Məni gözəl xatırla... Bunlar son misralar Fərz et ki, bir külək idim, əsib keçdim heəyatından Ya da bir yağmur, sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın ve mən bitdim Məni gözəl xatırla! Çünki sevdim sənin mən, hər şeyini Sənə sirdaş oldum, dost oldum Qoynunda ağladım Üzünə vurmadım heç bir nöqsanını Meni üzdün qınamadım Alışmışdım vəfasızlığa, el oldun aldırmadım Məni gözəl xatırla! Səhifələrcə məktub buraxdım sənə Şerler yazdım her gece çoxunu oxutmadım Saxladım günahını, savabını içimdə, səssizcə getdim Səndən əvvəlkilər kimi sən də başa düşmədin Meni gözel xatırla! Sənə unudulmaz gecələr buraxdım Sənə en yorğun sabahlar Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım Söylənməmiş ”Salamlar” buraxdım hər küncə “Vidalar” buraxdım dayanacaqlara Ne axtararsan bir sevdanın içində Artıqlamasıyla buraxdım arxamda Məni gözəl xatırla! Dizlərində yuxuya getdiyimi düşün Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün Sevincli olduğun anları gətir gözünün önünə Alnından öptüyüm dəqiqələri Bir azdan qapını döyəcəyimi düşün Təəccübləndirməyi sevirəm bilirsən Buda sene son surprizim olsun İndi səninlə yaşanan günləri atəşə verirəm Məni gözəl xatırla! Gedirəm… M.Müşfiq
Sənə ümid dolu dikilən gözlər Yenə xatirədə donub qalandır. Əlim əsə-əsə yazdığım sözlər O zaman düz idi indi yalandır… Həyatın özündə sınadım səni, Demə bahar idim, indisə qışam. Yaxşı ki, nəhayət, tanıdım səni, Yaxşı ki, ömürlük aldanmamışam.🖤 Nüsrət Kəsəmənli.
@@gulzarmemmedova3062 Elə ki, düşürsən torpaq altına, Hər gün çiçək kimi qurudulursan. Doğrudan soyudur torpaq insanı, Günlər ötüşdükcə unudulursan. Məclislər verilir, gəlir dost-tanış, Düşünürsən rəhmət deməyə gəlir. İnan, gələnlərin yarıdan çoxu, Halva-çörəyindən yeməyə gəlir. Sən indi kimsən ki? Adi bir insan, Belədə qədrini bilən tapılmaz. Ölərsən qırx çıxar, il yaxınlaşar, Qəbrinə bir nəfər gələn tapılmaz. Çalış ki, haqqı yaz nə qədər sağsan, O vaxt yaşayarsan gözündə xalqın. Elə şair ol ki, adın çəkilsə, Təbəssüm oyansın üzündə xalqın.
Möhtəşəm 👌 Bu mahnı ilə bağlı bir anı' mı yazmaq istədim bu ifanın aşağısına. Bir dəfə zəlzələ olmuşdu. O vaxtlar 2yaşım tamam olurdu və həmin gün ad günüm idi. Yaşadığımız binada tərpəndiyindən hər kəs aşağı düşmüşdü, bizdə o vaxtlar yaşadığımız yerin yanında hərbi çast var idi. Atam işdə idi. Uşaq ağlı ilə birdən atama nəsə olar deyə təlaşlanmışammış. Əsgərlərin, hərbiçələrin və bina əhalisinin arasında bu mahnını oxumuşam. Əsgərlər əl çalıbmış. Mənim dəqiq yadıma gəlməz amma belə deyir evdəkilər.❤ Ona görə bu mahnını bir başqa cür sevirəm💫
Once ağlıma şəhidlər gelir onların anaları qızları sevdiyi qadınları onlara agliyram sonra ureyimden atam keçir zamansız köçüb gedən atam gözüm qalır yollarda gəlib gedən maşınlarda üzüm gülür gözüm gülmür ata
Hər bu musiqini dinləyəndə 1998-1999-cu illərə gedirəm.. 4-5 yaşım vardı.. Atam, evimizdə qeyd etdiyimiz Novruz bayramı süfrəsi arxasında əyləşənləri, rəhmətlik əmimin Sankt peterburqdan gətirdiyi kiçik əl video kamerası ilə lentə alır.. fonda moqnitofonda bu musiqi səslənir.. Və o simalar gözümün önündə canlanır, sanki o otagın, o süfrənin, o insanların, uşaqlığımın qoxusunu duyuram.. necə özləm duyuram.. hələ mənim sevimlim, nənəm üçün necə darıxdığımı hiss edirəm.. bu musiqinin yeri bir başqadır mənim üçün❤
Bu dünyada ən gözəl görüntü gündoğana baxmaqdır. Onda heç sən də yadıma düşmürsən. Çünki sən bu yerin sevgi ünvanı olsan da O -Günəş əbədi eşqin təcəssümüdür.
Hər şey öz yolundadır.Sənsizlik ki ərimir, Ömürdən nə istəyim?!Ömürə yox etirazım. Mən günləri sayıram,günlər isə yerimir, O günlər də gələcək,tələsmək nəyə lazım?! (Gəncə şəhəri,2006 /oktyabr)
Dəyişdim mən səni, görəndən bəri Mənə nə etdinsə, təkcə SƏN etdin. Sənsiz bu şəhərdə, qəribdim, qərib Mənə bu şəhəri, sən vətən etdin!♥️ Əllərinizə sağlıq, möhtəşəmdir
Bir göz qırpımında ömür puç olar, Zaman tez ötüşür, vaxt birdən keçir. Həyatda nə qədər xoş günlər ki var, Hər biri dözümdən, səbirdən keçir. Arzular kəməndə tuş olub gedir, Hamı bir karvana qoşulub gedir. Köçənlər həyatdan baş alıb gedir, Qalanlar alovdan, kömürdən keçir.
Dinlədikcə məni keçmiş günlərimə apardı. Nə qədər ağlayıb yalvarırdım Allah onu da yanına aparmasın deyə. Düzünü desəm yenə də ağladım. Allah sizi qorusun!
