İnsanları Məmnun Etməyə Çalışmaq | Psixoloq Leyla Gasimova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "Münasibətlər" haqqında kurs edib Codependency haqqında sadəcə o kursda danışacaqdım amma nəsə çatmırdı.
    Sadəcə kursda olanlar deyil, hamı bu haqqda bilməli və dərinləri anlamalı hətta dönüşməli idilər
    yoxsa nə işə yarayırdı psixoloq olmağım?!
    Tam da buna görə başlamamışdım ki yoluma?
    2016'da “yoluma”, TH-cam'a başlayanda niyyətim
    "oyunu dəyişdirmək" idi.
    Psixologiyanı sadə şəkildə izah edərək, özüm olaraq elə olduğum yerdən səmimi əlaqə quraraq Sən'dən Sən'ə danışmaq.
    O vaxt psixoloqlar və onların psixologiya haqqında danışdıqları məni qane etmirdi çünki,
    dərin amma sadə olmalıydı və verilən bilgilərlə insanlar həyatlarını bu və ya digər səviyyədə anlamalı və dəyişə bilməli idilər.
    Hə bir də doğru bilinən yanlışlar vardı, çoox sayıda vardı, onlara açıqlıq gətirilməliydi.
    Başladım və etdim.
    Nəinki sualları olan insanlar amma şəxsi inkişaf sahəsindəki bir çox psixoloq, coach, enerji ilə işləyənlər də həmçinin dönüşdü,
    həm şəxsi həyatlarında həm də işlərində.
    Bir insanın dəyişimi ətrafında "axtarışda olan" bir çox insanın dəyişimi deməkdir

    nəhayətində bir də gördüm ki,
    məni tanımayan insanlar
    mənim fikirlərimi səsləndirir,
    bunu anladığım an içim çiçəklər açmışdı və o zamana qədər heç vaxt bu qədər çiçəklənməmişdim✨
    Bacarmışdım,
    Bacarmışdıq! 🤍
    İndi isə "oyunu dəyişdirmək" üzrə ikinci round başlayır!
    7 il sonra ❤️‍🔥
    Bu dəfə daha dərinə gedəcəyik,
    Bu dəfə eşitməyə hazır olduqlarını artıq görəcəksən,
    Görəcəksən ki
    nəinki özün amma Sən'dən gələnlər də sağlam yetişkin ola bilsinlər.
    Dəyərlərim və niyyətim eyni olsa da danışacaqlarım fərqlidir.
    Çünki insanlığımızın ən böyük yarası
    "Codependency - Münasibətlərdə Qarşılıqlı Asılılıq"
    ilə üzləşməyə artıq hazırıq 🩵
    Xeyirli olsun,
    Gözəl Həyatlar! ❤️‍🔥

ความคิดเห็น • 72

  • @LeylaGasimova
    @LeylaGasimova  ปีที่แล้ว +4

    Videoda haqqında danışdığım
    “Özümlə Görüşürəm” yönləndirməsini aşağıdakı nömrənin whatsappına yazaraq əldə edə bilərsən:
    +994 51 663 0181 (wp)

