Milli Qəhrəman necə şəhid edildi? - Polkovnik Həmidov barədə bilinməyənlər

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Şükür Həmidova milli qəhrəman adı niyə verilmişdi?
    Sağlığında Milli qəhrəman olmaq çox az adama qismət olur. Adətən qəhrəmanlar bu ada canı bahasına layiq görülür. Görəsən o sağlığında nə etmişdi ki, milli qəhrəman adını almışdı?
    Biri var idi... Əfsanələrdəki cəngavərlər kimi daim ordusunun önündə gedirdi. Əfsanəvi polkovnik - Milli Qəhrəman Şükür Həmidov... Bu gün bir bahar sabahı Qubadlıda başlayıb, bir payız axşamı elə Qubadlıda bitən qısa ömrə baxacağıq...
    Şükür Həmidov 1975-ci il martın 1-də Qubadlı rayonunun Armudlu kəndində müəllim ailəsində dünyaya göz açıb. Əvvəlcə Qubadlı rayonunun Başarat orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirib. 2006-2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olub.
    1995-ci ildə leytenant rütbəsi ilə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində tağım komandiri kimi xidmətə başlayıb. Elə ilk gündən ön xətdə olub. Ardınca müxtəlif vəzifələrdə Tərtərdə digər cəbhəyanı bölgələrdə xidmət edib.
    Onun həyatında Lələ təpə yüksəkliyi önəmli rol oynayır.
    2016-cı ilin aprel hadisələri zamanı Şükür Həmidov Füzulidə hərbi hissəyə komandirlik edirdi.
    Onun rəhbərlik etdiyi briqada ermənilərin dırnaqarası “keçilməz Ohanyan səddini” 40 dəqiqəyə keçib. 1 saatın sonunda artıq Azərbaycan bayrağı Lələtəpədə dağlalanırdı...
    Onununla Aprel döyüşündə iştirak etmiş yoldaşları deyir ki, Şükür Həmidov öncə deyəndə ki, mən də qabaqda olacam, hamımız duruxduq. Amma sonda başa düşdük ki, o düzgün qərar vermişdi.
    Beləliklə Şükür Həmidov Aprel döyüşləri boyunca hərbi hissə heyətinin önündə döyüşüb, tapşırıqlarını birbaşa yerində verib. Yoldaşları deyir ki, Şükür Həmidovun hərbi hissə komandiri olaraq öndə olması, əsgər, zabit heyətinə çox böyük həyəcan verirdi. Elə qısa müddətdə Azərbaycan bayrağının Lələtəpədə qaldırılması da, birbaşa Şükür Həmidov və onun kimi komandirlərin əsgərlərlə çiyin-çiyinə döyüşməsi səbəbilə baş tutub. Əslində Şükür Həmidovun Aprel döyüşlərindən sağ çıxması bir möcüzə idi. Bunu Aprel döyüşlərindən sonra danışan həyat yoldaşının dilindən eşidə bilərik.
    Ömrünün son illərini Füzulidən işğal altında olan Qubadlıya baxmaqla və o torpağa ayaq basacağı günü gözləməklə keçirirdi. Nəhayət, heç kimin gözləmədiyi bir gün, həmin hadisə baş verir və Şükür Həmidova öz torpaqlarına doğru irəliləmək şansı verilir. Allahın sevimli bəndəsi kimi onun torpaqların işğaldan azaetmə treyektoriyası da bir başa Qubadlıya doğru gedirdi. Azərbaycan ordusunun bir briqadasına rəhbərlik edən Şükür Həmidov saniyəbə saniyə Qubadlıya yaxınlaşırdı. Onun bəlkə də Allahdan dilədiyi gün elə həmin idi; Qubadlını görüm, sonra ölüm. Şükür Həmidov çox güman ki, briqada komandiri kimi Qubadlıya daxil olan ilk şəxslərdən idi. Polkovnik arzusunda çatır, öz doğma torpağına ayaq basır. Ancaq fələk bundan artığını Şükür Həmidova qıymır. O, Qarabağın azad olunduğu günü görmədən, 2020-ci ilin 24 oktyabrında doğma rayonunda, Qubadlıda şəhid olur...
    Onun ölümündən cəmi 3 gün sonra Qubadlı şəhərinin azad olunması elan edildi.
    Polkovnikin dəfn mərasimində, Müdafiə naziri Zakir Həsənov, Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev, Milli Qəhrəman Rövşən Əkbərov iştirak etdi. Prezident İlham Əliyev Milli qəhrəmanın atası ilə telefonla danışığı zamanı Şükür Həmidovun adının öz doğma rayonunda əbədiləşdiriləcəyini deyib.
    Şükür Həmidovun ölüm səbəbi kimi ictimaiyyət tərəfindən müxtəlif səbəblər göstərildi. Yayılan ilk xəbərlərdə qeyd olunurdu ki, o cəbhədən yayılan videoların qurbanı olub. Həmin ərəfədə Azərbaycan hərbçilərinin bir neçə videosu yayılmışdı və bəzi videolarda hətta yüksək rütbəli hərbçilərə xitab da olunurdu. Deyilənə görə bu videolar düşmənlərə koordinat verib.
    Ölümündən bir gün sonra sosial şəbəkədə onun telefonla danışarkən düşmən snayperi tərəfindən vurulduğu qeyd olundu. Bu versiyaların həqiqətə nə qədər uyğun olduğunu bilmirik. Həqiqət odur ki, bu gün Milli qəhrəmanımız həqiqət, yəni haqq dünyasındadır.
    Şükür Həmidov gəncliyini uff demədən, sevgiylə vətənə qurban demişdi. Bizə iki övladı yadigar qaldı. Milli qəhrəman kimi isə nəfəsini iki il qorudu, sonra onu da vətənə qurban verdi.
    Qubadlı onun 18 yaşında işğal olunmuşdu. Bu həyata müstəqil insan kimi, kişi kimi atıldığı gün artıq torpağını ayağının altından çəkib aparmışdılar. Ancaq o səndirləmədi, bu böyük zərbədən özünə gəlib, ömrünü həmin o zərbənin əvəzini verməyə, ayağının altından çəkilən torpağa ayaq basmağa həsr etdi. Gün gəldi 27 intizarda qalan o torpağa polkovnik, Milli qəhrəman kimi mübarək addımını basdı. Elə həmin an da son damla qanını torpağa, alovların içindən qoruyub saxladığı Milli qəhrəman canını isə göylərə təslim etdi. Ruhun şad olsun, cənab polkovnik...

