Ali Khayyam mohtesemsiniz,bu qeder fikirleri,mehrem fikirleri bele aciq sekilde deyib ve bunu etiraf etmek heqiqeten cesaret teleb edir.Tural,Ali aferin Size! ❤️
2022-ci ildə də sizi tanıdım, söhbətlərinizdən faydalandım. Xüsusilə də Əli Xəyyamı və onun şeirlərini tanımış oldum. Yeni ildə artıq söhbətlərinizi sadəcə dinləmək deyil, qeydlər götürüb üzərində düşünərək izləməyi qərara aldım. Təşəkkürlər hər bir şeyə görə.❤️
Gözəl bir kəlmə var : " Xəyallarının ardınca qaç, bir gün onlar yorulub həyata keçəcək". 😊 Məncə xəyal qurmaq bizim düşüncələrimizin, hisslərimizin süd yoludur. 🙂 Dostlar yaxşı ki varsınız. 😊 Söhbətgahı dinləyəndə sanki universal kitabların içində olursan, sizi dinləyəndə rahatlıq tapıram. 💙😊 Təzə il hər birimizə bol -bol uğur, sevinc, cansağlığı, bərəkət gətirsin.🌈🌊☘️
@@arazehmed8075 xeyr, o göy qurşağının rəngidir 🤦🤦 yəni bu qədər bəsit təfəkkürdəsiz? Yəni ki, həyatı rəngli etmək üçün rəngli çalarlarda var -gəl etməlisən o prizmadan rəngləri yerləşdirmişəm.
Teşekkür edirəm, Xəyallar mövzusuna görə . Bütün mövzular maraqlıdı.Semimi, gözəl, yanaşmanız podcastı daha da baxımlı edir. Sizi çox çox bəyənirəm. Allahdan Her birinizə can sağlığı, xoşbəxtlik arzu edirəm . Xeyalarmiz gerçək olsun amin.ve Bütün insanlara gözəl xəyallar qurmağı ve onları gerçekləşdirmeyi arzu edirəm. Her kes xoşbəxt olsun. Amin.💐🌺✨💫✨
Hər birinizə gözəl söhbət üçün təşəkkür edirəm . Çox ümid edirəm ki, bu cür söhbətlər insanların yaxşı mənada gözlərini açır, daha yaxşını göstərir, onları az da olsa dəyişilməyə və dəyişməyə sövq edir.
ƏsSaləmu Aleykum,"Söhbətgah"-Dostum.Hər birinizə ayrı-ayrılıqda Allahın Salamı və Bərəkəti olsun. Həyatım boyu öyrəndiyim ən yaxşı şeylər mənimçün böyük uğur və sevincdir.Sizlər də məhz bu uğur və sevincin daxilində olan-podcast heyətisiniz.Təşəkkürlər.
23:18-də qeyd etdiyiniz məsələ ilə bağlı mən yoxladım və mümkündür. "Biznes proseslərini Walmart idarə edərsə" adlı kitabımı xarici dilə çevirib orda da bazara çıxarmaq üçün bir neçə təklif gəldi. Xəyal qurmaq gözəldir. Amma qeyd etdiyiniz kimi o xəyalı reallaşdırmaq üçün addım atmaq şərtdir.
Sizi 2023-cu ilin ilk gununden salamlayiram. Ureyimde size demek istediyim ve arzulamaq istediyim cox sey var, ama umid edirem ki sizi canli gorub deyecem. Birce bunu deyim ki, siz meni deyisdiniz, xeyallarimi deyisdiniz. Tesekkur edirem size 💚💙
Xüsusilə Turalın fikirlərinin əksəriyyəti mənə çox sevdiyim İzgören akademiyasının yaradıcısı olan Ahmet Şerif İzgörenin bir seminarını xatırlatdı... O seminar da eynilə xəyal etmək,arzular və məqsəd haqqında idi... Əyər mümkündürsə sizin bu mövzuda Ahmet bəylə bir podcast etməyinizi çox istəyərdim... Uğurlar!
Özümü tanıyandan bəri kitab oxumuşam. Hətta o dərəcə ki, kitablardan yaxın bəlkə də heç bir insan olmayıb mənə. Lakin bir kitab ərsəyə gətirmək haqda heç düşünməmişdim. Sonra oğlumun böyümə prossesində üzləşdiyimiz bəzi çətinliklər olurdu (yeni getdiyi məkanlara adaptasiya problemi, qorxular və s) və biz onunla bunu mənim həmin situasiyalara uyğun olaraq özümdən uydurduğum nağıllarla aşmağı bacarırdıq. Amma yenə də bu bacarığıma önəm və ya əhəmiyyət vermir, ciddiyə almırdım. Sadəcə yazırdım və not olaraq qalırdı bir yerlərdə. Bir gün sizi kəşf etdim. Ondan sonra isə sizin beynimdə yandırdığınız işıq sanki bütün daxilimə saçıldı və potensialımı yalnız o zaman görə bildim. 30 yaşımda özümü kəşf etdirdiniz mənə və dəfələrlə parça-parça yazıb sildiyim düşüncələrimi oturub bir roman halına gətirdim. İndi isə bu il üçün bir xəyalım var: İnşallah Əli bəyin arzuladığı o cəsarətdən mən də özümdə tapım və onu nəşr etdirim. Sonra isə sizin "Niyə bu kitabı oxumalıyıq?" rubrikanızda müzakirə olunsun...Çox ağartmış ola bilərəm)))) Çox dəyərlisiniz və çox sevilirsiniz🤍
Çox maraqlı ikilisiz.Bir-birinizə əks fikirlərdə olsazda o əks qütblərdəki fikirləriniz sizi izləyənlərin düçüncələrindəki suallara cavab tapmaqda kömək edir. Ali bəyi uzun müddət izləyən biri olaraq istərdim ki, bildiyi sualları Tural bəyə yönləndirəndə özünün yanaşmasınıda bildirsin.
