Orkhan Zeynalli ft. Çinarə Məlikzadə - Böyük Ümidlər/Xatirədir
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Orkhan Zeynalli-nın “Böyük Ümidlər/Xatirədir” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya TH-cam-da abunə ol: mikpro.az/ozey...
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozey...
Instagram: mikpro.az/ozey...
Genius: mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozey...
Sözlər:
[Bənd 1]
Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
Bir gün qabaq yox idin, bu gün isə həyatın var
Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma bir azdan bitəcək səslər
Küsmə taleyindən o heç nəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayı azaldıqca azalacaq səslər, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
[Bənd 2]
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
İçimdən səs gəlir
Orkhan Zeynalli tərəfindən ifa olunan “Böyük Ümidlər/Xatirədir” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023
Etiketlər:
#OrkhanZeynalli #BöyükÜmidlər #mikpro
Bu parçanı hər dəfə kiməsə tövsiyə edəndə özüm də gəlib bir daha dinləyirəm... Şedevr, ah əziz xatirələrim.💜
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir🖤
Çox təəssüfki bu bir gerçəkdi. Və çox təəssüfki övladlarmızı da bu ağrıdan bu yaralardan qoruya bilmirik...
@@xyallddinqz9670 öz yaralarımızı sarayaq kı sonra övladlarımızda bizim keçmişimizi yaşamasınlar....
💔
@@ilahag 😐
@@denizqafar Heç istəməzdim övladlarım mənim yaralarmı yaşasın və tək əlimdən gəlıni deyil gücüm çatdığından qat qat artığını edirəm bunun üçün. Amma bəzən neynəsən də olmur çünki ailənin iki sütunu var atalar da anlar qədər qorumalıdı övladları bu yaralardan.... Bizim yaralarmızın sağalmağısa bir ömür yaşadığımız insana bağlıdı.
Bir insan necə bir həyat yaşasın ki bu qədər möhtəşəm bir track bəstələsin. Xüsusilə bu bənd.... Ölkəmdəki minlərlə gəncin demək istəyibdə deyə bilmədiyi cümlələr... Həqiqətən çətin idi, çox çətin..
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq
Həqiqətəndə mükəmməl 👍👍
Eynən xüsulilə də qeyd etdiyiniz bənd😔
Bir sözle möhtesem ❤❤❤❤
Zaman heçnəyi sağaltmır. Sadəcə insan zamanla hərşeyə öyrəşir..🎭
👏 haqqlisiz
Belki o bile mümkün değil. Her an benimle olacak
Супер создер
Beli dogrudur🥺
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Amerikada yaşayıram və hər gün ən azı 3-4 dəfə replay edirəm. Azərbaycan da keçirdiyim uşaqlığım, rəhmətə gedən Atam, dostlarım, ailəm hamısı yadıma düşür və keçmişə, yarım qalan həyatıma aparır. Sadəcə xəyallara dalmağım mənə xoş təsir edir. Bizlər hostla, aidlə, prometeylə böyüdük, formalaşdıq, təhsil aldıq, xaricə üz tutduq. Ona görə də sən bizlərə xitab edə bilirsən sənin tracklarında özümüzü tapırıq. Uğurlar həyatında, işlərində, sənətində Orxan.! Çinarə xanıma da ayrıca ehtiram.!
Naxçıvandan salam!
@@hukuk97 Aleykum salam Amerikadan da doğma yurda, Naxçıvana salamlar.!
"Çətin idi xoşbəxtlərin arasında qarışıb, azmaq,
Çətin idi mənim ailəm mövzusunda inşa yazmaq" . Sizi televiziyada da görmək istəyirik❤
"Çətin idi özgəsindən qayğı tələb etmək"
İçimdə nə illər əvvəl ki insan, nə də illər sonra olmaq istədiyim insan var.
👏👍
Çinarə Məlikzadəni ilk dəfə idi dinləyirdim, dünya səviyyəli canlı performans göstərdi. Konsertdən ən çox yadımda qalan bu ifa idi.
Bu sunileşmiş dünyada sizin ifalarınız bize gerçəkləri xatırladır . Yaxşı ki sizlər kimi ifaçılar sənətçilər var .
