Bəxtiyar Vahabzadə - ANA şeiri. Öz səsilə

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2022
  • ​‪@SevimliKanaL‬a abunə olun!
    Bəxtiyar Vahabzadənin Ana haqqında şeiri,
    Nə tez əllərini üzdün dünyadan,
    Balanı tək qoyub hara getdin sən?
    Necə yox olurmuş bir anda insan,
    Elə bil dünyada heç yox imişsən.
    Günəş qürub etdi... otaq qaraldı,
    Bir anda yox oldun sən xəyal kimi.
    İndi düşünürəm: Səndən nə qaldı,
    Könlümdə xatirən qara xal kimi.
    Məni boya-başa yetirdin, ana
    Bizə borclu bildik hər zaman səni.
    Sən məni dünyaya gətirdin, ana,
    Mənsə yola saldım dünyadan səni.
    Sən mənə beşikdə laylay çalmısan
    Bu gün laylay çalım sənə məndəmi?
    Sənin şirin-şirin laylalarmı
    Mən sənə qaytarım cənazəndəmi?
    "Yuxun şirin olsun" - deyərdin mənə,
    "Yuxun şirin olsun" - deyimmi sənə?
    Gərək mən başına dönəm-dolanım,
    Məni həyat üçün yatıran anam,
    Söylə ölümçün
    Necə yatırım
    Səni mən bu gün?
    Bu necə dünyadır, anlamıram mən,
    Cilvəsi cürbəcür, rəngi cürbəcür
    Dünən nəfəsiylə səni isidən
    Bu gün buza dönüb, daşa dönübdür.
    Bu necə dünyadır,
    İnsan oğlunun
    Xəyalı göydədir, özü yerdədir,
    Sağ ikən çiynində həyatın yükü,
    Öləndə cəsədi çiyinlərdədir...
    Bu necə dünyadır, bu necə dünya,
    Ölümü həqiqət, həyatı röya.
    Dərdimin, qəmimin səndin ortağı, .
    Niyə üz döndərdin, bəs niyə məndən?
    "Dərdin mənə gəlsin!" - deyərdin axı,
    Niyə dərd caladın dərdimə bəs sən?..
    Anam, heç kəs səni incitməmişdir,
    Mən səni,
    mən səni incidən qədər.
    İndi kimə açım dərdimi bir-bir,
    Kim mənim dərdimə yanar sən qədər?
    Evin hər küncündə görünür yerin.
    Gözüm axtarcıdır, ana, ay ana,
    "Nənəm hanı?" - deyir körpə Azərin,
    Mən nə cavab verim, ona, ay ana?
    Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
    Nəfəsin, ay anam, hələ evdədir,
    Özün yer altında daşa dönmüsən.
    Bu gün yeddin oldu...
    anam, yeddi gün,
    Bizimlə bərabər ağlar otaqlar.
    Sənə,
    yalnız sənə,
    sənə deməkçün
    Könlümdə nə qədər mənim sözüm var.
    "Kimləri çağıraq bu gün yeddiyə?"
    Xalalar, bacılar soruşur məndən.
    Anamdan soruşaq, o bilər deyə,
    Sənin otağına üz tuturam mən.
    Anam, tapşırıldın ana torpağa,
    Bu ölüm, sinəmə çəkdi dağ mənim.
    Sən mənim arxamda bənzərdin dağa,
    Elə bil arxamdan uçdu dağ mənim.
    Qızımın adıdır sənin öz adın.
    Bu da göz dağıdır mənə bu gün də.
    Son dəfə sən mənə baxıb ağladın,
    Surətim məzara getdi gözündə...
    Ömrü başa vurdun altmış yaşında.
    Altmışın üstündə durub yaşın da.
    Artıq sənin üçün dayanan zaman
    Mənimçün dolanır...
    Gün olur axşam.