ความคิดเห็น • 236

  • @aysubanushow
    @aysubanushow 3 ปีที่แล้ว +55

    Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ürəklərimizdə həmişə qəhraman kimi yaşayacaq🇦🇿
    Şəhid olduğu tarix 22 oktyabrdı😔

    • @1000production
      @1000production  3 ปีที่แล้ว +3

      Allah rəhmət eləsin!

    • @wafahuseynli6221
      @wafahuseynli6221 3 ปีที่แล้ว +2

      Mənim Şükür Həmidova heyfim gəldi, cox həsrətlə baxırdı torpaqlarına, həsrətlə gözləyirdi... Allah rəhmət eləsin🤲

    • @gulera-va3606
      @gulera-va3606 2 ปีที่แล้ว

      beli. sehid oldugu tarix 22 oktyabrdir. redaktor hansi menbeye esaslanib 24 oktyabr deyir anlamiram🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @samiranadir4128
    @samiranadir4128 3 ปีที่แล้ว +44

    Allah rəhmət elesin.Cox heyif onun kimi Qəhrəmanı itirdik😥🥀

    • @1000production
      @1000production  3 ปีที่แล้ว +1

      Allah rəhmət eləsin!

    • @davud.488
      @davud.488 3 ปีที่แล้ว

      @@1000production sehv etmirem qəhrəmanımız minamyotdan şəhid olub.

    • @rafiqbayramov7665
      @rafiqbayramov7665 3 ปีที่แล้ว

      @@1000production
      Ğçş

    • @rafiqbayramov7665
      @rafiqbayramov7665 3 ปีที่แล้ว

      Ç

  • @СолмазГусейнова-ж9о
    @СолмазГусейнова-ж9о 3 ปีที่แล้ว +32

    İgid qeyrət sahibi Millu Qəhrəmanımıza Tanrıdan məkanının Cənnət olmasını diləyirəm. Allah ailəsinə səbir versin. Amin.