👍👍👍
İmkanım olsa konserlerini kaçırmam. Çok kaliteli bir sanatçısın.
Əzizlərim, bu nə idi dinlədim ? Sizin kimi soydaşlarım olduğu üçün qürur duydum. İkiniz də möh tə şəm siniz ! VAR OLUN !
Elə bir yaşa catmişiq ki, ne valideynlər,nə müəllimlər buraxdığımız səhvləri bizə başa salır.Artiq səhvlərimizə görə həyat bizi cəzalandırır...
Kirpiyə döndüm.. Bu nə səs, bu nə sözlər,bu nə keyfiyyət...Möhtəşəm!..
🤣
Gözlərimiz Önündə Yaşlanan Sənətkar Orxan Zeynallı❤
Konsertdə gözü dolaraq canlı dinləyənlər...🤍
Konsertə gedə bilmədiyinə görə gözü dolanlar🥺
Konserte getdiyini bildirmedin heç.
@@NIko9394 Məncə mahnını dinləyin, commentləri o qədər də ürəyinizə salmayın.
Konsertin olduğundan heç xəbərim yox idi 🤷 gəncliyim bu qrupun mahnıları ilə keçib, heyif, illər sonra canlı izləmək qismət olmadı ☹️
1:0 öndəyikk💙
Replə muğam birləşəndə hər zaman möhtəşəm bir şey ortaya çıxır. Tək sözlə möhtəşəmm)))
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir.
Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir:)
"Adam qayıdıb keçmişə yenidən böyümək istiyir"...
Özü də necə qayıtmaq istəyir, kaş qaytarmaq olardı keçmişi yenidən böyümək üçün kaş ki elə bir zaman maşını olardı, kaş ki ....
Boyumemek😢
Kaş
İnsan zamanla hər çərçivəyə sığan varlıqdır 🕯
😢
Necə gözəl sözdür. 😢
🚬🚬🚬
2:46 Bütün inşalardan 5 alırdım . Yeganə inşa idi ki həmin gün 2 almışdım. Hardan başlıyım nə yazım bilmirdim. Xoşbəxt başlanğıcları ayrılıqlı sonla tamamlamag istəmirdim. Bütün sinifin həvəslə yazdığı inşada mənim sakit qalmağım ədalətsizlik deyil ? İndi evə gedirəm , anamın hazırladığı yeməkdən yeyib , atamla günümün necə keçməsini müzakirə edəcəm. Hər şey düzəlib amma hələdə bir mahnının bir misrası bəs edir mənə xatırlamağa :) Övladlarınızın yaddaşında onlara travma qalmayacag həyat yaşadın. Sizdən geriyə böyük ümidlər bəslədiyiniz uşaglarınızda sadəcə xatirəniz qalacag .
🥀
Ailədən alınan travmalar unudulmur hecvaxt...
Çox gözəl yazmısınız
Kaş bu musuqidəki hər sözü hər kəlməni sümüklərmizə qədər sızlayaraq hiss etməyəydik...
Yenə qulaqdan yox damardan qəbul edirik)
"Çətin idi özgələrdən qayğı tələb etmək,
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq,
Çətin idi mənim ailəm mövzusunda inşa yazmaq"❤️🩹
Küsmə taleyindən o heç nəyi etmir qəsdən.....🍂
Bu sözləri gözünüzü bağlayıb təsəvvür edin ciddən gözümüzün önünə gəldikcə göz damlasının axması imkansızdı...
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Bu qədər şərhin içindən inanmıram mənim şərhim qarşına çıxa,oxuyasan amma beynimdəki səslər susmur, sənin eşqin dinmir İlkin.Alınmır olmur,bir insan hər şeydən mi əksik qalar?Ailədən,eşqdən,dostdan əksik qalarmı insan? Qalarmış... Bəzən insan öz uçurumda tək qalarmış özünü həyata bağlamaq üçün özü tutunarmış heç kimdən kömək almadan,heç kimə bağlanmadan tutunarmış.Bəzən ailədən görmədiyi sevgisini başqa birində axtararmış və dünyanın ən xoşbəxti sanarmış özünü,11 ay əvvələ qədər belə sanırdım.1 ilə az qalıb bax,indi tam anlamıyla həyatımda əksiklik hiss edirəm.Sən yoxsan,biz yoxuq İlkin.Sənin üçün çox darıxıram.Bir insanın yoxluğu həyatımda nə qədər dəyişiklik edərmiş?
