Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2020
  • fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzüblər.
    Sonra sessiya öz işinə başlayıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə və “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamına uyğun olaraq 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.2-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilmişdir. Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, seçici ­siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak etmişdir. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmiş, müxtəlif xarici və yerli, o cümlədən siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.4-cü maddəsinə uyğun olaraq bu Qərar qətidir. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilmişdir. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.
    18 saylı Nehrəm Seçki Dairəsindən seçilmiş deputat Hüseyn Niftəliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürmüşdür. Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.
    Sonra səsvermə keçirilmişdir.
    Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq Seçki Dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.
    Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.
    Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
    1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi
    2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi
    3. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
    Sessiyanın iş qaydası təsdiq olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir.
    10 saylı Şərur Şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini seçilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov minnətdarlıq edərək göstərilən etimadı doğruldacağını bildirmişdir.
    Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişdir.
    Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi qəbul olunmuşdur.
    Ali Məclisin Sədri sessiyaya yekun vuraraq muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.
    Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.

ความคิดเห็น • 18

  • @zeynepmutlu3568
    @zeynepmutlu3568 3 ปีที่แล้ว +1

    Yazıl dövlət sirri haqqında azərbaycan respublikası prezidentinin sərəncamı ilə təsdiq edilmiş azərbaycan respublikasında insan hüquq və azadlıqlarının

  • @nizamiakhmedov8273
    @nizamiakhmedov8273 ปีที่แล้ว +2

    Duxun var başqasına ses ver)))onsuzda ondan başqa biri yoxdu axı ona səs versinlər.

  • @ilqarqrc9511
    @ilqarqrc9511 4 ปีที่แล้ว +1

    Naxcıvandakı sərhəd th-cam.com/video/32MuUBTRNN4/w-d-xo.html

  • @kendchikendchiyev1299
    @kendchikendchiyev1299 ปีที่แล้ว +1

    Neter de oynuyurlar da)) madter class aktyorlar😂

  • @mrjoseb2745
    @mrjoseb2745 ปีที่แล้ว +1

    Sabun varindimi

  • @aliserdaroba771
    @aliserdaroba771 2 ปีที่แล้ว +1

    Nahcivan da adam galmayip.
    Gacan gacir
    Gacabilmeyen galir Nahcivan da.

  • @ilhamcelilov7808
    @ilhamcelilov7808 2 ปีที่แล้ว

    Onda bu mellim.ölse naxcivanda kiwi olmiyacag da idare elesin

  • @saraktaran2952
    @saraktaran2952 3 ปีที่แล้ว

    Cənab sədrə uğurlar

  • @mustabanovruzov5224
    @mustabanovruzov5224 4 ปีที่แล้ว +3

    Naxclvanln qeyrâtli oğluna allah uzun ömür versin çanab vasif müâllim sizi öpürâm