Fuad İbrahimli - Nədən Oldu?
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- Fuad İbrahimli tərəfindən "Nədən Oldu?" parçasının ifası.
Fuad İbrahimliyə TH-cam-da abunə ol: mikpro.az/fibr...
Söz: Bəxtiyar Vahabzadə
Musiqi: Şəfiqə Axundova
Fuad İbrahimlini sosial şəbəkələrdə izlə:
Instagram: mikpro.az/fibr...
Facebook: mikpro.az/fibr...
Telegram: mikpro.az/fibr...
TikTok: mikpro.az/fibr...
Genius: mikpro.az/fibr...
Fuad İbrahimlini rəqəmsal platformalarda dinlə:
Keçid: mikpro.az/fibr...
Sözlər:
Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik
Bu ayrılıq nədən oldu?
Qızılgüləm, dəstəyəm mən,
Bülbüləm, qəfəstəyəm mən.
Gəzirəm mən qəmli-qəmli,
Görən deyir xəstəyəm mən.
Öz eşqimnən, diləyimnən
Ayrı düşdüm illərlə mən
Ancaq sənnən ayrı gəzən,
Ürək deyil, bədən oldu.
Ürək deyil, bədən oldu.
Bədən oldu.
Can deyib, can eşidərdik
Bu ayrılıq nədən oldu?
Bu ayrılıq nədən oldu?
Nədən oldu?
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa - 26 iyul 2013, Bakı) - Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı.
Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2020
Etiketlər:
#Fuadİbrahimli #NədənOldu #mikpro
Karaman'dan Azerbaycan Türklerine selam olsun. Bahtiyar Vahapzade'nin muhteşem eseri ve Rubabe hanımın mükemmel ifası. Piyano ile çok güzel icra etmişsiniz.
Aleykumsalam
Aleykum selam
Ələyküm salam
Çok güzel ifade etmişsiniz ağzınıza sağlık
Mən heç vaxt heç kimin mahnılarına ruhum dincəlir deyə qulaq asmıram yeganə Piyanist Fuad bəydir ki həqiqi ruhum dincəlir əllərin daima var olsun
Sözun duzu,mən 1-ci dəfədir bu ifani dinləyirəm,özu də çox həzz aldim,adamin ruhunu alir.Çoxdandir ki,belə ifa eşitməmişəm.Səsin lap uzaqlardan gəlsin,oğlum.Sənə muvəffəqiyyətlər.
Old ı Group dridffrür
Gözəl ifadır, lakin böyük səhviniz var niz Azərbaycanlılar öz qədrimizi nilmirik açın youtubu hörün Vaqif Mustafazafə, Fərhad Bədəlbəyli və bir çox başqaları necə ifa edir. Vaqif bu mahnını çox gözəl ifa edib
Amin🤲🏻 elə məndə
Həqiqətən insanın ruhu ,xəyalı uzaqlara gedir.
Только в такой прекрасной стране как, Азербайджан рождается такая душевная мелодия. Спасибо. Трогает до глубины души.
strana cudes
Tocno👍🙏yasasinAzərbaycan🇦🇿🌹
QƏRİBƏM..…
Soruşma halımı necəyəm indi,
Sakinsiz boş qalmış küçəyəm indi.
Sabahı olmayan gecəyəm indi,
Günəşi əbədi batan qəribəm..
Ağrısın,acısın sözünə yığıb,
Bu boyda dünyanı gözünə yığıb.
Dərdin hamısını özünə yığıb,
Sevinci havayı satan qəribəm..
Bu həyat könlümə,ruhuma yatmır,
Harayım kimsəyə yetişmir,çatmır.
Dünya öz dərdində boğulmur,batmır
Mənsə öz dərdimdə batan qəribəm…
Yerimi yandıran qor oldu bəxtim,
Özünə min tələ,tor oldu bəxtim,
Gözü açılmadı kor oldu bəxtim,
Hələ də taleyi yatan qəribəm…
Mən odam alışıb həm özü keçən,
Ocağı qaralıb,həm közü keçən.
Böyüklər yanında ay,sözü keçən,
Hələ də yurdumda utan,qəribəm…
Oldu arzularım talan dünyada,
Bu fani dünyada,yalan dünyada.