Sizə bol layihələr arzu edirəm,Təbrizə gədər gedib çixasiz İnşAllah...ikinizə bol uğur,yorulmayasiz Rejissor din haqqinda çəkəndə ancaq cəmiyyətin cahilliyi haqqinda məlumatlı olmamalıdır din haqqinda öyrənməlidirki kiçik səhvlərə belə yol verməsin,ancaq tənqid göstərilməməlidir ,film insani düşündürməyə vadar etməlidir,öyrətməlidir.Ancaq tənqid cəmiyyətə heçnə vermir,tənqidlə təlim tərbiyə yan yana olmalidir ki gördüyü işin bəhrəsi olsun,insanlara ibrət və qayği göstərəndə onlarda həm filmi həm sizi sevəcək..Necə deyərlər daşi atib qacmasinlar öyrətsinlər cəmiyyəti..Allahu Aləm Dostlar xahiş edirəm küçə heyvalari,heyvan bazarlari haqqinda mövzu açin deyilənlərə görə problem ürək açan deil ölkədə,təşəkkür
Salam. Evdar xanımlar, ikinci iş axtaranlar, tələbələr, biznes qurmaq istəyənlər, onlayn işlə məşğul olmaq istəyənlər sizi oriflame şirkəti ilə əməkdaşlığa dəvət edirəm. İş haqqında məlumat üçün geri dönüş edərsiz
Gözə mövzulara toxunursunuz, həm yeni nəsil həm kohnə nəsil cox sey oyrənə biləcəyi movzulardır. 2023 üçün iki mövzu çox istəyərdim ki ayrica podcast edəsiniz: 1.Erkən evliliklər və bunun cəmiyyətə verdiyi fəsadlar. 2. Türk Mafia serialları və cəmiyyətə ötürdüyü aqressiv mesajlar. diqqətiniz üçün öncəden təşəkkür edirəm! Yeni iliniz uğurlu olsun!
Hər kəsə salam.Dəyərləri yaradan da, onu məhv etdim adıyla yenisini yaradan da bizik. Bəlkə də , mübabisəli fikir ola bilər.Amma hər şeyin kökündə hormonlarımız dayanır. 1 milyona sahib olsaq, nə edərik sualına da cavab verə bilməməkdəki ən böyük faktr da budur. Xəyal edin.Çünki, xəyal etmək də hormonlarımıza yararlıdır.Qərbdəkilər bunun fərqindədirlər.Biz də fərqinə vararıq nə zamansa.😎
Bəylər gec de olsa sizin patcastlar ile tanis oldum.Maraqlidir.Qonaqlariniz da cox deyerli insanlardir.Sizin qonaqlar aradinda Elşad Mirini də gormək, üçünüzûn bir yerdə münasibəti əsrarəngiz olar.Təzə ildə görüşmək ümüdü ilə.
İnanc ən rahat nailiyyətdir. Bunun üçün heç bir səy göstərmək tələb olunmur. Yerindən tərpənmədən, hətta gözünü açmadan belə inana bilərsən. İnanc balanslı olmalıdır. Az inanc, yaxud inansızlıq (heç nəyə inanmamaq) insana stress, depresiya gətirib insanın fiziki tənbəlliyinə yol açarkən (bu zaman zehni fəaliyyət yüksəlir), aşırı inanc insanın zehni tənbəlliyinə yol açır. Zehin inanclardan kənara çıxmağı inanclara sədaqətsizlik kimi qəbul etdiyinə görə yalnız ona göstərilən, istaqmət verilən yönlərdə hərəkət etmə vərdişləri qazanmağa səy göstərir. Bu da get-gedə zehni kiçildir, zəiflədir. Müəyyən zamandan sonra tamamilə yeniliksiz, monoton, yəni davamlı olaraq eyni sərhədlərin içərisində dolaşan düşüncələrlə fikirləşməyə başlayır. Bundan sonra artıq ətrafındakılar sənin inancına uyğun yaxud yaxın, bəlkə də oxşar, ya da sənin inancına əks olan fikirlərə qarşı nələrsə deyəndə sorğulamadan qəbul edərsən, həmin fikirləri dəstəkləyərsən, həmin fikirli insanlardan özünə ətraf toplayarsan. Zamanla həmin şeyləri özünlə bütövləşdirib artıq bir bütöv olarsan. Sonra daha geniş inanclı birinə dönüşərsən. Artıq bir çox şeyə qarşı səslənən fikirləri özünə qarşı düşünüb qıcıqlanarsan. Ancaq inanmamaq üçün düşünməlisən, soruşmalısan. "Niyə?" sualını verməlisən. Öz suallarını verə bilməlisən. Ətrafındakıların ağzı ilə yox öz ağzınla danışa bilməlisən. Bunlar zehni tənbəlliklə olmur, burada zehnin hərəkətə keçməlidi, genişlənməli, başının içində narahat olmalıdı, bəzi lazımsız inanclarını tanıya bilməyin üçün, bir mövzu haqqında səhv yoxsa düz düşündüyünü görməyin üçün...
