ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

İqbal Ağazadə:"Bir ombudsman ki, hüquq mühafizə orqanlarına kaset təqdim edirsə..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • İ.Ağazadə:"Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çox təəssüflər olsun ki, mən hörmətli Əli müəllimə qulaq asandan sonra bunun zərurəti barədə bir şey yadımda qalmadı. Mənə aydın olmadı ki, bunun zərurəti nədir? Əli müəllimin dediklərini də ardıcıl olaraq qeyd etmişəm: millət vəkilləri o vaxt ciddi müzakirə etmişlər, biz istəyirdik ki, beynəlxalq təcrübəni öyrənək, beynəlxalq təcrübəni də yadda saxlamışıq, bir sıra ölkələrdə 5 ilə seçilir, bir sıra ölkələrdə 7 ilə seçilir, birində 2 dəfə seçilir - bu, əsaslandırma deyil. Azərbaycan tipli kifayət qədər Avropa ölkəsi var ki, bir dəfə seçilir və səlahiyyətlərini bitirir. Dəyişmək zərurəti nədən yaranıb? Məsələnin mahiyyəti budur. Niyə dəyişirik? Bunu əsaslandırmalıyıq. Yoxsa “filan təcrübədə var ki, iki dəfə seçilsin...” Başqa təcrübələr də var. Niyə o təcrübələrdən istifadə etmirik? Başqa təcrübələrdə var ki, müxalifət nümayəndələri ictimai institutların hamısında təmsil olunurlar. Niyə Azərbaycan Əfv Komissiyasında, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada, Dövlət Neft Fondunda və başqa yerlərdə təmsil olunmur? Dünyanın hər yerində onlar təmsil olunur. Təcrübədirsə, təcrübədə bundan da istifadə edin. Yəni bu, əsaslandırma deyil. Bu, sadəcə olaraq, bir qrup söz yığnağıdır ki, millət vəkillərinə təqdim olunur.
    Niyə iki dəfədən artıq seçilir? Deyilir ki, iki dəfə seçilmə əlavə təminat verir. Nəyə əlavə təminat verir? Ona əlavə təminat verir ki, ombudsman bir il ərzində iqtidarla hansı münasibətləri quracağı, növbəti mərhələdə seçilib - seçilməyəcəyi barədə düşünsün. Təminat yalnız bunadır. Çünki bir dəfə seçilsə, başa düşər ki, onsuz da ikinci müddət yoxdur və onun müəyyən bir tarixdə Azərbaycan dövlətinə İnsan hüquqları üzrə Müvəkkil kimi qulluq etmək imkanları var. Buna qulluq edəcək.
    Mən mövcud ombudsman haqqında danışmaq istəmirəm. Mən həm mövcud ombudsmanın, həm də ombudsman institutunun fəaliyyətindən çox narazıyam. Dəfələrlə burada demişəm, bir ölkənin ombudsmanı ki insan haqlarını qorumalı olduğu halda hüquq mühafizə orqanlarına kasetlər çəkib təqdim edə, o, ombudsman deyil. Bu, ombudsman institutunun mahiyyəti barədə fikir irəli sürür ki, ombudsman institutu indiyə qədər necə fəaliyyət göstərib. Amma məsələnin mahiyyəti ondadır ki, təkmilləşdirmək əvəzinə hakimiyyətə şərait yaradırıq ki, bu məsələlərdə ombudsman institutunu daha çox nəzarətdə saxlasın, onun ətrafındakı pərdəni daha da sıxlaşdırsın və bu təsisat hakimiyyət institutlarına daha çox qulluq etsin. Məsələnin mahiyyəti bundadır. Mən hesab edirəm, səlahiyyət müddəti buna görə dəyişdirilir. 7 il kifayət qədər ciddi bir vaxtdır. 7 ilə ombudsman istənilən ölkədə insan haqlarına qulluq edə, özünü institut kimi təqdim edə bilərdi.
    Əli müəllimin təqdimatına baxın: “Əlaqələrimiz yaxşılaşıb, biz istəyirdik ki, əlaqələr qursun. Ona görə indi ikinci dəfə də seçmək olar”. Necə əsaslandırmadır? Nəyin əlaqəsi yaxşılaşıb? Əlaqəni ombudsman yox, dövlət qurur, Müvəkkil Aparatı qurur.
    İkinci, yazılıb ki, Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. İndi belə bir sual ortaya çıxır. İyun ayında Müvəkkilin səlahiyyətləri bitir. Bu qanun da 6 aydan sonra qüvvəyə minəcək. Onda necə olacaq? Biz bilirik ki, Konstitusiya qanunu nə vaxtdan qüvvəyə minir. 6 aydan sonra təkrar səsverməyə qoyulmalıdır. Necə olacaq? Biz indi iyun ayında Müvəkkili dəyişməyəcəyik? İyun ayında səlahiyyətləri bitir, biz hansı əsaslarla onu saxlayacağıq? Bu qanun da havadan asılı qalır.
    Məsələnin mahiyyəti nədir? Mən hesab edirəm ki, Azərbaycan qanunlarını bu şəkildə təhrif edib, qeyri-ciddi şəkildə Milli Məclisə çıxarmaq, hüquq siyasəti, dövlət quruculuğu adına qondarma əsaslarla bunu Milli Məclisə təqdim etmək gülüncdür. Bu tipli şeyləri etmək doğru deyil. Nədir, Azərbaycanda ombudsman tapılmır? Nə qədər istəyirsiniz. Mən keçən dəfə İctimai Televiziyada da dedim, İctimai Televiziyaya hökmən gərək 78 yaşlı qadını təqdim edəydiniz? O qədər cavan adamlar var. Sizin siyasətinizi dəstəkləyən, sizin xəttinizi qoruyan, sizə sadiq olan adamı seçin, amma heç olmasa, bunu Milli Məclisə elə təqdim edin ki, bunun presedenti normal olsun. Biz onsuz da bilirik ki, bizim sıralarımızdan kimisə, ya da müstəqil adamı Müvəkkil təyin etməyəcəksiniz. Yenə öz bildiyinizi təqdim edin, amma qanunu bu şəkildə, gülüş doğuran formada, yəni İsveçrədə belə getdi, Danimarkada elə getdi kimi təqdim etməyə ehtiyac yoxdur. Hökmən Azərbaycan da belə etməlidir? Bilirsinizmi, Hollandiyada hansı qanunlar var? Bəlkə Hollandiyada olan qanunları da Milli Məclisdə qəbul edək. Orada milli mentalitetlə səsləşməyən kifayət qədər qanunlar var. Qorxuram, sabah onları da qəbul edəsiniz ki, Hollandiyada belədir. Çox sağ olun"