  • @samirhuseynzade98
    @samirhuseynzade98 4 หลายเดือนก่อน +3

    Leyla xanım, o qədər gözəl izah edirsiniz ki...Əzilmişlik duyğusunu yaşayan və hələ də az da olsa yaşadan biri kimi deyirəm, inadına gülümsədim. İnadına güldüm...Ağlasam da, dediyiniz kimi, göz yaşımı sildim və yoluma davam etdim. İnsanam, bunlar insani duyğulardır və yaşayıram dedim...Normaldır...Anam hər zaman bir qızı olmağını istəmişdi. Allah isə 3 oğlan bəxş etdi. Anam yanımızda durmadan "qızım olsa belə olmazdı, kaş qızım olardı və s." ifadələr işlədirdi. Mən bunun altında əzilirdim. Qız olmasam da "qızı" rolunu üstləndim. Yetər ki, o məmnun olsun, yetər ki, məni sevsin və daha sussun...Qızların gördükləri bütün işləri görürdüm. Bir növ anama həyatımı bağışladım. Özümdən vaz keçdim. Anam isə hər fürsətdə məni tək qoyurdu. Bir dəfə evi tərk etmişdi. Mən ona məktub yazmışdım. Düşünün...7-8 yaşlı uşaq məktub yazır və anasının evdəki paltarını iyiləyərək, qoxusunu ondan alır...Hətta, bir gün intihara cəhd etdi. Gözümün önündə dərman içmişdi. Ətrafdakı şəxsin (atamın) tez müdaxiləsi ilə dərmanı qaytardı. "Qanlı dərman" bu gün də gözümün önündən getmir...Daha sonra onu xoşbəxt etmək adlı çalışmamın başıma gətirdiyi bəlalar bitmədi...Qızı rolunu üstləndiyim üçün cinsiyyət kimliyi qarmaşası yaşadım. Qız və ya oğlan olduğumu ayırd edə bilmirdim. Beynim artıq durmuşdu. Cinsiyyətsiz biri və ya trans fərd olduğumu düşünürdüm. Buna görə də bir qız ilə yaxınlıq edə bilmirdim. Məni qəbul etməzdi (anam qəbul etməyib axı)...Səni sevirəm deyənlər oldu...Amma onlara qarşılıq verə bilmədim. Çünki, şüuraltı öz sözünü deyir.
    "Anan sevməyib, heç bir qadın sevməz! Çünki, sevilməyə layiq deyilsən!".....

  • @nubarisgenderova
    @nubarisgenderova ปีที่แล้ว +17

    Məndə əzilmişlik hissi utanc hissi ilə kompensasiya olunub. Utanc hissini hiss etdiyim anda özüm özümü əzirəm. Və bu da əslində insanların bir növ məni manipulyasiya edə bilmə yoludu. Kimsə məni lağa qoyanda, məni kiçik görəndə, mənə güləndə, utanıram. Mən elə insanların yanında həmişə utanc içində və zəif hiss etmiş və özümü gizlətməyi seçmişəm. Xüsusilə də yeniyetməlik dövründə. Ancaq hisslərimin fərqində olduqca elə insanlardan uzaqlaşıb özümə yaxınlaşmağı öyrəndim. Burdan çıxardığım ən böyük dərs də bu oldu ki həqiqətən mənim yaxşılığımı istəyən insan mənə sözü o şəkildə deməz və ya ümumiyyətlə deməz. Mənim yaxşılığımı istəyən insan mənə hörmət edər və məni sevgi ilə qəbul edər. Bu fərqindəlikdən sonra məni hər hərəkətimdə qınayan anama dur dedim. Dedim ya mənə yaxşı sözlər de, ya da ümumiyyətlə heç nə demə. Çox şükür ki özüm özümü görəbiləcək və bəyənmədiklərimi dəyişdirə biləcək yaşdayam. Özümə Özeleştiri edə bilirəm yəni artıq. Səhvlərimlə düzlərimlə özümü qəbul edirəm. Bu mənəm, yaxşı ki, də mənəm. Hər yıxıldığımda deyirəm ola bilər, indi dizlərini təmizlə, qalx ayağa. Durandan sonra da deyirəm afərin, sən çox güclüsən ki, yıxılandan sonra da dura biləcək bir gücün var, və sən o gücü istifadə edirsən, sənlə fəxr edirəm, yaxşı ki varsan, mən səndən çox şey öyrənirəm😊

  • @yagmurbaabazade24
    @yagmurbaabazade24 ปีที่แล้ว +6

    Mən özüm fərqindəyəm: insanlardan onların "təsdiglərini" almağıma ehtiyacımın olması, və hətta bəzən sırf "təsdiq", "sevgi" alım deyə yalvarıb, qışqırmagım bəzən səssiz..

