Hətta 1 dənə BANAN görün insana nələr edir
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #demədidemə #banan #sağlamlıq
Dünyada buğda, düyü və qarğıdalıdan sonra ən çox yeyilən qida banandır. Özünəməxsus qoxusu, dadı ilə sevilən meyvə insan orqanizmi üçün lazım olan qida maddələri ilə zəngindir. Çiçəkləri bənövşəyiyə çalan banan ağacı sərin, kölgəlik və rütubətli yerlərdə bitir. Bəs mütəmadi olaraq banan yeməyin faydaları nələrdir?
1) Orqanizmə enerji və gümrahlıq verir. Tərkibində C, B6 vitamini, fol turşusu, kalium, maqnezium kimi minerallar, lif və təbii şəkər olan meyvə enerji verməklə yanaşı, orqanizmin sağlamlığını da dəstəkləyir;
2) Həzm sistemini nizamlayır. Malik olduğu lif sayəsində banan, xüsusilə, tam yetişmiş meyvələr mədənin turşuluğunu normaya salır, həzm prosesini nizamlayır, qəbizliyi aradan qaldırır, toxluq hissi verir. Mədə duvarında qızarıqlıq və yaralar varsa, rasiona banan mütləq daxil edilməlidir. Mədədə zərərli bakteriyaların əmələ gəlməsinə mane olur;
3) Qanda şəkərin səviyyəsini nizamlayır. Qlisemik indeksi aşağı olan banan qanda şəkərin səviyyəsinin qəfildən yüksəlməsinə və gözlənilmədən aşağı düşməsinə mane olur, bununla da, qanda şəkərin səviyyəsinin stabil qalmasını təmin edir;
4) Ürəyin sağlamlığını qoruyur. Antioksidantlarla zəngin olan banan əsl “ürək dostu”dur. Onun tərkibindəki antioksidantlar sərbəst radikallarla savaşaraq oksidativ stressi azaldır, damarların sağlamlığını qoruyur. Bəzi elmi araşdırmalar aşkarladı ki, banan istehlakı “pis xolesterol” səviyyəsini aşağı salır. Bananda doymuş yağ və xolesterol yoxdur. Ürəyin sağlamlığı üçün müsbət amildir; doymuş yağ və xolesterolla zəngin rasion ürək-damar xəstəlikləri riskini çoxaldır;
5) Stressi və əndişəni azaldır. Banan B6 vitamini qaynağıdır. Stressin önünə keçmək qabiliyyətini burdan alıb. Serotonin ifrazına öz töhfəsini verən B6 vitamini insanın əhval-ruhiyyəsinin yüksəlmə səbəbidir. Triptofan adlı amin turşusu ilə zəngin olan bananın bir xüsusiyyəti də diqqət çəkir: onun tərkibindəki triptofan orqanizmdə serotoninə çevrilir. Serotonin depressiyanı azaldır, əndişəni yox edir;
6) Təzyiqi nizamlayır. Tərkibindəki kalium və digər qida maddələri sayəsində qan təzyiqinin stabil qalmasını təmin edən banan bununla ürək-damar sisteminin xəstələnməsi riskini də aşağı salır;
7) Xərçəng ehtimalını azaldır. Banandakı B6 vitamini immun sistemini və hüceyrə miqyasındakı metabolizmanı qoruyur. Beləcə, xərçəngə tutulma riskini azaldır. Aşağı kalorili, sağlam atışdırmalıq olan banan arıqlamaq üçün pəhriz saxlayanların doğru seçimi ola bilər. Qeyd edim ki, artıq çəki döş xərçəngi, bağırsaq xərçəngi, uşaqlıq xərçəngi kimi xərçəng növlərinin əmələ gəlməsi ilə əlaqələndirilir;
8) Qan əmələ gəlməsini dəstəkləyir. Bananda təbii şəkər var. İnsana sürətlə enerji verməsinin əsas səbəbi budur. İdmançılar məşq zamanı yanlarına banan qoyurlar ki, enerjilərini qısa zamanda yeniləyə bilsinlər. Tərkibindəki kalium və karbohidrat isə aktiv fiziki hərəkət zamanı əzələ spazmalarının qarşısını alır;
9) Aybaşı öncəsi sidromun (PMS-Premenstrual Sindrom) təsirini azaldır. Banan maqneziumla da zəngindir. Maqneziumun aybaşı öncəsi gərginliyi, narahatlığı azaltdığı məlumdur. Banandakı kalium artıq duzun və mayenin orqanizmdə yığılmasına mane olur. Nəticədə, şişkinlik olmur;
Bananın faydalarını öyrənmək üçün aparılan elmi araşdırmalar:
Bananın qan təzyiqini nizamlaması: Mənbə: He, F. J., & MacGregor, G. A. (2008). Beneficial effects of potassium on human health. Physiologia Plantarum, 133(4), 725-735. Qənaət: “Kaliumla zəngin rasionun yüksək təzyiq riskini azaltdığı aşkarlandı. Banan malik olduğu yüksək miqdardakı kalium ilə faydalıdır”.