ความคิดเห็น • 561

  • @tvt.914
    @tvt.914 5 ปีที่แล้ว +113

    İqbal müellim həqiqətəndə çox savadlı bir deputatdi ☝️🇦🇿🇦🇿🇦🇿

  • @solmazquliyeva4596
    @solmazquliyeva4596 5 ปีที่แล้ว +81

    Sənin dərdin orda oturan deputatların ürəyinə sag ol İqbal müəllim kişi adamsan

    • @haksozu2279
      @haksozu2279 4 ปีที่แล้ว +5

      Çox gözel insandı sade ve kasıba yaxın adam.yaxından tanıyıram

    • @nununecefova9045
      @nununecefova9045 4 ปีที่แล้ว

      Aminn

  • @user-jv6hv6mm7v
    @user-jv6hv6mm7v 5 ปีที่แล้ว +18

    Halaldı, oğuldu sözün əsl mənasında təşəkkürlər.👍👍👍👍

  • @nqabil
    @nqabil 5 ปีที่แล้ว +12

    Çox sagol, Iqbal müellim. Halal olsun size!

  • @absalamhsimli7580
    @absalamhsimli7580 5 ปีที่แล้ว +96

    Superrrr iqbal bəy.Millət vəkili belə olareeee.Maşallah

  • @susanesusane2102
    @susanesusane2102 5 ปีที่แล้ว +39

    bu adam esil veten seven adamdi halal olsun cox savadli adamdi

  • @Rufo313
    @Rufo313 4 ปีที่แล้ว +3

    Əhsən İqbal bəy hər cıxışınızı diqqətlə izləyirəm və hər sizi dinlədikcə sizə hörmətim artır Var olun!👏👏👏👏👏

  • @qubadli0396
    @qubadli0396 7 ปีที่แล้ว +109

    halal olsun size. sozun duznu deyen tek insan..

