Orxan Zeynallı - Dərində (Qravitasiya) Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @hostlyrics5846
    @hostlyrics5846  7 ปีที่แล้ว +3

    Mahni Sozleri
    Sən Mənim 4 fəslimsən
    Sən olmadan həyat keçmir,bil!
    Bu qədər millətlər,hərənin öz dili
    Mənim Sənə hisslərimi ifadə etməz heç bir dil Sus
    Qoy,bir az yarpaqlar danışsın
    Sevgidən şeirlər yox,qoy,otaqlar danışsın
    Nə qədər saf toxunuşa şahid olmuş
    Sevgini üşüməkdən qoruyan isti yataqlar danışsın
    Sənlə döyünmək varkən ürək olub dönmək sanki
    Dirəyimə böyümək sarılıb kimə elə bir örnək sayılır
    Ki baxıb görmək insan kimi inamım köynək sanki
    Ləkələr görünər sap kimi ya da şəffaf,insan kimi
    Sonda dönsək saf geri bu evdə bizi nə gözləyir
    Sevincimizə baxıb qəhər kədərin üzünə Döz deyir
    Əl-ələ tutanda torpaq olur səma,dərələr isə bulud
    Mən Səni unudaram bir sabah görünərsə qürub
    Nəqarət
    Tapsan dərində nə qədər üzüb getsən də hissləri
    Son sözlərində desə Nə fayda?Qəlb sevgi istəmir
    Tapsan dərində bir gün üzüb getsən bu hissləri
    Son sözdən əvvəl diqqətlə bax axı gözləri gizləmir.
    Verse 2
    Sən Mənim cüt gözümsən
    Sən olmadan yerimək çox çətin,bil!
    Bu qədər göz yaşları isladır izləri
    Mənim yağışlarımı Səndən gizlədib çox çətir.. Bil ki
    Sən Mənim nəfəsimsən
    Gec gəldikcə qaralır dünya və azalıram mən
    Sənlə yaşadığım hər saniyə ömürdən getsə belə
    Dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən
    Sən axan qanımsan,olmasan özümü hiss etmirəm
    Həqiqətə yaxın yalansan,Nağıldı,hə gizlətmirəm
    Buralarda düz hər tərəf çünki güzgülər yox
    Çəkinmədən gəl dünyama,rahat ol,özgələr yox
    Önümdə səs gələn yol,işıqlar yalançı olur
    Sən ən çox sevilən biri ol Mən isə davamçın olum
    Məişət torunda şikara çevrilmiş sevgidə
    Xoşbəxtlik yalansa əgər,qoy,mən əbədi yalançın olum
    Nəqarət
    Tapsan dərində nə qədər üzüb getsən də hissləri
    Son sözlərində desə Nə fayda?Qəlb sevgi istəmir
    Tapsan dərində bir gün üzüb getsən bu hissləri
    Son sözdən əvvəl diqqətlə bax axı gözləri gizləmir

  • @heydaraliev6418
    @heydaraliev6418 2 ปีที่แล้ว

    Inception