Orkhan Zeynalli x Çinarə Məlikzadə - Buz Uşağı (Rəsmi Musiqi Videosu)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Orkhan Zeynalli-nın Çinarə Məlikzadə ilə birgə ifa etdiyi “Buz Uşağı” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya TH-cam-da abunə ol: mikpro.az/ozey...
Prodüser: Clavis
Miksinq və masterinq: Drek
Rejissor: Bahruz Gurbanli
Aktrisa: Nazi Heydərova
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozey...
Instagram: mikpro.az/ozey...
Genius: mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozey...
Sözlər:
[Bənd 1]
Həyətimizdə soyuq hava
Günəş düşür, amma ki pəncərədə soyuq adam
Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm
Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər
Yaralarım çətinləşdirir yolu
Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın
Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
Qar adamlarının böyütmək istəmədiyi buz uşağı
Fəsillər oynadıqca yeni günə nifrət etmək
Səhərlər oyandıqca yanımda dərd var idi
Dərs, bir də ibrət var idi, sən yox idin
Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca
Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım
Gündəlik sevinc vermirdi, kimsə gündəliyimə beş yazanda
Bu gün artıq şaxta baxışlardır öz vədim
Amma ki məktəbin həyətində yolunu çox gözlədim
[Nəqərat]
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
[Bənd 2]
Bütün həyat yolunu mən, bir də tək ana
Zərif olmaq istəyirdim
Amma bu gün poladdan da bərk adam
Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman
Bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən
Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib
Bədən ruha dar geyim
Bütün seçimlərdə sən, səhvlərimdə sən
Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən
Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
Məni incidənləri incitməyə cəsarətim də çatmayanda
Sən yox idin, görəsən, harada idin?
Sən başqa evi isidəndə mən soyuq qarda idim
Səni aparan geniş yollarda, darda idim
Nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin
De görüm, sağmı idin?
Nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin?
[Nəqərat]
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Orkhan Zeynalli tərəfindən ifa olunan “Buz Uşağı” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#OrkhanZeynalli #BuzUşağı #mikpro
4 may Bakı İdman Sarayındakı solo konsertimdə bütün sevilən mahnılar böyük orkestr müşaiyəti ilə ifa olunacaq. Biletlər artıq satışda! Görüşərik❤️
Salam, Sizinlə görüşmək olacaq, yoxsa bu nəzərdə tutulmayıb? İstərdim sizinlə salamlaşım. Çox sağolun.
Görüşərikk🥹⭐️
Kas mart ayinda konsert olsaydi. Almaniyada konsert vermek planiniz var?
Allah mene de orda olmagi nesib elesin😢
Konsertdə görüşərik 🔥
Bu mahnı qayğıdan, sevgi və isti münasibətdən məhrum olmuş bütün buz uşaqlarına həsr olunur. Çalışaq bu soyuqluğu gələcək nəsillərə ötürməyək!💙
Nə yaxşı ki varsan ❤
can
Orkhan & Chinare
Teşekkür edirik 👏
👍
onsuz da hami getdi sen qaldin...
Dəyərli dostum Orxan Zeynallı ilə “ Buz uşağı” proyektini qayğıdan , sevgidən uzaq uşaqlara həsr etmişik. Tək istəyimiz övladlarımızın sevgi, sayqı ,qayğı dolu bir münasibətlər içində böyüməsidir.