  • @user-rw5pn7kd1r
    @user-rw5pn7kd1r 5 ปีที่แล้ว +14

    Çox saq olun İqbal müəllim. Azərbaycan xalqı sizinlədi!

  • @imranquliyev9679
    @imranquliyev9679 5 ปีที่แล้ว +60

    Sen heqiqetende kişi adamsan yediyin cörek aldığın nefes halal xoşun olsun .İqbal Ağazade

  • @thehoofmaan6816
    @thehoofmaan6816 6 ปีที่แล้ว +51

    Halaldi Allahaqqi Cox Savadli Cox Agilli Cox Tatixi insandi

  • @alemdaryusifov2928
    @alemdaryusifov2928 7 ปีที่แล้ว +87

    Allah seni qorusun

  • @heckimebedideyil6360
    @heckimebedideyil6360 5 ปีที่แล้ว +27

    Bele yerde deyirler: Oğullar var şerait yoxdu.

  • @aytenabishova9472
    @aytenabishova9472 5 ปีที่แล้ว +5

    Halalın halalı olsun size İqbal muellim. Var olun 👏👏

  • @mahirmirzeyev9333
    @mahirmirzeyev9333 5 ปีที่แล้ว +12

    Mən belə duz daniwan insan gormedim halal olsun sizə Allah sizi qorusun amin

  • @ssgggfddfghj742
    @ssgggfddfghj742 7 ปีที่แล้ว +205

    halal olsun size iqbal melim

    • @samo9442
      @samo9442 5 ปีที่แล้ว +14

      Böyk Şəxsiyət halal olsun.

    • @user-ds8yg2tp5l
      @user-ds8yg2tp5l 4 ปีที่แล้ว +5

      Salam Iqbal müellim, çalışın düz yazın.

  • @user-ge3yo1wm7e
    @user-ge3yo1wm7e 5 ปีที่แล้ว +3

    Sizin kimi Insani dinledikce Azerbaycanli olmagimla fexr edirem az qalib sizin haqq yerini tutacaq Eşq olsun size

  • @arzuabdullayeva2546
    @arzuabdullayeva2546 7 ปีที่แล้ว +73

    ALLAH KOMAYIN OLSUN ALLAH QORUSUN COX SAQOLUN. SIZ PREZIDENT OLSAZ BALKA BU DÖVLAT DÜZALAR INŞAALLAH

  • @bir_vatansever4529
    @bir_vatansever4529 6 ปีที่แล้ว +181

    Bu deputat ürəydi də ürəy...

    • @Qarışıq_məlumatlar
      @Qarışıq_məlumatlar 4 ปีที่แล้ว

      Neymət Təhməzov ətağa hə

    • @qarabagazerbaycan4024
      @qarabagazerbaycan4024 3 ปีที่แล้ว

      Bele deputatları uzaqlaşdırıb gör indi kimleri oturdublar İqbal mellim kimi adamların yerine

    • @jermainericky7016
      @jermainericky7016 3 ปีที่แล้ว

      I know Im asking the wrong place but does any of you know a trick to log back into an instagram account?
      I somehow forgot the login password. I love any help you can offer me

    • @yousefabraham8855
      @yousefabraham8855 3 ปีที่แล้ว

      @Jermaine Ricky instablaster :)

  • @anarmemmedov183
    @anarmemmedov183 7 ปีที่แล้ว +48

    Durust sexse adam isteyirki ureyin cixardib versin. Iqbal mellim ve onun kimi duwunen bir nece wexsiyyetdermiz biraz da aktivliyini artirsalar bu yaxin illerde oz temiz ve layiqli postlarini tuta bilerler.
    Bir sozle aferin size Iqbal mellim. En esasi kiwi adamsiz xalq bele kiwilerin arxasindadir.👏👏👏👏

  • @PMAB71
    @PMAB71 5 ปีที่แล้ว +15

    Cox savadlisiz!Hayif Sizden!

  • @pervizeliyev7520
    @pervizeliyev7520 4 ปีที่แล้ว +3

    Iqbal bəy Azərbaycanin Saakaşivilisidi, urəydi urəy💕

  • @ispanispanyali8699
    @ispanispanyali8699 4 ปีที่แล้ว +6

    Gözəl insan gözəl Vəkill hörmətli iqbal mellim

  • @sirzadquliyev209
    @sirzadquliyev209 5 ปีที่แล้ว +27

    Cox açiq sekilde,elmi danisiqlardi.