  • @mifhyat611
    @mifhyat611 3 ปีที่แล้ว +5

    Vallah bu xəbər hər dəfə qarşıma çıxanda insanın ürəyi param parça olur

  • @seidenovruzova9790
    @seidenovruzova9790 3 ปีที่แล้ว +11

    Allah rəhmət etsin.Yaddaşımızdan,qəlbimizdən silinməyəcək Milli Qəhrəman Şükür Həmidov

  • @starabuneolun4135
    @starabuneolun4135 3 ปีที่แล้ว +7

    Şükür Həmidov döyüşdə bizə ruh yüksəkliyi nümayiş etdirirdi.Allah rəhmət eləsin

  • @arzuhesenova7573
    @arzuhesenova7573 3 ปีที่แล้ว +9

    Bu insanin shehid olmagi mene cox pis tesir etdi. Allah rehmet elesin😔😔😔

  • @esed_hemidov
    @esed_hemidov 3 ปีที่แล้ว +52

    Birincisi Şükür Həmidov 22 oktyabrda şəhid olub,ikincisi isə Milli Qəhrəman kimi 2 il yox,4 il yaşayıb. Üçüncusü isə briqada komandiri kimi yox,korpus komandirinin müavini kimi döyüşlərdə iştirak edib. Zəhmət olmasa xalqa düzgün məlumat çatdırın.

    • @eltun5215
      @eltun5215 3 ปีที่แล้ว +4

      Tamamilə doğrudur.2ci Ordu Korpusu Mais Berxudarovun müavini

    • @xanali.aliyev
      @xanali.aliyev 3 ปีที่แล้ว

      Bəli düzəliş edin

    • @ibadetbedelov3483
      @ibadetbedelov3483 3 ปีที่แล้ว

      Korpusun qərargah rəisi idi.

    • @tevekkulferzaliyev6092
      @tevekkulferzaliyev6092 2 ปีที่แล้ว +1

      @@ibadetbedelov3483 Qərargah rəisi Münasib Babayev deyildi yoxsa Elşad Əbilov

  • @vusalesgerov5371
    @vusalesgerov5371 3 ปีที่แล้ว +7

    Ay Allah ureyim parcalandi menim qerargah reyisim olub allah rehmet elesin mekani cennet olsun

  • @alxanimanov4183
    @alxanimanov4183 3 ปีที่แล้ว +9

    Allah rəhmət eləsin ! O, bizim fəxrimiz olub və olacaq !!! Çox heyif ki, itirdik !!!

  • @hacabdulla8543
    @hacabdulla8543 3 ปีที่แล้ว +4

    Heyf Şükürdən,. Təşəkkür dəyərli süjetdə əməyi keçən hər kəsə.

  • @amilverdiyev798
    @amilverdiyev798 3 ปีที่แล้ว +7

    Döyüş zamanı əsgərlərini qoymazdı irəli gedə özü öndə gedərdi sonra işarə edərdi biz gedirdik heyif görmədi qubadlının azadlığını o yanımda şəhid olanda hamımıza çox pis təsir etdi gözəl insan heyif kaş ki yaşayardız çox ürəkli qeyrətli biri idi.

  • @asyayawrum
    @asyayawrum 3 ปีที่แล้ว +4

    Elimizin qehraman, igid oglu yerin nurla dolsun. Seni kimi ogullari analar tek-tek dogar. Ruhun qarsisinada bas eyerik.Allah sehidlerimize rehmet elesin
    .

  • @Star10X1
    @Star10X1 3 ปีที่แล้ว +4

    ALLAH SƏNƏ RƏHMƏT EYLƏSİN GÖZƏL ŞƏHİDİM ŞÜKÜR HƏMİDOV

  • @efqanyaqubov4635
    @efqanyaqubov4635 3 ปีที่แล้ว +10

    Allah rəhmət eləsin qəhraman və baş tacımız olan şəhidlərimizə Şükür Həmidov kimi igidlər bizim qürur mənbəyimiz başımızı uca edən ləyaqət və qeyrət simvolarımızdır .🇦🇿 Bu gözəl verlişlərə görə sizədə öz minətdarlığımı bildirir işinizdə uğurlar arzu edirəm. Vətənimiz və xalqımız var olsun 🇦🇿

  • @ilqarmamedov5447
    @ilqarmamedov5447 3 ปีที่แล้ว +44

    O pələng qəhrəman vurulmadan bir gün qabaq onun videosunu kim çəkib verdisə onu araşdirin xahiş edirəm Allah təala butun müsəlman şəhidlərinə rəhmət eləsin amin

  • @ОХОТНИКНААРМЯН-е8ъ
    @ОХОТНИКНААРМЯН-е8ъ 3 ปีที่แล้ว +23

    ALLAH SƏNƏ.RƏHMƏT ELƏSİN ŞÜKÜR!