Mənim milyon dollar pulum olsa,səyahət edərdim. İtaliyada,Milanda, Barselonada, Fransada-ümumiyyətlə,Avropada ən görkəmli,tarixi yerlərdə gəzərdim. Kitablardan oxuyub görmək istədiyimiz hər yeri gəzərdim. Əsas pulumu səyahətə və kitablara xərclərdim. Gözəl,nəfis tərtibatlı kitablar toplayardım. Çünki indi çox kitablar var ki,onlara həsrətlə baxıram.
yenə də çox bəyəndim,amma onu da deyim ki,heç bir dində məcburiyyət və ya kimisə məhdudlaşdırmaq yoxdur,əgər əksi görünübsə bu sadəcə eqo ola bilər, biz gərək sevək, sevgi olmayan hər şey təəssüf ki, unudulmağa məhkumdu; mən isə sevməyə özümdən başladım və düşüncələrimə,xəyallarıma hörmət etməyən ətrafım,yaxınlarım olsa belə,öz yoluma baxıram,bilirəm ki,onlar da mənə nə isə öyrətmək üçün bu həyata gəliblər,hər kəsə azad və hüzur dolu 2023 arzu edirəm, dovşan kimi sürətlə hədəflərimizə çataq,bayramınız mübarək❤
Çox maraqlı söhbət idi.Mənim bir milyonum olsaydı,Masaçusi universitetində bakalavr təhsili alardım.Çünki,bu mənə 1 milyon pul yox,1 milyon xeyir gətirərdi.
1 milyonum olsa bu pulla gəzintiyə çıxaram.Səyahətlər edərəm.Amma həm də tarixi binaları ya da abidələri xilas etməyə çalışaram.Ya da dünyanın ən əfsanəvi abidələrini,sirri açılmamiş abidələri araşdirmağa xərcləyirdim(tarixçəsi məlum olmayan abidələrin araşdırılması).Hə birdə F1-də yarişmaq istərdim.Hələ yaşım da var əslində 18 təzə olub😄
Xeyal Eymek Gözeldir En azından 2.reqeminin 3 olmasına qarşı sevinmirik Xeyalların vaxtı və zamanı var . Gələcəyin İlber Ortaylısı Ve Celal Şengörü Ola bilirsiniz 😊 Birde yeni keşf etdim biz ged gede Türk sözlerini işledirik
Menim 1 milyon dollarım olsaydı ilk sağlamlığıma ve sevdiyim yaxın çevrenin sağlamlığına xercleyerdim. Qalanı ile oxudugum seherde ozuve ev alardım kira sahiblerinden qurtulardım. Oxudugum muddetde pul derdi olmadığı ucun sıxıldıgım isden cıxıb oz sevdiyim seyleri oyrenmeye daha cox vaxt ayırardım. Daha sonra Bakıya qayıdıb bu sahede az ya da cox qazanmag derdi olmadan oz sevdiyim elmi arasdırmalarıma davam ederdim.
İndi geldım bu mılyonluq suala)) menım 1 mılyonum olsa duzdu bes etmır bır mılyon ama hardasa elon musk yaxınlığında bır yerde olmaq istəyərdim. Sızın bır qonagınız var ıdı teslada ısleyırdı vegetarian adını unutmuşam ındı ama o kruqda olmaq istəyərdim texmınen))
Menim 1milyonum olsa özüme ve uşaqlarıma yararlı biznes qurardım uşaqlarıma ev alardım maşın alardım tehsilleri üçün pulu banka qoyardım xeyriyyeçilikde ederdim ve gezerdim dünyanı en böyük arzumu yerine yetirerdim dünayanı qarış qarış gezerdim
Dostlar, həmişəki kimi möhtəşəmsiz! Sadəcə danışanda, mikrofon ilə ağızının arasındakı məsafəni sabit saxlasanız əla olardı. Səsin tez-tez artıb-azalması narahat edir biraz. Təşəkkür edirəm, uğurlar!
*Bəh-bəh, yeni il bütün Söhbətgah ailəsi və ruhdaşlar üçün düşərli olsun!* Buraxılış isə öz növbəsində mükəmməllik konseptini qoruyur. Qaraqanın "1 milyon dollarım olsa idi" kitabı da yaxşı kitabdır, reallığı üzümüzə çıprır və çox qəribə hislər yaşadır. Hər kəsdə isə 1 milyon olsa, infilyasiya olardı iqtisadi cəhətdən, mənim isə bir milyon dollarım olsa idi "xeyriyyəçi olardım" 😁 Oxuduğum ixtisasla və "mənə öyrədilənlə" deyə bilərəm ki, dövlət idarəetməsində tam olaraq liberal, tam olaraq demokratik yaxud tam olaraq avtoritarlıq utopikdir. Çünki vəziyyətdən asılı olaraq dövlətin xalq üzərində hakimiyyəti fərqli tərzlərdə təcəssüm oluna bilər, məsələn, dövlət liberal olsa, içdən dövlətçiliyə təhlükə yaradacaq bir ideologiya, bir kütlə çıxsa, məsələn multi-kulturlar bir ölkədə neonasistlər çıxsa, ölkə necə liberallığını hələ də qoruya bilər? Məsələnin mahiyyəti ondadır ki, tam liberallıq yaxud tam demokratiklik sözdə olan bir məhfumdur, ən demokratik dövlətlərin də, ən liberal dövlətlərin də müəyyən zamanlarda çevrilərək avtoritarlıq tətbiq etdiyini görmək olar. Yəni ki, Qərbin propanqandasına çox da uymayın, dünya göy qurşağı deyil.... Din mövzusunda isə RG-nin ikon sərti ilə öz şərhimi tamamlamaq istəyirəm, "normal insan 3 dəfə dəyişməli əqidəsin" bu say təbii ki şərtidir, yəni ki, axtarın, araşdırın, heç kimin güdazına getməyin.
