Milli Qəhrəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #APATV #MilliQəhrəman #NatiqQasımov #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    İyunun 25-də Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Əməkdaşlarımız Natiq Qasımovun Gəncə şəhərində yaşayan Anası Dursun Qasımovun evində oldular. Göz yaşlarını saxlaya bilməyən Milli Qəhrəman şəhid Natiq Qasımovun anası bildirdi ki artıq arzularıma çatıb. O, Ölkə başçısına təşəkkürünü də bildirib.
    Şəhid anası Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş
    Milli qəhrəmanımızın anası xəbəri qonşudan öyrəndiyini bildirib. O qeyd edib ki həmin vaxtı bir anlıq həyacan keçirdib. Amma bu barədə evdə heç kəsə bildirməyib.
    Anası deyir ki,oğlu müharibəyə getdiyi gün bu günə kimi yadındadı və o günü heç vaxt unutmayacaq.
    Natiq Qasımova Milli Qəhraman adı verilməsi bacılarında sevincinə səbəb olub. İndi onların tək bir arzuzsu var.Bütün şəhidlər kimi Natiq Qasımovun da məzarının olması.
    Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Qatır Məmməd kimi tanınan Yaqub Rzayevin başçılığı altında Qarabağ şahinləri dəstəsində ermənilərə qarşı döyüşüb.
    Xatırladaq ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı şəhid olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib. Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında dərc edilib.
    Onu da qeyd edək ki, Natiq Qasımovun döyüş yolu barəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmi çəkilib.
    Fuad Nazimoğlu
    Elşad Cəfər
    APA TV Gəncə
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 698

  • @NəcəfOrucov
    @NəcəfOrucov 3 หลายเดือนก่อน +411

    Torpaq NATİQ kimi oğulların hesabına VƏTƏN olur. EŞQ olsun belə OĞULLARA!

    • @elnurmubarizoglu2205
      @elnurmubarizoglu2205 3 หลายเดือนก่อน +9

      Bəli tam doğru,
      Allah cəmi Şəhidlərimizə rəhmət eləsin🤲

    • @mrdvamrdva2000
      @mrdvamrdva2000 3 หลายเดือนก่อน +3

      Allah Bütün Şehidlerimize Rahmet Elesin Yerleri Cennet Olsun İnşallah Amin 🇦🇿🇦🇿🕋🕋

    • @ИляВмеде
      @ИляВмеде 2 หลายเดือนก่อน +3

      Caan😢 Qeyretine qurban olum

    • @АхмедАхмедов-б3с
      @АхмедАхмедов-б3с 2 หลายเดือนก่อน

      Амин Аллах рехмет еласин

    • @АхмедАхмедов-б3с
      @АхмедАхмедов-б3с 2 หลายเดือนก่อน

      Аллах рехмет еласин сана гардаш 😢

  • @kamal6827
    @kamal6827 3 หลายเดือนก่อน +321

    Natiq məni ağladan ilk şəhid. O kişi kimi kişi olub....❤

    • @TofiqFaracovas
      @TofiqFaracovas 3 หลายเดือนก่อน +10

      Аллах Рахмат едсин 😢

    • @ismayilorucov4829
      @ismayilorucov4829 3 หลายเดือนก่อน +8

      😭😭😭

    • @ismna-wq4yz
      @ismna-wq4yz 3 หลายเดือนก่อน +19

      Can ay ana öldüme... o körpe zülümle öldürülmüş balana😢😢

    • @fsdfarmina6577
      @fsdfarmina6577 3 หลายเดือนก่อน +12

      Məni Mübariz İbrahimova ağlayırdım onun hər dəfə şəklini görəndə Natiqi tanıyandan sonra onun üçün də ağlayıram. Birdə əfsanə taborun Əfsanə Şəhidlərinə, əsl qəhrəmanlıq edən oğullarımıza ağlamamaq mümkün deyil. Allah Şəhidlərimizə rəhmət etsin. Natiqin tarixdə qəhrəman kimi qalmasına xarici jurnalistlərin çəkdikləri kadrlardır. O tarixi kadrlar sübutdur. Jurnalistlərə və Prezidentimizə təşəkkür edirik. Tezliklə Natiqin digər itkin düşənıərin yeri məlum olsun

    • @XatireSamedova-kq5ez
      @XatireSamedova-kq5ez 2 หลายเดือนก่อน

      😢😢😢😢

  • @veteran266
    @veteran266 3 หลายเดือนก่อน +181

    Bağışla bizi səni gec tandıq qəhrəman qardaş

  • @miribrahimeminov8798
    @miribrahimeminov8798 3 หลายเดือนก่อน +139

    O artiq bütün Azärbaycanın Qährämanıdı.Fäxr edirik Natiq Qasımovla.