    • @elvinqasimov9710
      @elvinqasimov9710 4 ปีที่แล้ว

      Vallah hallal ol bu adama baxdinizmi arxada oturan deputat dilini cixardir beyem pis soz daniwdi bu deputat duz deyir yawli bir qadini qoymuwdular ambusman o bu xalqin huququnu nece qorusun

  • @sanurheybatov9347
    @sanurheybatov9347 5 ปีที่แล้ว +8

    Bu insan böyük şəxsiyyətdir, inşAllah İqbal Müəllim prezident olar. Bu mənim şəxsən böyük arzumdur!

  • @yaqubhesenov1737
    @yaqubhesenov1737 4 ปีที่แล้ว +2

    Cox savadli insandi Azerbaycan in gelceyi ucun inkiwaf etmesu ucun bele ogul lazimdi

  • @qadirquliyev_90
    @qadirquliyev_90 5 ปีที่แล้ว +75

    Kişi düz deyirdə

  • @baylartagiyev3493
    @baylartagiyev3493 6 ปีที่แล้ว +128

    İqbal müellim çetin onlar siz deyeni başa düşsün.

  • @turalagalarov4541
    @turalagalarov4541 5 ปีที่แล้ว +11

    Kiwi adamsanda sen vallah allah qorusun seni qardaw isdemiyen insan yoxdu sizi

  • @azeribrahimli6066
    @azeribrahimli6066 6 ปีที่แล้ว +20

    yaşa👍

  • @behluleliyev1676
    @behluleliyev1676 5 ปีที่แล้ว +5

    Size Minetdaram ALLAH Sizi Qorusun .

  • @mushfigaliyev2263
    @mushfigaliyev2263 6 ปีที่แล้ว +205

    Cenab siz prezident olmalısınız.

    • @mahirceferov5043
      @mahirceferov5043 5 ปีที่แล้ว +6

      Su per

    • @feqan-yk6uw
      @feqan-yk6uw 5 ปีที่แล้ว +24

      bu prezident olsa nazirleri kacat eder millet vekillerinide icra bawcilarinida reisleride kankret kacat edecey bu kiwi esl kiwidi

    • @mahir7753
      @mahir7753 4 ปีที่แล้ว +1

      Görün adamı iqtıdarın qara siyahısına sala bilirsiniz

    • @meqiqehrmanov2851
      @meqiqehrmanov2851 4 ปีที่แล้ว +5

      Bir gün Böyük Allahın köməyliyi ilə olacq prezident bu insan

    • @sadagetmiriyeva7441
      @sadagetmiriyeva7441 3 ปีที่แล้ว +1

      Eger bizde edaletli seçki olarsa bu şexs mütləq dövlət başçısı seçile biler

  • @user-up4ov9ii9v
    @user-up4ov9ii9v 5 ปีที่แล้ว +7

    Красавчик!!таких депутатов на бы побольше.

  • @sabinagasanova1299
    @sabinagasanova1299 6 ปีที่แล้ว +6

    Qabiliyyətli insan budur görün götürün gör götür dünyası deyilmi Hər şeyə srazu cavab verir Halaldı Vətənimin oğlu yaşa

  • @sahilmalishov5367
    @sahilmalishov5367 7 ปีที่แล้ว +31

    halal olsun

  • @yusiflenkerani4030
    @yusiflenkerani4030 5 ปีที่แล้ว +9

    Orda bir dene kishi varsa oda sensen Allah seni qorusun

  • @sahinabbasov1780
    @sahinabbasov1780 4 ปีที่แล้ว +2

    Haqqli, edaletli ve savadli. Allah sene can saqliqi versin Iqbal bey.

  • @mehdihesen8776
    @mehdihesen8776 5 ปีที่แล้ว +5

    Allah komeyiviz olsun daima

  • @vagaabbas2532
    @vagaabbas2532 5 ปีที่แล้ว +15

    Halal olsun

  • @niyazzeynaloglu3980
    @niyazzeynaloglu3980 5 ปีที่แล้ว +5

    Məncə bizdə bir-iki deputat var,biri də bu kişidir.Allah qorusun bunu və bununkimilərin.O biriləri qoyun sürüsüdür.