  • @gulbenizmemmedli7116
    @gulbenizmemmedli7116 ปีที่แล้ว +7

    Sizə baxanda ağlıma həmişə bu sual gəlir”Görəsən,məndə bir gün belə parlaya biləcəm”🥹😍

  • @sakura_sakura3948
    @sakura_sakura3948 ปีที่แล้ว +6

    Bu kanal 2018-ci ildən bəri sanki mənim üçün açılmış kanaldır.Hər video yüklənən də "a Psixoloqum Leyla mənim üçün video atmış , izləyim"-deyirəm☀️🥹🫶

  • @aliyeva_77
    @aliyeva_77 ปีที่แล้ว +12

    Bashqa bir ferqindeliyim ise odur ki, son gunler ozumu mushahide edirem gun erzinde heqiqeten ozum ucun elediyim sheyler cox azdir. Hetta hemin gunumu bugun ozum ucun birsheyler edecem deyib bashlasam da gunun sonunda ozumu bashqalarinin hadiselerinin ichinde tapiram. Meselen, shirniyyat bishirim hamimiz yeyek, filankesin kefi yox idi yazim gorum nece oldu, sevgilime yazim ishi haqqinda motivasiya verim, anamin kefi yoxdu ona kofe duzeldim ve s. Halbuki oz ishlerim qalir qiragda, amma bunlari elemesem boshluqda ve egoist kimi hiss edirem. Son olaraq, sagalmaga niyyet edirem 🙏🏻🥲 ozumu secmeye cesaretlendirdiyiniz ucun cox sagolun❤️

  • @aysunalyarova
    @aysunalyarova ปีที่แล้ว +11

    o qədər empatiya quraraq danışırsınız ki.. çox möhtəşəm❤

  • @Cfrova
    @Cfrova ปีที่แล้ว +16

    Cox dərin mənalıdır...heç həyatımız boyu diqqət etmədiyimiz, fərqində olmadığımız mövzulara toxunursuz.. var olun❤

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +3

      Əlbəttə 🙏🏼

    • @just_watch555
      @just_watch555 4 หลายเดือนก่อน

      Leyla xanim salam.Siz Azerbaycanda yasayirsiz isleyirsiz?Cox isteyerem yaniniza gelmek.Cox sixintilarim var😢

  • @nutritionist_aynura
    @nutritionist_aynura ปีที่แล้ว +11

    Necə bu qədər "üz-üzə"söhbət edirmişik kimi bir hiss verə bilirsiniz,Leyla?
    Çox özəlsiniz❤

  • @nathanbabayev2356
    @nathanbabayev2356 ปีที่แล้ว +5

    Vidyoya görə çox sağ olun. Tam vaxtında. Eyni məlumatı 2 dildə alıram. Terapiya keçirəm moskvada. Sizə 2020 dən qulaq asıram. Psixaloqiyaya içimdə bir sevgi var. İlk oxuduğum kitab "подсознание может всё" 2015. Arzu edirəm məkyəblərdə psixaloqiya dərsi olsun, hər yaşa aid əlbəttə. Gələcək nəsillər sağlam olsunlar. Sizin kimi bildiyim bölüşən də çox olsun, var olun 🙂👍✊

  • @gurbanzade2642
    @gurbanzade2642 ปีที่แล้ว +3

    Etrafimda narsist insanlar var. Mende ise insanlari memnun etmek hissi var idi. Öz üzerimde isleyirdim ve bunun hardan qaynaglandigini tapmisdim. Insan deyerli hiss etmeyende, ehtiyaclari odenmeyende hem menevi hemde fiziki olaraq basqalarini memnun etmeye calisir. Belelike õzünü daha deyerli hiss edir. Men bunu hell elediyimi dusunurem. Hell olanda daxilde gozel lakin adini qoymadigin bir hiss olur. Insanlari memnun etmeye calismiram. Bu meni sevindirdi. Mohtesemsen Leyla❤ her sey in cavabi en dogru zamanda lazimi sekilde gelir🥰🤩🤩

  • @aliyeva_77
    @aliyeva_77 ปีที่แล้ว +7

    Oncelikle cox teshekkurler 🙏🏻❤️ Ve Wow aydinlandim. Men - ashiri empatik, hamiyla yola getmeye calishan,hetta oz kefim olmasa bele bashqalarini dinleyen terefem. Sevgilim ise tam tersi- sifir empati, hersheyden narazi, vermeyi bacarmayan (hershey birinci ona olunsun isteyen) terefdi .ortaq noqtelerimiz cox azdi ama aramizda qeribe toxic bag var hansi ki qopa bilmirik)