Bu qədər alçağı olan dünyada,
Mərdliyi üstündən atan qəribəm…
Yurdsuzuq kimlərin gör bir üzündən,
Yüz böhtan üzündən,yüz şər üzündən.
Bezib insanlardan,həm yer üzündən,
Üzümü allaha tutan qəribəm...
Cox gözəldi üreyinize saglıq🥺
Bu şeiri oxudum göz yaşımı saxlaya bilmədim Allah qorusun sizi 🤲🤲
Mende qeribem. Sagol qardash lap ureyimden dedin, yarali yerime toxundun. Qeriblikde kecir her gunum, ayim, Veten hesretile kecir her anim, Bir senden doymadim birde anamdan, Ey menim dogma yurdum Azerbaycanim.
Heqiqeten mehv olmuw heyatim bu şeirin bendlerinde gözümün önünde canlandi cox sagol ellerin derd gormesin
Bu kimin şeiridir ?
Heyif bu sənət əsərini biraz gec gördüm. Dinlədikcə insanın ruhunu dinləndirir.Ruhumuzu dinləndirdiyin üçün təşəkkürlər *əlləri qızıl sənətkar* ♥♥
Efsane Yusuflu , gec gördüm nə deməkdi ?! Yəqin ki, yaşınız azdı , başqa cür necə yozula bilər ki ?! Bu əsər axı, bütün dünyada məşhurdur . (Ş.Axundova).
Düzdü bu mahnının sözlərini Bəxtiyar Vahabzadə yazıb Şəfiqə axundova bəstələyib bunu hətta özbək müğənnilər fırlatmaq istəyirdi
@@sahinsamxalov2082 xeyr demək isdədiyim o idiki Fuad bəy videonu paylaşıb və mən vidroya 1 saat sonra baxmışam.Xahiş edirəm doğru dürüst anlamadan sərt cavab verməyin!
Efsane Yusublu,.bağışlayın,men sərt cavab yazmaq fikrində olmamışam.
AĞLAMASAN DA..
Açılmış çiçəksən şeh üstə tərim,
Qıymıram gül təki çəməndən dərim.
Gəl sənə bir şirin xatirə verim,
Saxlasan da sağ ol,saxlamasan da…
Xəyaltək bir quru səsdəyəm indi,
Gedirəm son səfər üstəyəm indi,
Dərdindən sağalmaz xəstəyəm indi,
Yoxlasan da sağ ol,yoxlamasan da…
Qaçırsan gözümdən hey ürkən kimi,
Boynunu gəl burma bəxti kəm kimi,
Sən məni özünə bir həmdəm kimi,
Bağlasan da sağ ol,bağlamasan da…
Acı taleimə gülüb getmişəm,
Çoxunu qəlbimdən silib getmişəm.
Bir gün eşitsən ki ölüb getmişəm,
Ağlasan da sağ ol,ağlamasan da…
Gəlib qara geyib qəbrimin üstə.
Başına hey döyüb qəbrimin üstə.
Bir bənd şeri deyib qəbrimin üstə,
Çağlasan da sağ ol,çağlamasan da…
Qafqazam,görmüşəm dərdin əzabın,
Tanrım haqqsızların çəksin hesabın.
Sevgiylə yazılmış ömür kitabın,
Bağlasan da sağ ol,bağlamasan da…
Maraqlı və məsləhətli.
Bu şeri mən necə yaddaşda saxlayım,bilmədim?
Ehsen
Gül sənin nəyinə gərəkdir gülüm?
Şairin sözünə yalandır demə.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Öpən dodağı yox, oxşayan əli.
Gəl, gül də, çiçək də özümüz olaq,
Sən biraz ağıllı ,mən biraz dəli.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Sənin gülün mənəm,çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin,gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Hüsnün,gözəlliyin dünyada təkdi.
Əgər sən varsansa bu yer üzündə,
Dünya başdan-başa güldü çiçəkdi.
Gül sənin nəyinə gərəkdir,gülüm?
Qoxla nəfəsimi,çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalannarı gerçəyə döndər.
Gecenin sakitliyinde bu ifanı dinlemeyin bir ayrı lezzeti var👍
Allah sizə Ş.Axundova qədər dahilik bəxş etsin.
Amin
Həm də onun qədər ömur versin,AMİN!Mən vuruldum bu bu ifaya.ALLAH saxlasin.
