Cəzasız tərbiyə üçün 10 səbəb - Uşaq psixologiyası

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Uşaq tərbiyəsi ilə bağlı ən çox istifadə edilən metodlardan biri cəza metodudur.
    Yaxşı, bu metod nə dərəcədə düzgündür?
    Bu videoda bu məsələ haqqında danışdıq.
    Cəzanın nəticələrini 10 maddədə topladıq.
    Faydalı olması ümidi ilə...
    Bu kanalda uşaq tərbiyəsi, uşaqlarla münasibətlərdə yol verilən xətalar, bu xətalardan çıxış yolları, böyüklərlə bağlı psixoloji mövzular və s. tipli məsələlər psixoloji aspektdən müzakirə olunur.
    Kanalımıza abunə olmaqla videolarımızdan mütəmadi olaraq xəbərdar olacaqsınız.
    Şərh bölümündə sizi maraqlandıran sualları qeyd edin. Gələcək videolarımızda bu suallara cavablar verməyə çalışacağıq.
    0-4 yaş arası uşaqlara aid videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvI
    Etibarlı bağlanma haqqındakı videolarımızı izləmək üçün linkə keçid edin:
    • Körpələr də başa düşür...
    İnstagram canlı yayım videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvK
    Yeniyetməlik dövrü ilə bağlı videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvO
    Sosial media hesablarımız:
    İnstagram: tek.link/NfvQ
    Facebook: tek.link/NfvT
    Psixoloq Elmir İsgəndərovla 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

ความคิดเห็น • 70

  • @rushanatrlan266
    @rushanatrlan266 ปีที่แล้ว +7

    Dəyərli məsləhətlərinize görə minnətdaram kaşki sizi bir neçə il əvvəl tanımış olardım...her kelimede haqlısınız...

  • @denizibrahimov7454
    @denizibrahimov7454 ปีที่แล้ว +7

    İmtahan heyacanini nece yenməli vidyosuda çəksəz çox gözəl olar

  • @tamaranesibova7340
    @tamaranesibova7340 ปีที่แล้ว +1

    Çoox sag olun müəllim Allah sizi qorusun çoox dəyərli məsləhətlər 1 ,2 günlik deyil ömurlük vicdanlı insan yetişdirməyimizə sahib olursunuz.

  • @cimnazsalamqz474
    @cimnazsalamqz474 ปีที่แล้ว +2

    Çox sağ olun

  • @abuabdullahismaylov5719
    @abuabdullahismaylov5719 ปีที่แล้ว +4

    Dəyərli məsləhətlərinizə görə Allah razı olsun çox sağolun var olun. Allah sizə bərəkət versin. Əmin.

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Təşəkkürlər...

    • @sevincabdul7327
      @sevincabdul7327 ปีที่แล้ว

      ​@@psixoloqelmirisgenderov salam.menim 5 yaşında qızım var məktəbə hazırlığa gedir məktəbde özünü müdafiə edə bilmir kimse nese dese elindeki eşyaya zərər verirsə və s yox deyənmir eleme deyənmir içində çəkir evde ağlayır məndə hirslənirem ki evdə ele deyilsen

    • @sevincabdul7327
      @sevincabdul7327 ปีที่แล้ว

      ​@@psixoloqelmirisgenderov mən necə edim ki uşaq özünü müdafiə eləsin diri olsun qorxaq olmasin

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Salam. Bu məsələyə bu cür yanaşmaq düzgün deyil. Rahat və sərbəst buraxmaq lazımdır. Özü həyatı öyrənəcək. Evdə gəlib ağlayanda da məsləhət vermək, hirslənmək əvəzinə, onu başa düşmək daha yaxşı olar. Bunun üçün fərdi müraciət edib konsultasiya da ala bilərsiniz. Burada məsələ uşağın davranışları deyil, sizin ona düzgün yanaşmağınızdır.

