28 il - DİN Daxili Qoşunlarının döyüş və xidmət yolu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür.
    Martın 12-də Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
    Əvvəlcə ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
    Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün - 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.
    Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.
    Sonra çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.
    Nazir möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.
    Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.
    General-polkovnik Vilayət Eyvazov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək.
    Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.

ความคิดเห็น • 91

  • @azerbayramov7154
    @azerbayramov7154 3 ปีที่แล้ว +39

    Mayor Qaflanov Allah rehmet elesin Wehidimiz

    • @muradmusayev7599
      @muradmusayev7599 3 ปีที่แล้ว

      Kendimizin merd oglu igin oglu 22 gun kim bilir neler etmisen dusmene nece qan udurmusan Gozel mayor

  • @mahirislamov634
    @mahirislamov634 3 ปีที่แล้ว +3

    CAN QARDAŞIM RUHUN ŞAD OLSUN BÜTÜN ŞƏHİDLƏRMİZİN ANALARININ ƏLƏRİNDƏN ÖPÜRÜK ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ🤟👍❤💞🤟👍❤💞🤟👍❤💞🤟👍❤💞🦅🤟🦅🤟🦅🤟

  • @muradmusayev7599
    @muradmusayev7599 3 ปีที่แล้ว +6

    Mayor Qaflanov Sixamir Allah rehmet etsin yerin cennet olsun .Seninle fexir edirik ..dusmene qan uduran Mayor senen birde gelmez bu hayata merd ogul kendimizin olkemizin Qehramani ne yazsam azdi haqinda ..

  • @alpanmscidisrxan4286
    @alpanmscidisrxan4286 4 ปีที่แล้ว +6

    Allah var eləsin.
    Sizinlə fəxr edirik.
    Dualarimiz sizinlədir🇦🇿👍

  • @Uuuuuu8
    @Uuuuuu8 หลายเดือนก่อน +1

    QARABAG AZERBAYCANDİR🇹🇷🇦🇿

  • @usaq0
    @usaq0 ปีที่แล้ว +1

    Salam olsun Azərbaycan Respublikasının Daxili İşlər Nazirimiz Cənab Vilayət Eyvazova.Mustəqil Azərbaycan dövlətimizin Naziri🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @resadyusifov5381
    @resadyusifov5381 3 ปีที่แล้ว +12

    Allah sənə rəhmət eləsin mayor Qaflanov

  • @terxancelilov2445
    @terxancelilov2445 4 ปีที่แล้ว +3

    Nazire yaraşir. Bu vezife. Maşallah. Meherrem Melimde hörmetli geniraldi. Var olasiz sizleri

  • @Uuuuuu8
    @Uuuuuu8 หลายเดือนก่อน +1

    ALLAH QORSUN DİN POLİS HORMETLE MUSA SUSA XOCALİ

  • @Sahverdiyev-su2oe
    @Sahverdiyev-su2oe 4 ปีที่แล้ว +4

    Halal olsun fexir edirəm sizle mayor Qaflanova öncəliklə hər şey yaraşir eş olsun

  • @natavanabbasova8598
    @natavanabbasova8598 4 ปีที่แล้ว +6

    Eşq qolsun daxili qoşunumuza polisimize ve başda cənab Vilayət Eyvazov olmaqla👏

  • @akula0093
    @akula0093 4 ปีที่แล้ว +7

    Mawallah olsun ordumuza

  • @elsnsirinov4731
    @elsnsirinov4731 4 ปีที่แล้ว +3

    Allah köməyləri olsun amin amin amin

  • @mahirislamov634
    @mahirislamov634 3 ปีที่แล้ว +1

    ŞƏHİDLƏRMİZ HƏR ZAMAN DAİM QƏKBİMİZDƏDİR ONLAR TARİX YAZDI VƏ O DANILMAZ TARİXDİR 👍❤💞🦅🤟👍❤💞🦅🤟👍❤💞🦅🤟

  • @sahmalibaylarov6528
    @sahmalibaylarov6528 4 ปีที่แล้ว +3

    Maşallah olsun Allah yardımcıları olsun

  • @natavanabbasova5355
    @natavanabbasova5355 3 ปีที่แล้ว +1

    Var olsun yaraşıqlï nazirimiz👏

  • @cavidhesenov2803
    @cavidhesenov2803 3 ปีที่แล้ว +1

    Polis bizim təhlükəsiz yaşamaqımızın içtimayi asayişimizin qorunmasını öz həyatını təhlükəyə atıb vətəndaşlarımızın təhlükəsizliyini təmin edir yaşasın Azərbaycan polisi

  • @damlaeliyeva2817
    @damlaeliyeva2817 4 ปีที่แล้ว +16

    Allah köməyiniz olsun mən asq xidmət edrem

    • @nikolizade2589
      @nikolizade2589 4 ปีที่แล้ว +1

      Allah sizində köməyiniz olsun xanım.xidmetde uğurlar..

