Ülkər Abdullayeva - Hisar təsnifi ("Gözlərin") 2023
ฝัง
- เผยแพร่เมื่อ 15 พ.ย. 2024
- Əziz kanalımızın izləyiciləri, Sizə 2022-ci il 8-ci "Muğam" Televiziya müsabiqəsinin qalibi Ülkər Abdullayevanın ifasında Əlibaba Məmmədovun yaratdığı "Gözlərin" adlı Hisar təsnifini təqdim edirik. İfa 29 mart 2023-cü ildə ustad sənətkar, Xalq artisti Əlibaba Məmmədova (1930-2022) həsr olunmuş xatirə gecəsində lentə alınıb.
Oxuyur :
ÜLKƏR ABDULLAYEVA
Müşayiət edirlər :
XALQ ÇALĞI ALƏTLƏRİ ANSAMBLI
Bədii rəhbər Rüstəm Müslümov
tar - Rüstəm Müslümov
kamança - Elnur Salahov
qarmon - Əhməd Əhmədov
qanun - Məhta Məhəmmədəlizadə
ud - Fərhad Qədirov
nağara - Siyavuş Kərimov
bas nağara - Səyyar Teymurov
piano - Elvin Fərhadı
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
" G Ö Z L Ə R İ N " (Hisar təsnifi)
•musiqisi: Əlibaba Məmmədov
•sözləri: Əliağa Vahid
I
Sevgilim, el bilir mən əhli-dərdəm
Səndən başqasını sevsəm namərdəm
Qüssədən ölürəm neyləyim ki, hər dəm
Məni qoyub baxır yana gözlərin
Kipriyin xəncərdir, qaşların kaman,
Yıxdığın acizə verməzsən aman.
Dedilər cəlladsan, etməzdim güman,
Salacaqdır məni qana gözlərin.
II
Sənin əlindədir hər ixtiyarım,
Zalım, öldür məni qəmdən qurtarım,
Bəs kimə söyləyim, kimə yalvarım,
Gətiribdir məni cana gözlərin.
Vahidəm, sevgilim, mən də qanıram,
Fitnəkar gözəli üzdən tanıram,
Necə deyim sənə, qəmdən yanıram,
Mənim tək od tutub yana gözlərin!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Vahidəm - xəlqimin qəzəl şairi,
Məhəbbət şairi, gözəl şairi!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Sosial media hesablarımız:
Facebook : Fuad Ramazanov www.facebook.c...
Instagram : ramazanovfuad ...
WhatsApp ilə əlaqə
+994 77 403 60 04
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
F U A D R A M A Z A N O V
Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!
Əla🌺🌺🌺🌺🙏🙏🙏🙏