    • @sevincabdul7327
      @sevincabdul7327 ปีที่แล้ว

      ​@@psixoloqelmirisgenderov heyif ki rayonda oluram müraciət alınmır her gün evden tez çıxır deyirəm sırada duranda aicaze verme kimse seni keçsin yenə de bundan sora gelen uşaqlar bunun önüne keçir özünü müdafiə edenmir qorxur buda mene təsir edir axı hemise ki uşağı böyüyende de hemise onu ezecekler falan buna görə ne edim bilmirəm ki öz güven olsun qorxaq olmasın

  • @VelyeddinovMehyeddin55
    @VelyeddinovMehyeddin55 ปีที่แล้ว +1

    Çox sağ olun Elmir doxdur allah sizdən razı olsun çox gözəl məsləhət verirsiz uşağa qarşı münasibətim necə dəyişir yaxşıya doğru. Uşaqlıqda özümə qarşı olan pisxaloji tramalardı hamısı üzə çıxıb 🤦‍♀️indi indi dərk edirəm həyqətən çox sağ olun 🤲🤲🤲🤲

  • @tevhidtevhid1951
    @tevhidtevhid1951 ปีที่แล้ว +1

    Cox sagolun.

  • @bahramcabbarov1840
    @bahramcabbarov1840 ปีที่แล้ว +7

    Valdeyinin psixologiyasi yerinde olsa uşagin da psixologiyasi yerinde olar...

  • @simaqurbanova6453
    @simaqurbanova6453 ปีที่แล้ว +6

    En gozeli uwag dunyaya getirmemekdir.

  • @saida2399
    @saida2399 ปีที่แล้ว +1

    🙏👍

  • @FIRUZNCFOVA-qh8zi
    @FIRUZNCFOVA-qh8zi ปีที่แล้ว +3

    SALAM XAHIŞ EDIREM YENITETME DOVRUNU KEÇMIŞ INSANLARDA PIS VERDIŞLERDEN UZAQLAŞDIRMANIN YOLLARINI İZAH EDERDINIZ.

  • @TurkanMustafazade
    @TurkanMustafazade ปีที่แล้ว +4

    Cox sag olun Nomrə1 psixoloqq

  • @VNur169
    @VNur169 ปีที่แล้ว +2

    Çoxxx gözəlll😊

  • @sensizgunler6622
    @sensizgunler6622 ปีที่แล้ว +2

    Hörmətli Elmir muellim sizin davranış qaydalari kitabiniz var ister valideyin olarag ister böyuklerin özunu inkişaf etdirmə üçün ?əgər varsada adlarini deyerdiz alib bəhrənək.

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      "Diqqət, evdə uşaq var" adlı kitabımız 2018-ci ildə nəşr olundu. Lakin artıq satışı bitib. Bu il ikinci dəfə nəşr etdirməyi planlaşdırırıq. Səhifələrimizdə bu haqda məlumat verəcəyik.

  • @zeynbabbaszad3250
    @zeynbabbaszad3250 2 หลายเดือนก่อน

    Salam .Çox xahiş edirəm cəzasız nə edə bilərik bu barədə videolar çəkin.Məsələn uşaq pis söz işlədirsə necə davranaq.Ya da səhv hərəkət edirsə necə davranaq?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  2 หลายเดือนก่อน

      Salam. Demək olar, bütün videolarımız uşaqlarla düzgün davranış qaydaları haqqındadır.

  • @Ødinbs7
    @Ødinbs7 11 หลายเดือนก่อน

  • @sadiqli4313
    @sadiqli4313 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @elnureceferova1165
    @elnureceferova1165 ปีที่แล้ว

    Salam Elmir bəy .Dəyərli məsləhətləriniz üçün çox sağ olun. Oğlumun 13 yaşı var. Dırnaq yeyir ,bir az aqressivliyədə var. Sizin yanınıza gətirmək düşünürüy.bu barədə məlumatlandıra bilərsiz bizi .Zəhmət olmasa. Neçə əlaqə saxlayaq?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Salam. Bizimlə 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

    • @gunelrustemova2883
      @gunelrustemova2883 ปีที่แล้ว

      Salam apardiz Uşagi həkimin qəbuluna eyni bizim uşaq yaşdadi bizim uşaqda da bu problemlər var