Niyə çıxdıq yola biz?Əgər yarı yolda buraxacaqdınsa niyə çıxdıq?Çox yalnız hiss edirəm özümü,kaş yanımda olardın etdiyin hər şeyə rəğmən yanımda olardın,İlkin.Olmadı.Alınmadı,Bacarmadıq biz...
Küsme taleyindən o heçneyi etmir qesden
🥹❤️🩹
Hardasa eyni hisləri 11 il yaşamiş biri var və hələdə bu əzabla yaşamağa davam edir..!
Allah bəndəsinə kifayətdir! Allah tapan insanın heç bir insana ehtiyacı olmur.Allah üçün bir insan sevgisini tərk etmədikcə , insan üçün Allah sevgisini tərk etmisən deməkdir.
Ümid edirəm indi çox yaxşısınız,Əsmər
Orxan Salam, sən biz Azərbaycan gəncliyinə bəxş edilmiş bir nemətsən.
Kaş yeniden konsertde oxusaydılar.. dinləyicilərə ən çox təsir edən parçalardandır…
Kaş ki!
Orxan bəyin mənalı, düşündürücü sözləri və Çinarə xanımın gözəl səsi, xatirədir mahnısı ilə ..bir sözlə möhtəşəm
Haradandır ən ümidsiz vəziyyətdə bu qədər enerji?
“Ən böyük ümidlər ən böyük ümidsizliklərdən doğur”
Oysa ki, "böyük ümidlər" yaşamağa həvəs yaradırdı.. amma onlar indi nə yaşayır nə də ümidləri var..🥀
Əzizim Orxan, bu mesajı oxuyarsansa bilməni istərəm ki, uşaqlığımın potensial təməlini və mövzuya, dünyaya baxış bucağımı dəyişdirən ilklərdənsən. Səni və dəyərlimiz Elxanı hər zaman düşüncəmdə və xatirəmdə ruhuma əmanət tək qoruyub saxlayacam. Bir vaxt track'lərində deyərdin mən böyümüşəm.. indi mən böyümüşəm, sən yaşlanmısan gənc adam! ❤
"Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik"
"Uşaqlar var Valideyin əvəzi böyüyüb qardaşıyla"😶🌫️
👍
👍
🫠
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayı azaldıqca azalacaq səslər.
Bütün keçmiş geleceyi sizin mahnılarda tapmaq💙
Mahnilardan çixmaq lazim həyata davam elemek lazimdi...
@@mahir.02 siz demesez bilmirdim:) təşəkkürlər
@@ilduzemammadli8768 xosdur gözel insan
Bütün konsertlərin may ayında olması…🩵
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
hansi seviyye dili mukemmel bilesen, heyati derk edesen, dunyani hiss edesen, insan olasan ki bele track yaradasan
Sehid analari yadima dusdu, Sehid usaqlari... 🙁
Hər zaman ki, kimi anılarımızı sizinlə anırıq. Mükəmməl ötəsi❤
Həqiqi mənada o qədər gözəl bir ifadır ki, sözlərdə elə balaca mesajlar var ki.. Çox gözəl və duyğu yüklü olan bir mahnıdır. Orkhan Zeynallının mahnıları mükəmməldir.
Çinarəon səsi sanki acılar içində çırpınan bir dəryanın dalğaları, Orxanın sözləri bu dalğalarda çırpınan bir qayıqdı sanki....
Ağlatdı bu trek meni
Dinləndiyində yaşatdığı duyğular sözlə ifdə olunmayacaq qədər mükəmməldir. Bu qədər süniliyin ucuzlaşmış (sənətlərin) və dünyanın başına dayanmadan dövrə vuran yalanların içində nə yaxşı ki gerçəksiz nə yaxşı ki varsız hər zaman var olun!❤️
Kiçik yaşda yaşadıglarımız boyudukcə canımızdan min əziyyətlə çıxır.yaşa doldugca daha agrılı olur...