  • @pervizmikayilli9936
    @pervizmikayilli9936 ปีที่แล้ว +1

    aglaya aglaya izledim Allah Sehidlerimize rehmet elesin!!!

  • @amilverdiyev798
    @amilverdiyev798 3 ปีที่แล้ว +5

    Həmin gün o döyüşdə mən də Şükür Həmidovun yanında olmuşam çox gözəl insan idi məkanı cənnət olsun şəhid qardaşlarımızın

  • @VuqarHuseynov_
    @VuqarHuseynov_ 3 ปีที่แล้ว +8

    Allah Rəhmət eləsin Şükür Həmidov mənim Tabor kamandirim olub bizə kamandirdən qabağ qardaş olub

  • @muradovmuradov9562
    @muradovmuradov9562 3 ปีที่แล้ว +3

    Çox insan birisi və çox əla komandir kimi komandir idi fərq qoymazdı əsgərlərinə hərbirkəsi bir görürdü buda bizə xoş idi Allah rəhmət eləsin komutanmza

  • @xanimabdullayeva8786
    @xanimabdullayeva8786 3 ปีที่แล้ว +6

    Allah rəhmət eləsin ruhu şad olsun Qubadlıların fəxri😔🇦🇿Allah ailəsinə səbr versin övladları xoşbəxt olsun🙏🏾😔🇦🇿🤔

  • @emilaliyev3520
    @emilaliyev3520 3 ปีที่แล้ว +27

    Menim komandir rotam olub allah rehmet elesin

    • @1000production
      @1000production  3 ปีที่แล้ว +1

      Allah rəhmət eləsin!

    • @xqanisirmmmdov5966
      @xqanisirmmmdov5966 ปีที่แล้ว

      Şahbuzda? 050 1-ci tabor, 3-cü bölük komandiri idi. 2000-2001

    • @emilaliyev3520
      @emilaliyev3520 ปีที่แล้ว

      @@xqanisirmmmdov5966 sen tanis gelirsen sanstruktur deyildin

    • @xqanisirmmmdov5966
      @xqanisirmmmdov5966 ปีที่แล้ว

      @@emilaliyev3520 Yox, mən 4-cü taborda idim, çox vaxt dağda olurduq.

  • @naziquliyeva8351
    @naziquliyeva8351 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin. Məkanı çənnət olsun . Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onları heç vaxt unutmayacağıq.

  • @wafahuseynli6221
    @wafahuseynli6221 3 ปีที่แล้ว +13

    ALLAH O DÜNYASINI VERSİN! ALLAH AİLƏSİNƏ SƏBR VERSİN, BALALARINI SAGLAM, VƏTƏNƏ LAYİQ ÖVLAD KİMİ BÖYÜTMƏK ÜÇÜN HƏYAT YOLDAŞINA ALLAHDAN SAGLAMLIQ, DƏYANƏT ARZULAYIRIQ. ŞÜKÜR KİMİ İGİDİN HƏYAT YOLDAŞIDA MƏRD, MÜBARİZ ÖVLADLAR BÖYÜDƏCƏK, İNŞALLAHHH🙌🙌🙌🙏🙏🙏🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷

  • @севасебо-м2ы
    @севасебо-м2ы 3 ปีที่แล้ว +4

    Аллах рехмет едсин йери ченнет олсун аминь иншаллах 😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🙏🙏🙏🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @sarvancahangirov3913
    @sarvancahangirov3913 3 ปีที่แล้ว +17

    Аллах рахмат етсин козал инсан

  • @zakirsuleymanov7117
    @zakirsuleymanov7117 ปีที่แล้ว +1

    Allah qehremanimiza qeni - qeni rehmet elesin ! Amin .