Xoş dinləmələr💫
Çox gözəl proyektdir, ancaq bir xaişim var. Bu tərzdə, bu mənanı çatdırmaq istəyən bir mahnı da oğlan uşaqları üçün yazın. Qızlar öndə olduqları qədər, oğlanlar da arxada qalırlar. Və qızlar belə proyektləri görüb ürəklənə bilərlər, amma oğlanlar bunları görüb dərdlərini daha çox basdırırlar, ən azından mən belə fikirləşirəm. Bu tərzdə oğlanlara aid musiqi ancaq "Atalar və oğullar" olaraq görürəm, və isdəmirəm bu say 1də qalsın. Əgər fikirlərimi önəmsəyib oxudunuzsa çox təşəkkür edirəm
Sizin sesiniz adami usaqliqina aparir ❤️
Belə bir layihəni həyata keçirdiyinizə görə ikinizə də minnətdaram. Çox gözəl proyektdi
Çinarə xanım nə yaxşı ki sizin kimi bir ifaçı bizim məmləkətin payına düşüb.Ürəyinizə sağlıq🙏
Masalllah Supeeeerrrrr❤❤❤❤
Qızım bu mahnını dinləməyəcək. Dinləsə də Orxanı sevdiyi üçün💌
Ata sevgisi,qayğısı nece bir şey olduğunu bilmədən böyüyüb ata oldum.Ümid edirəm ki qızlarım üçün istədiyim kimi bir ata ola biləcəm.
Mahnı ilə yanaşı rəylər də çox incitdi ürəyimi. Bir birindən xəbərsiz, başqa evlərdə nə qədər insan eyni və ya bənzər ağrıları yaşayıb öz həyatında və hələ də izlərini daşıyır ruhunda. Ümid edirəm ki bundan sonra sevinclərimiz də eyni olsun və gözəl günlərdən qalan xoş xatirələr birləşdirsin bizi🤍
İllər öncə içimdə susdurmağa çalışdığım o balaca qız uşağının səsi oldu bu mahnı…Təəssüf ki, ata sevgisindən məhrum olmağın necə bir şey olduğunu çox yaxşı bilirəm.Ən pisi də həyatda olduğu halda bu sevgini məndən əsirgəməsi idi) 20 il keçib indi artıq mən özüm qız anasıyam amma hələ də “Ata” adı çəkiləndə susuram.Ona görə çalışın uşaqlarınızı sevgi ilə böyüdün əsas da qızlarınızı.Çünki onlar sevgini sizdən öyrənir, sizi qəhrəmanı kimi görür…
😞💔Düz deyirsiz qəlbi həyatdan qırıq olan qızların səsi oldu bu gün Orxan
Sizin üçün üzüldüm😢😢..Sevgisizlik pis bir şeydi..nələrə yol açır nələrə😢😢
SIZDE MENIM RUHUM SESI OLDUZ BU SOZLERLE.....
Kövrəldim..Yazınıza sağlıq.
Tək deyilsiz çox təəssüfki🖤
Bir gün elə ata olunki,qızınız bunu dinləməsin……
İnşəallah
👍👍👍
💔
hər belə mahnida ilisib qalmaq💔
🚬
Bu mahnı bir gün mənə həsr edilməsin deyə, qızlarımı sonsuzadək bütün dünyadan qoruyacam.
Ata sən hər zaman mənim ən yaralı nöqtəm olaraq qalacaqsan. Kaş ki varkən yoxluğunu görsətməzdin. Kaş ki sevginə bu qədər möhtac buraxmazdın. Kaş ki sahibi olduğun o ailənin dayağı ola bilsə idin..Orxanın da dediyi kimi sən başqa evi isidəndə mən soyuq qarda idim, ata(
soxum ele ataya basi birax ondan adam olmaz
@@turanakrep5659 Başını burax demək asanddir...
Təəssüflər olsun 😢
" Atası tərəfdən qəlbi bir dəfə sinanlar deyib : bədən ruha dar geyim" ...........
Atanin yaninda olmagi vacib deyil. Atalar var ki,bir evin icinde yox kimidir. Varligina sukur edilen atalari Allah var elesin
..
İnşAllah heç bir qız bu mahnıya qulaq asmaqa möhtac qalmaz,qızlarınızı sevin❤
Onların ilk sevgiləri ataları olur,ataları da onları sevmeyende onlar o sevgini başqalarında axtarırlar..