  • @_esmer
    @_esmer ปีที่แล้ว +5

    Var ol❤ Sizə baxanda sevinirəm ki, psixoloq olmaq tükənmək demək deyil, inkişaf etməkdir! Sizinlə qürür duyuram! Pasientlərin yaşanmışlıqlarından təsirlənməyib irəliləyə bildiyiniz üçün ❤

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +2

      Dediyinizin psixologiya və terapiya ilə əlaqəsi yoxdur :) Professional psixoloq öz danışanı üçün həqiqətən “orda olur” amma o hekayədən təsirlənməj hətta həyatını buna görə davam edə bilməmək kimi bir şey yoxdur yəni :)
      Dediyiniz isə “rollardan biridir” və haqqında da video çəkəcəm :)

    • @_esmer
      @_esmer ปีที่แล้ว

      @@LeylaGasimova təşəkkürlər. Əla olar, çünki bu problem hal hazırda Azərbaycandakı 90 % psixoloqların ürəkağrıdan problemidir təəssüf ki

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว

      @@_esmer anlaşıldı :) təşəkkürlər

  • @UlkarGasimova-s4m
    @UlkarGasimova-s4m หลายเดือนก่อน

    Menim eziz psixoloqum.
    Illerdi hamini sevindirmekle meshgulam😞 kimse sevinende ele bilirdim ruhum cavanlashir, cox xoshbext hiss edirem ozumu. Kenardan baxana qeribe gelir. Hec tanimadigim biri olsa bele ona elimden geldiyi qeder ozunu xoshbext hiss eletdirmeye calishiram. Sorushanda hamiya bir cavabim var. Onlar sevinende men xoshbext oluram. Ozumu piss hiss etdiyimde bele kimise xoshbext gorub, ozum de xoshbext oluram. Tanidigim Her kesin ozel gunlerini yadimda saxlayiram. Ve hemin ozel gunlerde ozunu daha yaxshi hiss etmesi ucun ona hediyyeler, mesajlar ve ya jestler edirem. Bu meni dehshet sevindirir.
    Ve bu videodan sonra men aydinlandim😍
    1990-ci ilde 7 yashim vardi. Mektebe yazilmishdim. Bir mehleden nece nefer bir sinifde oxuyacaqdiq. Ve sentyabrin 1ni sebirsizlikle gozleyirdim. Butun her bir sheyim hazir idi. Avqustun 30u sariliq diaqnozuyla xestexanaya catdirildim. Butun dostlarim mektebe getdiyi halda men xestexanada idim. Bu mene agir gelirdi. Ve meni hec vaxt, hec yerde tek qoymayan anam, xestexanada nenemle birlikde qalmagimi istedi. Ve menim o nenemle hec bir sevgi bagim olmayib. Her gun anam gelib gorurdu meni. Kicik qardashim vardi deye anam qala bilmezdi yanimda. Her gun de menim filankesler gelecek, beshmankesler gelecek deye bashimi aldadirdi nenem. Ve men her gun sevine sevine yuxudan oyanib onlarin gelmeyini gozleyirdim. Yanimdaki butun ushaqlara bu gun filankes gelecek deyirdim. Amma efsuslar olsunki qapida gozleye gozleye qalirdim😞ve bu mene cox tesir edirdi. Hemin hissi bu videoya baxa baxa hiss etdim yeniden😞 ve bu meni hem incitdi, hem de aydinlatdi.
    Sizin sayenizde men cox sheyle mucadele elemeye bashlamisham eslinde. Sizin seanslardan sonra cox sheyler deyishib heyatimda. Bu video ise aglimin bir koshesinde qalan hadiseni mene yeniden xatirlatdi. Ve mence bundan sonra insanlari sevindirmek mene borc kimi gorunmeyecek😍🧚🏻‍♀️ Sizi sevirem🧚🏻‍♀️

  • @ilhammirzyeva1878
    @ilhammirzyeva1878 8 หลายเดือนก่อน +2

    Leyla xanım ,çox sag olun ,heqiqrten fikirleriniz ,açıqlamalarınız o qeder üreyimcedir ki ,kaş ki ,bir gün sizinle bunları üz üze paylaşma imkanım olsa ,ve bir gün olacaglna inanıram🍀🙏🤲

  • @mtantyusifova5301
    @mtantyusifova5301 ปีที่แล้ว +3

    Leyla xamın,mənə çox kömək olursuz.Təşəkkür edirəm.