Lifin həzmi nizamlaması: Mənbə: Anderson, J. W., Baird, P., Davis Jr, R. H., Ferreri, S., Knudtson, M., Koraym, A., … & Williams, C. L. (2009). Health benefits of dietary fiber. Nutrition Reviews, 67(4), 188-205. Qənaət: “Liflə zəngin rasionun həzm orqanlarının sağlamlığını qoruduğu və qəbizliyi aradan qaldırdığı məlum olub”.
Antioksidantların hüceyrə sağlamlığına təsiri: Mənbə: Vinson, J. A., & Cai, Y. (2012). Nuts, especially walnuts, have both antioxidant quantity and efficacy and exhibit significant potential health benefits. Food & Function, 3(2), 134-140. Qənaət: “Banan antioksidantla zəngindir. Buna görə də, hüceyrə miqyasında sağlamlıq problemlərini aradan qaldırmaqda mahirdir”.
B6 vitamini və nevroloji sağlamlıq: Mənbə: McCarty, M. F. (1999). High-dose pyridoxine as an ‘anti-stress’strategy. Medical Hypotheses, 52(5), 421-424. Qənaət: “B6 vitamini mənbəyi kimi, banan sinir sisteminin sağlamlığına müsbət təsir göstərir”.
C vitamini və immunitet: Mənbə: Hemilä, H. (2017). Vitamin C and infections. Nutrients, 9(4), 339. Qənaət: “Bananda C vitamini var. Bu sayədə immuniteti dəstəkləyir”.
Gördüyünüz kimi, bu araşdırmalar bananın sağlamlığa faydalarını sübut etməkdədir. Bununla belə, qeyd etməliyəm ki, banan təkbaşına müalicə vasitəsi deyil. Müntəzəm və balanslı şəkildə qəbulu sağlam həyat tərzinin bir parçası olmalıdır.
...,,,,Ya Rəhimlilərin Ən Rəhimlisi 124m.P.r, və Əhli-Beytə. bu 3 ••• AYA, Ən sevdiyin Dualara Xatir Butun Musalmanin Gunahin Baqişla hər 2 Dunyasin Ən Xeyrli et. Хəstələrinə Şəfa ver, Hacətin Tezləşdir, Mən, Boynumuzda Haqqi olanlar və Amin deyənlərdə onun icində AMIN
Amin🤲🤲🤲İnşAllah🤲🤲🤲
Amin ya Rəbbim Allah🤲🏻
Amin 🙏
Amin
AMIN AMIN INWALLAH 🤲🤲🤲
Salam bahadur müəllim coxsaqolun bananı məndə yeyirəm Rusiyada mədəmdə bawqa promlerim varıdı elə supper xeyir edirki Arqanizim Kremli sayı kimi iwdeyir wukur ❤ALLAHA❤❤❤
Bilgi ücün sagolun tam mənlikdir yeyirdim daha cox yeyəcəm təşəkürlər agzınıza saglıx
FAYDALI VİDEODIR ÇOX SAĞOLUN
Banana hörmətim artdı, təşəkkürlər.
😂😂😂😂😂😂😂😂
SALAM BANAN A YOX ONU YARADANA HÖRMƏTİMİZ ARTMALIDIR
ÇÜNKİ ONU ALLAH YARADIB HƏMD OLSUN
Tabii canım,🤲🤲🤲🤲🤲
Banani ushagliqdan bugune kimi cox sevirem , en sevdiyim meyvedi ve heftede en azi 3-4 dene yeyirem 💫💛
😂gunde 3dene
Yeyirrem 99 rubuledi pitirde
Menim nevem gunde 3, 4 dene yiyir 😂
Təşəkkürlər Bahadur bəy
Çox faydalı məlumat üçün təşəkkür!
Allah sizden razi olsun🙏🙏🙏Cox saq olun🙏
Allah sizdən razı olsun bananın bu qədər dəyərli olduğunu bilmirdim sağ olun ki hər tərəfli danışırsınız qorxa qorxa yeyirdim elə bilirdim ki ziyanı çoxdur artıq rahat yeyə bilərəm ❤❤
Faydalı məsləhətiniz üçün çox sağ olun
Cox gozel izzah edirsiz.Sizede boyuk teşekkürler!
Mədə bağırsağa çox xeyirdi
ÇOX TƏŞƏKKÜRLƏR BƏLİ ÇOX FAYDALIFIR AMMA ÖDÜNDƏN ƏMƏLİYYAT OLANLAR VƏ MƏDƏ TURŞULUQU ÇOX OLANLAR DİQQƏTLİ OLSUN.