    Vaxt keçir, sən məndən uzaqlaşırsan,
    Mən sənə günbəgün yaxınlaşıram.
    BƏXTİYAR VAHABZADƏ - YAŞDAN GİLEYLİYƏM
    Mən on beş yaşımda - iyirmi yaşımda
    Elə bilirdim ki, qırx qocalıqdır.
    Əlliyə çatıram, ancaq başımda
    Uşaqlıq havası hələ qalıbdır.
    Elə bil dünəndir, çiynimdə çanta
    Qorğa yeyə-yeyə dərsə getdiyim.
    Elə bil dünəndir, o qamış atda
    Nəzil qamçı vurub "at" səyirtdiyim.
    Hiss edə bilmirəm yaşımı neylim,
    Ürək o ürəkdir, həvəs o həvəs...
    Gah arana düşür, gah dağa meylim,
    Nədir könlümdəki bu duyğular bəs?
    Elə bil dünənin uşağıyam mən,
    Bu eşqə, həvəsə bəzən gülürəm.
    Ancaq qınamıram özümü bəzən,
    Axı, nə yatdım ki, nə yuxu görəm?
    Odur bax... həyətdə qopub vəlvələ,
    Uşaqlar oynaşır, dırmaşır dama.
    Mən də onlar ilə tutub əl-ələ,
    Qaçmaq istəyirəm uşaqlığıma.
    İstərəm "gizlənpaç" oynayım yenə,
    Başıma götürüm çölü-şəməni.
    Elə gizlənim ki, düşüb izimə
    Heç tapa bilməsin qocalıq məni.
    Ancaq yaş özünü göstərir hərdən,
    Ürəkdə çox gizli döyüntülər var.
    Küçədə, bayırda tövşüyəndə mən
    Sanıram, yoxuşdu, daşdı günahkar.
    Yolda balalardan dala qalanda,
    Neyləsin bu yoxuş, bu daş bilmirəm.
    Ancaq gözəlliyə heyran olanda,
    Özümü oğlumla həmyaş bilirəm.
    Please subscribe!
    Sonrakı videoları da izləmək üçün, lütfən kanala abunə olmağı unutmayın!
    Abunə olmaq üçün keçid: / @sevimlikanal
    www.tezsat.biz/
    / do%c4%9fma-dilimiz-281...
    / pis-v%c9%99rdi%c5%9fl%... ,
    Sevimli KanaL,
    GarayevTA,
    Kanalıma xoş gəldiniz! Bu kanlı açmaqda məqsədimiz, əsasən vətənimizin gözəl xalq musiqilərini, gözəl və səfalı yerlərini çəkib paylaşmaqdır.
    Həqiqətən də vətənimiz gözəldir, paytaxt Bakımız gözəldir.
    İnşaAllah daha da gözəl olacaq! Sizlər də izləməyə dəvətlisiniz!
    Xahiş olunur hərhansı bir videomu izlədikdə bəyən düyməsinə basıb, sonra da şərhinizi bildirəsiniz.
    İstərsəniz kanalıma daxil olub, digər videolarımı da gözdən keçirin. Kanalıma gəldiyiniz üçün təşəkkür edirəm!
    GarayevTA,
    Sevimli KanaL,
    Welcome to my channel! Our goal in bloody opening is to share and share beautiful folk music, beautiful and beautiful places of our homeland.
    Indeed, our homeland is beautiful, our capital Baku is beautiful.
    Insha'Allah will be even more beautiful! You are invited to watch!
    Whenever you watch a video, please click the button and then comment.
    Check out my other videos as well. Thank you for coming to my channel!
    baku 2017,
    Anamın ölümünə,
    garayev,
    sevimli kanal,
    sevimli kanali,
    #gta24774,
    #SevimliKanal,
    #Baku77,
    @SevimliKanaL,
    #Moana #HowFarIllGo #AuliiCravalho,
    #2 TRENDDİR

