Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2021
  • Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!
    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal...
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!
    Ovçuluğa meyil saldım,
    Gecə-gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə-süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?
    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!
    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm...
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim, bir də Vətən:
    - Şair, nə tez qocaldın sən!
    Səməd Vurğun
    Musiqi: Piano by VN

ความคิดเห็น • 40

  • @raminmusayev2181
    @raminmusayev2181 14 วันที่ผ่านมา +2

    Çox sağ olun bu gözəl şeiri belə gözəl intonasiya ilə səsləndirdiyinizə görə. Təşəkkürlər.

  • @cerkezmemmedov1700
    @cerkezmemmedov1700 17 วันที่ผ่านมา +1

    SƏMƏD VURĞUNSUZ Azərbaycan ədəbiyyatını təsəfvür etmək belə mümkünsüzdür.

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r 6 หลายเดือนก่อน +3

    Şeiri bax belə ifa edərlər 👏👏👏🌷🌷🌷 !

  • @Huseynov.Rashad
    @Huseynov.Rashad 7 หลายเดือนก่อน +1

    Allah Səməd Vurğunun rəhmət eləsin. Gözəl şe'rdir.

  • @Gulka1286
    @Gulka1286 3 หลายเดือนก่อน +2

    Uwagligdan en sevdiyim Wair,en sevdiyim weir❤

  • @faridbudagov9063
    @faridbudagov9063 3 ปีที่แล้ว +6

    Cox gozel super hegigeten mohtesem

    • @qiraetchi_
      @qiraetchi_  3 ปีที่แล้ว +1

      Çox sağ olun

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r 6 หลายเดือนก่อน +1

    Sağ ol , eşq olsun ! Çox gözəl ifa 👍❤💐💐💐 !

  • @_feride4456
    @_feride4456 ปีที่แล้ว +4

    Dahi

  • @nemanmemmedli6554
    @nemanmemmedli6554 7 หลายเดือนก่อน +6

    S. Vurğunun "Şair, nə tez qocaldın sən" adlı iki şeiri olmalıdır. "Kəndə getcək bir ağbirçək... " misrası o biri şeirdəndir,

    • @zizlimhmmd807
      @zizlimhmmd807 หลายเดือนก่อน

      Sona qədər dinləməmisiniz həmən şeirdi

    • @nemanmemmedli6554
      @nemanmemmedli6554 หลายเดือนก่อน

      @@zizlimhmmd807 , mən deyirəm ki, S.Vurğunun "Şair, nə tez qocaldın sən" adlı 2 şeiri var. Aləmzər xanımın söylədiyi bu şeirdə "Kəndə getcək bir ağbirçək..." bəndi ikinci eyniadlı şeirdəndir. Bunu həmin bəndin qafiyə sistemindən də başa düşmək olar. Bu şeirin qafiyə sistemi aabbacc şəklindədir. Amma bu mübahisəli bəndin qafiyə sistemi aaabb şəklindədir.

  • @user-rj1hx1nh9h
    @user-rj1hx1nh9h 6 หลายเดือนก่อน +1

    мин рахмат бойук шаиримиза

  • @refiqmurselova8548
    @refiqmurselova8548 3 ปีที่แล้ว +8

    Ehh..İstəsəkdə ,istəməsəkdə ömür öz işini görür..Qocalıği yaşamaq da hər adama qismət olmur bacı.

    • @qiraetchi_
      @qiraetchi_  3 ปีที่แล้ว +2

      Çox doğru canım.

  • @xeyalequliyeva3858
    @xeyalequliyeva3858 3 ปีที่แล้ว +4

    Sözlerinizə saglıq

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน

      Minmətdaram gözəlim❤❤❤

  • @SevimliKanaL
    @SevimliKanaL 8 หลายเดือนก่อน +2

    Möhtəşəmdir. Uğurlarınız daim bol olsun.