  • @tahirexudaverdiyeva3655
    @tahirexudaverdiyeva3655 3 หลายเดือนก่อน +98

    Can ana! Natiq kimi oğul yetirən qəhrəman, igid ana. Sənin qarşında baş əyirəm. Hər dəfə Natiqin əlində bayraq olan şəklinə baxanda ürəyim parçalanır. Bu şərhi də ağlaya - ağlaya yazıram. Ey məsum baxışlı səhidim, gözlərinə qurban bütün Azərbaycan anaları

  • @sefeqhuseynova7303
    @sefeqhuseynova7303 3 หลายเดือนก่อน +96

    Haqq yerini tutanda gözəl olur ....Vətən oğlu şəhid Natiq hər birimizin Qəhrəmanıdır🇦🇿

  • @ElsadHeuderov
    @ElsadHeuderov 3 หลายเดือนก่อน +222

    Mən Natiqin bacısıyam allah hamınızdan razı olsun gözəl rəylərə görə

    • @Zeyno2024
      @Zeyno2024 3 หลายเดือนก่อน +22

      Allah rehmet elesin. O bizim qəhrəmanımızdi. Fexr edirik.

    • @azer_travel
      @azer_travel 3 หลายเดือนก่อน +14

      Allah rehmet eylesin

    • @m.1.9.7.0
      @m.1.9.7.0 3 หลายเดือนก่อน +23

      O tək sənin yox ,hamının qardaşıdı. ALLAH RƏHMƏT ELƏSİN

    • @vesilebaxsyeva4140
      @vesilebaxsyeva4140 3 หลายเดือนก่อน +13

      Həmişə fəxr et,gözəl bacım qehreman Azərbaycan oğlu ilə,biz de fəxr edirik 🎉

    • @namiqquliyev1121
      @namiqquliyev1121 3 หลายเดือนก่อน +9

      NATİQİN AYAQLARININ ALTINDA ÖLÜM.

  • @butovazrbaycan5082
    @butovazrbaycan5082 3 หลายเดือนก่อน +106

    BALASANYANİ TƏCİLİ QANDALİİ AZƏRBAYCANA ĞƏTİRMƏK LAZİMDİ

    • @aydanakbar1045
      @aydanakbar1045 3 หลายเดือนก่อน +12

      Meydanda ayağına bağlayalar kəndiri, krana bağlayıb sallandıralar, aləmə görk olsun. Ölüm ona mükafat olardı.

    • @zenfiragulueva6855
      @zenfiragulueva6855 3 หลายเดือนก่อน +6

      O qun sağ qalsam qurban keserem😢😢😢😢😢😢😢😢😢😢

    • @adahuseynli7724
      @adahuseynli7724 3 หลายเดือนก่อน +1

      O günə qurban olaram....
      İnşəallah,görərik...

  • @SamireCavadova-lx3vy
    @SamireCavadova-lx3vy 3 หลายเดือนก่อน +184

    Onun elinde bayrag olan seklinde obaxislari her gorende olub driıirem ne hisler kecirib o 😢

    • @АйнурАскерова-д1е
      @АйнурАскерова-д1е 3 หลายเดือนก่อน +14

      Nəndə eynən ürəyim parcalanır 😢

    • @nadiraliyev123
      @nadiraliyev123 3 หลายเดือนก่อน +6

      Cox düz 😢

    • @kemalekerimova2972
      @kemalekerimova2972 3 หลายเดือนก่อน +16

      Mən də, can gör nələr çəkib o yaşda vəhşilərin içində.O müxbir şəkli çəkməsəydi bilməsiydik, nə qədər itkin düşən oğullarımız var, Allah bəlasını versin düşmənin

    • @faberlicfaida
      @faberlicfaida 3 หลายเดือนก่อน +6

      Eynən. Orda onu döyüblər. Üzünə yumruqla vurublar. Üzü gözü qandır. Sadəcə elə belə silib lər. Amma baxan kimi bilinir.