Salam Tural və Əli bəy Hər zamanki kimi gözəl buraxılış üçün Təşəkür edirəm Tural bəy Zəhmət olmasa yazarsız 35ci dəq danışdığınız Tony Robbins kitabının adını və necə əldə etmək olar Çox sağolun
Bir defe yazmışdım çox isterdimki hedisle Quranı qarşılaşdırasız. Əli bəy quranda varmı yoxmu deye sual verdi Tural bəy siz hədisdən dediz dedikləriniz haqqında quranda bilgi yoxdur. Dünyanın tarixinin sehfi ve düzünə göre Allaha cvb vermeyeceyik, amma Allahın adınan tarixlə bağlı cvb vereceyik. Ona göre de quranan başqa fikir Allah adından danışmağımıza sebeb olma ehtimalı 100%!(hele tam sehih hedisə rast gelmemişem) ......Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. 35.Fatir surəsi 14 aye
Ali Khayyam mohtesemsiniz,bu qeder fikirleri,mehrem fikirleri bele aciq sekilde deyib ve bunu etiraf etmek heqiqeten cesaret teleb edir.Tural,Ali aferin Size! ❤️
👏🙏🙂
Sanki hesabat Podcast-ıdır... 2023-cü il Söhbətgah üçün yeni rubrikalarla bərəkətli olsun. 💙💚
1 milyonum olsaydı,dünya turuna çıxardım və enerjimin uyduğu ölkədə məskən salardım. Ən böyük xəyalım.🤲
Çox sağol Tural bəy,tTedx baxdım çox gözəldi 1 dəfə baxmağ azdı,təkrar dinləyəcəm.
İzləmək istəyənlər üçün...Tedx "Paylaşmayı bilməzsən kazanamazsn"...Çox sağol Söhbətgah
Men de izledim, ve cox beyendim
Söhbətgaha qulaq asa-asa fikirlərimin ,düşüncələrimin nə qədər dəyişdiyinin fərqindəyəm. Minnətdaram.
Podcastın mükəmməliyi deyib susuram 👌🏻 Həqiqətən Azərbaycanda yaradılmış ən faydalı platformadır💙💚
Eynən
Həmişə olduğu kimi yeni ilde de maraqli və düşündürücü patcastlarin olacağina inaniram.Hər ikinizə də minnətdaram.
2022-ci ildə də sizi tanıdım, söhbətlərinizdən faydalandım. Xüsusilə də Əli Xəyyamı və onun şeirlərini tanımış oldum. Yeni ildə artıq söhbətlərinizi sadəcə dinləmək deyil, qeydlər götürüb üzərində düşünərək izləməyi qərara aldım. Təşəkkürlər hər bir şeyə görə.❤️
Çox mükəməlsiniz. Azərbaycanda tez bir zamanda böyük kütlə yığa bilmiş, gözəl bir kanaldır. 2023 də daha faydalı və maraqlı podcast gözlüyürük
Möhtəşəmsiniz Söhbətgah. Gələn il üçün hərkəsə həyatda əsas olan can sağlığı arzulayıram.
Gözəl bir kəlmə var : " Xəyallarının ardınca qaç, bir gün onlar yorulub həyata keçəcək". 😊
Məncə xəyal qurmaq bizim düşüncələrimizin, hisslərimizin süd yoludur. 🙂
Dostlar yaxşı ki varsınız. 😊
Söhbətgahı dinləyəndə sanki universal kitabların içində olursan, sizi dinləyəndə rahatlıq tapıram. 💙😊
Təzə il hər birimizə bol -bol uğur, sevinc, cansağlığı, bərəkət gətirsin.🌈🌊☘️
Çox üzr istəyirəm siz LGBT nümayəndsisiz?
@@arazehmed8075 xeyr, o göy qurşağının rəngidir 🤦🤦 yəni bu qədər bəsit təfəkkürdəsiz? Yəni ki, həyatı rəngli etmək üçün rəngli çalarlarda var -gəl etməlisən o prizmadan rəngləri yerləşdirmişəm.
@@gulyamammadova1718 adətən olar istifadə edir,onun üçün yazdım.
Teşekkür edirəm, Xəyallar mövzusuna görə . Bütün mövzular maraqlıdı.Semimi, gözəl, yanaşmanız podcastı daha da baxımlı edir. Sizi çox çox bəyənirəm. Allahdan Her birinizə can sağlığı, xoşbəxtlik arzu edirəm . Xeyalarmiz gerçək olsun amin.ve Bütün insanlara gözəl xəyallar qurmağı ve onları gerçekləşdirmeyi arzu edirəm. Her kes xoşbəxt olsun. Amin.💐🌺✨💫✨
Uşaqlar, çox sağ olun. Mən sizin haqqınızda çox gözəl fikirlər demək istəyirəm. Yazmağa səbrim çatmır. Bir sözlə-möhtəşəm.❤
Sizin Kəbə söhbətiniz məni də ağlatdı. Allah bütün müsəlmanlara qismət etsin.