Ayırdı….Allah meni sevdiklerimle cox sınadı…Amma deyesen en cetini sEn oldun 🖤🫂Bir gun bu yorumu görsen bilki…..yada hecne bilme……Sadece meni gözel xatirla 🖤
"Səni bir sərçənin göz yaşı qədər sevdim" deyə bir rəvayət var deyirki bir oğlan və qız bir- birlərini çox sevirdilər. Amma bir gün oğlan yol qəzasında vəfat edir. Onun yanına gələn mələk ondan son arzusunun nə olduğunu soruşur. Oğlan sevgilisini görmək istədiyini deyir və melek oğlana deyir ki mən səni bir sərcəyə göndərəcəm və sən hər gün sevgilini görəcəksən ancaq ağlasan öləcəksən. Oğlan razılaşır və səçəyə dönür. O gündən başlayır qızın arxasınca uçmağa və bir gün sevdiyi qızın başqa biri ilə görüşdüyünü gördü. Oğlan oğlan yəni sərçə qızın pəncərəsinin yanında dayanır qız isə oğlanın şəklinə baxıb ağlayaraq belə söylədi ,, bağışla sevgilim" oğlan bu sözlərə dözə bilməyib ağladı. Və o zaman oğlan ( sərçə) öldü. Axı mələk ona aglədigi zaman öləcəyini söyləmişdi 😔😔 ona görə ""səni bir sərçənin göz yaşı qədər sevdim "" deyirlər 😢😢😢
İnsan həyata bir dəfə gəlir! Bunu oxuyan insan, əgər sən yazıb-oxumağı bacarırsansa, deməli sənin beynin çox şeyi dərk edir! Çalış heç kəsə pislik etmə, qəlb qırma! Ancaq yaxşılıq et, həyatdan zövq al, sev-sevil!❤️
Bu ömür yolunda üz-üzə gəldik, Zülmət bir gecədən gündüzə gəldik Deyəsən axırda biz gözə gəldik Nə olar,Allahım, ayırma bizi. Nəq: Duymadıq sevginin şirin dadını, Vurma qəlbimizə hicran odunu, Eşit sevənlərin qəm fəryadını, Nə olar,Allahım,ayırma bizi Nə olar,ya Rəbbim,ayırma bizi Bəlkə bu məhəbbət bir alın yazı, Yoxsa bu yazıya yoxdur bir pozu, Ayırmaq istəsən al canımızı Nə olar,Allahım,ayırma bizi. Nəq: Sənin əlindədir taleyin hökmü, Nə oldu bu sevgi bir ağır yükmü? Ayrılıq deyilən səndən böyükmü? Nə olar, Allahım,ayırma bizi. **************************************************************
Artıq 3 il olacaq ayrı qaldığımız... Bəlkə görərsən bu şeirimi. Bil ki hələ də səni sevirəm. 9-cu ildir. Sona qədər səni sevəcəyəm... Ölməmişəm hələ varam Xatirələr küçələrdir Bəlkə özüm günahkaram Bəlkə qara gecələrdir Bir daş kimi daşlaşmısan Heç qədrini bilməmişəm Sən o qədər yadlaşmısan Sanki heçvaxt sevməmişəm Dərdlərimi unuduram Dostlarımla güldüyüm an Bəlkə geri dönəcəksən Gec olacaq, öldüyüm an. Ömür gedir zaman dolur Biraz tələs yubanırsan Bəlkə dönmək istəyirsən Peşman olub utanırsan Sanki yeni məktəbliyəm Öyrənirəm hərfləri Səni mənə xatırladır Köhnə məktəb sinifləri Sən mən adlı hekayə var Xatirə var hər izində Biz birlikdə çox gəzmişik O məktəbin dəhlizində Sonuncu dərs bitən zaman Səni evə ötürərdim Rahat gəz deyə çantavı İsrar edib götürərdim Təravətli eşq bağında Axan qoşa bulaq idik Biz bilirdik sevgi nədir Baxmayaraq uşaq idik Gündüz əldə çıraq tutub Axtarıram o illəri Yalnız kədərdir, hicrandır Həsrətin müqabilləri Sənli xəyallar quraraq Yatıb yuxu görürəm mən Yenə də biz birlikdəyik Bu yuxudur bilirəm mən Emil Bağırzadə, 03.08.2020.
24 yaşım var amma bəzən keçmiş sənətkarlaımızın yaradıcıllığına göz gəzdirərkən bir qorxu hiss olur Allahım görəsən Azərbaycan bele gözəllikləri yazib yaradanlar bitibmi amma sonra sizin kimi işin sənətkarı insanalar çıxır qarışımıza və hələdə Azərbaycanda gənc nəsillərin incəsənətimizə necə hörmət bəslədiyini bir daha anlayıram minnətdarıq Fuad bəy 🙏 var olun
Çəkilirəm otağıma,, Vərəq qoyub qabağıma, Şeirləri qulağıma, Sən deyirsən mən yazıram... Yatan adam özlərmi, Bağlamıram gözlərimi, Sənə ürək sözlərimi, Sən deyirsən mən yazıram... Yazıram poza bilmirəm, Nə yazım qıza bilmirəm, Mən şeir yaza bilmirəm, Sən deyirsən mən yazıram... Duzsuzam dadsız adamam, Mən sənəm adsız adamam, Mən ki,savadsız adamam, Sən deyirsən mən yazıram... Sənə bütün şeirləri, Sən deyirsən mən yazıram,
Gözlədim düşsün gecə, əssin külək, yağsın yağış, Çün səni anmaq üçün, gündüzlər kar etməz mənə. Sənin üzün, gül bağı, o bağa baxmazsam əgər, Dönər, sonra dağ olar, o dağ da bar etməz mənə. Dərdə həmdəmim baxma musiqi, şeir, qəzəldir, Şəfa, ilac - nə kaman-saz, nə də tar etməz mənə. San ki, mən böyük dağam, dərdim, ən az özüm boyda, Göylər də edər ahu-zar, qram qar etməz mənə. Eşitdim bir vaxt sonra, əğyarın əlin tutmusan, Sorma heçnə, bu söz, gen dünyanı dar etməz mənə?! Bilmək istəsən əgər, xəstə könlüm nə istəyir, Bil, hansı meyvə də gəlsə, səntək nar etməz mənə. Bir vaxtlar var olan kəs, indi çəkilibdir qeybə, Ümid bir onadır, o da yoxdan var etməz mənə. Bir dəfə görmək üçün, hey istədim, bir zəng edim, Düşündüm sonra ki, o güzəşti yar etməz mənə.
Odundan ocaq olar atəşdən alov olar.Sonda tüstülənər.Eyni insan kimi.Güclü və qüvvətli olarsan sonda gəncliyin ovcunda anidən keçin gedər və sən bunu hiss edərsən.İnsanın tüstülənməsi bir ocaq kimi yavaş yavaş sönməsi köz olması bir gün çox ağrıdar adamı
Yarımçıq yazilmiw werimsen mənim Dərindən çəkilən kaw yerimsen mənim Məzara apardığım sirrimsen mənim Söylə bu qədər yalan olarmı? Ayrılıq bu qədər asan olarmı?
Gözlərinə qurban... Menm hələdə əsgər sevgilim, gözümün işığı, aldığım nəfəs. Allah səbr edənləri sevir deyərdin sevdiyim. Bəs niyə uzaq düşdün məndən? Səni yenidən görməyi, səsini eşitməyi o qədər ağrıyla arzulayıram ki. Lakin heç nə dəyişmir, Sən məndən çox uzaqdasan. Ama narahat deyiləm bilirsən? Sen yanımda olmasanda sənli xatirələr var yanımda.... Ölüm ayıracaqdi bizi hansı birimiz öldük bir de görüm? 2 dən 1 çıxanda normalda 1 edir ancaq səni məndən çıxdılar mən yarım qaldım... Səni sevirəm əsgərim amma səni sevməyi əvvəlki kimi sevmirəm.