    • @Arzu-w6n
      @Arzu-w6n 3 หลายเดือนก่อน +1

      @@faberlicfaidaNe bildiz?

  • @Bilginolsunbundan
    @Bilginolsunbundan 3 หลายเดือนก่อน +81

    Milli Qəhrəman adı verilməsəydidə o bizim ürəylərimizin Milli Qəhrəmanı idi .Allah rəhmət eləsin.Əllərindən öpürəm ana bir vətən müharibəsi iştirakçısı olaraq

  • @kamal6827
    @kamal6827 3 หลายเดือนก่อน +160

    Natiqin fikrini etmə o cənnətdədir ana...

    • @захар-ъ7д
      @захар-ъ7д 3 หลายเดือนก่อน +4

      💔💔😢😢

    • @samaaliyeva6414
      @samaaliyeva6414 3 หลายเดือนก่อน +5

      Amma cehennemden kecdi cennete

    • @ZubeyrAbdullah
      @ZubeyrAbdullah 3 หลายเดือนก่อน

      Hər bir şeyi Allah Azzə Və Cəllə bilir Allah Azzə Və Cəllənin yerinə qərər verməyin

    • @adahuseynli7724
      @adahuseynli7724 3 หลายเดือนก่อน

      Düzdü....

    • @Uzer63
      @Uzer63 3 หลายเดือนก่อน +1

      Bashin xarabdir senin.
      Kim ne gerar verir?
      Insanlar sadece her kes oz ureyinden kecen fikirlerini yazir.​@@ZubeyrAbdullah

  • @AaaAaaa-ck4hh
    @AaaAaaa-ck4hh 3 หลายเดือนก่อน +45

    😢😢😢😢😢 iki gündür baxib ağlayiram Bayraq adamımızsan Əsil Vətən oğlu Ruhun bizləri bağışlasin

  • @nesibehuseynova7516
    @nesibehuseynova7516 3 หลายเดือนก่อน +56

    Tanımadığımız bəlkədə nə qədər qəhrəmanlarımız var. Belə bir qəhrəmanı nə üçün gec tanıdıq?

    • @fsdfarmina6577
      @fsdfarmina6577 2 หลายเดือนก่อน

      @@nesibehuseynova7516 vaxında susdular. Əgər İtalyan və Rus jurnalistləri bu kadları çəkməsəydi, və bu kadrlar əsasında film çəkməsəydilər biz indi də onu tanımayacaqdıq. Onlara bu tarixi kadrlar üçün təşəkkür düşür

  • @esmanurnuruyeva8109
    @esmanurnuruyeva8109 3 หลายเดือนก่อน +22

    Göz yașlarini saxlamaq mümkün deyil.Natiq Azerbaycan xalqinin fexridir!

  • @SamireCavadova-lx3vy
    @SamireCavadova-lx3vy 3 หลายเดือนก่อน +66

    Mekanin cennet olsun qeyretli qardasimiz Azerbaucanin fexri

  • @Reşadoo69
    @Reşadoo69 3 หลายเดือนก่อน +43

    Sevindim NATİK QARDAŞA Milli Qehreman adi verildiyine

  • @fexriyyememmedova7404
    @fexriyyememmedova7404 3 หลายเดือนก่อน +80

    Natiqin o vaxt 20 yaşı olub😢

  • @iradayusif700
    @iradayusif700 3 หลายเดือนก่อน +19

    Ağrılarına az da olsa su sepildi , ay ana. Belə oğul böyütdüyünuz üçün sizə təşəkkür edirəm. O bütün xalqın oğludur. Bu xəbər hamımızi sevindirdi

  • @ismayilorucov4829
    @ismayilorucov4829 3 หลายเดือนก่อน +40

    Ruhun qarşısında baş əyirəm Şəhidim

  • @tahireqasimova
    @tahireqasimova 3 หลายเดือนก่อน +46

    CAN ŞƏHİDİM CAN KÖRPƏCƏ BALALARIMIZ. MƏKANINIZ CƏNNƏT OLSUN 😢😢😢

  • @Kamil-zn9we
    @Kamil-zn9we 3 หลายเดือนก่อน +20

    Natiq bir əfsanədir.Belə Oğullar anadan qəhrəman doğulurlar.Allah bütün şəhidlərə rəhmət eləsin.