Küsmə taleyindən o heç nəyi etmir qəsdən🦋💙
Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
Bir gün qabaq yox idin, bu gün isə həyatın var
Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma bir azdan bitəcək səslər
Küsmə talehindən o heç nəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayi azaldıqca azalacaq səslər
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gələcək nəsillərə böyük nifrət bəsləyir
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır.
👌👍
Əhsən!!! Sözləri mənalıdı... Budur sənət, budur istedad!!!! Sonu möhtəşəm....
Gözümü bağlayıb dinlədim o səsləri
*Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq..*
*14.06.2023.*
*16:58*
Zaman heçnəyi gizlətmir, zaman heçnəyi sağaltmır ) gizlətdiyin acılar bir gün mütləq ortaya çıxar 1:12
Mükəmməl performans..Çinarənin ifası möhtəşəmm🥺.Halal olsun sənə dağlı qızı❤
Bir Azerbaycan Türk'ü tanıdım. Ve bu benim için bir ayrıcalık gibi 🤍
Bəzən hər şey maddiyat olmur. Sənə artıq dərəcədə maddi dəsdək olsada. Mənəvi olmadıqdan sonra heç bir dəyəri olmur. Başqasınl sevərkən məni vurmağını heç vaxt bağışlamayacam və gələcəkdə qızım üçün daha yaxşı valideyn olacam bu sözü özümə və gələcəkdəki övladıma verirəm.
Bu tracki belə dərindən anlamaq istəməzdim.🖤
Övladım olanda Orxan trecklerinə qulaq asdırmamış ölmək istəmirəm. İçimiz ağladı🙌🏿🖤 Allah əziyyətivi qiymətləndirsin. Çinarə xanım alqışalayiqdir🖤
Bilmirəm sözə haradan başlayım, necə başlayım.. Hər şey o qədər qəribədir ki. İnsanlar 'uşaq' desə də, mən bu 18 il müddətində yaşadıqlarımı bəlkə də çox insan bu qədər qısa vaxtda yaşamayıb. Həyatda həmişə pis hadisələr olmur, düzdü. Amma yaxşı anlarım o qədər azdır ki, heç yadıma belə gəlmirlər. Bilirəm, mənim yaşadıqlarım heç kimin vecinə deyil, amma içimi sadəcə bura tökə bilirəm..
Bu dünyaya göz açandan bəri, ailə problemləri ilə yaşamışam. Çoxları üçün bu normal gələ bilər, amma mənim üçün elə deyildi. Bu hər zaman olanlardan çox, çox fərqli idi. Mən də istəyərdim ailəm məni çox sevsin, qayğı göstərsin. Hər kəs kariyerası üçün çalışıb oxuyarkən, mən ən çox bu evdən qurtulmaq üçün çalışdım. Və buna nail oldum. Hər gün dərsə getmək üçün evdən çıxanda, hər zaman ilk bu mahnıya qulaq asırdım. Həmişə mənimlə eyni yoldan keçən ata və qızı olurdu. Nə vaxt onları görsəm üzlərində bir gülüş var idi. Qızın adətən gözləri parlayırdı atasına baxanda. Həmişə yolda belə valideyn və uşağını gördükdə həsət aparırdım. Mənim atam niyə belə deyildi? Mən nə günah işlədim ki, atamla aramızda bu cür bağımız olmadı? Və neçə-neçə buna bənzər suallar.. Amma heç vaxt buna görə özümü günahlandırmadım. Həmişə atamla vaxt keçirməyə çalışdım. Amma alınmadı. Həqiqətən valideyn yaraları dəriyə hopmuş yaralar kimidir.
Sevdiyim bir oğlan var idi, ilk dəfə sevgini onunla yaşamışdım. Atamda görmədiyim sevgini onda gördüm. Ona sığındım. Ad günüm olan gün əsgərliyə gedəndə necə ağladığımı bir mən bilirəm.. Amma onunla da atama görə əlaqəmi kəsdim.. Hələ də unutmamışam, unuda bilmərəm. Ondan sonra heç kimlə danışmadım. Bu ay qayıdacaq, çox istəyirəm onu görüm. O qədər darıxmışam ki. Qoxusu, gülüşü, gözləri üçün..