Raziyam.. O qeder saf ve temiz sevdim ki. nece il yollarda qaldi gozum sonda resimler qabagima cikti anladim ki nece aldanilmisham men. En deyerli zamanimi boshuna verdim nece illerini
1999 cu ildə anamla atamın toyu idi. O vaxtlar disk yox kaset olardı. Mən lap əvvəllər uşaq olanda o kasetə baxanda bu mahnı idi klipdə o zamandan da ağlımda qalıb. Əminəm ki bu musiqinin hər kəsdə baıacadan, böyüyə xatirəsi var❤
Salam ey doğma məkan Salam ey insan əqli Doğuşda eyni oluruq Böyüyən zaman fərqli Uşaqikən incə oluram Bəzənsə kövrək oluram Yaxşı olan zaman Başqasına örnək oluram Dərddən kənardayam Çox isti ocaqdayam Nəhayət yemək gəlir O gözəl qucaqdayam Qulağıma səs öyülür Qapı möhkəm döyülür O zərif vücud məni Döşəyimlə bürüyür Atamın səsi yayılır Otaq da rəng ayılır Küçənin bərk küləyi Məni xülyadan ayırır Görününür bu gün yaman Atamla ayrı zaman Maraqsız keçir həyat Onsuz dayanmaram Bəzənsə bircə qanad Süfrədə çörək bayat Anamın atama sözü Yeməydən sonrada yat... Mən artıq yuxudaydım Otaq da qorxudaydım Bilmirəm nədən belə Qəribə vücütdaydım Deyəsən yuxu görürəm Görürəm çox söyülən Kiçik bir vücud titrək Küçədə həp sürünən Göylərə əllər açıb Ümidi var sabaha Şaxtadan göyərmişdi Dözümü yox soyuğa Deyirəm nədən belə Allahım kömək elə Qalxsınlar ayağa Düşməsin kürək yerə Uşağam, bu nə düşüncə Yuxuda belə görüncə Dözə bilmirəm artıq İnsanlar onu söyüncə Ədalət budur mu ey Nədəndi bu giley-güzey Günahı nəydi onun Nədəndi, nədəndi de İstəməz heç bir ana Uşağı çöldə qala Səbəbkar elə həyatdır Onları bu hala salan Vəziyyət tələb eləyir Onlar pul diləyir Haldan razı deyil Amma məcbur eləyir Keçib zaman aradan Sızlayır incə yaradan Nədənsə unudubdur Onu çoxdan Yaradan Mən artıq inannıram Yuxudan oyanmıram Nədəndi bilmirəm artıq Özümə inanmıram Ağlamaq istəmişəm O məzlun baxışlara Ağlamaq istəmişəm Gözdəki yağışlara... Aradan illər ötüb Məzarına kövrəlirəm Şeir tək yalvarırdı Qəzəlinə kövrəkirəm Uşaqikən o nə yuxuydu Mənə çox qorxuluydu Xəmirim göz yaşıyla Həmişə qovrulurdu Xoşbəxtlik çox qısadır Bədbəxtlik tezcə bitmit Yanından illər ötür Amma ki heçnə bitmir
Möhtəşəm musiqi əsəri səsləndirildi müəllif Eldar Mansurovun müşayiəti ilə. Super, Super. Əhsən. Duyumlu qəlbinizə, ruhunuza sağlıq.Eşqlər olsun 👏👏👍👍💐🌹💐🌹💐🌹
Musiqi... Musiqiyə əbəs yerə "ruhun qidası" deyilmir. Musiqinin əsəbləri sakitləşdirməkdə, ağrıları unutdurmaqda faydası qədim zamanlardan bəllidir. Piano xüsusiylə də seçilən alətlərdəndir və mənim fikrimcədə birincisidir. Bununla məşğul olanlar daha yaxşı anlayarlar ki, dillərə toxunduğun zaman həyat sanki dayanır və insan başqa aləmə daxil olur 😍. Hansı ki orda hisslər, duyğular ifadə olunur. Müəyyən bir müddət olsa belə insan bütün yorğunluğunu, probləmlərini və s. Kimi məsələlərdən uzaqlaşmış olur. Həmçinin dinləyənlərədə bu hissi ötürür...❤❤💔
İndi o seyfesinde bu musiqini paylasib. Mense 20 defe 30 defe 40 defe izlemisem o videonu . İndi her defe bu musiqini esidende yene yanacam yene yanacam...🤍
Bu dünya nərdivandı - Qalxanda mehribandı, Enəndə nə yamandı… Görüşdük pillələrdə, Yolun yarısında biz. Sən qalxırdın bu dəmdə, Mən enirdim xəbərsiz. Səni arzularına Qaldırırdı nərdivan. Məni xatirlərə Endirirdi bu zaman. Birimiz - günçıxana, Birimiz - günbatana. Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. Sən də enə bilməzdin - Haqlı, haqsız vermişdi Öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya, Ya sən əvvəl gələydin, Ya mən sonra dünyaya.
Yenə qayıtdım. Mən bu musiqidən qaçdıqca, bütün versiyaları qarşıma çıxır) Böyük sevgi yaşamamışam. Daxilimdə böyük hislər yaşamışam, səssizcə. Uşaq vaxtlarımın, qış günlərimin, Anamın, fəryad edərcəsinə oxuduğu, heç yadımdan çıxmadığı musqidir bu. Yenə qarşıma çıxdı, yaxşı ki, çıxdı! Qəlbimizdə buzları bəlkə əridər. Artıq o Fəryad yoxdu. Çünki artıq bu musqini nə qış nə payız gecələrində, oxuyan insan yoxdu. Əllərinizə sağlıq!
Biz bunu oxudun ağlayardıq ki Allah bizi qovuşdursun ayırmasın indi isə bu mahnıda talehimə qulaq asıb ağlayıram nəhayət 8 il sonra evimiz oldu iki qızım bir oğlum var
Elə bir dərtdirki yaşamaq olmur Onsuz gözlərimin yaşı qurumur Niyə bu sevginin çarəsi olmur Ayırdı Allahım ayırdı məndən Səsi məlhəm idi sevən qəlbimə Gözləri nur idi mənim gözümə Ən kobud sözüdə xoş idi mənə Ayırdı Allahım ayırdı məndən Yaşaya bilmirəm necə eləyim O idi sevincim gülən gözlərim Quruyub qəlbimdə sevgi sözlərim Ayırdı Allahım ayırdı məndən O idi qəlbimə o idi həmdəm Agarıb saçlarım getdiyi gündən Qələmdə tutmayır aglayır qəmdən Ayırdı Allahım ayırdı məndən Mən öz hisslərimə əsir düşmüşəm Tənha gecələrdə qəribsəmişəm Ayıran Allaha hərdən küsmüşəm Ayırdı Allahım ayırdı məndən Buda bir qismət idi deyib keçəcəm, Sevgi nagılmıza vida deyəcəm. Unutma,ayrılsam yenə sevəcəm, Ayırdı Allahım ayırdı məndən😔 *Müəllif:Gültəkin Ramiz*
Salam. Təsəvvür edirəm Fuad bəy,simli alətdən ifaçı olsaydız?! Dünyada 1 nömrə olardız. Dolya voopşe super ifa. Tək -tük adam belə şedevr özünə məxsus icad edər.