Çox sağolun 😊Axarlı olsun işləriniz💚💙
Qurduğunuz ən gözəl xəyallardan biridir bəlkə də - Söhbətgah. Təşəkkürlər hər şey üçün.💙💚
Alinin bahali saat derdim yoxdu dedikden sonra Turalin ellerini stolun altinda gizletmesi))))
😂😂😂
Sohbetkah nomre bir 💙💚
Əla buraxlışdır👍.Fikrimcə xəyal qura bilmək üçündə çoxlu kitab oxumaq,filmə baxmaq lazımdı..
“Daha çox cəsur olmaq”
Həmişəki kimi möhtəşəm👏
Tural bəy necədə gözəl birir Həccin rituallari! Ma şa Allah! Allah hərkəsə nəsib etsin 🤲
Hər birinizə gözəl söhbət üçün təşəkkür edirəm . Çox ümid edirəm ki, bu cür söhbətlər insanların yaxşı mənada gözlərini açır, daha yaxşını göstərir, onları az da olsa dəyişilməyə və dəyişməyə sövq edir.
Çox maraqli söhbət alindi.👍😊
ƏsSaləmu Aleykum,"Söhbətgah"-Dostum.Hər birinizə ayrı-ayrılıqda Allahın Salamı və Bərəkəti olsun.
Həyatım boyu öyrəndiyim ən yaxşı şeylər mənimçün böyük uğur və sevincdir.Sizlər də məhz bu uğur və sevincin daxilində olan-podcast heyətisiniz.Təşəkkürlər.
23:18-də qeyd etdiyiniz məsələ ilə bağlı mən yoxladım və mümkündür. "Biznes proseslərini Walmart idarə edərsə" adlı kitabımı xarici dilə çevirib orda da bazara çıxarmaq üçün bir neçə təklif gəldi. Xəyal qurmaq gözəldir. Amma qeyd etdiyiniz kimi o xəyalı reallaşdırmaq üçün addım atmaq şərtdir.
Sizi 2023-cu ilin ilk gununden salamlayiram. Ureyimde size demek istediyim ve arzulamaq istediyim cox sey var, ama umid edirem ki sizi canli gorub deyecem. Birce bunu deyim ki, siz meni deyisdiniz, xeyallarimi deyisdiniz. Tesekkur edirem size 💚💙
Xüsusilə Turalın fikirlərinin əksəriyyəti mənə çox sevdiyim İzgören akademiyasının yaradıcısı olan Ahmet Şerif İzgörenin bir seminarını xatırlatdı... O seminar da eynilə xəyal etmək,arzular və məqsəd haqqında idi... Əyər mümkündürsə sizin bu mövzuda Ahmet bəylə bir podcast etməyinizi çox istəyərdim... Uğurlar!
Salam sizdən öyrənə öyrənə davam edirik ugur olsun davam edin qardaşlar❤❤
Hamımıza xeyallarımızı gerçekleşdire bilecek bir cemiyyet arzu edirem. Uşaqlarımıza qismet olsun.
Hər şey üçün təşəkkürlər 🙏🏼
2023-cü il üçün hədəfim: Sahəm üzrə inkişaf edib, Otomallda çalışmaq 💚💙
Video üçün minnətdaram !🎉❤
Möhtəşəm işlər görürsüz, ümid edirəm, uğurlarınız davamlı olar!
Neçənci dəfədir bilmirəm, hər dəfə gəlib xüsusi səhnələrə baxıb gedirəm ❤️
Özümü tanıyandan bəri kitab oxumuşam. Hətta o dərəcə ki, kitablardan yaxın bəlkə də heç bir insan olmayıb mənə. Lakin bir kitab ərsəyə gətirmək haqda heç düşünməmişdim. Sonra oğlumun böyümə prossesində üzləşdiyimiz bəzi çətinliklər olurdu (yeni getdiyi məkanlara adaptasiya problemi, qorxular və s) və biz onunla bunu mənim həmin situasiyalara uyğun olaraq özümdən uydurduğum nağıllarla aşmağı bacarırdıq. Amma yenə də bu bacarığıma önəm və ya əhəmiyyət vermir, ciddiyə almırdım. Sadəcə yazırdım və not olaraq qalırdı bir yerlərdə.
Bir gün sizi kəşf etdim. Ondan sonra isə sizin beynimdə yandırdığınız işıq sanki bütün daxilimə saçıldı və potensialımı yalnız o zaman görə bildim. 30 yaşımda özümü kəşf etdirdiniz mənə və dəfələrlə parça-parça yazıb sildiyim düşüncələrimi oturub bir roman halına gətirdim. İndi isə bu il üçün bir xəyalım var: İnşallah Əli bəyin arzuladığı o cəsarətdən mən də özümdə tapım və onu nəşr etdirim. Sonra isə sizin "Niyə bu kitabı oxumalıyıq?" rubrikanızda müzakirə olunsun...Çox ağartmış ola bilərəm))))
Çox dəyərlisiniz və çox sevilirsiniz🤍
Salam. Bayramınız mübarək. Sanki mənim düşüncələrimi səsləndirirsiniz. Halal olsun. Uğurlar!
