Kamran M. YuniS - Gəl bu yolu da bölüşək

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - Gəl bu yolu da bölüşək
    Bəstəkar - Emin Sabitoğlu - "Ad günü" filmindən musiqi
    Mən səni hər halınla sevirəm...
    Kədərli gözlərinin qəmini...
    Məsum baxışlarının nəmini...
    Kədərlənəndə səsini bir alayı sevirəm...
    Amma...
    Gülümsəyən, sevinən...
    Bir cüt muncuq kimi parlayan
    Gözlərinçün yaşamaq, yaşamaq istəyirəm.
    Gülümsə birdənəm... gülümSə...
    Onda gözlərindən xoşbətlik yağır
    Leysan kimi... dünyamıza.
    Gülümsə birdənəm...
    Onda səsindən sabahlar oyanır
    Dağlar arxasından doğan günəş kimi.
    Nura boyayır dünyamızı.
    Mən səni hər halınla sevirəm...
    Bir də...
    Sevgi təkcə sevişmək deyil ki,
    Sevgi həm də bölüşməkdi -
    Sevincini, kədərini, hər şeyini...
    Gəl Birdənəm...
    Al sevincimi, ver kədərini...
    Al gülüşümü, ver göz yaşını...
    Gəl... Gəl bu yolu da bölüşək...
    Sən bir addım at, mən də bir addım...
    Bu yolu da qoşa gedək...
    Sadəcə gedək...
    Sonda ölüm də olsa... qəm eləmə...
    Bir son nəfəsi sən verərsən...
    Bir son nəfəsi də mən...
    Amma... gedək.
    Elə də bir yol qalmayıb ki,...
    Barı qalanı qoşa gedək.

ความคิดเห็น • 25

  • @YaqutOsmanov
    @YaqutOsmanov 17 วันที่ผ่านมา +3

    Hər vaxtiniz hüzurlu olsun .Dəyərli sənətkar.

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 18 วันที่ผ่านมา +2

    Çox mənalı sözlərdir.

  • @lolaazeri3917
    @lolaazeri3917 5 วันที่ผ่านมา +1

    Var olun.

  • @YaqutOsmanov
    @YaqutOsmanov 17 วันที่ผ่านมา +2

    Ruhuniz qələminiz var olsun Ustad.
    Coxxx gözəl misralar......

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 18 วันที่ผ่านมา +2

    Təşəkkür edirəm

  • @RenaAgabeyova-bc7uz
    @RenaAgabeyova-bc7uz 16 วันที่ผ่านมา +1

    Cox xosuma geldi bu seyr ...esl sevgi bele olmalidi ...........COX SAHOLUN BU SEYR ...ALLAH SIZI XEMISE GORUSUN .PIS .VE PAXIL INSANLARDAN AMIN .

  • @yeganequliyeva664
    @yeganequliyeva664 17 วันที่ผ่านมา +1

    Sabahınız xeyir, gününüz uğurlu, sağlıql, sevincli olsun sevimli Sənətkarımız!🤲🤲🤲

  • @drhematoloqvasifmemmedov2033
    @drhematoloqvasifmemmedov2033 18 วันที่ผ่านมา +1

    Gözel şeir idi

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 18 วันที่ผ่านมา +2

    NƏ GÖZƏL SÖZLƏRDİ...VAROLUN USTAD

  • @yeganequliyeva664
    @yeganequliyeva664 17 วันที่ผ่านมา +2

    Çox möhtəşəmmm!!!
    Çox gözəl! Ruhunuza, qələminizə sağlıqlar!
    🌹🌹🌹🌹🌹🤲

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 18 วันที่ผ่านมา +2

    Sözünüzə, səsinizə qüvvət, əziz Ustadımız!
    Gözəl şeirdir, ruhumuza sığal çəkdiniz!

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 18 วันที่ผ่านมา +1

    bir şey qalmamışdı,heçolmasa qalanını birgə gedərdik bu yolun😔😔😔

  • @nezaketletifova1118
    @nezaketletifova1118 17 วันที่ผ่านมา +2

    🎧👍👍👍

  • @lolaazeri3917
    @lolaazeri3917 5 วันที่ผ่านมา +1

    Sən. nə gözəl şeirsən belə

  • @useruser5401
    @useruser5401 18 วันที่ผ่านมา +1

    🙏

  • @elmarammmdova882
    @elmarammmdova882 18 วันที่ผ่านมา +1

    Hər vaxtınız xeyir,dəyərli sənətçi. "Elə də bir yol qalmayıb ki ... Barı qalanını qoşa gedək ." Var olun.Allah sizi qorusun.

  • @GdvsGsggs-kr7gq
    @GdvsGsggs-kr7gq 15 วันที่ผ่านมา +1

    👏👏👏

  • @fatimulusoy4228
    @fatimulusoy4228 15 วันที่ผ่านมา +1

    👍👏👏👏

  • @behbudovamanzar
    @behbudovamanzar 18 วันที่ผ่านมา +1

    Deməyin,əməl edin!

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 18 วันที่ผ่านมา +4

    diqqətimi çəkdi "alayı "kəlməsi...bizdə də işlədərdi yaşlı adamlar,"başqa"deməzdilər....alayı deyərdilər...

  • @RenaAgabeyova-bc7uz
    @RenaAgabeyova-bc7uz 16 วันที่ผ่านมา +1

    Sevgi tekce sevismek deyilki.Sevgi hemde belysmekdi. Sevincini .kederini..

  • @behbudovamanzar
    @behbudovamanzar 18 วันที่ผ่านมา +1

    "Arxamca gəlmə,çiyin_ çiyinə gedək!Qoşa gedək!"Gedin...Arzu edirəm ki,bu yazdıqlarınız kaş həqiqət olaydı!Onda mən dünyanın xoşbəxti olaram!Bir insana heç olmasa,bir xeyrim dəydi yi üçün!Onsuz da bir gün buradan gedəcəm!Arxayın olmaq üçün!Hamıya xoşbəxtlik arzu edən bir i kimi!

  • @behbudovamanzar
    @behbudovamanzar 18 วันที่ผ่านมา +1

    Hələ çox arzular var,yollar var!Nə bilirsiniz ???Bəlkə 50 il birlikdə gedəcəksiniz!Lap "Əshabi_ Kəhf" də yaşayanlar kimi 309 il keçəcək elə biləcəksiniz ki,yarım gün yatmisiniz!Siz Allahdan möhlət istəyin,o da verəcək! İnşallah!Hələ uşaqlar da !!!

  • @behbudovamanzar
    @behbudovamanzar 18 วันที่ผ่านมา +1

    Salamlar! Sevgidən "bezən" adama bu seiriniz heç nə vəd eləmir!Və...Mən də Nəsibə xanım demişkən"Ayaz yol üstə olan kimi" 🤣🤣rayonumuza olacaq "köç"u səbirsizliklə gözləyirəm!Oradan çox gəlib az qayıdanlar kimi!Atam,anam,qonşularım,heç kəs yoxdur!Tək gedəcəm!Bütün sevgiləri burada qoyub!Onlar mənə heç lazım olmadı!Bir cə Vətən sevgisindən başqa!

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 18 วันที่ผ่านมา +2

    diqqətimi çəkdi "alayı "kəlməsi...bizdə də işlədərdi yaşlı adamlar,"başqa"deməzdilər....alayı deyərdilər...