Gerçəkləşməsini qəlbən istədiyimiz şeylər bəzən gerçəkləşmir.Xəyal olaraq qalır.Yarım qalır..Heç vaxt ama heç vaxt gerçəkləşmir..Günlər,aylar keçir nə gedən geri dönür,nədə ki onu unutmaq mümkün olmur..♾️¹¹
Allah buyurub: Əgər birini məndən çox sevsən onu sənin əlindən alaram, yox əgər onsuz yaşaya bilmərəm desən səni onsuz yaşadaram. Görünür mən onda hər ikisini yaşadım ki ən ehtiyacım lazımlı olan anımda anam getdi😢🥀
Sevdim səni... Gözümü yaşlı qoysanda o gülüşünle dünyam aydınlanacaq qeder...Sevdim səni...Sebebi sen ola ola yuxuzuluğumun yuxuda seni görmek dileyi ile xeyalınla yuxuya gedecek qeder... Seni heç unutmayacaq qeder...Üreyimde daima yerin var Eyy zalım... Xoşbəxtsən mi həə?Gülür mü üzün vicdansızım? Sevir mi sevilir mi qəlbin? Yaşayırsan mı? Yoxsa sadəcə nəfəs mi alırsan? Ahhh sevdiyim...🥀🖤 Kimin üçün niye getdin? Qalacaq mi yaninda həə? Baxacaq mı sən xəstələnəndə? Güldürəcək mi səni? Sevəcək mi o qəlbini ayy zalımmm🤦♀️? Niyə məhv etdin canımın yarısı niye mehv etdin bizi? Məni? Səni? Səni deyirəm ahh mehv olsan gederdin mi heç? Off sevdiyim gel demiyecem gelmeyine sebeb ne mende men qalmışam ne sende sen nede ki artiq bizden biz alınar? Yaxşı anladım yoxsan artıq... Hanı bəs mənim gülüşlərim, sevgim, hisslərim, yuxularım, hara getdin canımın içi hardasan sən...🖤 Ayy zalım...🥀 Cənnəti cəhənnəmə dəyişər mi insan? Di get indi sevsin görek seni kim sevecek menim qeder derd içinde boğulsamda derman olardım dərdinə əlavə həyacanmı lazım oldu həəə? Niye qoydun bu gözümü yaşlı? Dəyərmiydi ahımı almağa? Dünyalar qədər sevirdim, hələ də sevirəm sevecemde bilirm🙄dünyalar qədər demiyim dünya qoymamisan amma sevirem neynek ürekdi əlimdən nə gələr həə? Nə çarə? Əvvəl gözüm görmək istəyər qulağım səsinlə oyanar, burnum qoxunu o deyqe hiss ederdi indi ne görmek isteyirem ne sesini adini eşitmək ayy insafsiz indi yalnızca derdimsen sevgim ola bilmedin...Ehh neyleyek? Sen de yarım olmazsan yaram olarsan...😕🖤 "Əlvidaları heç sevmirem sevdiyim"deyərdim sənə indi isə... Əlvida sevdiyim, əlvida...🥀
Mənimdə ən böyük arzum piano ifa etmək idi.Çox heyif ki idi deyirəm.Piano ilə olan bütün arzularım qaldı ürəyimdə.Hər piano çalan görəndə ya da səsini eşidəndə özümdən asılı olmayaraq gözlərim yaş sel olur😢😢.Bu mahnınınıda çox sevirəm xüsusi ləzzət elədi.😌
Mən səni neynirəm ki... Sən olsan da sevirəm, olmasan da sevirəm Ey dodağı yasəmən, yanaqları qızılgül Qorxma payız gələndə Sən solsan da sevirəm, solmasan da sevirəm. Sən sev deyə sevmirəm... Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm. Mən səni neynirəm ki... Sən olmayan günlərin Hər günü bir şeirdi, hər günü bir qəzəldi Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Məni gözəl xatırla...
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim heəyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim
Məni gözəl xatırla!
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Meni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım
Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şerler yazdım her gece çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Səndən əvvəlkilər kimi sən də başa düşmədin
Meni gözel xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə en yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Ne axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda
Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sene son surprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirəm…
M.Müşfiq
😭😭😭😭😭❤
👍🙁
Çox saq olun.🥀🥀🥀
Əllərə sağlıq👏Əsrlərin şairinə Allahdan rəhmət🙏
Cox sağolun
Gedib qayıtmayan şehidlerimize Allah rehmet elesin. Neçe-neçe yarım qalan ümidler, arzular, xeyallar...
🥺😕🥺
AMİN!
😥😥😥😥ALLAH REHMET EYLESIN
Amin🤲🥀
Nə deyir ustad, "insanlları allah ayırmaz, insanları insanlar ayırır" :)
Ama qismet de var heyatda...
Gözəl deyibmiş
@NİKO YTcox maragli geldi agliniz hardaydi?
Gunel xanlm qarsinda
Bas eyirem sagliginda
Rehmet qazanan insan
"Bence insanları kader ayırmaz, bence insanları insanlar ayırır" (Ezel)
Bildirimi görən kimi sevinib, dinlədikdən sonra isə yatmış kədərin oyanması. Yenə qəlbimizə toxundun .
Tesir edici cumleler..
Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə-əsə yazdığım sözlər
O zaman düz idi
indi yalandır…
Həyatın özündə sınadım səni,
Demə bahar idim,
indisə qışam.
Yaxşı ki, nəhayət, tanıdım səni,
Yaxşı ki, ömürlük aldanmamışam.🖤
Nüsrət Kəsəmənli.
😌😌😌
Getdi o aramizda olan butun xos xatireleri unudub tekce kinini saxladi
@@gulzarmemmedova3062
Elə ki, düşürsən torpaq altına,
Hər gün çiçək kimi qurudulursan.
Doğrudan soyudur torpaq insanı,
Günlər ötüşdükcə unudulursan.
Məclislər verilir, gəlir dost-tanış,
Düşünürsən rəhmət deməyə gəlir.
İnan, gələnlərin yarıdan çoxu,
Halva-çörəyindən yeməyə gəlir.
Sən indi kimsən ki? Adi bir insan,
Belədə qədrini bilən tapılmaz.
Ölərsən qırx çıxar, il yaxınlaşar,
Qəbrinə bir nəfər gələn tapılmaz.
Çalış ki, haqqı yaz nə qədər sağsan,
O vaxt yaşayarsan gözündə xalqın.
Elə şair ol ki, adın çəkilsə,
Təbəssüm oyansın üzündə xalqın.
-*Ağ tük tapdım* *arasından saçımın,*
*Qoparmadım,* *saxlamışam çoxalsın.*
*Otuz ildə* *cavan qalıb neynədi,*
*Canı çıxsın* *saçlarımın,qocalsın.*
Ay ay men bu şeiri hardan tapim?
Nə maraqlı şerdir .Müəllifi kimdir?
Hissləri ifadə edə bilməyəcək qədər gözəl idi izlemek💚
Baqıslayn burda olanda. Xeber edın
dogru
Məncə də
Müharibə dövründə hər gün dinlədiyim və Şəhidlərimizə görə hönkürtü ilə ağladığım musiqi.Çox xatirələrin var məndə....
Hər gün axşam quraza düşən sende burdasan 😣
Möhtəşəm 👌 Bu mahnı ilə bağlı bir anı' mı yazmaq istədim bu ifanın aşağısına. Bir dəfə zəlzələ olmuşdu. O vaxtlar 2yaşım tamam olurdu və həmin gün ad günüm idi. Yaşadığımız binada tərpəndiyindən hər kəs aşağı düşmüşdü, bizdə o vaxtlar yaşadığımız yerin yanında hərbi çast var idi. Atam işdə idi. Uşaq ağlı ilə birdən atama nəsə olar deyə təlaşlanmışammış. Əsgərlərin, hərbiçələrin və bina əhalisinin arasında bu mahnını oxumuşam. Əsgərlər əl çalıbmış. Mənim dəqiq yadıma gəlməz amma belə deyir evdəkilər.❤ Ona görə bu mahnını bir başqa cür sevirəm💫
Təsadüfən papaninde "generalski dom" deyilen bina deyildi? 96 cı illər
?
@@raufm-ev8932 Xeyir.
Hee. Anladım.. Yazdığınız kimi eyni hadise olmuşdu. Ona görə
Rayonda olub bu hadise
Once ağlıma şəhidlər gelir onların anaları qızları sevdiyi qadınları onlara agliyram sonra ureyimden atam keçir zamansız köçüb gedən atam gözüm qalır yollarda gəlib gedən maşınlarda üzüm gülür gözüm gülmür ata
Allah hamısına rəhmət eləsin 🤲🤲
....Mən aşiq sulu dağlar,
Çeşməli sulu dağlar,
Burda bir qərib ölmüş,
Göy kişnər , bulud ağlar!!!