  • @avazquliyev668
    @avazquliyev668 9 หลายเดือนก่อน

    Salam. Sizi dinleyirəm.oglymun 11 yasi var,cox kobud agresivdi. Bomba kimi tez partlayir sonra pesman da olur. Məcbur olub onu vururuam sakitlesir 😢

  • @ilahehesenli7705
    @ilahehesenli7705 ปีที่แล้ว

    Salam Elmir bəy..çox xahiş edirəm mənə yol göstərin..2ci qızım doğulandan sonra böyük qızıma(3 yaş) vaxt ayıra bilmirəm.bu səbəbdən bağçaya qoydum.Özü heçnə ilə maraqlanmırdı,ancaq tvyə baxmaq istəyirdi bütün günü..bağçaya gedəndən mənə qarşı aqressivdi.bağçaya öyrəşib,orda rahatdı,ama mənim heç bir sözümü eşitmir..halbuki həmişə sözlə başa düşən uşaq olub.indi heç cür söz eşitmir.sakit dillə başa salıram olmur heç cür.səsimi qaldırıram,vecinə almır.burda yaza bilməyəcəyim pis vərdişi var,eləmə olmaz dedikcə gizlincə edir..nə edəcəyimi bilmirəm..

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว +1

      Salam. Bir çox məsələlər yanlış olub. Bunlara vaxtında müdaxilə etməsəniz, sonra daha çətin olacaq. Tövsiyə edirəm ki, bir psixoloqa müraciət edib konsultasiya alasınız.

  • @tevhidtevhid1951
    @tevhidtevhid1951 ปีที่แล้ว

    Elmir bey bu xahisim ne qeder uygundur bilmirem ancaq cox ehtiyacim oldugu ve size guvendiyim ucun yenede yazmaq istedim. Bir qadin psixoloq meslehet gore bilersinizmi?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Bununla bağlı 0704040434 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

    • @tevhidtevhid1951
      @tevhidtevhid1951 ปีที่แล้ว

      Tesekkur edirem@@psixoloqelmirisgenderov

  • @elmir5552
    @elmir5552 ปีที่แล้ว

    Salam hormetli doxdur mene deyerdiz menim oqlumun suluqdur catismiyan cehetderi var

  • @ayxanumud3701
    @ayxanumud3701 ปีที่แล้ว

    Dəyərli məsləhətlərinizə görə çox sağolun. Mənim oğlum 7 yaşı var ama qətiyyən məsuliyyət hissi yoxdur. Nə qədər söhbətlər də edirəm. Faydasızdır, necə edə bilərəm Elmir bəy

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Bizim videolarımızı vaxt tapdıqca izləyin və dediyimiz kimi əməl etməyə çalışın. O zaman hər şey qaydasına düşəcək.

  • @telekomtelekom4932
    @telekomtelekom4932 ปีที่แล้ว +1

    Salam Doktor.qızım 5yaşında.bağçada heç kim onunla dost olmur deyib ağlayır bir neçe gündü.ne ede bilerem?inanılmaz derecede üzülürem bu duruma

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Salam. Bu duruma onunla birlikdə üzülə bilərsiniz. Amma çalışın ağıl verməyin. Çox güman ki, bu, qızınızın temperamenti ilə bağlıdır.

    • @AltayVelizade-z3h
      @AltayVelizade-z3h ปีที่แล้ว

      Menimde oğlum ağlayırki dostum yoxdu ,dostum menden küsdü mende narahat oluram bu hallarda onunla necə söhbət edib sakitləşdirə bilərem?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว +1

      Sakitləşdirməyin. Söhbət də etməyin. Sadəcə dinləyin.

