Başqalarını Xilas Etməyə Çalışmaq | Psixoloq Leyla Gasimova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "Münasibətlər" haqqında kurs edib Codependency haqqında sadəcə o kursda danışacaqdım amma nəsə çatmırdı.
    Sadəcə kursda olanlar deyil, hamı bu haqqda bilməli və dərinləri anlamalı hətta dönüşməli idilər
    yoxsa nə işə yarayırdı psixoloq olmağım?!
    Tam da buna görə başlamamışdım ki yoluma?
    2016'da “yoluma”, TH-cam'a başlayanda niyyətim
    "oyunu dəyişdirmək" idi.
    Psixologiyanı sadə şəkildə izah edərək, özüm olaraq elə olduğum yerdən səmimi əlaqə quraraq Sən'dən Sən'ə danışmaq.
    O vaxt psixoloqlar və onların psixologiya haqqında danışdıqları məni qane etmirdi çünki,
    dərin amma sadə olmalıydı və verilən bilgilərlə insanlar həyatlarını bu və ya digər səviyyədə anlamalı və dəyişə bilməli idilər.
    Hə bir də doğru bilinən yanlışlar vardı, çoox sayıda vardı, onlara açıqlıq gətirilməliydi.
    Başladım və etdim.
    Nəinki sualları olan insanlar amma şəxsi inkişaf sahəsindəki bir çox psixoloq, coach, enerji ilə işləyənlər də həmçinin dönüşdü,
    həm şəxsi həyatlarında həm də işlərində.
    Bir insanın dəyişimi ətrafında "axtarışda olan" bir çox insanın dəyişimi deməkdir

    nəhayətində bir də gördüm ki,
    məni tanımayan insanlar
    mənim fikirlərimi səsləndirir,
    bunu anladığım an içim çiçəklər açmışdı və o zamana qədər heç vaxt bu qədər çiçəklənməmişdim✨
    Bacarmışdım,
    Bacarmışdıq! 🤍
    İndi isə "oyunu dəyişdirmək" üzrə ikinci round başlayır!
    7 il sonra ❤️‍🔥
    Bu dəfə daha dərinə gedəcəyik,
    Bu dəfə eşitməyə hazır olduqlarını artıq görəcəksən,
    Görəcəksən ki
    nəinki özün amma Sən'dən gələnlər də sağlam yetişkin ola bilsinlər.
    Dəyərlərim və niyyətim eyni olsa da danışacaqlarım fərqlidir.
    Çünki insanlığımızın ən böyük yarası
    "Codependency - Münasibətlərdə Qarşılıqlı Asılılıq"
    ilə üzləşməyə artıq hazırıq 🩵
    Xeyirli olsun,
    Gözəl Həyatlar! ❤️‍🔥

ความคิดเห็น • 41

  • @LeylaGasimova
    @LeylaGasimova  ปีที่แล้ว +4

    “Özümlə Görüşürəm”
    yönləndirməsini əldə etmək üçün:
    +994 51 663 0181 (wp) 🌞

  • @gurbanzade2642
    @gurbanzade2642 ปีที่แล้ว +15

    Mənə elə gəlir ki əsl psixoloq özünü sağaltmalı, özünə faydalı olmalıdır ki, başqa insanların həyatınada toxuna bilsin. 5.6 il ərzində baxdığım hər videoda o enerjini alıram Sizdən. Həmişə deyirəm padruqama Leyla özü yaşayır dönüşür sonra bizə ötürür. Ona görə çox insan ayda tam zamanında, yada necə də mənim hisslərimi ifadə edir deyir. Kitablardan, başqalarının paylaşımlarından yola çıxıb insanları xilas etmək istəyən psixoloqlar o enerjini vermir. Enerji və aura olaraq hər dediyinizi ala bilirəm. Siz danişa danişa açılır kodlar. TH-cam hər zaman öncəllik verin. ❤🎉

  • @zehramirzeli9214
    @zehramirzeli9214 9 หลายเดือนก่อน +1

    Halhazırda olduğun yer ən doğru yerdir videonuzu izlədikdən sonra rahatlıq tapdım. Yəni daha az qaçıram. Elə mükəmməl və işgüzar bir həyatım yoxdu. Amma beynim hey qaçırdı və nələrisə etməyi düşünür və şikayət edirdi sadəcə. İndi isə sadəc\ hərəkətə keçməyə çalışıram. İndi olduğum yer olmalı olduğum yerdir və sabah olmaq istədiyim yerdə və ya daha yaxşısında olmaq üçün bugünün dəyərini anlamalıyam. Sonra bu videonuzu izlədim. Şükür edirəm, keçmişdəki günlərimdə etdiklərim və bugün bu videoları izləyib irəliləyəəck fərqqindəliyi qazandığıma görə. Allah köməyiniz olsun