  • @asifmanafli784
    @asifmanafli784 3 หลายเดือนก่อน +50

    Allah məkanını cənnət etsin.

  • @nesimisalamli7259
    @nesimisalamli7259 3 หลายเดือนก่อน +35

    Cox cox cox gec oldu. Her sey vaxtinda , yerinde olmalidir. 30 il
    ALLAH rehmetine qovusan, NATIQ. QEYRET ZIRVEMIZ.

    • @ismna-wq4yz
      @ismna-wq4yz 3 หลายเดือนก่อน +6

      Davamçisi Mübariz ibrahimov

    • @resulov777
      @resulov777 3 หลายเดือนก่อน +2

      Səbəbi 1 ci qarabağ müharibəsində uduzmağımız idi . Ona görə heç kəsə verilmirdi .Çingizə ANS görə verdilər .

    • @Fidan596
      @Fidan596 3 หลายเดือนก่อน +1

      *Gec deyəndə ki, indi bilinib bu. O şəkil olmasaydı yenə bilməzdik. Çox şükür. Sağ olsun Prezidentimiz. Allah NATİQimizə və yeri-yurdi bilinməyən minlərlə şəhidimizə rəhmət eləsin!*

  • @kamilhasanova9917
    @kamilhasanova9917 3 หลายเดือนก่อน +20

    Anaya böyük təsəlli oldu.Məzarı olmayan şəhidimiz, Allah sənə rəhmət eləsin. Ölümünü gözə alan,son anacan bayragı uca tutan şəhidimiz.Layiq oldugun, adın mübarək.Cox istərdimki şəhid oldugu yerdə,kilsənin yanında ,ona abidə ucalsın.İnşaAllah bunuda nəzərə alarlar.

  • @vasifv6145
    @vasifv6145 3 หลายเดือนก่อน +12

    Xalqın tələbi, xahişi nəticə verdi, Natiq Milli Qəhrəman adına layiq görüldü.
    Allah Cəmi Şəhid Qardaşlarımıza Rəhmət Etsin 🙏🇦🇿

  • @nvr-s2d
    @nvr-s2d 3 หลายเดือนก่อน +16

    Boyuna, baxışına, igidliyinə qurban olum, Mərd Natiqim❤😢

  • @meroistwamk8894
    @meroistwamk8894 3 หลายเดือนก่อน +34

    Allah bütün şehtlermize rehmet elesin aminn🤲🤲🤲🤲

  • @gunelali91
    @gunelali91 3 หลายเดือนก่อน +13

    Hər. Dəfə qarşıma çıxanda göz yaşlarımı saxlaya bilmirəm, dağ ürəkli oğullar

  • @sahintalibov8345
    @sahintalibov8345 3 หลายเดือนก่อน +39

    Iki milli gehramanin sucaheti meni cox hem kederlendirib hemde sevinmisem ki layigli adlarin aliblar.Bu Mubariz ve Natig.Ruhuz sad olsun Allah rehmet etsin sehidlerimizi

    • @ismna-wq4yz
      @ismna-wq4yz 3 หลายเดือนก่อน +4

      Oxşar talehli😢

    • @adahuseynli7724
      @adahuseynli7724 3 หลายเดือนก่อน +6

      Mübarizin nəşini gətirməyə gedən leytenant Fərid Əhmədov və onunla birlikdə şəhif olan Əhməd Allahverdiyevi də unutmayaq....

  • @MuradHsrtov
    @MuradHsrtov 3 หลายเดือนก่อน +29

    İnanıram ki nəşi tapılacaq Allah böyükdür

  • @incimuxtarova5230
    @incimuxtarova5230 3 หลายเดือนก่อน +38

    Ruhu şaddır şəhidimizin . Həm uğrunda öldüyü vətən torpaqlarının azadlığı həm də,onun qəhrəmanlığına Cənab Ali Baş Komandanın verdiyi dəyərə görə şaddır . Cənab Prezident sizə sonsuz təşəkkür edirik . Allah sizi və ordumuzu pənahında saxlasın.