  • @XeyyamRzaqulyev
    @XeyyamRzaqulyev 11 หลายเดือนก่อน

    Mən uşaq dərisini oxumuyanda cəza kimi məktəb pulunu azaldıram bilmirəm düzmü edirəm

  • @bagirliceyhun8301
    @bagirliceyhun8301 ปีที่แล้ว +2

    Mənim oğlumun 6 yaşi var çox hiperaktiv uşaqdir dəcəldir sanki özünü idarə eliyə bilmir mən bira ana olaraq çox çətinlik çəkirəm neynəməliyəmki bu devri rahat keçə bilsin uşaq?sanki hər yaş dövründə fərqli formada özünü aparır qardaşina qarşi aqressivdir hər zaman isdəyir birinci olsun məktəbdə birinci olmayanda daha pis hərəkətlər edir

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว +2

      Bizim videolarımızı izləyin, inanıram ki, bütün suallarınıza cavab tapacaqsınız.

  • @XeyyamRzaqulyev
    @XeyyamRzaqulyev 11 หลายเดือนก่อน

    Salam mənim 2qızım var kiçik qız həmişə deyirki məni çox istemirsen nə qədər başa salıram ki mənim üçün ikinizdə eynisiniz yenə de dediyindən dönmür xahiş edirəm mənə kömək edin

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  10 หลายเดือนก่อน

      Salam. Bunu başa salmaqla edə bilməzsiniz. Sadəcə, münasibətinizi düzəldin, vəssalam.

  • @Selcan-ou8rm
    @Selcan-ou8rm ปีที่แล้ว

    Salam Elmir muellim.Menim oğlumun 8yawi var.heftede 1yaxud 2defe ata nenesigile qoymali oluram.Ora qoydugum zaman çox narahat oluram.çunki bütün düzen pozulur evde olduğu kimi heçbir düzeni qaydasinda getmir adetten mektebden gelende yatır orda olanda ise kim ne deyir desin yatmiyacaq,derslerini menim telefonla defelerle zeng vurub sonda hedeledikden sonra alayarimçiq edir,oyun oynayarken sanki özünü elden salir.Heç yemekde yaxwi yenir,telefon mutfilime daha çox baxir.Buna göre de uwagin ora getmeyini heç istemirem. normalda öz anamgile qoyanda anamda menim kimi gündelik rejiminin qaydasinda getmesi ucun elinden geleni edir ve buna nail olur.ata anası belkede sethi yanawdigi ucundurmu yoxsa oradaki Abu hava daha seskuylu olduğu ucunmudur deyim bu orda alinmir ve sonda men axwam iwden uwagi götürüb eve gelende uwaq sanki bitmiw halda olur ve seher saat 7de yeniden mektebe getmeli olur.tebiiki bu yorgunluq onun canında hemin günde davam edir.ve babası çox şikayet edir uwaqdan Öz'ün yaxwi aparmir,mene pis sözler iwledir deye şikayet edir.mende onu hemiweki kimi danlamali oluram,çox aciqlanib sixiwdiriram .bunun uwagada psixalaoji pis tesir etdiyinide gorurem.Bu halda men ne etmeliyem mene kömek edin.bir terefdende uwagin nene babagilede getmeli olduğunu anlayiram hemiwe evde eyni qaydada rahatçiliq olmalı olduğunu dusunmurem

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว +1

      Salam. Bu cür həyat tərzi uşağın sabitlik qanununu pozduğu kimi, həm də onu aqressivləşdirir. Sadəcə bunu deyim ki, yeniyetməlik dövrü yaxşı keçməyəcək. İndidən bununla bağlı həyat tərzinizdə dəyişiklik etməsəniz, gələcəkdə bunun ciddi fəsadları ola bilər. Burada ən məsum mövqedə olan uşaqdır. Məsuliyyət onun deyil, böyüklərindir.

    • @Selcan-ou8rm
      @Selcan-ou8rm ปีที่แล้ว

      @@psixoloqelmirisgenderov Elmir muellim men bele bawa duşdumki evdeki duzenini daimi olaraq qorumaga eyni saxlamaga çaliwim?