  • @emilsuheyl8296
    @emilsuheyl8296 ปีที่แล้ว +4

    Həmişəki kimi yenə də möhtəşəm!Fərqindəlik dolu yeni bir video.Çox təşəkkürlər,var olun!🙏

  • @ayjo4360
    @ayjo4360 5 หลายเดือนก่อน +1

    Leyla xanım, mən görəndə insanları xilas etməyə özümə görə çalışmışam utanıram. Utanc hissi gəlir. Yəni özümlə bağlı olan bir şeyi başqalarına project eləyib sanki güya onların yaxşılığı üçün deyirəmmiş kimi.

  • @vidadiazizli3368
    @vidadiazizli3368 ปีที่แล้ว +2

    Həmişəki kimi super. Bu gün içimdəki həyəcana cavab tapdım. Çox sağ olun. Yaxşı ki varsız

  • @albinayuzbeyova6873
    @albinayuzbeyova6873 ปีที่แล้ว +2

    Nə yaxşı ki bu videoları çəkirsiz ,fərqindəliyim artır
    Təşəkkürlər Leyla xanım ❤

  • @gumraldavali4917
    @gumraldavali4917 ปีที่แล้ว

    Əvvəllər mən də xilas edici rolunda idim və bunu anlamirdim komək etdiyimi zənn edirdim)) sonralar bunu aşiri etdiyimi və insanlarda qiciq yaratdigimi gordum,eyni zamanda da qarsima bununla bagli məlumatlar cixirdiki kimsə almag istemirse ona diresme o hazir deyil,vaxti deyil, sən buna mecbur deyilsen,etdikce onu yox ozunu rahatladirdan əslinde...ve s bu kimi seyleri derk elemeye basladim.. bundan sonra ətrafda kimse ele olanda o fərgi basa dusurem ve istirem ona deyemki sen komek yox xilasa etmek istirsen zad,maraglisi budur ki bir anda diresende baxiram ki ozum de yene ona donurem), bu videonu ona gore paylasiram ki bari burdan anlasin hami bu fərqi,insallah)🌸

  • @gunelmmmdli2344
    @gunelmmmdli2344 ปีที่แล้ว +2

    Çox sağolun dəyərli fikirləriniz üçün ❤️

  • @nzrinzkryyeva2541
    @nzrinzkryyeva2541 ปีที่แล้ว +1

    Necə çox vacib mövzudur. Təşəkkürlər, Leyla.❤

  • @vusalahasanli4200
    @vusalahasanli4200 ปีที่แล้ว

    Bir çox videolarınızı izləmişəm. Amma bu məncə ən səmimi, ən sehirli söhbətlərinizdən biridir✨️ Çox sağ olun🕊

  • @hasanova6752
    @hasanova6752 ปีที่แล้ว

    Dediklərinizi həzm etməyə, hisd etməyə niyyətliyəm. Çox təşəkkür edirəm, Leyla🫶🏻

  • @lamanfarajova9485
    @lamanfarajova9485 5 หลายเดือนก่อน

    Bez valideynlerimizin dongulerini yasamamaq ucun ne etmeliyik?bu arada videolar mohtesemdir❤

  • @gulnarsalmanova646
    @gulnarsalmanova646 ปีที่แล้ว +2

    Salam, mənim 20 yaşım var və elə psixologiya tələbəsiyəm, ilk dəfədi bir videonuza baxanda özümü ağlarkən tapdım, mən də özümü kimlərinsə, ən başlıca da anamın xilaskarı kimi görürəm və siz travma dedikcə ağlıma kəskin şəkildə 4-5 yaşımda yaşadığım bir ağır səhnə gəlir, canlanırdı, elə bu aralar da bu mövzu ilə bağlı davamlı düşünürdüm ki, qarşıma bu videoda çıxdı, çox sağolun, həyat yoluma işıq tutduğunuz üçün ❤

  • @user-px5jh9qv5h
    @user-px5jh9qv5h ปีที่แล้ว

    Bu gün özume verdiyim sualın geniş cavabı.Tesekkurler...