Ata,hər zaman ən çox sevdiyim amma bağışlamadığım insansan sən.Yadındamı hər zaman qalib olanda daha da məni alçatıb sevgi vermədiyin günlər?Sənin o sevgini o "çox sağ ol qızım" sözün üçün həyatımı verdim amma heç vaxt eşitmədim.Ən çox da uşaq vaxtı qızların "atam belə etdi bəs sənin?"sualı idi incidən.Səninlə şam işığında belə yaşayardım amma sən qəlbimizin işığını söndürməyi seçdin.Ən çətini də səninlə şəklimi "qızım"mahnısında paylaşıbda burda olmağımdır.
🥲❤️🩹
Atamın getdiyi gün keçirdiyim sevinc qorxu və yalnızlıq hissinin səsi oldu bu mahnı Orxan Həqiqətən də “5” alanda sevinə bilmirdim.O məktəbin həyətində sinif yoldaşlarımın ataları ilə getməsini izləyəndə atamı çox gözləmişdim. İllərlə özümə etiraf etməyə qorxdum gerçəkləri , gözyaşlarımı anamdan gizlətməyimi ,Sevdiyim sənətkarın ifa etməsi mənim üçün xoş bir hisdir . Həmişə hislərimə toxunmağı bacarırsan. Üstündən 10 il keçsə də hələdə tək qalmağın ağrısını qəlbimdə dərin hiss edirəm . Bütün həyat yolunu mən və tək anam, zərif olmaq istədim amma bu gündə sərt adamam ❤ Balacalıqdan sənin mahnılarında özümü tək hiss etməməyi öyrəndim , buz uşaqlardan sənə sonsuz təşəkkürlər🤎🎞️
İndi Karma menim Atama yaşadır mene yaşatdıgını . Pis terefi de odu ki , buna o dözür men döze bilmirem .
@@elsenmusayev9007 eynən, amma mən dözürəm məncə o buna layiqdir :(
Qəlbi həyatdan və doğmalarından qırıq olan qızların,BUZ UŞAQLARIN 💔 səsi oldun! Orxan təşəkkürlər💙
sənin səsində nostalgiya yaşayırıq...
Bu insanın beynində nələr baş verirki Bu cür əsərlər yazır❤
yasayan bilir
😂😂
İllər ötəcək,bu mahnıları gələcək nəsillər də dinləyəcək. dəyişən sadəcə baxış sayları,bir də youtube daki "... il öncə" sözləri olacaq. nə hislərimiz dəyişəcək,nə musiqi sözləri,nədəki qəlbimizdəki qırıntılar bitişəcək.Konsertlərdə görüşənədək❤
Gedirəm bir yuxarı, yüz aşağı.
Var səbəbi pis uşağın...😒🖤
Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
Qar adamlarının böyütmək istəmədiyi buz uşağı... bu nə gözəl ifadədir axı:)
Nə hisdi açarı olmaq qapısı əbədi bağlı evin...💔
Hər dəfə ruhumuza toxunmağı bacaran Orkhan Zeynalli❤
Anam qollarımda can verəndə 13 yaşım var idi. Atami qucaqlayıb ağlamışdım o gün. O gündən sonra bizə anamın anası baxdı.Aylarca özümə gələ bilməmişdim. Sonra bir gün atamın anamın sağlığından bu yana anamın ən yaxın dostu ilə xəyanət etdiyini bilmişdim. Nənəmə deyəndə bunu mən anana o vaxtı demişdim o atana yaraşdırmamışdı bunu. Atam bizə maddi olaraq korluq çədirmədi. Ama ya mənəvi olaraq? Sevgi vermədi. Mən onun sevgisini üçün həmişə çabalayırdım. Sonra gördüm ki boşuna imiş. Əgər bunu görən ata vəya analar varsa onlara deyirəm: övladınızı sevginizə həsrət buraxmayın axı onların bu həyatda ilk və ən çox sizin sevgi və güvəninizə ehtiyaci olur
Bu Orxanın sənətində dönüş nöqtəsidir. Əməyi keçən hər kəs var olsun
19 ildə heç bir insan mənim həyatımı mənə belə gözəl anlatmamışdı(
"Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
Məni incidənləri incitməyə cəsarətim də çatmayanda
Sən yox idin, görəsən, harada idin?"