    • @QarabagQz-pk3on
      @QarabagQz-pk3on 3 หลายเดือนก่อน +2

      Neçə ildən sonra verilb bu ad bu qadın yaşlıdı axı

    • @aygunhuseynova7059
      @aygunhuseynova7059 3 หลายเดือนก่อน

      @@QarabagQz-pk3onEvveller onun qehremaigi barede informasiya yox idi. Son iller bu şekiller ortaya cixib. Gör nece qehreman igidlerimizden hele xeberimiz yoxdur. Bir azerbaycanli esir danișirdi ki, ona ermeni demişdi ki, 18 yaşli oglan esir dümüşdü. Başini kesende de, xirildaya-xirildaya yene Azerbaycan deyirdi. Ermeniler mat qalmişdi. Amma biz hec onun adini bilmirik, 18 yaşli qehreman, vesselam ❤️🇦🇿❤️

  • @ЧингизНахметов-й4у
    @ЧингизНахметов-й4у 3 หลายเดือนก่อน +17

    Памятник должны ему поставить!

  • @AbdullayevaElza-vw2df
    @AbdullayevaElza-vw2df 3 หลายเดือนก่อน +35

    Mən çox dua edirdim ve çox hak etdi ürəyimdə bilirdim milli qəhrəman olacaq kişi kimi kişi 😢

  • @BerdeBerde-s5x
    @BerdeBerde-s5x 3 หลายเดือนก่อน +17

    Çox şükür. Haqq yerini aldı. Gec də olsa.

  • @NdysieRheu
    @NdysieRheu 3 หลายเดือนก่อน +19

    Can ana 😢😢😢😢😢😢

  • @ZeferAbbasov
    @ZeferAbbasov 3 หลายเดือนก่อน +6

    Natiq Qasımov Azərbaycan xalqının fəxr yeri, iftixar və qürur duyulacaq ünvanlarından biridir!

  • @melahetsahhuseynova8850
    @melahetsahhuseynova8850 3 หลายเดือนก่อน +22

    Can Ana Allah rəhmət eləsin

  • @feqanhuseynov3651
    @feqanhuseynov3651 3 หลายเดือนก่อน +18

    Men inanirdim yazirdim ki o milli qehremandir.ruhun wad olsun veten oqlu.

  • @asservis7161
    @asservis7161 3 หลายเดือนก่อน +14

    Uca Allah rəhmət eləsin məkənı cənnətlik olsun bizdə bu xəbərə çox sevindik

  • @rasifbalamedov159
    @rasifbalamedov159 3 หลายเดือนก่อน +19

    Allah rəhmət eləsin

  • @edaletabbasov1806
    @edaletabbasov1806 3 หลายเดือนก่อน +12

    A LLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN QƏHRAMAN ADI ŞƏHİDİMİZƏ ÇOX YARAŞIR MƏKANI CƏNNƏT OLSUN NUR ÜZLÜMÜZ

  • @AAA-wz9zr
    @AAA-wz9zr 3 หลายเดือนก่อน +10

    Sağol gözəl ana əllərindən öpürük belə oğula görə, ruhu şad olsun 🤲🤲 məkanı cənnət olsun 😔😪🥀

  • @aurufsnfieiu5491
    @aurufsnfieiu5491 3 หลายเดือนก่อน +15

    Asil mehdi huseyindi qahramandi Allah rahmat elasin bela igid balalarla faxr edirik butun şahitlara Alah rahmat elasin🙏🤲

  • @ЗейнабГусейнова-л2ю
    @ЗейнабГусейнова-л2ю 3 หลายเดือนก่อน +11

    Allah rehmet elesin anaya sebir diliyirem. vallah mende agladim

  • @jeyrann
    @jeyrann 3 หลายเดือนก่อน +11

    Can ana😢😢😢

  • @aynurhumbetova9508
    @aynurhumbetova9508 3 หลายเดือนก่อน +16

    Allah rehmet elesin sene ey bizim milli qehramanimiz

  • @qonc7916
    @qonc7916 3 หลายเดือนก่อน +12

    Allah səni var eləsin, anacan! Natiq kimi cəsur, vətənpərvər bir oğul böyütmüsən, yetişdirmisən! Natiqin timsalında bütün şəhidlərimizin önündə baş əyirəm! Nur içində yatsınlar! ❤🇦🇿