Amin
Bu cür ifaçı olmaq, elə dahilik deyilmi?
th-cam.com/video/KHtaqbfQ2pI/w-d-xo.html
Siz necə bir ruha sahibsiniz!İstedad,dahilik budur!Layiq olduğunuz dəyəri görəcəyimizi ümid edirəm...Allah canınızı sağlam,ömrünüzü uzun,sizi də xoşbəxt etsin ki,bizi daim dinləndirəsiniz beləcə,bütün süniliklərdən təmizləyəsiniz🐞
Duzgun vurguladiz
Bele musigiler heyatdir. Musigisis yashamäg, mümkün deyil.Allah rehmet elesin Bextiyar Vahabzadeye ve Sefige axundovaya .❤❤❤🌷🌷🌷🌷
Красивая и душевная музыка из Баку!
Neyləyim?
Sakitlikdir, yenə xatirələr danışır
Ağlımda fikirlərim dayanmadan qarışır
Sənsiz könül köz olubdu, alışır
Söylə ürək, onsuz ömrü neyləyim?
Saymamışam onsuz keçən illəri
Neyləyirəm fəsilləri, günləri
Tutsun artıq bu boş qalmış əlləri
Söylə könül, mən bu ömrü neyləyim?
bizim, musiqimizi, şeyrlərii dastanları başa düşmək üçün mütləqdir ki, məhz Azərbaycanli olmaq gərəkdir!
Nədən oldu? Həqiqətən görəsən nədən oldu? Nədən bu yerə göyə sığmayan adam cılız birinə çevrildi. Nədən həsrətini iliklərimdə də hiss edirəm? Bəlkə də günahkaram bəlkə də heç doğru şeylər etmirəm amma inan heç birinin fərqində deyiləm. Özümü elə unutmuşam ki,yaşadığımın belə fərqində deyiləm. Deyəsən bu hisslərim məni tükədir məndən xəbərsiz. Çünki heç bir şeyə taqətim yoxdur. Su içmək belə ağır gəlir. Bəlkə də ölümüm yaxınlaşır? Onsuzda bu xəyal dünyasında bu xoşbəxtliklə daha çox yaşaya bilməyəcəyimi bilirdim. Mənim nə həddimə xoşbəxtlik. Xəyali də olsa özümə yaraşdırmıram. Sanki artıq acı çəkməyəndə bir şeylər əksik kimi gəlir. Məni tükətsə də səni sevmək mən heç bundan vaz keçməyəcəm. Çünki ölmək üçün bundan daha gözəl səbəb ola bilməz. Nə üçün yaşadığımı və nə üçün öləcəyimi mənə göstərən qadın sənə sonsuz təşəkkürlər. Səni bu kainata sığmayacaq qədər çox sevirəm Tənbəlimmm
#.Yenə qəLb acıdan sözLər )).🌙💔
@@alizade6909 bəlkə də acı dediyimiz şey ən sadiq dostumuzdur. Heç getməyir və nə zaman yalnız qalsan lap yaxınında olur. O zaman acılara nifrət etmək doğru deyil. Bir acı qədər ola bilməyənlərdir günahkar
@@kosmaras_ eynən. .düz sözLər))#qeLbivizəheyran.
kas insanlar fani olanı buqeder sevib baglanmasa.tek gercek sevgi esq Allahı sevmekdir çünki ne qeder seversen o qeder çox gözellik dolar heyatına amma fani birini ne qeder çox sevsen qeder cox acı cekersen.
@@Ayselbghr mən onun eşqindən heç kəsi heç nəyi görməz oldum. Bəs sən Allahın eşqindən mən yazdıqlarımı necə gördün?
Yeni kəşf etmişəm sizi, uğurlarınız bol olsun✨
Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹
@@laleehmedli5486 hu
@@xaliqemehdiyeva2882 Bəli buyurun
Buna peşman olmayacan
В всем привет хорошо вышли отличный фильм фильм о музыке и музыке в музыке и в музыке и в музыке Ош музыка музыка и музыка в
Yenə,həmişəki kimi,möhtəşəm. Yenə,toxundunuz keçmişlərə,dərin yerlərə. Hüzur sizin barmaqlarınız da...❤
Kaş hər dəfə dinləyəndə bəyənmək mümkün olardı
Abunə olundu, bəyənildi, bildirişlər açıldı, mahnıya heyran qalındı. Hər şey tamam.