:(
Sözləri iliklərimə qədər hiss elədim.❤️🩹 Sözləri başa düşməyən adamlar sadəcə şanslidirlar❤️🩹
Çox dərin cümlədir hər kəs anlamaz bunu. Məndə həmişə deyərdim ki, kimki Orxan Zeynallının mahnılarını başa düşür şanslıdır amma indi deyirəm ki, kimki başa düşmür o şanslıdır.
"Gündəlik sevinc vermirdi kimsə gündəliyimə beş yazanda" Orxan bir daha imzasını atdı🤍
Sağ ol Ata ! Sağ ol ki bu mahnıda olan her sözün her setrin tam eksini mene yaşatdıqın üçün! Nece də şanslıymışam deyerini bilmesəmdə. Amma yenede bu mahnı üreyimi sarsıdır. Çünki çox tez tərk etdin tez getdin .... "Ağlamaq isdəyəndə çiyin axtarırdım sen yox idin ! 💔" kaş olardın . Kaş zamanı geri qaytara bilib daha çox sarılardım sənə....
Çox təəssüf ki, uşaqlıq travması almış uşaqlar və gənclər çoxdur bu ölkədə. Yadımdadır, bir uşaq demişdi ki; Məni boş divara uzun-uzadı baxdıran heç kəsi bağışlamayacam.. 👤
Amma ki məktəbin həyətində yolunu çox gözlədim 🖤
Zaman keçdi,məkan dəyişdi. Amma mən hələdə gözləyirəm))
Sözlər:
[Bənd 1]
Həyətimizdə soyuq hava
Günəş düşür, amma ki pəncərədə soyuq adam
Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm
Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər
Yaralarım çətinləşdirir yolu
Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın
Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
Qar adamlarının böyütmək istəmədiyi buz uşağı
Fəsillər oynadıqca yeni günə nifrət etmək
Səhərlər oyandıqca yanımda dərd var idi
Dərs, bir də ibrət var idi, sən yox idin
Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca
Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım
Gündəlik sevinc vermirdi, kimsə gündəliyimə beş yazanda
Bu gün artıq şaxta baxışlardır öz vədim
Amma ki məktəbin həyətində yolunu çox gözlədim
[Nəqərat]
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
[Bənd 2]
Bütün həyat yolunu mən, bir də tək ana
Zərif olmaq istəyirdim
Amma bu gün poladdan da bərk adam
Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman
Bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən
Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib
Bədən ruha dar geyim
Bütün seçimlərdə sən, səhvlərimdə sən
Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən
Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
Məni incidənləri incitməyə cəsarətim də çatmayanda
Sən yox idin, görəsən, harada idin?
Sən başqa evi isidəndə mən soyuq qarda idim
Səni aparan geniş yollarda, darda idim
Nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin
De görüm, sağmı idin?
Nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin?
[Nəqərat]
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Qaç, yenə gizlən
Görməsin gözlərin yaş
Yenə gözdən
Axmasın, istədim
Mahnılarda, nağıllarda
Orada varam, ağrılarda
Səhv yenə bizdə
Qaç yenə gizlən, görməsin gözlərim...
Atasindan sevgi gormeyen qizlara mahni hesr etdiyiniz ucun təşəkkürler.Her ikinize de sonsuz təşəkkürlər.Bura bu mahni o qizlarin unutduğu etiraf etmediklerini yaşadığı çətinlikləri xatirladir.Sanki bir qayaya fisildayirsan insanlara gostermediyin gizletdiyin hissleri.Atan ucun yox sevgi veren atan olmadigi ucun kederlenirsen.Yoxsa artiq bir muddetden sonra insan ele atalari coxdan qelbinde oldurub basdirir ve unudur.Bilsun bunu ovladina xüsusilə qiz uşaqlarına sevgi vermeyen atalar.Nifret bele etmirsən.Sadece boshluq.Boyuk boshluq..