  • @ТаранаСамедова-л2к
    @ТаранаСамедова-л2к 3 หลายเดือนก่อน +12

    Чан Ана,гозюнюз айдын олсун,сизе чох охшайырды Натиг❤

  • @CeyhunAZE
    @CeyhunAZE 3 หลายเดือนก่อน +12

    Allah rehmet elesin.

  • @АрифАлиев-ф4т
    @АрифАлиев-ф4т 3 หลายเดือนก่อน +13

    Inwallah qebrinin yeri de biliner Allah rehmet etsin Wehidimize.

  • @mirvariverdiyeva629
    @mirvariverdiyeva629 3 หลายเดือนก่อน +22

    Natiq elə bir igiddir ki, bütün Azərbaycana əməlləri ilə özünü sevdirdi. Eşq olsun belə bir igidi tərbiyə edən valideynlərə! Eşq olsun əsgərinin fədakarlığını qiymətləndirən Ali Baş Komandanımız İlham Əliyevə!

  • @salehgurbanov5782
    @salehgurbanov5782 3 หลายเดือนก่อน +1

    Anacan sizin ellerinizden öperim bele boyuk bir Qehraman dünyaya getirmişsiniz. Azerbaycan xalqi sizleri unutmaz !!!!

  • @seadetnebiyeva7766
    @seadetnebiyeva7766 3 หลายเดือนก่อน +8

    .Biz Natiqlə fəxr edirik.O xalqımızın qəhəmanıdı.Qəhrəmanlar unudulmur nagıla,dastana,əfsanəyə cevirlir xalqın yaddaşında yaşayır.

  • @adem3935
    @adem3935 3 หลายเดือนก่อน +8

    Biz gec tez hamımız dünyadan köçəcəyik amma şəhidlər hər zaman yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin🇦🇿

  • @yasinzeynalabdiyev6197
    @yasinzeynalabdiyev6197 3 หลายเดือนก่อน +4

    Mixaylo ve ,,uzaq sahillərdə" filminin sonluğu 😢 Vətən uğrunda şəhid olan necə necə Mixaylolar ruhunuz qarşısında baş edirik 🙏

  • @saidaaliyeva6403
    @saidaaliyeva6403 3 หลายเดือนก่อน +5

    Tək sən yox hamımız sevindik ay ana.Natiq bütöv Azərbaycanın fəxridir.Ruhu şad olsun.Allah sənə səbr versin ay ana.Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

  • @aynurhaqverdizad2168
    @aynurhaqverdizad2168 3 หลายเดือนก่อน +2

    Gec də olsa, haqq yerini tapdı. Nur içində uyu, İGİD! Ananın qarşısında baş əyir, əllərindən öpürəm ki, belə qeyrətli oğul gətirib dünyaya. Allah ömrünü uzun, canını sağ eləsin!

  • @RamazanRahimov-x8h
    @RamazanRahimov-x8h 3 หลายเดือนก่อน +11

    ❤ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN ❤
    ❤PREZIDENTIMIZƏ ÇAN SAGLIQI VERSIN ❤
    ❤İNŞALLAH ❤

  • @АйтакинГасымова-о8л
    @АйтакинГасымова-о8л 3 หลายเดือนก่อน +5

    Onun o baxışları menim ürəyimi sizladir.

  • @ФедяЗаманов
    @ФедяЗаманов 3 หลายเดือนก่อน +14

    Allah Qəni - Qəni rəhmət eləsin

  • @angelheaven6321
    @angelheaven6321 3 หลายเดือนก่อน +10

    Can yazıq anam Allah sevir versin

  • @gulesed4202
    @gulesed4202 3 หลายเดือนก่อน +4

    Ne oğullar varmış
    Biz sizle fəxr edirik əziz şəhidlərimiz
    Nə unutmariq, ne de unutdurmariq genç nesillere

  • @esmaaltunay
    @esmaaltunay 3 หลายเดือนก่อน +2

    Caaan. Necə də yaraşıqlıdır, necə də gözəldir.

