Azərbaycanda ən bahalı otel nömrəsi neçəyədir?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Dünyanın ən gözəl şəhərlərindən sayılan Bakıda 572 hotel fəaliyyət göstərir.
    Qazet.az-ın məlumatına görə, şəhərdə hər büdcəyə uyğun turistin istirahət etməsi, gecələməsi üçün hotel mövcuddur.
    Bəs Azərbaycanda ən bahalı hotel nömrəsi neçəyədir?
    Ən bahalı hotel kimi "JW MARRIOTT ABSHERON BAKU"nu qeyd etmək mümkündür. Bu hotelin “prezident dairəsi”ndə bir gün keçirmək üçün 22 min manata yaxın məbləği gözdən çıxarmaq lazımdır. Hotelin bu nömrəsi 21 241 manatadır. Bu nömrədə 2 böyük zal, yataq otağı, ayrıca mətbəx, hətta bar var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.
    Növbəti ən bahalı hotel isə "Four Season Hotel"dir. Burada iki “Liman “ və “Xəzər” adlı “prezident dairə”ləri var. Binanın 8-ci mərtəbəsində yerləşən bu otaqlar dənizə açılan möhtəşəm mənzərəyə malikdir. Dəniz mənzərəsi olan “Xəzər”in böyük qonaq otağı, media zalı, iş kabineti, bir neçə eyvanı və şəxsi spa, eləcə də idman zalına çıxışı olan böyük yataq otağı var. "Liman" zalı da eynilə “Xəzər”də olan otaqlardan ibarətdir. Bu nömrələrdə bir gecə qonaqlamaq 11-12 min manata başa gəlir.
    Qiymətlərin yüksək olması isə heç də təlabatın az olmasına səbəb olmur. Əksinə, elə indini götürsək, bu ayın sonuna kimi hotellərdə boş nömrənin olmadığını görərik.

ความคิดเห็น • 7

  • @aybenizehmedova6540
    @aybenizehmedova6540 2 ปีที่แล้ว +7

    Bizim azərbaycanda əhali acından ölür mənim evim yoxdu icində yaşayam bəs məni bu gündə yaşadan dövlətim 22 mini hardan alıb o harınlamışlara verir ki gedib kef eləsinlər bizim kimi yetim yesirlərin allahından qorxmurlar mən kirayədə yaşayıram kirayə haqqın verə bilmirəm uşagımın dərmanın ala bilmirəm bu ədaləti hansı tərəziyə qoyaq siz deyin bizdə bilək

  • @cavadmusayev8150
    @cavadmusayev8150 2 ปีที่แล้ว +4

    O 22.minlik otaginiz superdi cox mohtesem omrumde ele gizel istirahet etmemisem cunku olmamisam ele otaqlarda😂😂😂

  • @nurlanabdullayev9598
    @nurlanabdullayev9598 3 ปีที่แล้ว +1

    Hec menim 22 manatim yoxdur ola biler varliga ne darliq ?

  • @halilturksoy8376
    @halilturksoy8376 8 หลายเดือนก่อน

    Otellerin sahiblerinde adini deseydiz eminem eyni insanin adami adini cekerdiz 😂

  • @XuramanShamadova
    @XuramanShamadova 4 หลายเดือนก่อน

    22 min manata ev alaram

  • @nurlannurlan2002
    @nurlannurlan2002 2 ปีที่แล้ว +1

    Azərbaycan otelləri kimə lazımdr 🤣👎turist neft kanalizaciyalı dənizə baxacag yox london olar bilmərik üfff

  • @suadasesiznihat1777
    @suadasesiznihat1777 2 ปีที่แล้ว

    Qeletvizi eliyin alaa. 22min defe bawiva qapaz deyer onan sonra agilanarsan