Nə olar ki Bütün Azərbaycan müğənniləri belə savadlı mahnılar yazalar yoxsa hərəsi alıb əlinə bir şturba başlayıblar astanofka mahnıları oxumaqa.
Musiqi insanı keşmişə aparır düşündürür və zövq verir!👍🖤🌑
👏🏻👏🏻👏🏻
Ötürmək istədiyi mesajı ilə qəlbimə endi bu mahnı)Uşaqlarınızın qorxu ocağı yox,isti qucağı olun🤍
Ağlamaq istəyəndə çiyin axtarırdım.... SƏN YOX İDİN😞
Saniyəsində burdayam🥂❤
Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər💔
Mesaj gəldi sanki qulaq asmaq kimi özümü bilib bəyəndim ( nədi nədi ilklərdən olum)
Atama meni basqasinin sevgisine möhtac qoydugu ucun təşəkkür edirəm heckese guvenmemeyi senen oyrendim
O qeder psixolojim alt ustdu 2aydan sora toyumdu ama men qorxuram xosbextem ey ama sevgisiz o qeder yasamisamki qorxuram alinmaz nese olar oda atamkimi olar sevmez geder 😢😢
Cox tanis hekayedi . Sevdiyim qizin atasi onlari balaca vaxti incitmisdi ve onlarda babasigile kocmusduler . Babasi rəhmətə gedenden sonra butun insanlara inami itmisdi . Cox calisdim o inami qazanmaga mene ele geldi ki inamini qazaniram ama sonra getdi menden ve yene inamsiz kimi gezir ve men onu uzaqdan izlemeye mecburam .
@fairy.handmade99ya keçmək olmur yada yaxınlaşmaq . Ortada bir yerdə qalmışam 😢
@fairy.handmade99 bacardığın qədərdə keçmə
Ayrıca sənə böyük təşəkkür edirəm , Orxan..Sosial mövzuları həmişə belə qabarıq bizlərə və bütün hərkəsə çatdırdığın üçün..Sevilməyinin barmaqla sayılıb bitirilə bilməyən səbəblərindəndə biri budur❤❤..Yaxşıki , gəncliyimizin bir parçası oldunuz..
Uşaqlar atanızın qədrini bilin sonra gec olacaq...nələr olsada nələr olsada o sevgi məndə 2020 də noyabırın 8 i bitdi..qızlar atalarına bağlı olur…amma mən yavaş yavaş səsini unutmuşam artıq ,simasını unutmuşam sadəcə şəkill ərdən xatırlayıram,videolardan xatırlayıram ,duyuram səsini.O kaş ki, o kaşkilər kaş olmaya..
Bunu görən atalar:
-Qızınızı elə sevinki başqasının sevgisinə möhtac qalmasın,nələr olsada o sizin qızınızdı doğmada olsa,ögeydə.Elə ata olunki “Qızınız bu mahnlya qulaq asmağa möhtac qalmasın”.🖤
Bu necə bir hisslərdi belə😮😮😮..
Hər kəliməsi uşaqlıq illərinin necə travmalı və necə belə tez böyüdüklərini gözlər önünə sərir..
Təşəkkür edirəm ❤
Bəziləri Qız uşaqı istəmir.. Amma mən Qızım olduqu üçün çox xosbəxtəm illər keçsə Qızım bunu oxuyar İnseAllah Ata Səni Çox Sevir Nazlım ♥️
Bir bildirişin verdiyi xoşbəxtlik, bir trackin verdiyi kədər😢
O qeder nifret edremki sen vermediyin sevgini başqalarında axtardığım her güne .....ata
Adamln qelbini fəth edən mahnlLardan biri.əziyyəti keçən hər kəsə yəşəkkürLər 👏👏👏
İllər öncə qəlbi qırıq biri olduğumu düşünəndə bu gün yaxşı hiss etməyimin tək səbəbi bağışlamaq oldu.