  • @lale.agayeva
    @lale.agayeva ปีที่แล้ว +2

    Cox ferqli qadinsiz❤ne yaxsi varsiz❤

  • @sakinaalmedetli7760
    @sakinaalmedetli7760 ปีที่แล้ว

    Bu gün illərdi məni incidən sualların cavabını tapdım.təşəkkürlər

  • @nurtenalekberli6821
    @nurtenalekberli6821 ปีที่แล้ว +2

    Çox təşəkkür edirəm🤍

  • @gouneel
    @gouneel ปีที่แล้ว

    Minnətdaram, Leyla🙏

  • @user-nm1om7cf8p
    @user-nm1om7cf8p 7 หลายเดือนก่อน

    Leyla səni sevirəm nə yaxşiki varsan!!!

  • @Somebody923
    @Somebody923 ปีที่แล้ว

    Iliklerime kimi hiss edirəm dəyərsizliyi. Bununla başa çıxa bilmirəm, hər kəsi xilas edirəm özümə faydam yoxdu. Eynən dediyiniz kimi kaş mənim kimi mənim də həyatımda xilaskarım olardı

  • @turkanxelef4461
    @turkanxelef4461 ปีที่แล้ว +1

    Təşəkkür edirəm Leyla xanım mənə yasatdiğiniz ferqindelik üçün. Allah sizə min əvəzini versin.
    Sizə bir sualım var. Menim oğlum 12 yaşındadır.Söhbet edərkən mənə bildirirki, ana istərdim məktəbə terrorçu gelse gedim onu tutum, öldürüm sınıf yoldaşlarımi xilas edim. Mən deyirəm qəhraman olmaq istəyirsən? Gülüb hə deyir. Bilirəm ki, baxdığı filimler ve s. -in tesirindendir. Sizin bu videonuzdan sonra o ağlıma gəldi ki, odamı xilaskar olmaq istəyir.
    Bununla bağlı fikirlərinizi bilmək istəyirəm.
    Bəlkə travması var ? Əger elədisə ona necə kömək edə bilərəm?
    Önceden təşəkkürlər.

  • @serxandidiyev
    @serxandidiyev ปีที่แล้ว

    Leyla seni görmek xoş oldu🙏

  • @tphonexxxd536
    @tphonexxxd536 ปีที่แล้ว

    Salam Leyla xanım yaxşı ders oxumamışam amma bu il hazırlaşmaq istəyirəm yenədə gec deyil deye amma telefon asliligi birazda Huşsuzluq son 3 gün ders oxuyuram sozler əzbərləmək fln amma evdə çox unutqanlıq edirəm Mene kömək edin❤❤❤🙏

  • @bakibaki5948
    @bakibaki5948 ปีที่แล้ว

    Sadəcə təşəkkürlər ❤

  • @saida2399
    @saida2399 11 หลายเดือนก่อน

  • @allerqoloqgulnarquliyeva
    @allerqoloqgulnarquliyeva ปีที่แล้ว

    👍

  • @aylaabdullayeva6121
    @aylaabdullayeva6121 ปีที่แล้ว

    Bir de men ozumu o insanin yerine qoyub asiri empatiya edirem bu neyle baglidi?

  • @user-ng3uu5rx3j
    @user-ng3uu5rx3j ปีที่แล้ว +1

    Nece qeribedi.. her 3 videoda ozumu gordum. Hem qurban rolunda, hem xilas hem memnunda.. mumkundumu bes bele olmagi?

  • @xuramanagayeva2218
    @xuramanagayeva2218 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @aytacxdrova3465
    @aytacxdrova3465 ปีที่แล้ว

    Bes bu rollardan her ucunden bizde pay varsa hansina aid sayiliriq?

    • @LeylaGasimova
      @LeylaGasimova  ปีที่แล้ว +1

      Adətən biri daha güclü olur amma bizdə bu rolların bir neçəsi eyni anda ola bilər.

  • @aysunalyarova
    @aysunalyarova ปีที่แล้ว

    bir zamanlar bu rolda idim, indi isə yox)

  • @vidadiazizli3368
    @vidadiazizli3368 ปีที่แล้ว

    Mənim atam anamı döyürdü. Bu səbəbdən ola bilər?

  • @solya9784
    @solya9784 ปีที่แล้ว

  • @user-ul5dn7pk4d
    @user-ul5dn7pk4d ปีที่แล้ว