Kamran M. YuniS - Hələ də bilmədiyin, duymadığın.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #kamranmyunis #kamranyunis #xəyyammirzəzadə #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
    Kamran M. YuniS - Hələ də bilmədiyin, duymadığın.
    Bəstəkar - Xəyyam Mirzəzadə - "Bağ mövsümü" filmindən musiqi
    Hərdən...
    Dəniz sahilinə gedib,
    Dalğaları eşitməyə çalış,
    Bəlkə nəsə demək istəyir sənə?
    Hələ də bilmədiyin,
    Hələ də duymadığın.
    Hərdən də...
    Bir ağac dibində oturub,
    Söykən ağaca...
    Başını da yasla ağacın köksünə,
    Bəlkə ağacın da nəsə bir sözü var sənə?
    Hələ də bilmədiyin, duymadığın.
    Ya da...
    Uzan qara torpağın köksünə...
    Söykə üzünü, qulağını torpağa...
    Dinləməyə çalış,,, yox...!
    Dinləməyə yox!, duymağa çalış...
    Çalış və əmin ol ki,
    eşitməsən də, nəsə pıçıldayacaq sənə,
    hətta qara torpaq da...
    hələ də bilmədiyin,
    hələ də duymadığın.
    bəlkə elə...
    güllər, çiçəklər, göylər,
    hər şey...
    hər şey nəsə, nəsə deyəcək sənə...
    sadəcə qulağınla yox,
    içinlə, ruhunla dinlə...
    dinlə hər şeyi... sadəcə dinlə ürəyinlə.
    hərdən də...
    gecələrin qaranlığında,
    yum gözlərini və...
    dinlə özünü, ruhunu, içini...
    Bax...
    Onda duyacaqsan, görəcəksən,
    Özün, necə küsüb səndən...
    Sadəcə və sadəcə səndən xəbərsiz.
    Özün də bilmədən...
    Özün də duymadan...

ความคิดเห็น • 21