    • @amilzamani6958
      @amilzamani6958 4 ปีที่แล้ว +1

      ora haradi? asq?

    • @damlaeliyeva2817
      @damlaeliyeva2817 4 ปีที่แล้ว +2

      @@amilzamani6958 Azərbaycan silahlı qüvvələri

    • @ramilmuradov5239
      @ramilmuradov5239 4 ปีที่แล้ว +3

      Daxili Qoşunlaraın baş idarəsidi. Məndə xidmət etmişəm Qoşunlarda 10 il indi isə 156 e bəndi ilə təxris etdilər sagolsunlar

    • @ramilmuradov5239
      @ramilmuradov5239 4 ปีที่แล้ว

      Hacıqabulda yerləşən N saylıda

  • @lacinabbasova7978
    @lacinabbasova7978 2 ปีที่แล้ว

    Sene qurban olum vilayet eyvazov allah sizi bu olkeye nazir yox.prezintet cerib.menim arzum sizi prezitet gormekdi canim balam men sizi cox isdiyirem

  • @elcinismayilov1556
    @elcinismayilov1556 4 ปีที่แล้ว +3

    Allah sizi eskik etmesin, cox gozel yarawir size bu vezife cenab nazir!

  • @sabinamagerramova7921
    @sabinamagerramova7921 3 ปีที่แล้ว +1

    Allah rəhmət etsin sənə əziz gardaşımız

  • @cahidvelizade1154
    @cahidvelizade1154 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin cənab mayor Qaflanov Şıxamir

  • @gunelquliyeva1438
    @gunelquliyeva1438 4 ปีที่แล้ว +3

    ❤😘🥰

  • @devranrzayev205
    @devranrzayev205 3 ปีที่แล้ว +1

    Mayor
    Qaflanov Şıxamir Allah Rehmet elesin

  • @namiqelizade3657
    @namiqelizade3657 ปีที่แล้ว

    Allah rehmet elesin mayor Qaflanov

  • @mnsumgoycyev3690
    @mnsumgoycyev3690 ปีที่แล้ว

    Ayda məndə bu illəri inşallah gedirəm bura

  • @renboconi7247
    @renboconi7247 3 ปีที่แล้ว

    Massallah gözel polisimiz var

  • @turalislamov6040
    @turalislamov6040 4 ปีที่แล้ว +1

    Sizinlə fəxr edirem Cənab Nazir arzum sizinlə qörüşmək olardı

  • @RamaL_007
    @RamaL_007 ปีที่แล้ว

    Maşəallah KOMUTANIMA sinesi dusmen ceperidi ele bil

  • @user-pt6jq7hv8y
    @user-pt6jq7hv8y 4 ปีที่แล้ว +2

    Qaflanov aferin

  • @otkootko9727
    @otkootko9727 4 ปีที่แล้ว

    👍

  • @eldnizabbasov2648
    @eldnizabbasov2648 4 ปีที่แล้ว

    Təbrik edirəm

  • @eminhebibov9612
    @eminhebibov9612 ปีที่แล้ว

    Kamandirimi gordum Canavar Komutan Baw Leytenant Memmedov Kamran

  • @khadijaqasimova2740
    @khadijaqasimova2740 4 ปีที่แล้ว +1

    shaxsiyyetli cenab nazirimiz Eyvazov ⚘

  • @nuranhuseynova13
    @nuranhuseynova13 3 ปีที่แล้ว

    Fəxir edirem Qardaşım 🇦🇿MAQAYLA🇹🇷 6 AYIN QƏRƏMAN ŞƏHİDİ DQ BAŞ CAVUŞU TÜRKİYYƏ İZMİR FOCODA BİRİNCİLİKLƏ DÖNDÜ AMMA ŞƏHİD OLDU 🇦🇿HÜSEYNOV MƏHƏMMƏD ALİK OGLU🇹🇷 FİZULİ İMRƏLİYEVİN BACISI OGLU 🇦🇿🇹🇷😔🥀🖤