🔥🔥🗡
Və sonda aşiq qayadan uçar... bir yaylıq uğruna...
Hər bu musiqini dinləyəndə 1998-1999-cu illərə gedirəm.. 4-5 yaşım vardı.. Atam, evimizdə qeyd etdiyimiz Novruz bayramı süfrəsi arxasında əyləşənləri, rəhmətlik əmimin Sankt peterburqdan gətirdiyi kiçik əl video kamerası ilə lentə alır.. fonda moqnitofonda bu musiqi səslənir.. Və o simalar gözümün önündə canlanır, sanki o otagın, o süfrənin, o insanların, uşaqlığımın qoxusunu duyuram.. necə özləm duyuram.. hələ mənim sevimlim, nənəm üçün necə darıxdığımı hiss edirəm.. bu musiqinin yeri bir başqadır mənim üçün❤
• Sahib çıxmadığınız hər dəyərə bir gün bir başqası sahib çıxdığında anlayacaqsınız nələri itirdiyinizi.
Zamanı var.. 🍀
Bu dünyada ən gözəl görüntü gündoğana baxmaqdır. Onda heç sən də yadıma düşmürsən. Çünki sən bu yerin sevgi ünvanı olsan da O -Günəş əbədi eşqin təcəssümüdür.
🙂🍁
👍🏻👍🏻👍🏻👍🏻
Meni qınayırlar,sevgi yoxdur deye:(
@@aynurkazm4504 bilirsiz qinayan kimdi sevginin adin esidib dadini bilmeyen insan sevgi pakdi her kes yasa bilmez axi
@@aynurkazm4504 sevgi gozel hissdi sevilmey ondanda gozel amma sonu yaxsi bite
Bu mahnıda insanın qəlbini qanadan sözlər var ...
Ele musiqidede
Hər şey öz yolundadır.Sənsizlik ki ərimir,
Ömürdən nə istəyim?!Ömürə yox etirazım.
Mən günləri sayıram,günlər isə yerimir,
O günlər də gələcək,tələsmək nəyə lazım?!
(Gəncə şəhəri,2006 /oktyabr)
Bakı şəhəri,31 yanvar 2024.otel otağı.
Bir daha dinlememek ümidilə......
Bu melodiyaya qulag asanda Şəhidlərimiz yadima düşür.
Allah Şəhidlərimizə Rəhmət Eləsin.
Ruhları Şad Olsun.
Nur İçində Yatın.
Dəyişdim mən səni, görəndən bəri
Mənə nə etdinsə, təkcə SƏN etdin.
Sənsiz bu şəhərdə, qəribdim, qərib
Mənə bu şəhəri, sən vətən etdin!♥️
Əllərinizə sağlıq, möhtəşəmdir
Bir göz qırpımında ömür puç olar,
Zaman tez ötüşür, vaxt birdən keçir.
Həyatda nə qədər xoş günlər ki var,
Hər biri dözümdən, səbirdən keçir.
Arzular kəməndə tuş olub gedir,
Hamı bir karvana qoşulub gedir.
Köçənlər həyatdan baş alıb gedir,
Qalanlar alovdan, kömürdən keçir.
Bugün şəhidimiz var. Gəldim dinləyə-dinləyə şəhidimizi düşünməyə. 06.08.2022. saat 02:05
Allahim nece mohtesem ifa edirsiz,elleriniz,barmaqlariniz qizildi,cox tesekkur edirem bu zovqu bize yasatdiginiz ucun
Təkrar-təkrar qırılan amma hələdə yaşayan insan qəlbindən dahada güclü bir şey varmı?🥺
Dinlədikcə məni keçmiş günlərimə apardı. Nə qədər ağlayıb yalvarırdım Allah onu da yanına aparmasın deyə. Düzünü desəm yenə də ağladım. Allah sizi qorusun!
Ayırdı….Allah meni sevdiklerimle cox sınadı…Amma deyesen en cetini sEn oldun 🖤🫂Bir gun bu yorumu görsen bilki…..yada hecne bilme……Sadece meni gözel xatirla 🖤
"Səni bir sərçənin göz yaşı qədər sevdim" deyə bir rəvayət var deyirki bir oğlan və qız bir- birlərini çox sevirdilər. Amma bir gün oğlan yol qəzasında vəfat edir. Onun yanına gələn mələk ondan son arzusunun nə olduğunu soruşur. Oğlan sevgilisini görmək istədiyini deyir və melek oğlana deyir ki mən səni bir sərcəyə göndərəcəm və sən hər gün sevgilini görəcəksən ancaq ağlasan öləcəksən. Oğlan razılaşır və səçəyə dönür. O gündən başlayır qızın arxasınca uçmağa və bir gün sevdiyi qızın başqa biri ilə görüşdüyünü gördü. Oğlan oğlan yəni sərçə qızın pəncərəsinin yanında dayanır qız isə oğlanın şəklinə baxıb ağlayaraq belə söylədi ,, bağışla sevgilim" oğlan bu sözlərə dözə bilməyib ağladı. Və o zaman oğlan ( sərçə) öldü. Axı mələk ona aglədigi zaman öləcəyini söyləmişdi 😔😔 ona görə ""səni bir sərçənin göz yaşı qədər sevdim "" deyirlər 😢😢😢
Ürəyimin sarı siminə toxunursunuz Fuad .... elə bilirəm indicə dayanacaq ürəyim.... əlləriniz dərd görməsin...
İnsan həyata bir dəfə gəlir! Bunu oxuyan insan, əgər sən yazıb-oxumağı bacarırsansa, deməli sənin beynin çox şeyi dərk edir!
Çalış heç kəsə pislik etmə, qəlb qırma! Ancaq yaxşılıq et, həyatdan zövq al, sev-sevil!❤️
Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik
Deyəsən axırda biz gözə gəldik
Nə olar,Allahım, ayırma bizi.
Nəq:
Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını,
Nə olar,Allahım,ayırma bizi
Nə olar,ya Rəbbim,ayırma bizi
Bəlkə bu məhəbbət bir alın yazı,
Yoxsa bu yazıya yoxdur bir pozu,
Ayırmaq istəsən al canımızı
Nə olar,Allahım,ayırma bizi.
Nəq:
Sənin əlindədir taleyin hökmü,
Nə oldu bu sevgi bir ağır yükmü?
Ayrılıq deyilən səndən böyükmü?
Nə olar, Allahım,ayırma bizi.
**************************************************************
Hər gecə dinləyib və dinlərkən yatmamaaq olmur. Uje alışqanlıq olub yatana yaxın nauşnik taxılır və bu musiqi qoyulur yuxuya gedrm
-Ruh adamım yenə işə saLdı qızıl barmaqLarını🙂🍂
Allah Sehidlerimize Rehmet Elesin
Artıq 3 il olacaq ayrı qaldığımız... Bəlkə görərsən bu şeirimi. Bil ki hələ də səni sevirəm. 9-cu ildir. Sona qədər səni sevəcəyəm...
Ölməmişəm hələ varam
Xatirələr küçələrdir
Bəlkə özüm günahkaram
Bəlkə qara gecələrdir
Bir daş kimi daşlaşmısan
Heç qədrini bilməmişəm
Sən o qədər yadlaşmısan
Sanki heçvaxt sevməmişəm
Dərdlərimi unuduram
Dostlarımla güldüyüm an
Bəlkə geri dönəcəksən
Gec olacaq, öldüyüm an.