Ancaq paxil, xain, eziyyete qiymet vere bilmiyenler beyenmez. Cox super cox ela. 👍👍👍👍👍👍👏👏👏👏👏
Yaşasın Azərbaycan gəncliyi.🇦🇿👍Demək hələ zövqlü insanlar var👍🇦🇿
Azərbaycan gəncliyinin nostalji duyğusu məni kövrəltdi.Artıq 47 yaşim olsa da özümü mənən gənc sanıram.Çünki mən də hələ 1986 cı ildən-usaqlıqdan yazıram .İnşallah bir gün kitabım çixarsa (o zaman yəqin ki mən olmayacam😌) məni anlayacaqsınız. İnternet əsrinin gəncləri, xahiş edirəm, ədəbiyyatı , əsl şeiri heç nəyə dəyişməyin.Qələminiz həmişə iti, ürəyiniz dolu olsun...🤗🤗🤗🤗
Fuad bəy siz çox istedadlı insansız. Çaldığınız əsərlərin gözəlliyindən sizin qəlbinizin də gözəl olduğu hiss olunur. Milli musiqilərimizə önəm verməyiniz, gördüyünüz işdəki təvazökarlıq, hər şey yüksək səviyyədədi. Sizi çox sevə sevə dinləyirəm. Siz hər şeyin ən yaxşısına layiqsiz. İnşeAllah bir gün konsert salonunda sizi də dinləmək şərəfinə nail olarıq
Çox gözəl❤
Üreyim sıxıldı insanın iliyine işleyir Alłah rehmet elesin her ikisine
Yolun sonunda səni görmək varsa,bir ömür gedərəm o yolu..
Axı insan birinə aşiq olur ömrünün sonuna kimi ona aid olur, onda məsafələrində bir önəmi olmur, bütün ümidlərlə gözləyirsən, var olan bütün səbrinlə🍁
Əllərinizə urəyinizə saglik hər zamankı kimi elaa😍
Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹
Soyuq hava ,kövrəldən musiqi ,param parça olmuş ama hecne olmamış kimi yaşayan ürək. Heçnə danışmağa ehtiyac yoxdu sadece gözlerini yum ve dinlə .🥺😔
Coooooxx sevdiyim mahni barmaqlarda tam mukemmel ifaaa ellerinize sağlığ
Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹
Möhtəşəm👏👏👏
Sehirli əllər...👏👏👏👍♥️ Bu mübarek ayın savabları uzərinizdə olsun. ALLAH her kesin ,tutdugu orucu, etdiyi duaları qebul etsin inşallah🤲
İnsanı ən çox incidən nədən oldu kəliməsi 😢😢😢😢Və kaşkilər, söyləyə bilmədiyimiz sözlər,itirəndən sonra dəyərini anladığımız insanlar....
Möhtəşəm yene daldıq uzaqlara ❤👍
Indi qulaq asdim sizə. Nəgözəl ifa edirsiz. Sanki qəlbə toxunursuz. Ugurlariniz bol olsun
Hətta çox möhtəşəm 👏👍
Bu mahnini nenemin yaninda oxuyanda cox xoshuna gelerdi ❤Nəni oxu cox gozel alinir ❤
Onda nənəniniz sizdən dahada istedadlıdır.😂
Hər gün yorulmadan dinləyirəm.. ruhum dincəlir. Əllərinizə sağlıq🙏🙏🙏 Həqiqətən möhtəşəmdir🙏🙏👍👍👍👍👍👍👍
sevmekden yox yene reddedilmekden qorxuram.....
Tam zamanında sizi kəşf etdim özüm üçün. Barmaqlarınız var olsun. Belə ruhi qidaya çox ehtiyacım var idi.
Pianonu kim ifa edir bilmirəm əllərinə sağlıq. Amma bu musiqini bəstələyən ğözəl xanım ŞƏFİQƏ AXUNDOVAYA. AIIAH qəni qəni rəhmət etsin. Onun bütün musiqiləri mənim ruhumu dincəlir. Ruhu hər daim şad olsun Amin
Fuad ibrahimli ifa edir
Əlləriniz dərd görməsin . Bu cürə gözəl ifaya görə təşəkkürlər !!!!