Salam xanım mənim oğlumun mede turşuluğu coxdur hekim sadece banan, heyva ve armuda icaze verib ne kimi ziyanı ola bilər vaxt ayırıb yazsaz minnətdar olaram
Çox sag olun məlumata göre,durum gedim banan yeyim,xarab olur atiram
Çox təşəkkür edirik❤
Çox sağ olun məlumata görə
Yiyirem hergünde olmasa amma yiyirem
Allahin verdiyi bütün bereketə şükür
Palezno melumat teşeküür❤
Çoooox sağ ol Allah razi olsun 🌺
Çoxsağolun tam mənə lazim olan bir meyvə haqqinda məlumat verdiz❤
MƏN BANANIN MÖCÜZƏSİNİ O ZAMAN GÖRDÜM Kİ. YOLDAŞIM UZUN İLLƏR --DİSBAKTEROZDAN ƏZİYYƏT ÇƏKİRDİ. ONA HƏR SƏHƏR AC QARINA BANAN VERİRDİM. ŞÜKÜR ALLAHA PROBLEM ARADAN GETDİ. ARADA YENƏ VERİRƏM
Çox sağ olun dəyərli məsləhətlər üçün.
Allah razi olsun sizlerden.gozl elumatlardir
Tewekkurler melumatlara gore
Allah razı olsun indi bananın qiymətini qaldıracaqlar hazırda 3.50 ə alırıq görün indi neçə olacaq
Cox saq olun mesleetıere göre
Super
Çox sağ olun sizin məsləhətinizdən faydalanırıq
Çoooox minnətdar oldum təşəkkürlər
Tewekkurler
Çox gözəl.
Çox sağ ol. Allah razı olsun
Azerbaycanda,meyvə almaq olmur,çox bahadır..
Alma həmçin,banan 2 manat olsa düz olardı..
Xalqının balaların fikirləşməyən tək ölkəm😢
Бизде онан бахади ай дади 😂😂😂сиз дийесан бираз берк адамсищ пул хаштамирстз😂😂😂😂😂😂😂😂😂😂😂😂
Çox faydalı məlumat idi
Məlimatınızla ,,əndişə ,, sözü çox xoşuma gəldi
,,,....şəfa duasi-> SALAVAT. sonra de->Adi Dərman, Zikri Şəfa Allahim (nəfəsinin sonuna qədər şəfa ucun de)YA ALLAH-YA RƏBB-YA ƏRHƏMƏR RAHIMIN
Redd olda
Çox sağ olun,Allah razı olsun sizdən ,Allah bütün xəstələrə şəfa versin Amin 🤲
Çox sağ olun.
Salam cox sağ olun ki maarifləndirici xeberler verirsiz
Allah razı olsun yaxşı dediniz sağolun
Hər zaman alırx yeyirik çox Şükür. Ama çox sağulun bilmədymiz faydalarnıda öyrənmiş oldux👏
Maraqlıdı hər zamanda izləyirik👍👍çox sağ olun bundanda əlası ardı gəlsin🤲🤲
ALLAH QORUSUN SIZI FAYDALI MESLEHETLERINIZ UCUN VAR OLUN❤❤❤🎉
❤❤❤faydalari bilmirdim her gun yeyirem ve sevdiyim sitrus meyvelerden 1ridir 🎉❤😊
Çooox təşəkkür!
ALLAH SIZI VEAILENIZI QORUSUN AMIN❤❤❤
Təşəkkür edirəm çox sağolun
ALLAH RAZU OLSUN.COX SAQ OLUN.
Təşəəkkur edirəm
YA ALLAHİM AKBƏR❤❤❤❤
Əla
Meymunlar qədər bananın qədrini bilən yoxdur😂
Salam abunə olduq
Əla❤
Salam çox təşəkjurlər hərşeyi ətrafli anlatirsiniz Allah razi olsun.Ama bir sual vermək isdirəm banani səhərlərmi yeməliyik ac qarnina?Cavab gözluyəcəm sizə zəhmət olmasa🥰
Mende cox sevrem banan😊
təşəkkürlər
Allah razl olsun
Salam. Diqqətlə izlədik məlumatlandıq çox sağ olun Allah razi olsun. Ama həkim mən çox meyvələr hakkınıda da eyni sözləri eşidirəm bəs bu necə olur. Adam çaşıb qalır.
Banana hörmetim artdı teşekürler
❤❤❤чох саг олун,бу мелумата горе
Çox sağolun
Cox sağol 👍
Təşəkkürlər.