Evdə hər gün dava-dalaş, qab qırılma səsləri.. Bu səslərdən uzaq olmaq üçün səhər tezdən dərsə gedirdim, 2 dərsim olsa da mən 3 cü dərsdə boş otururdum, kitab oxuyurdum. Sırf evə gec getmək üçün. Dizimi qucaqlayıb, gözümü bağlayıb dinləyirdim o səsləri. Yolda, metroda, avtobusda gözlərim dolanda özümü saxlayırdım. Hamıya güclü görünməyə çalışırdım, həmişə gülərüz idim, amma nə fayda? Çox duyğusal idim, bircə kəlməyə belə ağlayırdım. Bir neçə dəfə int!har etmək fikrinə düşdüm. Amma anam var idi. Taleyimə küsmədim, bu da bir imtahandır deyib səbr elədim. Amma son zamanlar çox yorğun hissedirəm. Artıq ağlaya bilmirəm, duyğularım sönüb sanki. Həmişə hər yerdə parlayan, zarafatları ilə insanları güldürən o qız yoxdu daha. Bəzi insanlar indiki zamandan bezib uşaq olmaq istəyir. Mənim uşaqlığım belə yaxşı keçməyib. Ona görə də indi çalışıb içimdəki uşağı öldürməməyə çalışıram. Çox şey istəməmişdim. Sevgi istəmişdim. Sadəcə sevgi, qayğı. Amma "çətin idi özgələrdən qayğı tələb etmək."
Sevdiyiniz oglan əsgərlikdən gəldi? Əgər oda sizi sevirsə çalışın heç kimə görə sevdiyinizdən ayrılmayın .Hələdə atanıza gorə heç ayrılmayın .Çox istərdimki uşaqlıgınızda yaşaya bilmədiyiniz xoşbəxtliyi sevdiyinizlə gələcəkdə uşaqlarınızla yaşayasınız
@@dnizsahil4872 Aha gəlib, yanvarın 10'da. Ad günümdə yazdı, nə üçün ayrıldığımı dedim, barışdıq. Görüşdük, inanırsınız o qədər darıxmışdım ki.. Çox xoşbəxtəm🥺 Diqqətiniz üçün təşəkkür edirəm 💕
@@dnizsahil4872 Aha, yanvarın 10-u gəldi. Ad günümdə yazdı, olanları danışdım anlayışla qarşıladı. Barışdıq, görüşdük. İnanırsınız o qədər darıxmışdım ki..🥺 indi çox xoşbəxtəm. Diqqətiniz üçün təşəkkür edirəm 💗
Heçnə üçün yox bir gün valdeyinlərimi itirəcəyim ağlıma gələndə həyatım qaralır😞
Bir Çinarə keyfiyyəti. Orxan qardaşımız da möhtəşəm.
Səsinizin verdiyi o gözəl hisləri ifadə etmək mümkün deyil, gözəl insan. Sizintək insanlar, bu dünyaya vergidir, həqiqətən. Səsinizin, ritminizin cana bəxş etdiyi rahadcılığ var, bunun üçün əbədi zirvədəsiniz siz. Dahada böyük yerlərə, Orxan Əmi. 🖤👑
5 deqiqelik ifa bütün heyativi oxuyur sanki.... Halal olsun dəyərli insan. Sadəcə mükəmməl 👍
O qədər Böyük Ümidlərimizi,arzularımızı bir Xatirə kimi basdırdıq ki içimizdə ...
Sözlər sadəcə bir dəryadır, acı həyatın gözardı etdiyimiz gerçəkləri var kəlmələrdə😢
Defelerle bezmeden usanmadan yorulmadan dinlediyim track .Mohteshemsiz Orxan bey.Chinare xanim sesi ise ruhumuzu bele titredir ❤
İşdə qulaq asmaq və hamıdan göz yaşlarını gizlətməyə çalışmaq…😢
Eynən...
Orhanın səsi məni getmək istəmədiyim yerə aparır
Adamı qayıdıb keçmişə yenidən böyümək istəyir..necə də ürəyimizdən xəbər verirsən ❤
Bu cur senetcilere destek olun ey azad insanlar ey azadliqda olanlar ) 10 ilin mehbusundan bir tovsiye qardash yana 🤗❤️
Xatirlatdi kecmiwi ve Hostu Darixdim kecmiw ucun.O tozlu kuceler mehriban weherim . Tewekkur edirem Orxan
Mukemmel insanlari arasdirsaniz en cetinlerin icinden cixib
Cetinliklerden qorxmayin
Sevin o gunleri severek yasayin cunki duzgun aldiginiz dersler sizi MUKEMMEL EDECEK!