Sadəcə möhtəşəmsiniz ayri bir huzur verir insana,❤️
Türk dünyasına selamlar
Möhtəşəmsiniz Demişdim ?
Deməmişəmsə Möhtəşəmmsizzzzss
Əllərinizə, ürəyinizə sağlıq💜 hər gecə azı bir-iki ifanızı dinləyib sonra yatmaq vərdiş halı alıb 😊
Insan sizin ifa etdiyiniz musiqilerinizi dinledikde sanki huzura qerq olur. 😍🌸 Allah sizin kimi istedadli genclerimizi var etsin inşallah 🤲🏻👏🏻
Möhtəşəm,,,,, ruhum təzələndi
Yiyesiz Bədbəxt Azərbaycan Xalqi😔...Yaman pis vəziyyətlərə qalmişiq,, Millət acdir gunu gundən ağirlaşir, Ya Allah sən bizi əsarətdən qurtar.....Bizə yardim et ya Allah.....Millətimiz yaziqdir...Yiyəmiz yoxdur Sadəcə😔
ne əlaqə . musiqiyə uyğundur axı rəyiniz
Anlayan anladı 😔
Biz it-zadıq yiyəmiz olsun?
Çox gözəl ehsen elleriniz dərd görməsin amin.Bu mahnıya qulaq asanda hemise kovrelirem(beyenmiyenlerde paxillardi yəqin)sizləri en mükemmel insanlar bəyənər oda bizim kimi)teşekkürler
Necə gözəl😍👌əməyinizə sağlıq👏
Nə gözəl çalır
Ürəyimə toxunursan Fuad💛☺️
He axşam yatamamiwdan evvel dinleyirem 👍💓
Ruhumuzu dinləndirən Fuad bəy, uğurlarınız bol və daimi olsun❤️
cox gozəl musiqidi ifada mukəmməldi gorən bu ayriliq nədən olur niyə insan sevdiklərinnən ayril niyə cox uzulurəm sevdiklərimnən hacansa ayrilmagima 😔😔
Adamin ureyini titredir👍👍👍
😭😭😭😭ele getdiki bir ayildim xeyali ile basbasayam
Bezen mahni ve musiqilere baxıram sanki dünyada en cox seven insanlar bizim olkede yasayir amma birde baxıram heyata heckim istediyi kimi istediyi insanla yasaya bilmir bu gozel hislerini
Fuad bəy, təşəkkürlər. Təsadüfən rast gəldim və ilk videodan abunə oldum. Belə videolarınız davamlı olsun inşallah. Xüsusilə də belə gözəl mahnılarla. Əllərinizə, ürəyinizə qüvvət. Var olun!
Soyuq Gunew mahnisini ifa edenden sonra kewf etdim sizi.elleriniz var olsun
Sən istədin, getmədim
Səni sənsiz sevdim mən
Bir gün belə sevmədin
Hər saniyə öldüm mən
Çox çətindi unutmaq
Hərşey paramparçadır
Səndən qalan xatirə
Bir də acı gözyaşı
Zaman keçdi, il bitdi
Toyuna az qalıbdır
Qəlbimdən söküm gərək
Onsuz darmadağındır
Eybi yox, gəlmə daha
Sən olmadan yaşaram
Bircə gün baxsan mənə
Orda durub qalaram
Qəlbim çox yaralıdır
Nə olsa səndən olsun
Əlvida desən belə
Son söz də səndən olsun
Bilirəm mən yalqızam
Göynətmə sən yaramı
Gözlərimə də baxma
Çıx get o qadınına
Məni kim sevmişdiki
Səni də qınamıram
Daha adını tutub
Özümü aldatmaram
Bu gün sonuncu gündür
Səni yada salmağın
Bir neçə saatadək
Bir az ağlımda qalsan
Xəyal qursam səninlə
Bir də qızımız olsa
Nə də gözəl olardı
Yox, yox, narahat olma
Xəyal da etmərəm mən
Nə yuxuda görərəm
Nə də səni sevərəm
Mənə bu lap ağırdır
Olsun daha neyləyim
Sabaha hazırlaşım
Gülüm, əylənim yenə
Qoy hamı elə bilsin
Ən xoşbəxt qadınam mən
Heç zaman ağlamayan
Daş qəlbli sevən qadın
Yavaş-yavaş unudaram mən
Bir gün kirpiklərini
Bir gün də məni görməyən
Allah var elesin ruhum dinceldi
Bizdə şer də var, sənət də vardır
Şairə sənətə hörmət də vardır.