  • @atillaaltay5135
    @atillaaltay5135 5 ปีที่แล้ว +70

    Baliq basdan iylener . İqbal Ağazade prezidentliye namized ol xalq seni destekleyer

    • @feqan-yk6uw
      @feqan-yk6uw 5 ปีที่แล้ว +3

      desteklemedilerde yaltag millet

    • @feqan-yk6uw
      @feqan-yk6uw 5 ปีที่แล้ว +4

      men wexsen bu kiwiye ses verecem namized olsa yene

    • @zaurezimli2914
      @zaurezimli2914 5 ปีที่แล้ว +3

      Qardaş 10.000 insan iqbal yazsa cavab yenə ilham çıxacag o qutudan. Bu ölkənin qanunudu.beyninizi, vaxdınızı, əsəblərinizi boşuna yormuyun. Öz bildiklərini eliyəcəylər onsuz😡

  • @elsevrcfrov5128
    @elsevrcfrov5128 5 ปีที่แล้ว +21

    GƏLƏCƏK PRİZDENT SƏN OLACAQSAN

  • @cingizpapaqci9852
    @cingizpapaqci9852 5 ปีที่แล้ว +5

    Mən sənin uğrunda canimi isde qurban verim sənə sənə hesedem

  • @ugurmemmedov7317
    @ugurmemmedov7317 7 ปีที่แล้ว +57

    men sok olmusam qardas

  • @user-oo5zj3lp3j
    @user-oo5zj3lp3j 4 ปีที่แล้ว +10

    АЗЕРБАЙДЖАНЫ БЕЛЕ ИНСАНЛАР ИДАРЕ ЕТМЕЛИДИР.ХАЛАЛ ОЛСУН ИГБАЛ АГАЗАДАЕ

  • @Ruslan-fu4pn
    @Ruslan-fu4pn 5 ปีที่แล้ว +10

    Orda en axmaxi zeynebdi

  • @IqbalIqbal-bz5mv
    @IqbalIqbal-bz5mv 5 ปีที่แล้ว +4

    Sagolun adas 👍

  • @feridqeribli1768
    @feridqeribli1768 5 ปีที่แล้ว +13

    arxadakı deputat dilini çıxarıb gülür heyif çox heyif gör kimlər var orda

  • @elvinehmedov1220
    @elvinehmedov1220 5 ปีที่แล้ว +12

    Vallah halal olsun size sizden basqalarinin vay halina

  • @qusartvaz4196
    @qusartvaz4196 5 ปีที่แล้ว +12

    ay millət milli məclisdə 2-ci belə deputat varmı?

  • @emintofiqoglutamada4217
    @emintofiqoglutamada4217 5 ปีที่แล้ว +16

    iqbal Bəy, Bu belə çıxır ki, anbusman deyil də, Banbılıusmandı.😃😃😃😃

  • @mudafici7803
    @mudafici7803 5 ปีที่แล้ว +7

    TAMAMİLƏ DOĞRUDUR DÜZ SOZƏ NƏ DEYƏSƏN!!!!👍

  • @ceyhunnasirov9736
    @ceyhunnasirov9736 4 ปีที่แล้ว +2

    Allah sizi və sizikimilerini qorusun Amin İnşallah

  • @vivamusicchanel6978
    @vivamusicchanel6978 5 ปีที่แล้ว +7

    İqbal məllim İnşəallah ki Sizi Prezident görəy

  • @eldar2036
    @eldar2036 4 ปีที่แล้ว

    Çox məntiqli çıxmışdır , halal olsun Sizə !
    Ancaq yanınızda əyləşənlərin bir dəfə də olsun səsini eşitmədik. Yəqin onlar "susmaq qızıldır " misalını özlərinə rəhbər tutublar.