ความคิดเห็น • 135

  • @leylabaqirova__
    @leylabaqirova__ ปีที่แล้ว +25

    Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındırın. Sabah yuva quranda ocağınla onlar arasında körpü olun. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.Rebbim heyatda olan bütün Analara can sağlığı versin.Dünyasını deyişenlerin Mekanı Cennet olsun🤲
    Bütün Şehid Analarının önünde baş eyirik🇦🇿

    • @SevimliKanaL
      @SevimliKanaL  ปีที่แล้ว +5

      Amin! Sağ ol, Leyla! Allah səndən razı olsun! Çox dəyərli şərh üçün sənə dərin təşəkkürümü bildirirəm. Var ol, hər zaman!

    • @mustafamustafazade6495
      @mustafamustafazade6495 ปีที่แล้ว +4

      😥

    • @user-yx4ef1uu8o
      @user-yx4ef1uu8o หลายเดือนก่อน +2

      Ah ne güzel fükürlü sözler bu sözler Leyla bacı. Amma ÇO-O-O-O-O-O-OX EFSUSLAR OLSUN KI, artıq anam yoxdur heyatda. Özüde Ucar rayonundakı xestexanasında ŞEREFSIZ VE DÜNYANIN EN PIS SÖZLERINE VE FIKIRLERINE LAIQ OLAN hekimler'e göre dünyasını 21.01.2024-CÜ IL TARIXINDE deyişdi😭😭😭😭😭😭😭. Yenı ANAMI XILAS ELEMEK ÇO-O-O-O-O-O-OX BÖYÜK ŞANSI VAR IDI👆. ALLAH MENIM ALLAHLI OLAN ANAMA BÖYÜK REHMETLE REHMET ELESIN. AMIN! AMIN! AMIN ALLAH!!!

  • @FiruzeCebrayilzade
    @FiruzeCebrayilzade 15 วันที่ผ่านมา +2

    Canım anam yerin cənnət olsun🤲🏻Bəxtiyar Vahabzadə Allah səni rəhmət eləsin.Hər bu seirə qulaq asanda dərdim təzələnir.

  • @Kiciktoxunuslar_N1_
    @Kiciktoxunuslar_N1_ ปีที่แล้ว +19

    Allah rəhmət eləsin Bəxtiyar Vahabzadəyə.Mohtəşəm şeir..

  • @salmansirinovvv9105
    @salmansirinovvv9105 4 หลายเดือนก่อน +6

    Bu necə dəhşətli əsərdi, bu necə möcüzəli bir şeirdi😢qovuşdun Dahi Şair, qovuşdun anana. Allah hər ikinizə rəhmət eləsin.

  • @hatemibrahimov7034
    @hatemibrahimov7034 ปีที่แล้ว +18

    Hər bu şeiri dinləyəndə ürəyim parça - parça olur. Anam yadıma düşür 😔

    • @SevimliKanaL
      @SevimliKanaL  ปีที่แล้ว +4

      Allah dünyasını dəyişən Analara rəhmət eləsin, həyatda olanlara da can sağlığı versin! Amin!

    • @hatemibrahimov7034
      @hatemibrahimov7034 ปีที่แล้ว +2

      Cümləmizlə Amin . Çox sağ olun

  • @zabithuseynov7489
    @zabithuseynov7489 ปีที่แล้ว +15

    Can Anam,can Atam Allah sizə rəhmət eləsin.Amin.

  • @Kiciktoxunuslar_N1_
    @Kiciktoxunuslar_N1_ ปีที่แล้ว +17

    Allah rəhmət eləsin bütün dunyasin dəyişən analara

  • @raufverdiyev795
    @raufverdiyev795 ปีที่แล้ว +8

    Elden geden hormetli ziyalimiz.xalqin derdine qalan wairimiz . Mekanin cennet olsun

  • @user-ex5kn8nh8y
    @user-ex5kn8nh8y 3 หลายเดือนก่อน +4

    Allah rəhmət eləsin , gözəl sənətkarımıza.Amin

  • @NoName-tz1yf
    @NoName-tz1yf 5 หลายเดือนก่อน +4

    Allahdan rəhmət,mekanin cənnət.yerin behişt olsun mənim mələk üzlu anam,arxamı dayagim yixdin ,qolumu qanadimi qirdin getməyinlə,indi sənsiz her şey çətin bu gun 7aydi yoxluguna dözmək o qədər çətindiki, Tanri səni o dunyanda imamlarimizdan, peygemberimizdən,xanimlar xanimi Fatimeyi zəhrada əlehissalamdan ayri salmasin mənim adi xanım özu xanım olmuyan anam,zəhmətkeş anam haqqin ödənməz,Alalhteala gunahlarimizi bagişlasin! Dəyərli şairimiz mekanın cənnət olsun!