  • @СамирИбрагимов-х9э
    @СамирИбрагимов-х9э 3 หลายเดือนก่อน +11

    O vaxtı 20 yaşında olan oğlanın düşüncəsi,şərəfi ləyaqəti, qeyrəti heyif ki indi o yaşda olanların çox az faizini təşkil edir.

  • @rehimerehimova5671
    @rehimerehimova5671 3 หลายเดือนก่อน +4

    Dastanlardakə, nağıllardakı, filmlərdəki qəhrəmanları geridə, kölgədə qoyan Real İgid!
    OĞUL🇦🇿

  • @TelmanMahmudov-j4q
    @TelmanMahmudov-j4q 2 หลายเดือนก่อน +1

    Milli qəhrəman Natiq bəyin Türk alban məbədinin önündə əlində bayraq əzəmətli heykəli ucaldılsın 🌹🌹🌹

  • @NurddinBabayev-qt6zo
    @NurddinBabayev-qt6zo 3 หลายเดือนก่อน +3

    Canımız,sənə,qurban,vətən ucun zülm cəkdin,yerin cənnət oldu,qəhraman övladımız❤

  • @leylimusayeva4277
    @leylimusayeva4277 3 หลายเดือนก่อน +3

    Can ana cənnət mələyim igid böyüdübsüz, yeri nura boyanıb balanın.😢😢

  • @aynurbagirova9065
    @aynurbagirova9065 3 หลายเดือนก่อน +3

    Her baxanda agliyirdim cox zulum cekib 🥺 Dovletimiz layiq oldugu adi verdi can ana Allah rehmet etsin Sehidlerimizi

  • @фарахгусейн
    @фарахгусейн 3 หลายเดือนก่อน +1

    Ruhu şad olsun Şəhidimizin. 🥀 Bir Dastan qəhrəmanıdır Natiq, qəlbimizdədir ...

  • @farruxaliyev2436
    @farruxaliyev2436 3 หลายเดือนก่อน +9

    Yazıq bala 😢😢😢😢😢😢

  • @elvinallahverdiyev6344
    @elvinallahverdiyev6344 3 หลายเดือนก่อน +9

    Can ay ana

  • @allahuekber5326
    @allahuekber5326 3 หลายเดือนก่อน +15

    Cennet cesir urekli insanlarin yeridir

  • @xalidvliyeva9089
    @xalidvliyeva9089 3 หลายเดือนก่อน +2

    Allah şəhitlərimizə rəhmət eləsin.Vətənpərvər oğul ,millətinin sevimlisi ,milli qəhrəmanı adın mübarək.

  • @xtq_cenab_012abbasov7
    @xtq_cenab_012abbasov7 3 หลายเดือนก่อน +4

    Can gecikən fəxri adına görə bizi üzürlü say igid o müqəddəs ruhun hardadısa hüzür icində uyu sən bizim qəlbimizin qəhramanısan❤

  • @УлвияИсаева-к5ю
    @УлвияИсаева-к5ю 3 หลายเดือนก่อน +3

    Qeyretine Qurban olun can shehidim

  • @parvanaseyidova1112
    @parvanaseyidova1112 3 หลายเดือนก่อน +2

    Allah bu Anaya can sagligi versin. Qehraman ogul boyutduyu ucun. ALLAH REHMET ELESIN QEHRAMANIMIZA.

  • @ilahaaajjkkxhhhh
    @ilahaaajjkkxhhhh 3 หลายเดือนก่อน +2

    Qəhraman qardaşımız məkanın cənnət olsun😢 😢😢😢😢😢 haqqını aldın Prezidentimizə dərin təşəkkürümüzü bildiririk

  • @ZeferAbbasov
    @ZeferAbbasov 3 หลายเดือนก่อน +2

    Ana, qurban Sənin göz yaşlarına!
    Allah Natiq Qasımov rəhmət eləsin, ruhu şad məkanı cənnət məqamı uca olsun daima!!!