Ömür gedir zaman dolur
Biraz tələs yubanırsan
Bəlkə dönmək istəyirsən
Peşman olub utanırsan
Sanki yeni məktəbliyəm
Öyrənirəm hərfləri
Səni mənə xatırladır
Köhnə məktəb sinifləri
Sən mən adlı hekayə var
Xatirə var hər izində
Biz birlikdə çox gəzmişik
O məktəbin dəhlizində
Sonuncu dərs bitən zaman
Səni evə ötürərdim
Rahat gəz deyə çantavı
İsrar edib götürərdim
Təravətli eşq bağında
Axan qoşa bulaq idik
Biz bilirdik sevgi nədir
Baxmayaraq uşaq idik
Gündüz əldə çıraq tutub
Axtarıram o illəri
Yalnız kədərdir, hicrandır
Həsrətin müqabilləri
Sənli xəyallar quraraq
Yatıb yuxu görürəm mən
Yenə də biz birlikdəyik
Bu yuxudur bilirəm mən
Emil Bağırzadə, 03.08.2020.
🥺💔 Bunu bir dəftərə yazib saxlayacam buralarda itib batmasin ❤️🩹
Mekteb sevgisi bir ayri olur 💔😞
Allah qovusdursun🙏🙏🙏cox gozel seirdi
eh..
Ela
24 yaşım var amma bəzən keçmiş sənətkarlaımızın yaradıcıllığına göz gəzdirərkən bir qorxu hiss olur Allahım görəsən Azərbaycan bele gözəllikləri yazib yaradanlar bitibmi amma sonra sizin kimi işin sənətkarı insanalar çıxır qarışımıza və hələdə Azərbaycanda gənc nəsillərin incəsənətimizə necə hörmət bəslədiyini bir daha anlayıram minnətdarıq Fuad bəy 🙏 var olun
Artıq 26
Möhtəşəmsən ey adam....!!!!
Çəkilirəm otağıma,,
Vərəq qoyub qabağıma,
Şeirləri qulağıma,
Sən deyirsən mən yazıram...
Yatan adam özlərmi,
Bağlamıram gözlərimi,
Sənə ürək sözlərimi,
Sən deyirsən mən yazıram...
Yazıram poza bilmirəm,
Nə yazım qıza bilmirəm,
Mən şeir yaza bilmirəm,
Sən deyirsən mən yazıram...
Duzsuzam dadsız adamam,
Mən sənəm adsız adamam,
Mən ki,savadsız adamam,
Sən deyirsən mən yazıram...
Sənə bütün şeirləri,
Sən deyirsən mən yazıram,
Möhtəşəm👏👏👏
Kövrəldim🥺😢
@@elzaqurbanova8040 kövrəlməyin...
@@sebineismayilova6466 🙏
Möhtəşəm
Fikrimcə, bu, məhz, bu musiqi, kiməsə toxuna bilmirsə, onun mənəviyyatına qüsur var...
Milyon əhsənlər !
Qardas bu cur gozel piano calir. O 4 nefer beyenmirem isaresini qoyan "dixlafos" kimdi goresen..🤔
Allah sevənləri ayırmasın heç zaman İnşəAllah❤️
Gözlədim düşsün gecə, əssin külək, yağsın yağış,
Çün səni anmaq üçün, gündüzlər kar etməz mənə.
Sənin üzün, gül bağı, o bağa baxmazsam əgər,
Dönər, sonra dağ olar, o dağ da bar etməz mənə.
Dərdə həmdəmim baxma musiqi, şeir, qəzəldir,
Şəfa, ilac - nə kaman-saz, nə də tar etməz mənə.
San ki, mən böyük dağam, dərdim, ən az özüm boyda,
Göylər də edər ahu-zar, qram qar etməz mənə.
Eşitdim bir vaxt sonra, əğyarın əlin tutmusan,
Sorma heçnə, bu söz, gen dünyanı dar etməz mənə?!
Bilmək istəsən əgər, xəstə könlüm nə istəyir,
Bil, hansı meyvə də gəlsə, səntək nar etməz mənə.
Bir vaxtlar var olan kəs, indi çəkilibdir qeybə,
Ümid bir onadır, o da yoxdan var etməz mənə.
Bir dəfə görmək üçün, hey istədim, bir zəng edim,
Düşündüm sonra ki, o güzəşti yar etməz mənə.
Odundan ocaq olar atəşdən alov olar.Sonda tüstülənər.Eyni insan kimi.Güclü və qüvvətli olarsan sonda gəncliyin ovcunda anidən keçin gedər və sən bunu hiss edərsən.İnsanın tüstülənməsi bir ocaq kimi yavaş yavaş sönməsi köz olması bir gün çox ağrıdar adamı
Yarımçıq yazilmiw werimsen mənim
Dərindən çəkilən kaw yerimsen mənim
Məzara apardığım sirrimsen mənim
Söylə bu qədər yalan olarmı?
Ayrılıq bu qədər asan olarmı?
Gözlərinə qurban... Menm hələdə əsgər sevgilim, gözümün işığı, aldığım nəfəs. Allah səbr edənləri sevir deyərdin sevdiyim. Bəs niyə uzaq düşdün məndən? Səni yenidən görməyi, səsini eşitməyi o qədər ağrıyla arzulayıram ki.
Lakin heç nə dəyişmir,
Sən məndən çox uzaqdasan. Ama narahat deyiləm bilirsən? Sen yanımda olmasanda sənli xatirələr var yanımda.... Ölüm ayıracaqdi bizi hansı birimiz öldük bir de görüm? 2 dən 1 çıxanda normalda 1 edir ancaq səni məndən çıxdılar mən yarım qaldım... Səni sevirəm əsgərim amma səni sevməyi əvvəlki kimi sevmirəm.
Gecə 02:35 qulaq asıram,hər şey gözümün önündən fragment kimi keçir🎞️🥹❤️
Sevgi deye bir ad yoxdu yalandi boş şeydi temennasi olmadan sevmirler insani yalniz temennasiz bir kişi sever seni ATA.
Duz deyirsen indiki zamanda sevgi bir Ata sevgisidi ki saf
Raziyam.. O qeder saf ve temiz sevdim ki. nece il yollarda qaldi gozum sonda resimler qabagima cikti anladim ki nece aldanilmisham men. En deyerli zamanimi boshuna verdim nece illerini
1999 cu ildə anamla atamın toyu idi. O vaxtlar disk yox kaset olardı. Mən lap əvvəllər uşaq olanda o kasetə baxanda bu mahnı idi klipdə o zamandan da ağlımda qalıb. Əminəm ki bu musiqinin hər kəsdə baıacadan, böyüyə xatirəsi var❤
Bildiriş gələn kimi bura qaçıram.İlk dəfə di bu mahnının sözlərinə fikir verir, musiqisini bu qədər bəyənirəm❤️👍🏻
Her şey cəhənnəm gözəl ürəyiniz əriyir bu mahnıda, onu qoruyun bəlkə heqiqeten əsl sahibi gelib çıxacaq. Sevgilerle
Nə oldu bu sevgi bir ağır yük mü?
Ayrılıq deyilən səndən böyük mü?