    • @SevimliKanaL
      @SevimliKanaL  5 หลายเดือนก่อน +1

      Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

  • @sinank2207
    @sinank2207 11 หลายเดือนก่อน +7

    Ay ana, can ana, yüreğime can ana..ne tabutuna el koyabildım, nede turabina ana....memleket sürgünüyüm, eskiyalar kosebasinda oklarını bilerler, ana yurdum, yuvam, nasırlı ellerin, ağ düşen saçlarımı kim okşar ana..

    • @SevimliKanaL
      @SevimliKanaL  11 หลายเดือนก่อน +3

      Tesekkur ederim

  • @arzurustemova7762
    @arzurustemova7762 8 หลายเดือนก่อน +5

    Allah cəmi ölənlərə rəhmət etsin. Can əvəzoıunmaz analarımız💖

  • @elnaraxundova1236
    @elnaraxundova1236 หลายเดือนก่อน +3

    BOYUK Turk dunyasinin Dahi wairi❤❤❤❤

  • @mesdiqafarov9820
    @mesdiqafarov9820 6 หลายเดือนก่อน +5

    Allah qalanlara can sagligi versin dunyasini deyisenlere Allah rehmet elesin😢😢

  • @Kiciktoxunuslar_N1_
    @Kiciktoxunuslar_N1_ ปีที่แล้ว +7

    Can Anam❤

  • @zhraemin2425
    @zhraemin2425 หลายเดือนก่อน +2

    belə gözəl əsərlər yaradan sənətkarlar nadir hallarda dünyaya gəlir❤
    məkanın cənnət olsun Bəxtiyar Vahabzadə ❤❤

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 3 หลายเดือนก่อน +3

    Ana can.lay-layina qurban olum Qəmərım Mənım Allah rəhmət eyləsın.

  • @teymurrzayev2261
    @teymurrzayev2261 ปีที่แล้ว +9

    Аналара, аталар рехмет етсин

  • @domenicabianco
    @domenicabianco ปีที่แล้ว +4

    199 - Really interesting video. Optimal.👍

  • @asmerasmer3648
    @asmerasmer3648 4 หลายเดือนก่อน +3

    16 ildi hesretem anam sesine.. sevgine...sensiz heyatin hec dadi yoxdu😢

    • @SevimliKanaL
      @SevimliKanaL  4 หลายเดือนก่อน +1

      Allah Rəhmət Eləsin! Ruhu Şad Olsun!

  • @elshanhasanov6159
    @elshanhasanov6159 7 หลายเดือนก่อน +4

    ANA üçün qəlbimizin sözlərini misralara düzən ölməz şairimizə Allah qəni -qəni rəhmət eləsin!

  • @karl-heinzlang4926
    @karl-heinzlang4926 ปีที่แล้ว +3

    Very interesting upload Hva e good weekend

  • @HesenMemmedov-qs8yb
    @HesenMemmedov-qs8yb ปีที่แล้ว +2

    Uca Allahım Rəhmətə gedən Anaları Ataları Rəhmət eləsin Ruhlarıı şad olsun...Ruhları qarşısında baş əyirəm..Qalan Valideynlərə də Can sağlığı arzulayıram..Amin..Amin..Amin....

  • @samirezeynalova9831
    @samirezeynalova9831 3 หลายเดือนก่อน +1

    Allah rəhmət eləsin sənə gözəl şairimiz,ürəyimizi titrədirsən bu şeirinlə.😢

  • @Kes.1188
    @Kes.1188 ปีที่แล้ว +2

    Thank you for sharing

  • @user-np7ro5tg6h
    @user-np7ro5tg6h ปีที่แล้ว +3

    *ANASINI SEVƏN HƏR KƏSƏ QURBAN OLUM*

  • @rimvyd
    @rimvyd หลายเดือนก่อน +1

    Well done !Have a great day!