  • @azersharifov7786
    @azersharifov7786 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin şəhidlərimizə

  • @farizmemmedov7342
    @farizmemmedov7342 3 ปีที่แล้ว +4

    Azerbaycanin ilk canli milli qehramani elimizin igid oglu sen bizim fexrimissen ruhun qarsisinda bas etirik seni hec vaxt unutmariq nur uzlu sehidim

  • @Ali-fe4gb
    @Ali-fe4gb 3 ปีที่แล้ว +4

    ALAH REHMET ELESİN BİZİM QEHRAMANIMZA BACI ALAH SEBİR VERSİN 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @Arzuveliyev515
    @Arzuveliyev515 3 ปีที่แล้ว +1

    Allahdan Sukur Hemidovun timsalinda butun Sehidlerimize Rehmet dileyirem. Biz hamimiz qardasdarimizi itirdik 😢

  • @elnuragakisiyev3029
    @elnuragakisiyev3029 3 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin biz səninlə fəxr edirik cənab palkovnik😥😥😥😥💔💔💔

  • @alimliyev4650
    @alimliyev4650 3 ปีที่แล้ว +1

    Allah sənə rəhmət eləsin cənab palkovnik. Şəhidlərimizi tanımayanlara tanıtdığınız üçün təşəkkür edirəm. Yaxşı okardı ki şəhidimizin ailəsində olub ətraflı dəqiq malumat alıb sonra paylaşasız. Sağ olun

  • @islamismayilov8269
    @islamismayilov8269 3 ปีที่แล้ว +4

    ALLAH YERİNİ CENNET ETSİN AMİN

  • @amilxtb
    @amilxtb ปีที่แล้ว +1

    Bextever Cennet ehli

  • @MeKa2577
    @MeKa2577 3 ปีที่แล้ว +2

    ALLAH Rehmet elesin, cox hayif ki bu günlere qalmadi, Polad bəy, Mübariz ALLAHverdi Cingiz və bütün Şəhidlərimiz

  • @narmobile3342
    @narmobile3342 3 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin 🤲🏻 Qubadlının igid oğlu .sehidimiz .fexrimizdi

  • @ТалабиВугар-ц7с
    @ТалабиВугар-ц7с 3 ปีที่แล้ว +8

    Allah rahmat elasin.Komandirim olub men onun tabeciliyinda zabit olmuwam,gular uz idi

  • @vahidismailov7876
    @vahidismailov7876 3 ปีที่แล้ว +2

    ALLAH RAHMAT ELASIN AMIN

  • @gunayhesenova9382
    @gunayhesenova9382 3 ปีที่แล้ว +16

    Xainə allahdan min lənət

  • @ХаганиМехтиев-д8з
    @ХаганиМехтиев-д8з 2 ปีที่แล้ว +1

    ALLAH ŞEHIDLERIMIZE REHMET ELESIN

  • @ИльхамАлиев-и2ф
    @ИльхамАлиев-и2ф 3 ปีที่แล้ว +1

    Рухун шад олсун чанаб
    Полковник сизинла хамиша фахр эдачайик
    Аминн 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💖💖💖💖💖🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @bayramserifov5037
    @bayramserifov5037 2 ปีที่แล้ว +1

    ALLAH rəhmət etsin

  • @novruzmemmedov1439
    @novruzmemmedov1439 8 หลายเดือนก่อน

    Allah Rəhmət eləsin.Nurlar içində yatsın.Ailəsinə Allahdan səbr diləyirəm.😢😢😢

  • @xuramanmirceferova8525
    @xuramanmirceferova8525 3 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin!

  • @tehranmemmedov6111
    @tehranmemmedov6111 2 ปีที่แล้ว +1

    ALLAH şehitlerimize rehmet elesin

  • @a.qubadli4480
    @a.qubadli4480 3 ปีที่แล้ว +1

    Can Könülüm kaş yene gelerdi😢😢yaralı gelerdi 😢😢😢Mekanın cennet olsun şehidim 🥀🥀

  • @sukurhesenli7121
    @sukurhesenli7121 3 ปีที่แล้ว +4

    Şükür Həmidov Allah sizə rəhmət eləsin! Hər zaman paradda deyilərdi Bayraq Qrupunun rəhbəri Milli Qəhrəman Palkovnik Şükür Həmidovdur!