Gunde bir dene yeyirem , ya seher yeyirem ya da meşqden sonra
BUNA GÖRƏ DƏ BİR BANAN DEYİL ALLAH BİZİM ÜÇÜN GÖRÜN NƏ QƏDƏR XEYİRLİ ŞƏFALI NEYMƏTLƏR YARADIB HƏMD VƏ ŞÜKÜR OLSUN
Azərbaycana gələn bananlar hamısı faydasîz zərərli bir seydir, hansi ki yamyaşıl gəlir burada qaz vurub saraldırlar. Özü də geni dəyişmis və tam dərmanla yetişdirilmiş seylərdi. Banan ancaq öz vəyetişdirilən vətənində həm də tam təbii və tam yetişmiş halda dərilib yeyiləndə faydalıdır
,🙏🏻🙏🏻🙏🏻
😂😂😂
❤Sağ olun❤❤❤.
Təxmini hansı vaxdarda yemək lazımdı çünkü toxluq yaradan meyvədir
Təşəkkürlər
İlk yorumda menden
Var ol bala
👍👍
👍
👍👍👍🙏🙏🙏
Yaxwidi banan
Banan her şeye xeyirdi əsasən medə bağırsaq
1 balona banan qabığının doldurub su ilə doldurub qapağını bağlayın 1 həftə sonra dibçək güllərini sulayin fərqini görəcəksiniz
Nə xeyri var ki?
Mən bu gün bankaya doğrayıb atıram, su doldururam, səhərisi günü dibçək güllərini sulayıram, evüsulu gübrə olur🍀
@@tan8576 düzdür
@@isngdr inkişafı sürətlənir
🙏
Yaradir
Sevmeditim meyvedi ama xeyirli olduğu ucun yeyirrm
Təsegur var olasan
Çox sağ ol
❤❤❤❤❤
Tesekkur edirik ama bananin qiymeti qalxmasa yaxsidir bu terifden sonra
Əzizov elşen
Sizdən çox xaiş edirəm ağız göbələyinə dərman tapası çox çarəsiz qalmışam müalicənin xeyri yoxdu
alma sirkesi ile qarqara edin şirniyyat yemeyin.bağırsağnızdda göbelek var çox şirniyyat yeyende boğazdakı da saçaqlanır.her axşam1st suya1çay qaşığı alma sirkesi tök iç.ama mede bağırsaqda qızartısı olana olmaz.mende de var.ondan bilirem.kekotu çayı için oda göbeleyi azaldır.xemir yemekleri nişastalı yemekler az yeyin.kartofu suya qoy istifade et qoy nişastası axsın.göbelek pehrizle ve probiotikle müalice olunur dermanı yalnız bunlardı.neçe illerdi mende eziyyet çekirdm bilmirdm.oxuyan sag olsun
yutubdan baxın kandida göbeleyine orda var herşey
Diqqet etseniz banan nece balacadir biz yediyimizden Cox ferqlidir
Bir xörək qaşıq sumağı 1 st qaynar. suya tök ağzın.. ört. qapaqla..soyuyanda qədər. gözlə. Sonra. qarışdırıb. ilıq. Olsun. gün. ərzində .5..6 ..dəfəridə qapqara. et. ağızda. olan. yaralarI. sağaldır
👏👏👍 birinci dəfədir ki, eşidirəm, mən də sınaqdan keçirilməsi edərəm.
Nece qebzi aradan qaldırır? Men yiyende qebz edir
👍👍👍👍👍👏👏👏👏👏
Menim bacim banan yiyende qebz olur goyerti yimek yimek ona yaxwi olur
❤
Bananln. Faydasl. Varsa. Meymunlara. Köməyi. Dəyər.
Xatırlamıram, hardasa bananın qəbizliyə səbəb olduğunun qeyd edildiyinə rast gəlmişdim. Demək ki, hər deyilənə də gərək inanmayasan araşdırmadan.
Yaşıl banan qəbizlik yaradır. Yetişmişi yox
Cox yeyende qebzlik yaradir
Qebizlik yaradan bananin ortasinda olan qara noqteli hissedi.
Yaradir
məndə
Deyirsinizki döş x bsğarsaq x uşaqlıq xərçənginin əmələ gəlməsini əlaqələndirir. Yəni yaranmasınadamı yardımçıdı? Bunu başa düşmədim. Mümkünsə açıqlayardınız
Qutuya bülliten atabilir?
Menimde medemde qastirit var ağrı verirdi banan yeyende ağrılarım kecir
👍👍👍👍👍👍👍☺️☺️☺️☺️
❤🙏🙏😘😘❤️
Salam deyin zəhmət olmasa mən yaşil banan xoşlayıram sari banan heç sevmirəm və mənə dedilərki yaşil bananin xeyri azdi sari bananın xeyri çoxdu bu düzdürmü?
Banan qebizlik yaradir , acqarna yeyilende qanda səkeri qaldirir sonra insan daha cox acir , banan cox yedikdə kop yaradir