  • @norzcatznc
    @norzcatznc ปีที่แล้ว +4

    A very beautiful message. Thank you for sharing.

  • @OdekakeSupport
    @OdekakeSupport ปีที่แล้ว +1

    Hadir menyaksikan video terbaik anda sahabatku teruslah semangat berkarya semoga semakin sukses yah....💫

  • @silentconversation
    @silentconversation ปีที่แล้ว +2

    Interesting video👏Thanks for sharing it. I wish you have a wonderful day. Stay safe and keep it up👍

  • @naibbabayev4726
    @naibbabayev4726 7 หลายเดือนก่อน +2

    Bunu eşidəndə çox kövrəlirəm 😢😢😢😢😢😢😢

  • @ActNaturally
    @ActNaturally 8 หลายเดือนก่อน +2

    Awesome, great video, thanks.

  • @xumarmirzyeva4881
    @xumarmirzyeva4881 4 หลายเดือนก่อน +2

    Anamm...❤❤

  • @sabinaekberli
    @sabinaekberli ปีที่แล้ว +1

    Bizi yetim qoydun Getdin Ana😭😭😭 anasiz qaldig bu yawinda😭😭😭

    • @SevimliKanaL
      @SevimliKanaL  ปีที่แล้ว +1

      Allah bütün həyatını itirən Analara rəhmət eləsin!

  • @biblestorytv
    @biblestorytv 11 หลายเดือนก่อน +3

    hello.
    Thank you for sharing the wonderful and beautiful poetry reading video.
    I pray that you are healthy in the Lord today. Shalom

    • @SevimliKanaL
      @SevimliKanaL  11 หลายเดือนก่อน +1

      Thank you my friend

    • @allahverdi3513
      @allahverdi3513 8 หลายเดือนก่อน +1

      Did you understand it?

  • @TaliyaAhmadova-ms1hn
    @TaliyaAhmadova-ms1hn 8 หลายเดือนก่อน +1

    Anam...Nuriyyə....Hələ də ətrin üst-başımda...😢😢😢😢

  • @Rajesh_108
    @Rajesh_108 ปีที่แล้ว

    Nice video uploading thanks for sharing fv 💚

  • @pervanevahbova997
    @pervanevahbova997 ปีที่แล้ว +1

    Anam ürəyimin dətin yarası oldun getdiyin gündən, həyatdan soyudum səndən sonr.
    Məni dünyaya gətirən Anamı bu gün dünyadan yola salıram 😢

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 ปีที่แล้ว +2

    Heyif bu kişiden kaş ki çox yaşiyardi öz şeirlərini bu günə yazib sanki ruhu şad yeri cennetlik olsun böyük ustad Bəxtiyar Vahabzadə

  • @welcometokrataikitchen
    @welcometokrataikitchen ปีที่แล้ว

    Hi morning my friend so nice video thanks for sharing happy day too friend like 👍

  • @yuliyamakeyeva1252
    @yuliyamakeyeva1252 ปีที่แล้ว +2

    Möhtəşəm sozler ❤️🤩

  • @BRILIANT660
    @BRILIANT660 ปีที่แล้ว +2

    Hello friend good morning thank you for great sharing
    Nice performance

  • @Hermanns_Tortoise_Island
    @Hermanns_Tortoise_Island ปีที่แล้ว +1

    Wonderful post

  • @zeynbxanlarova4265
    @zeynbxanlarova4265 ปีที่แล้ว +1

    Gözəl insan, şair Bəxtiyar Vahabzadə Allah rəhmət eləsin

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 3 หลายเดือนก่อน +2

    Ana mənə lay-lay de qoy yatim A...NA.

