Bakı Konqres Mərkəzinin açılışı olub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2015
  • Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
    Tikintisinə 2014-cü ilin fevralında başlanılmış mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub.
    Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılmış ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılmış şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb.
    Bakı Konqres Mərkəzinin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılıb. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.

ความคิดเห็น •