Son zamanlar məni Garabağın dərdindənXəzərin şeirləri iləSizın nəğmələrinizdi.Hər ikiniz zülmətdəki. NUR- sunuz.Rəbbim sizi indiki " sənət" aləminin çirkablarından qorusun.
Ellerine sagliq uwaqligima gedirwm her sefee dinleyende..🥰👍🇦🇿
Bəxtiyar Vahabzadə 🙏❣️
Allah ürəyinə sağlıq versin.Ruhum dincəldi.Birinci dəfədir Sizi dinləyirəm.Varolun,🙏🧿
Sizin ifalarınızla adamın ruhu dincəlir. Allah can sağlığı versin. Əllərinizə sağlıq.
İlahi,necə gözəl ifa edirsiniz.O qədər ürəkdən,içdən calirsiniz.Sanki möcüzədir.Var olasiniz
Allah hamini sevdiyinə qovuşdursun E.G.
Ancaq senden ayri gezen urek deyil beden oldu. Ne qeder mohtesem😍😍
Sizin de ellerinize qelbinize sagliq 👏 👏 💓🌹🌹🌹
Kovreldim meni cox derin dusuncelere apardi super elerin derd gormesin
Allah bu gözəl musiqini yazan Şəfigə Axundova-ya rəhmət eləsin.
Mahnının sözləri Bəxtiyar Vahabzadə, Musiqisi Şefige Axundova. Allah hər ikisine rəhmət etsin.
ne kıymetli denk gelmek.. bayıldım.
SƏNSİZ…
Yenə də qəm üstə köklənib ürək,
Güldürə bilmirəm gözümü sənsiz.
Sinəmdə gör necə təklənib ürək,
De,necə ovudum özümü sənsiz ?
Mən,səni sevgimə bir dağ sanmışam,
İstərəm zirvəndə duman olmasın.
Eşqinin önündə mən dayanmışam,
Daha səndən sevgi uman olmasın…
Duyub pis hissləri haqlamaq çətin,
Şeytan arzulara daş atım gərək.
Səni başqa yerdə saxlamaq çətin,
Ancaq ürəyimdə yaşadım gərək…
Bir ayrı ləzzətdir,bir başqa daddır,
Məndən küsməyin də,barışmağın da.
Ruhuma sevincdir,qoldur,qanaddır
Mənə qaynamağın,qarışmağın da…
Sənə ümüd edib üzümü tutdum,
Sevgin göz yaşımı qurutsun dedim.
Səni ölənəcən əgər unutsam,
Allahım da məni unutsun dedim…
Allah köməyin olsun gözəl yazır Allahsaxlasın
🌿
Bir insan hər əsərimi mi mükəmməl ifa edər?Hər ifa ilə mi kövrəldər?😢Əllərinizə,ruhunuza sağlıq.Çox gözəldi hər biri😢Bir gün sizin kimi ifa edə bilmək diləyi ilə 🤲Buda burda qalsın
Hər axşam belə pianoda ifa olunan musiqiləri dinləyərdi,sonra da mənə bərk bərk sarılırdı. Necə bilməmişəm o günlərin dəyərəini?Mən nə bilim axı bir müharibə ilə hər şey alt üst olacaq??Mən elə bilirdim ki biz birlikdə qocalacağıq,hələ qabaqda çox günlərimiz var 😭
Niyə gəlmirsən?Bu dəfə niyə heç bir sözümə cavab vermirsən? Bizim nə vaxtsa eyni musiqini dinləmək şansımız belə yoxdu 💔
Allah yeniden qovuşdursun inşallaq💔
Aramızdaki bu qirqınlığ nədən oldu) Qəribəm axı sənsiz bu ölkədə 🖤
Çəkilirəm otağıma,,
Vərəq qoyub qabağıma,
Şeirləri qulağıma,
Sən deyirsən mən yazıram...
Yatan adam özlərmi,
Bağlamıram gözlərimi,
Sənə ürək sözlərimi,
Sən deyirsən mən yazıram...
Yazıram poza bilmirəm,
Nə yazım qıza bilmirəm,
Mən şeir yaza bilmirəm,
Sən deyirsən mən yazıram...