Cox gozel ifadir ,usaglıgım gencliyim hostun mahnılaryla kecib,Orxanın gözel yerlere gelmesi çox sevindiricidir🙂
Gözü dolu süfrədə oturmaq. Düyünlənmiş boğazdan bir tikənin belə keçə bilməməsi. Yastığa başını qoyduqda o yaşların özünü buraxması. Səhər durub o gecədən qalma yaşlarla məktəbə getmək..
Çinarə Məlikzadənin səsi çox gözəl yaraşır nəqarətə❤
Nece menali yazir . Yaralarimiz cox derindi 😢
İçdən içə bağırırıq ama üzdə sadəcə gözler dolur💔
İki istedad iki mohtesem bacariq. Ehsen size sadece bravo
Zövq aldım, çox gözəl alınıb, hər ikinizin səsinizə qüvvət 💙
Iller sonra dinledim ve ilk defe idi ki ichden dedim:"Kash ki,Boyumezdim,kash ki ger done bileydim"...Kash kilerle yashamagi arzulamiram hech kese,dushmenime bele.
Gozumun nurunu qoydum bu ifade .Canli ifade ayri bir agladim ureyim yana yana . Bir adadir Sevgimiz her yani xatiredir . 😔
Möhtəşəmsiniz, Orxan Zeynallı və Çinarə Məlikzadə❤
En cox tesir eden bu soz oldu """ Gözümü bagladim,dinledim o sessleri""""
Cox sagolki bunu xatirlatdin helede sessleri dinleyirem😢😢😢
Bu şərhlər olan bölgə mənim üçün çox doğma sayılır çünki biz burda daxili dünyamızı ifadə edirik. Şərhlərdə olan şəxsləri tanımasamda sanki hamımız bir eyni bir duyğusal aləmin içindəyik
Track e gulaq asdiqca kechmishe donmek yashanmish heyatin her anini yada salmaq gozel anlar yashadir. Halal olsun Orxan.
Bu mahnının sözləri üçün sizə təşəkkür edirik, Orxan! Çoxlarının söyləyə bilmədiyini söylədiyiniz üçün.
Sadəcə mükəmməl 🩷
Keyfiyyət hər zaman öndədir!
15 mayda canlı dinləyəndə kaş ki bu versiyası da yayımlansın demişdim çox möhtəşəmdir!!!! ❤🩹
Mohtesem 👍 heyif o konsertde olmamisam
Filmi də möhtəşəm filmdir. Böyük ümidlər. Musiqisi isə həqiqətən şedvr musiqidir. Adamın ruhunu dinləndirir.
Möhtəşəm, çox möhtəşəmdir... 😢😢
Canlı dinləmişdim bunu konsertdə və ağlamışdım….😞
Həmişəki kimi tək sözlə möhtəşəm konsert alınıb,özəlliklə Çinarə xanımın çıxışı çox içdəndir❤
Bu konsere gitmisdim.Nedense cocuklugum aklima geldi bu sarkida ve cidden sevdiginden degilde senden ayri olanlardan sevgi beklemek ne zor bir sey bu sarkida daha iyi anlamisdim.
Bu mahnini konsertde yaşadim təşəkkürlər Orxan Ruhumuzu mənalı mahnılar ilə qidalandırdığın üçün çox sağol!
Bədənim biz-biz, qəlbimdə sancı, gözlərimdə yaş dinlədim
Nəyə lazım idi ki, qulaq asdım ağladım bu qədər. Çoox qəşəngdiiii 😪
Bəlkə də heç kimin günahı yoxdur hərşeydə mən günahkaram
Eləsidə varki atasından sevgi gözləmək böyük minnət tələb edir. Sənə gösdərmədiyi sevgini başqasına gösdərir. Hər şey maddiyat deyil. Bəzən sevgidə lazımdı, məgər biz uşaq deyilik?
Musiqi, tar, ifacılar hamısı möhtəşəm ifa ediblər 👍Afərin
Evimdə belə gözlərim dola-dola dinlədim..