaq istəyir və yaxud bu rəqəmlər üzərində oynayır. Amma 3 ay ərzində 45 dollardan yuxarı qalxmadı. Sabah necə olacaq, həyata keçirdiyimiz həmin layihələr, çəkdiyimiz həmin yollar sabah yenidən dotasiya istəməyəcəkmi? Əgər bu gün Dövlət Neft Fondunun hesabına bunları ediriksə, sabah nəyin hesabına edəcəyik? Heç kəs iddia etməsin ki, bütün bunların hamısı sabah bu və ya digər şəkildə dotasiya istəməyəcək. Ayrı-ayrı layihələrin adını çəkmək istəmirəm. Amma hökumət diqqət etsin ki, son illərdə həyata keçirdiyi layihələrin neçəsinə təkrarən qayıdıb.
    Mən çıxışımı Mübariz müəllimin aeroportlarla bağlı, uçuş qiymətlərinin aşağı salınması ilə bağlı fikri ilə tamamlamaq istəyirəm. Mən burada bir dəfə demişdim ki, Gəncədə, Lənkəranda, Zaqatalada beynəlxalq hava limanlarının açılışı Azərbaycan infrastrukturunun yeniləşməsi və ya turizmin inkişafı üçün əsaslı göstərici deyil. Məsələyə bu şəkildə yox, başqa şəkildə yanaşmaq lazım idi. Orada yaşayan insanların özünün həyat şəraitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı infrastrukturun yaradılmasını sifariş verməli idi. Təəssüflər olsun ki, hər şey belə tərsinə baş verir. Ona görə də mən hesab edirəm ki, 2008-ci il büdcəsinin icrası burada deyilən səviyyədə deyil və mən...”

ความคิดเห็น • 59