  • @MetanetAbasova-q5c
    @MetanetAbasova-q5c 3 หลายเดือนก่อน +1

    Can, yaralı ürəyinə qurban, gözün yollardan yığışdı😢

  • @AgdamTelekom-g7o
    @AgdamTelekom-g7o 3 หลายเดือนก่อน +4

    Ananın və atanın sümükləri sənin dərdindən diri-diri yandığını hər kəs başa düşür.Natiq! Sən bizim qürur yerimizsən! Atanın evi bizlər üçün ziyarət ocağıdır! Allah rəhmət eləsin amin

  • @tahireqasimova
    @tahireqasimova 3 หลายเดือนก่อน +11

    CAN ANA CAN..ŞAHİDİNƏ QURBAN..

  • @besaretemirova2430
    @besaretemirova2430 2 หลายเดือนก่อน +1

    CannnnAna!!!Balancənnətdədir!Allahsiziaxirətdə qovuşdursun!!!!!

  • @Mtin-bq6fb
    @Mtin-bq6fb 3 หลายเดือนก่อน +2

    Qəhrəman qardaşımız .Fəxr edirik belə qəhrəmanlarla.

  • @Руслан-р8м2о
    @Руслан-р8м2о 3 หลายเดือนก่อน +7

    Чан ана дердин бойукдур, Аллах себр версин.

  • @uzeyircamalov5099
    @uzeyircamalov5099 3 หลายเดือนก่อน +12

    ALLAH REHMET ELESİN MEKANI CENNET OLSUN HEMIŞE ❤❤❤❤❤❤❤❤

  • @mtanthsimova8473
    @mtanthsimova8473 3 หลายเดือนก่อน +1

    Anaya Allahdan çox böyük səbr diləyirəm😢❤

  • @national_turk
    @national_turk 3 หลายเดือนก่อน +3

    Deyirem 50 ilde keçse insanin yarasi tep teze qalırmış. Ailseinin hamisinin gözlerinde o niskil görünür. Allah qorusun butun gozel insanları. Amin.

  • @RaulAslanov-k1p
    @RaulAslanov-k1p 3 หลายเดือนก่อน +3

    Ellerinden öpürem Anam menim🇦🇿🤗

  • @vuqarceferov2460
    @vuqarceferov2460 3 หลายเดือนก่อน +1

    Allah bütün şəhidlərimizə rəhmət etsin

  • @azarsuleymanov4689
    @azarsuleymanov4689 3 หลายเดือนก่อน +1

    Dursun Ana İnşallah, Cənnətdə Əbədi görüşəcəksiniz..

  • @РуфикГасимов
    @РуфикГасимов 3 หลายเดือนก่อน +3

    ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMİN😢

  • @elmeddinquliyev375
    @elmeddinquliyev375 3 หลายเดือนก่อน +1

    Can ana,gozunden düşən her damlaya qurban olum.ureyimj parcalayir goz yaslarin

  • @AA-sh1fl
    @AA-sh1fl 3 หลายเดือนก่อน +1

    Allah bütün Şehidlerimize rəhmət eləsin 🇦🇿

  • @МатанМамедова.гГянджа
    @МатанМамедова.гГянджа 3 หลายเดือนก่อน +2

    😢😢igidlzrimize canim qurban

  • @amidbagirova9419
    @amidbagirova9419 3 หลายเดือนก่อน +1

    Ruhu hərzaman şad olsun 🤲🏻

  • @TheGunel105
    @TheGunel105 3 หลายเดือนก่อน +2

    Çox sevindim çooox.Çox istiyirdim ki,Natiqə Milli Qəhrəman adı verilsin
    Həmd olsun Rəbbimə
    Natiq kimi oğullar həmişə var olsun
    Allahın rəhmi bütün şəhidlərimizin üzərinə olsun🤲🏻

  • @eiradirade
    @eiradirade 3 หลายเดือนก่อน +7

    Allax rəhmət elesin İgidə.

  • @РусланАхмедофф
    @РусланАхмедофф 3 หลายเดือนก่อน +2

    Mən bu şəhidimizin indi tanıdım! Qısa bir video ilə qarşıma çıxdı! Və çox qürur duydum

  • @romanzangezur3109
    @romanzangezur3109 2 หลายเดือนก่อน +1

    Гордитесь сыном мать! Вес Азербайджан гордится Натигом! Вечная память. Allah rehmet etsin!