  • @eyyubabdullaev5995
    @eyyubabdullaev5995 ปีที่แล้ว +1

    ГЕБРИМЧУН ДАРЫХЫРАМ АНАМ ❤
    ЧОХ УЗАХЛАРДАЙАМ😢

  • @pinpin.4706
    @pinpin.4706 ปีที่แล้ว +1

    Awesome​ video​

  • @pinpin670
    @pinpin670 ปีที่แล้ว +1

    Nice video

  • @jessicavlog9831
    @jessicavlog9831 ปีที่แล้ว +1

    Very nice sharing friend. Have a great night!

  • @MekottizenS
    @MekottizenS ปีที่แล้ว +1

    Nice sharing my friend

  • @nusretsh1483
    @nusretsh1483 ปีที่แล้ว +3

    Oğullar ağlayar qızlar ağlayar.Ürək alovlanar sızlar ağlayar.Ğöz yaşı qurusa ğözlər ağlayar.Analar dünyadan köç edən zaman.

    • @NoName-tz1yf
      @NoName-tz1yf 5 หลายเดือนก่อน

      Yarali derdim!

  • @MarjonoJono
    @MarjonoJono ปีที่แล้ว +1

    hello Sevimli KanaL.. is great vidio my best friend L78

  • @xalidliyeva5963
    @xalidliyeva5963 2 หลายเดือนก่อน +3

    😭😭😭

  • @user-xh2rv3bo4s
    @user-xh2rv3bo4s 7 หลายเดือนก่อน +1

    Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin

  • @sanju202
    @sanju202 ปีที่แล้ว +1

    Very nice sharing 🌴🌴🌴

  • @COJ.Island2
    @COJ.Island2 ปีที่แล้ว +1

    Beautiful sharing √√

  • @user-lq2pg9yc9c
    @user-lq2pg9yc9c 10 หลายเดือนก่อน +1

    Allah Səni rəhmət eləsin Böyük türk Şairi

  • @faridabaxsaliyeva4108
    @faridabaxsaliyeva4108 ปีที่แล้ว +1

    Can ana sənə qurban

  • @dogaveyemek
    @dogaveyemek ปีที่แล้ว +1

    Kolay gelsin, mutlu günler dilerim 🙌

  • @familabdullayev7390
    @familabdullayev7390 7 หลายเดือนก่อน +1

    Allah rəhmət eləsin gözəl Şairimizi

  • @user-hh1fl8jq4l
    @user-hh1fl8jq4l ปีที่แล้ว +1

    DAHI BOYÙK ŞEXSIYYET 😢😢😢🥀🥀😢🙏🙏🙏

  • @user-yx4ef1uu8o
    @user-yx4ef1uu8o หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍😭😭😭😭😭😭😭

  • @user-jo4lj3cu1t
    @user-jo4lj3cu1t 3 หลายเดือนก่อน +2

    😢😢😢💔💔💔🥀🥀

  • @Kiciktoxunuslar_N1_
    @Kiciktoxunuslar_N1_ ปีที่แล้ว +4

    Bu amansız dünyadır.Bu gündən sabaha etibarı olmayan, sevdiyimizi hər an əlimizdən ala bilən dünyadır.

    • @SevimliKanaL
      @SevimliKanaL  ปีที่แล้ว +2

      Dəyəri şərhlərinizə görə təşəkkür edirəm. Var olun!

  • @user-yb9zh3dg7l
    @user-yb9zh3dg7l 6 หลายเดือนก่อน +1

    Allah analara ve atalara rehmet elesin

  •  ปีที่แล้ว +2

    Emegine saglik

  • @bextiyarsemedzade6678
    @bextiyarsemedzade6678 ปีที่แล้ว +1

    Ezizlerim Allah mekaninizi cennet elesin behiwtliksiniz

  • @tarixinkanal2584
    @tarixinkanal2584 9 หลายเดือนก่อน +1

    Azərbaycan sizə rəhmət eləsin, böyük şair

  • @rosemarieincalgary
    @rosemarieincalgary ปีที่แล้ว +2

    lovely//

  • @romabymby7746
    @romabymby7746 11 หลายเดือนก่อน +1

    Аллах рехмет елесин бизим азизлеримизе 😢

  • @maryamhuseyn6382
    @maryamhuseyn6382 5 หลายเดือนก่อน +2

    😢😢😢

  • @oguz1062
    @oguz1062 9 หลายเดือนก่อน +1

    Çok güzel 🇹🇷🇦🇿

  • @abdullahorucov5540
    @abdullahorucov5540 7 หลายเดือนก่อน +2

    Vallah körəltdii😢😂

  • @rimvyd2843
    @rimvyd2843 ปีที่แล้ว +1

    Hello!Big like 75 done !