  • @Su.filtirleri
    @Su.filtirleri ปีที่แล้ว +1

    Allah Rehmet Elesin 🙏 Penceli Teymurov Haqqinda Gelsin ..🙏🙏🙏

  • @rafailagayev4164
    @rafailagayev4164 3 ปีที่แล้ว +4

    Allah rehmet elesin mekani cennet olsun Amin

  • @familjalalov8829
    @familjalalov8829 3 ปีที่แล้ว +2

    Allah sənə rəhmət eləsin ay Şükür,qəbrin nurla dolsun qardaşım.

  • @samirnebiyev790
    @samirnebiyev790 3 ปีที่แล้ว +1

    ALLAH MƏKANINI CƏNNƏT ELƏSİN İĞİD ƏSĞƏR
    AXIR Kİ İRƏLİ ĞEDƏN SAY SEÇMƏ OGULLARIMIZI BİR BİR DƏNLƏTDİLƏR

  • @МІЛА-ь2й
    @МІЛА-ь2й 2 ปีที่แล้ว +1

    Yaxsl ogullarlmlz hamlsl öz icimizdeki satqlnlar terefinden vurulub.allah bütün sehidlere rehmet elesin

  • @mhmmdsfrov2536
    @mhmmdsfrov2536 3 ปีที่แล้ว +5

    Şəhadəti mubarek..

  • @ЭльханГасымов-ъ7о
    @ЭльханГасымов-ъ7о 3 ปีที่แล้ว +5

    Allah rehmet eylesin!🇦🇿

  • @ДавидАсадов-д2з
    @ДавидАсадов-д2з ปีที่แล้ว

    Аллах рехмет елесин,

  • @eminsukurov1574
    @eminsukurov1574 3 ปีที่แล้ว +1

    Balalarin xoşbext olsun ruhun şad olsun qehreman qardaşım

  • @mamedzadeulviyye8268
    @mamedzadeulviyye8268 2 ปีที่แล้ว

    CENAB PALKOVNIK ALLAH SIZI BUTUN SEHIDLERMIZI REHMET ELESIN

  • @farizveliyev1030
    @farizveliyev1030 2 ปีที่แล้ว

    Məkanı cənnət olsun inşALLAH

  • @raufsalahov6202
    @raufsalahov6202 3 ปีที่แล้ว +2

    Allah rəhmət etsin Amin

  • @samirnebiyev790
    @samirnebiyev790 3 ปีที่แล้ว +2

    MƏKANI CƏNNƏT OLSUN İĞİD ZABİTİMİZ

    • @azerazer1771
      @azerazer1771 ปีที่แล้ว

      Salam mama qurban Necsen Ayaz necedi Herşey

  • @haciverdihuseynov6655
    @haciverdihuseynov6655 6 หลายเดือนก่อน

    Allah rəhmət eləsin mənim tabor komandirim olub Naxcivanda onda Mayor vezifesinde idi

  • @hesensultanov4480
    @hesensultanov4480 3 ปีที่แล้ว

    Allah rəhmət eləsin... fəxr edirik...

  • @elish1980
    @elish1980 2 ปีที่แล้ว

    Allah rehmet elesin.Ruhun sad olsun SUKUR HEMIDOV.

  • @residnovruzov9705
    @residnovruzov9705 3 ปีที่แล้ว +9

    Qubadlida geden doyuslermizde olarin yanina qalxdiq ordam bizə siz bura yox sag daga qalxmalisiz dediler.ordan dusub yan daga qalxdiq.kamandirmiz dediki Sukur Həmidov idi biz sag daga qalxdiq.onda olari vurdular.onun Sayəsinde sag qaldiq.Allah Rəhmət etsin 😥

    • @ramilyusubov8956
      @ramilyusubov8956 3 ปีที่แล้ว +1

      Çox danışın ki..sesivizi çox adam eşitsin..millet tanısın bilsin..