  • @ilhammemmedova993
    @ilhammemmedova993 ปีที่แล้ว

    💂🇦🇿

  • @amilzamani6958
    @amilzamani6958 4 ปีที่แล้ว +1

    menim23 yawim var ve yol hereketinin tewkilini oxumuwam diplomumu da almiwam esgerliyimide cekmiwem 1.80 boyum var hara muraciyet edim iw cun? zehmet opmasa komeyliy gorsedin

    • @smkirtv3179
      @smkirtv3179 4 ปีที่แล้ว

      Qeydiyatda olduqun rayonun polis idare ve ya wobesine muraciet et

    • @hhhhjjjj7794
      @hhhhjjjj7794 4 ปีที่แล้ว

      @@smkirtv3179 birde pulunud düzəlt dollar isdeyeceklər

    • @lionelmessi-km6ei
      @lionelmessi-km6ei 3 ปีที่แล้ว

      Girdin qaqa işe????

  • @ulvigurbanli8676
    @ulvigurbanli8676 2 ปีที่แล้ว

    Generalımız Eyvazovun sol tərəfindəki general niyə himnimizi oxumur bilən var?

  • @faridsharifov36
    @faridsharifov36 3 ปีที่แล้ว

    👍👍👏👏❤❤🇦🇿🇦🇿

  • @qasimov534
    @qasimov534 4 ปีที่แล้ว +2

    💙❤💚👮🏼‍♀️

  • @mirelivezirov5541
    @mirelivezirov5541 4 ปีที่แล้ว

    Bilmirsiz Daxili Qosunlarda Herbi xidemtden sonra Qalıb ali tehsillinolanlara Leytenat rutbesi verilir?

  • @bushidosamurai8538
    @bushidosamurai8538 4 ปีที่แล้ว +2

    Meherrem Aliyevin yanindaki general kimdi? Deyesen mudafiye nazirliyinden

    • @damlaeliyeva2817
      @damlaeliyeva2817 4 ปีที่แล้ว

      Daxili işlər nazirliyindən vilayət eyvazovdu

    • @bushidosamurai8538
      @bushidosamurai8538 4 ปีที่แล้ว

      @@damlaeliyeva2817 😃 xanim, onu bilirem men... obirsini deyirem, bigli hundur boy

    • @damlaeliyeva2817
      @damlaeliyeva2817 4 ปีที่แล้ว

      @@bushidosamurai8538 zakir Həsənov?

    • @semshesenli7227
      @semshesenli7227 4 ปีที่แล้ว +1

      Daxili qosunlarin komandanidi,sahin memmedov

    • @bushidosamurai8538
      @bushidosamurai8538 4 ปีที่แล้ว

      Yene de basha dushmediz, men D.I.N.in generallari demirem, orda bir nefer var, hundur boy bigli, hemmishe D.Q. tedbirlere qatilir, deyesen MN generali... obirsilari men yaxshi taniyiram

  • @sammsungg7054
    @sammsungg7054 2 ปีที่แล้ว

    Nazirdən kim artıqdı

  • @dostlizadsubhan8989
    @dostlizadsubhan8989 4 ปีที่แล้ว

    Baş leytenant Səmədov elyar təbrik edirəm

  • @huseynnuray8050
    @huseynnuray8050 4 ปีที่แล้ว

    🇦🇿

  • @Ayxancebrayil6936
    @Ayxancebrayil6936 3 ปีที่แล้ว

    Qaflanov😰😰😰😰

  • @reyhangules4328
    @reyhangules4328 2 ปีที่แล้ว +1

    Genital Muharrem Aliyev ve bütün polislerimiz rabim sizi korusun.🇹🇷🇦🇿

  • @abbasmehdiyev1702
    @abbasmehdiyev1702 4 ปีที่แล้ว

    Nermini öldürən öz cecasini çekir. Allah onun əlini qirdin. Birde bilmedyniz şerhleri yazmayın. Göydə Allah var. Allah xalqmizi Hökumetmizi. Birde Cenab Nazirmizi qorusun

  • @sammsungg7054
    @sammsungg7054 2 ปีที่แล้ว

    Biri laldı himni oxumur ya özünə sıgışdırmır

  • @anarsultanov.6995
    @anarsultanov.6995 3 ปีที่แล้ว +1

    👎🏻👎🏻👎🏻

  • @user-yn5sl5bz8j
    @user-yn5sl5bz8j 4 ปีที่แล้ว +1

    Yawasin DIN emekdawlari