O balaca səni kim incitmişdisə onu bağışla, içində varsa sevgisi sənə verməsinə izin ver. Qaçma. Gec olmadan bağışla.
Kaş ki, bağışlamaq üçün bir yol olsa...
Nəyin ki bağışlamaq, soyuqluğu nifrəti artıqmasaq😢
Ata, bütün bunların əksini mənə yaşatdığın üçün çox sağ ol. Mənə qatdıqların üçün, yıxılanda məni qaldırdığın üçün, ehtiyacım olanda çiynimdə hər dəfə o əlini tapdığım üçün, məni gözlərinlə, ruhunla, qəlbinlə sevdiyin üçün. Heç vaxt heç nə ilə ödəyə bilməyəcəm qarşılığını. İlk sevgim və tək şansım🤍
Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
Qar adamlarının böyütmək istəmədiyi buz uşağı ✨
Amma ki məktəbin həyətində yolunu çox gözlədim..🤍
Bilirəm burdasan ata qayğisi görməyən qız.Amma sən çox gözəl ana və çox gözəl insansan.O gözəl gözlərin hər zaman gülsün❤
💔❤️🩹
Qürbətdən Bakıya Salamlar,, 4 ildir ayrı qalmaq necə gözəl hissdir Bakıdan, heç vaxt gəlməmək arzusu ilə
Necə də içdən,necə də təsirli...Dərsə gedən buz uşaqları...içi boş qalan qız uşaqları...
Ağlamaq istəyəndə çiyin axtarırdım sən yoxuydun...💔😔
Məni incidənləri incitməyə cəsarətim çatmayanda sən yox idin görəsən harda idin ?!AY ATA😔💔çox yorulmuşam Mahnı sanki hərif hərif həyatımdı....🥀
Hər saniyə gözümün önündə artan bəyənilər..❤ bu mahnını eyni vaxtda dinləyən neçə nəfərik bilmirəm ama hamımız sənə minnətdarıq Orxan
“Əsla bu yazını görməyəcəyini bilirəm ata , amma neçə yaşım olursa olsun səni əsla içdən içə bağışlaya bilməyəcəyimi bil istəyirəm. Sənə qarşı sevgim sonsuzdur amma sevgim nifrətimi əsla üstələməyəcək. Hər daim nifrətim , səndən iyrənməyim üst olacaq bütün xoş hisslərimdən. Sənin ilk göz ağrın mənə , görsədmədiyin sevgiyə görə , bu gün yaşımdan başımdan tez böyüdüm , qocaldım. Həyatımın son gününə qədər dolmayan boşluq , sağalmayan yaram olaraq qalacaqsan Ata).”
Bu sözləri məni 11 il əvvəl qoyub gedən, 18 yaşımda geri dönən anama demək istəyirəm. Həmişə məktəbdə dostlarımın arxasınca valideynlər gələndə tək getdiyim yollar dost oldu mənə.. halbuki onların yerində o qədər olmaq istəmişdim ki. Valideyn iclasına nənəm gedirdi, həmişə yox. Soruşanda anan hanı deyirdim işdə. Son zəng, Universitetə daxil olduğum günlərdə də yanımda olmadığın üçün, təşəkkürlər Əziz sevgisiz Anam, Buz uşağı olaraq yaşamağa davam edirəm sayəndə..
💔
Möhtəşəm! 🖤
Orxan Zeynallı əsərləri = Ruh qidası ❤️
Ruha ruh verən melodi❤
Çoox möhtəşəm və çox dərin mənalıdır🥹❤️
Səni heç vaxt bağışlamayacam ata, bu mahnını iliklərimə qədər hiss elətdirdiyin üçün. Problemlərimlə boğulduğumu görüb səssiz qaldığın üçün, məni sevgindən, qayğından, özündən uzağda buraxdığın üçün səni heç vaxt bağışlamayacam.