Nə olar, Allahım, ayırma bizi🙏♥️
Bəzi insanlara yük ağır gəlir... çiyinlərinə yox ürəyinə...😞
Bu mahnı insanın qirqinliqlarin keçmiş yarasını qanadır..
sadece son soz : mahninin adi kimi olmaq umidi ile geceniz xeyre❤🩹
sevirem seni ,ilk esqim💖
18 MART ATAMIN DÜNYADAN KÖÇEN GÜNÜDÜ BU MAHNI MENİ ATAMA XATIRLATDI😔😔💔💔💔 Allah heç bir qızı atasız qoymasın.
Rehime Amin Ya erheme rahimin Amin Ya erheme rahimin Amin Ya erheme rahimin
Yazim burda qalsin.Heyatimda cox sevdiyim insanla qovusa bilmedik evvel axir ayrilmaliydiq.Qovusmagimiz mumkunsuzsdu.Seni hemise sevecem herseyim menim.Bu heyatda qovusa bilmesek de o dunyada qovusariq insAllah..❤NZNZ..
Allah hec bir sevəni ayirmasin ...❤
Zamaninda deyerini bilin kaş dememek üçün,sonra heqıqeten gec olur.Var olsun deyerli barmaqlar🙏😊
Duzdur... 👏
Salam ey doğma məkan
Salam ey insan əqli
Doğuşda eyni oluruq
Böyüyən zaman fərqli
Uşaqikən incə oluram
Bəzənsə kövrək oluram
Yaxşı olan zaman
Başqasına örnək oluram
Dərddən kənardayam
Çox isti ocaqdayam
Nəhayət yemək gəlir
O gözəl qucaqdayam
Qulağıma səs öyülür
Qapı möhkəm döyülür
O zərif vücud məni
Döşəyimlə bürüyür
Atamın səsi yayılır
Otaq da rəng ayılır
Küçənin bərk küləyi
Məni xülyadan ayırır
Görününür bu gün yaman
Atamla ayrı zaman
Maraqsız keçir həyat
Onsuz dayanmaram
Bəzənsə bircə qanad
Süfrədə çörək bayat
Anamın atama sözü
Yeməydən sonrada yat...
Mən artıq yuxudaydım
Otaq da qorxudaydım
Bilmirəm nədən belə
Qəribə vücütdaydım
Deyəsən yuxu görürəm
Görürəm çox söyülən
Kiçik bir vücud titrək
Küçədə həp sürünən
Göylərə əllər açıb
Ümidi var sabaha
Şaxtadan göyərmişdi
Dözümü yox soyuğa
Deyirəm nədən belə
Allahım kömək elə
Qalxsınlar ayağa
Düşməsin kürək yerə
Uşağam, bu nə düşüncə
Yuxuda belə görüncə
Dözə bilmirəm artıq
İnsanlar onu söyüncə
Ədalət budur mu ey
Nədəndi bu giley-güzey
Günahı nəydi onun
Nədəndi, nədəndi de
İstəməz heç bir ana
Uşağı çöldə qala
Səbəbkar elə həyatdır
Onları bu hala salan
Vəziyyət tələb eləyir
Onlar pul diləyir
Haldan razı deyil
Amma məcbur eləyir
Keçib zaman aradan
Sızlayır incə yaradan
Nədənsə unudubdur
Onu çoxdan Yaradan
Mən artıq inannıram
Yuxudan oyanmıram
Nədəndi bilmirəm artıq
Özümə inanmıram
Ağlamaq istəmişəm
O məzlun baxışlara
Ağlamaq istəmişəm
Gözdəki yağışlara...
Aradan illər ötüb
Məzarına kövrəlirəm
Şeir tək yalvarırdı
Qəzəlinə kövrəkirəm
Uşaqikən o nə yuxuydu
Mənə çox qorxuluydu
Xəmirim göz yaşıyla
Həmişə qovrulurdu
Xoşbəxtlik çox qısadır
Bədbəxtlik tezcə bitmit
Yanından illər ötür
Amma ki heçnə bitmir
Elə belə yazdım
Gözəl misralar 👍
Möhtəşəm musiqi əsəri səsləndirildi müəllif Eldar Mansurovun müşayiəti ilə. Super, Super. Əhsən. Duyumlu qəlbinizə, ruhunuza sağlıq.Eşqlər olsun 👏👏👍👍💐🌹💐🌹💐🌹
Musiqi... Musiqiyə əbəs yerə "ruhun qidası" deyilmir. Musiqinin əsəbləri sakitləşdirməkdə, ağrıları unutdurmaqda faydası qədim zamanlardan bəllidir. Piano xüsusiylə də seçilən alətlərdəndir və mənim fikrimcədə birincisidir. Bununla məşğul olanlar daha yaxşı anlayarlar ki, dillərə toxunduğun zaman həyat sanki dayanır və insan başqa aləmə daxil olur 😍. Hansı ki orda hisslər, duyğular ifadə olunur. Müəyyən bir müddət olsa belə insan bütün yorğunluğunu, probləmlərini və s. Kimi məsələlərdən uzaqlaşmış olur. Həmçinin dinləyənlərədə bu hissi ötürür...❤❤💔
bugun, 15 il aile qurduqum heyat yoldawmi itrdim(((. cox pis halldayam tekliye cekilib bu mahniya qulaq asib acimi yawayiram
Allah rehmet elesin.Sebrinizi versin
İndi o seyfesinde bu musiqini paylasib. Mense 20 defe 30 defe 40 defe izlemisem o videonu . İndi her defe bu musiqini esidende yene yanacam yene yanacam...🤍
Bu dünya nərdivandı -
Qalxanda mehribandı,
Enəndə nə yamandı…
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Səni arzularına
Qaldırırdı nərdivan.
Məni xatirlərə
Endirirdi bu zaman.
Birimiz - günçıxana,
Birimiz - günbatana.
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
Sən də enə bilməzdin -
Haqlı, haqsız vermişdi
Öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
Ya mən sonra dünyaya.
Məncə hər gün savaşmaqdansa gün görmirsənsə ayrılmaq uşaqlar üçün də qürurun üçün də dəyər
Yenə qayıtdım. Mən bu musiqidən qaçdıqca, bütün versiyaları qarşıma çıxır) Böyük sevgi yaşamamışam. Daxilimdə böyük hislər yaşamışam, səssizcə. Uşaq vaxtlarımın, qış günlərimin, Anamın, fəryad edərcəsinə oxuduğu, heç yadımdan çıxmadığı musqidir bu. Yenə qarşıma çıxdı, yaxşı ki, çıxdı! Qəlbimizdə buzları bəlkə əridər. Artıq o Fəryad yoxdu. Çünki artıq bu musqini nə qış nə payız gecələrində, oxuyan insan yoxdu. Əllərinizə sağlıq!
Bir insan cok severse kalbi bir cocugun
dogrulugu, hisler cocugun hisleri gibidir
Biz bunu oxudun ağlayardıq ki Allah bizi qovuşdursun ayırmasın indi isə bu mahnıda talehimə qulaq asıb ağlayıram nəhayət 8 il sonra evimiz oldu iki qızım bir oğlum var
kim bilə bilərdiki sevərdim bir gün səni...
kim bilə bilərdiki əziyyət cəkərəm bu qədər sənə görə...
Bağça vaxtı qulaq asırdım..96 97ci illərdə
Yutubda ilk rəyimdi qardaş) cox super ifa etdin
11.09.22 Gecə saat 00:26 Niderland hardan çıxdın qarşıma?Getdim çorta sadəcə gözümü yumub qulaq asıram. ❤️
Xeste yatağında olan kəslərə Allah şəfa versin xeste halda bu mahnıya qulaq asanda insanın ailesinden denyadan ayrılmamaq istəyi ilə üst üstə deşür
Biraz men,biraz ozu,biraz onun anasi,biraz menim anam,biraz onun atasi biraz menim.. hamimiz yigisib atisib ayirdiq bizi.