    • @Selcan-ou8rm
      @Selcan-ou8rm ปีที่แล้ว

      @@psixoloqelmirisgenderov hemde men heftede 3defe iwleyirem bu günlerde bezen anam gelir baxmaga bezen ise telefonla nezaret ederke bacisiyla tek qoyub gedib gelirem.bele edende çoxda prablem yawamiram uwaqdan otru çoxda narahat olmuram .esasende anamın yanında qoyub gedende bilirem ki anamda menim kimi yatmagina yemeyine ciddi nezaret edir.ancaq yenede bilmek isteyiremki budami uwagin yeniyetmeliyine zerer vura biler?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Bu elə bir vəziyyətdir ki, siz əlinizdən gələni edirsiniz və edin. Amma ideal nəticə gözləmirik. Çünki vəziyyət ideal deyil.

  • @xeyale3716
    @xeyale3716 ปีที่แล้ว

    İki övladım var heç vaxd cəza nedir bilməyiblər ne men nedeki ataları terefden çalışıramki dille başa salım kimdesede bunu görende hansısa valideyin övladına cəza verməsini görersemde qeti fikirimi bildirirəmki bu düzgün deyil.Teşekkür edirem size deyerli vidyolarınızı çalışıramki qaçırmayım

  • @bahramcabbarov1840
    @bahramcabbarov1840 ปีที่แล้ว +1

    Salam.menim oglumun 3 yasi cox deceldir.ancaq her seyi dagidir.söz eşitmir hirslenende söz eşidir ancaq esebi olmusam mende.usagada hirslenirem.o da esebi olubdu.hec sebrim.çatdirmir

  • @elmir5552
    @elmir5552 ปีที่แล้ว

    Men ne de bilereem

  • @ArazRzayev-q4m
    @ArazRzayev-q4m 5 หลายเดือนก่อน

    16 yaşlı bir oğlum var çox çarəsizəm atanın sözünə baxmır ananıda mən onu çox mülayim danışdırıram O isə çox aqresivdir evə yanaşmır bir işlə məşğul olmur bilmirəm neynəyim 🙏🤲

  • @gunelehmedli1202
    @gunelehmedli1202 ปีที่แล้ว

    Oglan usagi 7 yasi var hele de otagind tek yata bilmir.ataya cox baglidi durub cagirir

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Bu yaş ataya bağlılıq yaşıdır. Yəqin ki, atadan kifayət qədər doymur. Çağıranda getmək olar, amma birlikdə yatmamaq şərtilə.

  • @movludsheyda
    @movludsheyda ปีที่แล้ว

    Elmir bəy, baxçada uşaq digər uşaqlara qarşı nadiclik edibsə və ya səhv hərəkət edibsə, sözlə başa düşməyibsə uşaq onu oyun zamanı oynamağa buraxmamaqla cəzalandırmaq yanlışdırsa, necə etmək doğru olardı? 3 yaşlı uşaq sözlə başa düşmursə onu necə cəzasız tərbiyə etmək olar?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว

      Tərbiyə cəza və mükafatla yox, vicdanla olar. Uşağın sizi dinləməsi isə sevməsi ilə bağlıdır. Nə qədər çox sevsə, o qədər dinləyəcək. Birinci işimiz uşağa özümüzü sevdirmək olmalıdır.

    • @movludsheyda
      @movludsheyda ปีที่แล้ว

      @@psixoloqelmirisgenderov təsəkkurlər cavab ucun. Tutaq ki baxca muəllimi hər kəslə eyni cur və yaxsi davranir. Amma usagin biri hec cur dinclik etmir. Muəllim isə sozlə basa salmaga calissa da 3 yasli usaq basa dusmur. Muəllim usagin etdiyi hereketin pis oldugunu və təkrarlamamasi gərəkdiyini onu oyun zamani digər usaqlardan ayri saxlayaraq cəzalandirmaq ugur əldə edə bilərmi ya bu uşaqda travma yaradar. Usaq bu cəcadan "bu cəza pis idi, onda bu əməli təkrarlamayim" deyə nəticə cixararmi?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  ปีที่แล้ว +1

      Tərbiyə cəza və mükafatla yox, vicdanla olar. Uşağın sizi dinləməsi isə sevməsi ilə bağlıdır. Nə qədər çox sevsə, o qədər dinləyəcək. Birinci işimiz uşağa özümüzü sevdirmək olmalıdır.