Duzsuzam dadsız adamam,
Mən sənəm adsız adamam,
Mən ki,savadsız adamam,
Sən deyirsən mən yazıram...
Sənə bütün şeirləri,
Sən deyirsən mən yazıram,
🌹🌹🌹
👍🏻
Fuad İbrahimli, çox sağ olun, gözəl insan. Əlləriniz var olsun, ruhunuz var olsun.
awesome 👌
Səndən ayrı qalan ürək deyil bədən oldu... Sağ ol şair
Heç kəs sizin kimi ifa edə bilmir😍Əllərinizə sağlıq.❤
həqiqətən
Bu ayrılıq nədən oldu...hec bilmirəm nədən oldu......Ehhh ..artıq olan oldu..Əllərinizə saqlıq.
Milli musiqilerimizin taninmasina ucun, deyerli senet eserlerimizin yayilmasi ucun gorduyunuz islerden dolayi tesekkur edirem. Parcalar ustaliqla ifa edilib, size islerinizde ugurlar dileyirem. Daha boyuk ugurlar arzu edirem, Fuad bey.
İfalarınız hələ kəşf edilməmiş əfsanələrdir ... UĞURLAR 🍂
👏👏👏👏👏
👍👍👍👍👍
Baharın 17 anı
Zəhmət olmasa.
İfa edin😊
Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹
Mükəmməlsiz👏
Istedadli insanlar var olsunlar.
Ellerinize, emeyinize sagliq...... aparir coooox uzaqlara.... qayitmaq istemirem
Fuad bey,çox gözel ifadir.Elleriniz heç zaman ağrimasin.
Men sizin videar qarşima çixar-çixmaz bir ifanizi deyib,duraram.
"ÖLSEM BAĞIŞLA"
Bu musiqiye qulaq asanda de xeyallarim kecir gozumun qabagindan😓😪
Superrr ikinizde efsanesiniz ❤❤❤❤
Bu bəynməyənlərədi sözüm. Sizin musiqidən anlayışınız yoxdu bunu bilin. Müəyyən hissədə paxıllıqdan bəyənmirrrr.
Onların nəinki anlayışı heç hissiyətləri də yoxdur!
Bu musiqini beyenmiyenlerin sayi qeder sizin sozunuzu beyenenler var 🤟
Разве можно не полюбить это гениальное произведение.🌹🌹🌹🌹🌹
musiqiden basim cixir ve deyirem seneti var qulagi yaxsi deyil
@@sevahajyeva tam dogru rey
Bəlkə də ehtiyacımız olan tək şey, dəyər verdikdə dəyişməyən insanlardır.
Əllərinizə sağlıq olsun gözəl ifa
Sus ve dinlə 🎹
ne yaxsiki sizi genc senetkarlarimiz varki bize kecmisdeki olanlar indi kimi musiqi meharetli bacariglarla gosterir allah razi olsun dedrimize azda ols derman olursuz allah sziz kimi senetkarlari var etsin ki bizde kecmisimizi taniyaq o bu bizim musiqilermizde ogurlamasin qabaga gedek
Belke de eşqin gözelliyi neden olduğunu bilmediyimiz bu hesretin derinliyindedir...💔
Salam, hər vaxtınız xeyir🥰Sizə evdən çölə çıxmadan, heç bir sərmayə qoymadan iş təklif edə bilərəm? Satış deyil. İkinci iş kimi də çalışa bilərsiniz🌹
Gözəl ifadir
Biz yenə burdayıq ✊❤️
MaşaAllah ❤️
Qelbinizin gozelliyi barmaqlariniza süzülür😊
Əllərinə sağlığ👑❤🌹
Salamlayıram sizi Fuad İbrahimli ! Həmişəki kimi çox gözəl ifa ! Dahi insanların ərsəyə gətirdiyi gözəl əsər. Xaiş edirəm bu əsrarəngiz əsəri bizlərədə öyrədəsiz, sadə akkordlarla hər kəs ifa edə biləcək akkordlarla. Necə ifa etməli versiyasını görmək ümüdi ilə! Təşəkkür edirəm !
Hemiseki kimi ela, super, mohtesem.
Möhtəşəm iş görürsünüz Təbriklər.Uğurlar.