  • @Selime_Vera
    @Selime_Vera ปีที่แล้ว +3

    Leyla xanimm mohtesemsinizz❤bu videonu cekdiyinizi instada paylasdiginiz foto ile gormusdum ama youtub' a daxil olub baxmadim aglimda" dogru zamanda daxil olub izleyerem" dedim ve cixdim, hal hazirda bu videoyu izleyrken tapdim ozumu.. Men bilirdim ki , ailem ve yaxinlarim terefinden ezilirem, sexsiyetim basdirilib, men uwagam deye susduruldum, ezildim ve her defesinde bu mene cox pis tesir edirdi, susurdum. Duygularimi basdirirdim. Ve indi ferqine vardim ki menim insanlari memnun etme sebebim bu ezilmiwlik duygusu imiş, her defesinde meni tesdiqlemekleri meni cox rahatladirdi,men buna mohtac oldugumu duwunurdum, menim derinliklerimde bir narsist varmiw bunun ferqine varmaq sadece cox qeribe hiss etdirdi. Her defe videolariniza baxirdim ama en tesirlisi bu idi .just wow.. ferqindeliklerimle deyiwimlerimi yawamaq isteyirem siz cox deyerlisiniz❤❤❤ferq etdirdiyiniz gozel heyatlar arzulayiram özümə 🤍

  • @ayselqasimova6911
    @ayselqasimova6911 ปีที่แล้ว +3

    Bildiris gelen kimi❤öz zamaninda diqqetle dinleyecem😊

  • @fatimaahmedova3290
    @fatimaahmedova3290 11 หลายเดือนก่อน +2

    1:39 mənim usaqlığım insanları memnun elemeye çalısmaqla, gecliyim ise sen özünü düsünürsen ancag( ailem terefinden) keçirirem

  • @aygunhuseynli6518
    @aygunhuseynli6518 ปีที่แล้ว +6

    Neche gundur ichinde oldugum, bayaq journal yazanda ilishib qaldigim noqtenin davami oldu video. Chox minnetdaram shefalandirici enerjiniz uchun, Leyla x. Sozleriniz sehrlidir, “tilsimleri” qirir 😘💜🙏🏻

  • @xuramanagayeva2218
    @xuramanagayeva2218 ปีที่แล้ว +4

    Çox təşəkkür edirəm Leyla sadə dərin gözəl izah👍♥️

  • @mehribanrehimli4531
    @mehribanrehimli4531 ปีที่แล้ว +15

    Azərbaycanın 1 nömrəli psixologusuz mene görə ❤

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +3

      🫶🏽🤍

    • @semaomer
      @semaomer 9 หลายเดือนก่อน

      mənə görə də🥰

  • @pryvaa_1890
    @pryvaa_1890 ปีที่แล้ว +2

    Əziz Leyla yaxşıki varsız ❤

  • @zohrabeliyev7422
    @zohrabeliyev7422 ปีที่แล้ว +2

    Tamamilə dogru vurğulayırsiz Leyla xanım Həqiqetdir tam olaraq

  • @fidan.493
    @fidan.493 ปีที่แล้ว +2

    Təşəkkür edirəm 🌹💋

  • @sevincaliyeva9108
    @sevincaliyeva9108 ปีที่แล้ว +2

    Çox sağ ol Leyla çoxx sağ ol❤

  • @jeyhunajalilova4241
    @jeyhunajalilova4241 ปีที่แล้ว +2

    Salam, bu video üçün sizə təşəkkür edirəm

  • @raksanasharifova9349
    @raksanasharifova9349 11 หลายเดือนก่อน +3

    58 yasindayam🙈

  • @shahinqurbanov6219
    @shahinqurbanov6219 ปีที่แล้ว +3

    Nədənsə sizin danışdıqlarınız mənə qəliz gəlir başa düşməkdə çətinlik çəkirəm((

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +4

      Sizi başa düşürəm, tövsiyyə edərdim ki “Özümə necə kömək edim?” adındakı videomu izləyəsiniz.