    • @ayxanhuseynli6935
      @ayxanhuseynli6935 2 ปีที่แล้ว

      Qardaşım aqşındə elə dedi bizi göndərən kimi vurdular Şükür Həmidovu Allah rəhmət eləsin😓

  • @Anar_Kamal
    @Anar_Kamal 11 หลายเดือนก่อน

    Müdriklərlərdən belə bir deyim var. "şəhidin qanı, alimin mürəkkəbi". Allah qəhrəman polkovnikə rəhmət eləsin, Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin.🇦🇿

  • @leylamemmedli4767
    @leylamemmedli4767 3 ปีที่แล้ว

    Can can ...Allah yaxınlarına səbr versin..

  • @melekeliyeva8028
    @melekeliyeva8028 3 ปีที่แล้ว +11

    Şükür Hemidov allah rehmet elesin cenab polkovnik mekanin cennet olsun !!!

  • @sahibmeybullayev2448
    @sahibmeybullayev2448 3 ปีที่แล้ว

    Allah Rehmet elesin.Allah Sebr versin aylesine

  • @abileyvazov5155
    @abileyvazov5155 2 ปีที่แล้ว

    Allah şəhidlərimizə rəhmət eləsin Sükür Hemidov və Bayram orucov iksi bir yerde faqotnan vuruldu 22 oktyabir vurulan körpüden yuxarda

  • @afiyeddinbewirov4068
    @afiyeddinbewirov4068 3 ปีที่แล้ว

    Can Allah rehimet elesin

  • @МАРИНАМамедова-ю7т
    @МАРИНАМамедова-ю7т 2 ปีที่แล้ว

    Аллах рехмет елесин. Сизи хеч вахт унтмарыг.

  • @suusdjjjs2623
    @suusdjjjs2623 3 ปีที่แล้ว

    Allah rəhmət eləsin nur üzlü insan idi

  • @eltonesedov2314
    @eltonesedov2314 3 ปีที่แล้ว

    ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN AY ƏMİ OĞLU😥😥

  • @nerminismayilova5505
    @nerminismayilova5505 3 ปีที่แล้ว +11

    Sukur Hamidov kimi milli qahramanimizi gozu goturmayan har kim edibsa onu arasdirib cazalandirilmalidir .

  • @aygunaliyeva7818
    @aygunaliyeva7818 2 ปีที่แล้ว

    Allah rehmet elesin

  • @aynuramamedova4079
    @aynuramamedova4079 3 ปีที่แล้ว

    Allah rehmet elesin cemi sehidlerimize 😪😪😪

  • @bahramibrahimli1813
    @bahramibrahimli1813 3 ปีที่แล้ว

    Allah şahidlarimiza rahmat etsin

  • @ИлхамИсмаилов-р6м
    @ИлхамИсмаилов-р6м 2 ปีที่แล้ว

    ALLAH WÀHIDLÀRIMIZÀ RÀHMÀT ETSIN,CÀNNÀTI MÀKAN OLSUNLAR !!!

  • @rosenbabayev551
    @rosenbabayev551 3 ปีที่แล้ว

    Allah sənə rəhmət eləsin əziz qardaş

  • @ilhamnagiyev5586
    @ilhamnagiyev5586 3 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin, yaxşı kimi tanıdığım komandirlərdən biri idi. RUHU ŞAD OLSUN.

  • @gulahmadova5805
    @gulahmadova5805 3 ปีที่แล้ว

    Ruhun şad olsun Allah rahmet elesin

  • @pervanememmedova5121
    @pervanememmedova5121 3 ปีที่แล้ว

    Şükür həmidov qeyrətli bilikli yaraşıqlı kamandiriimiz qəbri nurla dolsun igid polkovnik qəlbimizdə yaşayacaksan sən bizim fəxrimizsən

  • @vuqarsfrov5261
    @vuqarsfrov5261 3 ปีที่แล้ว +1

    BELI ŞUKUR HEMIDOV BIZIM YAXŞI DOYUŞCU OLMAGIMIZ UCUN EZIYETI UZERIMIZDE COXDU BUZDEN OTRU DAIM YAWIYIR YAWIYACAGDA ALLAH TALADAN SEBIR DILEYIREM

  • @gulnaremelikova8551
    @gulnaremelikova8551 3 ปีที่แล้ว +2

    Məkani cənnət olsun

  • @shahlamamedzade6012
    @shahlamamedzade6012 3 ปีที่แล้ว

    Ruhun sad olsun sehidim.

