Məmməd Araz - Bu millətə nə verdik ki? - Kamran M. YuniS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #kamranmyunis #kamranyunis #şeirlər #poeziyateatrı
    #şiirler #cavanşirquliyev #vətən #məmmədaraz
    Məmməd Araz - Bu millətə nə verdik ki?
    Bəstəkar - Cavanşir Quliyev - "Cavid ömrü" filmi
    Bu millətə nə verdik ki?
    Kimsə qapdı ziyasını,
    Kimsə pozdu sırasını,
    Duzla yuduq yarasını,
    Xörəyinə duz vermədik.
    Bu millətə nə verdik ki?
    İnamını noxtaladıq,
    İnadını axtaladıq,
    Var-yoxunu qarmaladıq,
    Bir çeynəm saqqız vermədik.
    Bu millətə nə verdik ki?
    Halal tikə qənddi, - dedik,
    Yoxsuluna dərdli, - dedik,
    Kasıbına mərddi, - dedik,
    Mərd kasıba qız vermədik.
    Bu millətə nə verdik ki?
    Çiyninə mindik, - öyrəşdi,
    Bir dillə min dil öyrətdik,
    Neçə fəndi-fel öyrətdik,
    Milyon aldıq, yüz vermədik.
    Bu millətə nə verdik ki?
    Biz səhv etdik, batdı qana
    Millət ata, millət ana,
    İllacı qalsın bir yana,
    Dərdi də ucuz vermədik.
    Bu millətə nə verdik ki?
    Bu millətin səbri böyük,
    Dözür: dözüm həddinəcən,
    Dözür: dözüm səddinəcən,
    Dözür: dözüm xəttinəcən...
    Sonra... daha sonra olmur,
    Sonra qara tufan olur,
    Sonra "qullar dünyasının
    İntiqamı yaman olur"...

ความคิดเห็น • 44

  • @sbuhisdli359
    @sbuhisdli359 2 ปีที่แล้ว +3

    ALLAH MƏMMƏD ARAZA RƏHMƏT,SİZƏ İSƏ CAN SALIĞI VERSİN KAMRAN YUNİS!🤲
    ACI HƏQİQƏT!😢😔

  • @yaqutosmanl8018
    @yaqutosmanl8018 3 ปีที่แล้ว +7

    Rəbbim sizi qorusun bəy . Nə yaxşı ki bu milletin sizin kimi dəyərli oqullari var . Məmməd Araz Allah sizə rəhmət eləsin.

  • @hemidhemid8677
    @hemidhemid8677 3 ปีที่แล้ว +10

    Yoxsuluna dərdli dedik, kasıbına mərddi dedik, ama mərd kasıba qız vermədik, mərd kasıbdan da qız almadıq.....
    Ürəyinizə, dilinizə sağlıq Ustad!

  • @fifizalizade7797
    @fifizalizade7797 3 ปีที่แล้ว +2

    Var olun

  • @ulviyykbrli927
    @ulviyykbrli927 3 ปีที่แล้ว +3

    Ürəyinizə,səsinizə sağlıq♥️

  • @ayguncavadova3919
    @ayguncavadova3919 3 ปีที่แล้ว +6

    Çox gözəl,mənim başıbəlalı millətimə lap ürəyim ağrıdı

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +1

    .. Yoxsuluna dərdli, - dedik,
    Kasıbına mərddi, - dedik,..
    ❤️❤️

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v 3 ปีที่แล้ว +3

    MEMMED ARAZ GELEMINDE VETEN MUGEDDESLIYI, MILLETIN MEHEBBETI, ELIN HEGIGETLERI ZIRVEDE DAYANIR. EBEDIYASAR SAIRIMIZIN POEZIYAYA GETIRDIYI HER DAS, HER AGAC, HER GUS BELE VETENIN TEBLIGINE XIDMET EDIR. RUHUN SAD OLSUN XALGIMIN SAIRI. 🤲🤲🤲🇦🇿🇦🇿🇦🇿
    BU GUNKI, ESLINDE COX SEVDIYIM BU MOHTESEM ESERE MURACIET ETDIYINIZ UCUN SIZE SON DERECE MINNETDARAM, KAMRAN BEY. ❤️❤️❤️🇦🇿🇦🇿🇦🇿
    BU MILLET NE VERDIK KI...... 🤝

  • @taranaali3572
    @taranaali3572 3 ปีที่แล้ว +2

    Super!!!

  • @sevincabbasova7122
    @sevincabbasova7122 3 ปีที่แล้ว +4

    Var olun Kamran bəy. Kaş bunu haqqı yeyən vəzifəlilər anlayaydılar.

  • @aygunaygun8263
    @aygunaygun8263 3 ปีที่แล้ว +5

    Kamran bey🙏🏼🙏🏼

  • @aygunaygun8263
    @aygunaygun8263 3 ปีที่แล้ว +5

    Bu millətə ne veriblərsə əsrlərdi ala bilmədilər .Butöv Azerbaycan görməy diləyilə .Əla şerdi ..🙏🏼

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +6

    Ürəyinizə sağlıq Ustad!
    Gözəl şeir!❤️
    Ruhu şad olsun Böyük Şairimizin! 🙏

  • @ramalsahverdiyev6698
    @ramalsahverdiyev6698 3 ปีที่แล้ว +4

    Bu milletin sebri boyuk..dozur ....dozum xettine dek....coxx tesirli sozlerdi...Sag olun!. Gozel ifa ucun.... ......