  • @nargizmammadova1765
    @nargizmammadova1765 ปีที่แล้ว +2

    Çox içdən danışdız😊

  • @arzumamedly
    @arzumamedly ปีที่แล้ว +2

    chox saoll, Leyla ✨💘

  • @DenizDeniz-nb7xs
    @DenizDeniz-nb7xs ปีที่แล้ว +2

    Bu vidio tam mene aid men omrum boyu bele yasamisam

  • @sekinenovruzova
    @sekinenovruzova ปีที่แล้ว +2

    Tamda vaxtında gəldi əlaa🎉

  • @nigarnagiyeva6400
    @nigarnagiyeva6400 ปีที่แล้ว +2

    İbtidai sinifdə oxuyurdum.Dil götürmə qabiliyyətim çox pis idi.Bütün günü rus dili öyrənməyə çalışsalar dilim dönmür,yadımda qalmırdı.Rus dili müəlliməsi alnıma böyük qırmızı qələmlə iki yazmışdıÇox uzanmışdım.Evə gələndə yolda silmək istəyəndə sinif yoldaşlarım bunu müəlliməyə deyəcəklərim dedilər.Məndə qorxumdan silmədim.İndi 35 yaşım var.Ali savadlı həkiməm.Amma o travma dan hələ qurtula bilmirəm.

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +6

      Danışdığınız şey o qədər ağırdır ki. Görünür həmin müəllimə doğrudan da müəlliməliyin nə olduğunu bilməyib, sizi çox yaxşı başa düşürəm 🤍

    • @smartset-az
      @smartset-az ปีที่แล้ว

      Nigar xanım, hələ sizdə çox yaxşıdır) Mən sizdən daha dəhşətlisini görə görə gəlmişəm. 3-4cü sinfdən bir qəddar müəllimənin sinfinə keçirildim. Təsəvvür edin ki, müəlliməniz hər gün oxlov qalınlığında 1 taxta ilə gələrdi.. Deyəcəksiz bəs niyə hər gün 1 taxta , çünki o taxta hər gün kimisə başında sınmalıydı. O dərəcədə qəddar biri idi. Sinfimizdə bir bacı-qardaş cütlüyü varıydı, heç vaxt dərs oxumazdılar, onları hər gün zülüm zülüm ağladıb başlarına taxta vurardı.. məncə sizdə çox yaxşıdır. Şükür edin, indidən beyninizdən tamamilə çıxardın😊 Ümidvaram ki siz indi o həmin müəllimənizdən də daha savadlı və bililklisiniz.

    • @saadatkhalilli
      @saadatkhalilli 9 หลายเดือนก่อน

      28 yaşım var.1ci sinifdən 3cü sinifə qədər müəllim tərəfindən sözlü psixoloji fiziki şiddət görürdüm və ailəm də müəllimin tərəfində dayanırdı.ADHD olduğundan hiperaktivliyimdən doğan hərəkətliliyimə görə, dərslərdən geri qaldığıma görə müəllim məni və digər bir neçə şagirdi vururdu padvala siçanların yanına aparmaqla qorxudurdu, əlimdən oyuncaqlarıml, xatirə dəftərlərimi alıb cırırdı.Bir dəfəsində adımı eşşəyin quyruğundan tutan oğlan şəklinin altında yazdığınl gördüm hamı gülürdü və mən o an ən böyük tramvamı aldım.Oxudum oxudum oxudum bacardım ama hələ də özgüvənimlə bağlı problemlərim davam edir.

  • @ZulfiyyeQafarova-ky9mz
    @ZulfiyyeQafarova-ky9mz ปีที่แล้ว +2

  • @Aydan.ilqarqizi
    @Aydan.ilqarqizi ปีที่แล้ว +2

    Möhtəşəmmm!!!