Nasil bir duygudur bestede resmen acinin sevgi ile birlestigi en güzel duygulari göz yaslari anlatir, birde piano❤️
Elə bir dərtdirki yaşamaq olmur
Onsuz gözlərimin yaşı qurumur
Niyə bu sevginin çarəsi olmur
Ayırdı Allahım ayırdı məndən
Səsi məlhəm idi sevən qəlbimə
Gözləri nur idi mənim gözümə
Ən kobud sözüdə xoş idi mənə
Ayırdı Allahım ayırdı məndən
Yaşaya bilmirəm necə eləyim
O idi sevincim gülən gözlərim
Quruyub qəlbimdə sevgi sözlərim
Ayırdı Allahım ayırdı məndən
O idi qəlbimə o idi həmdəm
Agarıb saçlarım getdiyi gündən
Qələmdə tutmayır aglayır qəmdən
Ayırdı Allahım ayırdı məndən
Mən öz hisslərimə əsir düşmüşəm
Tənha gecələrdə qəribsəmişəm
Ayıran Allaha hərdən küsmüşəm
Ayırdı Allahım ayırdı məndən
Buda bir qismət idi deyib keçəcəm,
Sevgi nagılmıza vida deyəcəm.
Unutma,ayrılsam yenə sevəcəm,
Ayırdı Allahım ayırdı məndən😔
*Müəllif:Gültəkin Ramiz*
Mən keçmək bilməyən bu saatlardan,
Solan həyatlardan çox yorulmuşam.
Hər bir musiqi, bir insan həyatı deməkdir...
Mukemmel❤
Salam. Təsəvvür edirəm Fuad bəy,simli alətdən ifaçı olsaydız?! Dünyada 1 nömrə olardız. Dolya voopşe super ifa. Tək -tük adam belə şedevr özünə məxsus icad edər.
Bu mahnının müəlliflərinə mərhum Nüsrət Kəsəmənli və gözəl bəstəkar Cabbar Musayev. Təşəkkürlər. İlk ifaçısı isə Nazpəri Dostəliyeva ❤❤❤
Ellerine sağlıq olsun Fuad qardaşım. Ne gözel seni dinlemeq. Türkiyeden salam edirem
Bir musiqi bu qədərmi kədərli olar...
Gerçəkləşməsini qəlbən istədiyimiz şeylər bəzən gerçəkləşmir.Xəyal olaraq qalır.Yarım qalır..Heç vaxt ama heç vaxt gerçəkləşmir..Günlər,aylar keçir nə gedən geri dönür,nədə ki onu unutmaq mümkün olmur..♾️¹¹
Allah shehidlerimize rehmet elesin
Bu mahnını eynen siz kimi ifa edirem sizden qulaq asaraq not tanımıram men 😌
İnsan iki cür yorular, cismen ve ruhen. Cismen yorgunluq gece yatan da unudulur, ruhen yorğunluq ise hergün yaşarken öldürür insanı...
Bu gün gedrsen 💂və geleceksen yenidən əsgərim❤️sağ salamat gel yenə qovusag😔❤️🌍💂Allah emanetimsen✋❤️💂
Allah buyurub: Əgər birini məndən çox sevsən onu sənin əlindən alaram, yox əgər onsuz yaşaya bilmərəm desən səni onsuz yaşadaram. Görünür mən onda hər ikisini yaşadım ki ən ehtiyacım lazımlı olan anımda anam getdi😢🥀
Elleriniz dərd görməsin😍 Həmişəki kimi möhtəşəmsiniz⭐💙
Men butun qadinlara heyatda ilk qadin xowbextliyi arzu edirem 💔
Ассаламу Алейкум ,Мир вам всем? Хейиролсун.
Я спомнил Геджелер ноч Ибрагима Камандара.
Notlarını necə əldə edə bilərəm 👏🏾
Usagligima qayitdim bir anlig...omur qum denesi kimi axir gedir barmaglarimizin arasindan.....
Sevdim səni... Gözümü yaşlı qoysanda o gülüşünle dünyam aydınlanacaq qeder...Sevdim səni...Sebebi sen ola ola yuxuzuluğumun yuxuda seni görmek dileyi ile xeyalınla yuxuya gedecek qeder... Seni heç unutmayacaq qeder...Üreyimde daima yerin var Eyy zalım... Xoşbəxtsən mi həə?Gülür mü üzün vicdansızım? Sevir mi sevilir mi qəlbin? Yaşayırsan mı? Yoxsa sadəcə nəfəs mi alırsan? Ahhh sevdiyim...🥀🖤
Kimin üçün niye getdin? Qalacaq mi yaninda həə? Baxacaq mı sən xəstələnəndə? Güldürəcək mi səni? Sevəcək mi o qəlbini ayy zalımmm🤦♀️? Niyə məhv etdin canımın yarısı niye mehv etdin bizi? Məni? Səni? Səni deyirəm ahh mehv olsan gederdin mi heç? Off sevdiyim gel demiyecem gelmeyine sebeb ne mende men qalmışam ne sende sen nede ki artiq bizden biz alınar? Yaxşı anladım yoxsan artıq... Hanı bəs mənim gülüşlərim, sevgim, hisslərim, yuxularım, hara getdin canımın içi hardasan sən...🖤
Ayy zalım...🥀
Cənnəti cəhənnəmə dəyişər mi insan? Di get indi sevsin görek seni kim sevecek menim qeder derd içinde boğulsamda derman olardım dərdinə əlavə həyacanmı lazım oldu həəə? Niye qoydun bu gözümü yaşlı? Dəyərmiydi ahımı almağa? Dünyalar qədər sevirdim, hələ də sevirəm sevecemde bilirm🙄dünyalar qədər demiyim dünya qoymamisan amma sevirem neynek ürekdi əlimdən nə gələr həə? Nə çarə? Əvvəl gözüm görmək istəyər qulağım səsinlə oyanar, burnum qoxunu o deyqe hiss ederdi indi ne görmek isteyirem ne sesini adini eşitmək ayy insafsiz indi yalnızca derdimsen sevgim ola bilmedin...Ehh neyleyek? Sen de yarım olmazsan yaram olarsan...😕🖤
"Əlvidaları heç sevmirem sevdiyim"deyərdim sənə indi isə...
Əlvida sevdiyim, əlvida...🥀
💔
Mənimdə ən böyük arzum piano ifa etmək idi.Çox heyif ki idi deyirəm.Piano ilə olan bütün arzularım qaldı ürəyimdə.Hər piano çalan görəndə ya da səsini eşidəndə özümdən asılı olmayaraq gözlərim yaş sel olur😢😢.Bu mahnınınıda çox sevirəm xüsusi ləzzət elədi.😌
ehh, bu dunyada qovusha bilmedik biz..🥀
Mən səni neynirəm ki...
Sən olsan da sevirəm, olmasan da sevirəm
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə
Sən solsan da sevirəm, solmasan da sevirəm.
Sən sev deyə sevmirəm...
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki...
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi
Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Yaşadım ki izim qala...
Gəncliyimin əvəzsiz mahnısı.Çox şeylər yada düşür🥰
Saq olun Quzu
Fuad, inanki bunu feysdə paylaşdığından bəri bəlkə 50 dəfə qulaq asmışam. Çox superdi həqiqətən, əllərinə sağlıq mənim qardaşım
Nə gözəl......💫
Nur üzlü Şəhidlərmiz gəldi gözümün önünə 😔🥀
Sus arzular qanadsız qalb hesret qonak hicran doğma sevgi mahkum qalib