Atam mənim canımdı, mənə ən dərin sevgisini verənimdi, tərbiyəmdi, əvəzsizimdi. İki aya onun ölüm il dönümüdü onu hərgün axtarıram, duamdadı və mən onun çiçək qızıyam❤️
Həftələrdi səbəbin bilmədiyim bir qaranlığda itirmişdim özümü.Düşünürdüm axı hər şey normaldı niyə beləyəm.Sonra bu mahnı çıxdı qarşıma.Döndüm geriyə baxdım,baxdım,baxdımm... Və fərqinə vardım ki qəlbimin dərinliyində hələ bağışlamamışam onu...Heç bir qız uşağı sevgisiz böyüdülməməlidi axı.Bəs mən niyə sevgisiz qaldım?
Bu trek sevgisiz böyüyən bir nəslin himni olacaq
Mahnının hər sözünü iliklərimə qədər hiss editdiriyiniz üçün ilk öncə valdeyinlərimə sonrada Orxan bəy və Çinarə xanım sizə təşəkkürlər.
Bir gün elə ata olun ki, qızınız bunu dinləməsin...
"həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər.."
Atasız uşaqların yanında heç vaxt övladınızın üzündən öpməyin ❤️🩹
Aylardır gözlediyim trek😢❤ bilirdim ki en özellerden olacaq❤❤❤❤
Ata, bu günə qədər mənə yaşatdıqların üçün minnətdaram. Arxamda hər zaman dağ olduğun üçün, hər nə olur olsun daim yanımda olduğunçün sənə təşəkkür edirəm..Yaxşı ki, varsan ata, yaxşı ki..♥️🫀
qar adamlara,buz uşaqlara dönməmək ümidi ilə..💗
yaraları deşir bu mahnı...
Çoooox tesirli, çox gözəl, o qədər gözəl ifadə olunub ki, insan heç nə deyə bilmir... Sadəcə sətirlərə göz gəzdirməklə dinləmədən necə təsir edəcəyini anlamışdım.
Çinarə səsində o ağrını mükəmməl yorumlayıb.
Və balaca qız ne gözəl oynayır. Hər detalı ile mükəmməl track 👍👍👍
Ən çox ehtiyacım olduğu anda gəldi bu track. Çox sağ ol,Orxan!
Mənim də...
Düz 5 il muddet idi ki , atamla danışmırdım heyat normal gedir di arada darıxırdım . Her pis olanda yadıma düşürdü yaşadığını bilirdim . Amma düz bir il evvel bir mesaja çökdü bütün içimdeki yaşama sebebi , atamı itirmişdim.Artığ heyatda deyildi , elimi uzatdığımda elimden yapışacağ qeder uzağda idik bir birimize . Mekanın cennet olsun Ata 💔...
“Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib
Bədən ruha dar geyim
Bütün seçimlərdə sən, səhvlərimdə sən
Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən
Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
Məni incidənləri incitməyə cəsarətim də çatmayanda
Sən yox idin, görəsən, harada idin?”❤️🩹
Qar adamlarının böyütmək istəmədiyi Buz Uşağı❤.