Çox maraqlı ikilisiz.Bir-birinizə əks fikirlərdə olsazda o əks qütblərdəki fikirləriniz sizi izləyənlərin düçüncələrindəki suallara cavab tapmaqda kömək edir. Ali bəyi uzun müddət izləyən biri olaraq istərdim ki, bildiyi sualları Tural bəyə yönləndirəndə özünün yanaşmasınıda bildirsin.
Sizə bol layihələr arzu edirəm,Təbrizə gədər gedib çixasiz İnşAllah...ikinizə bol uğur,yorulmayasiz
Rejissor din haqqinda çəkəndə ancaq cəmiyyətin cahilliyi haqqinda məlumatlı olmamalıdır din haqqinda öyrənməlidirki kiçik səhvlərə belə yol verməsin,ancaq tənqid göstərilməməlidir ,film insani düşündürməyə vadar etməlidir,öyrətməlidir.Ancaq tənqid cəmiyyətə heçnə vermir,tənqidlə təlim tərbiyə yan yana olmalidir ki gördüyü işin bəhrəsi olsun,insanlara ibrət və qayği göstərəndə onlarda həm filmi həm sizi sevəcək..Necə deyərlər daşi atib qacmasinlar öyrətsinlər cəmiyyəti..Allahu Aləm
Dostlar xahiş edirəm küçə heyvalari,heyvan bazarlari haqqinda mövzu açin deyilənlərə görə problem ürək açan deil ölkədə,təşəkkür
Maraqli,insani fikirleshdirmeyi bacaran sohbetler👍teshekkurler
Salam. Evdar xanımlar, ikinci iş axtaranlar, tələbələr, biznes qurmaq istəyənlər, onlayn işlə məşğul olmaq istəyənlər sizi oriflame şirkəti ilə əməkdaşlığa dəvət edirəm. İş haqqında məlumat üçün geri dönüş edərsiz
Azad olmaq...🌿🪶🐾☪️
Çox gözəl buraxılış idi) əsasən də 15:00-dan sonra “Yuspace”-in qulağından iraq cümləsi😅
15deq bir izleyirem 48:42 Tural Bəy👏 ☀😊🕊
Yeniden qulaq asdım , teşekkür edirem
Gözə mövzulara toxunursunuz, həm yeni nəsil həm kohnə nəsil cox sey oyrənə biləcəyi movzulardır. 2023 üçün iki mövzu çox istəyərdim ki ayrica podcast edəsiniz: 1.Erkən evliliklər və bunun cəmiyyətə verdiyi fəsadlar.
2. Türk Mafia serialları və cəmiyyətə ötürdüyü aqressiv mesajlar.
diqqətiniz üçün öncəden təşəkkür edirəm! Yeni iliniz uğurlu olsun!
Düşünürəm ki, bu haqda müvafiq podkast buraxılışlarında danışıblar.
Mohtesemsiniz beyler uqurlar devami bolluca gelsin🙏
Hər kəsə salam.Dəyərləri yaradan da, onu məhv etdim adıyla yenisini yaradan da bizik. Bəlkə də , mübabisəli fikir ola bilər.Amma hər şeyin kökündə hormonlarımız dayanır. 1 milyona sahib olsaq, nə edərik sualına da cavab verə bilməməkdəki ən böyük faktr da budur. Xəyal edin.Çünki, xəyal etmək də hormonlarımıza yararlıdır.Qərbdəkilər bunun fərqindədirlər.Biz də fərqinə vararıq nə zamansa.😎
Tural, Ali sizə uğurlar arzu edirəm. Almaniyadan daimi izləyiciniz.
👏
Bəylər gec de olsa sizin patcastlar ile tanis oldum.Maraqlidir.Qonaqlariniz da cox deyerli insanlardir.Sizin qonaqlar aradinda Elşad Mirini də gormək, üçünüzûn bir yerdə münasibəti əsrarəngiz olar.Təzə ildə görüşmək ümüdü ilə.
Azad olmaq🕊
Ugurlar👌👌👌
Uğurlar
16:45 🤦♂️👏 o bizik !!! Her yerde
İnanc ən rahat nailiyyətdir. Bunun üçün heç bir səy göstərmək tələb olunmur. Yerindən tərpənmədən, hətta gözünü açmadan belə inana bilərsən. İnanc balanslı olmalıdır. Az inanc, yaxud inansızlıq (heç nəyə inanmamaq) insana stress, depresiya gətirib insanın fiziki tənbəlliyinə yol açarkən (bu zaman zehni fəaliyyət yüksəlir), aşırı inanc insanın zehni tənbəlliyinə yol açır. Zehin inanclardan kənara çıxmağı inanclara sədaqətsizlik kimi qəbul etdiyinə görə yalnız ona göstərilən, istaqmət verilən yönlərdə hərəkət etmə vərdişləri qazanmağa səy göstərir. Bu da get-gedə zehni kiçildir, zəiflədir. Müəyyən zamandan sonra tamamilə yeniliksiz, monoton, yəni davamlı olaraq eyni sərhədlərin içərisində dolaşan düşüncələrlə fikirləşməyə başlayır. Bundan sonra artıq ətrafındakılar sənin inancına uyğun yaxud yaxın, bəlkə də oxşar, ya da sənin inancına əks olan fikirlərə qarşı nələrsə deyəndə sorğulamadan qəbul edərsən, həmin fikirləri dəstəkləyərsən, həmin fikirli insanlardan özünə ətraf toplayarsan. Zamanla həmin şeyləri özünlə bütövləşdirib artıq bir bütöv olarsan. Sonra daha geniş inanclı birinə dönüşərsən. Artıq bir çox şeyə qarşı səslənən fikirləri özünə qarşı düşünüb qıcıqlanarsan. Ancaq inanmamaq üçün düşünməlisən, soruşmalısan. "Niyə?" sualını verməlisən. Öz suallarını verə bilməlisən. Ətrafındakıların ağzı ilə yox öz ağzınla danışa bilməlisən. Bunlar zehni tənbəlliklə olmur, burada zehnin hərəkətə keçməlidi, genişlənməli, başının içində narahat olmalıdı, bəzi lazımsız inanclarını tanıya bilməyin üçün, bir mövzu haqqında səhv yoxsa düz düşündüyünü görməyin üçün...