  • @sarvaragayev3386
    @sarvaragayev3386 4 ปีที่แล้ว +1

    Iqbal beye Allahdan mohkem can sagligi arzu edirem

  • @user-em3eh5me1w
    @user-em3eh5me1w 5 ปีที่แล้ว +10

    Halal olsun)cox guldum babat sifetlerine cirpir)))

  • @user-ns1xi6zh3o
    @user-ns1xi6zh3o 5 ปีที่แล้ว +5

    Əhsən . ALLAH səni qorusun şər şeytandan quru böhtandan. (Hollandiya) 😁

  • @ilkinseferli6713
    @ilkinseferli6713 5 ปีที่แล้ว +5

    Allah can sağlığı versin sənə

  • @user-vv4jd2if5l
    @user-vv4jd2if5l 4 ปีที่แล้ว +2

    Allah sizə yar və yardlmçl olsun VƏTƏN OQLU.

  • @a.rmister6170
    @a.rmister6170 3 ปีที่แล้ว +3

    İqbal müəllim💪💪💪 halaldı sizə

  • @melahetmemmedova5708
    @melahetmemmedova5708 4 ปีที่แล้ว +1

    Milli məclisi öz gözəl nitqi, savadı ilə heyranedən, Iqbal Agazadəcəsarətinizə alqış.
    Xalqın sevimlisi
    Allah sizi qorusun.

  • @sevincberdeli1317
    @sevincberdeli1317 5 ปีที่แล้ว +4

    EHSEN SIZE IQBAL BEY SIZE SAATLARCA QULAQ ASMAQDAN YORULMURAM🇦🇿🇦🇿🇦🇿👍👍👍O AMBUSMANA SERAIT YARADAN ELE O.ESEDOVDUR.

  • @user-sh5vm2im9g
    @user-sh5vm2im9g 4 ปีที่แล้ว +4

    Böyrbaşındakı qəhbələr gülür ey Allah sizi qorusun

  • @leylaleyla2007
    @leylaleyla2007 4 ปีที่แล้ว +1

    İqbal beyden Bawqa heç kimi tanımıram orda. Halal olsun size

  • @Retrocars222
    @Retrocars222 5 ปีที่แล้ว +2

    biz sizinle fexr edirik

  • @qarabagfk3824
    @qarabagfk3824 5 ปีที่แล้ว +1

    Halaldir sene bize bele bir adam lazimdir sagol hormetli iqbal melim

  • @elxansmd6658
    @elxansmd6658 5 ปีที่แล้ว +6

    Sağolun iqbal bəy siz bunları hər dəfə sındırırsız amma nədə olsa olar pulun qarşısında sınmış köpəylərdi

  • @Lezqibalasi
    @Lezqibalasi 5 ปีที่แล้ว +3

    Vallah ləzzət eliyir mənə bu kişinin cixislari

  • @rustamaliyev6229
    @rustamaliyev6229 4 ปีที่แล้ว +8

    Allah sizə ömür versin. Sizin kimi çox yox bi 10 nəfər olsaydı yuxarda xan kimi yaşayardıx.

  • @xaveramirov135
    @xaveramirov135 4 ปีที่แล้ว +1

    Sizə halal olsun ! qalanlara holandiya qanunları !

  • @97kohnbaki.47
    @97kohnbaki.47 5 ปีที่แล้ว +1

    Əla təmiz söhbət

  • @nagyevtural6422
    @nagyevtural6422 4 ปีที่แล้ว +1

    Allah uzun omur versin..bey

  • @ayanlaeylencelidunya3627
    @ayanlaeylencelidunya3627 5 ปีที่แล้ว +1

    Halal olsun sizi kimi insana .allah sizi kimi insanlari qorusun. Sizin namizedliyinizi desteklerim. Ewq olsun size deputatlarin coxu goresen xecalet cekirmi size baxanda

  • @sahmuradliyev5518
    @sahmuradliyev5518 7 หลายเดือนก่อน

    ❤ Dahi şəxsiyyət.
    Xalqın Adamı

  • @moondevil6906
    @moondevil6906 4 ปีที่แล้ว +1

    insanin savadina heyran olmamaq mumkun deyil🙏

  • @vuqarhesenov1689
    @vuqarhesenov1689 4 ปีที่แล้ว

    Iqbal Muellim Sizin kimi insanlar lazimdir bu dovletin basina

  • @nofelrustamov8104
    @nofelrustamov8104 4 ปีที่แล้ว +1

    Allah sizdan razi olsun ve sizi o sharafsizlarin sharrindan qorusun.sizi millatimizin vekili oldugunuz kimi ham da edalatli prezidentimiz olmaginizi arzu edirik.olarsiz in sha Allah!