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน

      Çox təşəkkür edirəm.🙏🌺🙏🌺

  • @gull5764
    @gull5764 3 ปีที่แล้ว +5

    Deməli,Səməd Vurğun 21 mart 1906-cı ildə bəy nəslində dünyaya gəlmişdir.(Şairlə eyni ay və gündə dünyaya gəlmək xüsusi bir hiss vermişdir mənə hər zaman) 27 may 1956-cı ildə isə vəfat etmişdir.Ölümündən bir müddət öncə "Azərbaycan xalq şairi"adı verilmişdir.Səməd Vurğunu sevirəm,mükəmməl bir şair olduğunu düşünsəmdə onu anlamıram.Sətirlərinin əksəriyyəti mükəmməliyin tərifi olsada,bəzilərində şübhə yaradan misralara rastlamışamdır.Amma yenədə,yeri ayrıdır Səməd Vurğunun bizlərdə.Hüzur içində yatsın.

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน +1

      Dəyərli yorjm üçün təşəkkürlər🙏🌺🙏🌺🙏

  • @spingame3959
    @spingame3959 หลายเดือนก่อน

    Səadətnen demeli idi...

  • @azerbaycankanali5311
    @azerbaycankanali5311 3 ปีที่แล้ว +5

    Superdi 👏🙏

    • @user-hg2gz4bb2i
      @user-hg2gz4bb2i 9 หลายเดือนก่อน +1

      Шаир не тез Тёрк етдин бу дунйаны❤❤❤❤❤

  • @raminmusayev2181
    @raminmusayev2181 11 หลายเดือนก่อน +3

    Afərin. Uğurlar arzu edirəm. İntonasiya SUPER. ❤❤❤

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน +1

      Minnətdaram var olun🙏🌺

  • @ilhamhsnli5747
    @ilhamhsnli5747 3 ปีที่แล้ว +6

    Ürəyinizə sağlıq

    • @qiraetchi_
      @qiraetchi_  3 ปีที่แล้ว +2

      Təşəkkürlər canım

  • @xeqanimusayev1950
    @xeqanimusayev1950 6 วันที่ผ่านมา +1

    bilirəm ki sormayacaq bir sevgilim,bir də Vətən
    demiyəcək yerinə oturmur

    • @qiraetchi_
      @qiraetchi_  2 วันที่ผ่านมา

      Salam yorumunuz üçün təşəkkür edirəm.Uşaqlıqdan əzbərlədiyim və çox sevdiyim şeirlərdəndir.Həmişədən onu elə oxumuşam deyə yaddaşımda elə qalıb🙏🌺

  • @nazilequliyeva5551
    @nazilequliyeva5551 ปีที่แล้ว +1

    Məktəb illərini xatırlatdı mənə .S Vurğun gecəsi keçirirdik və mən bu şeri söyləmişəm.Cox da gözəl söyləmişdim.

    • @user-ej8ls2rh3f
      @user-ej8ls2rh3f 9 หลายเดือนก่อน

      Самед Вургун бу ше'рда санки хайатын гозаллийини ва инсанларын бир-бирине олан гайгы ва махаббатини тараннум едиб. Аллах она рахмат еласин!

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน +1

      Bəli, çox çox təşəkkür edirəm🙏🌺🙏🌺

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 3 ปีที่แล้ว +4

    👍🙏❤️🇦🇿

    • @qiraetchi_
      @qiraetchi_  8 หลายเดือนก่อน

      🙏🌺🙏🌺

  • @nikozeynalli3436
    @nikozeynalli3436 3 ปีที่แล้ว

    Fon musiqinin adin deye bilersiz?zehmet olmasa,

  • @Ceyhun-om7xc
    @Ceyhun-om7xc 5 หลายเดือนก่อน

    Mənim şeirimi səsləndirə bilərsiz?

  • @YAVER-ty7di
    @YAVER-ty7di 9 วันที่ผ่านมา +1

    Opub O uz , bu uzumden
    O agladi bir ana tek!
    Bu so
    zleri esitmedim, meger seri kim nece isteyir ele de oxuyur???

    • @qiraetchi_
      @qiraetchi_  2 วันที่ผ่านมา

      Salam kanalıma xoş gəlmisiz.Yorumunuz üçün çox sağ olun.Anlamadım qiraətimi bəyənmədiz ya necəYenə də təşəkkürlər🙏🌺

    • @YAVER-ty7di
      @YAVER-ty7di 2 วันที่ผ่านมา

      @@qiraetchi_ Yox ,geseng gizim, giraetinize soz ola bilmez! Cox gozel ve meharetle oxuyursunuz. MasaALLAH. Ancag O iki setiri buraxmisiniz.