DJ - X - Baxış - Boz 🩶 ( sözlər təsvirə əlvə edilib )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Məhəbbətin rəngi qara qırmızı
    Xəyanətin rəngi solar boz olar
    Sən nə qədər rəngləsəndə üstünü
    Gün gəlincə yenə solar boz olar
    Hər kəsin ürəydə gizli dərdi var
    Bu dərdə ürəklər olur daş məzar
    Tikdin aramızda soyuq boz divar
    Bu soyuqdan bütün hislər buz olar
    Kimsə gəlməz səndən sonra yerinə
    Çox inandım sənin şirin dilinə
    Gözlərin göz qoydu özgə birinə
    Xəyanətin ilk addımı göz olar
    Gəzəndə baxmadın sən sağ soluna
    Mən bir daha çıxmaram heç yoluna
    Gedib girdin bir özgənin qoluna
    Düşünmədin kimsə görər söz olar ?
    Məhəbbətin rəngi qara qırmızı
    Xəyanətin rəngi solar boz olar
    Sən nə qədər rəngləsəndə üstünü
    Gün gəlincə yenə solar boz olar
    Sən hər zaman əlli dedin yüzümə
    Kömür dedin sənçün yanan közümə
    Arsız arsız dirənirsən üzümə
    Bir adamda gör nə qədər üz olar
    Sənə daim xoş şirin dil elədim
    Nə istədin mən bir bə bir elədim
    Düzələrsən dedim səbir elədim
    Elə dedim biraz gözlə döz olar
    Anlamadım var hərkəsin öz tayı
    Tanrı mənə səni verməyib payı
    Hamı bildi bircə səndən savayı
    Məndən sonra sevgim qalar iz olar
    Çox yalanlar tökülür bal dilindən
    Acı gərçək yaxşıdı min şirindən
    Bu gözəllik gedər bir gün əlindən
    Bel bükülər gücdən düşən diz olar
    Çox gəzmişdik biz səninlə qol qola
    Nəyə gərək sən məni aldat dola
    Şair girmə sənlik olmayan yola
    Tər təmizsən üsdün başın toz olar
    Məhəbbətin rəngi qara qırmızı
    Xəyanətin rəngi solar boz olar
    Sən nə qədər rəngləsəndə üstünü
    Gün gəlincə yenə solar boz olar

ความคิดเห็น • 10