  • @turqutaslanverdiyev7625
    @turqutaslanverdiyev7625 3 ปีที่แล้ว +10

    Belkede qesden edildi wehid

    • @1000production
      @1000production  3 ปีที่แล้ว

      Allah rəhmət eləsin!

    • @sttarnbabayev9360
      @sttarnbabayev9360 3 ปีที่แล้ว +1

      yəqin .Deyirlər satqın olub

    • @turqutaslanverdiyev7625
      @turqutaslanverdiyev7625 3 ปีที่แล้ว

      @@sttarnbabayev9360 deyirler yox olub 100 faiz

    • @Дронгосмелый
      @Дронгосмелый 3 ปีที่แล้ว

      Hərə müxtəlif fikirlər səsləndirir ama o güclü döyüşlər zamani Şəhid oldu

    • @seidquliyev4646
      @seidquliyev4646 3 ปีที่แล้ว

      @@turqutaslanverdiyev7625 hardan bilirsen subutun var qardas.

  • @nureddinferzeliyev8711
    @nureddinferzeliyev8711 10 หลายเดือนก่อน

    Zam kamkor Sukur Həmidov Cənab Palkovnik Allah sizə rəhmət eləsin

  • @nushabealiyeva538
    @nushabealiyeva538 3 ปีที่แล้ว

    Allah rəhmət eləsin. 22 oktyabrda rəhmətə gedib
    Doğum günü isə 1 apreldir.

  • @birsxothka2033
    @birsxothka2033 3 ปีที่แล้ว +1

    Sukur hemidov cox yaxsi komandir idi

  • @n.imanov5854
    @n.imanov5854 3 ปีที่แล้ว

    Ruhu şad olsun!

  • @vuqarhesenov518
    @vuqarhesenov518 3 ปีที่แล้ว

    Məkanı cənnət olsun

  • @xyalclilov3422
    @xyalclilov3422 ปีที่แล้ว

    Şükür Həmidov harda dəfn olunub.çox xaiş edirəm yazardız

  • @elsenqasimov3482
    @elsenqasimov3482 3 ปีที่แล้ว

    ALLAH rehmet etsin,menim komandrim olub döyuw zamani.şehid olmaxnin hecbir vidyoya adiyeti yoxdur qehreman hemidov yarlnda men yarali iydim ama bizim böluyun uwaxlarnin yanda vurlub snayperle deyil teyirle vurlub hemidovdan bawqa diger herbiclermizde şehid olub.

  • @seymurhuseyni4358
    @seymurhuseyni4358 2 ปีที่แล้ว

    22 si Şehid olub mende hemin vaxt eyni yerde doyuwde idik kesfiyyat boluyunnen ve teyyirle vurulub

  • @anaraliyev1905
    @anaraliyev1905 3 ปีที่แล้ว +1

    Duzdu telefon dnisiginin qurbani oldu veten sag olsun

  • @namiqsultanl5025
    @namiqsultanl5025 3 ปีที่แล้ว

    Can

  • @sahxanmrustmova6400
    @sahxanmrustmova6400 3 ปีที่แล้ว +5

    Qubadlı igidler meskeni

  • @jamalafshar9399
    @jamalafshar9399 3 ปีที่แล้ว +9

    9 dəqiqə danışır, sonda da deyir ki, necə şəhid olmasını bilmirik. Ay kişi, “like” yığmaq üçün bu nə başlıqdı qoymusan? Ayıb deyil?

    • @vippro2185
      @vippro2185 3 ปีที่แล้ว +1

      bes nece sehid olub goren kim bilir??

    • @muslimmuslimov6649
      @muslimmuslimov6649 3 ปีที่แล้ว +1

      @@vippro2185 kornet e raketiynen vurublar.uralda gedende sexsi heyyetnen birge.qaqaninin gozunun qabaginda olub.

    • @turkdifai853
      @turkdifai853 3 ปีที่แล้ว

      @@muslimmuslimov6649 harda vurublar ay dost

    • @mehmanhmdov.3522
      @mehmanhmdov.3522 3 ปีที่แล้ว

      Sevinc xanım, Şükür Həmidv "Lələtəpə"ni almağına görə milli gəhrəman adına layig görülmüşdür.