FHN Naxçıvanda “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirib - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #APATV #fhn #naxçıvan #HeydərƏliyev #KəmaləddinHeydərov #FHN #film #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Dekabrın 21-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
    Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır.
    Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir, varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən dahi rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb.
    Ulu Öndərin müqəddəs yolunu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissi ilə diqqətə çatdırıb.
    Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.
    Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu iftixar hissi ilə dilə gətiriblər.
    Tədbir bədii hissə ilə davam edib.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 1

  • @vatanoglu7736
    @vatanoglu7736 10 หลายเดือนก่อน +3

    Халгдан охурланан пуллар , шотуна тарифин бири бир милйон нечадир сан учун.