👍👍👍👍
İlk dəfədir ki, özümü sizi dinləyən kimi deyil, sizinlə bir yerdə oturub söhbət etdiyim kimi hiss etdim. Çox sağ olun 💙💚
Mənim milyon dollar pulum olsa,səyahət edərdim. İtaliyada,Milanda, Barselonada, Fransada-ümumiyyətlə,Avropada ən görkəmli,tarixi yerlərdə gəzərdim. Kitablardan oxuyub görmək istədiyimiz hər yeri gəzərdim. Əsas pulumu səyahətə və kitablara xərclərdim. Gözəl,nəfis tərtibatlı kitablar toplayardım. Çünki indi çox kitablar var ki,onlara həsrətlə baxıram.
💚💙
👍🏻
Qeribedir kiminse xeyalı zamandır kiminse xeyalı zamansızlıqdır. Menim xeyalım işlerimin çox olmasıdır
Heyat terzime cevrilib artiq her seher iki uc potcastiniza qulag asmaq♥️♥️
Hər zamankı kimi Əli bəyin fikirləri 🤌
"Dunyada 2 qrup insan var,agilli ve axmaq insanlar" (din,irq,cins,bunlarda ayrmciliq yoxdur) A.Eynstein. Qatiliram.Teshekkur edirem.
Ushaqlar men almaniyadan sixin verilishlere baxiram..yeni davam edin faima
Salam eleykim. Imkan tapib baxa bildim Allah komeyiniz olsun Yeni iliniz mubarek ❤❤❤
Gördüyünüz işlərdə və xəyallarda sizə uğurlar 💚💙
🌿🌿😂😂😂👍
❤️👍💙
Əjdaha kimi
yenə də çox bəyəndim,amma onu da deyim ki,heç bir dində məcburiyyət və ya kimisə məhdudlaşdırmaq yoxdur,əgər əksi görünübsə bu sadəcə eqo ola bilər, biz gərək sevək, sevgi olmayan hər şey təəssüf ki, unudulmağa məhkumdu; mən isə sevməyə özümdən başladım və düşüncələrimə,xəyallarıma hörmət etməyən ətrafım,yaxınlarım olsa belə,öz yoluma baxıram,bilirəm ki,onlar da mənə nə isə öyrətmək üçün bu həyata gəliblər,hər kəsə azad və hüzur dolu 2023 arzu edirəm, dovşan kimi sürətlə hədəflərimizə çataq,bayramınız mübarək❤
Ali ❤️
Yenə də möhtəşəm mövzu
Çox maraqlı söhbət idi.Mənim bir milyonum olsaydı,Masaçusi universitetində bakalavr təhsili alardım.Çünki,bu mənə 1 milyon pul yox,1 milyon xeyir gətirərdi.
1 milyonum olsa bu pulla gəzintiyə çıxaram.Səyahətlər edərəm.Amma həm də tarixi binaları ya da abidələri xilas etməyə çalışaram.Ya da dünyanın ən əfsanəvi abidələrini,sirri açılmamiş abidələri araşdirmağa xərcləyirdim(tarixçəsi məlum olmayan abidələrin araşdırılması).Hə birdə F1-də yarişmaq istərdim.Hələ yaşım da var əslində 18 təzə olub😄
38:41 düz.....!!!
👍👍👏👏👏
😇finally
Gəldimee gəldimm🤗💚
Xeyal Eymek Gözeldir En azından 2.reqeminin 3 olmasına qarşı sevinmirik Xeyalların vaxtı və zamanı var . Gələcəyin İlber Ortaylısı Ve Celal Şengörü Ola bilirsiniz 😊 Birde yeni keşf etdim biz ged gede Türk sözlerini işledirik
Menim 1 milyon dollarım olsaydı ilk sağlamlığıma ve sevdiyim yaxın çevrenin sağlamlığına xercleyerdim. Qalanı ile oxudugum seherde ozuve ev alardım kira sahiblerinden qurtulardım. Oxudugum muddetde pul derdi olmadığı ucun sıxıldıgım isden cıxıb oz sevdiyim seyleri oyrenmeye daha cox vaxt ayırardım. Daha sonra Bakıya qayıdıb bu sahede az ya da cox qazanmag derdi olmadan oz sevdiyim elmi arasdırmalarıma davam ederdim.
29:50 🤣👏 gell qaqashh
Düşüncə Azadlığı
Uğurlar beyler.