  • @ramalsahverdiyev6698
    @ramalsahverdiyev6698 3 ปีที่แล้ว +5

    Salam!.. Kamran bey!...Allah rehmet etsin...Memmed Arazi....sizin de sesinize quvvet...Var olun!..

  • @nurcahan6353
    @nurcahan6353 3 ปีที่แล้ว +5

    Xoş gördük Bəy 🌹

  • @yaqutosmanl8018
    @yaqutosmanl8018 3 ปีที่แล้ว +5

    Bu millətə dərd bəladan başqa nə verildi. Bu milletin əsrlər boyu haqqi yeyilib. Bu milletin ziyalıları məhv edilib. Bu milletin əsrlər boyu sərvətləri talan edilib. Bu millət var olub və var olacaq. Biz türkük və ayaqda qalmaqi bacarırıq.

  • @userzemfira8022
    @userzemfira8022 3 ปีที่แล้ว +4

    35 👍🎧

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 3 ปีที่แล้ว +3

    😔😔😔Allah rəhmət eləsin Məmməd Araza. Çox düz söyləyib---- bu millətə nə verdilər ki?! Bu yazıq millət yalnız siyasi oyunların qurbanı olub, hələ yəqin ki, olacaq da.....😔😔
    Kamran bəy sizə də dərin təşəkkürlər, çox gözəl söylədiz. Səsinizə qüvvət.

  • @fifizalizade7797
    @fifizalizade7797 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @gulyakocharli164
    @gulyakocharli164 3 ปีที่แล้ว +2

    😩🙏🙏🙏❤👍

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +6

    Hər vaxtınız xeyir olsun Ustad!🙏

  • @eliskeserli4489
    @eliskeserli4489 8 หลายเดือนก่อน +1

    Allah rehmet elesin bòyùk sairimize Memmed Araza .

  • @lolaazeri3917
    @lolaazeri3917 3 ปีที่แล้ว +3

    DƏYƏRLİ SƏNƏTKARIMIZ.
    Var olasınız.

  • @konulbayramova3514
    @konulbayramova3514 3 ปีที่แล้ว +6

    VAXTINIZ XEYIR OLSUN USTAD.
    NE GOZEL DEYILMIW
    BU MILLETE NE VERDIK KI?...
    DERDI DE UCUZ VERMEDIK
    AXIR MISRALAR WERHSIZ DEYERLI SENETKAR
    TANRI QORUSUN SIZI

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +11

    Merd kasiba qiz vermedik...

  • @fatmayusifova3181
    @fatmayusifova3181 3 ปีที่แล้ว +5

    Hər vaxtınız xeyir oğlum Ulutürk qanınıza qurban.Bu millətə nə verdik ki..amma hər şey istədik......

  • @azersela7605
    @azersela7605 3 ปีที่แล้ว +3

    Bu millete ne verdikki...❤

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +8

    👍❤👍

  • @aminataghiyeva1756
    @aminataghiyeva1756 3 ปีที่แล้ว +2

    Kamran bey bu gun elime Memmed Arazin kitabi dushmushdu. Sehifeleri vereqledikce Memmed Arazin dahi olduguna bir daha emin oldum. Heyf ki, bizim dahi insanlarimza ne sagliginda, ne de ki... Sonra dedim yeqin ki, Kamran bey bu gozel seri mutleq yaziya almishdir. Ifanizla seri daha da mohtesem etmisiniz. Var olun. Sizi canli gorub sohbet etmek xosh olardi.

  • @xaqanialiyev2997
    @xaqanialiyev2997 5 หลายเดือนก่อน +1

    ÇOXSAĞOLUN KAMRAN BƏY ONU YAXŞI DEDİZ. VAR YOXUNU.................. QARMALADIQ.

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +6

    Sora qullar dunyasinin intiqami yaman olur....

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 3 ปีที่แล้ว +2

    Bu millətin səbri böyük

  • @yeganequliyeva664
    @yeganequliyeva664 10 หลายเดือนก่อน +1

    🎧🌷🌷🌷🌷🌷🌷🌷🤲

  • @sebrsebr9683
    @sebrsebr9683 ปีที่แล้ว +1

    Bəli fel oyretdik beli cox duz menasi derindi derin bu şeirin men cox düşündürdü bu soz beli fel oyredildi millete ☹

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 3 ปีที่แล้ว +3

    🎧🙏😞

  • @validammmdova1213
    @validammmdova1213 2 ปีที่แล้ว +1

    İllacı qalsın bir yana,
    Dərdi də ucuz vermədik.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +6

    ❤️8❤️

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 3 ปีที่แล้ว +1

    Daha SONRA olmur....😔

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 ปีที่แล้ว +1

    Nefti,gazı olan ölkənin heç dilənçisi olarmı?
    Bunca sərvəti olan millətin çöhrəsində gülüş solarmı?
    Sakini baş götürüb gedən kəndində çaggallar ularmı.?
    Kəndlilər əkini becərdiyinə su tapıb sularmı?
    Bu cür yaşatışdan vətəni tərk etmək armı?
    Bu cür sıxıntılara nə gədər dözmək olarmı?

  • @azerfreedomtvqarabag3785
    @azerfreedomtvqarabag3785 ปีที่แล้ว +1

    Salam, Kamran bəy. Kanalda paylaşmağa icazə var?