  • @user-zn7fv7pw9w
    @user-zn7fv7pw9w 5 ปีที่แล้ว +16

    Депутат показывает язык, как ребенок, как его там еще держут, клоун.)

  • @perisanqurbanova6737
    @perisanqurbanova6737 5 ปีที่แล้ว +1

    Aye hwlal olsun bu iqbal mellime co sukur cesaretli bir milet vekilimiz var hami gulur orda bilirsuz niye qorxudan heyecanan

  • @nailibrahimov2902
    @nailibrahimov2902 5 ปีที่แล้ว +4

    Arxadaki millət vəkilli dil çixarir🤣🤣🤣

  • @suziata7839
    @suziata7839 5 ปีที่แล้ว +1

    Helal olsun Allah Sizi gorusun

  • @orxantalibzade3083
    @orxantalibzade3083 4 ปีที่แล้ว

    Super insansan sizi kimi veten. Perber oglanara can da qurbandi

  • @user-er7pi3ic4h
    @user-er7pi3ic4h 5 ปีที่แล้ว +2

    Allah sizə kömək olsun İQBAl məllim,qallan prezident vəkillərinə allah insaf versin

  • @NicatAkhmedli
    @NicatAkhmedli 5 ปีที่แล้ว +1

    Hollandia))))HALAL OLSUN IQBAL MUELLIM VAR OLUN...BULAR UTANMASA ONUDA.EDER

  • @tttv9220
    @tttv9220 4 ปีที่แล้ว +1

    Vallah İqbal bey duz ve cesur Adamdı

  • @ruslankazimov7532
    @ruslankazimov7532 4 ปีที่แล้ว +1

    Gozel insan onlar yalniz oz ciblerini duwunur

  • @vusalaxundov8319
    @vusalaxundov8319 5 ปีที่แล้ว +1

    Halal olsun👏👏👏

  • @tonybombei892
    @tonybombei892 4 ปีที่แล้ว +1

    Halal olsun size sizi destekleiyirik🤲🏻🙏

  • @bakilibalasiazeri8590
    @bakilibalasiazeri8590 4 ปีที่แล้ว +1

    ALLAH SENI QORUSUN BEY.

  • @dasqinaliyev5320
    @dasqinaliyev5320 4 ปีที่แล้ว +1

    Çoxdandı arzulayıram ki kaş belə bir liderimiz olardı yada yüksək vəzifədə olardı prezidentin yaxınında

  • @pandaeliyeva34
    @pandaeliyeva34 5 ปีที่แล้ว +1

    Halal olsun size Iqbal Ağazede. Oğulsuz sizinkimi insan azerbaycanda yoxdu.

  • @sarvansalmanov9504
    @sarvansalmanov9504 5 ปีที่แล้ว +1

    Men fexr edirem ki, sizin kimi dahimiz var siz prezdent seçilsez sizin, sesinizin tonu bizi tox eder.en nitret ettiyim.yaltaglıqdı .birde özünü dûşünme

  • @eminmehdiyev6408
    @eminmehdiyev6408 5 ปีที่แล้ว +1

    Çox düzgün dedin, İqbal

  • @nusretkarabul4989
    @nusretkarabul4989 4 ปีที่แล้ว +1

    Allah atovi min defe rehmet elesün

  • @xeyaleorucova4715
    @xeyaleorucova4715 3 ปีที่แล้ว +1

    Heyder Eliyev rehmetlikden sonra sizi Azerbaycanin Prezidenti kimi Iqabal Aqazade,Iqbal muellim,Prezident her menada menevi keyfiyyetlere malik olmalidi.Allah edaletlidi

  • @user-ix3wg1sq5c
    @user-ix3wg1sq5c ปีที่แล้ว

    İqbal bey halal olsun sizə.Sizin kim savadlı xalqını sevən adamı görmək istərdim.

  • @vusalhuseynzad9336
    @vusalhuseynzad9336 5 ปีที่แล้ว +2

    Halaldı sənə vətən oğlu

  • @pashamamedov6773
    @pashamamedov6773 5 ปีที่แล้ว +4

    Kçmiş baş nazır Nemyətfə orad idi deyən.

  • @elvin.musayev9735
    @elvin.musayev9735 4 ปีที่แล้ว +2

    Allah seni var elesin kisi adamsan