“Qar adamlarının böyütmək istəmədiyi buz uşağı” ❤️🩹
Ağlatdın ay Orxan 😢
13 il əvvəl atamla anam bəzi problemlər səbəbindən ayrılmaq qərarına gəlib ayrılıblar.Mən atamı son dəfə 13 il əvvəl bizi nənə evinə gətirəndə görmüşəm.Sadəcə şəkillərdə tanımışam onu.Səsini belə bilmirəm.Həmişə fikirləşmişəm görəsən oda məni düşünürmü heç.Həyatdadır hətta evlidir.Onun başqa bir qızı və oğlu var.Yəqinki mənə vermədiyi sevgini onlara verir.Eynən musiqinizdə dediyi kimi mən və tək anam var.İlk uşağı mənəm amma axtarmır məni.Ata kəliməsini unutmuşam.Elə istəyərdimki çoxca ata kəliməsini işlədim qucaqlayım onu.Ata evin işığıdır.Atasız bütün yük ananın üstünə düşür.Anam çox əziyyət çəkir.Yaxşıki varımdı mənim dünyamdı.Mənə heç bir yoxluq çəkdirməyib.Göz bəbəyi kimi baxıb nənəmgilnən.Allah onları mənə çox görməsin.Məni oxudub böyüdürlər.Əməkləri danılmazdı onları çox amma çox sevirəm.Amma qanayan yaramdı atam.Ana nə qədər olsada ata sevgisi başqa bir şeydir.Heç axtarmır məni eləbil heç yoxmuşam kimi.Arxam dayağım yoxdu təəsüf ki.Heç qardaşım belə yoxdu.Dayım falan var amma ata yerini heç kim verə bilməz.Tək qız uşağıyam.Musiqini eşidəndə eləbil atasızliq hissim yenidən oyandı.İstəyərdimki atam əlimdən tutub məktəbə aparsın məni amma anam aparırdı həmişə.İndi artıq məktəbi bitirirəm bu il.Artıq çox gecdi.Nə vaxtsa məni axtarsa 13 il əvvəl nənə evində qayğısızca qoyub getdiyin qız uşağının ahı səni bağışlamayacaq ata...Mahnını eşidəndə o qədər ağladım ki....Hər kəs istəyər təbii ki xoşbəxt ailəsi olsun amma təəsüf.....Qismət belə imiş.....İçimizdəki atasız qız uşağının keçirdiyi hissləri musiqinizdə səsləndirdiyiniz üçün minnətdaram 🙏❤️
🥹🥹🥹
Bu hissləriniz mənə də tanış gəlir, yaşamışam və musiqiyə qulaq asdıqca gözümün önündən keçdi yaşadıqlarım. Amma ağlamadım, ta ki bu rəyi görənə qədər.🫠
Xoşbəxtliyi deyil, Kədəri bölüşənlər bir-birini anlayar yalnız..
@@metamorphic-13 Gərək belə olmazdı...🥺
“Amma ki məktəbin həyətin də yolunu çox gözlədim”…uşaqların atasının əlindən tutub məktəbə gəlməyini sadəcə izlədim..bu hissi, hətta bütün hissləri yarımçıq yaşamaq ağır oldu mənə Ata…Amma ki yenə də,yaxşı ki varsan)
Yenə ruhumuzu oxumusan Orxan. Təşəkkürlər hər şeyə görə.
Bilmədim hansı sətir daha cox incitdi...💔
Hər sətri iliklərinə qədər hiss etmək.🤦🏼♀️
Görmədiyiniz sevgini,uşaqlarınıza eynisi yaşatmaq əvəzinə sevseydiniz onlarla sevməyi öyrənsəydiz bəlkə heçkimin sevgisinə möhtac olmazdıq..
Gözlədiyimiz ifa🌞
Həmishə kimisə gözlər, nə vaxtsa tərk edilənlər... 🤍
Var səbəbi pis uşağın.)🥲
Mohtesem bir eser
Səsinizi çox bəyənirəm. Elə bir hansısa qüvvə,bir enerji var səsinizdə. Çox möhtəşəm təsir bağışlayır insana. Təşəkkürlər 🤝🙏🏻
Yene eyni track altinda en gozel,en derin hislerle birlesmisik❤
Bu mahnılarda həyat var ....Və bizim buna ehtiyacımız var.Yaradıcıllığa davam ...
Orxan Zeynallı sən mükəmməlsən. 👏🏼👏🏼👏🏼👏🏼👏🏼
Əla!! 👌🏼👌🏼❤️❤️
İkisidə zövqlü və özünə hörmət edən şəxslər ❤❤
Möhtəşəm💘💘💘
Döyüldükdən sonra bu mahnını dinləmək)
Çox sevdiyim iki insan bir arada....