  • @COJ.Island2
    @COJ.Island2 ปีที่แล้ว +1

    Beautiful sharing

  • @NM-Land
    @NM-Land ปีที่แล้ว +1

    Excellent post

  • @Kiciktoxunuslar_N1_
    @Kiciktoxunuslar_N1_ ปีที่แล้ว +1

    Cənnət anaların ayaqları altındadır.

  • @Mawarbunga345
    @Mawarbunga345 ปีที่แล้ว +1

    Nice share video

  • @meryemavc4886
    @meryemavc4886 2 หลายเดือนก่อน +2

    😭

  • @arzumehdiyeva1744
    @arzumehdiyeva1744 9 หลายเดือนก่อน +1

    😢😢😢😢 Allah sizə rəhmət eləsin 🙏🙏🙏

  • @etibarmirzeyev2588
    @etibarmirzeyev2588 9 หลายเดือนก่อน +2

    Yat dedim.

  • @rasim.64
    @rasim.64 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin Bəxtiyar Vahabzadə, cox dəyərli sözlər😢

  • @gulnarislamova8522
    @gulnarislamova8522 ปีที่แล้ว +2

    🥲 Düzdür.

  • @NM-Land
    @NM-Land ปีที่แล้ว +2

    Wonderful message √

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 ปีที่แล้ว +1

    Амин

  • @ElvinIsmayilli-xi4lb
    @ElvinIsmayilli-xi4lb 3 หลายเดือนก่อน +1

    Allah rəhmət etsin amin 😢😟😟

  • @lizalaurente6108
    @lizalaurente6108 ปีที่แล้ว +1

    A very beautiful message.

  • @raquelquel19
    @raquelquel19 ปีที่แล้ว +4

    Muito bom.

  •  ปีที่แล้ว +1

    Excellet trabalho belíssimo parabéns 💞🙌

  • @asimquliyev8209
    @asimquliyev8209 13 วันที่ผ่านมา +1

    Şeirin möhtəşəmliyini sözlərlə ifadə etmək olmaz. Məncə artıq kimsə ANA şeiri yazmasın,çünki bu şeirin yanında sönük qalacaq

  • @SpringendeDelfinchen1919
    @SpringendeDelfinchen1919 ปีที่แล้ว +3

    Beautiful🙏🙏🙏😉👍

  • @ElangStudio
    @ElangStudio ปีที่แล้ว

    nice share friend

  • @moferdasilva1088
    @moferdasilva1088 ปีที่แล้ว +2

    Importante informação

  • @NM-Land
    @NM-Land ปีที่แล้ว +1

    Wonderful post
    Loved+subbed
    Thank you

  • @fcpinpin9762
    @fcpinpin9762 ปีที่แล้ว +1

    Nice

  • @pinpin670
    @pinpin670 ปีที่แล้ว +1

    Awesome video ❤

  • @AltayFamily
    @AltayFamily ปีที่แล้ว +3

    Selamun aleykum. güzel bir sinemaya benziyor. desteğe kaldığımız yerden devam ediyoruz. Türkiye de büyük felaket var

    • @SevimliKanaL
      @SevimliKanaL  ปีที่แล้ว +1

      Alekümsəlam! Geçmiş olsun!

  • @user-ff7ne7sd6r
    @user-ff7ne7sd6r ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @rimvyd2843
    @rimvyd2843 ปีที่แล้ว +1

    Good day amigo!

  • @niyazniyaz5812
    @niyazniyaz5812 ปีที่แล้ว +1

    👏👏👏