  • @aynazsultanl5253
    @aynazsultanl5253 ปีที่แล้ว +2

    Sizi çox sevirəm❤

  • @nerminnermin2535
    @nerminnermin2535 ปีที่แล้ว +3

    TRAVMALARIMIN FERQINDEYEM.Coxdu hem de.Amma bas ede, qurtula bilmirem.Kas ki daha sakit yeni aqressiyasiz bir ailede dogulsaydim.Yas ireliledikce bunlari duzetmek de olmur

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +2

      Sadəcə bilirsiz, fərqində olmaq fərqli bir şeydir. Fərqində olanda dönüşüm təbii şəkildə olur çünki

    • @nerminnermin2535
      @nerminnermin2535 ปีที่แล้ว

      @@LeylaGasimova Ola biler.Eziyyetiniz,emeyiniz ucun tesekkurler.Yaxsi ki sizi burada tapdim.Izleyib faydalaniram.Yolunuz her zaman ugurlu olsun❤

  • @gumraldavali4917
    @gumraldavali4917 ปีที่แล้ว +3

    Amma həmişə adamı sevindirən və eyni zamanda incidən bir şey olur, tam da fərqindəyəm artiq məndə əsas bu problemdir və ya hissdir deyib duzəltməyə can atirsan novbəti dəfə ozunu basqa bir movzunun içində tapirsan😒bu nədən qaynaqlanir daha cox travmamizin olmasidirmi ya fərqində oldugumuz seyi yaxsi duzəldə bilmirikmi? Hecnə anlamiram bəzən hər seyi cozmus rahatlamis hiss edirsən bəzən isə əksinə..🙂🤦🏼‍♀️təsəkkurlər 🌸

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +2

      Tam da olması lazım olan kimi :)

    • @gumraldavali4917
      @gumraldavali4917 ปีที่แล้ว +1

      @@LeylaGasimova mən sizdən bir sey istəyəcəm,olsa da olmasa da həmisə bunu dusunurəm,kas ki bircə dəfəlik seans etsəz adama, cox danismaq istədiyin adamla basqa hec yerdən ulaşa bilməyəndə məcbur bura yazdim,sorry,amma kas ki bircə dəfə adami qəbul edə biləsiz..ya da hardasa adam yarim saatliq da olsa danisa bilə. Bircə dəfə də dinləyib yonləndirmə ya nəsə etsəz məncə cox sey dəyisər..🌸🤗

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +1

      @@gumraldavali4917 gözləmə listinə burdan yazıla bilərsiniz:
      +994 51 663 0181 wp

  • @Gunelbashirovaa
    @Gunelbashirovaa ปีที่แล้ว +2

    Ilk deqiqede izlemek❤

  • @user-th3jy8qo1c
    @user-th3jy8qo1c ปีที่แล้ว +2

    ❤❤❤

  • @zauraliyev6653
    @zauraliyev6653 ปีที่แล้ว +2

    Ola bilərmi ki, 2 3 4 yaşında olub bu əzilmə travması və bunu 30 il sonra xatırlamır ümumiyyətlə. Bu halda xatırlamadığı hadisənin üstünə necə getsin o?

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +1

      Məsələ hadisə deyil ki, hisslərdir

  • @saida2399
    @saida2399 ปีที่แล้ว +2

    ❤🧡🤗

  • @bextiyarasurzade1508
    @bextiyarasurzade1508 ปีที่แล้ว +2

    👍🏻👏🏻🇦🇿

  • @zahrahuseynova1768
    @zahrahuseynova1768 ปีที่แล้ว +2

    Salam Size o biri sac rengı yaraşır niye qara reng edibsiz

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +3

      Salam, burda müzakirəyə çıxardığım hissə sadəcə söhbətimdi. Görünüş olaraq isə zövqümcə olanı, ürəyimə yatanı edirəm və görünüşüm barədə istədiyinizi düşünə bilmə azadlığınız var amma bu mənim tərəfdən müzakirəyə açıq deyil 😊 Söhbətimə fokuslanmağa dəvət edirəm.
      Gözəl Həyatlar!

  • @АрррапппАапр
    @АрррапппАапр หลายเดือนก่อน

    Leyla xanim bu yaxınlarda beyin kodlamasi aldim -arzularin gerçəkləşməsi dinlədim ve ureyim agridi.sonra dinləyə bilmedim bu neden ola biler

  • @guldestekerimli9294
    @guldestekerimli9294 ปีที่แล้ว +2

    Tam məni anladırsınız😒

  • @heyat_1.
    @heyat_1. ปีที่แล้ว +2

    Özümlə görüşürəmi necə əldə etmək olar?

  • @vasifismayilov3868
    @vasifismayilov3868 9 หลายเดือนก่อน +1

  • @sabinahasanli6592
    @sabinahasanli6592 ปีที่แล้ว +2