İndi geldım bu mılyonluq suala)) menım 1 mılyonum olsa duzdu bes etmır bır mılyon ama hardasa elon musk yaxınlığında bır yerde olmaq istəyərdim. Sızın bır qonagınız var ıdı teslada ısleyırdı vegetarian adını unutmuşam ındı ama o kruqda olmaq istəyərdim texmınen))
Bahalı saat dərdim olmayıb,ama zövqlü saat dərdim olub👍🏻
Azərbaycanda fəaliyyəti olan və sahəsində keyfiyyət olaraq Nümunə göstərə biləcəyim bir iş görürsünüz. Var olun!
Online kitab oxumaq üçün hansı mobil tətbiq tövsiyyə edirsiz??
Google books. Amma pul ödəməlisiniz. Yəni ödəməmək kimi fikriniz varsa onu deyim ki, heç kim yazdığı kitabı (çəkdiyi əziyyəti) pulsuz verməz
Mobil tətbiq ağlıma gəlmir amma çox hallarda istədiyiniz kitabı google-da axtarış edərək ödənişsiz PDF formada tapa bilərsiniz.
Biz de var Fuara geden yazar ,Rovshen Abdullaoglu..
Menim 1milyonum olsa özüme ve uşaqlarıma yararlı biznes qurardım uşaqlarıma ev alardım maşın alardım tehsilleri üçün pulu banka qoyardım xeyriyyeçilikde ederdim ve gezerdim dünyanı en böyük arzumu yerine yetirerdim dünayanı qarış qarış gezerdim
Dostlar, həmişəki kimi möhtəşəmsiz!
Sadəcə danışanda, mikrofon ilə ağızının arasındakı məsafəni sabit saxlasanız əla olardı. Səsin tez-tez artıb-azalması narahat edir biraz.
Təşəkkür edirəm, uğurlar!
Ela verlis.mende gezerdim .Yerleri insanlari kesf ederdim.esasende Asiyani Tibet Yaponiya Hindistani
*Bəh-bəh, yeni il bütün Söhbətgah ailəsi və ruhdaşlar üçün düşərli olsun!*
Buraxılış isə öz növbəsində mükəmməllik konseptini qoruyur.
Qaraqanın "1 milyon dollarım olsa idi" kitabı da yaxşı kitabdır, reallığı üzümüzə çıprır və çox qəribə hislər yaşadır.
Hər kəsdə isə 1 milyon olsa, infilyasiya olardı iqtisadi cəhətdən, mənim isə bir milyon dollarım olsa idi "xeyriyyəçi olardım" 😁
Oxuduğum ixtisasla və "mənə öyrədilənlə" deyə bilərəm ki, dövlət idarəetməsində tam olaraq liberal, tam olaraq demokratik yaxud tam olaraq avtoritarlıq utopikdir. Çünki vəziyyətdən asılı olaraq dövlətin xalq üzərində hakimiyyəti fərqli tərzlərdə təcəssüm oluna bilər, məsələn, dövlət liberal olsa, içdən dövlətçiliyə təhlükə yaradacaq bir ideologiya, bir kütlə çıxsa, məsələn multi-kulturlar bir ölkədə neonasistlər çıxsa, ölkə necə liberallığını hələ də qoruya bilər? Məsələnin mahiyyəti ondadır ki, tam liberallıq yaxud tam demokratiklik sözdə olan bir məhfumdur, ən demokratik dövlətlərin də, ən liberal dövlətlərin də müəyyən zamanlarda çevrilərək avtoritarlıq tətbiq etdiyini görmək olar. Yəni ki, Qərbin propanqandasına çox da uymayın, dünya göy qurşağı deyil....
Din mövzusunda isə RG-nin ikon sərti ilə öz şərhimi tamamlamaq istəyirəm, "normal insan 3 dəfə dəyişməli əqidəsin" bu say təbii ki şərtidir, yəni ki, axtarın, araşdırın, heç kimin güdazına getməyin.
Bloga görə təşəkkürlər Tural bəy MirŞahini nə vaxt qonaq çağıracaqsız?
Salam Tural və Əli bəy
Hər zamanki kimi gözəl buraxılış üçün Təşəkür edirəm
Tural bəy
Zəhmət olmasa yazarsız
35ci dəq danışdığınız Tony Robbins kitabının adını və necə əldə etmək olar
Çox sağolun
Salam.Bezi fikirlernizle razi olmasamda istisnalar vardi.
Her saniyesine diqetnen qulaq asdiqim bu ilde sonuncu buraxilis🎉
Bir defe yazmışdım çox isterdimki hedisle Quranı qarşılaşdırasız. Əli bəy quranda varmı yoxmu deye sual verdi Tural bəy siz hədisdən dediz dedikləriniz haqqında quranda bilgi yoxdur. Dünyanın tarixinin sehfi ve düzünə göre Allaha cvb vermeyeceyik, amma Allahın adınan tarixlə bağlı cvb vereceyik. Ona göre de quranan başqa fikir Allah adından danışmağımıza sebeb olma ehtimalı 100%!(hele tam sehih hedisə rast gelmemişem)
......Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.
35.Fatir surəsi 14 aye
1 mln olsaydi dünyanı gəzərdim❤
Kəramət Böyükçöl gelmelidi bura)
mütləq
Mənim də Tural bəy kimi xəyallarimdan biri cəsur olmaqdır basqılayıcı ailədə böyüməyin dezavantajlarini yaşayıram🥲